AZƏrbaycan respublikasinin prezidenti yaninda döVLƏT İdarəÇİLİk akademiyasi



Yüklə 6 Mb.
Pdf görüntüsü
səhifə33/53
tarix16.02.2017
ölçüsü6 Mb.
#8938
1   ...   29   30   31   32   33   34   35   36   ...   53

 Hər mütəxəssis və hər qrup bütün layihənin təyin edilmiş müddətdə key-

fiyyətli icrasına cavab verdiyinə, bir mərhələdə işin pozulmasının isə bütövlükdə 

layihənin pozulması demək olduğuna görə, layihə iştirakçılarının məsuliyyətinin 

dəqiq müəyyənləşdirilməsi ilə. 



  Rəhbərlik tərəfindən,  son nəticənin əldə edilməsinə yönəldilən, məqsədli 

şöbə işçilərinin xüsusi stimullaşdırma və mükafatlandırma sisteminin tətbiq edil-

məsi zəruriliyi ilə. 

Bu gün Qərb ölkələrində  innovativ fəaliyyətin effektivliyinin yüksəldilməsi 

məqsədilə inzibati-dövlət idarəçiliyi strukturlarının yenidən təşkilinin  əsas ten-

densiyaları bunlardır: 

  Əsas strukturla yanaşı ikinci dərəcəli müvəqqəti strukturların və ayrı-ay-

rı  əlaqələndirici bölmələrin yaradıldığı idarəetmə strukturları çoxluğu-

nun kombinasiyası;  

  İnzibati idarəetmə səviyyələrinin azaldılması və hər bir struktur həlqənin 

idarəetmə diapozonunun genişləndirilməsi; 

  İş müddətinin azaldılmasına, şəxsi və kollektiv məsuliyyətin artırılması-

na, xarici konsultantları  dəvət etməyə, funksiyaların dəqiq bölünməsi 

nəticəsində ikili bürokratlaşdırmanı aradan qaldırmağa imkan verən in-

teqral strukturların istifadəsi; 

  İnnovativ fəaliyyət funksiyalarının layihə bölmələri rəhbərlərinə ötürül-

məsi və layihə üzrə prioritet vəzifələrin müəyyənləşdirilməsi; 

  Son nəticənin əldə edilməsinə və təşkilatda yüksək innovativ mədəniy-

yətin yaradılmasına istiqamətlənən xüsusi çevik motivasiyalar sistemi-

nin inkişaf etdirilməsi; 

  Bölmələrin, innovasiyaların işlənib hazırlanması  və  tətbiqi üzrə çox-

funksiyalı elmi-istehasalat mərkəzlərində birləşdirilməsi; 

  Yüksək administrasiya rəhbərliyi səviyyəsində ali idarəetmə həlqəsinin 

strateji konsultasiyası üzrə daimi komitələrin yaradılması.

42

 



 

 

                                                            

42

 İnnovativ fəaliyyətin yüksək praktik effektivliyi ilə əlaqədar, bəzi qərb təşkilatlarında bir 



dəfəyə bir neçə innovativ layihələr reallaşdırılır.  

İdarəetmə mədəniyyəti 

 

401



Fəsil 5. Dövlət idarəçiliyinin təşkil edilməsi,  

qiymətləndirilməsi və təkmilləşdirilməsi 

 

Dövlət idarəçiliyinin təşkil edilməsi: məqsədlər və strategiya. 



Dövlət idarəçiliyinin formaları və metodları. İdarəetmə fəaliyyətinin 

mərhələləri. Dövlət idarəçiliyi effektivliyinin qiymətləndirilməsi. 

Dövlət idarəçiliyi mədəniyyətinin təkmilləşdirilməsi. 

 

Dövlət idarəçiliyinin təşkil edilməsi 

 

Dövlət idarəçiliyi məqsədləri və mexanizminin formalaşdırıılması. 

Dövlət idarəçiliyinin məqsədlərinə qoyulan tələblər. Məqsədqoyma 

prosesinin sistemyaradıcı komponentləri: dövlət idarəçiliyi məqsəd-

lərinin yaranması  və  təsbit edilməsinin ictimai mənbələri; məqsəd 

qoymanın subyektiv tərəfi; dövlət idarəçiliyi məqsədlərinin iyerarxi-

yasi; dövlət idarəçiliyi “məqsədlər ağacının” qurulması. Dövlət ida-

rəçiliyi strategiyasının mahiyyəti və komponentləri. Dövlət idarəçiliyi 

strateji səviyyəsinin xüsusiyyətləri. Strateji planlaşdırma - strategiya-

nın reallaşdırma mexanizmi kimi. 

 

Mədəniyyət fenomeninin keyfiyyətcə yeni kulturoloji anlamı onun qey-

ri-məhdud dəyişdirici imkanlarını aşkar etməyə imkan verir. O, insan həya-

tının qorunması  və yaxşılaşdırılmasına, konkret, qanunauyğunluqla  şərtlə-

nən və tarixən tələb edilən sosial formada ifadə olunan insan tələbatlarının 

təmin edilməsinə yönəldilən həyat fəaliyyəti tərzi kimi, ruhi mədəniyyətin 

yüksək təyinini qiymətləndirməyə imkan verir. İnsan inkişafının bünövrəsi 

olan ruhi mədəniyyətin yüksək missiyasının düzgün dərk edilməsi dövlət 

idarəçiliyinin məqsədləri və strateji əhəmiyyətinə daha dərindən baxmağa 

imkan verir.  



Dövlət idarəçiliyi məqsədləri cəmiyyətin inkişaf maraqları əsasında for-

malaşdırılır və ölkə əhalisinin ruhi və maddi tələbatlarının təmin edilməsinə 

yönəldilir.  Dövlət məqsədqoyma mexanizminin formalaşdırılması  dövlətin 

tarixi yolunun, obyektiv şəraitin və həyat tələbatlarının təhlili və qiymətlən-

dirilməsinə əsaslanan idarəetmə subyekti və ya obyektinin arzu olunan və-

ziyyətinin ideal obrazının yaradılmasını nəzərdə tutur. Bununla bərabər o, 

dünya sivilizasiyasının zaman və məkanında insanın həyat fəaliyyətinin öy-

rənilməsini və onun mahiyyəti, xüsusiyyətləri, nailiyyətləri, texnologiyaları 

və qanunauyğunluqlarının hesaba alınmasını, yeni inkişaf imkanları, vasitə-


Fuad Məmmədov

 

 

402



ləri və resurslarının axtarışını, cəmiyyətin və dövlətin gələcəyini görməni 

nəzərdə tutur.  



Dövlət idarəçiliyi məqsədləri aşağıdakı tələblərə cavab verməlidir: 

1.  Obyektiv baxımdan  şərtləndirilmiş  və  əsaslandırılmış olmalı, ob-

yektiv qanunauyğunluqları nəzərə almalı, ictimai inkişaf tendensi-

yalarını və milli mədəniyyət xüsusiyyətlərini nəzərə almalı; 

2.  Sosial cəhətdən motivləşdirilmiş olmalı, vətəndaşların tələbatları və 

maraqlarını nəzərə almalı, beləliklə, onların həyata keçməsində in-

sanlara yardım etməli; 

3.  İyerarxiya, həcm, nəticələr və zamana görə məntiqi əlaqəni əks et-

dirən, sistemli təşkil edilmiş olmalı; 

4.  İnsan, elmi, maarifləndirici, hüquqi, informasiya, zaman, ideoloji, 

maliyyə, maddi-texniki resurslarla təmin edilmiş olmalıdır. 

Demokratik ölkədə dövlət idarəçiliyi məqsədlərinin formalaşdırılması-

nın əsl mənbəyinin cəmiyyətin vəziyyəti və onu narahat edən problemlərin 

olduğunu qeyd edərək, Q.V.Atamançuk məqsədqoyma prosesində,  dərk 

edilməsi və praktik həyata keçirilməsi yüksək intellektual mədəniyyət sə-

viyyəsi tələb edən  aşağıdakı sistemyaradıcı komponentləri  ayırd  edir:       



1) dövlət idarəçiliyi məqsədlərinin yaradılması və təsbit edilməsinin ictimai 

mənbələrini; 2) məqsəd qoymanın subyektiv tərəfini və dövlət idarəçiliyinin 

ifadə edilmiş  məqsədlərinin ondan irəli gələn nisbiliyini və açıqlığını;       

3) dövlət idarəçiliyi məqsədlərinin iyerarxiyasını; 4) dövlət idarəçiliyi 

“məqsədlər ağacının” qurulmasını. Bu anlayışların şərhini nəzərdən keçi-

rək.  

Dövlət idarəçiliyi məqsədlərinin ictimai mənbələrinin yaranması və təs-

bit edilməsi. Mütərəqqi dövlətin mahiyyəti və məqsədi ictimai tələbləri və 

insanların maraqlarını düzgün müəyyən etmək və həyata keçirilməsinin la-

büdlüyünü nəzərdə tutan dövlət idarəçiliyi məqsədlərini məhz onların üzə-

rində qurmaqdan ibarətdir.  



Məqsəd qoymanın subyektiv tərəfi və dövlət idarəçiliyinin ifadə edilmiş 

məqsədlərinin ondan irəli gələn nisbiliyi və açıqlığı. Burada Oqyust Kon-

tun “qabaqcadan görmək üçün - bilmək,  idarə etmək üçün – qabaqcadan 



görmək” məşhur formulu xüsusi əhəmiyyət kəsb edir. Dövlət idarəçiliyi 

məqsədlərinin əsaslandırılması prosesi üçün məkan və zaman daxilində in-

sanın inkişaf prosesləri panoramasını açan dünya mədəniyyəti və sivilizasi-

yasının tarixi - gələcəyin pozitiv obrazının, strateji idarəetmə məqsəqlərinin 

seçilməsi və korreksiyasının formalaşdırılması imkanını verən inkişaf və 

idarəetmə qanunları  və texnologiyalarının kulturoloji qiymətləndirilməsi 

mühüm rol oynayır. Hadisələrin qeyri-mütəşəkkil gedişinin, insanlar tərə-

findən həyata keçirilən fəaliyyətlərin və tədbirlərin, hadisələrə bizim təsiri-



İdarəetmə mədəniyyəti 

 

403



mizin mümkün vasitələrinin, nəzərdə tutulmuş fəaliyyətlərin və tədbirlərin 

yerinə yetirilməsinin güman edilən nəticələri və onların həyata təsirinin 

qarşılıqlı əlaqəli görmə zəruriliyinə hələ keçən əsrin əvvəlində N.D.Kond-

ratyev ilk dəfə diqqət yetirmişdir. Bu yanaşmanın idarəetmə dilinə çevril-

məsi göstərir ki, dövlət məqsədqoyma mexanizmini – “mücərrəd öncədən 

görmə - konkret proqnozlaşdırma - proqramlaşdırma – planlaşdırma” pil-

lələri ilə məntiqi irəliləməni qabaqcadan nəzərə almalıdır. Mücərrəd öncə-

dən görmə  futurologiya imkanları ilə bağlıdır,  konkret proqnozlaşdırma - 

kulturoloji modelləşdirmənin müxtəlif variantlarını nəzərdə tutur, proqram-



laşdırma riyazi və digər metodologiya və metodikanın istifadəsi ilə bağlı-

dır,  planlaşdırma - müəyyən müddətdə praktik həyata keçirilməsi zəruri 

olan fəaliyyət proqramlarının seçilməsini nəzərdə tutur.  

Dövlət idarəçiliyi məqsədlərinin iyerarxiyası. Müasir dövlətin strateji 

məqsədi - xalqın rifahı  və  həyat keyfiyyətinin permanent inkişafını  təmin 

edən cəmiyyətin davamlı, təhlükəsiz, rəqabət qabiliyyətli inkişafıdır. Bu sə-

bəbdən dövlət idarəçiliyi məqsədləri iyerarxiyasında  intellektual, etik, hü-



quqi və idarəetmə mədəniyyətinin qabaqlayıcı inkişafı üçün əlverişli şərai-

tin yaradılması xüsusi yer tutmalıdır. Biz dərindən inanırıq ki, bu strateji 

prioritetlər olmadan, dünya sivilizasiyası məkanı və zamanı daxilində dəyi-

şən, strateji məqsədin ardıcıl reallaşdırılmasına yardım edən milli tərəqqi-

nin yüksək tempini və  fəaliyyət keyfiyyətini  təmin etmək mümkün deyil. 

Dövlət idarəçiliyi məqsədlərinin iyerarxiyası “ikinci, süni təbiət” olan, 

özündə ruhi və maddi komponentləri birləşdirən mədəniyyət fenomeni ilə 

şərtlənir. İnsan həyatının qorunması və yaxşılaşdırılması qayğısından ibarət 

tarixi proses kimi, mədəniyyət, insanın dəyişdirici fəaliyyətinin əsasını təş-

kil edən intellekti və biliyi olmadan təsəvvüredilməzdir. Mədəniyyətin 

maddi hissəsini təşkil edən iqtisadiyyat, başlıca dövlət idarəçiliyi məqsədlə-

rindən biri qismində çıxış edir. O, insanın həyat fəaliyyətinin - elm, təhsil, 

hüquq, siyasət, ideologiya, idarəetmə, informasiya, incəsənət, tibb, ekologi-

ya və digər institutları, nəhayət həyatın özü kimi - mühüm resurs təminatı 

üçün maddi bazadır. Bununla bərabər iqtisadiyyat - insan şüurundan törə-

yən proses və  şüurlu  əməyin nəticəsidir.  Maddi nemətlər istehsalçılarının 



başlıca strateji resursu intellektual mədəniyyət, insan intellektidir.  

Dövlət idarəçiliyində “məqsədlər ağacının” qurulması. Dövlət idarəçiliyi 

məqsədləri “strateji – operativ – taktik” ardıcıllıqdan ibarət iyerarxiyaya ma-

likdir. Strateji məqsədləri - əsas, operativ, taktik məqsədləri isə - təminedici 

adlandırmaq qəbul edilmişdir.  Məqsədlər həm də  fərqləndirilirlər: həcminə 

görə - ümumi və xüsusi, nəticələrə görə - son və orta, zamana görə - uzaq, 

yaxın və bilavasitə. Sadalanan iyerarxiyanı nəzərə almaqla “məqsədlər ağacı-

nın” qurulması  məqsədlərin uzlaşmasını o cəhətdən nəzərdə tutur ki, onlar 


Fuad Məmmədov

 

 

404



bir-birini dəstəkləsinlər və bir-birindən asılı olsunlar. Məqsədlərin məntiqi 

əsaslandırılmış subordinasiyası  məqsədlərin bir-birinə “işləməsini” nəzərdə 

tutur ki, bu zaman bir məqsədin reallaşdırılması digəri üçün mənbə olur ki, 

bu məqsədqoyma mexanizmini gücləndirmək və dövlət idarəçiliyi məqsədini 

ictimai inkişafın hərəkərverici qüvvəsinə çevirmək inkanını verir.  

Məqsəd qoymada mərkəzi yeri cəmiyyətin yeni inkişaf səviyyəsinə isti-

qamətini, yeni keyfiyyət vəziyyətini təmin edən dövlət idarəçiliyinin strate-



ji səviyyəsi  tutur. Q.V.Atamançuk strategiyanın mahiyyətini “fəaliyyətin 

mühüm sahəsində yaranmış  vəziyyəti, ictimai işlərin durumunu, müəyyən 

maraqların qarşıdurmasında qüvvələr nisbətini keyfiyyətcə  dəyişdirməyə 

qabil olan çox böyük, genişmiqyaslı əməliyyatların, dəyişikliklərin, islahat-

ların və digər fəaliyyətlərin həyata keçirilməsi elmi, məharəti və təcrübəsi-

nin” məcmusu kimi müəyyənləşdirir. Cəmiyyətin inkişafının  əsas istiqa-

mətləri və tendensiyalarını ifadə edən  dövlət idarəçiliyi strategiyası,  həm 

idarəetmə subyektlərini, həm də obyektlərini əhatə etməli, normativ və açıq 



xarakter daşımalıdır ki, onun formaları aşağıdakılar ola bilər: 

1.  Dövlətin, vasitəsi ilə öz bütövlüyünü, suverenliyini, təhlükəsizliyi-

ni, cəmiyyətin nizama salınması və inkişafını təminetmə missiyası-

nı həyata keçirdiyi - dövlət siyasəti; 

1.   Həyat fəaliyyətinin konkret sahələrinin, cəmiyyətin ruhi və maddi 

mədəniyyət institutlarının keyfiyyətli dəyişdirilməsinin razılaşdırıl-

mış və məcburi icra üçün təsdiq edilmiş məqsədli, resurs və idarə-

etmə istiqamətlərini ifadə edən – dövlət proqramları;  

2.  Cəmiyyətin, dövlətin və beynəlxalq münasibətlər mədəniyyəti inki-

şafının ideoloji, dəyər, metodoloji və digər aktual məsələləri üzrə 

dövlət orqanlarının, onların rəhbərlərinin və ya ekspertlərin baxış-

lar sistemini ifadə edən – dövlət konsepsiyaları

3.  Nəzərdə tutulmuş obyektiv nəticələrin  əldə edilməsi üzrə konkret 

qərarlar və fəaliyyətlərin istiqamətləri və üsullarından ibarət olan - 



dövlət planları;  

4.  İdeallar, dəyərlər və insanların davranış və fəaliyyət məqsədlərinin 

hüquqi normalar vasitəsi ilə  təsbit edildiyi - qanunverici və digər 

normativ hüquqi aktlar;  

5.  Dövlət orqanları  səlahiyyətlərinin istiqamətləri və reallaşdırılması 

daxili qanunauygunluğunu xarakterizə edən idarəetmə qərarları və 

fəaliyyətlərinin məcmusu.  

Strateji idarəetmədə, milli maraqlar nöqteyi-nəzərindən çox baha başa 

gələn səhvlərin yolverilməzliyini qeyd edərək, Q.V.Atamançuk strateji döv-

lət idarəçiliyi səviyyəsinin aşağıdakı xüsusiyyətlərini müəyyənləşdirir: 


İdarəetmə mədəniyyəti 

 

405



  Müəyyən və qeyri-müəyyən amillərin müxtəlifliyinin nəzərə alın-

ması; 

  Əhəmiyyətli tarixi fəaliyyət dövrünün əhatə edilməsi (5 il və daha 

artıq); 

  Kökündən dəyişdirilmiş bir çox təzahürlərin, münasibətlərin və 

proseslərin təhlili və qiymətləndirməyə cəlb edilməsi; 

  Bir sıra məqsədlərin reallaşdırılmasının keyfiyyətin artması prinsipi 

üzrə digərlərinin həyata keçirilməsini təmin edən “məqsədlər ağacı-

nın” sistemli və iyerarxik qurulması;  

  İstifadə olunan resursların kompleksliliyinə və müxtəlifliyinə, həm-

çinin yenilərinin yaradılmasına istiqamətlənmə; 

  İdarəetmə qərarları və fəaliyyətlərinin sistemliliyinin, yəni məntiqi 

ardıcıllığı və uyğunlaşdırılmasının formalaşdırılması; 

  Qoyulmuş məqsədlərin reallaşdırılması üzrə sərt nəzarətin, hərəkət 

monitorinqinin qurulması;  

  Strategiyanın həyata keçirilməsinə yardım edən idarəetmə  fəalily-

yətinin açıq, uyğunlaşdırılmış planlaşdırma xarakterinin təmin edil-

məsi. 

  Strategiyanın reallaşdırma mexanizmi - idarəetmə  fəaliyyətinin məq-

sədləri, funksiyaları və formalarının müntəzəm təşkili və korreksiyası pro-

sesini ifadə edən  strateji planlaşdırmadır.  Dövlət idarəçiliyi strategiyaları 

qanunvericiliklə möhkəmləndirilir və dövlət orqanlarının fəaliyyəti üçün 

məcburidir. Dövlət idarəçiliyi strategiyasının effektivliyinin qiymətləndiril-

məsi zamanı onun coğrafi, iqtisadi, siyasi-inzibati və yerli ölçmələr nöqte-

yi-nəzərindən həyata keçirilməsi nəzərə alınır. Bizim günlərdə Birləşmiş 

Krallığın dövlət idarəçiliyi sisteminə xas olan “ceneralist” yanaşma olma-

dan effektiv strategiyanı təsəvvür etmək çətindir. O, kulturoloji biliyi və öl-

kənin strateji milli maraqlarının təmin edilməsi məqsədi ilə dünya mədəniy-

yəti və sivilizasiyasının tarixi inkişaf təcrübəsinin, müxtəlif dövlətlərin döv-

lət idarəçiliyinin inkişaf qanunları və texnologiyalarının yaradıcı istifadəsi-

ni nəzərdə tutur. 

 

Dövlət idarəçiliyinin formaları və metodları 



 

Dövlət idarəçiliyinin hüquqi, təşkilati və təşkilati-hüquqi formala-

rı. İdarəçilik fəaliyyətinin funksiya və təminat metodları. Personalın 

idarə edilməsi: insan fəaliyyətinin stimullaşdırılması və fəallaşdırıl-

masının əxlaqi-etik, sosial-siyasi, iqtisadi və inzibati metodları.  

 

Fuad Məmmədov

 

 

406



Dövlət idarəçiliyi praktikasında hüquqi, təşkilati və təşkilati-hüquqi for-

malar həyata keçirilirDövlətin idarəçilik fəaliyyəti formaları arasında: hü-

quq normalarının müəyyən edilməsi, hüquq normalarının tətbiq edilməsi, 

təşkilati fəaliyyətlərin həyata keçirilməsi, maddi-texniki əməliyyatların hə-

yata keçirilməsini ayırd etmək qəbul edilmişdir.  

Hüquqi formalar, başlıca olaraq, idarəetmə  qərarlarının hazırlanması, 

qəbul edilməsi və yerinə yetirilməsi zamanı istifadə edilir. Burada əsas tə-

ləb odur ki, idarəetmə qərarlarının əsasını təşkil edən idarəetmə fəaliyyəti, 

əməliyyatları  və materialları (qanunvericilik normaları, informasiya məlu-

matları, statistik ümumiləşdirmələr, sosioloji məlumatlar, ekspertizalar, 

proqnoz qiymətləndirmələr) idarəetmə keyfiyyətini təmin edən lazımi hü-

quqi və  sənədli formada təqdim edilsin, obyektiv informasiya və mövcud 

qanunvericilik tələbləri əsasında qurulsun.  



Təşkilati formalar, səlahiyyətli dövlət orqanının iradəsini ifadə edən hü-

quqi formalardan fərqli olaraq, müxtəlif nöqteyi-nəzərlər, alternativ yanaş-

malar, müzakirələr və diskussiyalar, kompromislər və razılaşmalarla şərtlə-

nən müəyyən idarəetmə probleminin optimal həllinin azad kollektiv axtarışı 

xarakteri daşıyırlar. Təşkilati elementlərə - sessiyalar, iclaslar, müşavirələr, 

konfranslar, beşdəqiqəliklər, operativlər və aktual idarəetmə problemlərinin 

digər müzakirə formaları aiddir. Təşkilati forma da hüquqi akt kimi, idarə-

etmə qərarıdır. O, kollektiv axtarışlar nəticəsində ifadə edilən ümumi razı-

laşdırılmış rəyi nəzərdə tutur. Təşkilati formanın rasionallığı və effektivliyi 

əsas etibarilə müzakirə olunan problemin iştitrakçılarının tərkibindən, onla-

rın səriştəlilik və maraqlılıq səviyyəsindən, onların intellektual və  vəzifə 

potensialının aktuallaşdırılma üsullarından, tədbirin keçirilmə vaxtı  və 

müddətindən, müzakirənin nəticələrinin qeyd edilməsi və onların açıqlan-

masından, müzakirənin yekunlarının icrasına nəzarətdən asılıdır. Avropa və 

Asiya ölkələrinin dövlət idarəçiliyi təcrübəsinin müqayisəli təhlilinə əsasla-

naraq, Q.V.Atamançuk milli dövlət idarəçiliyində elmi biliklər, təcrübə, in-

kişaf etmiş intuisiya və konkret situasiyanın düzgün qiymətləndirilməsini 

tələb edən idarəetmə problemlərinin həllinə kompleks yanaşmanı məsləhət 

görür.  

İdarəetmə fəaliyyəti metodları – hüquqi və təşkilati formalar, elmi bilik-

lər, idarəetmə texnologiyaları və peşəkarlıq təcrübəsinin istifadəsi əsasında 



idarəetmə problemlərinin təhlil, qiymətləndirmə və qərar vasitələri və üsul-

larıdır. İdarəetmə fəaliyyətinin metodlarını: 1) idarəetmə prosesində iştirak 

edən şəxslərin fəaliyyəti ilə bağlı dövlət hakimiyyəti və yerli özünüidarə or-

qanlarının fəaliyyət metodları; 2) dövlət idarəçiliyinin məqsədləri və funksi-

yalarının reallaşdırılmasının təminatı metodlarına bölmək qəbul edilmişdir.  



İdarəetmə mədəniyyəti 

 

407



İdarəçinin mühüm vəzifəsi, imkan daxilində, idarəçilik prosesinin dəqiq 

mənzərəsinin formalaşdırılması  və idarəçilik tələbatlarına daha çox cavab 

verən qərarın seçilməsidir. Qərar hazırlanarkən:  problemin mahiyyətinin 

təhlili, idarə edilən obyektlərdə konkret situasiyanın öyrənilməsi, oxşar 

problemlərin həlli təcrübəsi ilə tanışlıq, xidməti qeydlər və arayışların ha-

zırlanması, statistik məlumatların təhlili və ümumiləşdirilməsi, resurs təmi-

natı imkanları ilə bağlı olan alternativ qərarların əsaslandırılması və s. ki-

mi vasitələr və fəaliyyətlər istifadə edilir. Effektiv idarə etmədə ictimai, tə-

biət və  dəqiq elmlərin arsenalından mənimsənilmiş metodlar mühüm rol 

oynayır. Onların arasında: sistemli və funksional təhlil, riyazi proqramlaş-

dırma metodlarından istifadə, iqtisadi-statistik modelləşdirmə, strateji 

oyunlar nəzəriyyəsi metodu və qərarların qəbul edilməsinin strateji nəzəriy-

yəsi, proqnozlaşdırma və sosial təcrübə metodları və s. adlarını çəkmək la-

zımdır. Bir-birini qarşılıqlı tamamlayan bir çox effektiv tədqiqat metodları-



nın məcmusundan ibarət olan kulturoloji metodologiya və sistemli kulturo-

loji təhlil, dövlət idarəçiliyi üçün böyük praktik dəyərə malikdir. 

İdarəetmə  fəaliyyəti metodları arasında  əməkdaşların tələbatları, ma-

raqları və davranış motivlərinin hesabına əsaslanan personalın idarə edil-

məsi xüsusi əhəmiyyətə malikdir. Dövlət idarəçiliyinin məqsədləri və funk-

siyalarının təmin edilməsi məqsədi ilə insan fəaliyyətinin əxlaqi-etik, sosi-

al-siyasi, iqtisadi və inzibati stimullaşdırma və fəallaşdırma metodlarından 

istifadə edilir. Əxlaqi-etik metodlar insanın ləyaqəti, namusu və vicdanına 

müraciətə əsaslanmışdır və müəyyən əqidələr, ruhi dəyərlər, mənəvi möv-

qelər və psixoloji istiqamətlərin formalaşdırılması və mühafizə edilməsinə 

yönəldilmişdir. Bunlara tərbiyə  tədbirlərini, məqsədlərin düzgün izahını, 

idarəetmə probleminin məzmunu və sosial əhəmiyyətini, motivasiya, mənə-

vi təşviq etmə və tənbeh vasitələrini, şəxsiyyətin fərdi mədəniyyəti və psi-

xoloji xüsusiyyətlərinin nəzərə alınmasını,  əməkdaşların mədəniyyəti və 

maraqlarının harmonizasiyasını aid edirlər. Sosial-siyasi metodlar siyasi və 

ictimai fəallığın inkişafı,  əməkdaşların hakim münasibətlər prosesinə  cəlb 

edilməsi, idarəetmə orqanının kollektiv üzvlərinin sosial xidmətlərinin, 

əmək, məişət və istirahət şəraitinin yaxşılaşdırılması ilə əlaqədardır. Onla-

rın həyata keçirilməsi üçün idarəçilərin sosial-siyasi maraqlarına cavab ve-

rən, onların sosial statusuna, özünütəsdiq və özünü reallaşdırma imkanları-

na pozitiv təsir göstərən dövlət idarəçiliyinin demokratlaşdırılması mühüm 

əhəmiyyət daşıyır. İqtisadi metodlar əməkdaşların iqtisadi maraqlarına təsir 

vasitələrini nəzərdə tutur. Onlar əməkdaşların maddi təminatı, əmək haqqı 

səviyyəsinin xarakteri və artımı, mükafatlar, xüsusi müavinətlər və məmur-

ların maddi stimullaşdırılmasının digər növləri ilə bağlıdır. İnzibati metod-

lar – dövlətin uyğun idarəçilik orqanları tərəfindən insanların davranışı və 


Fuad Məmmədov

 

 

408



fəaliyyətinin birbaşa və  məcburi müəyyən edilməsi vasitələri, üsulları  və 

fəaliyyətidir. Onun əlamətləri: orqan və ya vəzifəli şəxsin icraçıların öhdə-

liklərinin və davranış normalarının müəyyən edilməsi yolu ilə, həmçinin 

xüsusi sərəncamlar və komandaların köməyi ilə onların iradəsinə birbaşa 

təsiri; məcburi icraya aid olan məsələnin həllinin və əməkdaşların davranış 

tərzinin rəhbərin iradəsinə görə seçilməsi; icra olunmaması hüquqi məsu-

liyyətin müxtəlif növlərini cəlb edən sərəncam və göstərişlərin şərtsiz məc-

buriliyidir.  

 

İdarəetmə fəaliyyətinin mərhələləri 

 

Təhlil və qiymətləndirmə. Proqnozlaşdırma və modelləşdirmə. 

Aktların və ya tədbirlərin işlənib hazırlanması. Qərarların icrasının 

təşkili. Nəzarət və  məlumatlandırma. Ümumiləşdirmə  və qiymətlən-

dirmə.  

 

Dövlət idarəçiliyi məqsədləri və funksiyalarının daha yaxşı reallaşdırıl-



ması üçün Q.V.Atamançuk idarəetmə fəaliyyətini yeddi mərhələyə bölməyi 

təklif edir:  

1. İdarəetmə situasiyasının təhlili və qiymətləndirilməsi

2. İdarəetmə situasiyasının (dövlət idarəçiliyi subyekti və obyektlərin-

də) saxlanması və dəyişdirilməsi vəziyyəti üzrə zəruri (və mümkün) fəaliy-

yətlərin proqnozlaşdırılması və modelləşdirilməsi; 

3. Nəzərdə tutulan hüquqi aktlar və ya təşkilati tədbirlərin işlənib hazır-

lanması; 

4. Hüquqi aktların müzakirəsi və qəbul edilməsi, təşkilati tədbirlərin hə-

yata keçirilməsi; 

5. Qəbul edilmiş qərarların icrasının təşkili (hüquqi və təşkilati): 

6. İcra nəzarəti və operativ məlumatlandırma; 

7. Tətbiq edilən idarəetmə  fəaliyyətinin ümumiləşdirilməsi, yeni (ye-

kunlaşdırıcı) idarəetmə situasiyasinın qiymətləndirilməsi. 



İdarəetmə situasiyasının təhlili və qiymətləndirmə  mərhələsi,  öyrənilən 

proseslərin qanunauyğunluqlarını və təşkilati formalarını bilməyi tələb edir. 

Məntiq, tarixilik və dialektika prinsiplərini birləşdirən kulturoloji metodo-

logiyanın istifadəsini nəzərdə tutan bu mərhələnin həyata keçirilməsi üçün 



sistemli kulturoloji təhlil mühüm metodoloji əhəmiyyətə malikdir. O, idarə-

etmə effektivliyinin artırılmasını  təmin edən situasiyanın mahiyyətinin və 

xüsusiyyətlərinin düzgün dərk edilməsi, həmçinin tarixin, nailiyyətlərin, 

təşkilati formaların öyrənilməsi, qanunauyğunluqların başa düşülməsi və 

yeni imkanların aşkar edilməsi, innovativ texnologiyaların işlənib hazırlan-


İdarəetmə mədəniyyəti 

 

409



ması imkanını verir. Situativ təhlil, hüquqi aktların və  təşkilati tədbirlərin 

işlənib hazırlanması - mövcud və mümkün olan insan, elmi, texnoloji, mad-

di və maliyyə resurslarının, qanunvericiliklə müəyyən edilmiş fəaliyyətlərin 

hüquqi sahələri və  hədlərinin, məsələnin həllinə ayrılmış müddətin, qəbul 

edilən qərarların icrasına imkan verən və mane olan şəraitin hesaba alınma-

sını nəzərdə tutur.  



Zəruri fəaliyyətlərin proqnozlaşdırılması və modelləşdirilməsi mərhələsi 

şəraitin mahiyyəti və  vəziyyətinin diaqnozundan, habelə onun tələb etdiyi 

qərarların xarakterindən asılı olaraq həyata keçirilir. Burada zəruri idarəet-

mə fəaliyyətlərinin həcmi və məzmunu müəyyənləşdirilir. İdarəetmə situa-

siyasından asılı olaraq Amerika tədqiqatçiları idarəçilik qərarlarının dörd 

tipini ayırmışlar:  qəbul edilməsi zamanı  təsbit edilmiş alternativ dəstlərin 

mövcud olduğu  standart qərar;  suala “bəli” və ya “xeyr” cavabını  tələb 

edən binar qərar; alternativlərin çox geniş şəbəkəsinin istifadəsini nəzərdə 

tutan  çoxalternativli qərar; alternativlərin olmaması zamanı  fəaliyyətlərin 

qəbul edilməsini tələb edən innovativ qərar.  

Nəzərdə tutulan hüquqi aktların işlənib hazırlanması və təşkilati tədbir-

lərin həyata keçirilməsi mərhələsi, qarşıya qoyulmuş vəzifələrin yerinə ye-

tirilməsində kollektivin bütün üzvlərinin maraqlılığını  təmin edən, rəhbər 

həlqənin kollektivlə fəal qarşılıqlı fəaliyyətini, hazırlanan qərarların çoxsə-

viyyəli razılaşdırılmasını, müxtəlif mütəxəssislərin və icraçı personalın rə-

yinin hesaba alınmasını nəzərdə tutur. 

Hüquqi aktların müzakirəsi, qəbulu və təşkilati tədbirlərin həyata keçi-

rilməsi mərhələsi, hüquqi aktlarda və təşkilati tədbirlərdə idarəediçi təsirlə-

rin zəruri potensialının  əks etdirilməsi ilə  şərtlənir. Bu mərhələ: müəyyən 

edilmiş prosedurlara ciddi riayət edilməsini; nəzərdən keçirilən məsələnin 

obyektiv xarakteristikasını; qərarın bu seçim variantına təsir göstərən sə-

bəblərin izahını; qoyulmuş məsələnin həll olunacağı şəraitlərin açılmasını; 

idarə edilən obyektlərin fəaliyyəti üçün məsələnin əhəmiyyətinin müəyyən-

ləşdirilməsini; məsələnin reallaşdırılması üçün lazımi qədər resursların ay-

rılmasını; məsələnin həll edilməsi müddətinin müəyyən edilməsini; məsələ-

nin həlli üzrə fərdi məsuliyyət daşıyanların göstərilməsini; mümkün keyfiy-

yət və kəmiyyət məhdudiyyətlərinin nəzərə alınmasını; qabaqcadan nəzərdə 

tutulmayan çətinliklərin aradan qaldırılması zamanı yardım formalarının 

müəyyən edilməsini; gözlənilən nəticələrin və həllin effektivlik meyarları-

nın proqnozlaşdırılmasını nəzərdə tutur.  

Qəbul edilmiş hüquqi və təşkilati qərarların icrası mərhələsi: bütün zə-

ruri rekvizitləri olan sənəd kimi qərarların vaxtında tərtib edilməsini; qərar-

larda ifadə olunan informasiyanın icraçılara ünvanlı çatdırılmasını; qərarın 

məzmununun başa düşülməsi və adekvat şərhinin təmin edilməsini; qərarın 



Fuad Məmmədov

 

 

410



reallaşdırılması üzrə işlər planının icraçılar arasında müzakirəsi və razılaş-

dırılmasını; qərarlarda nəzərdə tutulan və şərtləşdirilən hər şeyin həyata ke-

çirilməsi üçün konkret və  əyani fəaliyyətlərin yerinə yetirlməsini nəzərdə 

tutur.  


İcra nəzarəti və operativ məlumatlandırma mərhələsi: qərarların reallaş-

dırılması gedişi və vəziyyəti haqqında xəbər verən əks əlaqənin təmin edil-

məsini; ictimai həyat fəaliyyətinin inkişafı ilə bağlı olan nəzarət parametrlə-

rinin seçilməsini; təzahürlər, münasibətlər və proseslərin daha çətin və böh-

ran vəziyyətdə keçən gərgin nöqtələrinin tapılmasını; qərarın icrasının əv-

vəlindən idarəetmə prosesinin gedişi haqqında müntəzəm məlumatlandırıl-

manın təmin edilməsini nəzərdə tutur.  

Tətbiq edilən idarəetmə fəaliyyətinin ümumiləşdirilməsi və yeni idarəet-

mə situasiyasının qiymətləndirilməsi mərhələsi:  hüquqi və ya təşkilati qə-

rarların reallaşdırılması nəticələrinin onda ifadə edilmiş məqsədlərə, vəzifə-

lərə və tapşırıqlara uyğunluğunun müəyyən edilməsini; qərarın reallaşdırıl-

ması üçün nəzərdə tutulmuş formalar, metodlar, vasitələr, resurslar, infor-

masiyaların real istifadəsini; icraçıların real əməlləri və fəaliyyətləri sayə-

sində əldə olunan uyğun nəticənin müəyyən edilməsini nəzərdə tutur.  

 

Dövlət idarəçiliyi effektivliyinin qiymətləndirilməsi 

 

 Ümumi sosial idarəetmə effektivliyinin dörd meyarı. Dövlət idarəçiliyi 



effektivliyinin qiymətləndirilmə mənbələri. Dünya bankının qiymətləndirmə 

meyarları, göstəriciləri və standart indikatorları.  İdarəetmə effektivliyinin 

beş meyarı: məqsədlər, zaman, üslub, təşkilati çətinlik, məxariclər. 

Q.V.Atamançukun “Normativ modeli”: idarəetmə fəaliyyətinin səkkiz sosi-

al effektivlik meyarı. Qabaqlayıcı sosial-mədəni terapiya. Dövlət idarəçili-

yinin təhlili və qiymətləndirilməsinin beş üsulu.  

 

Qərarların qəbul edilməsi və idarəetmə texnologiyalarının təkmilləşdiril-



məsi üçün dövlət idarəçiliyi effektivliyinin qiymətləndirilməsi zəruri əsas-

dır. O, müəyyən meyarlar əsasında həyata keçirilir. Meyarlar keçmişin və 

indinin tənqidi təhlilini aparmağa, səhvləri və nöqsanları  aşkar etməyə  və 

aradan qaldırmağa, ən yaxşının və həyat qabiliyyətlinin seçimini həyata ke-

çirməyə, mövcud texnologiyaları təkmilləşdirməyə imkan verir. İdarəetmə-

nin effektivlik meyarları elə əlamətdir ki, onun əsasında idarəetmə səviyyəsi 

və keyfiyyəti, onun təşkilatın, cəmiyyətin və ya dövlətin tələbatları, maraq-

ları və məqsədlərinə uyğunluğu müəyyən edilir. Effektivlik meyarı tələbat-

ların və maraqların təmin edilməsinə, idarəetmə fəaliyyətinin bu və ya digər 

sahəsində qoyulmuş məqsədlərə nail olma dərəcəsini müəyyən etməyə im-


İdarəetmə mədəniyyəti 

 

411



kan yaradır. O, aktual problemlərin vaxtında aşkar edilməsinin, məsələlərin 

həlli texnologiyalarının, bunun üçün zəruri olan resursların, şəraitin və vax-

tın müəyyən edilməsinin mütləq şərtidir.  

Dövlət idarəçiliyi effektivliyinin əsas meyarlarından biri bütün proq-



ramlar, layihələr və qərarların, onların ölkənin milli maraqlarına və bey-

nəlxalq etik və hüquqi normalarla razılaşdırılmasına uyğunluğunun qiymət-

ləndirilməsidir.  Bu və ya digər ölkədə dövlət idarəçiliyinin ümumi sosial 

effektivlik meyarlarını ümumiləşdirən məlumatlar, ölkə daxilində ictimai 

həyat fəaliyyətinin sahələri və  səviyyələri üzrə  dərəcələrə ayrılır. Dövlət 

idarəçiliyi effektivliyinin qiymətləndirilməsi üçün Ümumdünya Bankının 



təcrübəsi ciddi metodoloji əhəmiyyətə malikdir ki, onun metodikası müxtə-

lif ölkələrin inkişaf təhlilinə  və onların öz aralarında aşağıdakı meyarlar, 

göstəricilər və standart indikatorlar əsasında müqayisəsinə yönəldilmişdir:  

1.  Dünya mənzərəsi: əsas iqtisadi göstəricilər, həyat keyfiyyəti (uzu-

nömürlülük, təhsillilik, və həyat səviyyəsi). 

2.  Əhali: əhali və  əmək resursları; yoxsulluq; gəlirlərin və istehlakın 

bölüşdürülməsi; təhsil; səhiyyə. 

3.  Ətraf mühit: torpaqdan istifadə və kənd təsərrüfatı istehsalı; su ehti-

yatları, meşəsalma və qoruq zonaları; enerji istehlakı və tullantılar. 

4.  İqtisadiyyat: iqtisadi inkişaf dinamikası; istehsalın strukturu; tələ-

bat-strukturu; mərkəzi hakimiyyət büdcəsi; ödəmə balansı, cari əməliyyat-

ların hesabı və valyuta ehtiyatları. 

5.  Dövlət və bazar: özəl sektorda maliyyələşdirmə; dövlətin iqtisadiyyat-

da rolu; energetika və nəqliyyat; rabitə, informatika; elmi-texniki inkişaf. 

6.  Qlobal əlaqələr: beynəlxalq ticarət; maliyyə yardımı və kapital axını. 

Dövlət-hüquqi  məqsədqoyma,  təşkil etmə  və  tənzimləməsində ictimai 

tələbatların real təmin edilmə səviyyəsinin müəyyənləşdirilməsi üçün zəruri 

olan dövlət idarəçiliyi effektivliyinin qiymətləndirilməsi:  

   İctimai tələbatlarla obyektiv determinə (müəyyən) olunmuş  məq-

sədlərlə dövlət idarəçiliyində praktik olaraq həyata keçirilən məqsədlərin;  

   Dövlət idarəçiliyinin (onun idarəedici komponentlərinin qərarları 

və  fəaliyyətlərinin) obyektivləşdirilməsi zamanı  əldə edilən nəticələrlə 

idarəetmə proseslərində reallaşdırılan məqsədlərin;  

   İctimai tələbatlar və maraqlarla idarəetmənin obyektiv nəticələrinin; 

   İdarəetmə  nəticəsində alınan obyektiv nəticələrlə dövlət idarəçili-

yinə sərf olunan ictimai məsariflərin;  

   İdarəçilik potensialında olan imkanlarla onların real istifadə dərə-

cəsinin müqayisəsini nəzərdə tutur.  



Dövlət idarəçiliyinin effektivlik meyarlarının təhlili idarəetmə prosesin-

də istifadə edilən problemlər, metodlar və resursların təhlili ilə əlaqədardır. 



Fuad Məmmədov

 

 

412



İdarəetmə effektivliyinin beş meyarı mövcuddur: məqsədlər, zaman, üslub, 

təşkilati çətinlik, məxariclər.  

Məqsədyönümlülük dövlət idarəçiliyinin təşkil edilməsi və fəaliyyət sis-

teminin məqsədəuyğunluğunu əks etdirir ki, bu da, idarəedici təsirlərin düz-

gün ifadə edilmiş məqsədlərə uyğunluq dərəcəsi ilə müəyyən edilir. Bu za-

man cəmiyyətin dəyişən tələbatları və maraqlarını, dünya sivilizasiyasının 

çağırışlarını, həmçinin yekun nəticələrlə müqayisəsi nöqteyi-nəzərindən, 

məqsədləri onların inkişafında nəzərdən keçirmək lazımdır.  



İdarəçilik məsələlərinin həllinə sərf olunan vaxt və idarəçilik fəaliyyəti-

nin həyata keçirilməsi. Söhbət məhz idarəçilik fəaliyyətinə sərf edilən vaxt-

dan gedir. Əvəzedilməz idarəçilik resursu kimi, bu vaxtı qənaətlə və rasio-

nal idarə edərək, istifadə etmək lazımdır. İdarəçilik qərarları vaxtının və re-

allaşdırılma sürətinin itirilməsi - qəbul edilən qərarın aktuallığı  və  həyata 

keçirilməsi əhəmiyyətinin, idarəetmənin təşkilati, informasiya və maddi re-

surslarının itirilməsinə gətirib çıxara bilər.  



İdarəetmə sisteminin fəaliyyət üslubu. Bumahiyyət etibarıilə, bürokra-

tın real praktikada idarəçilik davranışını, onun intellektual, etik, hüquqi, 

təşkilati, sərəncamçılıq və icraçılıq mədəniyyətinin məcmusunu əks etdirən 

idarəetmə mədəniyyətidir. Bürokratın üslubu onun mədənilik dərəcəsindən, 

onun real vəzifə imkanlarından və idarə orqanının öz səviyyəsindən asılıdır.  

İdarəetmə subyektinin təşkilati mürəkkəbliyi.  İdarəetmə prosesində  hər 

bir instansiyanın öz əhəmiyyətliliyini və unikallığını sübut etməyə çalışdığı 

dövlət idarəçiliyinin mürəkkəb iyerarxik strukturu qəbul edilən qərarların 

razılaşmalar çoxluğunu tələb edir. Burada başlıcası, idarə edən subyektin və 

koordinasiyaedici orqanın idarə olunan obyektlə və ya koordinasiya olunan 

orqanla müqayisədə sadəlik prinsipidir. Bu prinsipin reallaşdırılması idarə-

etmə prosesində  təşəbbüs və yaradıcılığın boğulmasını aradan qaldırmağa 

imkan verir.  



İdarəetmə sistemi fəaliyyətinin saxlanılması və təmin ediməsi məxariclə-

ri. Bu meyar fəaliyyətin ictimai faydalılığının qiymətləndirilməsinə, idarə-

etmə dəyəri ilə idarə olunan obyektlərin fəaliyyətinin sosial nəticələri ara-

sında qarşılıqlı əlaqənin hesaba alınmasına əsaslanmışdır. Dövlət idarəçili-

yinin sosial dəyəri və effektivliyi idarəedici personalın saxlanmasına, cihaz-

lara və avadanlığa, kommunikasiyalara və s. məsariflərin hesaba alınması 

ilə müəyyən edilir.  

Q.V.Atamançuk idarəetmənin ümumi sosial effektivlik meyarlarına aşa-

ğıdakıları aid edir: dünya parametrləri ilə, onun müvafiq növlərinə görə uy-

ğun olan əmək məhsuldarlığı səviyyəsi; uyğun növlər üzrə dünya göstərici-

ləri ilə nisbətdə BMT-nin metodikası üzrə hesablanan milli sərvətin artım 



templəri və miqyası; adambaşı hesab və müxtəlif kateqoriyalı gəlirlərin bö-

İdarəetmə mədəniyyəti 

 

413



lünməsi, həmçinin inkişaf etmiş ölkələrin standartları ilə müqayisədə insan-

ların həyatının rifah səviyyəsi; ictimai münasibətlərin nizamlılığı, təhlükə-

sizliyi və etibarlılığı, onların artan pozitiv nəticə ilə yenidən hasil edilməsi. 

Alim idarəedici orqanların və vəzifəli şəxslərin fəaliyyət effektivliyinin təh-



lilinə maraqlı yanaşma hazırlamışdır. Onun tərəfindən təklif edilən idarəçi-

lik fəaliyyətinin “normativ modeli” idarəetmə effektivliyinin nizamlanma, 

rasionallaşdırılma və effektivliyinin təmin edilmə vasitəsi kimi nəzərdən 

keçirilir. Modelin başlanğıc nöqtəsi odur ki, dövlət idarəçiliyinin hər bir or-

qanı, onun fəaliyyətinin məqsədləri, məzmunu, imkanları  və hüdudlarını 

xarakterizə edən öz səlahiyyətinə, hər bir dövlət vəzifəsi isə - uyğun orqa-

nın səlahiyyəti daxilində onun rolu və iştirakını əks etdirən ixtisas əlamətlə-

ri ilə - öz səlahiyyətinə malikdir. Buna uyğun olaraq, müəllif dövlət idarəçi-



liyinin səkkiz sosial effektivlik meyarını ifadə etmişdir. Birinci – orqanların 

və vəzifəli şəxslərin idarəçilik fəaliyyətinin istiqamətləri, məzmunu və nəti-

cələrinin orqanın və dövlət vəzifəsinin hüquqi statusunda müəyyən edilmiş 

tələblərə uyğunluq dərəcəsi. İkinci – dövlət hakimiyyəti və yerli özünüidarə 

orqanlarının və orada çalışan vəzifəli şəxslərin qərarları və fəaliyyətlərinin 

qanuniliyi. Üçüncü – idarəetmə proseslərinin hüquqi və təşkilati təkmilləş-

dirilməsini təmin edən idarəedici fəaliyyətlərin reallığı. Dördüncü – idarə-



çilik aktlarının (qərarların, əməllərin, fəaliyyətlərin) məzmunu, onların və-

təndaşların tələbatları, maraqları  və  məqsədlərinin təmin edilməsinə, in-

sanlara xidmət etməyə yönəldilməsi. Beşinci – fəaliyyətin demokratik xa-

rakteri və idarəetmə orqanları və vəzifəli şəxslərin vətəndaşlarla, vətəndaş 

birlikləri və əhali ilə qarşılıqlı əlaqələrinin həcmi. Altıncı – idarəediçi orqa-

nın və vəzifəli şəxsin qərarları və fəaliyyətlərində müvafiq orqanın və döv-

lət vəzifəsinin dövlət prestijinin təmin edilmə ölçüsü. Yeddinci – idarəetmə 

orqanları və vəzifəli şəxslərin verdiyi idarəçilik məlumatlarının doğruluğu 

və məqsədəuyğunluğu. Səkkizinci - idarəçilik fəaliyyətinin cəmiyyətə mənə-

vi-ideoloji təsiri ilə şərtlənən mənəvi prinsip. Rəhbərlərin mənəvi siması in-



sanların bir çox dəyərlərini və istiqamətlərini formalaşdırır, onların dövlə-

tə münasıbətini müəyyən edir. İdarəedici orqanların fəaliyyətində effektivli-

yi qiymətləndirərək və nöqsanları təhlil edərək, alim hesab edir ki, insanlar-

dan asılı olmayan təbii anomaliyalar və ekstremal situasiyalar istisna ol-

maqla, bir çox hallarda, cəmiyyətə neqativ təsir göstərən problemlərin sə-

bəbləri, ayrı-ayrı bürokratların çalışdığı “idarəedici orqanların zəifliyi, fəa-

liyyətsizliyi, durğunluğu, qərəzliliyi, istedadsızlığı, səriştəsizliyidir”. 

Q.V.Atamançuk qeyd edir ki, demokratik dövlətin  ən mühüm idarəçilik 

məsələlərindən biri - varlıların daha varlı olmasına, firavan yaşayanların 

isə, ilk növbədə ziyalıların yoxsullaşmasına aparan proseslərin yolverilməz-

liyini nəzərdə tutan sosial rifah balansı haqqındakı məsələdir.  



Fuad Məmmədov

 

 

414



Dövlət idarəçiliyi effektivliyinin qiymətləndirilməsi üçün   insanların 

rəyini  əks etdirən xüsusi ictimai metodlar və institutlar tətbiq edilir. De-

mokratik dövlətdəhəm idarəetmə keyfiyyətində, həm ictimai şüurda, həm 

hakimiyyətə inam kreditində böyük itkilərə, həmçinin cəmiyyətdə sosial-si-

yasi sarsıntılar təhlükəsinə səbəb ola bilən, idarəetmədə mümkün böhranla-

rın qarşısını alan belə qiymətləndirmələr - xəbərdarlıq, qabaqlayıcı xarak-



ter daşımalıdır. Bu, bir növ qabaqlayıcı sosial-mədəni terapiya, dövlət ida-

rəçiliyinin məqsədləri, həyat qabiliyyətli kulturoloji texnologiyaları  və üs-

lubunun daim təkmilləşdirilməsini nəzərdə tutur. Belə terapiyanın mühüm 



vəzifəsi - dövlət idarəçiliyinin təşkil etmə və fəaliyyət sisteminin xarakteri, 

onun tərəfindən ictimai tələbatların və maraqların təmin edilməsi məqsədilə 

effektivlik səviyyəsinin  müntəzəm nüfuzlu təhlili və  qiymətləndirilməsidir. 

Dövlət idarəçiliyi effektivliyinin ayrılmaz hissəsi olan təhlil və qiymətlən-



dirmə - məqsədlərin və idarəetmə məxariclərinin ictimai tələbatlarla, ma-

raqlarla və alınan nəticələrlə, onların həyata keçirilmə imkanları və dərə-

cəsi ilə müqayisəsini nəzərdə tutur. Burada təhlilin əsas predmeti faydalı iş 

əmsalı və idarəetmə mədəniyyətinin entropiyasıdır. Q.V.Atamançuk dövlət 



idarəçiliyinin təhlili və qiymətləndirilməsinin beş üsulunu qeyd edir: dövlət 

idarəçiliyi, yerli idarəetmə orqanları və vəzifəli şəxslərin hesabatları; sosi-

al-mədəni həyatın aktual problemləri üzrə kütləvi müzakirələr və səsvermə-



lər (referendumlar); bir çox insanların azad ifadə edilən mülahizələri, ba-

xışları, mövqeləri, nəzər-nöqtələrinin məcmusu olan - ictimai rəy;  kütləvi 



informasiya vasitələri (televiziya, radio, mətbuat); vətəndaşların müraciəti. 

 

Dövlət idarəçiliyi mədəniyyətinin təkmilləşdirilməsi 

 

İdarəetmə fəaliyyətinin təkmilləşdirilməsi vəzifələri. Dövlət idarə-

çiliyinin təkmilləşdirilməsi predmeti. Dövlət idarəçiliyi mədəniyyəti-

nin təkmilləşdirilməsi prinsipləri. 

 

İdarəemə sistemi fəaliyyətində dövlət idarəçiliyi texnologiyasının 

yaxşılaşdırılmasına, onun effektivliyinə, mobilliyinə, rasionallığına və 

cəmiyyətin, dövlətin və beynəlxalq siyasətin inkişaf tələblərinə uyqun-

luğuna istiqamətlənən  dövlət idarəçiliyinin özünün təkmilləşdirilməsi 

prosesi mühüm yer tutur.  

İdarəçiliyin təkmilləşdirilməsi aşağıdakıları nəzərdə tutur: idarə edi-

lən obyektlərin tələbatları və qanunauyğunluqlarının məzmununa dövlət 

hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının idarəedici təsirlərinin 

mümkün olan maksimal uyğunluğunun təmin edilməsini; dövlətin idarə-

edici orqanları və idarə olunan obyektlər, habelə digər idarəetmə növlə-



İdarəetmə mədəniyyəti 

 

415



rinin subyektləri arasında daha rasional və effektiv qarşılıqlı əlaqələrin 

formalaşdırılmasını; dövlət idarəçiliyi təşkilati strukturunun optimal və-

ziyyətinin saxlanmasını;  idarəetməyə ictimai məxariclərin permanent 



azaldılmasının təmin edilməsini; dövlət-idarəçilik fəaliyyətinin formala-

rı, metodları və digər elementlərinin effektivliyinin yüksəldilməsini.  

Dövlət idarəçiliyinin təkmilləşdirilməsi predmeti aşağıdakılardır: 

dövlət-idarəçilik fəaliyyətinin  məzmunu və metodlarının rasionallaşdı-



rılması,  insan kapitalının, idarəetmə vasitələrinin, müasir elmin metod-

ları və nailiyyətlərinin daha effektiv istifadəsi üçün şəraitin yaradılması; 

dövlət idarəçiliyinin  məqsədləri və funksional strukturunun permanent 

təkmilləşdirilməsi, dövlət idarəçiliyi sisteminin idarə edən və idarə olu-

nan həlqələri, idarəetmə subyektləri və obyektləri arasında  qarşılıqlı 

əlaqələrin yaxşılaşdırılması; dövlət idarəçiliyinə vətəndaşların geniş su-

rətdə  cəlb edilməsi və özünüidarə mexanizmlərinin inkişafı hesabına 



idarəetmə metodları və sisteminin demokratlaşdırılması, idarəetmə pro-

sesinin iştirakçıları arasında  demokratik münasibətlər mədəniyyəti və 



məsuliyyət mədəniyyətinin inkişaf etdirilməsi; dövlət qulluqçuları və bü-

tün səviyyələrdə administratorların seçimi, hazırlığı, düzgün istifadəsi 

və ixtisasının artırılması keifiyyətinin permanent yaxşılaşdırılması, ida-

rəetmə əməyinin stimullaşdırıcı metodlarının inkişaf etdirilməsi.  



Dövlət idarəçiliyi mədəniyyətinin təkmilləşdirilməsi aşağıdakı qarşı-

lıqlı əlaqəli prinsiplər əsasında həyata keçirilir: milli, regional və yerli 

idarəetmənin bütün səviyyələrində  təkmilləşdirmə proseslərini tələb 

edən  sistemlilik prinsipi; idarəetmə proseslərinə ümumi təsir göstərən, 

dövlət idarəçiliyinin müxtəlif parametrlərinin nəzərə alınmasını  tələb 

edən  komplekslik prinsipi; dövlət idarəçiliyinin yeni keyfiyyətini təmin 

edən, gündəlik, sistemli fəaliyyətləri tələb edən fasiləsizlik prinsipi; də-

qiq planlaşdırılan və ardıcıl yerinə yetirilən fəaliyyətləri tələb edən 

planlılıq prinsipi. 


Yüklə 6 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin