İdarəetmə mədəniyyəti
321
Fəsil 8. Dini mədəniyyət
Dini mədəniyyət biliyinin əhəmiyyəti. İbtidai və sinfli cəmiyyətlə-
rin dini. Antik, orta əsr və müasir alimlərin şüuruna və inamına ba-
xışlar. Yerli kiçik xalqların etiqadları. Zərdüştlük. Hinduizm. Cay-
nizm. Buddizm. Sintoizm. Daosizm. Konfutsianlıq. Yəhudi dini. Xris-
tianlıq. İslam. Sihizm. Bəhayi. Sufi cəmiyyəti. Birlik Kilsəsi. Dinləra-
rası dialoqa aparan yol.
Dünya dini mədəniyyətinə tarixən mədəni müxtəliflik xasdır. O, polite-
izmin və monoteizmin müxtəlif növlərini, həmçinin panteizmi və deizmi
özündə birləşdirir. Dinlərin inkişafı ona zidd olan ateizmlə də müşayiət olu-
nurdu. Elm və həyat bizim, o cümlədən dini mədəniyyət sahəsində, dünya-
görüşümüzü yeni nailiyyətlər və kəşflərlə daim zənginləşdirir. İnsanların
dini mədəniyyətinin mahiyyəti, xüsusiyyətləri, tarixi və problemlərinin düz-
gün başa düşülməsi milli və qlobal idarəetmə üçün müstəsna əhəmiyyətə
malikdir. Din – bəşəriyyətin ruhi mədəniyyət fenomenidir. Bu hələ ilk cə-
miyyətlərin və sivilizasiyaların formalaşdığı dövrdə dövlət quruculuğu və
idarəçiliyinin fundamental əsası olan ən qədim ideologiyadır. Nə üçün din
mədəniyyətini bilmə effektiv idarəetmə üçün vacibdir? Çünki bu bilik etnik
və milli mədəniyyətlərin, insanların psixologiyasının izahını verir. Bu kul-
turoloji bilikdə dövlət və sosial idarəçiliyin həm subyekti, həm də obyekti
olan insanın motivləri, xarakteri, davranışı, mədəniyyəti, həmçinin ailəni
idarəetmə məsələləri ilə bağlı bir çox suallara cavab vardır. Müasir dinlərin
humanist fəlsəfəsinin əsaslarını bilmək, şəxsiyyətin yüksək özünüidarə mə-
dəniyyətinin formalaşdırılması üçün də vacibdir. Bununla yanaşı insanların
dini mədəniyyət haqqında obyektiv bilikləri həm milli dövlətlər miqyasında,
həm də beynəlxalq mədəni məkanda müxtəlif milliyyətlər və dinlərə məxsus
insanların qarşılıqlı anlaşması, hörməti və əməkdaşlığı üçün lazımdır.
Dünya mədəniyyəti və sivilizasiyası tarixi göstərir ki, müvəqqəti böh-
ranlara və tənəzzül hallarına baxmayaraq, mədəniyyətin inkişafı – ağıl və
mənəviyyatla formalaşdırılan müntəzəm proqressiv prosesdir. Bəşəriyyətin
bu və ya digər inkişaf mərhələlərində onun əsas inkişaf yollarını, ruhi mə-
dəniyyətini, dinini, ideologiyasını, idarəetmə və istehsal texnologiyalarını,
ictimai və beynəlxalq münasibətlər mədəniyyətini, intellektual, etik, hüqu-
qi, bədii və istehsal nailiyyətlərini cəmiyyətin elmi bilikləri və mənəvi da-
yaqlarının səviyyəsi müəyyən etmişdir. Bununla belə, mədəni inkişafın re-
allıqları belədir ki, hamı tərəfindən qəbul edilmiş fikirlər onun həqiqiliyini
təsdiq etmir, çünki müxtəlif ölkələrdəki çoxlu insanlar özlərinin az təhsilli-
Fuad Məmmədov
322
liyi səbəbindən aldana bilərlər. İnsanın bilikləri və mənəviyyatının daim
təkmilləşdirilməsi əhəmiyyəti bununla şərtlənir.
Sözsüz ki, müxtəlif tarixi dövrlərdə dinin formaları və onlara münasibət
birmənalı olmamışdır. Təbiət qanunlarını, o cümlədən, insan bədəninin və
ruhunun təbiətini, həyat təzahürləri və hadisələrinin təbii səbəblərini bilmə-
mə qədim insanlarda qorxu və sabahkı günə inamsızlıq doğururdu. Sinfi cə-
miyyətlərdən əvvəl dinin əsas formaları – totemizm, magiyaya inam, feti-
şizm, təbiət ayini, animizm, əcdadların ayini idi. Totemizm – bir tərəfdən,
insan qrupları və digər tərəfdən - bitkilərin, heyvanların və ya təbiət hadisə-
lərinin müəyyən növü arasında sirli yaxınlıq əlaqəsinə inamdır. Magiyaya
inam - müəyyən əməllər, lənətləmələr yolu ilə hansısa bir təbiət hadisəsinə
və ya insana təsir etməyin mümkün olması haqqında təsəvvürlərdir. Feti-
şizm – sanki fövqəltəbii qüvvəyə malik olan cansız maddi əşyalara sitayiş-
dir. Təbiət ayini – günəşə, aya, torpağa və digər planetlərə, həmçinin dağla-
ra, dənizlərə, çaylara, suya, oda və s. sitayişdir. Animizm – ruha və cana və
ya təbiətin ümumi ilahiləşdirilməsinə inamdır. Əcdadların ayini – guya ya-
şayan nəsillərin həyatına təsir göstərən ölmüş əcdadların ruhuna sitayişdir.
Sinfi cəmiyyətlərin yaranması ilə etiqad formaları dəyişməyə başladı.
Əqli əməklə məşğul olan insanların bir hissəsi (kahinlər) əvvəlcə, Ali Şüur
tərəfindən müəyyən edilmiş ilahi həqiqətin və ilahi müdrikliyin, həyatın
mənasının, təbiətin və həyatın əbədi qanunlarının axtarışı ilə məşğul olma-
ğa başladılar. Bu axtarışlar prosesində, cəmiyyətin etiqada olan təbii tələ-
batlarını əks etdirən sosial dünyagörüşü formalaşmağa başladı. Yeni ictimai
münasibətləri və sosial qaydaları əks etdirən mürəkkəb dini təsəvvürlər sis-
temi – allahlar panteonu yarandı. Müxtəlif vaxtlarda və yerin müxtəlif regi-
onlarında, müxtəlif dillərdə və müxtəlif təbii-coğrafi şəraitlərdə insanlara
ilahi həqiqəti və ilahi qanunları qabaqcadan xəbər verən peyğəmbərlər zü-
hur edirlər.
Bununla bərabər insanların digər bir hissəsi təbiətin inkişaf qanunlarını
əqli mühakimələr vasitəsilə axtarmağa başladı. Onların fəaliyyəti sayəsin-
də, çoxlu sayda qədim mifoloji təsəvvürlərdən və rəvayətlərdən yavaş-ya-
vaş təbiət və onun qanunları haqqında elmi bilik yaranırdı, insanın həyat fə-
aliyyəti haqqında biliklər sistemi formalaşırdı. Dünyanın tarixən dərk edil-
məsi prosesində, ağıllı insanların heç nəyi inama görə qəbul etməmək,
məntiqə uyğun, ağlabatan əsaslarla, dəlillərlə isbat ediləni həqiqət hesab et-
mək cəhdi sayəsində elmin və elmi dünyagörüşün ilk rüşeymləri formala-
şırdı. Məsələn, Lokayata məktəbinin (b.e.ə. VI əsr) hind alim-filosofları
təsdiq edirdilər ki, dünya öz qanunları əsasında əbədi mövcuddur. İnsan isə
bütün mövcud olanlar kimi, ayrı-ayrı elementlərdən, atomlardan ibarətdir
ki, onlar xüsusi birləşmədə şüur verilmiş bədəni əmələ gətirirlər. Element-
İdarəetmə mədəniyyəti
323
lərin müəyyən məcmusu olan fiziki cismin dağılması ilə şüur da istər-istə-
məz yox olur. Qədim yunan filosofu Anaksaqor (500-428) ziddiyyətli-deist
yanaşma aşkar edir. O deyirdi ki, ağıl maddənin hissələrini nizama salır, la-
kin eyni zamanda ağıl deyəndə, şüuru deyil, maddi hərəkətverici qüvvəni
başa düşürdü, çünki o, “dünyanı yaratmır, onu idarə etmir, ona yalnız təkan
verir ki, bundan sonra hadisələrin gedişinə heç bir təsir göstərmir”.
Antik dövrdə, b.e.ə. V-IV əsrlərin hüdudunda görkəmli yunan alimi De-
mokrit tərəfindən (460-370-ci illərə yaxın) riyaziyyat, fizika, astronomiya,
etika, estetika, məntiq, idrak nəzəriyyəsi sahəsində böyük kəşflər edilmiş-
dir. O özünün kainat haqqında təlimində onun əsasını təşkil edən atomların
əbədiliyi, materiyanın və hərəkətin yaradılan olmaması və məhv olmaması,
təbiətdə təbii proseslərin səbəbi ideyalarını irəli sürmüşdür. Demokritin
atomların hərəkətinin əbədiliyi haqqında təlimi məşhur qədim Roma filoso-
fu və şairi Tit Lukretsi Karın (b.e.ə. I əsr) fəlsəfəsində də öz əksini tapmış-
dır. “Şeylərin təbiəti haqqında” məşhur poemasında T.L.Kar dəqiq müəy-
yənləşdirilmiş faktlara və onların məntiqi, təbii izahına əsaslanan elmin,
tədqiqatın müstəsna dəyərini qeyd edir. İnsan təfəkkürünün inkişafı prose-
sində antik elm xadimləri belə qənaətə gəldilər ki, müəyyən şeylərin möv-
cudluğu əsaslı dəlillərlə, elmdə qəbul edilmiş həqiqi idrak formaları və
praktik təcrübə ilə isbat edilməlidir.
Orta əsrlərdə dini dünyagörüşün geniş yayılması ilə yanaşı elmi dünya-
görüşü də inkişaf etməkdə davam edirdi. Bu dövrdə bir sıra qabaqcıl mütə-
fəkkirlər ona əsaslanırdılar ki, feodal cəmiyyəti dini müdafiə edir, kütlələr
arasında cahilliyi yayır, belə ki, din ədalətsiz sosial qaydaların möhkəmlən-
məsinə imkan verir. Hələ XI əsrdə sosial şərə və ədalətsizliyə, insan şüuru-
nun ehkamla əsarətinə qarşı çıxış edən Ömər Xəyyam (1040-1123) təbiət
qanunlarına əməl etməyə, insanlarda köləlik ruhunun aradan qaldırılmasına
çağırırdı. Fransız filosofu Pyer Abelyar (1079-1142) da Ömər Xəyyam ki-
mi şüurun əsarətinə qarşı çıxış edərək qeyd edirdi ki, istənilən həqiqət ağlın
nəzarətindən keçməlidir. Bütün məsələlərin həlli zamanı şübhə başlanğıc
nöqtəsi olmalıdır, çünki o, həqiqətə çatmanın yeganə şüurlu yoludur: şübhə
tədqiqat doğurur, tədqiqat isə həqiqətə gətirib çıxarır.
Məşhur alim və mütəfəkkirlər şüura və etiqada müxtəlif cür yanaşmış-
lar. Öz təlimində allahı qoruyan məşhur ərəb filosofu İbn-Rüşt (Averroes,
1126-1198) iddia edir ki, dünyada təbiətin dəyişilməz qanunları və təbii zə-
rurət hökm sürür. Burada o, ruhun əbədiliyini insanın şüuru, bütün bəşəriy-
yətin simasız intellektinin əbədiliyi ilə əlaqələndirir. Özünün iki həqiqətin
(elmi və dini) mövcudluğu haqqında təlimində İbn-Rüşt, insanların, onların
mədəniyyətinin, bilikləri və etiqadlarının dərk edilməsi səviyyəsindən asılı
olaraq, alimin kəşflərin dəyərlərini və elmin dəyərlərini aşkarlamaq hüqu-
Fuad Məmmədov
324
qunu əsaslandırırdı. İbn-Rüştün ideyaları orta əsr Avropasında inkişaf etdi
və XV əsrdən etibarən İtaliyada Padua Universitetində yayılmağa başladı.
Avropada İntibah dövrü Səmaya, Torpağa və İnsana yeni baxış yaratdı.
Dünyanı fideizm nöqteyi-nəzərindən görməni - şüurun, şübhənin, skeptisiz-
min və rasionallığın hökmranlığı əvəz etdi. Bu dövrdə dini mədəniyyətin
dərk edilməsi üçün Jan Bodenin (1530-1596) - hər bir xalqın adətləri, sosial
quruluşu və etiqadının onun məskunlaşdığı yerin təbii-coğrafi şəraitindən
və yaşadığı mühitdən asılı olması haqqında təlimi müəyyən əhəmiyyət daşı-
yırdı. Şüurun, elmin və praktik təcrübənin sonsuz imkanlarını elan edən
Mişel Monten (1533-1592) də Rocer Bekon kimi, şüur və elm uğrunda, sü-
butlarla təsdiq edilməyən avtoritetlərin sözünə və iddialarına qarşı çıxış
edirdi. Allahı və təbiəti eyni materiya hesab edən Cordano Bruno (1548-
1600) zəkaya və onun sonsuz qüdrətinə müstəsna əhəmiyyət verirdi. O, ən
yüksək səadəti insan təfəkkürünün təbiət sirləri üzərindəki qələbəsində gö-
rürdü. Şüur üçün “ondakı sonsuz qüdrət sayəsində” hər şeyin əlçatan oldu-
ğunu qeyd edərək, Cordano Bruno “biliyin təhlükəli hesab edildiyi” əsri ci-
nayətkar adlandırırdı.
XVI və XVII əsrlərin hüdudunda ona məxsus yeni ideologiya, maraqlar
və məqsədlərlə Yeni dövr özünü göstərdi. Daha mütərəqqi ictimai və iqtisa-
di münasibətlərə əsaslanan yeni ictimai quruluş olan kapitalizm dövrünün
başlanması - təbiəti elmi dərketmə metodlarının sürətlə yayılması ilə müşa-
yiət olunurdu. Bu dövrün fərqlənən siması, insan şüurunun təsdiqində və el-
mi təcrübəyə əsaslanmada xidməti olan məşhur ingilis filosofu Frensis Be-
kondur (1561-1626). Elmin sonsuz gücünü, onun başlıca məqsədini və təyi-
nini təbiətin dərk edilməsi və onun insanın hökmünə tabe etdirilməsində
görən alim, intellektual mədəniyyətin qabaqlayıcı inkişafı və yenilikçilik
uğrunda, beləliklə, XVII əsrin elm əsrinə çevrilməsini hamıdan qabaq düşü-
nərək çıxış edirdi. Frensis Bekon təbii fəlsəfə ilə dini sintez etməyə çalışır-
dı, rəvayətlərdən, nüfuzlu şəxslərdən, ənənəvi və ehkamçı təfəkkürdən imti-
na etməyin zəruri olduğunu qeyd edir, cəmiyyətdə elmi biliklərin yayılması
uğrunda çıxış edirdi. Yüksək əxlaq və möminlik uğrunda çıxış edən holland
filosofu Benedikt Spinoza (1632-1677) şüuru “təbii işıq” kimi nəzərdən ke-
çirirdi, öz panteist təlimində cazibə və təfəkkürə, səbəbiyyət və danılmaz
zəruriyyətə malik yeganə substansiyanın olduğunu etiraf edirdi. Bu – təbiət
və ya Allahdır. Deizm mövqeyində duran, allahın mövcudluğunu dünyanın
ilk səbəbi və materiyanın hərəkətinin ilk mənbəyi kimi qəbul edən məşhur
ingilis filosofları Tomas Qobbs (1588-1679) və Con Lokk (1632-1704) da
şüuru insanın bütün inkişaf problemlərinin həllinin əsası kimi elan edirdi-
lər. İngilis filosofu Con Toland (1670-1722) insanın inkişafında zəkanın
əsas rolunu qeyd edirdi. O, materiya və hərəkətin kainatdakı ayrılmaz əla-
İdarəetmə mədəniyyəti
325
qəsi, hərəkət edən materiyanın müxtəlifliyi, təbiətdəki bütün cisimlərin dai-
mi qarşılıqlı təsiri və fasiləsiz dəyişməsi haqqında müddəa irəli sürmüş və
onu əsaslandırmışdır.
Yeni dövr insanın şüuru və onun qeyri-məhdud imkanlarına inamla, materi-
alist dünyagörüşün üstünlüyü ilə fərlənir. Fransız maarifçiləri olan – Volter
(1694-1778), Didro (1713-1784), Helvetsi (1715-1771), Holbax (1723-1789),
Nejon (1738-1810), Mareşal (1750-1803), Volney (1738-1820) feodalizmin
sosial sisteminin demokratik dəyişdirilməsi uğrunda və mütləqiyyət monarxi-
yasının istibdadı və özbaşınalığına qarşı insanın qüvvəsinin, qabiliyyətləri, ira-
dəsi və şüurunun əsarətdən azad edilməsi uğrunda çıxış edirdilər. Cəmiyyətin
maarifləndirilməsi məqsədi ilə orta nəsil ensiklopedistləri tərəfindən XVIII əsr-
də avropa elminin və təhsilinin inkişafına ciddi töhfə olan məşhur “Elm, incə-
sənət və sənət ensiklopediyası” yaradıldı. Təbiət haqqında təlimi və idrak nəzə-
riyyəsini əhatə edən elmi dünyagörüşü sisteminin formalaşdırılması xidməti
onlara məxsusdur. Onlar təbiətşünaslıq sahəsindəki nailiyyətlərə istinad edərək,
materiyanın ümumi hərəkət xarakteri, dünyanın maddi vəhdəti və kainatın əbə-
diliyi haqqında nəticəyə gəlirlər.
Cəmiyyətin intellektual mədəniyyətinin inkişaf mənbəyi olan elm və
təhsilin əhəmiyyəti o dövrün qabaqcıl mütəfəkkirləri tərəfindən, huma-
nizmlə sıx əlaqədə, tədricən daha çox dərk edilməyə başlayırdı. Qadağala-
rın arzu edilməyən əqidə və əməllərin möhkəmləndirilməsində ən yaxşı va-
sitə olduğunu nəzərə alaraq, bir çox alimlər, dini əqidələrin qadağası ilə de-
yil, elmi həqiqətlərin izahı, təhsil və maarifçiliklə öz dövrünün insanlarının
proqressiv inkişafına yardım etməyə, onların dini humanist dünyagörüşünü
elmi dünyagörüşü ilə zənginləşdirməyə çalışırdılar. Fransız sentimentaliz-
minin nümayəndəsi Jan Jak Russo (1712-1778) dini dözümsüzlüyü deizm
mövqeyindən mühakimə edirdi. Pedaqoqikada humanizm və demokratizm
ideyalarını ifadə edərək o, “bəşəriyyətin təbii vəziyyətini” ideallaşdırırdı və
burjua mədəniyyəti və sivilizasiyasında sosial bərabərsizliyə qarşı çıxış
edirdi. Alman klassik humanizminin görkəmli nümayəndəsi Vilhelm Hum-
bold (1767-1835) şəxsiyyətin universal inkişafında ali məqsədi görürdü ki,
dövlətin fəaliyyət sərhədləri də onunla müəyyən edilirdi. Cəmiyyətdə “in-
san məhəbbəti dininin” təsdiqi uğrunda mübarizə aparan görkəmli alman fi-
losofu Lüdviq Feyerbax (1804-1872) insan şüurunun böyük işlərini əbədi
hesab edir, kütlələrin hərtərəfli təhsili və maarifinin müstəsna əhəmiyyətini
qeyd edirdi. İngilis neopozitivisti Bertran Rassel (1872-1970) real həyat tə-
zahürləri və hadisələrinin düzgün dərk edilməsinin yeganə meyarı olan in-
san şüurunu yüksək qiymətləndirirdi. O, ictimai tərəqqiyə, insanların mənə-
vi mükəmməlləşməsinə kömək edən elmi idrak və novatorluq uğrunda çıxış
edir, insanların dini mənsubiyyətindən asılı olmayaraq, bəşəriyyətin birliyi-
Fuad Məmmədov
326
nə nail olmağın əhəmiyyətini qeyd edirdi. XX əsr Amerika alimi Korliss
Lamont, humanist mövqedən çıxış edərək və insan şüurunu yüksək qiymət-
ləndirərək, dinin yüksək ideallara sədaqət kimi başa düşülməsini təklif etdi.
O, ədalətsizliz və şüursuz yaşamanı aradan qaldıraraq real dünyəvi həyatın
dəyərini dərk etməyin zəruriliyini və onun daim mükəmməlləşməsinin və
dəyişdirilməsinin labüdlüyünü qeyd edir. Lakin bəşəri dəyərlər anlamına
digər yanaşmalar da mövcud idi. Belə ki, fransız ekzestensialist filosofu
Jan-Pol Sartr (1905-1980) psixoloji və mənəvi motivlərə əsaslanaraq, insa-
nın təşəkkülü və inkişafında onun şəxsi azadlığı və imkanlarına böyük əhə-
miyyət verirdi. Bununla bərabər onun konsepsiyası bütün sosial normaları
inkar edən etik nihilizmlə fərqlənirdi.
Bütün dövrlərin alimlərinin və mütəfəkkirlərinin müxtəlif nöqteyi-nə-
zərlərindən və əqidələrindən asılı olmayaraq, din insanın ruhi mədəniyyəti-
nin əsas təbəqəsi olub və olaraq qalır. Tarixən dinin kübar hakimiyyət ma-
raqlarında insanların manipulyasiyası və idarə edilməsi üçün əsarət altına
alma aləti kimi istifadə edildiyini hesab edən ateistlərlə yanaşı qeyri-maddi,
gözlə görünməyən, ilahi dünyanın dini cəhətdən qavranılmasına can atan
milyonlarla dindarlar vardır. Ehkama zidd müəyyən yanaşmalarda insan zə-
kasının görkəmli nailiyyətlərinə baxmayaraq, əksəriyyət insanlar öz dini
əqidələri əsasında yaşamışlar və yaşamaqda davam edirlər, insanların bir
hissəsi isə onu insanın vicdanı, onun aprior mənəvi prinsiplərə bağlılığı ki-
mi qəbul edərək, özlərində elmi biliyi və inamı harmonizasiya edirlər.
Dini mədəniyyətə müraciət edərək, din tarixini
35
əks etdirən çoxlu sayda
kitablar arasında Hindistanın Hobind Sadan İnstitutundan (Nyu Dehli) Meri
Pat Fişerin “Canlı dinlər” adlı maraqlı və ciddi kulturoloji tədqiqatını xüsu-
si qeyd etmək istərdik. Kitabda zərdüştlük, hinduizm, caynizm, budduzm,
daosizm, konfutsianlıq, sintoizm, sihizm, yəhudi dini, xristianlıq, islam,
həmçinin Bəhai, Birlik Kilsəsi və s. kimi bir sıra yeni dini istiqamətlərin
dərin və hərtərəfli təhlili əsasında bəşəriyyətin ümumi rifahı maraqlarında
müxtəlif dinlərin əməkdaşlığının zəruriliyi haqqında düzgün nəticə çıxarı-
lır. Dinlərin tarixində “külü yox, alovu” daha yaxşı görmək, müasir şəraitdə
bu mədəniyyətləri daha dərindən anlamaq, onların harmonizasiya imkanla-
rını qiymətləndirməyə nail olmaq üçün bu dinlərin mənəvi dəyərlərini qısa-
ca nəzərdən keçirməyə cəhd edək.
Dinə ehtiyac bir çox səbəblərlə şərtlənir. M.P.Fişer bunların sırasında
“əbədiliyə, həyatın mənasını dərk etməyə, kamilləşməyə, şəxsi inkişafa,
bədbəxtliklərdən xilas olmağa, xoşbəxtliyə, asayişə, anlaşmaya və nizama
35
L.S. Vasilyevin ”Şərq dinlərinin tarixi”, İ.A. Krivelevin “Dinlərin tarixi”, “Ümumbəşəri
yazı” (Müqəddəs mətnlərin müqayisəli antologiyası) və bir çox başqaları.
İdarəetmə mədəniyyəti
327
can atma və ya minnətdar olma ehtiyacı yaxud tənhalıq hissinə görə” - kimi
səbəbləri sadalayır. Daim dəyişən aləmi beş hissin köməyi ilə qavramasına
baxmayaraq, insan yenə də həyatda mənəvi dayaq tapmağa, kamilliyə və
əbədiliyə qovuşmaqla özünün ruhi ehtiyaclarını təmin etməyə çalışır.
M.P.Fişer qeyd edir ki, bəzi alimlər “diqqəti ona yönəltmişlər ki, təbiətin
müdrikliyi... açıqcasına məqsədyönlü yaratmanı, növlər arasında əlaqəni və
orqanizmlərin mühitlə harmoniyasını özündə birləşdirir”, təbiətdəki tarazlıq
isə “şüurluluq prinsipi” ilə təmin edilir. O hesab edir mütləq reallığın bizim
qavramamız xaricində olması ehtimalı bu gün qeyri-elmi deyil, gözəgörün-
məz aləmi təsəvvür etmək qabiliyyəti isə beynin imkanları ilə məhdudlaşır.
Bizi əks etdirən dünyanın insanlar tərəfindən dini-mənəvi görüntüsü bir
çox növ müxtəlifliklərinə malikdir. Şüurla interpretasiya edilən hissi infor-
masiyaya, məntiqə və eksperimentə əsaslanan elmdən fərqli olaraq, dini
dünyagörüşü məntiqi fikir və ardıcıl nəticələrdən azad olan intuisiya üzərin-
də qurulur. Bu zaman o, müxtəlif mədəniyyətlərdə qəbul edilmiş, cəmdə
bəşəriyyətin dünya mədəniyyətinin hissəsini təşkil edən müxtəlif forma və
metodlardan istifadə edir. Bəzi tayfalarda ibtidai dini ənənələr “minnətdar-
lıq dini” hesab olunur. Hər günün onunla başladığı minnətdarlıq, konfessio-
nal (dini) mənsubiyyətindən asılı olmayaraq, əksər dindarların ruhi həyatı-
nın əsasını təşkil edir. Vaxtilə zəngin qədim mədəniyyətə malik bir çox ki-
çik yerli xalqlar taleyin hökmü ilə müasir sivilizasiyadan kənarda qalmışlar.
Lakin onlar, mahiyyəti - ekoloji harmoniyanın saxlanmasında, öz torpağına,
öz xalqına və bütün bəşəriyyətə ruhi xidmətdə, həyat gücünü doğuran ruhi
enerji ilə düzgün münasibətlərin qurulmasında olan - şifahi dini ənənələrini
qoruyub saxlamışlar. Afro-amerikanların bəzi qrupları hər ötən ilə görə öz
nailiyyətlərinin müqayisəli qiymətləndirilməsi üçün aşağıdakı meyarlardan
istifadə edirlər: birlik, qətiyyət, kollektiv əmək, diqqətin ailədə cəmləşməsi,
məqsədyönlülük, məhdud vəsaitlər şəraitndə yaradıcılıq, əminlik.
Əksər dinlərin təlimatları möminlər tərəfindən, kainatda mövcud olan,
həqiqətə gedən yolu açan nizamın yerdəki inikası kimi qavranılır. Bu dinlə-
rin etik fəlsəfəsi ilə tanışlıq insanın biliyini və mənəviyyatını zənginləşdirir,
yerdə dünyanı və həyatın mənasını humanistcəsinə görməyə səbəb olur.
Təbiətin nizamının, Kainatın həqiqət və ədalətliyinin saxlanmasına yö-
nəldilmiş, Bəşəriyyətin kamilləşmə qabiliyyəti haqqında ən erkən təlim zər-
düştlük hesab edilir. London universitetinin professoru Meri Boysun re-
konstruksiyasına görə o, yaradan tək Allaha inamı, - xeyir və şər, cənnət və
cəhənnəm, qiyamət günü və ölümdən sonra dirilmə anlayışlarını birləşdirən
dini doktrinanı bəşəriyyətə ötürən ilk dini əxlaq kimi tarixə daxil olmuşdur.
Dünyanın əmələ gəlməsinin dualist mənzərəsini yaradaraq, zərdüştlük onun
yeddi mərhələdə - səma, su, torpaq, bitkilər, heyvanlar, insan, od - yaradıl-
Fuad Məmmədov
328
dığını fərz edirdi. Onun həyatı və ölümü ilə bu yeddiqat yaranışın arxasın-
da, xeyirlə şər arasında mübarizə gedirdi ki, o, yeni əbədi həyata yol açan
xeyirin qələbəsi ilə başa çatmalıdır.
Elmdə belə hesab etmək qəbul edilmişdir ki, insanın mədəniyyət tarixin-
də sosial şər problemi ilk dəfə zərdüştlükdə qoyulmuşdur. Zərdüştlüyün ba-
nisi peyğəmbər Zərdüşt, tərəqqi anlayışını xeyirlə şər arasında coxəsrlik
mübarizədən xeyirin tam qələbəsinə doğru hərəkət kimi ifadə etmişdir.
İnsanın diqqət mərkəsində xeyihxah fikir, xeyirxah söz və xeyirxah əməllə-
ri qoyaraq, o, xoşniyyətlilik əsasında düzgün seçim yolu ilə sosial şər ilə
mübarizənin və öz taleyini dəyişməyin mümkünlüyünü və gərəkliyini gös-
tərdi. Universal din olan zərdüştlük, qədim bütpərəstlik şəraitində yaşayan
bütün insanlara yönəldilmişdi. İnsanların etnik mənsubiyyəti, mənşəyi və
sosial vəziyyətindən asılı olmayaraq, o, etiqadda daxili ehtiyacların ödənil-
məsinə istiqamətlənmişdi. Zərdüştlər Kainatın və canlı varlıqların, ruhların,
insanların və heyvanların yaradıcısı kimi Hörmüzə (Müdrik Allah) sitayiş
edirdilər. Möminlərə xeyir və şər, həqiqət və yalan - ədalətsizlik və şər tim-
salı arasında seçim etmək ixtiyarı verilirdi.
Zərdüştlükdə ümumi rifah naminə hər bir insanın mənəvi məsuliyyətinə
böyük diqqət ayrılır. Zərdüştlük doktrinasına uyğun olaraq, bütün dünyada
insanların qaranlığa, yalana, cahilliyə və şərə qarşı olan – işıq, həqiqət, bilik
və xeyirxahlıq prinsiplərinə bağlılığı insan xoşbəxtliyinə yol açır. Lakin xe-
yirin şər üzərində qələbəsi və xoşbəxtliyin əldə edilməsi üçün insanlar “ruhi
döyüşçü olmalı və Xeyirxah Ruh tərəfində mübarizə aparmalıdırlar.” Zər-
düşt Xeyirxah Ruhu (Spenta Manyu) həyat, nizam-intizam, kamillik, sağ-
lamlıq, xoşbəxtlik və yaratma kimi xarakterizə edirdi. Xoş məram, fikir,
söz və əməl enerjisinin məhəbbət, sədaqət və xeyirxahlığa xidmət üzərində
cəmləşdirilməsi insan cəmiyyətində xeyirxahlığın sosial bazasının inkişafı-
na doğru aparır. Dünya məhz xeyirxah insanların köməyi ilə yeniləşəcək və
xilas olacaq, tədricən kamilliyə yetişəcək və şərdən azad olacaq.
Herodota görə zərdüştlər Hörmüz dedikdə, bütün göy qübbəsini başa
düşürdülər və Zərdüştün prinsiplərinə uyğun olaraq, ona sitayişi açıq səma
altında həyata keçirirdilər. Duada ayrıca götürülmüş bir şəxsiyyətə deyil,
bütün xalqa və hökmdara nemətin bağışlanması arzu edilirdi. Hörmüzün
müəyyən etdiyi qanunlar “Arte”yə - həqiqətə, nizam-intizama əməl olun-
masını tələb edirdi ki, bununla bağlı Əhəmənilər dövlətində qoyulmuş qay-
danın rəsmi ayini mövcud idi. Müqəddəs oda (Brazman) sitayiş - universal
fövqəladə enerjiyə, şüurun oduna, zəkanın, məhəbbətin və insan həyatının
nuruna sitayiş, insanın qəlbində əsl Allah məbədi kimi baxılan daxili ilahi
qığılcıma sitayiş kimi qəbul edilirdi. Zərdüştlükdə xeyirxahlıq rəmzi kimi -
xeyirxah fikir, doğruluq, daha yaxşı hakimiyyət, intizam, müqəddəs sülh,
İdarəetmə mədəniyyəti
329
sağlamlıq və əbədilik çıxış edir, düzgün həyat tərzi isə dinc əməklə assosia-
siya edilirdi. Akademik V.V.Struve qeyd edirdi ki, erkən zərdüştlük özünün
fiziki əmək ayini ilə güclü demokratik tendensiyalara malik idi.
Professor E.O.Berzin qeyd edir ki, qədim yunanlarda belə bir qeyri-real
variant mövcud idi ki, “böyük şərq müdriki və həyat müəllimi” Zərdüşt, gu-
ya onun yeni mücəssəməsi olan Platondan sanki altı min il əvvəl yaşamış-
dır. Professor Meri Boys hesab edir ki, Zərdüşt b.e.ə. 1500-1200-cü illərdən
sonra yaşamışdır. Bununla bərabər b.e.ə. VI əsrin ortaları üçün Zərdüştlük
Mərkəzi Asiya, İran və Əfqanıstan ərazisində yerləşən 16 ölkə tərəfindən
qəbul edilmişdi. Hər halda İranda artıq I Daranın dövründə peyğəmbər və
xilaskar rolunda Zərdüştün yerini özlərinə Hörmüzün adından danışmaq ki-
mi müstəsna haqq verən Əhəməni hökmdarları tutdular. Lakin bu dinə ardı-
cıl monoteizm olmaq müyəssər olmadı. Ölkədə - günəşə, aya, oda, suya,
küləyə, Mitraya (günəşin, insanlar arasında müqavilə və dostluğun qədim
allahına) ənənəvi bütpərəst qurban vermə ənənələri yer tuturdu. Buna bax-
mayaraq inkişafı tarixi və sosial amillərlə şərtlənən zərdüştlük - yəhudi di-
ninə, xristianlığa, islama - ciddi, sonralar isə - dini müddəalarında ifadə edi-
lən humanist ideyalarında ardıcıllıq yolu ilə keçmə hiss olunan buddizmə
qismən təsir göstərdi.
Qədim Hindistanda ilahiləşdirilmiş təbiət qüvvələrinə sitayişi əks etdi-
rən ilk dini kitablar – Vedalar (“Biliklər toplusu”) b.e.ə. II minillikdə yara-
dılmışdır. Onlara ilahi mənşə və inkaredilməzlik aid edilirdi. Veda dininin,
brəhmənizmin (brəhnənliyin) inkişafı və xalq etiqadlarının assimilyasiyası
nəticəsində b.e.ə. I minillikdə Hindistanda Hinduizm formalaşdı. Hinduizm
üçün ali səcdəgahın universallığı və ümumiliyi haqqında təsəvvürlər səciy-
yəvidir. Hinduizmin əsasını ali allahlara ehtiram və kasta məişət qaydaları-
na əməl edilməsi ilə müəyyən edilən, əvəzetmə (karma) qanununa uyğun
baş verən, yaxşı və ya pis davranışa görə ruhun köçməsi (sansara) haqqında
təlim təşkil edir. Hinduizmdə əməl və onun nəticələrini ifadə edən karma
anlayışı təsdiq edir ki, biz necə ediriksə, həyatımız da elədir, bizim fikirləri-
miz və hərəkətlərimiz uzaqa gedən nəticələrə səbəb olan əməllərimizi for-
malaşdırır. Hind allahı Şivanın boynundakı ilan da öz “Mən”i üzərində qə-
ləbəni göstərir. Hind mifologiyasında Vişna “ən qüdrətli allah” kimi tanın-
mışdır, çünki o “hər şeyi xeyirxahlıq və əzəmətlə fəth edir.” Hindistanın
əsas fəlsəfi sistemlərindən biri olan yoqa, mahiyyətin dərkedilmə vasitəsi
hesab edilən insan təfəkkürünə böyük diqqət ayırır. Təfəkkür güzgüsünün
təmizliyini qorumaq üçün “yoqanın səkkiz qolu” göstərilir ki, bunların da
arasında qeyri-zorakılıq, doğruluq, dürüstlük, tamahkarlığın olmaması, şəx-
si intizam və fikir topluluğu kimi keyfiyyətlər də vardır.
Fuad Məmmədov
330
B.e.ə.VI əsrdə Hindistanda Vardhamana tərəfindən əsası qoyulmuş Cay-
nizm, tarixi səhnədə brəhmənizm dini mərasiminə və abstrakt mühakiməsinə
reaksiya kimi meydana çıxdı. O yenidən doğulmalardan azad olmağa imkan
verən vasitə kimi canlı varlıqlara zərər verməmə - “ahimsa” qanununu bərqə-
rar edərək, vedlərin nüfuzunu və kasta təsəvvürlərini inkar etdi. Caynistlər
inanırlar ki, bizim həyatımız - öz əməllərimizin nəticəsidir. Onlar üç əsas etik
prinsipə tərəfdardırlar: qeyri-zorakılıq, tamahkar olmama və nisbilik. Qeyri-
zorakılıq yalnız təbiətə münasibətdə yayılmır, həm də başqalarına ziyan vur-
mamaq üçün öz sözləri və fikirlərinə nəzarət etməyi nəzərdə tutur. Tamahkar
olmama – istənilən mülkiyyəti daxil etməklə şəxsi maddi tələbatların məh-
dudlaşdırılmasını ehtimal edir ki, bu da daxili rahatlığa və ekoloji təhlükəsiz-
liyə yol açır. Nisbilik həqiqətin çoxcəhətliliyini nəzərdə tutur: istənilən əşya-
nı, hər birinin qismən doğru olduğu müxtəlif nəzər nöqtələrindən görmək
olar ki, ümumilikdə onlar obyektiv reallığı canlandırırlar.
B.e.ə. I minilliyin birinci yarısında Çində Daosizm yaradıldı. Bu bütün
varlığın təbiəti, dünyanın təbii əmələ gəlməsi, təşəkkülü və inkişafının
ümumi qanunları haqqında orijinal təlim olaraq Konfutsinin sələfi, Çin mü-
təfəkkiri Li Er (Lao-tszı, b.e.ə. VII-VI əsr) tərəfindən yaradılmış orijinal tə-
limdir. Lao-tszı quldarlıq və feodal Çinində mövcud olan, həm quldarlığın
“davranış qaydaları əsasında idarəetmə” prinsipini, həm də feodalizmin
“qanunlar əsasında idarəetmə” prinsipini eyni dərəcədə rədd edirdi. Lao-
tszı hesab edirdi ki, idarəçiliyin çətinliyi biliklər və istəklərlə şərtlənir. “Bi-
liyin köməyi ilə ölkənin idarə edilməsini – ölkə üçün bədbəxtlik” hesab
edərək o, “fəaliyyətsizlik üzərində qurulan idarəetməni”, “biliklərin və is-
təklərin olmamasına” nail olmağın zəruriliyini, “müdriklərə ehtiramdan”
imtinanı israr edirdi. Yol və xeyirxahlıq haqqında “Dao de tszin” elmi əsə-
rində o, yumşaqlıq və yenilməzlik kimi, “dao”nu (metaforik olaraq suya
bənzəyən əbədi hərəkətdə olan yoxluq) təbliğ edir və Dao-dan irəli gələn
hərəkət tərzini – fəaliyyətsizliyi (u vey) tətbiq etməyi tövsiyə edirdi. Təbiət-
də baş verən hər şeyi idarə edən Dao obyektiv təbii qanunauyğunluq ideya-
sını əks etdirir. Bu, dünyanın inkişafını və hadisələrin bütün gedişini müəy-
yən edən qanundur. Su kimi əbədi hərəkətdə olaraq, bütün varlığa fayda ve-
rən və heç kəsin üzərində hökmranlığa can atmayan Dao, Lao-tszı tərəfin-
dən “sirli xeyirxahlıq” və təbiətdə və cəmiyyətdə ali qanun kimi müəyyən
edilmişdir. Lao-tszının humanist konsepsiyası, hakimlərdən, ölkə idarəçili-
yinin ən yaxşı üsulu kimi “yumşaq və zəif möhkəm və güclüyə qalib gəlir”
prinsipinə əsaslanan fəaliyyətsizlik qanununa riayət etmələrini tələb edərək,
onların təkəbbürünü ifşa edirdi. Fərdi şəxsiyyət haqqında Lao-tszı “özünə
qalib gəlməyi” zəruri hesab edirdi, çünki öz nöqsanlarını aradan qaldıraraq,
yüksək müdrikliyə yetişməyə nail olmaq və qüdrət əldə etmək mümkündür.
İdarəetmə mədəniyyəti
331
Konfutsinin ideyaları (Kun-tszı, b.e.ə.551- 479-cu illərə yaxın) 2000 il-
dən artıq Çinin dövlət dini tərəfindən qəbul edilmişdir. Konfutsi təliminin
yayılması b.e.ə. 202-ci ildə alimlərin hökumətdə qulluq etməsinin zəruriliyi
haqqında filosofun ideyalarını qəbul edən və hökumət məmurlarının təlimi-
nə başlayan Xan sülaləsinin idarə etməsindən başlamışdı. Konfutsi tərəfin-
dən işlənib hazırlanmış paternalist sosial qayda - ailədə və cəmiyyətdə ciddi
avtoritar iyerarxiyanı, kiçiklərin böyüklərə itaətini nəzərdə tuturdu. Mənəvi
və əqli keyfiyyətlərinə görə insanları beş kateqoriyaya bölərək, Konfutsi
beşinci kateqoriyanı – hər cəhətdən mükəmməl insanları, yalnız belə insan-
ların dövlət başında dura biləcəklərini qeyd edərək, xüsusilə ayırırdı. O,
diqqətlilik, həqiqətə bağlılıq, təmənnasızlıq, ədalət, sadəlik, xoşüzlük kimi
keyfiyyətləri ayıraraq, insan şüurunun dəyərini və onun düşünmək qabiliy-
yətini xüsusi qeyd edirdi. Maraqlıdır ki, idarəetmə məsələlərinə toxunarkən
Konfutsi son qərarı qəbul edənədək məsələnin hərtərəfli müzakirəsinin əhə-
miyyətlini, ildə dörd dəfə onun vəzifələrini xalqa izah etməyin zəruriliyini
və onun hüquqi maarifini həyata keçirməyi qeyd edirdi.
Adlı-sanlı şaklar nəslindən olan hind şahzadəsi Siddhartha tərəfindən
b.e.ə. VI əsrdə əsası qoyulmuş Buddizm ilk dünyəvi din oldu. Buddizm -
anlamada, nitqdə, əməldə, həyat tərzində doğruluğu nəzərdə tutur. Burada
təfəkkür başlanğıc nöqtəsidir, çünki bütün deyilən və edilən hər şey düşün-
cə ilə idarə olunur. Belə ki, buddizm insanı xeyirxahlıq kimi çıxış edən “nə-
cib həqiqətlərin” dərk edilməsinə çağırır. Buddizm etikasına uyğun olaraq,
hər bir insanın mənəvi taleyi tamamilə onun öz nəzarəti altındadır, onun xi-
las edilmə imkanları isə insanın öz günahları və səhvlərindən başqa heç nə
ilə məhdudlaşmır. Əxlaqlı şəxsiyyət kimi təsdiqlənmək və müdrik olmaq
üçün insan özünə qalib gəlməlidir. Buddizm müdriklik və şəfqəti, şəxsi ar-
zuların əxlaqi idarə edilməsini, ifratçılıqdan çəkinməyi, özünə inamı forma-
laşdırmağı, sözə yiyələnmək, fikrini cəmləmək və öz şüuruna nəzarət etmək
bacarığını nəzərdə tutur. Nirvanaya aparan yol - ruhi yüksəlişin səkkizpillə-
li proqramıdır. Onun mahiyyəti: həyatın mənasının düzgün dərk edilməsi
və ona əsaslanan gerçək məqsədin yetişdirilməsi; yalandan, zorakılıqdan və
canlıya zərər vurmaqdan çəkinmək; düzgün həyat tərzi və mənəvi davranı-
şın formalaşdırılması; pozitiv düşüncələrlə diqtə edilən şəxsi qərarların hə-
yata keçirilməsində səylərin cəmləşdirilməsi; ruhi özünədalmadan ibarətdir.
Sintoizm (“Allahların yolu”) yaponların təbiətlə və gözəgörünməz aləmlə
sıx bağlı qədim bütpərəstlik dininin nizama salınmış variantı olan politeist din
hesab edilir. Sinto üçün xarakterik olan təbiətin ilahi yaradıcısının, həyatın əsa-
sını təşkil edən daimi dəyişmə və yeniləşmə prosesi olan işığın və qüvvənin
müqəddəs təcəssümü kimi başa düşülməsidir. Təbiətin gözəlliyində və qüdrə-
tində ilahilik görən sintoizm Yaponiyaya hələ VI əsrdə Çindən ölkəyə yayılan
Fuad Məmmədov
332
buddizmə qədər mövcud olmuşdur. Yapon mifologiyasına görə formasız mad-
dədən yaranan allah “kami”ləri əmələ gətirdi ki, onlardan ikisi Günəş İlahəsi
Amaterasunun idarə etdiyi maddi dünyanı yaratdı. “Kami”lər eyni zamanda bir
neçə yerdə ola bilən vahid mahiyyəti bildirir. Bu, göyün və yerin harmoniyası-
na səbəb olan, Günəş sistemi və Kosmosun yolunu istiqamətləndirən keyfiy-
yətdir. Özündə xeyiri və şəri təcəssüm etdirən “kami”lər təbiət obyektlərində
ola bilərlər, həmçinin inkişafın və yenidən hasil olmanın yaradıcı qüvvəsi kimi,
abstrakt formada aşkar ola bilərlər. Hesab edilir ki, bəzi insanlar da kami təbiə-
tinə malik ola bilərlər. XIX əsrin II yarısında imperator Meydzi qət etmişdi ki,
“kami yolu” ölkəni idarə etməlidir.
Sintoizm məbədlərində kaminin yeganə təsviri Kainatın təbii nizamı he-
sab edilən, ilahi aydınlıq və paklıq işığını əks etdirən güzgüdür. Sintoda ən
başlıcası - dindarların allahı öz qəlbində duyması və öz həyatını təbiətlə
harmoniyaya gətirmək qabiliyyətidir (“kannaqara”). Kannaqara “təbii din”,
allahın olmasının intuitiv dərk edilməsi, insanların kamilləşməsinə və inki-
şafına imkan verən “Böyük Təbiət Ruhu” kimi şərh edilir. Mürəkkəb həyat
problemləri həlli və bədbəxtlikləri (“tsumi”) aradan qaldırma vasitəsi saf-
laşma, müdriklik və bilik hesab edilir. Stoistlər güman edirlər ki, “insanın
əzəli paklığının bərpası və həyatda onun təyinatı hissinin bərpa edilməsi
üçün nəzərdə tutulmuş saflaşma ayini (“misoqi”) insanları torpaq, su, yol,
həyat və “ki” enerjisi ilə birləşdirir.
Yaxve Allahının (Musa Peyğəmbər) ayini ilə ilk monoteist din olan Yə-
hudilik b.e.ə. I minilliyin əvvəlində Fələstində meydana gəlmişdir. Əhdi-
Ətiqin (Bibliyanın xristianlıqdan əvvəlki qədim hissəsi) ilk beş kitabını təş-
kil edən Tövratın (Beş kitab) əsas hissəsi b.e.ə. IX-VII əsrlərdə yaradılmış-
dır. Yəhudiliyin əsas müddəaları Talmudda - b.e.ə. IV- b.e. V əsrində ya-
ranmış yəhudi dininin dini-etik və hüquqi müddəalar külliyatında toplan-
mışdır. Yəhudi dini və qədim yəhudi mədəniyyəti üçün savadlılığın yüksək
qiymətləndirilməsi xarakterik idi. Hətta yəhudi dinində öz kitabları üzərin-
də başını aşağı salmış yəhudi müdrikləri cənnət rəmzi sayılırdı. Şüuru və
etiqadı birləşdirmək bacarığıyla məşhur olan, rasionalizm mövqeyindən çı-
xış edən orta əsr yəhudi filosofu Maymonid, İbn-Rüşt kimi insanın missiya-
sını Allahı dərketmə yolu olan elmi həqiqətin kəşfində görürdü. Orta əsrlər-
də Каббала yazılan Yəhudi mistik ənənəsində mühüm ilahi keyfiyyətlər
arasında müdriklik, məhəbbət, gözəllik, səbr, anlaşma qeyd olunmuşdur.
Yəhudi dininin ən mühüm xüsusiyyətlərindən biri Allaha, eqoizm və ya
qorxu düşüncələri ilə əlaqədar olmayan təmənnasız məhəbbətdir. Yəhudili-
yə görə insan Allahın ədalət, müdriklik, doğruluq və məhəbbət kimi keyfiy-
yətlərini əks etdirərək, həyatın müqəddəsliyinə can atmalıdır. O, cəmiyyətdə
qanunilik və ədaləti qəbul etməlidir və kamilləşməlidir, çünki özünü ucaldaraq
İdarəetmə mədəniyyəti
333
o, dünyanı ucaldır. İnsanlara iradə azadlığı bəxş etmək - özünə və dünyadakı
vəziyyətə görə məsuliyyəti ifadə edir, insanın əzabı isə öz əməlləri haqqında
düşünməyə səbəbdir. Müqəddəs yəhudi ayinlərində ibadət, ər-arvad və ailə hə-
yatı, qida mədəniyyəti, gün bölgüsü qaydaları göstərilmişdir.
Yəhudilər arasında təhsilin və elmin inkişafına yardım, XVI və XVII
əsrlərdə Avropada yəhudi gettolarında hətta ən ağır həyat şəraitində belə,
mühüm məsələ olaraq qalırdı. XVIII əsrdə yəhudi maarifçiliyi dövründə
yəhudilərin mədəni inkişafı üçün yeni sosial mühit yarandı. Şüuru, səbri və
tərəqqini ənənə və avtoritetdən uca tutan rasionalizm şəraitində gettolar da-
ğıdıldı, yəhudilər isə qərbi Avropa şəhərlərində vətəndaşlıq hüququ qazan-
dılar. Yəhudilərin sürgün edilməsi mövzusunun nikbin şərhlərindən biri
onun dərk edilməsidir ki, Allahın iradəsi ilə yəhudi xalqı qeyri-kamil dün-
yanı, Allahın yaratdığı kamil vəziyyətə qaytarmağa kömək etmək kimi mü-
qəddəs məqsədlə bütün dünyaya pərən-pərən salınmışdır. Yəhudi mədəniy-
yətinin avropa mədəniyyətinə inteqrasiyası məqsədi ilə Musa Mendelson
XVIII əsrdə yəhudi maarifçilik hərəkatının əsasını qoydu. O, yəhudi ənənə-
si ilə əlaqəni itirməyərək, “küçədə insan və evdə yəhudi olmaq olar” fikrini
formalaşdırdı. Bu, yəhudiliyin reformasiyası və onun, zamanın tələblərinə
uyğun olaraq, daim inkişaf etməkdə olan din kimi dərk edilməsi prosesləri-
nin başlanğıcı oldu. Bəzi yəhudilər, yaşadıqları Avropa ölkələrində qanuna
riayət edən vətəndaşlar kimi, ağırlıq mərkəzini yəhudilərin “İsrailin missi-
yası” anlayışına keçirərək, milli ayini yenidən müzakirə etməyə başladılar.
Yəhudiliyin inkişafına səbəb olan xarakterik cəhət – bibliya təlimini müasir
həyata tətbiq etmək və Müqəddəs Yazını (Əhdi-Cədid) müasir dəyərlərə
uyğun şərh etmək cəhdidir.
Dünyanın ən geniş yayılmış dini olan Xristianlıq b.e.ə. I əsrdə Fələstin-
də meydana çıxmışdır. Bütün dünya xristianlarını Müqəddəs yazı (Bibliya)
və xristianlığın banisi İsa Məsihə - insan-allaha, dünyanın xilaskarına inam
birləşdirir. İsa Məsih bütün bəşəriyyətin xilası naminə “Günahı yuyan bö-
yük qurban” oldu. İsa Məsihin simasında xristianlıq - insanları öz ləyaqətini
dərk etməyə, öz taleyinin çətinliklərinə qarşı mübarizə aparmağa və öz hə-
yatının sahibi olmağa çağırırdı. O, yeni dindarlıq yaymışdır ki, burada mər-
kəzi yeri Allaha məhəbbət və yaxınına məhəbbət tuturdu. Xristianlıq mə-
ziyyətləri - məhəbbəti, dözümü, qeyri-zorakılığı, Allaha xatir və Vətənin
xilası naminə yüksək humanist ruhiliyin göstərilməsi üçün şəxsi maraqların
qurban verilməsini nəzərdə tutur. Xristianlıq ənənəsində şəxsi intizama, gü-
naha aparan şirnikdirmələrdən özünü qorumaq bacarığına, ruhi yüksəlişə
səbəb olan pəhriz saxlamağa böyük diqqət ayrılır.
Ravvin yəhudiliyi konsepsiyasından uzaqlaşaraq, “aqape” fədakar mə-
həbbəti xristian idealının mərkəzi oldu və qanuna riayət edilməsindən üstün
Fuad Məmmədov
334
tutuldu. Musanın qanununun ənənəvi yəhudi şərhini və insan riyakarlığına
tənqidi yanaşaraq, İsa ruhi avtoritet iddiasında olan insanları sözlərinə görə
deyil, əməllərinə görə mühakimə yürütməyə çağırırdı. Xristianlıqda tövbə
yolu ilə bağışlanmanı cahil insanlar daha tez qazanırlar.
Müasir xristianlıqda ənənəvi dəyərlərə bağlı fundamentalizmlə yanaşı,
insan təbiətinə nikbin baxışı xarakterizə edən və onun iradəsinə, dərrakəsi-
nə və öz müqəddaratını təyin etməsinə xüsusi əhəmiyyət verən liberal hərə-
kat yer tutur. Diqqəti insanın bilavasitə ruhi təcrübəsində cəmləyən ayrı-ay-
rı hərəkatlar, Müqəddəs Ruhun təsiri ilə insanın xarizmatik, allahdan ilham
almış qüvvəsini nəzərə çarpdırırlar. Bununla yanaşı təbiətə qayğıya da bö-
yük diqqət ayrılır. Təyyar de Şarden allahın istehsalını həyatın mövcudlu-
ğunu təmin edən mükəmməl təbii tarazlıqda görürdü.
İslam - dünyanın ən geniş yayılmış dinlərindən biridir, b.e. VI əsrində
Ərəbistanda meydana çıxmışdır. İslamın banisi Məhəmməd Peyğəmbərdir,
Müqəddəs Yazısı – Qurandır. İslam – Allaha tam itaət dinidir. Müsəlmanlar
Allahı bütün bəşəriyyətin Tək Tanrısı elan edərək, Tanrının hökmü altında
yeni dünya ailəsi idealını irəli sürdü. Xalqın gözündə Məhəmməd kamil in-
san obrazı hesab edilirdi. Onun: “Ən yaxşı islam – acları yedirtmək və ta-
nışlara və özgələrə - insanlara əmin-amanlıq gətirməkdir” ifadəsi yaxşı mə-
lumdur. Məhəmmədin həyat nümunəsi, onun dərin ruhaniliyi, xasiyyətinin
alicənablığı, təvazökarlığı və xeyirxahlığı möminlər üçün qapıları İlahi
Varlığa açan açar hesab olunur. Tanrıya hədsiz sadiq olaraq o daim bağış-
lanmaq haqqında Allaha dua edirdi.
İbrahimin monoteist ənənələrini əks etdirən quran vəhyləri yəhudilər,
xristianlar və müsəlmanlar arasındakı dini birliyi təsdiq edir. Məhəmməd
Peyğəmbərin Allah tərəfindən həqiqi dini bərpa etmək üçün göndərildiyini
güman edən müsəlmanlar hesab edirlər ki, islam, yəhudi-xristian monoteist
ənənələrinin tamamlayıcı pilləsidir. Quranda bir yerdə toplanmış vəhylər
yalnız yeni həyat fəlsəfəsinin təcəssümü deyil, həm də mömin müsəlmanla-
rın həyatı üçün əldə rəhbər oldu. Onlar Allahın, həqiqətin tək olması haq-
qında, Kainat və insanın təbiəti haqqında, insanın əxlaqı və kamalı, insan
münasibətləri mədəniyyəti haqqında nəsihətləri, cəmiyyətin, şəxsiyyətin,
ailənin təşkil və idarə edilməsi haqqında müddəaları özündə birləşdirirdi.
İslamın əsas prinsipi kimi ruhi birlik: Allahın birliyi və həyatın hər bir as-
pektinin birliyi, ilahi başlanğıc ilə birləşdirilmş əqlin və qəlbin birliyi, el-
min və dinin birliyi, bütün insanların bir ailə kimi birliyi elan edilir. Müsəl-
manlar güman edirlər ki, dünya Allahın iradəsi ilə Kainatda harmoniyanı
təmin edən möhkəm qanunlar əsasında yaradılıb və inkişaf edir. Bu ümum-
dünya qanunlarını bilmək və onlara əməl etmək, inam və minnətdarlıq insa-
nın dolğun və xoşbəxt həyatı üçün Allah tərəfindən mərhəmət və müdafiəsi
İdarəetmə mədəniyyəti
335
üçün lazımdır. İslam - insanları həm doğmalara, həm də özgələrə qarşı xe-
yirxahlığa, şəfqətə və zəifləri qorumağa, insanlarla şəxsi və işgüzar münasi-
bətlərdə nəzakətə, ədalətə və düzgünlüyə, şəxsi mülkiyyətinin şüurlu idarə
edilməsinə çağırır. Müsəlman dindarlığı qanuniləşdirilmiş istibdada, zülmə
və ədalətsizliyə, eqoist siyasi hakimiyyətə qarşı mübarizə rəmzi kimi də nə-
zərdən keçirilir. O öz sözlərinə, davranışına və əməlinə görə mənəvi məsu-
liyyəti nəzərdə tutur. Görünür ki, bütpərəstlik şəraitində ərəblər məlum
avamlıq (“cahillik”) nəticəsində onlar üçün yeni olan tək Allaha itaət dinini
qavramağa hələ hazır olmadıqları vaxt, islamın şərhi həm Allaha məhəbbət,
həm də onun qarşısında qorxunu birləşdirirdi. Lakin zaman keçdikcə, xalqın
təhsilinin, müsəlman mədəniyyəti və sivilizasiyasının inkişaf etməsi şəraitində,
bu ziddiyyətin - qorxudan tədricən imtina edilməsi və möminlərin ürəklərində
Allaha şəksiz məhəbbətin təsdiqi ilə həlli yolunda dayanması labüd idi.
Müsəlman doktrinası Tək Allaha daimi minnətdarlığı və itaəti ifadə
edən duaya, qəlbi saflaşdıran, vicdanı sakitləşdirən, təfəkkürü inkişaf etdi-
rən duaya böyük əhəmiyyət verir. O, ruhanilərin iştirakı olmadan insanın
Allahla ruhi əlaqəsini və islamın yayılmasında məcburiyyətin istisnasını nə-
zərdə tutur. İnsana - “Üstün gəlmək üçün Saf qəlb, düşünmək üçün Təmiz
şüur və hərəkət etmək və fəaliyyət göstərmək üçün Yüngül bədən” verən
orucluğa mühüm əhəmiyyət verilir. Orucluq iradəni möhkəmləndirməyə, öz
üzərində hakimiyyəti təsdiqləməyə, öz tələbatlarını idarə etmək bacarığına
imkan verir. Müsəlman dini doktrinasında böyük və kiçik cihad vasitəsilə
şərə müqavimət göstərmək mühüm yer tutur. Böyük (daxili) cihad özünün
ən aşağı “Mən”inə – öz daxili şərinə, tamahına, eqoistliyinə, neqativ emosi-
yalarına və istəklərinə qarşı mübarizəni ehtimal edir. Kiçik (xarici) cihad -
şəxsi mənfəəti istisna edən, müsəlmanların Allah yolunun müdafiəsindəki
mübarizəsidir. O öz həyatını, etiqadını və müsəlman cəmiyyətinin bütövlü-
yünü şər qüvvələrdən fədakarlıqla müdafiə etmək cəhdini ifadə edir. İslam
prinsipləri dəyişən şəraitlərdə sülhün və asayişin tarazlığının qorunması
üçün daimi səylərin, təcavüzkar müharibələrdən imtinanın, lakin təcavüzka-
ra müqavimətin zəruriliyini nəzərdə tutur.
Başlıca olaraq Qurana və Sünnəyə (Peyğəmbərin mülahizələri və əməl-
lərinin məcmusu) istinad edən islamın müqəddəs qanunu - şəriət, müsəlman
cəmiyyətinin təşkili və idarə edilməsinin əsasını təşkil edən, müsəlmanların
davranış nəsihətləri və qaydaları toplusudur. Allah Qanununun birbaşa yolu
kimi nəzərdən keçirilən Şəriət, allahın əmri hesab edilən “İslamın beş daya-
ğına” müəyyən edilmiş tərzdə xidmət edilməsini nəzərdə tutur. O ilk növ-
bədə - ədalət, xeyirxahlıq və mərhəmət kimi müsəlman dəyərləri ilə şərtlə-
nən etik ictimai davranış normalarını təyin edir. Bununla yanaşı müəyyən
həyat tərzinin bütün üstünlükləri və çatışmazlıqlarının təhlili, zamanın tə-
Fuad Məmmədov
336
ləblərinin qiymətləndirilməsi, cinayətkarlığın, narkomanlığın aradan qaldı-
rılması zəruriliyi və ailə həyatında yüksək mədəniyyətə nail olmanı nəzərə
alaraq, müsəlmanların hüquq mədəniyyəti, mürəkkəb, birmənalı olmayan
fərdi və sosial problemlərin həllini nəzərdə tutur.
Müsəlman sivilizasiyasının sərvəti Qərb və Şərq antik və feodal mədəniy-
yətinin ən yaxşı nailiyyətləri oldu ki, onların mənimsənilməsi məhz orta əsr
dünya sivilizasiyasının tərəqqisinə ciddi töhfə verən müsəlman elmi və mədə-
niyyətinin inkişafına səbəb olmuşdur. Əməvilər (661-750) sülaləsinin 89 illik
idarəsindən sonra, 508 il müddətində hakimiyyətdə, orta əsrlər müsəlman İnti-
bahının əsasını qoyan və islam sivilizasiyasının tərəqqisinə səbəb olan Abba-
sidlər sülaləsi (750-1258) olmuşdur. Abbasidlər sülaləsi dövründə müsəlman
imperiyasının təşkil və idarə edilməsinə ciddi fikir verilməyə başladı. Həyat re-
allıqlarına və dövlət quruculuğu problemlərinə şüurlu yanaşma sayəsində za-
manın tələbləri və həyat şəraitindən asılı olaraq, alimlər və hüquqşünaslar tərə-
findən Quranın, hədislərin və sünnələrin qeyri-ehkami təfsir edilməsinin zəruri-
liyi etiraf edildi. Quranın və Hədislərin düzgün təfsiri, cəmiyyətin inkişaf tələb-
lərini görmə və məhsuldar sosial-mədəni siyasət nəticəsində Abbasidlərin ida-
rəetmə sistemində dövlət şəhər mədəniyyətinin, əsasən intellektual və bədii
mədəniyyətin inkişaf etdirilməsinə xüsusi diqqət ayrıldı. Müsəlman təhsili şəx-
siyyətin hərtərəfli inkişaf imkanlarının genişləndirilməsi məqsədi ilə onun şüu-
runun və etiqadının, elmi və mənəvi tərbiyəsinin balansına yönəldilmişdi.
Abbasidlər Bağdadı ilə yanaşı bu dövrdə islam dünyasının mədəniyyət mər-
kəzləri, həmçinin özlərini müstəqil elan edən: İspaniyada – Əməvilər və Misir-
də – Fatimidlər xəlifətləri oldu.
İslamda sufizmə məlum tarixi yer məxsusdur. Metafora, paradoks və ya-
radıcı təxəyyüllə dolu sufi təfəkkürü, dünyanın mistik qavranılmasına əsas-
lanır ki, bunu da məntiqlə bir araya sığışdırmaq çətindir. Allaha hədsiz mə-
həbbətə, Quranın alleqorik təfsirinə və daxili intuisiyaya əsaslanan sufilər,
ətraf aləmi işarələrlə dolu kitab kimi nəzərdən keçirirdilər. Onlar hesab
edirdilər ki, dərk edənlər üçün dünya, çox şey haqqında danışan ilahi sim-
vollar və gözəllik elementləri ilə doludur. XII əsrdə Əl-Qəzali sufizmi orto-
doksal islamla birləşdirdi. XIII əsrdə orta əsr sufizminin ən parlaq nüma-
yəndələrindən biri Cəlaləddin Rumi idi. XV əsr gizli sufi cəmiyyətlərinin
əksəriyyətinin ruhani patriarxı olan Şeyx Cüneyd
36
özünün öz “Mən”indən
saflaşdırılması və insanın ilahi rəmzlərin ideal güzgüsünə çevrilməsi məq-
sədi ilə müntəzəm özünənəzarətə, öz səbəbləri və əməllərinin yoxlanılması-
nın zəruriliyinə öyrədirdi.
36
Azərbaycan Səfəvilər dövlətinin banisi – Şah İsmayıl Səfəvinin babası (XVI əsr).
İdarəetmə mədəniyyəti
337
XV əsrdə Hindistanda Siqhizm ruhani təliminin əsası qoyuldu ki, burada
hindus və müsəlman, başlıca olaraq, Şimali Hindistanın sufi ənənələrinin
sintezi təcəssüm edilmişdir. Onun əsasını, bütün dinlərdə mövcud olan və
onun hüdudlarından kənara çıxan universal həqiqətin təsdiqi təşkil edir.
Siqhizmin: Allaha sədaqət, mərhəmət, doğruluq, mülayimlik, xeyirxahlıq,
həqiqət, şəfqət, cəmiyyətin xeyrinə namuslu əmək, ehtiyacı olanlara kömək
kimi başlıca dəyərləri göstərilmişdir. Müasir siqhizmin ekumenik mahiyyə-
ti, onun bütün bəşəriyyətin müxtəlif adlar altında sitayiş etdiyi tək Allaha
məhəbbətini və sədaqətini ifadə edilir. Siqhlərin dini təliminə görə Allah
birdir, forma ilə məhdudlaşdırılmayıb, zaman və məkan xaricindədir, yega-
nə həqiqət, yeganə reallıqdır. Onu ilahi yaranışda və insanın qəlbində tap-
maq olar. Siqhizm intizamlı həyat, sadəlik, insan ləyaqətinə hörmət, ədalət,
sosial bərabərlik və dini azadlıq uğrunda, zülmə, eqoizmə və mənəvi poz-
ğunluğuna qarşı çıxış edir. Siqhlərin dini icma üzvləri (Khalsa) özlərində
beş şər qüvvəyə: ehtiras, qəzəb, tamahkarlıq, bağlılıq və eqoizmə qalib gəl-
məyə, duanın köməyi ilə öz ruhunu mənfi düşüncələrdən azad etməyə borc-
ludurlar.
XIX ərdə İranda Bab və onun ardıcılı Bəhaulla tərəfindən yaradılan yeni
dinlərdən biri - Bəhai, bəşəriyyəti Tək Allaha etiqadda birləşdirməyə can
atır. Çərçivəsi daxilində bütün xalqların və dinlərin birləşməsini nəzərdə tu-
tan vahid dünya sivilizasiyasının formalaşdırılması uğrunda çıxış edərək
bəhailər bütün dünyada sülh və sosial ədalət naminə ümumdünya idarəetmə
proqramını irəli sürmüşlər. Bəşəriyyətin birləşməsində BMT–nin səylərini
dəstəkləyərək, onlar 8 prinsip formulə etmişlər ki, onların arasında elmin və
həqiqi dinin harmoniyası, ümumi təhsil, sərvətin ədalətli bölgüsü və s. qeyd
olunmuşdur. Bəhai tərəfindən yerli, milli və dünya səviyyəli Ruhani
Assambleyasının əldə rəhbər tutması üçün demokratik mədəni dəyərlərə və
insanların mənəvi keyfiyyətləri, qabiliyyətləri və təcrübəsinə əsaslanan,
dünyanın idarə edilməsi modeli təklif edilmişdir. Onun əsasını “sülh məslə-
hətləşmələri” yolu ilə düzgün qərarlar qəbul etməyə və fəaliyyətlərin effek-
tiv beynəlxalq koordinasiyasını həyata keçirməyə yardım edən doğruluq,
nəzakət, qərəzsiz müzakirə və razılaşma prinsipləri təşkil edir.
XIX əsrdə Mədrəsdə (Hindistan) Yelena Blavatskaya tərəfindən gizli
sirlərin aşkar edilmə vasitəsi, həmçinin “bütün dinlərin, sektaların və xalq-
ların əbədi həqiqətlərə əsaslanan ümumi mənəviyyat sistemi bayrağı altında
barışıq” məqsədi ilə Sufi cəmiyyəti (“İlahi müdriklik cəmiyyəti”) yaradıl-
mışdır. “Həqiqətdən uca din yoxdur” şüarı altında çıxış edən sufistlər gü-
man edirlər ki, həqiqəti təmiz şüurun köməyi ilə ciddi şəkildə axtaran kəs-
lər, daha yaxşı dünyanı artıq yaradır.
Fuad Məmmədov
338
XX əsrin ortalarında, Koreyada San Myon Mun tərəfindən yaradılan
Birlik Kilsəsi fəal beynəlxalq fəaliyyət həyata keçirir. Bu kilsə ümumi har-
moniya ideallarını və ateist kommunizminə qarşı mübarizəni, insan fəaliy-
yətinin bütün sahələrində ruhiliyin yayılmasını bəyan etmişdir. San Myon
Mun özünü və arvadı Hak-Ca Hanı Məsihə elan edərək bəyan etdi ki, 1935-
ci ildə ona zühur edən İsa, Yer üzündə Allah səltənətinin yaranması və bə-
şəriyyətə Tanrı əmin-amanlığı gətirmək missiyasını başa çatdırmağı ondan
xahiş etmişdir. O əsasında Allahla insan arasındakı, həmçinin insanların öz
arasındakı məhəbbətin olduğu “Birlik hərəkatı prinsipi” adlandırılan təlimi-
ni işləyib hazırladı. 1954-cü ildə o, Dünya Xristianlarının Birliyi uğrunda,
sonradan Birlik Kilsəsi kimi məşhurlaşan Müqəddəs Ruh Assosiasiyasının
əsasını qoydu. Onun ilahiyyatı, ictimai münasibətlərə konfutsi yanaşmasını
əlavə etməklə, özünün Bibliyanı şərh etməsinə əsaslanmışdır, həqiqi mə-
həbbətin əsası isə - ailə və insan eqoizmini istisna edən başqaları üçün ya-
şamadır. Mun dinin missiyasını bütün dünyada sülh münasibətləri və əmək-
daşlığın bərqərar edilməsində görür. Bu missiyanın reallaşdırılması məqsə-
di ilə Birlik Kilsəsi, sonradan yenidən qurulmuş Beynəlxalq Sülh Şurası
olan, bütün dünyada sülh uğrunda Dinlərarası Beynəlxalq Federasiya təsis
etdi. Müxtəlif dövrlərdə onun tərəfindən – “Vaşinqton tayms” qəzeti, Bey-
nəlxalq Təhsil Fondu, qeyri-hökumət təşkilatlarının Beynəlxalq Assosiasi-
yası və bir sıra digər strukturlar təsis edilmişdir.
Dünya dini mədəniyyəti ilə tanışlıq göstərir ki, müxtəlif dinlər insan şü-
urunun manipulyasıyası, insanların istismarı və fərqləndirilməsi üçün deyil,
insanların məhəbbət, qarşılıqlı hörmət və harmoniya prinsipləri əsasında
birləşdirilməsi üçün istifadə edilə bilər və istifadə edilməlidir. Reallıq on-
dan ibarətdir ki, dində başlıca olan inamdır, inam isə insanın vicdanı, xeyir
və şər kimi anlayışlara onun münasibətinin meyarı, həyatda mənəvi seçimi-
dir. “Həmrəy fikir ayrılığı” konsepsiyasının müəllifi Raymond Panikar de-
yir ki, “son hesabda, həmrəylik: bir istiqamətdə getmək, amma müxtəlif
nöqteyi-nəzərlərə malik olmaq” deməkdir. Bu yaxşı fikirdir, bir şərtlə ki,
müxtəlif nöqteyi-nəzərlərlə bir istiqamətə birlikdə baxmaq üçün güclü, hə-
qiqi məhəbbət lazımdır. Göründüyü kimi, yaxınlaşma, birləşmə və münasi-
bətlərin harmoniyası prosesinin əsasını qarşılıqlı anlaşma, məhəbbət,
ümumbəşəri mədəni dəyərlər, həmçinin bütün insanları birləşdirən qlobal
problemlər, siyasi və iqtisadi təhlükələrdir ki, onların aradan qaldırılması -
xalqların, konfessiyaların və dövlətlərin birgə səyləri və əməkdaşlığını tələb
edir. Dinlərarası dialoq kulturoloqlar, tarixçilər, dinşünaslar və digər mütə-
xəssislərin iştirakı ilə - sülh, bərabərlik, etimad, qabaqcadan əmələ gəlmiş
yanlış rəydən imtina, özünütənqid və həmrəylik əsasında qurulmalıdır.
İdarəetmə mədəniyyəti
339
Harvard İlahiyyat kollecinin professoru Diana Ek dinlərarası əlaqəyə üç
tip reaksiyanın olduğuna diqqət yetirir: öz müstəsnalığının dərk edilməsi;
vahid dünya dini yaratmaq cəhdində ifadə olunan “qoşulma” və başqa din-
lərə hörmət etmə və anlama ilə yanaşı öz dini ənənəsinə sadiqliyi ifadə
edən – plüralizm. Biz M. Fişer və D. Ekin dialoqun mümkün olduğu yega-
nə mövqenin plüralizm olması fikrinə tamamilə şərikik. Həqiqətən, dinlər-
arası dialoqda mədəni plüralizmə alternativ yoxdur.
Dini mədəniyyətin mahiyyətinə, xüsusiyyətlərinə və problemlərinə işıq
salan, tərəfimizdən nəzərdən keçirilən materiallar istər-istəməz yenidən o
fikrə gətirir ki, universal mənəvi prinsiplərin kapitalizmə xas praqmatizmlə
harmonizasiya olunmasına, maddi və ruhi olan arasında, şüurlu özünüqoru-
ma eqoistliyi ilə altruizm arasında balans əldə etməyə nail olmaq lazımdır.
Nyu-Dehlidə İdarəçiliyin inkişafı İnstitutunun professoru Səid Kəbir sahib-
karlıqda praqmatizmlə mənəviyyat arasındakı ziddiyyət məsələsinin həllini
öz vicdanına daxili müraciət yolu ilə həll edilməsini təklif edir. Sahibkarlıq-
da mənfəətə və təşkilatın rəqabət qabiliyyətinin təmin edilməsinə yönəldi-
lən humanist dəyərlərin qorunmasını o, kompaniya rəhbərinin etik mədə-
niyyəti ilə əlaqələndirir. İnsanları yalnız vasitə kimi deyil, həm də məqsəd
kimi görməyə əsaslanan, əməkdaşlara rəhbərin münasibət mədəniyyəti, -
təşkilatın pozitiv imicinin, istehlakçılar tərəfindən ona etimadın və onun fə-
aliyyətində maraqlılığın formalaşmasına səbəb olur. Bu məsələnin həlli yo-
lu insanların yüksək ruhi mədəniyyətinin tərbiyə edilməsindən keçir.
Sonda qeyd edək ki, din – bu və ya digər xalqların təbii-coğrafi şəraiti,
həyat tələbatları, dünyagörüşü, təfəkkür səviyyəsi və mədəni ənənələri ilə
şərtlənən etno-tarixi ənənədir. Bir sıra müasir dinlərin komparativ təhlili
göstərir ki, onların nüvəsi - inam, məhəbbət, xeyirxahlıq, insan həmrəyliyi,
şəfqət, doğruluq, ədalət, Allah və bəşəriyyət qarşısındakı xidmətlərə əsasla-
nan daha yaxşı həyata inam kimi mənəvi kateqoriya və dəyərlərdir. Dinlə-
rin harmonizasiyası probleminin aşkar mürəkkəbliyi ondadır ki, müxtəlif
ölkələrin milli-dini institutları digər, o cümlədən yeni dinləri - ənənəvi mə-
dəni dəyərləri və həyat tərzini, milli özünüdərkin bütövlüyünü və mədəni
eyniliyi dağıdan amil kimi nəzərdən keçirirlər. Bununla belə, etiqadın prio-
riteti və insan mədəniyyətinin humanist dəyərləri əsasında belə harmoniza-
siya həyati vacibdir, çünki dini müxtəliflik bütövlükdə mədəniyyətlərin
müxtəlifliyi kimi, dünya mədəniyyəti və siviliasiyasının əsas məğzidir. Bu-
na görə də hər bir ölkənin ümumi mədəniyyətinin saxlanması üçün mədə-
niyyətləri və maraqları necə daha yaxşı harmonizasiya etmək, müxtəlif din-
lərin fundamentalizmini necə aradan qaldırmaq haqqında düşünmək lazım-
dır. Görünür, müxtəlif dinlərin müstəsnalığına təbii iddiaları nəzərə alaraq
ümumi mənəvi dəyərlər əsasında qarşılıqlı anlaşma və qarşılıqlı zənginləş-
Fuad Məmmədov
340
məyə yol açan alim-kulturoloqların və din xadimlərinin permanent mədəni
dialoqonu daxil edən mədəniyyətlərarası əməkdaşlıq proqramını işləyib ha-
zırlamaq zəruridir.
Biz dərindən inanırıq ki, milliyyətindən və dinindən asılı olmayaraq hər
bir mədəni insan yaşadığı dünyanı hər gün daha yaxşıya doğru dəyişərək,
pozitiv düşünməli və vicdanının tələblərinə uyğun hərəkət etməlidir. Bu
həm milli, həm də beynəlxalq ölçmədə, - həm dindarlar, həm ateistlər üçün,
həm idarəetmə subyektləri, həm də obyektləri üçün vacibdir.
İdarəetmə mədəniyyəti
341
Dostları ilə paylaş: |