Azərbaycan Respublikasının Seçki Məcəlləsi


REFERENDUMUN KEÇİRİLMƏSİ VƏ REFERENDUMUN NƏTİCƏLƏRİNİN



Yüklə 1,64 Mb.
səhifə19/29
tarix01.12.2016
ölçüsü1,64 Mb.
#546
1   ...   15   16   17   18   19   20   21   22   ...   29

REFERENDUMUN KEÇİRİLMƏSİ VƏ REFERENDUMUN NƏTİCƏLƏRİNİN

MÜƏYYƏN EDİLMƏSİ


   Maddə 133. Referendum üzrə səsvermə otağı

133.1. Referendum zamanı səsvermə otağı bu Məcəllənin 98-ci maddəsinin tələblərinə uyğun təşkil edilir.

133.2. Məntəqə seçki komissiyası səsvermə otağında və ya bilavasitə otağın qarşısında referendum üzrə səsvermə bülletenlərinin nümunələrini, referendum aktı layihəsinin mətnini məlumat lövhəsində yerləşdirir.

   Maddə 134. Referendum üzrə səsvermə bülleteni

134.1. Referendum üzrə səsvermə bülleteni bu Məcəllənin 99-cu maddəsində göstərilən qaydada hazırlanır.

134.2. Səsvermə bülletenində referenduma çıxarılan hər məsələnin ifadəsi və səsverənin cavabının variantları — «lehinə» və «əleyhinə» («hə» və «yox» «razıyam» və «razı deyiləm» sözləri də ola bilər) sözləri yazılır.

134.3. Mərkəzi Seçki Komissiyası səsvermə bülleteninə referendum aktının layihəsinin əlavə edilməsi məsələsini həll edir. Həmin layihə qüvvədə olan normativ hüquqi aktların ləğv edilməsi və ya dəyişdirilməsini nəzərdə tutursa, həmin normativ hüquqi akt (onun müvafiq hissəsi) Mərkəzi Seçki Komissiyasının qərarına əsasən səsvermə bülleteninə əlavə edilə bilər.

   Maddə 135. Referendum zamanı səsvermə qaydası

135.1. Referendum zamanı səsvermə bu Məcəllənin 104-cü və 105-ci maddələrinə uyğun keçirilir.

135.2. Seçici səsvermə bülletenində referenduma çıxarılan cavab variantlarının birini — «lehinə» və ya «əleyhinə» («hə» və ya «yox», «razıyam» və ya «razı deyiləm») - seçərək sağda yerləşən boş kvadratda işarə qoyur.

135.3. Hər iki boş kvadratda işarə qoyulduqda və ya heç bir işarə qoyulmadıqda səs etibarsız sayılır.

   Maddə 136. Referendum məntəqəsində səslərin hesablanması

136.1. Referendum məntəqəsində səslərin hesablanması bu Məcəllənin 106-cı maddəsinə uyğun həyata keçirilir və protokol tərtib edilir.

136.2. Protokola bu Məcəllənin 100.2-ci maddəsində göstərilənlərdən əlavə, aşağıdakılar daxil edilir:

136.3.1. referenduma çıxarılan məsələnin lehinə səs vermiş seçicilərin sayı;

136.3.2. referenduma çıxarılan məsələnin əleyhinə səs vermiş seçicilərin sayı.

       Maddə 137. Referendum zamanı dairə seçki komissiyasında səslərin hesablanması

137.1. Dairə seçki komissiyasında səslərin hesablanması bu Məcəllənin 107-ci maddəsinə uyğun aparılır.

137.2. Dairə seçki komissiyasının protokolunda bu Məcəllənin 107.2-ci və 136-cı maddələrində göstərilənlərdən əlavə, səsvermənin nəticələri etibarsız sayılmış seçki məntəqələrinin sayı göstərilir.

   Maddə 138. Referenduma yekun vurulması

138.1. Referendumun rəsmi nəticələrini referendumdan sonra 25 gündən gec olmayaraq Mərkəzi Seçki Komissiyası elan edir.

138.2. Mərkəzi Seçki Komissiyası səsvermənin nəticələri haqqında dairə seçki komissiyalarından daxil olmuş protokollar əsasında bu Məcəllənin 108-ci maddəsində göstərilənlərə əlavə olaraq, səsvermənin nəticələri etibarsız sayılmış seçki məntəqələrinin sayını, səsvermə keçirilməsi zamanı və ya səsvermənin nəticələrinin müəyyənləşdirilməsi zamanı yol verilən qanun pozuntuları seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən referendum dairələrinin sayını göstərir; səsə qoyulmuş hər təklif üzrə — «lehinə» səs vermiş və «əleyhinə» səs vermiş seçicilərin sayını ayrılıqda müəyyən edir.

138.3. Referenduma çıxarılmış məsələ o halda qəbul edilmiş sayılır ki, səsvermədə iştirak etmiş seçicilərin yarısından çoxu onun lehinə səs versin.

138.4. Ümumxalq səsverməsinə Mərkəzi Seçki Komissiyasının iclasında yekun vurulur və yekunlar referendumun nəticələri haqqında rəsmi bildiriş kimi elan edilir.

   Maddə 139. Referendumun baş tutmaması və referendumun yekunlarının etibarsız sayılması

139.1. Azərbaycan Respublikası Konstitusiyasının 3-cü maddəsinin II hissəsində və 153-cü maddəsində göstərilən məsələlər üzrə referendumda vahid seçici siyahısında olan seçicilərin 25%-dən azı iştirak etdikdə referendum baş tutmamış sayılır.

139.2. Mərkəzi Seçki Komissiyası aşağıdakı hallarda referendumun yekunlarını etibarsız sayır:

139.2.1. referendum məntəqələrinin 2/5 hissəsindən çoxunda səsvermənin nəticələri etibarsız sayıldıqda və ya ləğv edildikdə, o şərtlə ki, həmin seçki məntəqələrində qeydə alınmış seçicilərin sayı seçki dairəsi üzrə qeydə alınmış seçicilərin ümumi sayının 1/4-dən çoxunu təşkil etsin.; [135]

139.2.2. məhkəmənin qərarı əsasında.

   Maddə 140. Referendumun yekunları haqqında qərarların dərc edilməsi

Referendum yolu ilə qəbul olunmuş qərar və referendumun yekunları haqqında rəsmi elan referendum yolu ilə qəbul edilmiş aktın mətni ilə birlikdə səsvermə günündən ən geci 30 gün keçənədək Mərkəzi Seçki Komissiyası tərəfindən dərc edilir.[136]

 

İyirmi birinci fəsil


REFERENDUM YOLU İLƏ QƏBUL EDİLMİŞ AKTLAR


   Maddə 141. Referendum yolu ilə qəbul edilmiş aktların qüvvəyə minməsi

Referendum yolu ilə qəbul edilmiş akt dərc edildiyi gündən qüvvəyə minir.

   Maddə 142. Referendum yolu ilə qəbul edilmiş qərarların hüquqi qüvvəsi

Referendum yolu ilə qəbul edilmiş akt qətidir, Azərbaycan Respublikasının bütün ərazisində məcburi hüquqi qüvvəyə malikdir və yalnız referendum yolu ilə ləğv oluna və ya dəyişdirilə bilər.

 

 

 



 

 

V bölmə


MILLI MƏCLISƏ SEÇKILƏR


İyirmi ikinci fəsil

MİLLİ MƏCLİSİN DEPUTATLARININ SEÇKİLƏRİNƏ DAİR ÜMUMİ MÜDDƏALAR


   Maddə 143. Milli Məclisə seçkilərin əsasları

Milli Məclisə birmandatlı seçki dairələri üzrə 125 deputat (bir dairədən - bir deputat) seçilir.

   Maddə 144. Azərbaycan Respublikası vətəndaşlarının Milli Məclisə deputat seçilmək hüququ

Azərbaycan Respublikası Konstitusiyanın 85-ci maddəsində göstərilən Azərbaycan Respublikası vətəndaşları Milli Məclisə deputat seçilə bilərlər.

   Maddə 145. Milli Məclisə seçkilərin təyin edilməsi

145.1. Azərbaycan Respublikası Konstitusiyanın 84-cü maddəsinin II hissəsinə və 109-cu maddəsinin 1-ci bəndinə uyğun olaraq yeni çağırışın deputat seçkiləri gününü Azərbaycan Respublikasının Prezidenti təyin edir.

145.2. Yeni seçilmiş Milli Məclisin səlahiyyət müddətinin hesablanması onun birinci iclasının keçirildiyi gündən başlanır.

145.3. Milli Məclisin seçilməsi günü onun seçkilər nəticəsində səlahiyyətli tərkibdə formalaşdırıldığı gün hesab edilir.

145.4. Seçkilərin təyin edilməsi barədə qərar onun qəbul edildiyi gündən başlayaraq ən geci 2 gün ərzində kütləvi informasiya vasitələrində rəsmi dərc edilməlidir.

 

İyirmi üçüncü fəsil



Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin