Azərbaycan Respublikasının Təhsil Nazirliyi Bakı Dövlət Universiteti


Brest-Litovsk müqaviləsinin Rusiya üçün siyasi nəticələri



Yüklə 235,68 Kb.
səhifə9/16
tarix02.01.2022
ölçüsü235,68 Kb.
#40647
1   ...   5   6   7   8   9   10   11   12   ...   16
Rusiya Birinci dünya müharibəsində

Brest-Litovsk müqaviləsinin Rusiya üçün siyasi nəticələri

Müqavilə imzalanan əsnada Osmanlı Dövlətinin xüsusilə Cənub Cəbhəsindəki vəziyyəti getdikcə kritik bir hal almağa başlayırdı. Bu səbəblə Osmanlı Dövləti də bir an əvvəl sülhün əldə edilməsindən yana olmuşdur.34 18 Fevral 1918-ci ildə Almaniyanın təkrar hərbi hərəkat başlatması və sülh görüşmələrinin dayanması kimi hadisələr Ənvər Paşaya bildirilincə, 3 Ordu Komandiri Vehip Paşaya Ərzincan istiqamətində irəliləməsi əmri verilmişdir. Türk hərbi hərəkatı isə 12 Fevral 1918 tarixində başladılmışdır. Brest Litovskda görüşmələrə qatılan Tələt Paşanın İstanbula dönməsinə qədər, işğal altındakı bölgənin böyük bir hissəsi qurtarılmışdır. Osmanlı Dövlətinin və əsasən də Almaniyanın hərbi hərəkat tənzimləməsi və irəliləmələri səbəbilə Sovet Rusiya hökuməti inqilab işlərini bir tərəfə buraxıb, Almaniya ilə ciddi bir şəkildə sülh imzalamaq məcburiyyəti qarşısında qalmışdır. Gerçəkdə Brest Litovsk görüşmələrinin kəsintiyə uğraması Osmanlı Dövlətinin də lehinə olmuşdur. Çünki bu zamana qədər Ruslardan çox tələbdə olmaqda çəkinən Osmanlı Dövləti artıq Almanların da təsdiqini alaraq tələblərini çatdıra biləcəkdilər. Lenin Brest Litovsk görüşmələri üçün dərhal bir heyət göndərmişdir. Bu heyətdəki nümayəndələr, hazırlanan barış mətninin "kapitulyasiya" olduğunu ifadə edərək, mətni oxumağı rədd etmişlər. Heyətin başçısı Grigori Sokolnikov, bu sülh mətninin bir məcburiyyət altında ("force majeure") yazıldığına rəsmi olaraq etiraz etmiş və bu müqavilənin ancaq "Alman imperializminin təzyiqi və təhdidi qarşısında, sırf (Rus) İnqilabı qorumaq məqsədiylə" imzalayacağını bildirmişdir.35 Bu şəkildə irəliləyən görüşmələr çox uzun sürməmiş, Almanların istəkləri qəbul edilmiş və "3 Mart 1918" tarixində "Brest Litovsk sülh müqaviləsi" imzalanmışdır. Brest Litovsk sülhünü imzalamağa məcbur qalan Ruslar, bu vəziyyəti özlərinə sığışdıra bilməmişlər. Hətta buna görə Lenin, bu barışı "Narahat sülh" olaraq xarakterizə etmişdir. Brest Litovsk Sülh müqaviləsi, 14 maddəlik əsl müqavilə mətnindən və buna əlavə edilən protokollardan başqa Almaniya, Avstriya-Macarıstan İmperatorluğu, Osmanlı Dövləti, Bolqarıstan və Sovet Rusiyası arasında edilən ayrı sülh müqavilələrindən ibarət olmuş və bu dövlətlər arasındakı döyüşü rəsmi olaraq bitirmişdir. Almaniya ilə Sovet Rusiyası arasında imzalanan əlavə razılaşmanın 21-ci maddəsinə görə, hər iki dövlətdə yaşayan bu iki dövlətin vətəndaşlarına öz ölkələrinə dönmə şansı tanınmışdır. Beləliklə, İmperatorun yoldaşı Aleksandra Fyodorovna və onun uşaqları, bacısı və digər Almaniya mənşəlilər, Kayzer Almaniyasının himayəsi altına girmiş və bu da onların Bolşeviklerden xilas olmaları üçün əllərinə hüquqi dəlil vermişdir.36 Osmanlı Dövləti ilə Sovet Rusiyası arasında imzalanan əlavə müqavilə isə Osmanlı Dövləti nümayəndəsi olaraq İbrahim Haqqı Paşa və Ziya Paşa, Sovet Rusiyası adına isə Grigori Sokolnikov, Grigori Petrovski, Georgi Çiçerin və Leon Qaraxan imzalamışdır. Ümumi müqaviləyə əlavə olan Osmanlı-Rus müqaviləsinin hamısı 15 maddədən ibarətdir. Sovet Rusiyası ilə edilən razılaşmanın təməli üç əsasa söykənməkdədir. Birincisi, işğal altındakı torpağın azad edilməsi, ikincisi, 1877-1878 müharibəsində, döyüş təzminatı qarşılığında Osmanlı Dövlətindən zorla alınan 3 sancağın (Qars, Ərdahan və Batum) gələcəyinin o bölgə əhalisi tərəfindən sərbəstcə təyini üçün Rus əsgərlərinin buraları azad etməsi və üçüncüsü də bu müharibə, Rusiya ilə Osmanlı Dövləti arasındakı hər cür müqaviləni ləğv etmiş olduğundan, iki dövlət arasında Avropa dövlətləri arasında etibarlı olan hüquq əsasına görə yenidən konsulluq qurulması ilə ticari əlaqələrin iki il içərisində təkrar başladılmasına bağlı olmuşdur.

Brest Litovsk sülh müqaviləsinin Rusiya baxımından nəticələrinə baxacaq olsaq, Sovet Rusiyası, Brest Litovsk müqaviləsi ilə əhalisinin 34 %-ni, torpaqlarının 32 %-ni (Polşa, Baltik dövlətləri, Finlandiya, Ukrayna və Belorusiya torpaqlarının bir hissəsini), sənaye şirkətlərinin 54 %-ni, dəmir yollarının 33 %-ni, dəmir cövhərinin 73 %-ni, kömür mədənlərinin 90 %-ni itirmişdir. Sovet Rusiyası, ordu və dəniz donanmasının hamısını silahsızlandırmağa, Almaniyaya Qara dəniz donanmasına aid gəmiləri və infrastrukturunu verməyə öhdəlik götürmüşdür. Rusiya dövləti Ukrayna, Belarus, Litva, Latviya, Estonya və Finlandiyanın müstəqilliyini tanımaq məcburiyyətində qalmışdır. İtkilər o qədər çox olmuşdur ki, Peterburq (daha sonra Petroqrad və sonra Leningrad, sonunda yenə Sankt Peterburq) sərhədə yaxın olduğu səbəbiylə paytaxt Moskvaya daşınmışdır.37 Bu mövzuda Trotski, "Bu dişləriylə əzdikləri Rusiyaya zorla qəbul etdirdikləri bir sülhdür.", - deyərək Bolşevik idarəsinin duyğularına tərcüməçi olmuşdur. Brest Litovsk sülh müqaviləsi qərbli müttəfiqlər tərəfindən zorla tətbiq olunan müqavilə olaraq görülmüşdür. İngiltərənin Rusiyadakı səfiri Corc Buchanan Rusiyadan döndükdən sonra jurnalistlərlə görüşməsində Rus xalqına olan simpatiyasını ifadə edərək cəmiyyətin təşkilatlana bilməməsi nəticəsində inqilablarla üzləşdiyindən bəhs etmişdir. O, Xalq Komissarları Sovetinin düşmənlə görüşmələr etməsini qərbli müttəfiqləriylə ayrı-seçkilikçi gizli görüşmələrin edilməyəcəyinə dair 23.08.-05.09.1914 ilində etdikləri razılaşmanı pozduqlarını bildirmişdir. Alman xalqı və Avropanın digər qisiminə isə bu razılaşmanın diplomatik görüşmələrin nəticəsi kimi olduğu bildirilmişdir. John Fokke xatirələrində Almaniyanın bir pişik kimi Smolnıyla (Bolşeviklerin hökumət sarayı) bütün hərbi gücünü və diplomatik qabiliyyətini sərgiləyərək danışacağını Brestdə gördüyünü yazmışdır.38 Brest Litovsk sülh müqaviləsinin imzalanmasının ardından Birinci Dünya müharibəsinin Şərq cəbhəsinin Sovet tərəfində yalnız Qırmızı Ordunun 1918-ci ildəki razılaşmada təyin olunan sərhəd xəttlərini qoruması üçün qurulan xüsusi birlikləri "zaves"lər qalmışdır. 9 Mart 1918-ci ildə Krilenko, Baş qərargah rəisliyindən alınmış və Müharibə Nazirliyinin ləğv edilməsinə qərar verilmişdir. Beləliklə, Rus (imperatorluq) ordusu da tarixdən qaldırılmışdır. 63 Alman təhlükəsinin hələ keçmədiyini diqqətə alaraq Rusiya Sovet Sosialist Respublikalar Birliyi, paytaxtının Moskvaya daşınması qərarını almışdır. 64 Brest Litovsk Sülh müqaviləsi uzun illər Alman İmperatorluğu ilə Bolşeviklerin maliyyə əlaqələrinin dəlili olaraq qaynaqlara keçmişdir. 1917-ci ilin dekabrında Rus cəbhəsindəki atəşkəs bütün cəbhələrdəki mübarizəni dayandıracaq gücdə olmamışdır. 11 dekabr 1917-ci ildə Bolşeviklerin İngiltərə və Fransa hökumətlərinə sülh təşəbbüsü təqdim etməsi Bolşeviklerin əleyhinə bir dönüşü özü ilə gətirmişdir. Beləliklə, bu iki dövlət Rusiyadakı Bolşeviklerin əleyhinə olan bütün güclərə kömək etmək üçün razılaşmışdır. Brest Litovsk sülh müqaviləsi bir cəbhədə döyüşü bitirdisə də, Rusiyanın öz içində yerli mübarizələrin geniş diametrli müharibəyə keçməsinə səbəb olmuşdur. 15 Mart 1918-ci ildə IV Fövqəladə Ümumi Sovet Rusiya Qurultayında Sol Kommunistlər və Sol Eserlər müqaviləbi dünya inqilabı və Rusiyanın mənfəətlərinə xəyanət olaraq qiymətləndirib qarşı gəlmələrinə baxmayaraq Almaniya və onun müttəfiqləriylə olan bu sülh müaviləsini təsdiqlədilər. Sovet Rusiyası, beləcə, Birinci Dünya müharibəsindən çəkilmişdir. 26 Mart 1918-də isə Almaniya İmperatoru II Wilhelm müqaviləni təsdiqləmişdir. Ancaq daha sonrasında bu sülh müqaviləsinin imzalanması "müttəfiq" partiyalar arasındakı uçurumu daha da dərinləşdirmişdir: Bolşevikler ilə Sol Eserlər mübarizəsi, 6-7 İyul 1918-ci ildə Sol Eserlərin üsyan etməsiylə nəticələnmişdir. 29 Mart 1918-ci ildə müqavilənin təsdiqlənməsindən sonra Almaniya İmperatorluğu və Rusiya Sovet Sosialist Respublikalar Birliyi arasında ilk rəsmi diplomatik əlaqələr qurulmuşdur. Berlindəki Sovet Səfirliyi (siyasi nümayəndəliyi) aktiv şəkildə Almanların Qərb cəbhəsində təbliğat fəaliyyətinə başlamışdır. Brest Litovsk sülhünün ən mühüm maddələrindən biri də Sovet Rusiyansının Ukraynanın müstəqilliyini tanıması və buralardan Qırmızı ordusunu çəkməsi və Ukraynada təbliğat etməmə təəhhüdü olmuşdur. Beləcə, Rusiya, ən məhsuldar torpaqlarını, kömür və dəmir kimi mədən yataqlarını itirmişdir. Baltik əyalətlərinin Rus idarəçiliyindən çıxması isə oradakı millətlərə, Litvalı, Latviyalı və Estonyalılara "Milli dövlət" qurma imkanlarını təmin etmişdir. Eyni zamanda Brest Litovsk sülh müqaviləsi, Ukraynada Radanın 1918-ci ildə qaldırılmasını önləmiş və bununla da Bolşeviklerin hakimiyyətə gəlməsinin önü kəsilmişdir. Bu sülh müqaviləsinin Osmanlı Dövləti üçün ən böyük əhəmiyyəti isə tək Rus işğalı altındakı bölgənin qurtarılması deyil, 1877-78-də əldən gedən "Əlviyyə-ye Səlasə"nin yəni Qars, Ərdəhan və Batum sancaqlarının ana vətənə qovuşması kimi gözəl bir qazanc əldə etməsi olmuşdur.39 Döyüşün əvvəlindən etibarən Rusiyaya qarşı məğlub bir vəziyyətdə olan Osmanlı Dövləti, Brest Litovsk sülh müqaviləsi ilə "müzəffər" bir dövlət tərəfinə keçmiş və Rusiyaya qarşı, 1856 Paris sülhü xaric, 1711-ci ildəki Prut sülhündən sonra ilk dəfə zəfər qazanmışdır. Yəni 200 ildən bəri ilk dəfə Rusiyadan Türk torpağı geri alına bilmişdir. Bolşeviklər, Brest Litovsk sülh müqaviləsinə keçici hərbi məğlubiyyətlər nəticəsində boyun əymişlərŞ ancaq bununla inqilablarını qurtarmışlar. Avstriya-Macarıstan İmperatorluğu və Almaniya, Ukraynadan keçici bir müddət faydalanmalarının hesabını, Bolşevizmin (Kommunizm) ölkələrinə sıçraması və getdikcə yayılması ilə ödəmək məcburiyyətində qalmışlar. İmperatorluq hökumətinin müvəffəqiyyətə çatmasında mühüm bir faktor olan "inqilab" çox keçmədən Almaniya ilə Avstriya Macarıstan İmperatorluğuna da sıçramışdır. Rus İmperatorluğunun süqutunu, Alman və Avstriya-Macarıstan monarxiyalarının sona çatması izləmişdir. Almaniya, "dünya inqilabının" Avropadakı əsl döyüş sahəsi olmuşdur. Brest Litovsk və sonra Versal müqavilələri ilə görünüşcə bitən müharibə, dəyişik yollarla davam etmişdir.40 Brest Litovskdakı görüşmələrdə Antanta dövlətlərinin gizli razılaşmalarının açıqlanması bu dövlətlərdəki siyasi gücləri də hərəkətə keçirmişdir. Antanta hökumətləri öz ölkələrindəki liberal və sol fikirli müxalif güclər tərəfindən tənqidlərə məruz qalmışlar. Görüşmələr zamanı Joffe, Khülman və Czernin tərəfindən qəbul edilən xalqların öz müqəddəratlarını özlərinin təyin etməsi mövzusu Antanta dövlətlərinin də bu məsələyə bağlı fikir dəyişdirmələrinə səbəb olmuşdur. Nəticədə İngiltərə Baş naziri Lloyd Corc və daha sonra ABŞ Prezidenti Vudro Vilson da müharibədən sonra dünyanın yenidən şəkilləndirilməsi zamanı bu mövzudakı nəzəriyyələrdə dəyişiklik etmək məcburiyyətində qalmışdır. Beləliklə, Brest Litovsk sülh müqaviləsi, XX əsrdə Şərqi Avropa və Cənubi Qafqaz tarixini dəyişdirəcək olan xalqların müqəddəratlarını özlərinin təyin etməsi proyektinin də əsasını ortaya qoymuşdur. 27 Avqust 1918-ci ildə Berlindəki Sovet siyasi nümayəndəsi Adolf Joffe və Richard von Khülmanın yerinə təyin edilən Paul von Gintse tərəfindən Brest Litovsk müqaviləsinə əlavə olaraq gizli razılaşma imzalamışlar. Sovet hökuməti bu müqaviləylə Brest Litovsk müqaviləsinin imzalanmasından sonra Almaniya tərəfindən işğal edilmiş torpaqların da Almaniyaya ilhaq edilməsini qəbul etmişdir. Sovet Rusiyası və Alman orduları arasında neytral bölgələr təyin olunmuşdur. Almaniya, Sovet Rusiyasından 6 milyard qızıl mark, 1,5 milyard qızıl (245, 5 ton saf qızıl) və 1 milyardlıq məhsul təzminat almışdır. Yenə eyni tarixdə 27 Avqust 1918-ci ildə Berlində "Gintse Nota"sıyla Alman və Sovetlər öz vəziyyətlərini açıqlamışlar. Rusiyanın daxilindəki Antanta tərəfdarlarına qarşı birlikdə mübarizə etmə haqqında da qərar verilmişdir. Bunun xaricində Rusiya, Murmanskdan müttəfiq ordularının çıxarılmasını bu məsələdə müvəffəqiyyətsiz olacağı təqdirdə isə onlara qarşı Alman-Fin ordularının döyüşəcəyini qəbul etmişdir. Gerçəkdə nə Almaniya, nə Sovet Rusiyası, Brest Litovsk sülh müqaviləsinin şərtlərini tam olaraq tətbiq edə bilməmişdir. Sülhün imzalanmasından dərhal sonra bunun bir çox hökmü pozulmağa başlamışdır. Ruslar, xüsusilə təbliğatın qadağan edilməsi şərtlərinə əsla yerinə yetirməmiş, eyni şəkildə silahlı birliklərini də tərxis etməmişdir. Almaniya, qərbdə etdiyi hücum səbəbilə, şərqdə Ruslara qarşı lazımi birlikləri saxlayacaq, daha doğrusu, Sovet Rusiyasına təzyiq edəcək vəziyyətdə olmamışdır. Hələ imzasının mürəkkəbi qurumadan bir çox hökmü pozulan və yerinə yetirilməyən "Brest Litovsk sülhü" çox zaman keçmədən etibarsız sayılmasına, sanki heç olmamış kimi görülməsinə və "unudulmuş sülh" şəklində qiymətləndirilməsinə baxmayaraq, tarixi əhəmiyyətindən heç bir şey itirməmişdir. Bu müqaviləylə əlaqədar olan dövlətlərin daha sonrakı siyasi və diplomatik münasibətlərində əhəmiyyətli bir rol oynamış, nəticələri, təsir və reaksiyalarıyla dünyanın ən əhəmiyyətli hadisələrindən biri olaraq tarixə keçmişdir. Nəhayət 1918-ci ilin Noyabr ayında İttifaq dövlətlərinin məğlubiyyəti və dərhal sonra Brest Litovsk sülh müqaviləsinin ləğv edilməsi Leninin Bolşevik Partiyasındakı yerini gücləndirmişdir. 13 Noyabr 1918-ci ildə Sovet Rusiyası, Brest Litovsk sülh müqaviləsini və ona əlavə olan bütün razılaşmaları ləğv etmişdir. Sovet Rusiyası və Almaniya arasında imzalanan Brest Litovsk müqaviləsi və ona əlavə bütün digər razılaşmalar, eyni zamanda 28 İyun 1919-cu ildə Almaniya ilə imzalanan Versal müqaviləsinin 116-cı maddəsiylə də ortadan qaldırılmışdır.

Nəticə

Rus ordusunun 1915-ci ilin yaz aylarında ağır mağlubiyyətə uğraması və şərqə püskürdülməsi, cəbhədəki vəziyyətin pisləşməsi və ağır sosial-iqtisadi şərtlər səbəbiylə ölkədəki vətənpərvərlik dalğası gözlənilən nəticələri vermədi. 1915-ci ilin payızından 1916-cı ilin payızına qədər davam edən müddətdə bu dalğada ciddi bir eniş yaşandı. 1916-1917 illərində elmi dairələrdə fərqli bir üslub seçilirdi. Sosialist dünyagörüşüylə Müharibəylə əlaqədar sorğulama və tənqidlər tez-tez eşidilməyə başlanmışdı. 1916-cı ildə cəbhədəki vəziyyət son dərəcə kritik idi və yorucu bir mövqe Müharibəsi davam edirdi. Yalnız bir dəfə, 1916-cı il May - Sentyabr aylarında Cənub-qərb cəbhəsində yaşanan Brusilov Hücumu olaraq bilinən hərəkatla üstünlük, orduda və cəbhə gerisindəki vətənpərvərliyin son dalğası idi və qısa müddət sonra bu dalğa yerini pessimizmə və ümidsizliyə buraxmışdı. Cəbhədən fərarilik etmə, könüllü əsir düşmə və düşmən əsgərləriylə "qardaşlaşma" kimi hadisələr ordunun vəziyyətini tamamilə ağırlaşdırmışdı. Yuxarıların xəyanəti mövzusundakı saysız, hesabsız söz-söhbətlər döyüşən ordunu pessimistlik və etibarsızlıqla bəsləyərkən əsgər və zabitlər arasında zümrə və sinif düşmənliyini qızışdırırdı.41 Cəbhədə yaşanan hadisələr, Almaniya kimi güclü bir düşmənə bu şəkildə qalib gəlmənin qeyri-mümkün olduğunu göstərirdi. Ordunun bu hala gəlməsi, Çar mütləqiyyəti baxımından çox böyük bir problem idi. Dövlət ən böyük dəstəyini itirmiş olurdu. Belə bir vəziyyətdə monarxiyanın süqutu qaçınılmaz idi. 1917-ci ilin Fefral inqilabı Çarlığın sonunu gətirsə də, yeni rəhbərlik götürdüyü problemlərin öhdəsindən gəlmək iqtidarında olmadığını göstərdi. Bu səbəbdən monarxiyanın süqutu Rusiyanın hər hansı bir siyasi, ictimai və ya iqtisadi problemini həll etmədi. Milyonlarla fərarilik, həddindən artıq Müharibə yorğunluğu, bəşəri itkilər, xalqın səfalət və yoxsulluqla boğuşması, ictimai və iqtisadi problemlərin dərinləşməsi inqilabın qazanımlarını qorumaq (inqilab Müharibəsi) adına icra edilən bu Müharibənin davam etdirilə bilər bir Müharibə olmadığını açıq bir şəkildə ortaya qoyurdu. Buna baxmayaraq bir çox obyektiv və subyüktiv səbəblərlə keçici hökumət Müharibəni davam etdirməyə qərar vermişdir. Keçici hökumətin 09.07.1917 saylı rəsmi bülletenində "İnqilab ordusunun birlikləri!... Azadlığı qoruyun, Vətəni qoruyun" çağırışı edilirdi. Lakin bu çağırışların Müharibənin bütün ağırlığını çiyinlərində daşıyan Rus xalqı baxımından heç bir qiyməti yox idi. Müharibədən geri çəkilmə hadisəsi isə yalnız 1917-ci ilin Oktyabr inqilabından sonra reallaşmış oldu. Lakin bu qərardan sonra da Rusiya üçün Müharibə bitmədi. Oktyabr inqilabı ilə 1922-ci ilə qədər sürən bir vətəndaş müharibəsi müddəti başlamış oldu. Nəticədə Bu gün Rusiyada, zaman-zaman dəyişik dairələrin müzakirə mövzusunu meydana gətirən I Dünya Müharibəsi üzərinə çox sayda mövzu yaranmışdı.

Bu Müharibə Rusiya tarixçiləri tərəfindən dəyişik nəzəriyyələrin ələ alındığı və bir-birindən fərqli qiymətləndirmələrin edildiyi əhəmiyyətli hadisədir. Şübhəsiz, müharibələrlə əlaqədar olaraq dəyişik müzakirələr bundan sonra da davam edəcək. Hər ölkədə olduğu kimi Rusiyada da tarix işləri üzərində bir romantik təsir hər vaxt özünü hiss etdirməkdədir. Müharibəyə qatılma səbəbləri, nəticəsi, itkilər və qazanımlar üzərindən icra edilən bu müzakirələr tez-tez vurğulanan "qalib tərəfin məğlub dövləti" şəklindəki bir adla yekunlaşır. Avropanın digər böyük dövlətlərində olduğu kimi Rusiyada da Müharibənin gətirə biləcəyi dağıntı və təxribatlar əvvəldən təxmin edilə bilməmiş, əksinə zəfər xəyalları ilə bu Müharibəyə girilmişdir. Çar rəhbərliyinin xalqın vətənpərvərlik duyğularına xitab edən səfərbərlik çağırışı Müharibənin ilk dövrlərində müsbət təsirini göstərsə də irəliləyən tarixlərdə cəbhədə yaşanan itkilər və Müharibə iqtisadiyyatının bütün ağırlığının xalqın çiyinlərinə yüklənməsi bu duyğuların korlaşmasına səbəb olmuş, Müharibədən çəkilmək tələbi zamanla inqilab hərəkətinin əhəmiyyətli şüarı halına gəlmişdir. I Dünya Müharibəsi əsnasında müxtəlif millətli əhalisi olan Rusiya baxımından yaşanan başqa bir əhəmiyyətli hadisə isə müstəmləkə altındakı xalqlarda xalq şüurunun yüksəlişi olmuşdur. Türk və Müsəlman cəmiyyətlərinin xalq şüurunun qüvvətlənməsi Osmanlı Dövlətinin Müharibəyə qatılmasından sonra daha diqqətə çarpan hala gəlmişdir. Bu duyğular sayəsində Müharibə boyunca Rusiyadakı müsəlman-Türk təbəə Rusiyada olan Türk Müharibə əsirləri mövzusunda şərəfli bir həmrəylik sərgiləmişdir. Fevral İnqilabı Çar hakimiyyətinin sonunu gətirsə də Keçici Hökumət Müharibə mövzusunda həqiqi bir siyasət izləyə bilməmiş, ölkədəki xaos mühiti daha da dərinləşmişdir. Nəhayət Oktyabr İnqilabıyla hakimiyyətə gələn Bolşevikler Müharibədən çəkilməyi seçərək bütün gücünü inqilabın zəfərini qalıcı etməyə yönəltmişlər. Bu sayədə Rusiyanın müstəmləkə idarəsi fərqli bir siyasi rejim oxunda yenidən yığışa bilmişdir.


Yüklə 235,68 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin