Azərbaycan Respublikasının Təhsil Nazirliyi Bakı Dövlət Universiteti



Yüklə 235,68 Kb.
səhifə7/16
tarix02.01.2022
ölçüsü235,68 Kb.
#40647
1   2   3   4   5   6   7   8   9   10   ...   16
Rusiya Birinci dünya müharibəsində

Qafqaz cəbhəsi, Sarıqamış döyüşü

1878-ci il Berlin konqresinin qərarları ilə Qars şəhərini ələ keçirən ruslar qısa müddət ərzində Sarıqamışa qədər dəmiryolu inşa etmişdi. Rusiya buradakı hərbi hərəkatda nəqliyyat üstünlüyünü çox əvvəldən planlaşdırmışdı. Qafqaz müharibəsi 1 noyabr 1914-cü ildə rusların hücumu ilə başlamışdır. Ancaq bölgədəki Osmanlı orduları bunu müvəffəqiyyətlə dəf etmiş və əks-hücuma keçmişdir. Rusların bölgədəki qüvvələrinin çox olmaması Ənvər paşaya Qafqazı zəbt etmək ümidini vermişdir. Bunda alman əsgərlərinin təlqinləri də az rol oynamamışdır. Qafqazı alaraq Orta Asiya Türk dünyası ilə birbaşa təmasa keçmək və hətta Hindistana qədər irəliləmək kimi stratejik, amma dövlətin imkanlarına nisbətdə xəyali düşüncələrlə Boğazlar və Trakiyada olmalı olan qüvvələrin bir qismi bu cəbhəyə gətirilmişdir. Fətəli Xan Xoyskinin qardaşı oğlu Aslan Xoyski 1915-ci ilin fevralında gizli şəkildə sərhəddi keçərək Ənvər Paşanın Ərzurumdakı qərargahına getdi. Bu səfərin məqsədi Bakı, Yelizavetpol, İrəvan quberniyaları ilə Terek və Dağıstanı əhatə edəcək bir respublikanın qurulması üçün Osmanlı dövləti başçılarının razılığını almaq idi.20 Bu məlumatdan da aydın olur ki, Ənvər Paşanın yaratmaq istədiyi böyük Türk-İslam dövlətinə istər Cənubi Qafqazda, istərsə də Şimali Qafqazda rəğbət hiss böyükdür. Lakin Ərzuruma gedən Azərbaycanlıların məqsədi Azərbaycan torpaqlarını Osmanlı imperiyasının tərkibinə qatmaq olmamışdır. Ənvər Paşaya təqdim olunan layihəyə görə Azərbaycanın Osmanlı dövləti ilə birləşdirilməsindən daha çox müstəqil dövlət kimi qurulması prinsipi əsas götürülürdü.21 1914-cü ilin dekabr ayının ortalarında Trabzondan Ərzuruma gələn Ənvər paşa dərhal hücum əmri vermək istədikdə, əsgərlərin yay geyimləriylə, yolların qardan bağlı olduğu bir vaxtda hücuma keçməyin absurd olduğunu, yazı gözləməyi təklif edən III Ordu Komandiri Həsən İzzət paşanın istefasını 9-cu və 10-cu ordu komandirləri davam etdirmişdir. Liman von Sandersin dəstəklədiyi bu plana uyğun olaraq 90.000-lik ordunu hücuma keçirən Ənvər paşa komandanlığındakı ordu 27 dekabrda ruslar tərəfindən dayandırılmışdır. Qışa qarşı heç bir hazırlığı olmayan əsgərlərin 60.000-dən çoxu donaraq ölmüşdür. Buna baxmayaraq 29 dekabrda Sarıqamışa yenidən hücum edilmişdir. Ancaq əsgərlərinin azalması səbəbi ilə mühasirədən əl çəkən Ənvər paşa 2 yanvar 1915-ci ildə cəbhəni tərk etmişdir. Cəbhədən geriyə isə cəmi 12.000 əsgər geri dönməyi bacardı.22 Ruslar yaz aylarında Van, Muş və Bitlisi işğal etdi. Bölgədəki əsgərlərə Qara dənizdəki Rus donanması üzündən əsgər yardımı göndərilməmişdir. 1916-cı ilin yaz aylarında yenidən hücuma keçən ruslar Ərzurum və Ərzincanı iyul ayında isə Trabzonu işğal etmişdir. Mustafa Kamal paşa komandanlığındakı ordu 6 avqustda Muşu, bir gün sonra Bitlisi azad etmişdir. 1917-ci ildə Rusiya müharibədən imtina etmiş və başı daxili məsələlərə qarışmışdır. 1918-ci ilin martında erməni zülmü altında qalan Ərzincan və Ərzurum Kazım Qarabəkir paşa tərəfindən azad edilmişdir.23 3 mart 1918-ci ildə imzalanan Brest-Litovsk müqaviləsi ilə Osmanlı imperiyası şərqdə rus işğalı altındakı bölgəni azad etmişdir. Qars, Ərdəhan və Batumu almaqla kifayətlənməyən Osmanlı ordusu xəzər sahillərinə gələrək Bakını da erməni işğalından azad etmişdir. Osmanlı ordusu bununla da kifayətlənmədi. Daha da şimala – Dağıstana müdaxilə edib 6 oktyabrda Dərbəndi zəbt etdi.24 Bu mübarizəyə Ənvər paşanın ögəy qardaşı olan Nuru paşa komandanlıq etmişdir.



  1. Yüklə 235,68 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin