Azərbaycan Respublikasının Təhsil Nazirliyi Bakı Dövlət Universiteti


Müharibə dövründə daxili-bürokratik vəziyyət



Yüklə 235,68 Kb.
səhifə2/16
tarix02.01.2022
ölçüsü235,68 Kb.
#40647
1   2   3   4   5   6   7   8   9   ...   16
Rusiya Birinci dünya müharibəsində

Müharibə dövründə daxili-bürokratik vəziyyət

Müharibənin ilk günündə Çar II Nikolay Qış Sarayında Rus əyanlarına belə xitab edirdi: “Mən burada görkəmli bir şəkildə bəyan edirəm: Düşmənin sonuncu əsgəri torpaqlarımızdan geri çəkilməyənə qədər sülh müqaviləsi imzalamayacağam."2 O dövrdə fəaliyyətdə olan IV Duma da eyni coşğu selinə qapılmışdı. Müharibənin altıncı günü, 26 İyul 1914 tarixində parlamentin hər iki məclisi tam iştirakla fövqəladə iclas keçirdilər. Dövlət Duması Müharibəylə əlaqədar bütün borclanmaları və digər qanunlarını tərəddüdsüz qəbul edirdi.3 Parlament iclaslarında sağ və liberal-burjua partiyalarının liderləri hökumətlə hesablarını və daxili çəkişmələri bir tərəfə buraxaraq Rusiyanı Slavların düşmənlərinə qarşı müqəddəs Müharibə aparan səltənət öndərinin ətrafında birləşmə çağırışı edirdilər. Eyni iclasda bu Müharibə ilk dəfə “İkinci Vətən Müharibəsi”4 olaraq elan edildi.5 Müharibə və zəfər şüarları yalnız Çar rəhbərliyinin, əsgər və vətəndaş bürokratiya mənsubları tərəfindən atılmırdı. Mətbuat, dərnəklər, siyasi partiyalar, elm adamları və hər seqmentdən insanlar vətənpərvərlik ehtirasına tutulmuşdu. Müharibədən əvvəl cəmiyyətin ictimai quruluşunun 1 %-ni əyanlar, 75,4 %-ni kəndlilər (işçilərin də böyük əksəriyyəti bu nisbətə daxil idi), 11 %-ni biznesmen, sənətkar və kiçik məmurlardan ibarət olan şəhərli təbəqəsi, 3,4 %-ni Kossaklar, 0,3 %-ni isə tacirlər təşkil edird.6 Cəmiyyətin böyük əksəriyyətini təşkil edən kəndlilər və işçilər də vətənin müdafiəsi üçün ayağa qalxmışdılar. Lakin vətənpərvərlik dalğası zamanla yüksəlişdən enişə keçərkən sonunda monarxiyaya qarşı çıxan bir xarakter qazandı. Tarix ədəbiyyatında söz mövzusu vətənpərvərlik dalğası üç mərhələyə ayrılır: Birinci mərhələ Avqust 1914 - Aprel 1915 tarixləri arasında olub millətçilik və vətənpərvərlik duyğularının, ictimai həmrəylik ruhunun yüksəlişiylə xarakterizə edilməkdədir. May 1915-Sentyabr 1916 tarixləri arasındakı ikinci mərhələdə cəmiyyətdə bir qarışıqlıq hakim idi və vətənpərvərlik duyğularında ciddi geriləmə və eniş yaşanırdı. 1916-cı ilin Oktyabrından başlayan son mərhələdə isə Çar bürokratiyası və ordusuna qarşı ciddi müxalifət və qiyam söz mövzusu idi. Müharibənin ilk mərhələsində, yuxarıda da ifadə etdiyimiz kimi, ölkə daxilində bir vətənpərvərlik coşğusu hakim idi. Böyük şəhərlərdəki minlərlə adamdan ibarət olan izdiham nümayişlərdə İmperator və ailəsinin salamatlığı üçün dualar oxuyur və şüarlar səsləndirirdi. Almaniyanın Müharibəsi açan, Rusiyanın özünü müdafiə edən tərəf olması Müharibələ əlaqədar ifadə və təbliğatın inkişafı üzərində təsirli olmuşdur. Ədalətli müdafiə etmə Müharibəsi səbəbini əsas götürən seqmentlər arasında akademik dairələr də var idi. Başlanğıcda liberal elm adamları, Alman elm adamlarının deyil, Alman militarizminin düşmən olduğunu müdafiə edirdilər. Zamanla bu mövzudakı ifadələr bütünlüklə Alman düşmənliyinə çevrilməyə və bu Müharibənin təməlini bir sivilizasiya probleminin yaratdığına diqqət çəkməyə başlamışdı. Peterburq Universiteti Rektoru E. D. Grimm Avropa dəyərlərini müdafiə edərkən etik dəyərlərin milli və ictimai dəyərlərin üstündə olduğunu ifadə edirdi. Radikal liberalist olaraq bilinən E. N. Trubetskoyun yazılarında Rusiyanı xalqların, xüsusilə Slav xalqlarının qurtarıcısı olaraq təyin edirdi.



  1. Yüklə 235,68 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin