Azərbaycan Respublikasının Təhsil Nazirliyi Bakı Dövlət Universiteti


Rus mətbuatında anti-alman propaqanda



Yüklə 235,68 Kb.
səhifə3/16
tarix02.01.2022
ölçüsü235,68 Kb.
#40647
1   2   3   4   5   6   7   8   9   ...   16
Rusiya Birinci dünya müharibəsində

Rus mətbuatında anti-alman propaqanda

Bu dövrün mətnlərində Rusiya və müttəfiqləri tərəfindən başladılmış Müharibə, Alman barbarlarına qarşı edilən bir "sivilizasiya Müharibəsi" olaraq təyin olunurdu. Məşhur tibb alimi, psixiatriya və nevropotologiya mütəxəssisi B. M. Behterev Müharibənin mədəni cəmiyyətlərə yaxınlaşma şansı təmin etdiyinə vurğu edərək Rusiyanın, Fransa başda olmaqla Qərb ilə yaxınlaşdığı zaman Rus tarixində parlaq, Almaniya ilə yaxınlaşdığı zaman qaranlıq səhifələr açıldığını yazırdı. Rus tarixçiləri isə çalışmalarında Alman təcavüzkarlığını açıqlayarkən Rusiyanın müttəfiqləriylə xüsusilə Slav xalqlarıyla yaxın olduğunun əhəmiyyətini ortaya qoymağa çalışırdılar. N. İ. Kareev, E. V. Tarle, A. A. Butenko, B. E. Nolde vs. Şəxslər buna misal ola bilər. Ümumi səfərbərliklə 3,1 milyon adam orduya cəlb olunmuşdu. Bundan sonra yenə milyonlarla adam cəbhəyə göndərilmişdi. Üç il boyunca səfərbər edilənlərin sayı təxminən 17,6 milyona çatmışdı. İngiltərə mətbuatı bu kütləni “Rus buxarlı silindri” şəklində adlandırmışdır.7 Xalq arasında Alman (və ya Almaniya) düşmənliyi getdikcə artırdı. "Alman təcavüzünə qarşı mübarizə" adıyla bilinən şiddət hərəkətləri xüsusilə iki dəfə şiddətli bir şəkildə meydana çıxmışdı: Birincisi 1914-cü ilin Avqust ayında Müharibə başladığı sırada, ikincisi isə 1915-ci ilin Mayında Rus ordusunun geri çəkilməsi əsnasında. Çar rəhbərliyi ictimaiyyətin diqqətini dağıtmaq üçün onları Almanlara qarşı qiyama yönəltmişdi. Mətbuatda, qəzet səhifələrində Alman əleyhdarlığı qar uçqunu kimi artırdı. Qəzetlərdə Almanlardan nifrət edən, onların əməllərini ifşa edən hirsli oxucuların məktublarına da yer verilirdi. 1914 tarixli və 864 saylı Veçernee vremya qəzeti, hər gün çox sayda oxucu məktubu aldıqlarını, bunların hamısını nümayiş etmək fürsəti olmadığını, yalnız daha xarakteristik məltubların nəşr etdirərək bu işdə natamam qaldıqlarını bəyan edirdi. Oxucular çox vaxt Almanları uzaq bölgələrə sürgün etmək və onların üzərində qatı bir idarə təsis edilməsini təklif edirdilər. Onlara görə azad Alman və Avstriya Ruslara zərər vermək üçün hər yola müraciət edirdilər. “Ümidsiz olan Almanlar indi başlarını qaldırdı, restoranlardakı Alman dili danışığı və tramvaylar yenə ciddiliklə səsləndi. Böyük mərkəzlərdə qalan Almanlar mükəmməl casuslar ola bilər və onlara qarşı xoşgörüşlü bir tutum sərgiləmək bizə çox baha başa gələr. Kimsə, Almanların bədbəxt Rus səyyahlar üzərində işlədiyi zülmləri söyləyir. Eyni şeyi etmək istəmirik. Sadə bir xəbərdarlıq, uzaq bölgələrdəki bütün Almanları çıxarmanın lazımlı olduğunu və oralarda zərər verə bilməyəcəyini, onları möhkəm qarovul altında tutduğunu göstərmiş olar"8 Qəzetdə belə davam edilirdi: “…Hökumətin Almanlara qarşı tutumunda bir naməlumluq, dəyişənlik söz mövzusudur. Almanlar yatırılmışdı, yenidən başlarını qaldırdılar, yenidən utanmadan restoran və tramvaylarda Almanca danışmalar eşidilməyə başlandı, Almanlar böyük mərkəzlərdə yaşadıqları üçün yaxşı casus ola bilərlər və o zaman özlərinə qarşı xoşgörüşlü tutum, bizə çox baha başa gələcək. Yazıq Rus səyyahlarına tətbiq etdikləri şiddətdən heç kim bəhs etmir. Biz eyni əvəzi ödəmək istəmirik.”9 Yazıda həll olaraq Almanların uzaq yerlərə sürgün edilməsi, onların başqalarına zərər verməmələri üçün ciddi nəzarət altında tutulması istənirdi. Alman işğalı yalnız cahil izdihamların deyil, ziyalı seqmentlərin ağlını da əsir götürmüşdür. Petroqrad şəhər rəisi General A. N. Obolenski 31 Yanvar 1915 tarixində Aşqabaddakı Knyaz A. N. Trubetskoya yazdığı məktubda bu ifadələrə yer verirdi: "Almanlara qarşı alınan tədbirlərin radikal olması lazımdır. Onların hər cür mal varlığı, evləri, mülkləri, ticari işlətmələri və sərmayəsinə əl qoymaq lazımdır."10 Peterburqun mərkəzi prospektlərində yürüş edən xalq "Rədd olsun Almanlar!", "Vurun onlara!" şüarları atırdılar. Hirslənmiş xalq polisin gözləri qarşısında Alman restoran və kafelərinə, ardından Petersburger Zeitung qəzetinin ofisinə hücum etmişdilər. Təcavüzkarlar 22 İyulda İsaakievsk Meydanında olan Alman Səfirliyi binasına hücum etdilər. Təxminən 100 nəfərlik bir izdiham əllərindəki balta və payalarla dama çıxaraq nəhəng tunc titan və at heykəllərinə hücum etdilər. Almanlara aid hər şey bu hücumlardan nəsibini alırdı. Yenə bu məzmunda Peterburq şəhərinin adı “Petroqrad” olaraq dəyişdirildi. Müharibənin ilk günlərində səfərbərlik şöbələrinə gələn əsgərlik yaşına çatmışların nisbəti 96 %-ə çatdı. Gələnlərin böyük əksəriyyəti kəndlilər idi. aristokratik ailələrdən qadınlar hərbi xəstəxana və tibbi kömək qatarlarında işləmək üçün orduya yazılırdı. İmperator tərəfindən Aleksandra Fyodorovna və böyük qızları Olga və Dadana bu hərəkətin öncülləri idilər. Alman düşmənliyi şəhərlərdə Almanlara aid mülkiyyətə zərər verərək çox vaxt yağma və talana çevrilirdi. Müharibəyə dəstək verənlərin başında Rus orta sinifi gəlməkdə idi. Hətta bəzi Rusların, Almaniya tərəfindən onlara pul verildiyi və bu səbəblə tətilə getdiklərinə inandıqları işçilər belə Müharibəni dəstəkləyərək işlərinin başına dönmüşdülər.


  1. Yüklə 235,68 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin