Azərbaycan Respublikasının Təhsil Nazirliyi Bakı Dövlət Universiteti



Yüklə 235,68 Kb.
səhifə1/16
tarix02.01.2022
ölçüsü235,68 Kb.
#40647
  1   2   3   4   5   6   7   8   9   ...   16
Rusiya Birinci dünya müharibəsində





Azərbaycan Respublikasının Təhsil Nazirliyi
Bakı Dövlət Universiteti

“Tarix” ixtisasının “1100” qrup tələbəsi


Məhərrəmova Gülçinin
“Slavyan xalqları tarixi” fənnindən
“Rusiya Birinci Dünya Müharibəsində” mövzusunda
SƏRBƏST İŞİ

Elmi rəhbər: M. Osmanlı



BAKI – 2021

Plan


Giriş................................................................................................................. 3

  1. Müharibə dövründə daxili-bürokratik vəziyyət............................................... 5

  2. Rus mətbuatında anti-alman propaqanda......................................................... 7

  3. Siyasi partiyaların müharibəyə yanaşması....................................................... 9

  4. Müsəlmanların müharibəyə olan yanaşması, Türkistan üsyanı..................... 10

  5. Şərq cəbhəsində hərbi əməliyyatlar............................................................... 16

  6. Qafqaz cəbhəsi, Sarıqamış döyüşü................................................................ 18

  7. Almaniya ilə diplomatik müzakirələr, Brest-Litovsk sülhü........................... 20

  8. Brest-Litovsk müqaviləsinin Rusiya üçün siyasi nəticələri............................ 27

Nəticə............................................................................................................. 32

Giriş

I Dünya Müharibəsi insanlıq tarixinin ilk böyük hərbi olmasından əlavə, dünya tarixinə istər siyasi, istərsə də iqtisadi cəhətdən təsir edən çox əhəmiyyətli hadisələrdəndir. Bu Müharibə ictimai həyata ciddi şəkildə təsir etmiş, siyasi və ictimai təşkilatların, iqtisadi nizamın, ictimai dəyərlərin dəyişməsinə səbəb olmuşdur. Müharibənin digər ölkələrində olduğu kimi, Rusiyada da istər keçmişdə, istərsə də indiki vaxtda Müharibəyə qatılma səbəbləri, müharibənin nəticəsi, itkilər və qazanclar üzərində müzakirələr edilməkdədir. Almaniyanın 1914-cü ilin avqustunda Rusiyaya Müharibə elan etməsiylə başlayan dövr, Rusiya baxımından böyük təxribat və itkilərin yaşanmasına səbəb olmuşdur. Rusiya ilə əlaqədar “qalib tərəfin məğlub dövləti” şəklindəki bir yanaşma vardır ki, bu ifadənin əslində vəziyyəti tam olaraq təsvir etdiyini söyləmək olar. Cəmi əhalisi 1.5 milyard olan 38 dövlətin qatıldığı və dörd ildən çox davam edən bu Müharibə böyük bəşəri itkilərin yaşanmasına səbəb olmuşdur. Səfərbər edilmiş 65 milyon əsgərdən 10 milyonu Müharibə meydanlarında həyatını itirərkən 20 milyonu yaralanmış; yenə 7 milyon vətəndaş, bu Müharibənin qurbanı olmuşdur. Bu səbəbdən bu Müharibə insanlıq adına yaşanmış bütünlüklə bir itki hesab edilir. Dünyanın əhəmiyyətli bir hissəsini əhatə edən Müharibənin ayaq səsləri həmişə eşidilirdi. Avropanın digər dövlətləri kimi Rusiyanın da bu müharibədən gözləntiləri var idi. Ayrıca, Çar rəhbərliyinin üst səviyyə əsgər və vətəndaş bürokratiyası qısa müddətdə, il bitmədən Müharibənin bitəcəyinə, bu Müharibədən qalib çıxılacağına inanırdı. Lakin bu mövzuda edilən qiymətləndirmələrin yalnız bir hissəsi şüurlu və gerçəyə yaxın idi. Məsələn, ölkənin içində olduğu şərtlərin Müharibə etməyə icazə vermədiyi mövzusunda P. A. Stolıpinin xəbərdarlıqları son dərəcə məqsədəuyğun idi. 1914-cü ilin fevralında Dövlət Şurası üzvü, köhnı Daxili İşlər Naziri P. Durnovo Çar II. Nikolaya yazdığı hesabatda İngiltərə ilə ittifaqın və Almaniya ilə olabiləcək bir Müharibənin Rusiyanın mənfəətlərinə zidd olduğunu, vəziyyət gərginləşsə hər şeyin nəzarətdən çıxa biləcəyini yazırdı. Gerçək mənada liberal, sərmayəçi, kapitalist dairələrin spikeri, Köhnə Maliyyə Naziri Qraf Vitte də bu Müharibəyə qarşı idi. Vitteyə görə bu Müharibənin sonunda nə taxtlar nə taclar nə mənəviyyat nə əxlaq nə də milliyyət qalacaq, ənənə yıxılacaq və ölkə xaosa sürüklənəcəkdi.1 Buna qarşı Çarın ətrafı və qərargahları ağla sığmaz bir optimizm içində Müharibədən müzəffər çıxacaqlarına və Miladı evlərində qeyd edəcəklərinə inanırdılar. Bu inancı təlqin edən bir çox obyektiv və sübyektiv faktor var idi. Nəhəng bir ərazi və böyük bir əhaliyə sahib olduğu üçün Rusiyanın Almaniya qarşısında məğlub olmayacağı, əksinə qalib gələcəyi düşüncəsi hakim idi. Başqa bir xüsus, Rusiyanın bu Müharibəyə girməsinin hərbi dairələr tərəfindən bir prestij mövzusu hesab edilməsi idi. Eyni zamanda Müharibə, qərargah heyəti üçün kariyera və yüksək rütbə tutmaq şansı mənasına da gəlirdi. Vətənpərvərlik dalğasının yüksəlişini təmin edən bir başqa xüsus da Almaniyanın bu Müharibədə təcavüzkar, Rusiyanın isə müdafiə olunan tərəf olduğu, öz ölkəsini müdafiə etdiyi və ədalətli bir Müharibə icra etdiyi inancının hər seqment tərəfindən qəbul edilməsi idi. Qərargahlar, ordunun yenidən silahlandırılması müddətinin təxminən yarısının tamamlandığına və Rusiyanın Müharibəyə hazır olduğuna dair Çarı inandırmağa çalışırdılar. Bir başqa qrup isə Müharibə sonunda ölkənin prestij və güc itirəcəyini söyləyirdi. Bu qədər baş qarışdırıcı bir vəziyyətdə Çar II Nikolay qərar verməkdə çətinlik çəkirdi. Buna görə də, müharibə başlamadan əvvəl, son ana qədər II Nikolay və Vilhelm arasında teleqraf ünsiyyəti davam edirdi. Müharibə, Rusiyada vətənpərvərlik coşğusu altında başladı.



  1. Yüklə 235,68 Kb.

    Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin