Azərbaycan Respublikasının Təhsil Nazirliyi Bakı Dövlət Universiteti


Şərq cəbhəsində hərbi əməliyyatlar



Yüklə 235,68 Kb.
səhifə6/16
tarix02.01.2022
ölçüsü235,68 Kb.
#40647
1   2   3   4   5   6   7   8   9   ...   16
Rusiya Birinci dünya müharibəsində

Şərq cəbhəsində hərbi əməliyyatlar

Almaniya 1914-cü il avqustun 2-də Lüksemburqa hücum etdi. İki günə Belçika ərazisinə daxil oldu. 1914-cü il hərbi kampaniyasında alman komandanlığının başlıca məqsədi Fransanı diz çökdürmək idi. "Şliffen planına" (general Şliffenin adı ilə bağlı idi) əsasən alman orduları sözügedən bitərəf ölkələrin müdafiə olunmayan sərhədlərindən keçərək Paris istiqamətində irəliləməli, Fransa ordusunun çox hissəsini mühasirəyə almalı və onu təslim olmağa məcbur etməli idilər. Avqustun 3-də bu plan həyata keçirilməyə başlandı. Alman hərbi hissələri Belçikanı işğal edib Fransa ərazisinə daxil oldular. Bir aydan sonra onlar Paris ətrafına çatdılar. Fransızların Elzas və Lotaringiyada cavab hücumları uğursuzluğa düçar oldu.
Avqustun 17-də rus qoşunlarının Şərqi Prussiyaya hücumları Almaniyanın Qərb cəbhəsindəki irəliləyişinə mane oldu. O, qoşunlarının müəyyən hissəsini Şərq cəbhəsinə atmalı oldu. Sayca üstünlük təşkil etmələrinə baxmayaraq rus hərbi hissələri Şərqi Prussiyada ağır məğlubiyyətə uğradılar. Onlar Mazur gölü rayonunda darmadağın edildilər və qalan hissələri isə Neman çayına sıxışdırıldılar.
Şərqi Prussiyadakı məğlubiyyətinə baxmayaraq rus orduları avqustun axırlarında Cənub-Qərb cəbhəsində Qalisiya strateji əməliyyatına başladılar. İki qat üstünlüklərindən istifadə edən rus qoşunları burada Avstriya-macarıstan orduları üzərində qələbə çaldılar. Düşmən 400 minə qədər qüvvə itirdi. Habsburqlar imperiyasının hərbi qüdrəti sarsıdıldı. Bundan sonra onun Almaniyanın dəstəyi olmadan müstəqil əməliyyat keçirmək imkanı olmadı. Bu döyüşdə Rusiya tərəfi də 230 min nəfər itki verdi.

1914-cü ilin payızında Şərq cəbhəsində döyüşlər dəyişkən uğurlar şəraitində baş verirdi. Artıq dekabrda bu cəbhədə vəziyyət sabitləşdi. Hərbi əməliyyatlar uzun sürən, mövqe döyüşləri xarakteri aldı. Şərq cəbhəsindəki belə vəziyyət Almaniya komandanlığına qərb cəbhəsində fəallığı artırmağa imkan verdi.

Müharibənin ikinci ilində Qərb cəbhəsində vəziyyət əvvəlki kimi sabit qalırdı. Hər iki tərəf mövqe döyüşləri aparırdılar. Şərq cəbhəsində isə fəallaşma başlamışdı. Alman komandanlığı tezliklə Rusiyanı məğlubiyyətə uğratmaq, onu birtərəfli sülh imzalamağa məcbur etmək niyyətində idi. Bu məqsədlə də o, 1915-ci ilin fevralında bütün Şərq cəbhəsi boyu hücuma keçdi. Rus ordusunun müqaviməti qırıldı. O, bütün cəbhələrdə müdafiə mövqeyinə keçdi. Əvvəllər zəbt edilmiş Qalisiya, habelə Polşa və Litva almanların əlinə keçdi. Lakin Almaniya 1915-ci ildə nəzərdə tutduğu strateji məqsədə-Rusiyanı müharibədən çıxarmağa nail ola bilmədi.

1917-ci ilin fevralında Rusiyada baş verən inqilab Şərq cəbhəsində vəziyyəti kökündən dəyişdirdi. Orduda intizam aşağı düşdü, fərarilik artdı. Cəbhədə qardaşlaşma başladı. Bundan istifadə edən Almaniya sentyabrda əks hücuma keçdi. Hücum nəticəsində almanlar Riqa şəhərini tutdular. 1917-ci il oktyabrın 25-i Rusiyada hakimiyyətə gələn bolşeviklər dekabrın 15-də cəbhədə atəşkəsə nail oldular. Şərq cəbhəsində tam sakitlik yarandı.19



  1. Yüklə 235,68 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin