Azərbaycan Respublikasının Təhsil Nazirliyi Bakı Dövlət Universiteti


Almaniya ilə diplomatik müzakirələr, Brest-Litovsk sülhü



Yüklə 235,68 Kb.
səhifə8/16
tarix02.01.2022
ölçüsü235,68 Kb.
#40647
1   ...   4   5   6   7   8   9   10   11   ...   16
Rusiya Birinci dünya müharibəsində

Almaniya ilə diplomatik müzakirələr, Brest-Litovsk sülhü

Birinci Dünya Müharibəsində Almaniya, Rus İmperatorluğunu qısa müddətdə məğlub edəcəyini düşündüyündən ilk olaraq qərb cəbhəsində Fransaya döyüş başlatmışdır. Lakin bu döyüşdə ümid etdiyi müvəffəqiyyəti tuta bilməyincə şərq cəbhəsinə dönərək Rus İmperatorluğu ilə döyüşmüşdür. Tannenbergdə Rus ordusu böyük bir məğlubiyyətə uğradılmış və 100 min Rus əsgəri əsir alınmışdır. Lakin bu hadisələrə baxmayaraq döyüşün gedişatı baxımından tək cəbhəli döyüşün reallaşması Alman Baş Qərargah Başçısı Erich von Falkenhayn tərəfindən zəfər üçün ən qısa yol olaraq görülmüşdür. Bu məqsədlə, Almaniyanın Fransa və Rusiya ilə sülh razılaşması əldə etmənin yolları axtarmışdır. Almaniya, Rus İmperatorluğu ilə sülh bağlama yollarını axtararkən, Rus İmperatorluğu daxilindəki inqilabçı gücləri dəstəkləyərək mövcud rejimi qiyamçı hərəkətlərlə zəiflətmək siyasətini tətbiq etmişdir. Məqsəd, çətin vəziyyətə salınacaq Çar rejimiylə asan bir sülhün bağlanmasının təmin edilməsi olmuşdur. Almaniya, 1915-ci ildən bəri Rus İmperatorluğunda inqilabçı sosialist hərəkətin xüsusilə sol qanadını dəstəkləmiş, ayrıca fin-Ukrayna seperatçı milliyyətçi axınlarının yanında olmuşdur. Lakin Almaniya, bu tutumuna baxmayaraq Rus hökumətinin nümayəndələri ilə də görüşərək ayrı bir sülh müqaviləsi bağlamaq üçün işlərini davam etdirmişdir.25 Əslində Rusiyada da döyüş əleyhdarı olaraq yalnız Bolşevikler və ya ümumiyyətlə Çar əleyhdarları deyil, eyni zamanda Çarın öz ətrafından olan insanlar da iştirak etmişdir. 1914-cü ilin Oktyabr ayında Parisdən dönən Qraf Sergey Vitte, Rusiyadakı Fransız səfiri Moris Paleologa, Rusiyanın edəcəyi ən doğru addımın təcili bir şəkildə bu macəranı bitirməsi olacaq, şəklində bir ifadədə işlətmişdir. Antanta dövlətlərinin qazanacağı zaman bütün Avropada demokratik respublikalar meydana gələcək. Bu isə Rusiyada monarxiyanın sonu deməkdir. Çar II Nikolay ətrafındakı bəzi insanların da təlqiniylə 1915-ci ilin payızında Almaniyayla ikili görüşmələr üçün addımlar atmışdır. Almanların bu iki dövlət arasında ediləcək sülh üçün ən böyük problem olaraq gördüyü Baş komandir Böyük Knyaz Nikolay Nikolayeviçi və Antanta ittifaqına sadiq qalmalarını müdafiə edən Xarici İşlər Naziri Sergey Sazonovu çar II Nikolay vəzifəsindən almış, Baş komandirlik səlahiyyətlərini İmperator özü, Xarici işlər nazirliyini isə dövrün Baş naziri Alman sempatizanı Boris Stürmer boynuna götürmüşdür. Polşanın müstəqilliyiylə əlaqədar Alman tərəfinin fikirləri Rusiya ilə sülh görüşmələrinin önünü kəsmişdir. Alman Xarici işlər nazirliyi, Birinci Dünya Müharibəsi boyunca Rus qiyamçılarının sol qanadını siyasi və maddi mənada dəstəkləmişdir. Ayrıca Rusiya xaricində olan bir çox qiyamçı qruplarla da əlaqəli olmuşdur. Çar rejiminin yıxılması üçün çalışan inqilabçılarla ortaya çıxacaq yeni bir Rus rəhbərliyi ilə bir an əvvəl sülh bağlanması üçün çalışan Almaniya ilə Rus qiyamçılarının əlaqələri kəsişmişdir. Almaniya, Rus inqilabında liderlik rolunu oynayacaq olan Lenin və yoldaşlarını Petroqrada göndərərək 7 Noyabr 1917-ci ildə (Rus təqviminə görə 25 Oktyabr 1917) inqilabın reallaşmasında mühüm qatqısı olmuşdur. Nəticə etibarilə Almaniya, hərbi səbəblərdən Rus inqilabını dəstəkləsə də ideoloji mənada bu axınla maraqlanmamışdır. Rusiyada iqtidarı ələ keçərən Bolşevikler, vədlərini tutduqlarını göstərmək üçün, inqilabın səhəri günü, 26 Oktyabr (8 Noyabr) 1917-ci ildə "Sülh dekreti" (fərmanı) adıyla bir məlumat nəşr etmişdir. Bu bəyannaməyə görə, bütün döyüşən dövlətlər dərhal döyüşü sonlandırmalı, atəşkəs edilməli, heç bir torpaq parçası ilhaq edilmədən və döyüş təzminatı ödəmədən, tam mənasıyla demokratik və ədalətli bir sülh etməli idilər. Lenin tərəfindən qələmə alınan bu məlumat əslində bir təbliğat niyyəti daşımışdır. Lenin və yoldaşları bu məlumatla döyüşdən bezmiş olan Qərbi Avropa işçi, əsgər və xalqını "döyüşçü hökumətləri"nə qarşı qiyama qaldırdırmaq istəmişdir. Nəticə olaraq, Sovet Rusiyanın bu çağırışlarına heç bir tərəfdən cavab gəlməmişdir. Ancaq bu dekret, Bolşeviklerin sülh haqqındakı fikirlərini işıqlandırmaq baxımından əhəmiyyətli olmuşdur. 26 Almaniya və onun müttəfiqləriylə ediləcək olan razılaşmayla əlaqədar üç nəzəriyyə vardır. Sovet qaynaqlarında ən məşhur nəzəriyyə Leninin bu mövzuyla əlaqədar düşüncələri olmuşdur. Leninə görə, Brest Litovsk Sülh müqaviləsi dünya sosializm inqilabını məqsəd qoyan güclər tərəfindən dünya kapitalizminə verilən keçici tavizdir. İkincisi Trotski və yandaşlarına aid olan nəzəriyyədir ki, bu nəzəriyyəyə görə Onlar tərəfindən "Nə döyüş, nə sülh" düsturu dəstəklənilmişdir. Amma bunların xaricində üçüncü nəzəriyyə də vardı ki, bu düşüncələrin tam ziddinə olmuşdur. Onlara görə isə Almaniya və onun müttəfiqləriylə hər hansı bir razılaşma, inqilaba və eyni zamanda dövlətə xəyanət olaraq görülmüşdür. Bu fikirləri ümumiyyətlə Bolşeviklerin bir qisimi və digər inqilabçı partiyalar, xüsusilə sosialist inqilabçılar müdafiə etmişlər. Sovet Rusiyası, sülh dekretindən sonra müttəfiqlərinə bir neçə dəfə yenidən sülh təklifi etmişdir. Ancaq bu cəhdlərindən heç bir nəticə çıxmamışdır. Bu vəziyyət üzərinə Sovet hökuməti müttəfiqlərinin (İngiltərə və Fransa) razılığını almadan Almaniya ilə tək başına atəşkəs etmək üçün hərəkətə keçmişdir. Sovet hökuməti, 22 Noyabr 1917-ci ildə Rus Orduları Başkomandanı General Nikola Dukhoninə teleqraf göndərərək hərbi əməliyyatları dayandırmağı və Almanlarla atəşkəs razılaşmasını görüşmək üçün müzakirəçi göndərməsi əmrini vermişdir. Teleqrafda Sovnarkomun bütün döyüşən tərəflərə sülh təklifində olmağı da ifadə edilmişdir. General Dukhoninin bunu rədd etməsi üzərinə vəzifəsindən alınmış və yerinə Nikolay Krilenko Baş qərargah rəisi olaraq təyin edilmişdir. Lenin 27 Oktyabr 1917-ci ildə bütün ordulara teleqraf göndərərək cəbhədə dayanan bütün alayların düşmənlə görüşmələrə başlaması üçün öz aralarından vəzifəli bəzilərini seçməsini istəmişdir. 28 Oktyabr 1917-ci ildə müttəfiq dövlətlərin hərbi missiyaları Dukhoninə Rusiyanın 5 Sentyabr 1914-cü ildəki ayrı-seçkilikçi və ya barış görüşmələri haqqında imzaladığı razılaşmanı pozduğu üçün etiraz məktubu vermişdilər. 7 Noyabr 1917-ci ildə köhnə Baş qərargah rəisinin qərargahının yerləşdiyi Mogilevə gələn Krilenkonun vaqonuna gətirilən General Dukhonin onun gözləri qarşısında inqilabçı əsgərlər tərəfindən vəhşicə öldürülmüşdür. 14 Noyabr 1917-ci ildə I Dünya müharibsində iştirak edən dövlətlərin hökumətlərinə notayla müraciət edən Lenin, 1 dekabrdan etibarən sülh görüşmələrinə başlayacağını ifadə etmişdir. Müttəfiq dövlətlər öz nümayəndələrini göndərməzlərsə özlərinin Almanlarla tək başına görüşmələrini davam etdirəcəyini ifadə etmişdir. Eyni gün Almaniya və onun müttəfiqləri Sovet nümayəndələriylə sülh görüşmələrinə başlayacaqlarını qəbul etmişlər. Bu əsnada Sovet rəhbərliyi, 23 Noyabr 1917 tarixli "Pravda" və "İzvestia" qəzetləri vasitəsilə bütün gizli razılaşmaları dünya ictimaiyyətə eşitdirmişdir. Bu razılaşmaların imperializmə xidmət etdiyini ifadə edən Bolşevikler, bütün dünyada geniş əks-səda tapan bir hadisəyə imza atmışlar. Üstəlik dövrün Osmanlı qəzetlərindən biri olan "İkdam", "Afərin Bolşevikler" deyə bir başlıq da yazmışdılar.27 Avstriya-Macarıstan İmperatorluğu Xarici İşlər Naziri Ottokar Czernin, Almaniya Baş naziri Georg von Hetlingə, Leninin ideologiyasını və məqsədlərini bildikləri qədəriylə onların ilk başda ümumi sülh etmək istəyəcəklərini, İttifaq dövlətləri bu görüşmələri rədd edəcəkləri təqdirdə bizimlə ayrı olaraq sülh təmin etməyə çalışacaqlarını yazmışdı. Ayrıca Leninin Almaniyadan kömək aldığına dair iddialar da müəyyən qaynaqlarda iştirak etmişdir. Bu iddialar bir çox adam tərəfindən irəli sürülmüşdür. Weimar Respublikasında Maliyyə Nazirinin Köməkçisi olan Alman ictimai - demokrat Eduard Berntein, Lenin və yoldaşlarının Almaniyadan Rusiyada təbliğatlarını etmələri üçün böyük miqdarda pul aldıqlarını iddia etdiklərini ifadə etmişdir. Bernsteinə görə, Lenin və yoldaşları həqiqətən də Almaniyasdan böyük miqdarda pul almışdır. O, bununla əlaqədar məlumatı dekabr 1917-ci ildə aldığını ifadə etmişdir: "Doğrudur bu miqdarın və vasitəçinin kim olduğunu bilmirdim amma pul miqdarı çox, təxminən 50 milyon Alman markı olduğunu, Lenin və yoldaşlarının da hərhalda bu pulun qaynağı haqqında məlumatları olduğunu düşünürəm" demişdir. Birinci Dünya müharibəsinin bitməsiylə Alman ordusunun şərq cəbhəsi qərargah komandiri General Erich Ludendorff, “Lenini Rusiyaya göndərməklə bizim hökumətimiz öz üzərinə çox böyük bir məsuliyyət aldı” deyə yazmışdır. Hərbi baxımdan bu hərəkət özünü doğrultmaya bilməzdi: Rusiyanın müharibədən çıxması əsas şərt idi. Bununla əlaqədar olaraq Trotski belə yazmışdır: “Ludendorff tərəfindən Almaniyanın vəziyyətinin çıxılmaz olduğu bir zamanda bu davranış bir macəra idi. Lenin, Ludendorffun mənfəətlərini öz mənfəətləri üçün istifadə etdi."

Krilenkonun əmriylə 26 Noyabr 1917-ci ildə Rus nümayəndələri cəbhəni aşaraq, Alman Başkomandanlığına müraciət etdilər. Rusların bu istəkləri Alman Şərq Cəbhəsi Komandirliyi tərəfindən qəbul edilmişdir. Bu vəziyyət üzərinə, Almaniya, avstriya-Macarıstan İmperatorluğu, Osmanlı Dövləti və Bolqarıstan nümayəndələri ilə Rusiya nümayəndələri 2 dekabr 1917-ci ildə indiki dövrdə Brest adıyla bilinən Belorusiyanın Polşa sərhədindəki Brest-Litovsk şəhərində bir araya gələrək görüşmələrə başlamışdır. Üç gün davam edən görüşmələrdən sonra Rusların görüşməni kəsərək Petroqrada dönmələri üzərinə cəbhədəki düşmənlikləri bitirmək və eyni zamanda təkrar başlayacaq olan görüşmələri asanlaşdırmaq məqsədiylə 10 günlük "tətili muhasamat" elan edilmişdir.28 12 dekabr 1917-ci ildə Rusların Brest Litovska geri dönmələri və üç gün davam edən görüşmələr nəticəsində 15 dekabr 1917-ci ildə bütün cəbhələri əhatə edən keçici bir müqavilə imzalamış və sülh görüşmələrinin başlaması ilə bağlı qərar alınmışdır. Müqavilədə sərhəd, orduların sülh imzalandığı tarixdə olduqları mövqelərdən keçəcəl şəklində bildirilmişdir. Ümumilikdə 11 maddədən ibarət olan bu bu müqaviləni Osmanlı Dövləti adına o dövrün Berlin Hərbi Ateşesi olan Zəki Paşa imzalamışdır. Sülh görüşmələrinə hazırlıq edilərkən, keçici atəşkəs də bir müddət üçün uzadılmışdır. Bu əsnada Ənvər Paşanın təlimatıyla 3-cü Ordu Komandiri Vehip Paşa ilə Rus Orduları Komandiri arasında 18 dekabr 1917-ci il tarixində "Ərzincan Sülhü" imzalanmışdır. Beləcə Brest Litovskda edilən keçici atəşkəs müqaviləsi (15 dekabr 1917) və Ərzincan sülhü (18 dekabr 1917) ilə Birinci Dünya Müharibəsindəki Türk-Rus döyüşü sona çatmışdır. Ardından Sovet Rusiya ilə İttifaq dövlətləri arasında Brest Litovsk sülh görüşmələri başlamışdır.29 15 (28) dekabrda Sovet heyəti öz hökumətinə bəzi məsələləri məsləhətləşmək üçün Petroqrada dönmüşdür. Mərkəzi komitənin yığıncağında aktual vəziyyət müzakirə edilmiş və Bolşeviklerin böyük əksəriyyətinin səsləri ilə Almaniyadakı inqilabı gözləmək adına sülh görüşmələrinin uzadılmasına qərar verilmişdir. Lenin Xarici İşlər Naziri Trotskiyə Brest Litovskdakı Sovet heyətinin başına keçməsini təklif etmişdir. Leninə sülh görüşmələrin uzanması üçün biri lazım idi və o adam da Trotski olmuşdur. Daha sonra Trotski, Brest Litovska işgəncəyə gedər kimi getdiyini yazmışdır. Trotski görüşmələr zamanı Almaniya və Avstriya-Macarıstan İmperatorluğunun əsgər formasını geymiş işçilərinə müraciət etmiş, onları öz hökumətlərinə qarşı inqilaba dəvət etmişdir. Almaniya ilhaq ultimatumunu verdiyi zaman isə Trotski məşhur "Nə döyüş, nə sülh" şüarını ortaya atmışdır. Təbii ki, bu şüar döyüşdən sürətli bir şəkildə ayrılacaqlarını vəd edən Bolşeviklerin daxili siyasətdə problem yaşamalarına səbəb olmuşdur. Brest Litovsk görüşmələrinə o dövrdə Berlində olan Osmanlı Xaric Naziri Əhməd Nəsimi Bəy, Brest Litovsk müzakirələri üçün qərarlaşdırılan nümayəndə və hüquq müşavirinin səlahiyyət sənədləriylə birlikdə Berlinə göndərilmələrini 18 dekabr 1917 tarixində İstanbuldan istəmişdir. Bu sənəddən də aydın olacağı üzrə görüşmələr başlamışdır. Atəşkəs müavilələrinin imzalanmasının ardından Almaniya, Avstriya-Macarıstan İmperatorluğu, Bolqarıstan və Osmanlı Dövləti ilə Rusiya arasında 20 dekabr 1917-ci ildə Brest Litovsk şəhərində müzakirələr başlamışdır. Alman heyətinə Şərq Orduları Komandiri General Max Hoffman başçılıq etmişdir. Türk heyətinə də Berlin Səfiri İbrahim Haqqı Paşa liderlik etmiş və baş müşaviri də Berlindəki Türk hərbi ateşesi Zəki Paşa olmuşdur. Sovet Rusiyası sülh heyətinə isə, qiyam etiketi səbəbilə çox rəngarəng olmuşdur. Heyətin başında qiyamçılardan Alfred Joffe (Yəhudi), yenə bir Yəhudi olan Leon Kamenev, bir inqilabçı və Yəhudi olan Grigori Sokolnikov və Erməni qiyamçılarından Leon Qaraxan iştirak etmişdir. Ayrıca Rus heyətində inqilabın gərəyi olaraq bir qadın nümayəndə də olmuşdur.30 Daha sonrasında tərəflər arasında ediləcək olan ilk rəsmi yığıncağın ardından 31 dekabr 1917 tarixində Sovet Rusiya heyətinin başına Xarici işlər Komissarı Trotski gətirilmişdir. Trotski ikinci rəsmi yığıncaqdan etibarən aktiv olaraq heyətdə yer almışdır.31 İlk rəsmi yığıncaq 22 dekabr 1917-ci ildə Sovet Rusiya ilə Almaniya arasında başlamışdır. Leninə görə sülh üçün mübarizə başlamış və bu mübarizə də olduqca çətin və inadçı olmuşdur. Müzakirələr, Almaniyanın Sovet Rusiyasına hökmləri ağır olan bir sülhü zorla qəbul etdirmək istədiyini göstərmişdir. Almaniya dövləti Polşa, Litva və Latviya ilə Belorusiyanın bir qisimi üzərində nəzarət və bununla birlikdə Ukrayna üzərində suverenlik qurma niyyətində olmuşdur. Həm daxili, həm də xarici siyasətdə gənc Sovet Rusiya dövlətini qurtarmaq üçün Alman imperializmi qarşısında geriləməyi, ağır sülh şərtlərini qəbul etməyi tələb etmişdir. Rus iqtisadiyyatı məhv olmuş və uzun zamandır döyüşməkdən yorğun düşən ordu, Almanların hücumlarına qarşı gələ biləcək bir vəziyyətdə deyildi. Vəziyyət pis də olsa müqavilə imzalamaq üçün son ana qədər gözləniləcək və Almanların səbri sınanacaqdı.32 Fevral 1918-ci ildə sülh görüşmələri sanki çıxmaza girmişdir. Rusiya-Ukrayna xüsusu danışılarkən 9 Fevral 1918 tarixində Ukrayna, Osmanlı Dövləti, Almaniya, Avstriya-Macaristan İmperatorluğu arasında 10 maddəlik bir sülh müqaviləsi imzalanmışdır. Osmanlı Dövləti, Ukraynanı müstəqil bir dövlət olaraq tanımış və qarşılıqlı diplomatik əlaqələr qurulması qərarlaşdırılmışdır. Müqavilədə ayrıca maliyyə xüsusları, tərəflərin uğradığı zərərin tənzimlənilməsi, əsirlərin vəziyyəti və qaytarılması kimi müxtəlif mövzular yer almışdır. Almaniya, Ukraynalılara Bolşeviklərlə döyüşdə köməklərinə qarşılıq Almaniya və Avstriya Macarıstan İmperatorluğuna 1 milyon ton buğda, 50 min ton dana əti, 400 milyon ton yumurta və şəkər veriləcəyi deyilmişdir. Bolşevikler 26 Yanvar 1918-ci ildə Kievi ələ keçirərək, orada Sovet hökumətini qurduqlarını elan etmişdilər. (Ancaq Almanlar 1918-ci ilin aprelində, Bolşeviklerin buradakı hakimiyyətini yıxaraq Pavlo Skoropadsky hökumətini quracaqlar ). Sovet Rusiyası, Osmanlı Dövlətinin Ukrayna ilə sülh bağlaması, Almaniya və Avstriya-Macarıstan İmperatorluğu ilə etdiyi müzakirələrdən müsbət bir nəticə alına bilməməsi kimi səbəblərlə 10 Fevral 1918-ci ildə Brest Litovsk müzakirələrini dayandırmışdır.33 Sovet Rusiya nümayəndəsi Trotski də yenə eyni tarixdə 10 Fevral 1918-ci ildə məşhur bəyanatıyla Rusiyanın tək tərəfli bir şəkildə döyüşə son verdiyini bildirmişdir. Bu hadisənin olması, müzakirələrin kəsilməsi üzərinə Trotski təlimat almaq üçün Petroqrada getmişdir. Diplomatik qaydalara zidd olan və diplomatik yolları bağlayan bu tutum üzərinə, Osmanlı Dövləti və Almaniya özlərinə bəzi tədbirləri görməkdə sərbəst saymışlar. Brest Litovskda olan Alman General Hoffman, Sovet Rusiyasına 17 Fevral 1918-ci ildə günorta saatlarında odlu silahların sonlandırılmasının ardından Şərq Cəbhəsində hərbi əməliyyatlar başladacağını bildirmişdir. Nəticə olaraq, 18 Fevral 1918-ci ildə Alman birlikləri hər hansı bir müqavimətlə qarşılaşmadan Dvinskə doğru irəliləməyə və oranı işğal etməyə başlamışdır. Almanlar Rusiyanın daxili ərazilərinə doğru girmişdir. Şimalda Alman birlikləri Latviya və Estoniyaya girmişdir. Cənubda isə Almanlar və Avstriyalılar, Ukraynanın mərkəzinə doğru irəliləmişdir. Mərkəzdə Alman qüvvələri Pskov və Minskə keçmişdir. Dvinsk, Minsk, Rivne, Pskov, Derpt, Tartu, Jitomir, Gomel, Çernigov, Mogilyov arxa-arxaya almanların əlinə keçincə Bolşevikler təlaşlanmışldır. Bu hadisələrdən sonra təcili toplanan Mərkəzi İcra Komitəsi yığıncağında Almaniyanın etdiyi təkliflərlə sülh imzalanması qərarı qəbul edilmişdir. Bu qərara etiraz olaraq Sol Eserlər, Mərkəzi Komitəsi tərk etmişlər. Hətta Dvinskin işğal edildiyi 18 Fevralı 19 Fevrala bağlayan gecə Lenin və Trotski, Berlinə Almaniyanın bütün şərtlərini qəbul edərək razılaşma imzalamağa hazır olduqlarını bildirdikləri ilə bağlı bir teleqraf göndərsələr də, Alman tərəfi bu teleqrafı cavablandırmağa tələsməmişdi. Nəticə olaraq, 23 Fevral 1918-ci ildə Alman hökuməti, Ruslara bir ultimatum şəklində yeni və daha sərt şərtlər təqdim etmişdir. Leninə ünvanlanan ultimatumda Sovet Rusiyasının Kurlandiya, Finlandiya, Estoniya və Ukraynanın müstəqilliklərini tanıması, ordularının bu dövlətlərin ərazilərindən çıxarılması, Ukrayna ilə sülh müqaviləsinin imzalanması, Osmanlı İmperatorluğuna Anadoludakı əyalətlərin qaytarılması, ordunun və dəniz flotunun tamamilə silahsızlaşdırılması, Almaniya ilə 1925-ci ilə qədər ticari əlaqələrdə üstünlük tanınması, Almaniyaya cövhər və digər xam maddələrin çıxarılmasına icazə verməsi, eyni zamanda mərkəz dövlətlərinə qarşı təbliğat edilməməsini tələb etmiş və bu şərtləri qəbul etmək üçün Bolşeviklere 48 saat zaman vermişdir. Üç gün içərisində Rusiya nümayəndəsinin Brest Litovskda bunları imzalamaq üçün gəlməsi və bu razılaşmanı iki həftə içərisində təsdiqləməsi lazım idi. Beləcə, artıq Almanlar, döyüş əsnasında ələ keçərdikləri bölgələrə əlavə olaraq, Brest Litovsk müzakirələrinin sona çatmasının ardından işğal etdikləri bölgələri də tələb etmişlər. Ukrayna və Finlandiyanən azad edilməsi isə başqa bir şərt olmuşdur. Ayrıca Ruslar, bir qatqı payı ödəyəcək və müxtəlif iqtisadi tavizlər verəcəkdi. Bu vəziyyət Lenini hərəkətə keçirmiş və Almaniyaya ultimatumlarını şərtsiz olaraq qəbul etdiklərini bildirmişdir. Edilən sülhlə əlaqədar Bolşevikler ilə inqilabçı partiyalar arasında problem yaşanmışdır. Mərkəzi komitədəki Sol Eserlər, Almaniyanın ağır şərtlərinin bu şəkildə qəbul edilməsinə qarşı olmuşlar. Menşevikler, Sağ Eserlər, anarxistlər və sol kommunistlər ilə birlikdə Almaniya ilə döyüşün davam etdirilməsini dəstəkləmişlər.



  1. Yüklə 235,68 Kb.

    Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin