Azərbaycan Respublikasının Təhsil Nazirliyi Bakı Dövlət Universiteti


Müsəlmanların müharibəyə olan yanaşması, Türkistan üsyanı



Yüklə 235,68 Kb.
səhifə5/16
tarix02.01.2022
ölçüsü235,68 Kb.
#40647
1   2   3   4   5   6   7   8   9   ...   16
Rusiya Birinci dünya müharibəsində

Müsəlmanların müharibəyə olan yanaşması, Türkistan üsyanı

Çox millətli və çox cəmiyyətli Rusiya İmperatorluğunun əhəmiyyətli dini azlığını meydana gətirən Müsəlmanların I Dünya Müharibəsiylə əlaqədar tutumları Rus liberallarının qanunsuz tutumu, ayrı-seçkilik siyasətində Rusiyanın dəyişkən siyasət yeritməsinə səbəb olmuşdur. Rusiya İmperatorluğu böyük Müsəlman əhaliyə sahib idi. Rusiya Daxili İşlər Nazirliyi Mərkəzi Statistik Komitəsinin 1 Yanvar 1914 tarixli rəsmi məlumatlarına görə Rusiyanın cəmi əhalisi 185,2 milyon idi. Bu ədədin 178 milyon 905 min 500-ü Rusiyada yaşayarkən 6 milyon 227 min 100-u isə Rusiyanın muxtar bölgələrində yaşayırdı (Finləndiyada-3277,1 min, Xivə Xanlığında, Buxara Əmrliyi və Uryan-Hay Diyarında təxminən 3 milyon). Qeyri-Rus cəmiyyətlərinin böyük qisimi 16-19 əsrlərdə Rusiya tərəfindən işğal edilmiş və dəyişik statusdakı (inkorporasiya, muxtar, protektoratlıq) sərhəd bölgələrində yaşayırdılar. 1897 tarixli Birinci Ümumi Siyahıyaalma məlumatlarına görə Rusiya İmperatorluğunda 13,9 milyon, 1912-ci ildə Din İşləri Müəssisəsinin məlumatlarına görə 16,2 milyon Müsəlman yaşayırdı. Rəsmi olmayan və Dövlət Dumasındaki Müsəlman vəkillər tərəfindən dilə gətirilən say isə 20-25 milyon idi. Müsəlmanların ağırlıqlı olaraq yaşadıqları bölgələr; Rusiyanın içlərində İdil-Ural (4-5 milyon), sərhəd bölgələri olaraq Qafqaz (3-4 milyon) və Türkistan (7-10 milyon) idi. Müharibənin başlamasıyla Rusiya Müsəlmanları özlərini daxili və xarici siyasi ixtilafların qarşıdurma sahəsində tapdılar. Bütün bu inkişaflar Dövlət Dumasındaki Müsəlman vəkillərin fəaliyyətlərinə əks olunurdu. Say olaraq I Dövlət Dumasındakı Müsəlman qrupunda 22, II Dövlət Dumasında 36 vəkil vardı. II və IV Dumalardakı vəkil sayı 10-un altında idi (IV Dövlət Dumasında – 6-dan az). Bura Müsəlman təbəənin problemlərini gündəmə daşıyan, onların mənfəətlərini siyasi və hüquqi yollarla qoruyan ən üst səviyyə təşkilat idi. Say etibarıyla az olmasına baxmayaraq IV Dövlət Dumasındaki Müsəlman vəkillər təcrübəli siyasətçilər idi. Həmişə, olabiləcək bir Müharibədə Müsəlmanların necə bir tutum sərgiləyəcəkləri mövzusunda Çar rəhbərliyinin narahatlıqları vardı. Bu narahatlıqlar boşuna deyildi. Müsəlmanlar I Dünya Müharibənindən əvvəl, Osmanlının yaşadığı Balkan Müharibələrini diqqətlə izləmiş və bu Müharibənin yaralarını səmimiliklə hiss etmişlər. Rusiya Müsəlmanları Balkan Müharibələri əsnasında mətbuat, dərnək və xeyriyyə quruluşları vasitəsilə Osmanlı Türklərinə maddi və mənəvi cəhətdən dəstək vermişdilər. Ayrıca, 1905-1907 Birinci Rus İnqilabı və 1908-1909 Jön Türk İnqilabını Rusiya Müsəlmanlarının milli düşüncəsinin yüksəlişinə yaxından təsir etmişdi. Çar rəhbərliyi Müsəlmanlara güvənmirdi və buna görə Müsəlmanları əsgərlik və səfərbərlikdən uzaq tuturdu. Çar rəhbərliyi üçün əlində silah saxlayan Müsəlman çox təhlükəli biri idi. Lakin Müharibə başladığında Çar rəhbərliyi yalnız Provaslav Slav əhaliyə əsaslanan səfərbərlik sisteminin qeyri-kafi olacağının fərqində idi. Xüsusilə Osmanlı Dövlətinin Almaniya ilə eyni blokda Müharibəyə girməsi Rusiyanı qorxudurdu. Çar rəhbərliyi Rusiyadakı Müsəlman təbəənin Osmanlı tərəfinə keçəcəyindən qorxurdu. Buna görə Müsəlmanların Avropa cəbhəsinə sövq edilməsinə, Transqafqaz Müsəlmanlarının orduya alınmamasına qərar verilmişdi. Təxminən 20 milyon Müsəlman təbəənin 1,5 milyonluq bir qisimi və ümumiyyətlə Tatar və Başqırdlar Müharibəyə səfərbər edilmişdi. Türkistan və Qafqaz Müsəlmanlarının orduya alınması üçün Dövlət Dumasında Müsəlman vəkillər dəfələrlə cəhdlər etmişdilər. Azərbaycan Türklərindən IV Dövlət Dumasının vəkili M. Y. Cəfərov, Müsəlman qrupu adına etdiyi çıxışda Müharibəni azadlıq Müharibəsi olaraq xarakterizə etmiş, Rus ordusunun xarici xalqlara azadlıq gətirəcəyinə inancını ifadə edərək xüsusilə "Rusiya İmperatorluğu bünyəsindəki xalqlar üçün bu azadlığın elan edilməsi lazım olduğunu" vurğulamışdı. 1914-cü ildə Dövlət Dumasının Müsəlman Qrupu Başçısı K. B. Tevkelevə Bakıdan Qafqaz Müsəlmanları adına göndərilən məktubda Müsəlmanların Rus ordusu tərəflərində əsgərlik xidməti etmək istəklərinin Baş nazirə çatdırılması tələbini irəli sürmüşdü. Çar rəhbərliyi isə qeyri-Rusların yalnız hərbi istehkam və müdafiəetmə fəaliyyətlərində işlədilməsini seçim edirdi. 1916-cı ildə Türkistanda köçərilərin arxa cəbhədə zəruri işlədilməsinə dair fərman çıxarıldı. Bu tətbiq Dövlət Dumasındakı Türkistanlı vəkilləri narahat etdi. Buxaranın Kazak vəkilləri, köçərilərin piyada deyil, süvari birliklərində xidmət etmək istədiklərini, lakin doğum qeydləri tutulmadığı üçün səfərbərlik əməliyyatlarında ciddi çətinliklərin olacağını düşünürdülər. I Dumanın vəkillərindən biri olan A. Bukeyxanovun başçılığında bir heyət, bu mövzuda mərkəzi rəhbərliyi məlumatlandırmaq məqsədiylə Peterburqa gəlmişdi. Qiyamın çıxmasına səbəb olan hadisə, Çarın 25 İyul 1916-cı ildə çıxardığı 19-43 yaş arası Kazak kişilərin əsgərə alınmasına dair əmrnamə oldu. Kazak ziyalılar hər hansı ön hazırlıq etmədən bu işə başlamanın mənfi nəticələr doğuracağını, Müsəlmanların sipər olmaq üçün ön cəbhədə iştirak edəcəyini və belə bir tətbiqin onları canlı hədəf halına gətirəcəyi mövzusundakı narahatlıqlarını dilə gətirdilər. Yayılan söz-söhbətlərə görə Müsəlmanlar orduda məcbur donuz ətiylə bəslənəcək və məcburi şəkildə Xristianlaşdırılacaqdı. Bu hadisələr qısa müddətdə xalqın Çar rəhbərliyinə qarşı etirazının alovlanmasına səbəb oldu. Əslində bu üsyan, həmişə tətbiq olunan Rus müstəmləkə siyasətinə qarşı meydana gəlmiş hirsin bir partlaması idi. 1915-ci ildən etibarən Türkistanlılar, əsgərlikdən azad olmanın əvəzini, xalqdan alınan bütün vergilərin 21 %-ə bərabər olan hərbi vergiylə ödəyirdilər. Çarlıq rəhbərliyi Müharibə ehtiyacı adıyla xalqdan minlərlə at, dəvə, çadır, kəndir, keçə vs. götürərək orduda istifadə etməyə başlamışdı. Ayrıca Rus rəhbərliyi tərəfindən Türklərə, Müharibəyə əsgər göndərən Slav kəndlilərinə kömək etmək kimi məcburi bir xidmət də gətirilmişdir. Bundan sonra Türklər, orduya əsgər verən qonşu Rus kəndlilərinin tarlalarını sulamaq, ot biçmək, hasat vs. işlərdə onlara xidmət etməli idilər.12 Ruslar Türklərin yoxsulluğundan istifadə edərək heyvanlarını ən aşağı qiymətdən satın alırdılar. Çarlıq idarəsinin müstəmləkəçi siyasəti və idarə sistemi immiqrant Slavlar ilə Türkləri bir-birinə düşmən etmişdi. Rus rəhbərliyi 29 Noyabr 1891 tarixində çıxarılmış bir fərman istiqamətində yerli xalqın qiyam ehtimalını önləmək üçün Türkistan immiqrant kəndliləri də silahlandırmışdı.13 Türkistanlıların qiyamını yatırmaq üçün Çar rəhbərliyi böyük şiddət siyasəti tətbiq etdi. Nizamsız meydana gələn bu qiyamda üsyançılar primitiv silah və alətlərlə silahlanmışdı və buna görə Rus ordusu üsyanı yatırmaqda çox çətinlik çəkmədi. Çar hökuməti üsyançıların mərhəmətsizcə cəzalandırılması, onların atları, davarları, ərazi və mallarına əl qoyulması, kəndlərinin atəşə verilməsi üçün bir əmrnamə göndərmişdi. Səyyar hərbi məhkəmələr isə üsyançılara edam hökmü çıxararaq dərhal yerində edam edirdi. Cəza birlikləri yalnız üsyançıları deyil, üsyanda iştirak etməmiş sivil xalqı qadın, uşaq, yaşlı demədən gülləyə düzmüşdü.14 Oktyabr ayında qiyam artıq böyük ölçüdə yatırılmışdı. Yeddisu Bölgəsində yaşayan əhalinin təxminən 20 %-i, yəni 200 min adam qarlı dağları keçərək Çinə getmişdi. Bu hadisələrin ardından da Çar rəhbərliyi əsgərlik xidmətinə çağırmağı davam etdirmişdir. Hadisələri araşdırmaq məqsədiylə Türkistana səyahət etmiş A. F. Kerenskinin hazırladığı hesabat, IV Dövlət dekabr 1916-cı ilin dekabr ayında təqdim edilmişdir. Hesabata görə, Müharibə ehtiyacları səbəbiylə xalqdan zorla dəvə, at, çadır və məcburi vergilərin alınması nəticəsində əhali aclıqla qarşı-qarşıya qalmış, bu səbəblə yeni bir Türkistan cəbhəsi açılmışdır. I Dünya Müharibənində Dövlət Dumasındakı Müsəlman qrupun fəaliyyətlərinin təməl məqsədi mənsub olduqları cəmiyyətlərin milli və dini mənfəətlərini imperatorluq səviyyəsində qorumaq və dövlətin milliyyətlər siyasətinin demokratikləşməsinə çalışmaq idi. Müsəlman vəkillərin fəaliyyətləri milli və dini bərabərliyin qanuni zəmanət altına almaq, hər cür məhdudlaşdırmanı qaldırmaq, yerli rəhbərliklərin ümumi və bərabər seçki haqqı istiqamətində şəkilləndirilməsini dəstəkləmək üzərinə sıxlaşmışdı. Müsəlman qrupu Müharibənin başlarında Çar rəhbərliyini və ordunu dəstəkləyərək hökumətdən lazım olan addımları atmasını gözləyirdi. Lakin 1914-1915 illəri Transqafqazda, 1916-cı ildə Türkistanda meydana gələn qarşıdurmalarda Müsəlmanların problemlərinin həll edilmədiyi aşkar şəkildə ortaya çıxmışdır. Rus elitaları və ictimaiyyətin Müharibə coşğusu çox sürmədi. Bu Müharibənin "İkinci Vətən Müharibəsi" olaraq adlandırılmasına səbəb olan vətənpərvərlik duyğularının yüksəlişi bir müddət sonra dayandı və enişə keçdi. İdarəçi sinifin səhvləri Müharibə dövrünün itki və çətinliklərini daha da artırdı. Cəmiyyətin bir qisimi hər şeyə baxmayaraq bu Müharibəni bir "xalq Müharibəsinə" çevirmək istəsə də, bunun üçün lazım olan güc və istək qeyri-kafi idi. Ordu və müdafiəetmə işləri üçün edilən səfərbərliklər ölkə əhalisinin təxminən 10 %-ni və yetkinlik yaşına çatmış kişi əhalinin 50 %-dən çoxunu əhatə edirdi. Bu vəziyyət əkinçilik sisteminə və ümumiyyətlə iqtisadiyyata vurulmuş ən böyük zərbə idi. Rus rəhbərliyi, başlanğıcdakı vətənpərvərlik duyğularını davam edən bir hala gətirə bilmədi. Onsuz da irəliləyən dövrdə yaşanan hadisələr, cəbhədəki itkilər, xalqın Müharibə yükünü çiyinləmə gücünə sahib olmaması bu duyğuları keçici etmişdi. Əsgər forması geymiş milyonlarla cahil kəndli üçün "Slav qardaşlara kömək" və ya "Barbar Almanlar"a qarşı mübarizə anlayışları aydın deyildi. Rus elitaları isə Müharibə üçün fədakarlıq və həmrəylik nümunəsi sərgiləyə bilmədilər. Rəhbərlikdəkilər ölkə mənfəətlərini deyil, öz mənfəətlərini qorumaq, nazirlik kreslosu və hərbi tenderləri qapma uğruna yarışırdılar. Kiçik çıxar qarşıdurmaları və milyonlarla insanın səfalətə süründürülməsi üst rəhbərliyin müqəddəsliyini istehlak etmişdi. Gerçək xarakterinə baxılsa, Rusiyanın icra etdiyi Müharibə də bir imperialist Müharibə idi və yayılmaçılıq strategiyasına xidmət edirdi. Müharibə boyunca edilən gizli görüşmələr və bazarlıqlar Rusiyaya əhəmiyyətli mənfəətlər vəd edirdi. İstanbul Boğazına sahiblənmək, Polşanın hamısını ələ keçərmək, Osmanlı Dövlətinin şərq bölgələrini işğal etmək və öz himayəsində "Böyük Ermənistan" qurmaq Rus İmperatorluğunun planları arasında idi. Çox fərqli simaları bir yerdə saxlayan bir əhali quruluşuna sahib Rusiya İmperatorluğunda müstəmləkə xalqlarına istiqamətlənmiş ayrı-seçkilikik siyasəti bu xalqların Çar rəhbərliyinə etibarını sarsıtmışdı. Xüsusilə Osmanlı Dövlətinə düşmən blokda Müharibəyə girilməsi Çar rəhbərliyinin Müsəlman təbəəyə qarşı etibarsızlığını daha da dərinləşdirmişdir. Digər tərəfdən Qafqaz Müsəlmanlarının döyüşən tərəflərlə əlaqədar fərqli tutum sərgiləmələri Müsəlmanlardan ibarət olan birliklərdəki ayrımçılığı dərinləşdirmişdir. Azərbaycan Türklərinin bir qisimi Türk ordusu stərəfinə qatılmışlar. Azərbaycanda xalqın tək qurtuluşunu Türkiyə birlikdəliyində görən bir çox təşkilat var idi. Naxçıvanda fəaliyyət göstərən "Mücahidin" təşkilatı propaqanda fəaliyyətlərinin yanında hərbi birliklər haqqında məlumat toplamağa, Təbriz üzərindən Türkiyəyə pul göndərməyə, ayrıca Türk ordusu lehinə işləyəcək könüllülər toplamaya çalışırdı. 1916-cı ildə təşkilat lideri M. B. Mirheydərzadə və təşkilatın digər mənsubları həbs olundular. Müharibədə Rus ordusuna əsir düşmüş Türk əsgərlərinin ağır vəziyyəti, Müharibə əsirləriylə əlaqədar Rus rəhbərliyinin ayrı-seçkiliklik siyasəti izləməsi, bir tərəfdən Müsəlman təbəənin şüuruna təsir edərkən, digər tərəfdən Müharibə əsirlərinə kömək üçün onları hərəkətə keçirirdi.15 Qafqaz cəbhəsində əsir düşmüş Türklər əvvəlcə Tiflis üzərindən Bakıya, Xəzər Dənizindəki Nargin Adasına gətirilirdilər. Bura son dərəcə ağır şərtlərin olduğu kimsəsiz bir ada idi. Ayrıca əsirlərin yerli xalqdan uzaq tutulması baxımından da Çar Hükumeti bu adanı seçmişdi. Azərbaycandakı dəyişik xeyriyyə cəmiyyətləri, qəzetlər, ziyalılar və iş adamlarının Türk əsirlərə sərf etdikləri səy, insani vəzifə olmanın yanında Türk Müsəlman həmrəyliyinə möhkəm nümunə təşkil edirdi. Bakı İslam Cəmiyyəti Xeyriyyəsi təşkilatının vəzifəliləri işğal altında olan torpaqlarda gəzərək kimsəsiz uşaqları yığmış və Bakıdakı yurdlara yerləşdirərək baxımlarını boynuna götürmüşlər. Təşkilat, 1917-ci ildə Bakıda "Qardaş Köməyi" adlı bir məcmuə də çıxarmışdı. Bakı xalqı eyni zamanda Müharibə əsirlərinin qaçmalarına hər cür dəstək verirdi. Azərbaycan Türkləri istər komitə və təşkilatların yardımıyla, istərsə də fərdi səyləri sayəsində Türk əsirlərinin qaçışına və vətənə dönmələrinə kömək edirdilər. Məsələn, Sarıqamış döyüşü zamanı əsir düşən ən üst rütbəli Türk zabiti olan 9. Qolordu Komandiri Lütfəli Paşa və başqa 27 Türk zabitinin Sibirdəki əsir düşərgəsindən qaçmasına da bir Azərbaycan Türkü kömək etmişdir.16 Azərbaycan Türklərinin əsir Türk qardaşlarına köməkləri 1918-ci ildə Azərbaycan Xalq Respublikası qurulduqdan sonra da davam etmişdir. Kömək fəaliyyətlərini Azərbaycan Hükuməti üzərinə götürmüşdür.17 Bu köməklərlə əlaqədar bənzəri fədakarlıqların yaşandığı başqa bir bölgə də Qazan idi. Qazandakı əsir düşərgələrində çox sayda Türk var idi. Qazanda və Volqa boyundakı bir çox şəhərlərdə Müharibə əsirləri fabrik və istehsal təsislərində, yol inşaatı, Qazan Yekaterinburg dəmiryolu inşaatı, bunlardan əlavə zəngin kəndli və torpaq ağalarının fermalarında işlədilirdilər. Bəzi Türk əsirlər Qazanın zəngin Tatar ailələrinin evlərində xidmət edirdi. Türk əsirlərin vəziyyətiylə maraqlanmaq və kömək etmək üçün Moskva, Petroqrad, Qazan, Ufa və Orenburq başda olmala Qazan Türkləri tərəfindən komitələr təşkil edilmişdir. Bu komitələr məhəlli milli şuraların nəzarəti altında işləyirdilər. Bəzi şəhərlərdə Türk əsirlər üçün xəstəxanalar da açılmışdı. Əsirlərə kömək üçün Qazan Türklərinin müəyyən qəzetləri tərəfindən kömək kampaniyaları açılmaqda və kömək edənlərin adları qəzet səhifələrində nümayiş olunmaqda idi. Ayrıca, əsirlərə aid xəbərlər də bu qəzetlərin səhifələrində yer alırdı.18 Türk əsirlərin vəziyyətlərinin yaxşılaşdırılması istiqamətində ilk addımlar Ufanın varlı sakinləri tərəfindən atılmışdı. 1915-ci ildə Ufalı general yoldaşı Mahiperver Bikenin Türk əsirlərə kömək məqsədiylə yalnız Tatarlar və Başqırdlar deyil, eyni zamanda Ruslardan da kömək yığdığı bilinməkdədir. Fevral və Oktyabr inqilablarının ardından əsgər şuralarının Türk əsirlərə kömək şöbələri, Müsəlman sosialist komitələri, xeyriyyə cəmiyyəti və çox sayda məhəllə məscidləri bu kömək fəaliyyətləri içində iştirak etmişdi. Qazan Müsəlman təşkilatları kənd yerlərinə də təsir edərək Türk əsirlər üçün ərzaq yığmışdılar. Rusiya Türklərinin (Müsəlmanlarının) Türk əsirlərə köməyi mövzusunda etdikləri fədakarlıqlar cəmiyyətdə böyük əks-səda duyurmuş, müstəmləkə-təbəə mövqeyində olan Türklərin millət və şəxsiyyət şüurunun yüksəlişinə müsbət təsir etmişdir.



  1. Yüklə 235,68 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin