1.2. Gənclərin çağırışaqədərki hazırlığı kursunun
ümumtəhsil fənlərilə əlaqəli tədrisinin didaktik şərtləri
Gənclərin çağırışaqədərki hazırlığı dərslərində şagirdlərin
ümumtəhsil fənləri üzrə biliklərindən istifadənin yüksək səviyyədə
təşkili məqsədilə təlimin ayrı-ayrı metodlarından səmərəli şəkildə
istifadə etmək lazımdır. Yeri gəldikcə təlimin şifahi, əyani və prak-
tik metodlarına müraciət etmək, həm verilən biliklərin şüurlu və
asan mənimsənilməsinə, yaddaşda uzun müddət qalmasına, həm
dərsin praktik istiqamətini qüvvətləndirməyə, həm də təlim prosesi-
ni əyaniləşdirməyə imkan verir. Uzun illərin təcrübəsi göstərmişdir
ki, ümumtəhsil məktəblərində gənclərin çağırışaqədərki hazırlığı
(ibtidai hərbi hazırlıq) üzrə məşğələlərin fizika, riyaziyyat əmək
təlim, astronomiya və s. fənləri ilə əlaqəli şəkildə keçilməsi tədrisin
keyfiyyətini müstəsna dərəcədə yüksəldir, maksimum bilik, bacarıq
və vərdişlər qazanmasına kömək göstərir.
Məktəb fənləri arasında qarşılıqlı əlaqə problemi daim didak-
tikanın aktual məsələlərindən biri olmuşdur. İndi də bu belədir.
Mütəxəssislərdən S.M.Nikonova və Ş.P.Qanelin fənlərarası
əlaqəni təlimin müstəqil prinsipi hesab edirlər. Pedaqoqlardan
İ.D.Zveryev və K.P.Korolyovanın fikrincə fənlərarası əlaqə təlimin
sistematiklik və ardıcıllıq prinsipinin həyata keçirilməsinə kömək
göstərən bir vasitədir. Mütəxəssislərdən N.M.Çərkəzzadə, Y.V.Va-
silyeva, K.A.Sorokin fənlərarası əlaqəni təlimin mühüm şərtlə-
rindən biri hesab edirlər. V.N.Fedorova və D.M.Kiryuşkinaya görə,
30
fənlərarası əlaqə anlayışını N.M.Çərkəzzadənin göstərdiyi kimi
nəzərdən keçirmək daha doğru olar. Ona görə də həmin müəlliflər
fənlərarası əlaqəni didaktik tələb kimi qəbul edirlər. Bizim fikrimiz-
cə isə, gənclərin çağırışaqədərki hazırlığı kursunda fənlərarası əla-
qənin nəzərə alınması həmin fənnin vahid strukturunun gözlənilmə-
si şərti ilə təlimin ümumi məsələlərinin həyata keçirilməsi üçün tət-
biq olunan bir işdir, prinsipdən irəli gələn didaktik tələblərdən biri-
dir. Bu tələb gənclərin çağırışaqədərki hazırlığı məşğələlərində
şagirdlərin təbiət-riyaziyyat elmləri üzrə qazandıqları biliklərdən
istifadə prosesinə də tamamilə aiddir. Belə əlaqə hərbi faktların və
hərbi sahədə istifadə olunan bəzi düsturların mahiyyətini məktəbli-
lərə daha asan öyrətmək və mənimsətmək üçün vacibdir. Başqa
fənlərdə olduğu kimi, gənclərin çağırışaqədərki hazırlığı məşğələlə-
rində də şagirdlərin fizikaya, riyaziyyata və s. fənlərə aid biliklərin-
dən əlverişli istifadə hərbi biliklərin mənimsənilmə keyfiyyətini
yüksəltmək üçün mühüm şərt kimi qəbul oluna bilər. Bu zaman
məktəblilər hərbi materialı daha dərindən başa düşür, onun öyrənil-
məsinə daha şüurlu yanaşır.
Gənclərin çağırışaqədərki hazırlığı məşğələlərində ümum-
təhsil fənləri üzrə biliklərdən istifadə zamanı şagirdlərə həm də ya-
radıcı düşünməyi, məntiqi mühakimələr yürütməyi öyrətmək lazım-
dır. Bu proses şagirdlərin təsəvvürlərinin, diqqətinin, yaddaşının,
təfəkkürünün inkişaf etdirilməsi ilə yanaşı, onlarda fəallıq və
təşəbbüskarlıq kimi keyfiyyətlərinin formalaşmasına şərait yaradır.
Təlim prosesində hərbi rəhbər fənlərarası əlaqənin göstərilən
tələblərini yüksək səviyyədə yerinə yetirdikdə müsbət nəticələr əldə
edir və məktəblilər hərbi biliklərə möhkəm yiyələnirlər. Hərbi anla-
yışlarla fizika, riyazi, coğrafi və s. anlayışlar arasında daxili bağlılı-
ğı aşkara çıxarıb onları əlaqəli şəkildə şagirdlərə çatdırmaq hərbi
rəhbərin məharətindən də çox asılıdır. Bu zaman məktəblilərin diq-
qəti hərbi anlayışlar ilə fizika, riyazi və s. anlayışlar arasındakı əla-
qəyə nə qədər tez-tez cəlb olunarsa, onlar fikri əməliyyata daha tez
alışar və onlarda, adları qeyd olunan ümumtəhsil fənn anlayışları ilə
31
hərbi anlayışlar arasında qarşılıqlı əlaqə yarada bilmək bacarığı
müvəffəqiyyətlə inkişaf edər.
Gənclərin çağırışaqədərki hazırlığı fənninin tədrisi prosesində
ümumtəhsil fənnləri üzrə biliklərdən istifadə zamanı nəzərə alınmalı
pedaqoji məsələlərdən biri də təlim prosesində problemli vəziyyətin
yaradılmasıdır. Problemli təlim 1970-85-ci illərdə şagirdlərin fikri
müstəqilliyini və fəallığını artırmaq üçün təlim prosesində tətbiq
edilən metodik sistemlər arasında xüsusi yer tutmuş, geniş popul-
yarlıq qazanmışdır. Başqa fənlərdə olduğu kimi, gənclərin çağırışa-
qədərki hazırlığı məşğələlərində də problemli yanaşmadan istifadə-
nin mahiyyəti ondan ibarət olur ki, məktəblilər bir növ “tədqiqatçı”,
“ilk ixtiraçı” vəziyyətinə salınır, yeni biliklər onlara hazır şəkildə
verilmir. Öyrənilməsi nəzərdə tutulan yeni hərbi biliklərin şərhi
zamanı uyğun ümumtəhsil fənni üzrə (məsələn, fizika və riyaziyyat
üzrə) biliklərindən istifadə şagirdlərin qarşısında problem (sual)
şəklində qoyulur. Təfəkkür prosesi tələb edən belə bir vəziyyət isə
M.M.Maxmutovun (45, s.6) göstərdiyi kimi problemli situasiya
adlanır. Digər dərslərdə olduğu kimi hərbi hazırlıq məşğələlərində
də problemli situasiya problemli təlimin əsasını təşkil etməlidir.
Çünki, psixoloqların müəyyənləşdirdiyi kimi, təfəkkür sualdan,
problemli situasiyadan başlayır. Bu situasiyanın özü də çox vaxt
böyük və mürəkkəb əqli iş tələb edən təfəkkür aktı ola bilər. Ona
görə də ibtidai hərbi hazırlıq məşğələlərində şagirdlərin uyğun fizi-
ka, riyazi, coğrafi, rəsmxət, tarix və s. biliklərindən problemli şə-
kildə istifadə edərkən problemin məntiqi formasının sual olduğunu
nəzərə almaq lazımdır. İstifadə olunacaq əsas fizika, riyazi və s.
anlayışlar sualda öz əksini tapmalıdır. Əgər həmin sual şagirdləri
çətinliyə salıb düşünməyə məcbur edirsə, həmin suala cavab vermək
üçün onlarda fikri fəallıq əmələ gətirirsə, onda problemli situasiya
yaranmış olur. Problemli situasiya təfəkkür prosesini meydana
gətirir, inkişafı problemin həllinə, yəni istifadə olunacaq ümum-
təhsil fənləri üzrə bilikləri müəyyənləşdirməyə və onların tətbiqinə
doğru aparır.
32
Gənclərin çağırışaqədərki hazırlığı məşğələlərində digər
ümumtəhsil fənləri üzrə biliklərin tətbiqi zamanı problemli vəziyyə-
tin yaradılması məktəblilərin emosional gərginliyini artırmaq qay-
dası, onların dünyagörüşünün formalaşması vasitəsi olur. Tədqiqat
göstərdi ki, fizika, riyaziyyat və s. ümumtəhsil fənləri üzrə biliklər-
dən problemli suallar qoymaqla istifadə etmək şagirdləri düşündü-
rür, onların idrak fəaliyyətini qüvvətləndirir, başlıcası isə diqqətini
fəallaşdırır. Gənclərin çağırışaqədərki hazırlığı məşğələlərində
problemli situasiyaya yer verməyin mahiyyəti ondan ibarətdir ki,
yeni hərbi mövzunun izahı giriş müsahibəsi ilə başlanır, şagird axta-
rış tələb edən suallarla və bu suallardan doğan yeni vəzifələrlə qar-
şılaşır, müvafiq yeni fənn biliklərindən istifadənin vacibliyini, bun-
suz tələb olunan hərbi anlayışı mənimsəməyin qeyri-mümkünlü-
yünü başa düşür.
Məlumdur ki, təlim prosesində problem qəsdən, şüurlu şəkildə
yaradılır, əvvəlcədən planlaşdırılır və məktəblilərin düşünmə qabiliy-
yətini inkişaf etdirmək məqsədi daşıyır. Problemli təlimin məqsədi
şagirdlərin zehni axtarışına meydan verməkdir. Ona görə də bu
metodu gənclərin çağırışaqədərki hazırlığı üzrə müvafiq mövzuların
tədrisi zamanı problemli təlimin köməyi ilə fizika, riyaziyyat, coğra-
fiya və s. anlayışlardan zəruri istifadə, hərbi rəhbərlə şagird ara-
sındakı daim müstəqil və əks-əlaqə şəraitində keçən, öz aralarında
ciddi məntiqi ardıcıllığa malik sistem kimi qəbul etmək mümkündür.
Gənclərin çağırışaqədərki hazırlığı dərslərində əlaqəli tədris
məqsədilə problemli situasiya yaradılan zaman mövzu ilə bağlı konkret
suallar qoyulmalı, cavablar alınmalı, şagirdlərin iştirakı ilə müqayisə
və ümumiləşdirmələr aparılmalı, nəticələr çıxarılmalıdır. Lakin suallar
məktəbliləri ciddi düşündürməli, əvvəlcədən qazanılmış uyğun ümum-
təhsil fənləri üzrə biliklər öyrədilən şəkildə onların yadına salınmalı və
bu biliklərdən istifadənin yolu qismən göstərilməlidir.
Məlumdur ki, problemli təlimin növlərindən biri problemli
şərhdir. Gənclərin çağırışaqədərki hazırlığı dərslərində, yeri gəldikcə,
fənlərarası əlaqəyə müraciət zamanı tətbiq olunan problemli şərh bir
tərəfdən şagirdlərə “elmi axtarış” nümunəsi göstərməli, daha inandı-
33
rıcı olmalı, müvafiq hərbi biliklərin daha şüurlu mənimsənilməsinə
imkan verməlidir. Digər tərəfdən, problemli şərh zamanı hərbi rəhbər
idrak fəaliyyəti prosesinin bütün mərhələlərindən özü keçir və
şagirdlərin fikrini də həmin yolla aparır. Tədqiqat göstərdi ki, fizika,
riyaziyyat və s. fənlərdən öyrənilən biliklərdən istifadə edərək hərbi
mövzuların problemli şərhi zamanı hərbi rəhbər məktəbliləri idrak
fəaliyyətinin aşağıdakı mərhələlərindən keçirməli olur:
a)
problemli situasiyanın yaradılması, yəni hərbi biliklərin mə-
nimsənilməsi zamanı şagirdlərin fizika, riyaziyyat, coğrafiya, əmək
təlimi və s. fənlərdən öyrəndikləri anlayışlarla qarşılaşdırılması;
b)
problemli situasiyanın təhlili, qarşıya çıxan çətinliyin
mahiyyətinin araşdırılması və başa düşülməsi, problemin sualla
ifadə edilməsi (problemin qoyuluşu);
c)
problemin həlli üçün fərziyyələrin irəli sürülməsi və
əsaslandırılması, yəni şagird hansı fizika və riyazi biliklərdən və
necə istifadə ediləcəyini söyləyir, sonra nə üçün belə fikirləşdiyini
bir neçə cümlə ilə aydınlaşdırır;
d)
fərziyyənin yoxlanması. Bu mərhələdə məktəblilər uyğun
ümumtəhsil fənni üzrə biliklərə əsaslanır, hərbi anlayışın mahiyyəti-
ni açır, fərziyyənin doğruluğunu sübut-isbat edir. Nəticədə problem
həll olunur.
Gənclərin çağırışaqədərki hazırlığı dərslərində mövzuların
əlaqəli tədrisi zamanı şagirdlərin idrak fəaliyyətini müstəqil də
buraxmaq olar. Bu şərtlə ki, onlar bu mərhələlərin bir neçəsindən
müstəqil keçməyi bacarsınlar. Çətinlik yaranan mərhələlərdə isə
qismən kömək göstərmək lazımdır. Axtarıcı müsahibənin tətbiqi za-
manı hərbi rəhbər ümumtəhsil fənni üzrə biliklərdən istifadə məqsə-
dilə problemi qoyduqdan sonra şagirdləri onun həllinə də cəlb edir.
Fərziyyə və gümanların irəli sürülməsi, onların yoxlanılması mək-
təblilərin fəal iştirakı ilə aparılır. Burada hərbi rəhbər tez-tez öz şər-
hini saxlayır, sinfə suallar verir, ən başlıcası isə, şagirdlərin fizikaya
(yaxud, riyaziyyata) aid bilik və bacarıqlarını tətbiq etmələrinə im-
kan yaradır. Bu mərhələdə hərbi biliyin mənimsədilməsi hərbi
34
rəhbərin şərhi ilə şagirdlərin müstəqil işlərinin növbələşməsi şə-
raitində həyata keçirilir.
Bəzən məktəblilər hərbi rəhbər fizika və yaxud riyaziyyat kur-
su üzrə biliklərdən istifadə məqsədi ilə qoyduğu sualı (problemi)
dərk etdikdən sonra müstəqil axtarışa qoşulur, fərziyyələr irəli sü-
rür, onları yoxlamaq üçün yeni suallar fikirləşir və nəticələr çıxar-
mağa doğru gedirlər. Belə təlim metoduna isə didaktikada tədqiqat
metodu adı verilmişdir. Bu metodla yeni hərbi bilik tamamilə şa-
girdlərin müstəqil fəaliyyətləri nəticəsində mənimsədilir.
Beləliklə, gənclərin çağırışaqədərki hazırlığı dərslərində mək-
təblilərin ümumtəhsil fənləri üzrə biliklərindən istifadəni təmin edən
bu üç metod: Problemli Ģərh, axtarıcı müsahibə və tədqiqat me-
todu birlikdə gənclərin çağırışaqədərki hazırlığı məşğələlərində mü-
vəffəqiyyətlə həyata keçirilə bilir.
Problemli təlim metodu hərbi biliklərin möhkəm mənimsənil-
məsinə müsbət təsir göstərməklə yanaşı, şagirdlərdə idrak fəallığı tər-
biyə edir və onlarda yeni hərbi biliyin qazanılmasına həvəs oyadır.
Gənclərin çağırışaqədərki hazırlığı kursunda problemli təlimin
tətbiqi konkret hərbi və riyazi (habelə fizika və s.) faktların aşkara
çıxarılmasına, məktəblilərin həyatı təcrübəsindən geniş istifadə
olunmasına xidmət edə bilər, məşğələlərin təşkilinə böyük təsir gös-
tərər, şagirdlərdə müstəqillik və yaradıcılığı inkişaf etdirər.
Problemli təlimin səmərəli təşkilinin əsas şərtlərindən biri fi-
zika, riyaziyyat və s. fənlərdən qazanılmış bilik və bacarıqlardan is-
tifadə üzərində məktəbliləri “kollektiv” və “fərdi” işlətməyi bacar-
maqdan və bu işləri məharətlə əlaqələndirməkdən çox asılıdır.
Beləliklə, təlim prosesində problemli situasiyanın yaradılması,
şagirdlərin axtarış tələb edən suallarla qarşılaşdırılması, müqayisə
priyomundan istifadə olunması fənlərarası əlaqənin səmərəli şəkildə
həyata keçirilməsinə münasib şərait yaradır.
Gənclərin çağırışaqədərki hazırlığı materiallarının tədrisi pro-
sesində digər ümumtəhsil fənləri üzrə biliklərdən istifadə zamanı
müqayisə priyomunun nəzərə alınması da vacib pedaqoji şərtdir.
Müqayisə hərbi biliklərin şagirdlər tərəfindən şüurlu mənimsənil-
35
məsinə kömək göstərən ən vacib priyomlardan biri hesab edilə bilər.
Didaktikada bu priyomun elmi-nəzəri əsası prof N.M.Kazımov
tərəfindən geniş tədqiq olunmuşdur (46, 49, 50). Müqayisəyə peda-
qoji ədəbiyyatda tərif vermək təşəbbüsləri olmuşdur (N.M.Kazı-
mov, U.U.Qolant, N.N.Zubov, M.İ.Kruklyan, L.A.Şvarts, A.M.Or-
lova, N.S.Rojdestvenski və b). Lakin verilən təriflərin və şərh
olunan məfhumların heç biri prof. Nurəddin Kazımov tərəfindən
haqlı olaraq məqbul sayılmamışdır. Keçmiş SSRİ-nin görkəmli
pedaqoqlarından olan U.U.Qolantın tərifində (“Müqayisə tərzi cisim
və hadisələri oxşar və fərqli cəhətlərinə görə ayrı-ayrı əlamət və
ünsürlər üzrə tutuşdurmağa, izah etməyə deyilir”) müqayisənin apa-
rıldığı obyekt göstərilmədiyindən onun idrak tərzi, yaxud təlimdə
istifadə olunan müqayisə olduğunu fərqləndirmək olmur. Müqayisə-
yə daha elmi, daha dəqiq tərif prof. N.Kazımov tərəfindən verilir
(50). Müəllif müqayisənin elmi-nəzəri əsaslarını da müəyyənləşdir-
mişdir: “xarici aləmin qanunauyğunluqları haqqında müvafiq bilik-
lər, bu və ya digər elm sahəsinə aid olan konkret biliklər, müqayisə-
nin tətbiqi zamanı özünü göstərən didaktik qanunauyğunluqlar
haqqındakı biliklər, müqayisəni mümkün edən fizioloji, psixoloji və
məntiqi hadisələrinə dair biliklər müqayisə priyomunun elmi-nəzəri
əsaslarını təşkil edir.” (46, s.31). Bunu ibtidai hərbi hazırlıq məşğə-
lələrində tətbiq olunan müqayisə priyomunun elmi-nəzəri əsası kimi
də qəbul etmək mümkündür. N.M.Kazımovun “Tərbiyənin elmi-
pedaqoji əsasları” adlı kitabında isə müqayisə məqsədi ilə müxtəlif
hərbi faktlara müraciət edilir: ”Yalnız ABŞ və NATO hərbi məq-
sədlər üçün gündə bir milyard dollar xərcləyir; ümumiyyətlə kapita-
list ölkələrinin bir illik hərbi xərci isə 400 milyard dollar olur. Bir
ədəd “Leopard-2” tipli tankın puluna 3 otaqlı mənzil tikmək, “Tray-
dent” sualtı qayığının dəyərinə bir il ərzində 16 milyon uşağa təhsil
vermək, “MX” sistemli raketin xərcinə 300 min ibtidai məktəb bi-
nası tikmək olar” (48, s.51).
Müəllif burada hərbi statistik məlumatları müqayisəli şəkildə
elə verir ki, bu müqayisə qarşıya qoyulan məqsədə, yəni şəxsiyyətin
formalaşmasında mühitin rolunu elmi əsaslarla göstərməkdə ən əlve-
36
rişli bir vasitə olur. Kitabda tankların, sualtı qayıqların və nüvə raket-
lərinin xalqa nəyin bahasına başa gəldiyi şagirdlərin anlaya biləcəyi
və uzun müddət yadda saxlaya biləcəyi səviyyədə onlara çatdırılır.
Biz burada prof. N.M.Kazımovun məqsədə çatma prinsipinə, məsələ-
ləri təhliletmə metoduna yüksək qiymət verir və tədqiqatımızın lazı-
mi mərhələlərində ondan faydalanmağı məqsədəuyğun sayırıq.
Gənclərin çağırışaqədərki hazırlığı məşğələlərində hərbi anla-
yışlar ilə fizika, riyazi və s. anlayışların müqayisəsi təlim materialla-
rının yaxşı anlaşılmasına və konkretləşdirilməsinə imkan verir, hər-
bi biliklərin ümumiləşdirilməsini asanlaşdırır, müxtəlif döyüş pri-
yomlarının əyani şəkildə göstərilməsinə imkan yaradır. Hərbi bilik-
lərin fizika, riyazi və s. fənlərlə müqayisə aparılaraq mənimsədil-
məsi şagirdlərin yadında möhkəm qalır, onlarda belə inam yaranır
ki, müqayisə müxtəlif hərbi anlayışlardakı oxşarlığı, oxşar döyüş
priyomlarından isə fərqli cəhətləri müəyyənləşdirməklə əlaqədardır.
Ümumiyyətlə, müqayisə real varlığın qanunauyğun-luqlarına, fizi-
oloji, psixoloji və məntiqi hadisələrin qanunlarına uyğundur.
Gənclərin çağırışaqədərki hazırlığı təlimində fənlərarası əlaqə
yaratmaq məqsədilə müqayisə priyomuna müraciət edərkən aşağı-
dakı ümumpedaqoji istiqaməti də əsas götürmək lazımdır: təlimdə
müqayisə priyomundən istifadə etmək imkanları obyektiv aləmin
özündə, mərkəzi sinir sistemi fəaliyyətinin qanunauyğunluqlarında,
psixi proseslərdə, təfəkkür əməliyyatlarında vardır. Təbiət və
cəmiyyət hadisələrinin müqayisəsi ona görə mümkündür ki, həmin
cisim və ya hadisələr oxşar və fərqli əlamətlər, insanın hiss orqanla-
rına onların təsiri ali sinir sisteminin təhlil və tərkib fəaliyyətini,
fərqləndirmə vəzifəsini şərtləndirir.
Hərbi məşğələlərin gedişində şagirdlərin keçdiyi psixi proses-
lərdə (duyğu, qavrayış, təfəkkür və s.) hərbi texnikanın və döyüş
priyomlarının oxşar və fərqli əlamətlərinin əks edilməsi, bu əlamət-
lərin məktəblilərin məntiqi mühakimələrində ifadə olunması müqa-
yisə priyomunu zərurətə çevirir. Burada hərbi rəhbərin müqayisəyə
dair nəzəri biliyə-müqayisənin xüsusiyyətləri, növləri, formaları,
variantları və başqa məsələlərinə dair biliyə və praktik bacarığa
37
yiyələnməsi zəruridir. Hərbi rəhbər fizikaya, riyaziyyata, coğrafi-
yaya və s. həmçinin müqayisə priyomuna dair lazımi biliklərə malik
olduqda, bu priyomun tətbiqi üzrə əvvəlcədən hazırlıq işi apardıqda,
şagirdlərini fizika, riyaziyyat və s anlayışlarla hərbi anlayışları
müqayisə edə bilmək üçün lazımi bilik və bacarıqlarla silahlandır-
dıqda bu anlayışların müqayisəsi yüksək səviyyədə keçir və maksi-
mum dərəcədə səmərə verir. Əks halda isə müqayisə aşağı səviyyə-
də olur. Buna görə də hərbi rəhbər ümumtəhsil fənlərinə dair bir
qrup zəruri biliyə malik olmalı və müqayisə priyomunu müxtəlif şə-
raitlərdə tətbiq etməyi yaxşı bacarmalıdır. Prof N.M.Kazımov gös-
tərir ki, anlayışlarla ilk tanışlıq zamanı müqayisə əsasən qavrayış
səviyyəsində getməlidir, anlayışlar şagirdlər üçün tanış olduqda
müqayisə təsəvvür səviyyəsində aparıla bilər.
Bu fikrin tamamilə hərbi hazırlıq dərslərinə də şamil olunması
mümkündür. Ona görə də konkret hərbi faktlar öyrənildikdən sonra
müqayisəni riyazi (və yaxud fizika) və hərbi anlayışların qarşılaşdı-
rılması səviyyəsinə qaldırmaq lazımdır. Buna görə müqayisə fizika,
riyaziyyat və s. fənlər üzrə əvvəlcədən keçilmiş materialların təkrarı
ilə yeni hərbi anlayışların öyrənilməsinin üzvi şəkildə əlaqələndiril-
məsi üçün tutarlı priyom kimi işlədilə bilər. Əvvəlcədən fizika, riya-
ziyyat və s. fənlərdən öyrənilən materialların təkrarı, həmçinin onla-
rın yeni hərbi biliklərlə müqayisəli tədrisi fizika, riyaziyyat və s.
biliklərin möhkəmlik dərəcəsini müəyyənləşdirməyə, şagirdlərin
hərbi hazırlıq üzrə biliklərindəki çatışmazlıqları aşkara çıxarmağa,
həmin nöqsanların aradan qaldırılmasına, təkrar olunan fizika, riyazi
və s. biliyin yeni əsasda-öyrənilən hərbi bilik üzərində möhkəmlən-
dirilməsinə, yeni hərbi biliyin möhkəm və şüurlu surətdə mənimsə-
nilməsinə imkan verir. Məktəblilərin əvvəlcədən ümumtəhsil fənləri
üzrə yiyələndikləri bilikləri ilə yeni əldə etdikləri hərbi biliklərin
üzvi əlaqəsi onlar arasındakı oxşar və fərqli cəhətləri üzə çıxarmaq
əsasında yaradılır. Fizika, riyaziyyat və s. fənlərdən alınan biliklər
də müqayisə yolu ilə müvəffəqiyyətlə sistemə salınır və ümumiləş-
dirilir. Şagirdlərin diqqəti məzmunca yaxın hərbi və riyazi, hərbi və
fizika və s. anlayışların müqayisəsinə tez-tez cəlb olunursa, onda
38
hər bir fənnə dair daha çox bilik əldə edilir, bu üzvi əlaqəyə dair
qeyri-müəyyənlik aradan qalxır. Məktəblilər hərbi biliklərlə fizika,
riyazi və s. biliklərin müqayisəsi işində müntəzəm çalışdıqda fikri
əməliyyata tez alışır, bilikləri müqayisə edə bilmək bacarığı müvəf-
fəqiyyətlə yaranır və inkişaf edir.
Gənclərin çağırışaqədərki hazırlığı məşğələlərində şagirdlərin
fikri fəaliyyətinə geniş yer verilir, onlara digər ümumtəhsil fənləri
üzrə biliklərə istinadən hərbi anlayışları öz aralarında müqayisə et-
mək bacarığı aşılanır, bu bilik və bacarığın mənimsənilməsi prosesi-
nə nəzarət həyata keçirilir, nöqsanlar müəyyənləşdirilib aradan
qaldırılır. Müqayisə üzərindəki iş zamanı möhkəm hərbi bilik əldə
edən şagirdlər müvafiq hərbi anlayışları həm öz aralarında, həm də
onları digər fənlərdə öyrədilən anlayışlarla müstəqil şəkildə müqayi-
sə etmək bacarığına yiyələnirlər.
Müqayisə əməliyyatına qoşulmuş məktəblilər, hətta fərqin üs-
tünlük təşkil etdiyi hərbi və ümumtəhsil fənləri üzrə anlayışlar ara-
sındakı oxşarlığı və yaxud oxşarlığın üstünlük təşkil etdiyi anla-
yışlardakı fərqi tez və asan görürlər.
X-XI siniflərdə gənclərin çağırışaqədərki hazırlığı üzrə məş-
ğələlərdə haqqında danışılan məsələlərin nəzərə alınması, hərbi ma-
terialların məzmununa və xüsusiyyətlərinə müvafiq olaraq əsas di-
daktik prinsiplərin gözlənilməsi ümumtəhsil məktəblərinin qarşı-
sında duran əsas vəzifələri həyata keçirməkdə, o cümlədən, şagird-
ləri həyata və müstəqil respublikamızın silahlı qüvvələrində xidmə-
tə hazırlamaqda böyük əhəmiyyət daşıyır.
Hərbi rəhbərin məşğələlərdə diqqət yetirməsi vacib olan peda-
qoji şərtlərdən biri də fizika, riyaziyyat, coğrafiya və s. fənlər üzrə
biliklərin hərbi məşğələlərdə tətbiqi metodikasının ümumi məsə-
lələridir. Əslində gənclərin çağırışaqədərki hazırlığı kursunun tədrisi
zamanı fənlərarası əlaqədən istifadə bu əlaqəyə hazırlıq işi ilə baş-
lanmalıdır. Şagirdlərin fizika, riyazi və s. biliklərindən müntəzəm və
səmərəli istifadə etmələri üçün hazırlıq işi elə ilk məşğələlərdən
etibarən həyata keçirilə bilər. Doğrudur, gənclərin çağırışaqədərki
hazırlığı kursunun sistematik mənimsənilməsinə qədər məktəblilər
39
həm ibtidai siniflərdə (məsələn, sinifdənxaric tədbir kimi mülki
müdafiə məşğələlərində), həm də V-IX siniflərin riyaziyyat, fizika,
coğrafiya və s. kurslarında hərbi məzmunlu çalışmaların həllində bu
bilikləri müəyyən dərəcədə əlaqəli şəkildə öyrənirlər. Hətta fizika
dərsliklərində bəzi nümunələr hərbi işlərdən gətirilən anlayışlar
əsasında aydınlaşdırılır. Lakin bu prosesdə bir çox şagirdlər hərbi
materialları fizika, riyaziyyat və s. biliklərlə əlaqələndirməyə dair
ilk zəruri biliklərə kifayət qədər malik ola bilmirlər. Ona görə də
şagirdlər hərbi materialları lazım olan digər ümumtəhsil fənn bilik-
ləri ilə düzgün və səmərəli əlaqələndirməkdə xeyli çətinlik çəkirlər.
Bu da yalnız hərbi biliklərin deyil, həmçinin fizika, riyaziyyat və s.
fənlərin mənimsənilmə keyfiyyətinə mənfi təsir göstərir. Həmin
cəhəti nəzərə alaraq, hərbi rəhbər şagirdləri digər fənlərdən aldıqları
biliklərdən hərbi hazırlıq məşğələlərində istifadə etməyə hazırlama-
ğa xüsusi diqqət yetirməlidir. Bu zaman uyğun fənn müəllimlərinin
köməyindən istifadə etmək daha məqsədə uyğun olar. Hazırlıq işin-
də aşağı siniflərdə qazanılmış bilikləri yalnız sadəcə təkrar etdir-
məklə kifayətlənmək olmaz. Şagirdlər fizika, riyazi və s. biliklərdən
hərbi məşğələlərdə müntəzəm şəkildə istifadə etməyə hərtərəfli ha-
zır olmalıdırlar. Bu baxımdan onlar ilk növbədə hərbi hazırlıq məş-
ğələləri zamanı digər fənlərə dair biliklərdən istifadə prosesi ilə
rastlaşmalı, həmin prosesə qoşulmağın vacibliyini görməlidirlər.
Ona görə də bu mərhələdə fizika, riyazi və s. bilikləri tətbiq etməyin
hərbi biliklərin möhkəm və şüurlu mənimsənilməsindəki rolu aydın-
laşdırılmalıdır. Başqa sözlə hərbi materialların yüksək səviyyədə
mənimsənilməsi üçün şagirdlərdə ümumtəhsil fənləri üzrə biliklər-
dən istifadəyə tələbat tərbiyə olunmalıdır. Belə bir tələbat tərbiyəsi
gənclərin çağırışaqədərki hazırlığı kursunda, məsələn, “Dövləti mü-
dafiənin əsasları”, “Əsgərin döyüşdə davranış qaydaları”, “Silahlar
və atıcılıq hazırlığı” üzrə mövzuların tədrisi zamanı həyata keçirilə
bilər. Bunun üçün əvvəlcə hərbi materialların tədrisində bilavasitə
istifadə olunacaq fizika və riyazi bilikləri hərbi rəhbər özü qruplaş-
dırmalı, bu anlayışların necə təkrar etdiriləcəyini müəyyənləşdirmə-
li, sonra həmin anlayışların müsahibə yolu ilə təkrarına keçməlidir.
40
Təkrar prosesində bu anlayışların fizika və riyaziyyat kurslarından
öyrənilən biliklər olduğu şagirdlərə xatırladılmalı və təkrarın yekun-
laşdırılması yeni hərbi hazırlıq materiallarının şərhinə başlanğıc
olmalıdır.
Yeni hərbi materialın fizika və riyazi biliklər ilə əlaqəli tədri-
sindən sonra məktəblilərdən fizika və riyaziyyata dair hansı biliklə-
rin tətbiq olunduğu soruşulur. Onlar da fizika və riyazi biliklərdən
necə istifadə edildiyini aydınlaşdırırlar. Bu mərhələ X sinifdən baş-
layaraq bilavasitə fizika və riyazi biliklərlə əlaqəli öyrədilən hərbi
mövzuların tədrisində xüsusən qabarıq şəkildə öz əksini tapmalıdır.
X sinifdə tədris ilinin birinci yarısında “hansı riyazi biliklər-
dən (və yaxud fizikaya dair hansı biliklərdən) istifadə edildi?” sualı
yeni hərbi dərsin izahı prosesində də verilə bilər. Sual məzmunca
şagirdlərin yaş xüsusiyyətlərindən asılı olaraq didaktikanın asandan
çətinə, sadədən mürəkkəbə prinsipinə əsaslanaraq verilir.
Gənclərin çağırışaqədərki hazırlığı məşğələlərində fizikaya,
riyaziyyata, kimyaya, tarixə və s. dair biliklərdən elə istifadə edil-
məlidir ki, məzmunca yaxın (fizika və riyazi, tarix və coğrafiya və
s. anlayışlar hərbi anlayışlarla məntiqi surətdə əlaqələndirilə bilsin,
məktəblilərin əqli və praktik fəaliyyətində həmin biliklərin tətbiqinə
geniş imkan yaransın, qazanılmış hərbi biliklər şagirdlərin ümum-
təhsil fənləri üzrə bilikləri ilə əlaqəli şəkildə hərbi məzmunlu çalış-
maların həllinə tətbiq oluna bilsin. Tətbiq prosesində fizika, riyaziy-
yat, coğrafiya və s. kurslardan mənimsənilmiş biliklər bir daha
ümumiləşdirilir. Ümumiləşdirmə hərbi dərslərdə böyük mövzuların
əlaqəli tədrisindən sonra, əsasən, riyazi və hərbi, fizika və hərbi və
s. anlayışların müqayisəsi yolu ilə aparılır. Məktəblilər həm məz-
munca yaxın, həm də eyni bir elmi əsasda tədris edilən hərbi anla-
yışla fizika və riyazi və s. anlayışların (məsələn, hərbi topoqrafiya-
nın və konusvari proyeksiyanın) oxşar və fərqli cəhətlərini, onların
bir-biri ilə əlaqəsini müəyyənləşdirməyi müqayisə yolu ilə öyrənir-
lər. Təcrübə göstərdi ki, bu zaman yiyələndikləri hərbi biliklər şa-
girdlərin yadında möhkəm qalır. Onlar konkret hərbi faktları (məsə-
lən, güllənin atılma prinsipini, güllənin başlanma sürəti və enerjisi
41
və s.) fizika və riyazi biliklərə əsaslanaraq öyrəndikdən sonra, mə-
nimsədikləri hərbi anlayışlarla həmin fizika və riyazi anlayışları
qarşılaşdırır və müqayisə aparırlar. Bu zaman hərbi rəhbər yeni
hərbi materialın mənimsənilməsini keçmiş fizika və riyazi biliklərin
təkrarı əsasında həyata keçirir. Həmin biliklərin təkrarında isə onun
hərbi materiallarla bilavasitə əlaqələndirilən xassə və əlamətləri
konkret şəkildə ya sual-cavab formasında, ya da hərbi rəhbərin şərhi
vasitəsilə şagirdlərə xatırladılır.
Hərbi biliklər verilərkən məktəblilərin ümumtəhsil fənləri
üzrə biliklərindən istifadə bacarıqları hərbi məzmunlu praktik tapşı-
rıqların icrası prosesində formalaşdırılmalıdır. Bu praktik tapşırıqlar
X-XI siniflərdə yeni hərbi materialların şagirdlərin digər fənlərdən
qazandıqları biliklərlə əlaqəli tədrisindən bilavasitə sonra, yəni yeni
biliyin möhkəmləndirilməsi zamanı verilir.
Yuxarıda deyilənləri yekunlaşdırmalı olsaq, deyə bilərik ki,
ibtidai hərbi hazırlıq kursunun digər fənlərlə əlaqəli şəkildə öyrənil-
məsi məktəblilərin təkcə hərbi biliklərini artırmaqla məhdudlaşmır,
onları həm də praktik bacarıq və vərdişlərə yiyələndirir, hələ
məktəb illərindən Vətənimizin müdafiəsinə hazırlayır.
Dostları ilə paylaş: |