1.3. Ümumtəhsil fənlərilə əlaqəli tədris olunma baxımından
gənclərin çağırışaqədərki hazırlığı üzrə proqram və dərsliyin
imkanlarının müəyyənləşdirilməsi
Hal-hazırda orta ümumtəhsil məktəblərində “Gənclərin çağırı-
şaqədərki hazırlığı” adı ilə tədris olunan fənnin son 30 il ərzindəki
məzmununa və onun təkmilləşdirilməsi istiqamətlərinə nəzər salma-
ğı məqsədəuyğun sayırıq. Fənn 1970-75-ci illərdə “Orta ümumtəhsil
məktəbi şagirdlərinin ibtidai hərbi hazırlığı”, 1975-81-ci illərdə “İb-
tidai hərbi hazırlıq”, 1981-95-ci illərdə “Gənclərin ibtidai hərbi ha-
zırlığı” adı ilə tədris olunmuş, proqram və dərsliklər Moskvada ha-
zırlanmışdır. 1993-cü ildən fənn Azərbaycan dilində tədris olunma-
ğa başlamış, hazırda “Gənclərin çağırışaqədərki hazırlığı” adı ilə ha-
zırlanmış milli dərslik əsasında (60, 61, 62) tədris olunur.
42
Orta ümumtəhsil məktəbləri üçün ibtidai hərbi hazırlıq proqra-
mı ilk dəfə 1973-cü, sonra 1975-ci ildə (52) nəşr olunmuşdur. Proq-
ramda əsaslı dəyişiklik aparılmış və təkmilləşdirilmiş variantı 1981-ci
ildə (53) çap edilmiş və hərbi rəhbərlərin istifadəsinə verilmişdir. Şa-
girdlərə ümumtəhsil fənn biliklərilə əlaqəli öyrədilməsi mümkün olan
hərbi anlayışlar proqramın “Giriş məşğələsi”, “Taktiki hazırlıq”,
“Atəş hazırlığı”, “Yeriş hazırlığı”, “Hərbi topoqrafiya”, “Mülki mü-
dafiə”, “Tibbi sanitar hazırlıq” bölmələrində əks olunmuşdur.
Həmin bölmələrin tədrisində həm oğlanlar, həm də qızlar
üçün 140 saat həcmində vaxt ayrılmışdır. Proqramda hər bir böl-
mənin və bölmələrdə verilən mövzuların başlıca məqsədi göstəril-
miş, həmin mövzulara aid konkret metodik göstərişlər verilmişdir.
İbtidai hərbi hazırlıq kursunun növbəti dərsliyi (58) proqramın
tələbləri nəzərə alınmaqla 1980-ci il nəşri (Начальная военная
подготовка. 3-е издание исправленное и дополненное под об.
ред. Генерал-лейтенанта А.М.Попова, М., Воениздат, 1980.)
əsasında hazırlanmışdır. Təhlilə cəlb etdiyimiz son dərslik 2007-ci
ildə nəşr olunmuş 10-cu və 11-ci siniflər üçün olan dərsliklərdir.
Həm hərbi məşğələlərdə yeni mövzuların izahı zamanı şagirdlərin
fizika, riyazi, coğrafi və s. biliklərindən istifadə, həm də fizika, riya-
zi, coğrafi və s. məzmunlu hərbi alışmaların tərtibi və həlli imkanla-
rı baxımından proqram və dərsliyin təhlili bir yerdə, əlaqəli şəkildə
aparılmışdır. Gənclərin çağırışaqədərki hazırlığı (İbtidai hərbi hazır-
lıq) məşğələlərinin səmərəli keçirilməsi və şagirdlərin ordu sırala-
rında hərbi xidmətə daha keyfiyyətlə hazırlanması üçün fənlərarası
əlaqənin xüsusi əhəmiyyətə malik olması tədris proqramlarında xüsu-
si qeyd olunmuşdur. Belə ki, 1975-ci il proqramının izahat vərəqə-
sində göstərilir: “İbtidai hərbi hazırlıq məşğələlərinin planlaşdırılması
mövcud proqramın tələblərinə tam uyğun şəkildə aparılmalı, onun
tam və keyfiyyətlə yerinə yetirilməsi, hərbi işin əsaslarının digər
tədris fənlərilə” sıx əlaqədə öyrədilməsi təmin edilməlidir” (52, s.4).
Bu tələb 1981-ci il proqramında da öz əksini tapmışdır. Proqramın
izahat vərəqində oxuyuruq: “İbtidai hərbi hazırlığın planlaşdırılması
onun tam və keyfiyyətlə yerinə yetirilməsini, proqramın bütün
43
bölmələrini kompleks öyrətməyi, həmçinin uyğun mövzuların digər
tədris fənləri ilə sıx əlaqədə öyrətməyi təmin etməlidir.” (53, s.5)
Daha sonra qeyd olunur: “Hər bir məşğələnin keçirilməsi üçün dərsin
planı tərtib olunur. Dərsin planında onun mövzusu, təlim və tərbiyəvi
məqsədi, təlim sualları, təlim vaxtının bölgüsü, öyrədilən məsələnin
digər tədris fənlərilə əlaqəsi əks olunur (əlavə 4)” (53, s.5).
Həmin tələb ibtidai hərbi hazırlıq üzrə həm 1991-ci il, həm də
mövcud tədris proqramında da eyni ilə irəli sürülür (54, s.9).
Deməli, gənclərin çağırışaqədərki hazırlığı (ibtidai hərbi hazırlıq)
üzrə bütün tədris proqramlarında fənlərarası əlaqə məsələsi konkret
şəkildə qoyulmuş və hərbi rəhbərlərin diqqəti bu məsələyə yönəldil-
mişdir. Lakin 1975-ci il proqramında yalnız fənlərarası əlaqənin
həyata keçirilməsinin vacibliyindən söz açılır. 1981-ci il proqramın-
da isə bu həm tələb kimi qoyulur (53, s.5), həm də fənlərarası
əlaqəni mövzular üzrə həyata keçirmək üçün bəzi tövsiyələr verilir.
Bu, “İbtidai hərbi hazırlığın ümumtəhsil fənlərilə fənlərarası əlaqəsi
üzrə bəzi tövsiyələr” (53, s.80) adlandırılmış və proqrama ”əlavə 4”
kimi daxil edilmişdir. Tövsiyə iki sütundan ibarət olan cədvəl for-
masında verilir. Birinci sütunda sıra ilə ibtidai hərbi hazırlıq üzrə
proqram mövzuları göstərilir, ikinci sütun isə “fənlərarası əlaqə“
sütunu adlandırılır. Burada hərbi anlayışların tədrisi zamanı əlaqə-
ləndirilməsi məsləhət görülən fənn və həmin fəndən ayrı-ayrı sinif-
lər üzrə bəzi mövzular göstərilir.
Cədvəl “Sovet dövləti və hüququnun əsasları”, ”Tarix”, “Fi-
zika”, ”Cəbr”, ”Həndəsə”, “Astronomiya”, “Kimya”, ”Bədən tərbi-
yəsi”, “Ədəbiyyat” və s. fənlərdən öyrənilən bilik və bacarıqlara is-
tinad edilməsi əsasında tərtib olunmuşdur. Bu cədvələ əsasən hərbi
rəhbər asan müəyyən edə bilirdi ki, ibtidai hərbi hazırlıq üzrə uyğun
mövzuları tədris edərkən onları konkret şəkildə hansı fənlərlə və
bilavasitə, hansı mövzularla əlaqələndirmək mümkündür:
44
Proqram mövzuları
Fənlərarası əlaqə
1
2
GiriĢ məĢğələsi
Gənclərin ibtidai hərbi
hazırlığının məqsədi,
vəzifələri və məzmunu
8-ci sinif Sovet dövlətinin əsasları və hüququ
kursu ilə (Sosialist Vətəninin müdafiəsi – Sovet
dövlətinin başlıca funksiyası, ümumxalq işidir.
SSRİ Silahlı Qüvvələrinin yaranması və ümum-
hərbi mükəlləfiyyətin müəyyənləşdirilməsi. So-
sialist Vətəninin müdafiəsi – SSRİ-nin hər bir
vətəndaşının müqəddəs borcudur).
Sovet Silahlı Qüvvələri Vətənin keĢiyində
Mövzu 1. Sosialist
vətəninin müdafiəsi –
dövlətin başlıca vəzi-
fəsidir, bütün xalqın
işidir.
9-cu sinif SSRİ tarixi kursu ilə (V.İ.Lenin Sovet
vətənpərvərliyi və sosialist Vətəninin müdafiəsi
haqqında. Sovet dövlətinin müdafiəsinin təşkili.
Qızıl Ordunun yaranması). 8-ci sinif Sovet döv-
lətinin əsası və hüququ kursu ilə (Sosialist
Vətəninin müdafiəsi).
1
2
Mövzu 2. Sov. İKP-
nın rəhbərliyi – sovet
hərbi quruculuğu bü-
növrəsinin əsasıdır
8-ci sinif Sovet dövlətinin əsası və hüququ
kursu ilə (Sov.İKP-sovet cəmiyyətinin rəhbər
və idarəedici gücüdür, onun siyasi sisteminin,
dövlətçiliyinin və ictimai təşkilinin nüvəsidir).
Mövzu 3. Sovet Silahlı
Qüvvələri Müasir mər-
hələdə
9-cu sinif iqtisadi coğrafiya kursu ilə (elmi-tex-
niki inqilab dövründə ümumdünya təsərrüfatı.
Elmi-texniki inqilabın təsərrüfatın sahə struktu-
ru və inkişafına təsiri).
Mövzu 4. Hərbi and.
Hərbi hissənin Döyüş
bayrağı
9-cu sinif SSRİ tarixi kursu ilə (Qızıl Ordunun
təşkilinə başlanması); Ədəbiyyat kursu ilə: 7-ci
sinif
(A.P.Mejirov.
Kommunistlər,
irəli!
A.T.Tverdovskiy. Böyük Terkin); 8-ci sinif
(M.Y.Lermontov. Borodino); 9-10-cu sinif
(Y.V.Bondarev. Qaynar qar).
45
Taktiki hazırlıq
Mövzu 1. Hərbi hissə-
nin (hərbi bölmənin) si-
lahları və döyüş texni-
kası
Fizika kursu ilə: 6-cı sinif (Təyyarənin havada
uçması), 8-ci sinif (reaktiv hərəkət, Təyyarə qa-
nadının qaldırıcı qüvvəsi); 5-ci sinif coğrafiya
kursu ilə.
AtəĢ hazırlığı
Mövzu 1. Kalaşnikov
avtomatının və qəlpəli
əl qumbarasının hissə-
ləri
8-ci sinif fizika kursu ilə (Dinamikanın əsasları.
Dinamika qanunlarının tətbiqi. İmpulsun saxlan-
ma qanunu. Reaktiv hərəkətlər). 5-ci sinif coğ-
rafiya kursu ilə (Tuşlama. Məsafələrin ölçül-
məsi). Həndəsə kursu ilə: 7-ci sinif (Oxşarlıq).
8-ci sinif (üçbucaqlarda metrik münasibətlər,
sinuslar teoremi).
1
2
Mövzu 2. Güllə atıcılı-
ğının əsasları və qay-
dası
Fizika kursu ilə: 8-ci sinif (Dinamikanın əsas-
ları, o cümlədən üfüqlə bucaq altında atılmış
cismin hərəkəti. İdeal qazın hal tənliyi və onun
xüsusi halı. İstilik hadisəsi).
YeriĢ hazırlığı
Mövzu 1. Silahsız ye-
riş hərəkətləri və pri-
yomları
5-9 sinif fiziki tərbiyə kursu ilə
Mövzu 3. Bölmənin
düzülüşü
5-9 sinif fiziki tərbiyə kursu ilə
Hərbi topoqrafiya
Yer üzərində xəritəsiz
oriyentləri müəyyən-
ləşdirmək. Maqnit azi-
mutun
müəyyənləş-
dirilməsi
Coğrafiya kursu ilə: 5-ci sinif (Ərazinin planı.
Ərazidə oriyentiri müəyyən etmək. “Azimut”
(“Azimut-Meridian müstəvisi ilə müşahidə nöq-
təsi və müşahidə predmetindən keçən müstəvi
arasında ikiüzlü bucaqdır. Azimut maqnit kom-
pası ilə ölçülür və ya direksiya bucağı ilə hesab-
lanır”) (81, s.16) anlayışı); 7-ci sinif (Maqnit və
həqiqi azimut).
46
Mülki müdafiə
Mövzu 1. Xalq tə-
sərrüfatı obyektlərinin
mülki müdafiəsi
İbtidai hərbi hazırlığın 1-ci bölməsi ilə
Mövzu 2. Xarici ölkə
kütləvi qırğın silahları-
nın xarakteristikası
Fizika kursu ilə: 7-ci sinif (Atomun quruluşu.
Atomun nüvə modeli. Hidrogen, helium və liti-
um atomlarının quruluşu. Nüvənin yükü). 6-cı
sinif (Təzyiq, Qazın təzyiqi); 8-ci sinif kimya
kursu ilə (Kimyəvi elementlərin D.İ.Mendeleyev
dövri sistemi və dövri qanunu. Maddələrin
quruluşu, halloid. Xlor və onun xassələri). 10-cu
sinif biologiya kursu ilə (hüceyrənin kimyəvi
quruluşu.)
1
2
Mövzu 3. Fərdi müda-
fiə vasitələri
9-cu sinif kimya kursu ilə: (Karbon və onun
xassələri. Absorbsiya anlayışı).
Mövzu 4. Kollektiv
müdafiə vasitələri
6-cı sinif fizika kursu ilə: (Maddənin sıxlığı.
Təzyiq); 8-ci sinif anatomiya kursu ilə: (İnsanın
tənəffüsü).
Mövzu 5. Radiasiya
cihazları, kimyəvi kəş-
fiyyat və dozimetrik
nəzarət
Fizika kursu ilə: 9-cu sinif (Qazlarda elektrik
cərəyanı); 7-ci sinif (Elektrik dövrəsi. Amper-
metr. Cərəyan mənbəyi); 8-ci sinif kimya kursu
ilə: (Turşular. Qələvilər).
Bu cədvəl gənclərin çağırışaqədərki hazırlığı (ibtidai hərbi
hazırlıq) məşğələlərinin keçirilməsi zamanı şagirdlərin ümumtəhsil
fənləri üzrə biliklərindən istifadə edilməsi, həmin biliklərə əsasla-
nan hərbi çalışmaların tərtibi, çalışmaların məktəblilərin bilik səviy-
yəsinə uyğun həll edilməsi baxımından proqramın imkanlarını tam
nəzərə alırmı? Suala cavab vermək üçün həmin proqramdakı bölmə-
lərin və dərslikdə bu bölmələrə uyğun mətnlərin tədqiq olunan
məsələ baxımından təhlilinə keçək. Proqrama əsasən, şagirdlərin
gənclərin çağırışaqədərki hazırlığı “İlk məşğələ” ilə başlayır. İlk
məşğələdə gənclərin çağırışaqədərki hazırlığının məqsədi, vəzifəsi
və məzmunu (mahiyyəti) ilə şagirdləri tanış etmək nəzərdə tutulur.
47
Odur ki, 1(bir) saatlıq ilk məşğələ zamanı şagirdlərin gücü daxilində
olan riyaziyyata aid biliklərdən və bu biliklərə əsaslanan çalışma-
lardan istifadəyə o qədər də imkan və ehtiyac yoxdur. Cədvəldə
göstərilən əlaqələr isə respublikamız müstəqillik qazandıqdan sonra
öz əhəmiyyətini itirib.
“Sovet Silahlı Qüvvələri Vətənin keşiyində” adlanan bölmə-
nin tədrisinə həm oğlanlar, həm də qızlar üçün 10 saat vaxt ayrılırdı.
Bölmə beş mövzudan ibarətdir. Mövzuların hər birinə uyğun olaraq
dərslikdə xüsusi mətnlər verilir. Müvafiq mətnlərin hər birində
şagirdlərin tarix, fizika və riyazi biliklərindən daha səmərəli istifadə
olunmasına, həmin biliklərə əsaslanan çalışmaların tərtibinə və
həllinə geniş imkanlar vardır. Məsələn, bu bölmədə yüz milyardlıq
(10
11
) dairədə natural ədədlər və onlar üzərində hesab əməlləri,
rəqəmlər (58, s.35) onluq və adi kəsrlər (58, s.15), faiz (58, s.75),
ölçü vahidləri (58, s.26) (t. Kq, km, m), silindr(silindr formalı lülə),
onun diametri (kolibr) və s. kimi riyazi anlayışlardan və məktəblilə-
rin bu riyazi anlayışlarla işləmək bacarıqlarını əhatə edən riyazi
çalışmalardan istifadə oluna bilər. Eyni zamanda bu bölmədə m/san,
km/saat, orta sürət, başlanğıc sürət, reaktiv mühərriklər enerjisi və s.
kimi şagirdlərin fizikadan aldıqları biliklərə bilavasitə istinad edilir.
Deməli , bu bölmədə həm, fizikaya, həm də riyaziyyata dair hərbi
məzmunlu çalışmalardan istifadə oluna bilər. Məsələn, ”Kalaşnikov
avtomatında atılan güllənin başlanğıc enerjisini hesablayın”.
Lakin hal-hazırda nə proqramda nəzərdə tutulmuş məzmun,
nə də dərslikdəki bu bölməyə aid mətn müstəqil inkişaf edən res-
publikamızda tədris materialı kimi yaramır. Ona görə də 1991-ci
ildən proqramda dəyişikliklər aparılmış və bu bölmə “Azərbaycan
Silahlı Qüvvələri Vətənin keşiyində“ adlandırılmış, “Azərbaycan
Respublikasının “Hərbi xidmət haqqında” qanunu ibtidai hərbi ha-
zırlıq haqqında”, “Azərbaycan Respublikasının Konstitusiyası Vətə-
nin müdafiəsi və ümumi əsgəri mükəlləfiyyət haqqında”, “Hərbi
andın mənası və onun qəbulu qaydası”, “Hərbi hissənin (gəminin)
bayrağı” mövzularının tədrisi planlaşdırılmışdır.
48
Lakin həmin vaxt istifadədə yeni dərslik olmadığından, göstəri-
lən mövzuların konkret tədris mətni işlənmədiyindən bu mövzuları
hərbi rəhbərlərin hərəsi öz bildiyi kimi keçmişdir. Bəzi hərbi rəh-
bərlər lazım gəldi-gəlmədi məşğələdə Konstitusiyaya üstünlük ver-
miş, bir başqaları isə Konstitusiyanın mətnini əldə etmədiyindən
ölkəmizin əsas Qanununa əsaslanmamışdır. Bütün bunlar ibtidai
hərbi hazırlıq fənninin “Azərbaycan Silahlı Qüvvələri Vətənin keşi-
yində” bölməsi üzrə tədris materiallarını təcili hazırlamağın vacibliyi-
ni göstərmişdir. Seçiləcək yeni materiallar isə proqramın ümumi tələ-
binə uyğun şəkildə, digər tədris fənləri ilə, o cümlədən, Azərbaycan
tarixi, ədəbiyyat və s. fənnlərlə üzvi əlaqədə olmalıdır. Deməli, ibti-
dai hərbi hazırlıq fənninin bu bölməsi üzrə proqram və dərslikdə də
tədqiq etdiyimiz problemin geniş həlli imkanları olmuşdur.
Ümumtəhsil fənn biliklərindən, o cümlədən, fizika və riyazi
biliklərdən və hərbi məzmunlu fizika və riyazi çalışmalardan istifa-
də edilməsinə geniş imkan verən bölmələrdən biri də “Taktiki ha-
zırlıq”dır. Proqramda bu bölmənin tədrisinə oğlanlar üçün 30 saat,
qızlar üçün isə 12 saat vaxt ayrılmışdır. Bu müddət ərzində şagirdlər
(xüsusən oğlanlar) taktiki hazırlığın gücü, quru qoşunları bölmələri-
nin əsas döyüş əməliyyatlarının xarakteri (onun növlərini və forma-
larını, döyüş vasitələrini və s.), hücum, müdafiə və kəşfiyyat zamanı
əsgərin üzərinə düşən funksiyanı yerinə yetirmək, tanklarla mübari-
zə priyomları, hərəkət edən düşmən təyyarə və vertolyotlarına av-
tomatdan atəş açma qaydaları ilə tanış olmalıdırlar. Proqramda qeyd
edilir ki, bu bölmənin tədrisini həyata keçirərkən ərazinin maketin-
dən və plakatlardan, həmçinin nümayiş diafilmlərindən və hərbi
kinofilmlərdən istifadə etmək lazımdır. Göstərilən hərbi anlayış-
lardan hər biri dərslikdə geniş şəkildə aydınlaşdırılır, ayrı-ayrı mətn-
lərdə şagirdlərin fizika və riyaziyyat fənlərindən öyrəndikləri bir
qrup biliklər sisteminə əsaslanılır. İstifadə olunan fizika fənni üzrə
biliklər yuxarıdakı cədvəldə öz əksini tapmışdır. Bunlardan əlavə,
bir sıra rəsmxət və riyazi biliklərə müraciət edilir ki, onlar həmin
cədvəldə öz ifadəsini tapmamışdır. Məsələn, səh. 138-dəki 15-ci
şəkildə, səh. 140-dakı 10-cu şəkildə və s. döyüş əməliyyatları
49
çertyojlar vasitəsilə verilir. Həmin çertyojların qurulması, onların
başa düşülməsi rəsmxət fənnindən alınan biliklərdən bilavasitə
asılıdır. Müşahidə apararkən düşmənin yerləşdiyi mövqeyi və ona
qədər olan məsafəni təyin edərkən (səh. 171)
1000
1
və 0,001 kimi
adi və onluq kəsrlərdən,
y
B
1000
D
riyazi düsturdan istifadə
olunur. Kəşfiyyat zamanı əsgərin üzərinə düşən vəzifələr aydınlaş-
dırılarkən həndəsədən öyrənilən bucaq, bucağın ölçülməsi, düz və
açıq bucaq, dairə, onun radiusu və s. bu kimi biliklər yada salınır.
Bu deyilənlər konkret olaraq “Kəşfiyyat” mövzusunun tədrisində
müraciət olunan fizika və riyaziyyat üzrə bir sıra bilikləri və
onlardan istifadənin yerini göstərir və imkan verir ki, hərbi rəhbərin
izahından sonra şagirdlərə aşağıdakı tipli çalışmalar verilsin: “Tan-
kın hündürlüyü 2,5 metrdir. Qol tam açıldıqda tank şəhadət barmağı
ilə örtülür. Tanka qədər olan məsafəni hesablayın”.
Dərsliyin 87-ci səhifəsində ərazini müşahidə etməyin üsulları
aydınlaşdırılır. Göstərilir ki, müşahidə sektoru uzaqlığa görə üç zo-
naya bölünür. Yaxın zona dərinliyi 100-500, orta zona 1000- metrə
qədər, uzaq zona görünməz uzaqlığa qədər olan ərazi qəbul olunur.
Zonaların sərhədləri isə yerli əşyalara və ya görünmə aydınlığına
görə müəyyən edilir. Bu zonalar 24-cü şəkildə sxematik təsvir
olunur. Sonra müşahidə nəticəsində aşkara çıxarılmış düşmən texni-
kasının (əsgərlərinin və s.) yerləşdiyi vəziyyətin müəyyənləşdiril-
məsi ilə bağlı məlumat verilir. Yəni yaxında oriyentir olmuş obyek-
tə nisbətən onun yerləşmə vəziyyəti (sağa və ya sola , uzaqlığı və ya
yaxınlığı ) binokl vasitəsilə ölçülür. Kənarlarda yerləşməsi binoklun
minlikləri ilə, yaxın-uzaqlığı isə metrlərlə ölçülür. Daha sonra gös-
tərilir ki, oriyentir olunmuş obyektə qədər məsafə əvvəlcə binokl
vasitəsilə müəyyən edilir. Məsələn: “Oriyentir 3, sağa 30, ondan
sonraya 100, xəndəkdə müşahidəçi” (58, s.89).
Bunlar şagirdlərin tam ədədlər, onlar üzərində əməllər, dairə
sektoru, binokl vasitəsilə məsafələrin riyazi yolla müəyyənləşdiril-
məsi (minlik ölçülərə verilən ədədlərin əraziyə uyğun real ədədlərlə
50
ifadə olunması) və s. kimi riyazi biliklərindən istifadə olunmasına
imkan verir. Bu biliklərlə bağlı və məzmunu verilən hərbi anlayışları
əks etdirən riyazi məsələlər, çalışmalar, tapşırıqlar hazırlamaq və
onları dərsin möhkəmləndirilməsi (yeri gəldikcə izahı) zamanı yerinə
yetirmək olar. Qeyd edək ki, dərsliyin özündə belə bir çalışma verilir:
”Tək ağaca nəzərən hədəfin (düşmən pulemyotunun) yerləşmə vəziy-
yətini müəyyən edin və müşahidənin nəticəsini jurnalda yazın (Tək
ağacdan sağ tərəfdə yerləşən hədəfə qədər olan məsafə əlin baş
barmağı vasitəsilə örtülür. Hədəfin hündürlüyü 0,5 m-dir. Hədəf tək
bitmiş ağacın 300 metrlik məsafəsində yerləşir)” (58, s.89).
Lakin bu çalışma tələb olunan bacarıqların formalaşdırılması,
şagirdlərin məşğələnin sonunda, ev tapşırıqlarında və müstəqil işlə-
rində istifadə etmələri baxımından həm keyfiyyətcə, həm də kəmiy-
yətcə əlverişli deyil. Belə tip çalışmaların məzmununa və miqdarına
yenidən baxmağa ehtiyac olmuşdur.
“Xarici ölkələrin ordularının əsas qırıcı bombardmançı təyya-
rə və vertolyotlarının taktiki-texniki xüsusiyyətləri” dərslikdə
(səh.64) ayrıca cədvəl şəkilində verilir. Burada təyyarə və vertolyo-
tun şəxsi heyətinin sayı, yerdə və havada ən böyük sürəti, ən çox
uçma uzaqlığı və maksimum qalxma hündürlüyü, bomba götürmə
qabiliyyəti, toplarının miqdarı və kolibri, idarə olunan və idarə
olunmayan aviasiya raketlərinin sayı, pulemyotun miqdarı göstə-
rilir. Bu rəqəmlərə uyğun olaraq fizika, hesabi, cəbri və həndəsi
biliklərə daha optimal əsaslanmaq, müvafiq məsələlər və çalışmalar
hazırlamaq, bu bölməyə dair biliklərin möhkəmləndirilməsində
onların həllindən istifadə etmək mümkündür.
“Mühəndis təminatı” (§11) mövzusunda tank və piyada əley-
hinə minaların ümumi quruluşundan, onun taktiki-texniki xüsusiy-
yətlərindən söz açılır. Tank əleyhinə TM-57 minasının quruluşunun
kəsimindən görünür ki, onun hissələri müxtəlif həndəsi fiqurlardan
(konsentrik silindrlərdən) ibarətdir. Bu da həmin minanın səthinin
sahəsinin, həmçinin oturacaq çevrəsinin uzunluğunun və s. hesab-
lanmasına aid çalışmalar tərtibinə və həllinə imkan verir. Bundan
əlavə, mövzu üzrə 4-cü cədvəldə TM-59, TM-62, PMD-6, PMN və
51
POMZ-2M markalı tank və piyada əleyhinə minaların taktiki və
texniki xüsusiyyətləri göstərilir. Məsələn, PMN markalı piyada
əleyhinə minanın ümumi çəkisi 0,55 kq, zaryadının çəkisi 0,2 kq,
diametri 110 mm, hündürlüyü 50 mm, gücü 8-25 kqQ-dır. Burada
metr, millimetr, kiloqram, tam və natural ədəd, onluq kəsr şəklində
göstərilən kəsr ədəd və s.-dən istifadə olunur. Şübhəsiz ki, həmin
fizika və riyazi anlayışların konkret mahiyyəti şagirdlərə aydın
olduqda bu texniki göstəricilərdən istifadə etməyin mənası var. Ona
görə də əvvəlcə bu sahədə məktəblilərin həm bilik səviyyəsi, həm
də həmin biliklərlə yeni hərbi faktların əlaqələndirilməsi formaları
müəyyənləşdirilməli, izah zamanı ondan düzgün istifadə olunma-
lıdır. Sonra bu faktlarla əlaqədar müxtəlif hesablamalar, çalışmalar
və məsələlər tərtib etmək mümkündür. Onların həllini isə bu möv-
zunun tədrisindən bilavasitə sonra, yaxud kursun möhkəmləndiril-
məsinə aid məşğələlərdə həll etdirmək olar.
“Bölmə mövqeyinin mühəndis təminatı“ mövzusunda tək-
adamlıq, bütün bölmə və PDM (ZTP)-lər üçün xəndəklərin, həmçi-
nin səngərin ölçüləri çertyojla göstərilir. Proqrama əsasən, şagirdlər
bu ölçüləri bilməli və həmin ölçülərə uyğun xəndək qazmağı bacar-
malıdır. Burada həm çömələrək, həm də ayaq üstə dayanaraq atəş
açmaq üçün xəndəklərin ölçüləri verilir. Məsələn, səngərin dərinliyi
1,5m, eni 0,6m, uzunluğu isə 3m-dən az olmamalıdır. Xəndəklərin
də ölçüləri həmin çertyojda göstərilir. Həmin göstəricilər ayrı-ayrı
mövzuların izahından sonra aşağıdakı tip çalışmaların tərtibinə və
istifadəsinə imkan verir:
Çalışma:
1) Bölmə müdafiəyə keçərkən dərinliyi 1,5m, eni 0,6m olan
səngər qazdı. Səngərdən çıxarılan ümumi torpağın həcmi 3,6 m
3
idi.
Səngərin uzunluğu nə qədər olmuşdur?
2) Nə üçün ayaq üstə dayanaraq atəş açmaq üçün qazılan xən-
dəyin dərinliyi 110sm olur?
Həmin mövzunun tədrisi zamanı tanka və piyadaya qarşı mi-
nalanmış sahələrin quruluşu, minaların cərgə və sütunlarla yerləş-
dirilməsi, onların arasındakı məsafələr, həmçinin minalanmış sahə-
52
nin dərinlikləri metrlərlə ifadə olunmuş intervallarla göstərilir. Mə-
sələn, tank əleyhinə minaların 4 cərgə düzülməsi, cərgələr arasında
məsafənin 10-40m və hər cərgədə minalar arasındakı məsafənin 4-
5,5m, sahənin dərinliyinin isə 20-120m olduğu aydınlaşdırılır.
Piyada əleyhinə minaların yerləşdirilməsi qaydaları da bu cür izah
olunur. Dərslikdə verilən belə bir məzmun döyüş sahələrinin quru-
luşuna aid müxtəlif tip riyazi çalışmaların həllinə imkan verir.
Analoji imkanlar “Taktiki hazırlıq” bölməsi üzrə digər məşğə-
lələrin də məzmununda var .
Gənclərin çağırışaqədərki hazırlığı məşğələlərində ümum-
təhsil fənləri üzrə uyğun biliklərdən istifadəyə geniş imkanlar açan
mövzulardan biri də “Atəş hazırlığıdır”. Həmin mövzunun tədrisinə
əvvəlki proqramda oğlanlar üçün 32 saat, qızlar üçün isə 19 saat
vaxt nəzərdə tutulmuşdur. Bu bölmə indiki proqramda (və uyğun
dərslikdə) “Silahlar və atıcılıq hazırlığı” adlandırılmış və saatların
miqdarı azaldılaraq həm oğlanlar, həm də qızlar üçün cəmi 6 saat
verilmişdir. Ərazisində müharibə gedən bir ölkədə odlu əl silahları-
na və güllə atıcılığına ayrılan saatların miqdarı artırılmaq əvəzinə,
əksinə hədsiz azaldılmışdır. Bu da orduya gənclərimizin savadsız
gəlmələrinə, atəşkəs dövründə belə şəhidlər verməyimizə səbəb
olur. Məşğələdə şagirdlərə patronun quruluşu, güllənin gilizdən ay-
rılma prinsipi (atəş zamanı barıtın alışması, yanma kamerasında
yüksək təzyiqin alınması, bu təzyiq altında güllənin gilizdən ayrıl-
ması və s.), onun hərəkət sürəti və təcili, güllənin başlanğıc sürəti və
enerjisi, silahlardan istifadə qaydası, silahların quruluşu (silahların
hissələri formaca müxtəlif həndəsi fiqurlardır) və s. aydınlaşdırılır.
Adlarından görünür ki, bu anlayışlar məktəblilərin fizikadan və
riyaziyyatdan öyrəndikləri bu və ya digər biliklər ilə üzvi şəkildə
bağlıdır. Həmin anlayışları şagirdlər ibtidai hərbi hazırlıq kursunda
“Atəş hazırlığı” mövzusunun tədrisinə qədər ya riyaziyyat, ya da
fizika kursundan sistemli şəkildə öyrənirdilər. ”Havada güllənin
uçuşu “isə dərslikdə trayektoriyaların köməyilə izah olunur. Bu za-
man güllənin uçuş nöqtəsi, güllə lülədən çıxan zaman onun üfüqi
istiqaməti, trayektoriyası, sərbəst düşməsi, onun təcili, havanın
53
müqavimət qüvvəsinin gülləyə əks təsiri, bilavasitə fizika dərsliklə-
rində də (7-ci sinif) məhz güllənin uçuşu timsalında aydınlaşdırılır.
Fizika dərsliyində olduğu kimi, ibtidai hərbi hazırlıq dərsliyində də
güllənin hərəkətinin izahı şagirdlərin nöqtə, düz xətt, bucaq, buca-
ğın ölçülməsi və qiyməti, başlanğıc sürətin konkret ədədi qiymətlə
ifadəsi, əyriyə onun üzərində olan nöqtədən çəkilən toxunan düz
xətt, trayektoriyaya düşmə nöqtəsində çəkilən toxunan düz xətlə
silahın üfüqü arasındakı bucağın, yəni düşmə buçağının hesablan-
ması, əyrinin təpə nöqtəsi və s. kimi riyazi anlayışlara müraciət
olunur. Bu isə imkan verirdi ki, “Atəş hazırlığı” mövzusunun tədrisi
prosesində göstərilən fizika və riyazi anlayışlardan və bu anlayışlar-
la bağlı çalışmalardan daha səmərəli istifadə edilsin, məsələn,
”Güllənin hərəkət trayektoriyasının tənliyini analitik üsulla (y=f(x)
şəklində) yazın. Tənliyin alınmasının riyazi qaydasını izah edin”.
7,62mm-k Kalaşnikov avtomatı və əl pulemyotu barədə məlu-
matlar verilərkən də şagirdlərin fizika və riyazi biliklərdən istifadə
imkanları genişlənir. Bu imkanlar ilk növbədə əvvəlki dərsliklərin
“7,62mm-lik avtomatlar” və “7,62mm-lik əl pulemyotları” mövzu-
larının və mövcud gənclərin çağırışaqədərki hazırlığı dərsliyindəki
“Silahlar və atıcılıq hazırlığı” bölməsinin məzmunundan da daha
aydın görünür. Dərslikdə göstərildiyi kimi “atıcılıq hazırlığı – şəxsi
heyətə döyüşdə mülki silahdan müxtəlif hədəfləri vurmaq üçün
istifadə etmək üsullarının öyrədilməsinə deyilir” (60, s.123). Müəl-
lim və şagirdlərin hazırda istifadəsində olan dərsliyin atıcılıq hazır-
lığı bölməsi aşağıdakı məsələləri əhatə edir: silahların quruluşunun
(maddi hissəsinin) öyrədilməsi; atışın əsaslarının, üsul və qaydala-
rının öyrədilməsi; əl qumbaraları atmağın üsul və qaydalarının öyrə-
dilməsi; hədəfləri tapmaq və onlara qədər məsafələri təyin etmək
üsullarının öyrədilməsi; habelə, əməli surətdə atışın keçirilməsi.
Bu məsələlərin izahına dərslikdə verilmiş mətnlərin məzmu-
nunda onluq kəsrlər və rəqəmlər, onların yazılışı və oxunuşu, uzun-
luq, uzunluq ölçü vahidləri, məsafənin onluq kəsrlərlə yazılışı və s.
kimi hesabi və cəbri anlayışlarla bağlı hərbi məzmunlu çalışma-
lardan istifadə imkanları vardır. 7,62mm-lik Kalaşnikov avtomat və
54
pulemyotunun maddi hissələri isə formaca tamamilə həndəsi
fiqurlardır. Ona görə də həmin hissələrin izahında fəza həndəsəsinə
dair biliklərə, fəza fiqurlarına dair məsələlərə və onların hərbi
biliklərlə bağlı həllinə istinad etmək mümkündür.
Proqram və dərsliklərdə öyrədilməsi nəzərdə tutulan və fən-
lərarası əlaqələrin reallaşdırılmasına imkan verən əsas hərbi anlayış-
lardan biri də patronlardır. Proqramın tələbinə görə, şagirdlər patro-
nun quruluşunu, atəş açarkən onda gedən fizika proseslərini mənim-
səməlidirlər. Patron həm müxtəlif həndəsi formalı hissələrdən ibarət
olduğundan, həm də atəş zamanı patron daxilində gedən yanma
prosesinin fizika və kimya qanunlarına (o cümlədən, təzyiq, barıtın
fiziki xassələri, qurğuşun və poladın fiziki və kimyəvi xassələri, itə-
ləyici qüvvə, qüvvənin paylanması və s.) tabe olduğundan istər hən-
dəsə, istər kimya, istərsə də fizika anlayışlarından səmərəli şəkildə
istifadə etmək imkanı yaranır.
Qumbaralarla tanışlıq zamanı şagirdlər öyrənirlər ki, patron-
larda olduğu kimi, əl qumbaralarının hissələri də müxtəlif həndəsi
fiqurlar formasındadır. Qumbaranın atılması nəticəsində partlayış
yaranır, partlayışın baş verməsi üçün əsas olan fizika prosesi onun
daxilində yerləşən silindrin içərisində gedir. Silindrin daxilində por-
şen və yuxarı hissədə spiralvari yayla əlaqələndirilmiş zərbə mexa-
nizmi var (zərbə nəticəsində yay açılır). Qumbaranın partlamasında,
bu mexanizm əsas rol oynayır. Belə ki, atılan qumbara müəyyən
zərbə ilə yerə düşür. Zərbə nəticəsində yay açılır. Zərbə vuran ox-
vari hissə kapsula toxunur, partlayıcı maddə alışır və ani bir vaxtda
partlayış əmələ gəlir. Bu əməliyyatlar isə fizikadan öyrədilən yayın
gərilmə qüvvəsi, onun riyazi yolla hesablanmasına əsaslanır. Yayın
gərilmə qüvvəsi (itələyici qüvvə) riyazi şəkildə ifadə olunmuş
düsturlarla hesablanır.
Əl qumbaralarının quruluşu və işləmə prinsipinin şagirdlərə
izahı zamanı fizika və riyaziyyat fənlərindən verilən məlumatlara
əsaslanmaq, bu məzmuna uyğun riyaziyyat və fizika məzmunlu hər-
bi çalışmalar hazırlamaq, onlardan əlaqəli şəkildə istifadə etmək
55
faydalıdır. Deyilənlər RQ-42 və F-1 əl qumbaraları ilə şagirdlərin
tanış edilməsi prosesinə də aiddir.
Fizika və riyazi biliklərdən istifadəyə daha çox imkan verən
bölmələrdən biri də “Hərbi topoqrafiya”dır. Bu imkanlar “topoqrafi-
ya” anlayışına, ibtidai hərbi hazırlıq üzrə dərs vəsaitində verilən
tərifdən də aydın görünür: “Topoqrafiya yer səthini həndəsi münasi-
bətdə və onu kağız üzərində təsvir etməklə plan və xəritə formasın-
da öyrənən elmdir” (59, s.277). Mövcud tədris proqramı və dərsli-
yin tələbinə görə “hərbi topoqrafiya ərazinin (yerin), relyefin öyrə-
nilməsi üsullarını, onun səmtinin təyin edilməsi və onunla yanaşı
qarşıya çıxan başqa sualların araşdırılmasını, ordunun, döyüşün ni-
zamlı təşkilində yerin səmtinin qiymətləndirilməsini, topoqrafik
xəritələrdən istifadə qaydalarını və müxtəlif hərbi tapşırıqların
yerinə yetirilməsində təyyarə çəkilişlərindən istifadə qayda və üsul-
larını öyrədir” (60, s.162). Məlumdur ki, hərbi topoqrafiya elmi
həndəsə, coğrafiya və astronomiya fənləri ilə çox sıx əlaqədardır.
Bu fənlərin verdiyi biliklərdən istifadə etmədən hərbi topoqrafiyanı
şagirdlərə düzgün və keyfiyyətli öyrətmək mümkün deyil. “Hərbi
topoqrafiya” bölməsində məktəblilər kompası və ondan istifadə
qaydasını da öyrənirlər. Onlar kompas vasitəsilə, cəhətləri təyin
etməli və düşmənin yerləşmə məntəqəsini və yaxud, öz hərəkət
istiqamətlərini cəhətlərə əsasən müəyyənləşdirməlidirlər. Kompasın
quruluşu, onun işləmə prinsipi (yerin maqnit qüvvəsinə əsasən),
kompasdan istifadə qaydası və kompasın köməyilə müxtəlif obyekt-
lərin yerləşmə koordinatlarının müəyyən edilməsi və s. kimi biliklər
şagirdlərə həm fizika, həm də astronomiya kurslarında verilir. Kom-
pasın əsas hissələri isə müxtəlif həndəsi fiqurlar formasındadır. O,
əks istiqamətli maqnit əqrəblərindən və üzərində dərəcələrlə bölgü-
ləri olan müstəvi şəkilli dairədən ibarətdir. Məktəblilərə riyaziyyat
kursundan məlumdur ki, hər bir bölgünün neçə dərəcə qəbul edil-
məsinə (bucaq miqyas vahidinin seçilməsinə) əsasən bölgülər üzə-
rində rəqəmlər qoyulur. Bölgü vahidlərinin seçilməsindən asılı ol-
mayaraq isə tam çevrə 360
0
olduğundan kompas üzərindəki bir tam
dövrə də 360
o
-lik bölgü olmalıdır. Coğrafiya dərsliyinə də topoq-
56
rafik xəritələr, onların tərtibi, riyazi yolla obyektlərin topoqrafik xə-
ritələrə köçürülməsi haqqında geniş məlumatlar salınmışdır. Hərbi
topoqrafiya isə coğrafiyada verilən bu biliklər üzərində qurulur. Ona
görə də, həm topoqrafik xəritələr və onların qurulması haqqında
coğrafiya və riyaziyyat fənlərindən öyrədilən, həm də kompasın
quruluşu və ondan istifadə qaydaları haqqında fizika, həndəsə, coğ-
rafiya və astranomiya fənlərindən alınan biliklərdən və bu biliklərlə
bağlı çalışmalardan hərbi topoqrafiya üzrə materialların tədrisində
daha əlverişli şəkildə istifadə etmək mümkündür.
Proqrama uyğun olaraq, cəhətləri təyin etmək üçün günəş və
saatdan da istifadə qaydaları haqqında şagirdlərə zəruri məlumatlar
çatdırılır. Bu qaydaların özü isə bucaq, bucağın gözəyarı ölçülməsi,
bucağın tənböləni kimi riyazi anlayışlarla sıx əlaqədardır. Ona görə
həmin hərbi anlayışları həndəsə kursundan mənimsənilmiş biliklərlə
daha sıx və keyfiyyətli şəkildə əlaqələndirmək; bu əlaqələri özündə
saxlayan həndəsə məsələlərinə də müraciət etmək; məsələlərin səmə-
rəli həll üsullarına əsaslanmaq yerinə düşər. Hərbi topoqrafiya böl-
məsinin digər mövzuları da (azimut üzrə hərəkət, topoqrafik xəritə
anlayışı, xəritədən istifadə) tamamilə həndəsə, cəbr, astronomiya,
fizika və coğrafiya fənləri ilə sıx əlaqədə qurulduğundan həmin
mövzulara uyğun olan məşğələlərin keçirilməsi zamanı şagirdlərin bu
fənlərdən öyrəndikləri uyğun biliklərə və məzmunu bu bilikləri əhatə
edən çalışmalara sistematik əsaslanmaq, onlardan səmərəli istifadəni
təşkil etmək mümkündür: Məsələn, V sinif riyaziyyat dərsliyində
verilən “İki müşahidəçi A və C nöqtələrində durmuşlar. Onların
arasındakı məsafə 1200 m-dir. Onlar düşmən batareyası yerləşən ye-
rin istiqamətini müəyyən etdilər: BAC=45
o
və BCA=65
o
(Şəkil 144).
1:20000 miqyasla plan düzəldərək A-dan B-yə qədər məsafəni tapın”
(63, s.160) çalışması buna nümunə ola bilər.
Beləliklə, şagirdlərin cəbr, fizika, riyaziyyat, coğrafiya, astro-
nomiya və s. ümumtəhsil fənnləri üzrə biliklərindən istifadəyə və bu
biliklərlə bağlı hərbi məzmunlu çalışmaların tərtibinə və ondan
istifadə edilməsinə mövcud proqram və dərsliklərdə imkan verən
əsas bölmələr “Sıra təlimi”, “Əsgərin döyüşdə davranış qaydaları”,
57
“Silahlar və atıcılıq hazırlığı”, “Hərbi topoqrafiya” və “Mülki mü-
dafiə”dir. Məktəblilərə döyüşdə davranış qaydaları üzrə biliklərin
verilməsində taktiki hazırlığın gücünə, quru qoşunları bölmələrinin
əsas döyüş əməliyyatlarının xarakterinə, hücum (müdafiə və
kəşfiyyat) zamanı əsgərə lazım olam bilik dairələrinə, tankla müba-
rizə priyomlarına, hərəkət edən düşmən təyyarə və vertolyotlarına
avtomatdan atəş açma qaydalarına aid fizika və riyazi çalışmaları
yerinə yetirməyi tapşırmaq olar (məsələn, “Tankın hündürlüyü 2,5-
m-dir. Qol tam açıldıqda tank şəhadət barmağı vasitəsilə örtülür.
Tanka qədər olan məsafə nə qədərdir?”).
“Silahlar və atıcılıq hazırlığı” bölməsində isə şagirdlər patronun
quruluşuna, güllənin gilizdən ayrılma prosesinə, onun hərəkət sü-
rətinə və təcilinə, güllələrin (avtomat və pulemyotlar üçün) başlanğıc
sürəti və enerjisinə, silahlardan atəş açma qaydalarına dair fizika və
riyazi biliklərdən, həmçinin fizika və riyazi məzmunlu çalışmalardan,
məsələlər və praktik tapşırıqlardan istifadə etmək mümkündür.
Digər bölmələrin də analoji təhlilindən belə bir ümumi nəticə-
yə gəlinir ki, gənclərin çağırışaqədərki hərbi hazırlığı üzrə həm təd-
ris proqramında, həm də dərslikdə şagirdlərin digər ümumtəhsil fən-
ləri üzrə biliklərindən daha səmərəli istifadə etməyə, hərbi məzmun-
lu fizika və riyazi çalışmaların tərtibinə və onların həllindən təlim
prosesində istifadəyə geniş imkan vardır. Güman edirik ki, bu
imkanlardan səmərəli istifadə etmək həm gənclərin çağırışaqədərki
hazırlığı fənninin, həm də fizika, riyaziyyat və s. fənlərin tədrisi
keyfiyyətinin yüksəlməsinə müsbət təsir göstərməlidir.
Dostları ilə paylaş: |