1.4. Mövzu baxımından metodik ədəbiyyatın təhlili
Bildiyimiz kimi, gənclərin çağırışaqədərki hazırlığı fənni
ümumtəhsil məktəblərimizdə hazırda tədris olunan əsas və xüsusi
əhəmiyyət daşıyan fənlərdən biridir. Lakin digər tədris fənlərindən
fərqli olaraq, bu fənn tədqiqatçılar tərəfindən az öyrənilmiş, fənnin
tədrisi metodikası başqa fənlərə baxanda demək olar ki, işlənməmiş-
dir. Odur ki, fənnin tədrisi prosesinə aid olan ədəbiyyat azlıq təşkil
58
edir. Keçmiş ittifaq miqyasında ibtidai hərbi hazırlığın tədrisi
prosesinə aid bir qrup ədəbiyyata rast gəliriksə, Azərbaycan dilində
bu fənnin tədrisi metodikasına aid yalnız bir neçə metodik tövsiyəyə
və jurnal (“Məktəbdə bədən tərbiyəsi” və 1993-cü ildən nəşr olunan
və cəmi iki ildə altı nömrəsi çıxmış “Hərbi bilik” hərbi elmi-nəzəri
publisistik jurnallardakı) məqaləsinə rast gəlmək mümkündür ki,
bunlar da ibtidai hərbi hazırlıq məşğələləri üzrə qabaqcıl iş təcrübə-
sinin ümumiləşdirilməsinə aiddir.
Son illərdə “Humanitar elmlərin öyrədilməsinin aktual prob-
lemləri” adlı Ali məktəblərarası elmi məqalələr məcmuəsində, Gən-
cə Dövlət Universitetinin, Respublika Təhsil Problemləri İnstitutu-
nun və Azərbaycan Pedaqoji Universitetinin elmi əsərlərində gənc-
lərin çağırışaqədərki hazırlığı fənninin tədrisi ilə bağlı hərdənbir el-
mi məqalələrə təsadüf edilir.
Həm keçmiş ittifaqda, həm də respublikamızda dərc olunmuş
ədəbiyyatlar tədqiq olunan problemin, yəni gənclərin çağırışaqə-
dərki hazırlığı (ibtidai hərbi hazırlıq) kursunun digər ümumtəhsil
fənlərilə əlaqəli tədrisi problemlərinin həlli vəziyyətini müəyyənləş-
dirmək baxımından geniş təhlil edilmişdir. Metodik ədəbiyyatın bir
qismində şagirdlərin fizika və riyazi biliklərindən, digər qrupunda
coğrafiya və astronomiyaya aid biliklərindən, bəzilərində isə əmək
təliminə aid biliklərindən istifadə məsələlərinə rast gəlmək olur.
İbtidai hərbi hazırlıq materiallarının fizika və riyaziyyat üzrə
biliklərlə əlaqələndirilməsi, o cümlədən, riyazi və fizika məzmunlu
hərbi çalışmalar və onlardan istifadə məsələsi metodiki ədəbiyyatın
bir qismində geniş, bir qismində isə nisbətən az da olsa öz ifadəsini
tapmışdır.
Müəlliflərdən K.E.Şvidçenko və A.F.Laxin “İbtidai hərbi
hazırlıq üzrə metodiki vəsait” əsərində göstərirlər ki “Hərbi hazırlıq
məşğələlərində fənlərarası əlaqənin nəzərə alınması, məktəbdə hərbi
işin daha möhkəm və dərin öyrədilməsi üçün vacib şərtdir” (43,
s.7).
Daha sonra müəlliflər hərbi rəhbərə məsləhət görürlər ki,
ibtidai hərbi hazırlıq üzrə bütün məşğələlərin keçirilməsi zamanı
yuxarı sinif şagirdlərinin ümumtəhsil fənlərindən mənimsədikləri
59
biliklərdən müntəzəm istifadə etsinlər və bu fənləri, xüsusən tarix
və təbiətşünaslıq, coğrafiya və bədən tərbiyəsini tədris edən müəl-
limlərlə, hərbi-texniki hazırlıq və mülki müdafiə bölməsində fizi-
kanı, kimyanı və digər texniki fənləri tədris edən müəllimlərlə sıx
əlaqə saxlasınlar (43, s.7). Lakin bu əsərdə konkret olaraq digər
ümumtəhsil fənləri ilə ibtidai hərbi hazırlıq fənlərinin əlaqəli tədrisi
nümunələrinə toxunulmur və hərbi məşğələlərdə fizika və riyazi
məzmunlu hərbi çalışmalardan istifadənin yolları araşdırılmır.
A.M.Kuprin, A.N.Kovalenko, A.M.Morozov ibtidai hərbi
hazırlıq məşğələlərinin riyaziyyatla əlaqələndirilməsinə geniş yer
ayırmış və bunu “Topoqrafik hazırlığın metodikası” (44, s.23)
kita-
bında işıqlandırmışlar. Əsər hərbi topoqrafik məşğələlərin təşkilinə
və onun daha keyfiyyətli keçirilməsinə xidmət göstərir. Kitab 7
fəsildən ibarətdir ki, bu fəsillərin də hər birində fizika və riyazi
məlumatlardan istifadə bu və ya digər dərəcədə öz əksini tapır.
Məsələn, “Topoqrafik xəritələrin öyrədilməsində məşğələlərin keçi-
rilmə metodikası” fəslində müəlliflər qeyd edirlər ki, topoqrafik
xəritələrin öyrədilməsi hərbi topoqrafiya fənninin başlıca bölmələ-
rindən biridir. O, aşağıdakı əsas mövzulardan ibarətdir:
- Topoqrafik xəritələrin nomenklaturası və təsnifatı, onun
həndəsi gücü;
- xəritə üzərində ölçmə;
- xəritədə obyektlərin yerləşmə vəziyyətinin təsviri;
- xəritədə relyeflərin təsviri.
Əsərdə göstərilir ki, bu mövzunun öyrədilməsi prosesində to-
poqrafik xəritələr proyeksiya, ölçü və digər riyazi anlayışlarla əla-
qəli şəkildə mənimsədilməlidir. Müəlliflər məsləһət görürlər ki,
1:25000 miqyasla tərtib olunmuş xəritələrdə məsafənin ölçülməsi
zamanı əvvəlcə miqyas və onların xəritədə rolu aydınlaşdırılmalı,
mustəqil tapşırıqlar formasında digər xəritələrin miqyası bu miqyas-
la müqayisə etdirilməlidir. Yalnız bundan sonra 1 km və bundan
çox olan məsafələrin xəritədə ölçülməsi işinə başlamaq olar. Bu
zaman məsafələrin xəritədə ölçülməsi zamanı yol verilən orta xətanı
60
һesablamağı tələb edən tapşırıqların verilməsi və onun aşağıdakı
riyazi düsturla һesablanması məqsədə uyğun һesab edilir.
n
Δ
...
Δ
Δ
Δ
n
2
1
or
Burada
1
,
2
, …,
n
-lər xəritədə iki nöqtə arasında olan
dəqiq məsafə ilə ölçmə zamanı alınan məsafələrin fərqidir. n-isə
ölçmənin sayıdır. Xəritədə məsafələrin xətkeş vasitəsilə ölçül-
məsində isə müəlliflər belə bir yol təklif edirlər: 1:100 000 miqyaslı
xəritədə millimetrlərlə ölçülən məsafə (məsafəni göstərən ədəd)
vurulur 100-ə və nəticədə һəqiqi məsafə alınır və bu məsafə
metrlərlə ifadə olunur. Məsələn, xəritədə məsafə 72 mm-dirsə, onda
yer üzərində olan һəqiqi məsafə 72∙100 = 7200m olacaqdır. Daһa
sonra məsləһət görulür ki, müxtəlif miqyaslı xəritələr üzərində
məsafələrin ölçülməsi daһa əlverişli һesablama priyomlarının tətbi-
qi vasitəsilə aparılsın. Bu priyomlardan biri ondan ibarətdir ki, əgər
topoqrafik xəritələr 1:50000 və 1:200000 miqyaslıdırsa, onda milli-
metrlərlə ölçülən məsafə birinci xəritələr üçün yarıya bölünür, ikinci
xəritələr üçün isə iki dəfə artırılır (yəni 2-yə vurulur). Bu yolla
alınan nəticələr 100-ə vurulur və yer uzərindəki һəqiqi məsafə
һesablanır. Məsələn, 1:50000 miqyaslı xəritədə məsafə 93 mm-ə
bərabərdirsə, onda xəritədəki һəmin məsafə yer üzərində olan һəqiqi
4650 m məsafəyə (93:2∙100=4650 m) uyğun gələcəkdir. 1:200000
miqyaslı xəritə üzərindəki 93 mm məsafəyə isə yer üzərində 18600
m-k (93∙2∙100 = 18600) һəqiqi məsafə uyğun olacaqdır.
Müəlliflər bütün vəsait boyu riyazi anlayışlardan və tapşırıq-
lardan muntəzəm istifadə edir, һər bir һərbi anlayışı riyazi qayda və
qanunlara əsaslanaraq aydınlaşdırmağa daһa çox meyl göstərirlər.
Əsərdə adları çəkilən əsas riyazi anlayışlar bunlardır: müxtəlif
һəndəsi fiqurlar, onların quruluşu və ölçüləri, һəndəsədə və fizikada
istifadə olunan müxtəlif ölçü vahidləri (mm, sm, m, km,
san
km
,
san
m
,
m
2
, sm
2
və s), təqribi qiymət, ədədi orta, ədədin mütləq qiyməti,
hesabi kök, hesab əməlləri və onların yerinə yetirilmə ardıcıllığı,
kəsr, tamdən kəsrin çıxılması, sonlu cəm, onun rəmzi işarəsi və s.
61
Müxtəlif naviqasiya aparatlarından istifadə etmənin öyrədilməsi
zamanı da riyazi düsturlara əsaslanılır. Aparaturada direksion
bucağı
00
30
α
or
bus
A
düsturu ilə (səh. 94) hesablanır.
Ümumiyyətlə, vəsaitdə qiymətli fikirlər çoxdur və onlardan
ibtidai hərbi hazırlıq məşğələlərinin məzmununa uyğun fizika və ri-
yazi tapşırıqların tərtibi və həlli metodikasının hazırlanması zamanı
istifadə etmək əlverişlidir. Lakin əsər Ali hərbi məktəblərdə zabit-
lərin hazırlanmasına kömək məqsədilə yazılmışdır. Ona görə də
burada ümumtəhsil məktəblərinin ibtidai hərbi hazırlıq və riyaziyyat
kursları üzrə tədris proqramları və dərsliklərinin məzmunu, eləcə də
şagirdlərin riyaziyyat üzrə bilik səviyyələri nəzərə alınmamışdır.
Bundan başqa, vəsaitdə öz əksini tapan fizika və riyazi məzmunlu
hərbi çalışmaların həlli metodikasını da qeydsiz-şərtsiz orta məktəb-
lərə tətbiq etmək olmaz.
Məktəb fizika və riyaziyyat kursu ilə ibtidai hərbi hazırlıq
məşğələlərinin əlaqələndirilməsinə dair respublikada elmi-tədqiqat
işləri hələ 1943-cü ildə aparılmış və dövrü üçün çox əhəmiyyətli
nəticələr alınmışdır. Bu sahədə professorlardan A.Q.Abaszadənin və
B.Q.Pobedinskinin tədqiqatları xüsusilə diqqəti cəlb
edir.
A.Q.Abaszadənin “Fizika təlimində hərbi texnika elementləri” (64)
adlı iki hissəli kitabı Sovet İttifaqının faşist Almaniyası ilə apardığı
azadlıq müharibəsi dövründə yazılmış və nəşr olunaraq məktəbləri-
mizə çatdırılmışdır. Əsəri öz dövrü üçün xüsusi əhəmiyyət daşıyan
metodik vəsait hesab etmək olar. Burada müəllif fizika dərslərini
ölkə müdafiəsilə əlaqələndirmənin elmi əsaslarını göstərmiş və
"Hərbi texnika nümunələrinin fizikası"nı işləmişdir. Əsər "Mexani-
ka", "İstilik", "Elektrik" və "Optika" adlanan 4 bölmədən ibarətdir.
"Mexanika" bölməsində müəllif qeyd edir ki, təzyiq haqqında
məlumat verilərkən, yaxşı olar ki, zirehli avtomobillərin və tankın
yerə və qarşıdakı maneəyə etdiyi təzyiq, düşmən tankı ilə mübarizə
üsulu şagirdlərə aydınlaşdırılsın. Müəllif bu işin metodikasını da
vermiş və fizikadan məsələ həlli prosesində bunları həyata keçir-
mənin yollarını göstərmişdir.
62
Əsərdə atmosfer təzyiqi, maye və qaz içərisində olan cismə
təsir edən qüvvələr, mexaniki hərəkət, bərabərsürətli hərəkət, inersi-
ya, sürtünmə qüvvəsi, qüvvənin gördüyü iş, enerji və s. kimi fizi-
kaya dair anlayışların səmərəli tədris olunması məqsədilə, müəllif
bir sıra tövsiyələr irəli sürür, həmin anlayışlarla bağlı olan hərbi an-
layışların məzmununu və onun öyrədilmə yollarını göstərir. Kitabın
"İstilik", "Elektrik" və "Optika" bölmələrində də hərbiyə dair müva-
fiq bilik və bacarıqların məzmunu və tədrisi metodikası verilir.
Ümumiyyətlə, tədqiq olunan problem baxımından yanaşdıqda onu
demək olar ki, əsər respublikada fizika və hərbi biliklərin əlaqələn-
dirilməsinə həsr edilmiş ilk kitabdır və fizika dərslərində şagirdlərə
hərbi bilikləri mənimsətməyə xidmət göstərən əhəmiyyətli metodik
vəsaitdir. Kitabın nəşrindən 70 ildən artıq bir dövr keçməsinə bax-
mayaraq o, öz dəyərini itirməmişdir. Vəsait fizika və ibtidai hərbi
hazırlıq fənlərinin əlaqəli tədrisi ilə bağlı tədqiqatçılara indi də
lazımi istiqamət verə bilər.
Hazırki orta məktəb fizika proqramı və dərslikləri 1942-ci il
proqramı və dərsliyindən həm məzmun, həm də saatların miqdarına
görə əsaslı surətdə fərqlənir. Kitab isə 1942-ci il fizika proqramı və
dərsliyi əsasında yazılmışdır. Ona görə də irəli sürülən metodiki
göstərişləri hazırda olduğu kimi fizika təliminə tətbiq etmək müm-
kün deyil.
Ən başlıcası isə, tədqiqatda müəllifin əsas məqsədi orta mək-
təb fizika kursunun tədrisi prosesində şagirdləri ölkə müdafiəsinə
hazırlamaqdan ibarət olmuşdur.
Bizim tədqiqatda isə, əsas məqsəd məktəbliləri gənclərin çağı-
rışaqədərki hərbi hazırlığı məşğələlərində ümumtəhsil fənnləri üzrə
biliklərdən istifadəyə, müasir hərbi anlayışların məzmununa uyğun
fizika və riyazi tapşırıqların tərtibinə və həllinə daha səmərəli hazır-
lamaqdır.
Prof. B.Q.Pobedinski “Hərbi topoqrafiyanın əsas məsələləri-
nin öyrənilməsinə orta məktəb rəsmxət və matematika kursunun tət-
biqi” (Bakı, Azərnəşr, 1942) adlı kitabçasında hərbi işin əsasla-rının
öyrədilməsi zamanı bu məsələni qismən həll etmiş, hərbi topoqrafi-
63
ya ilə tanışlıq zamanı şagirdlərin həndəsə və rəsmxət fənlərindən
aldıqları biliklərdən istifadə məsələsinə toxunmuşdur. Müəllif məs-
ləhət bilir ki, «Hərbi texnika məsələlərinin bir qismi əsas predmetlə-
rin (rəsmxət, qeometriya), həmçinin azaltmamaq və əsas məqsədlə-
rini dəyişməmək şərtilə bu predmetlərə daxil edilə bilər, bir qismi
də matematika dərnəklərində keçilə bilər» (65, s.3). Bundan başqa
o, istifadə etdiyi riyazi biliklərin məzmununu və bunu necə keçmək
lazım olduğunu da araşdırır (65, s.4). Müəllif şagirdlərin rəsmxət və
həndəsə fənlərindən öyrəndikləri aşağıdakı materiallarla əlaqədar
olaraq hərbi topoqrafiyanın öyrədilməsini belə təklif edir:
a) masştab;
b) ədədi, xətti en və normal masştablar;
v) ədədi masştabdan xətti masştaba və tərsinə keçmək;
q) karta masştablarını bir xətti ölçü sistemindən başqasına
keçirmək;
ğ) karta masştabını təyin etmək;
d) yerölçmə planlarının çəkilməsi üçun qəbul edilmiş əsas
şərti işarələri çəkmək;
e) masştabı dəyişmək və ən çox tipik şərti işarələri qeyd et-
məklə yer parçası planının surətini köçürmək. Çertyoju tuş ilə
çəkmək və rəngləmək;
ə) planda ədədləri qeyd etməklə hundürlükləri və dəyişikliklə-
ri işarə etmənin qaydaları (65, s.4).
Müəllif bu məsələlərin həp birinin rəsmxət dərsində hərbi
topoqrafiya ilə sıx əlaqədar öyrənilməsi qaydasını da göstərir. Lakin
bu əsər də Sovet İttifaqı ilə Faşist Almaniyası arasındakı müharibə
dövründə yazılmışdır. Ona görə də yalnız 1940-ci illərdəki riyaziy-
yat və rəsmxət proqramlarının materialları və məzmunu, onlara
təlim prosesində verilən saatların miqdarı nəzərə alınmışdır. Meto-
dika da bütün buna əsasən hazırlanmışdır. O vaxtkı riyaziyyat və
rəsmxət proqramları hazırkı proqramlardan keyfiyyət və formaca
fərqləndiyindən həmin metodika bu gün ozünü doğrultmur. Həmçi-
nin prof. B.Q.Pobedinski müharibə illərində hərbi topoqrafiyanın
riyaziyyat və rəsmxət dərslərində öyrədilməsi məsələlərindən da-
64
nışır. Müəllif o vaxtkı hərbi dərslərin keçilməsi prosesinə nüfuz et-
məmiş və bu məşğələlərin təşkili zamanı məktəblilərin riyazi bilik-
lərindən və riyazi məzmunlu çalışmalardan istifadə yollarını araşdır-
mamışdır.
Fənlərarası əlaqə probleminə A.A.İbrahimbəyli də toxunmuş,
hərbi məşğələlərin məzmunu ilə digər tədris fənlərinin, xüsusən ana
dili, tarix, riyaziyyat, fizika, coğrafiya və s. fənlərin əlaqəsinin
mümkünlüyünü və onun əhəmiyyətini xüsusi qeyd etmişdir (66,
s.5). Lakin müəllif riyazi çalışmalardan ibtidai hərbi hazırlıq məşğə-
lələrində istafadənin yerini, məzmununu, onun sistemini və həlli
metodikasını hazırlamamışdır.
XX əsrin 70-90-cı illərində respublikamızda yeniyetmə gənc-
lərin ordu sıralarında hərbi xidmətə hazırlanmasının müxtəlif prob-
lemlərinin tədqiqi professor Xəlil Qənimət oğlu Fətəliyevin adı ilə
bağlıdır. Bu problemlər alimin həm ozü, həm də onun rəhbərliyi
altında işləmiş yetirmələri tərəfindən geniş tədqiq olunmuşdur.
“Orta ümumtəhsil məktəblərində hərbi-vətənpərvərlik tərbiyəsinin
nəzəriyyə və praktikası” mövzusundakı doktorluq dissertasiyasında,
həmçinin eyni mövzüda nəşr etdirdiyi kitabında (68) müəllif hərbi-
vətənpərvərlik tərbiyəsi işinin məzmunu, məktəblərdə aparılmasının
forma və metodlarını, onun elmi-pedaqoji əsaslarını, məktəblilərin
hərbi xidmətə hazırlanmasının forma və məzmununu kommunist
ideologiyası baxımından müəyyənləşdirmişdir. Prof. X.Q.Fətəliyev
“Məktəbdə hərbi-vətənpərvərlik tərbiyəsi” (Bakı, 1987) adlı digər
əsərində hərbi-vətənpərvərlik tərbiyəsinin əhəmiyyəti və vəzifələri-
ni, fəlsəfi, pedaqoji və psixoloji əsaslarını, bu işin təşkilinin forma,
prinsip və üsullarını, həmçinin hərbi-vətənpərvərlik tərbiyəsində
hərbi rəhbərin işinin əsas istiqamətlərini tamam yeni formada peda-
qoji elmə gətirmişdir. Qeyd etdiyimiz əsərin “İctimai-humanitar
fənlərdə hərbi-vətənpərvərlik tərbiyəsi” sərlövhəli bölməsində orta
umumtəhsil məktəblərinin humanitar, o cumlədən I-II-III siniflərin
ana dili, rus dili, VIII-X siniflərin ədəbiyyat, tarix, musiqi fənləri
üzrə dərsliklərdə verilən materiallar mövzu baxımından araşdırılıb,
geniş təhlil olunub və bu fənlərin tədrisi zamanı şagirdlərin hərbi-
65
vətənpərvərlik tərbiyəsi işinin təşkili göstərilib. Müəllifin çoxsaylı
elmi məqalələrində də bu problem özünün geniş və hərtərəfli həllini
tapıb. Bu əsərlərdə aparılan ümumiləşdirmədən və işin təşkilinin
pedaqoji və metodiki prinsiplərindən humanitar fənlərin tədrisi
prosesində istifadə etmək faydalıdır. Prof. X.Q.Fətəliyevin rəhbərlik
və opponentlik etdiyi bir çox dissertasiya əsərlərində (69) də mək-
təblərdə hərbi-vətənpərvərlik tərbiyəsinin çoxşaxəli problemləri
müvəffəqiyyətlə həll edilmişdir.
Göründüyü kimi, hərbi-vətənpərvərlik tərbiyəsi istiqamətində
nəzərdən keçirdiyimiz bütün bu tədqiqat əsərləri qarşımıza qoydu-
ğumuz problemə, yəni gənclərin çağırışaqədərki hazırlığı (ibtidai
hərbi hazırlıq) kursunun ümumtəhsil fənlərilə əlaqəli tədrisi proble-
minə nisbətən yaxın tədqiqat işləridir. Ona görə də ibtidai hərbi
hazırlıq kursunun fizika, kimya, riyaziyyat, coğrafiya və s. fənlərlə
qarşılıqlı əlaqəli tədrisi probleminin həlli zamanı yeri gəldikcə
onlardan istifadə etmək zəruriyyəti yaranır.
Gənclərin çağırışaqədərki hazırlığı (İbtidai hərbi hazırlıq)
məşğələlərində fənlərarası əlaqənin nəzərə alınmasına “Hərbi to-
poqrafiya üzrə metodik məsləhətlər” (70) kitabçasında da diqqət ye-
tirilir. Kitabçada göstərilir ki, hərbi rəhbər “Hərbi topoqrafiyanın
öyrədilməsi məsələsinin muvəffəqiyyətlə həllinə yalnız bütün məş-
ğələlərin coğrafiya fənni ilə olan əlaqəsindən düzgün istifadə et-
məklə nail ola bilər. Ona görə də hərbi rəhbər 5, 7, 9, 10-cu siniflə-
rin coğrafiya proqramı ilə yaxından tanış olmalı və coğrafiya müəl-
limi ilə sıx əlaqə saxlamalıdır (70, s.4). Bundan əlavə, qeyd edilir
ki, “hərbi topoqrafiya məşğələləri üçün hər bir şagirdin planşeti,
kompası, vizir xətkeşi, transportiri, karandaşı və tədris xəritəsi
olmalıdır” (70, s.3). Bu alətlərdən planşet, vizir xətkeşi, transportir
həndəsədən, kompas fizika və astronomiyadan, tədris xəritəsi isə
tarix və coğrafiyadan şagirdlərə daha yaxşı məlumdur. Hərbi topoq-
rafiyanın tədrisi prosesində isə həmin alətlərdən istifadə zamanı
məktəblilərin bu alətlərlə əlaqədar astronomiya, həndəsə, tarix və
coğrafiyadan öyrəndikləri biliklərə əsəslanmamaq olmaz. Ona görə
də, müəllifin qeyd etdiyi kimi, hərbi rəhbər hərbi topoqrafik
66
məşğələlərin yalnız coğrafiya fənni ilə deyil, həmçinin həndəsə,
fizika, astronomiya və tarix fənləri ilə əlaqəsinə də geniş yer vermə-
li, lazım gəldikdə şagirdlərin bu fənlərdən qazandıqları biliklərdən
istifadə etməlidir.
1979-cu ildə Azərbaycan Respublikası Maarif Nazirliyinin
nəşr etdiyi «Atəş hazırlığı üzrə məşğələlərin təşkili və keçirilməsi
üçün metodik tövsiyələr» kitabçasında müəllif, polkovnik E.Q.Rüs-
təmov da hərbi hazırlıq dərslərində fənlərarası əlaqənin rolunu
yüksək qiymətləndirir və şagirdlərin riyazi biliklərindən geniş istifa-
dəni məqsədəuyğun hesab edir. O, «Odlu əl silahlarından atəş
açmanın əsasları» mövzusunun plan-konspektini verir, güllənin
başlanğıc sürətinin və lülədə güllənin hərəkətinin öyrədilməsinə 10
dəqiqə vaxt ayırmağı lazım bilir. Müəllif bu anlayışı şagirdlərin
fizika və riyaziyyatdan yiyələndikləri biliklərə əsaslanaraq aydınlaş-
dırır. O, hazırlıq üzrə məşğələdə belə bir məzmunun verilməsini
məqsədəuyğun sayır: Güllənin ilk anda hərəkətə başlayarkən əldə
etdiyi sürət onun başlanğıc sürəti adlanır. Güllənin başlanğıc sürəti
saniyədə metrlərlə (m/san) ölçülur. AKM silahları üzrə başlanğıc
sürət 715 m/san-yə, TOZ-8 və TOZ-12 silahları üçün isə 310 m/sa-
niyəyə bərabərdir (71, s.8). Müəllif göstərir ki, güllənin başlanğıc
sürəti bir neçə amildən asılıdır. Özu də bu asılılıq funksional asılı-
lıqdır. Başlanğıc sürətin dəyişməsindən asılı olaraq, güllənin uzaq-
lığa uçma məsafəsi, düzünə atəşin uzaqlığı dəyişir. Eyni zamanda
kənardan edilən təsirlərin nəticəsində güllə öz hərəkət sürətini və
irəliyə hərəkət istiqamətini dəyişir. E.Q.Rustəmov bu asılılıqları
məşğələlərin keçirilməsi zamanı nəzərə almağı və onu şagirdlərə
mənimsətməyi məsləhət görür. Kitabçada güllənin başlanğıc enerji-
sini də hesablamağı məktəblilərə öyrətməyin metodikasına toxu-
nulur. Qeyd olunur ki, lülədən çıxan zaman güllənin malik olduğu
enerji onun başlanğıc enerjisi adlanır. Uçan güllə bu enerjini öz
hərəkəti nəticəsində əldə etdiyindən o, kinetik enerjidir və həmin
enerji aşağıdakı dusturla hesablanır:
2
mV
E
2
67
Burada, m (güllənin kütləsi)=
g
q
; q - güllənin çəkisi,
g - sərbəstdüşmə təcilidir:
2
san
m
9,8
g
Buradan görunür ki, güllənin lülədə hərəkəti müntəzəm artan,
lakin lülədən çıxandan sonra əksinə, tədricən (muntəzəm) azalan
hərəkətdir (71, s.9). Beləliklə, «Güllənin başlanğıc sürəti və onun
lülədə hərəkəti» ilə tanışlıq zamanı şagirdlərin fizika və riyaziyyat-
dan qazandıqları biliklərə müraciət olunur. Həmin biliklər əsas
etibarilə məktəblilərin fizika fənni üzrə artan və azalan hərəkət,
başlanğıc sürət, sürtünmə qüvvəsi (lülənin divarlarına), muqavimət
qüvvəsi (güllə lülədən çıxandan sonra havanın müqavimət qüvvəsi
ilə rastlaşır), cismin kütləsi, çəkisi, kinetik enerjisi, sərbəstdüşmə
təcili, onun ədədi qiyməti (9,8 m/san
2
); riyaziyyat fənni üzrə isə düz
və tərs mütənasib asılılıqlar, adi kəsrlərlə ifadə olunmuş bərabərlik-
lər, onun xassələri, onluq kəsrlər, bucaq, bucağın dərəcələrlə ölçül-
məsi (məsələn, 15-ci səhifədə), ədədin qüvvəti və s. kimi anlayışlar-
dan ibarətdir. Tədqiq olunan məsələ baxımından müəllifin bu işini
müsbət qiymətləndirmək olar və yeri gəldikcə ondan istifadə etmək
lazım gələcəkdir. Lakin bütün bunlarla yanaşı göstərməliyik ki,
əsərdə ibtidai hərbi hazırlıq məşğələlərində fizika və riyaziyyatdan
əldə olunmuş biliklərə əsaslanmaq məsələsini işləmək konkret
şəkildə qarşıya məqsəd qoyulmadığından müəllif problemin həllinə
ötəri toxunmuş, problem öz konkret həllini tapmamışdır.
Hərbi biliklərin öyrədilməsi məqsədi ilə fənlərarası əlaqələrin
nəzərə alınması problemi görkəmli kimyaçı, alim-pedaqoq İ.C.Al-
verdiyevin də tədqiqat obyekti olmuşdur. Onun “Pedaqoji universi-
tetlərdə kimyanın tədrisində hərbi biliklərin verilməsi” adlı disserta-
siyası (32), “Kimyadan müstəqil işlərin təşkilində tələbələrə hərbi-
vətənpərvərlik hisslərinin aşılanması” adlı monoqrafiyası (33) son
illərdə fənlərarası əlaqə probleminin həllinə həsr olunmuş ən dəyərli
elmi-tədqiqat işləridir. Müəllif kimya kursunun hərbi hazırlıq kursu
ilə əlaqəli tədrisi imkanlarını, kurslararası qarşılıqlı əlaqənin təşkili
və həyata keçirilməsi yollarını; kimya kursu üzrə dərnək məşğələlə-
68
rində hərbi biliklərin verilməsi metodikasını; kimya kursu üzrə eks-
kursiyalar zamanı hərbi biliklərin öyrədilməsi metodikası; tələbələ-
rin orta məktəblərdə hərbi işlər üzrə keçirəcəyi tədbirlərin təşkilinə
hazırlanması işinin metodik sistemini müəyyənləşdirmişdir. Təqdi-
rəlayiq haldır ki, İ.C.Alverdiyev orta məktəb kimya kursunun məz-
mununa aşağıdakıları daxil etməyi və mülki müdafiə üzrə hərbi
biliklərin verilməsini bu məzmunla əlaqələndirməyi məqsədə uyğun
sayır: “Atom bombaları iki tiplidir: atom və hidrogen bombaları.
Atom bombaları U
235
ilə Pu
239
izotoplarının parçalanmasından ayrı-
lan enerjiyə əsaslanır. Hidrogen bombaları isə termonüvə reaksiya-
larına əsaslanır. Bunun iki növü vardır:
1.
Maye halında deyterium ilə tritiumun qarşılıqlı nüvə reak-
siyası:
1
H
2
+
1
H
3
=
2
He
4
+
0
n
1
(10
8
kkal./mol)
2.
Li
6
+
1
H
2
2
He
4
+
0
n
1
(5∙10
8
kkal./mol)
Li
7
+
1
H
2
2
He
4
+
0
n
1
(3∙10
8
kkal./mol)
Hidrogen bombasında detenator rolunu adi uran və ya plu-
tonium bombası oynayır. Bombanın partlayışı saniyənin milyonda
biri ərzində baş verir və mərkəzində 10-20 milyon dərəcə istilik
əmələ gətirir. Nüvə silahı müasir dövrün ən dağıdıcı silahı hesab
olunur” (32, s.146).
Onun fikrincə kimyanın tədrisi prosesində tələbələrə hərbi
biliklərin öyrədilməsini aşağıdakı istiqamətlərdə aparmaq daha
məqsədəmüvafiqdir: pirotexnikada hərbi məqsədlər üçün istifadə
edilən maddələrin öyrədilməsi; atom, neytron, istilik-nüvə silahları-
nın təsiredici amillərinin, onlardan fərdi və kimyəvi mühafizə qay-
daları ilə tələbələrin tanış edilməsi (32, s. 125).
Göründüyü kimi, İ.C.Alverdiyevin elmi-nəzəri ideyaları orta
məktəblərdə də kimyanın hərbi biliklərlə əlaqəli tədrisi baxımından
çox böyük nəzəri və əməli əhəmiyyət daşıyır.
Gəncə Dövlət Universitetinin Gənclərin çağırışaqədərki hazır-
lığı və mülki müdafiə kafedrasının müdiri, dos. Ələddin Hətəm oğlu
Məmmədov tərəfindən fənlərarası əlaqə problemi ilə bağlı uzun
müddətdir ki, həm özü, həm də onun rəhbərliyi altında kafedranın
69
bir neçə əməkdaşı tərəfindən əsaslı tədqiqatlar aparılır. Gənclərin
çağırışaqədərki hazırlığı və mülki müdafiə fənninin tədrisi sa-
həsində fundamental nəticələr əldə etmiş, istedadlı alimin “İbtidai
hərbi hazırlıq kursunun ümumtəhsil fənləri ilə əlaqəli tədrisinə dair”
(Bakı, 1998), “Fizikanın mülki müdafiə üzrə anlayışların izahında
yerı” (Bakı, 1999), “İbtidai hərbi hazırlıq dərslərində fənlərarası
əlaqə” (Bakı, 2000), “Kəşfiyyata dair hərbi biliklərin öyrədilmə-
sində fənlərarası əlaqədən istifadə” (Bakı, 2007), “Gənclərin çağırı-
şaqədərki hazırlığı üzrə keçilən dərslərin forma və metodları, onla-
rın təşkilinə qoyulan tələblər” (Gəncə, 2010) adlı məqalələri tədqiq
etdiyimiz problem baxımından çox dəyərli elmi-pedaqoji material-
lardır, tədqiqatımızda müəyyən qədər həmin materiallara müraciət
olunmuşdur.
Tədqiq olunan problemlə bağlı Respublikamızda aparılmış
elmi-tədqiqat işlərindən biri də müəllifin (prof. Ş.T. Tağıyevin) elmi
rəhbərliyi ilə Q.B. Bəylərovun yazdığı və uğurla müdafiə etdiyi dis-
sertasiya əsəridir (94). Müəllif “Orta məktəb fizika kursunun ibtidai
hərbi hazırlıq fənni ilə əlaqəli tədrisi problemi” adlı dissertasiya
əsərində problemin elmi-redaqoji və psixoloji əsaslarına aydınlıq
gətirmiş, fizikanın tədrisində fənlərarası əlaqə prinsipinin tətbiqinə
verilən didaktik tələbləri yeni təkliflərlə zənginləşdirmiş, fizikanın
problem baxımından tədrisi təcrübəsini təhlil eərək ümumiləşdir-
mişdir. O, fizikadan təlim prosesində hərbi texniki xarakterli nəzəri
materialların və məsələlərin verilməsi metodikasını ilk dəfə olaraq
belə geniş işləmişdir. Şübhəsiz ki, Q.B. Bəylərovun bu tədqiqat işi
nəzəri və praktik əhəmiyyət kəsb etməklə bərabər, pedaqoji nəzəriy-
yəni zənginləşdirməklə bərabər, həm də şagirdlərin hərbi vətənpər-
vərlik tərbiyəsinin təşkili istiqamətində mühüm rol oynayır. Müəlli-
fin əsas ideyaları fizikanın tədrisi prosesi ilə bağlı olduğundan əks
əlaqə tədqiqata cəlb olunmayıb, hərbi materialların tədrisində fizika
fənnindən istifadənin imkan və yolları araşdırılmamışdır.
İbtidai hərbi hazırlıq fənninin digər tədris fənlərilə əlaqəli təd-
risi problemi ilə bu və ya digər dərəcədə bağlı olan ədəbiyyatlara
keçmiş İttifaqın bir sıra respublikalarının nəşrlərində də rast gəlmək
70
mümkündür. Belə ki, Estoniyada çıxan «Nıukoqude kool»
(Sovet-
skaya şkola) jurnalında dərc olunan “İbtidai hərbi hazırlıq dərslə-
rində fənlərarası əlaqə” (22) adlı məqalə buna nümunədir. Məqalə
müəllifləri fənlərarası əlaqə ilə bağlı hərbi rəhbərin fəaliyyətinin
aşağıdakı cəhətlərin üstünlük verməyi görürlər: 1. Hərbi rəhbərin di-
gər tədris fənn muəllimlərilə əməkdaşlığı və təlim prosesində onla-
rın əlaqəli fəaliyyətinin kordinə olunması; 2. Hərbi rəhbərin digər
tədris fənləri üzrə bilikləri, o cümlədən fizika, riyaziyyat, tarix, kim-
ya, ədəbiyyat və s. üzrə məlumatları geniş və əhatəli olmalıdır. Şa-
girdlərin ixtiyarına verilən ədəbiyyat onların biliklərini tamamlama-
lıdır.
Daha sonra müəlliflər Tallin şəhəri 32 saylı orta məktəbdə
çalışan V.Dımovun iş tərcübəsinə əsaslanaraq göstərirlər ki, hərbi
rəhbər güllənin başlanğıc sürətini və atəş prosesini başa salarkən
nəinki Nyutonun ikinci qanununun F = ma düsturundan istifadə
edir, həm də tarixi nümunələr gətirir. (Bismark artilleriyasının 35-
40 km-dən Pariji, hitlerçilərin Qatçində qurulan uzaqvuran toplarla
Leninqradı dağıdıcı atəşlərə tutması və s).
2
gt
H
2
fizika düsturu
vasitəsilə (g-sərbəstdüşmə təcili, t-zamandır) atıcı silahlarla nişanal-
manın əhəmiyyətini aydınlaşdırır. Sonra hərbi rəhbərin xahişi ilə
fizika müəllimi dərsdə iştirak edir, onun köməyi ilə fizika qanunları
və hərbi anlayışlar əlaqəli şərh edilir.
Nəzərdən keçirdiyimiz problem baxımından bu fikirlər təqdi-
rəlayiqdir. Lakin müəlliflər hərbi məşğələlərin mövzusuna uyğun
şagirdlərin fizika və riyazi biliklərindən istifadə metodikasına, habe-
lə fizika və riyazi məzmunlu hərbi çalışmaların tərtibinə və onlardan
ibtidai hərbi hazırlıq dərslərində istifadənin səmərəli yollarına səthi
toxunmaqla kifayətlənmişlər. Bundan başqa, vacibliyini qeyd etdik-
ləri çalışmalardan birini belə nümunə göstərmir, çalışmalar tərti-
binin metodikasını açmırlar.
“İbtidai hərbi hazırlıq fənni üzrə tədris-metodik vəsait” adlı
kitabda bir neçə belə çalışmaya rast gəlinir: “Radiasiya dərəcəsi 50
r/s-dir. Müdafiəsiz adam zəhərlənmə zonasında təxminən 1 saat
71
qalır. Bu müddət ərzində radiasiyanın səviyyəsi dəyişməz qalarsa, o
neçə radian radioaktiv şüa qəbul etmiş olur?” (72, s.222). Lakin belə
xarakterli çalışmalər vəsaitdə bir-iki saydadır. Digər metodik ədə-
biyyatda (73) fizika və riyazi məzmunlu hərbi çalışmalara tez-tez
rast gəlinir. Lakin bunların yalnız bir neçəsi ibtidai hərbi hazırlıq
fənninin məzmumuna uyğundur. Ona görə də tədqiq olunan məsə-
lənin həllinə cavab verə bilmir.
İbtidai hərbi hazırlıq kursunun ümumtəhsil fənlərilə əlaqə-
lərinə toxunulan ədəbiyyatlardan biri də P.M.Brısinin “Məktəbdə
ibtidai hərbi hazırlığın tədris-material bazası” adlı kitabıdır (74).
Vəsait hərbi kabinetlərin təmin və tərtib olunması, tirlərin qu-
rulması, bütün tədris proqramlarının yaradılması və təkmilləşdiril-
məsi, zəruri qurğuların və tədris – əyani vasitələrin hazırlanması
istiqamətində hərbi rəhbərlərə praktik istiqamətlər verir. Bu istiqa-
mətlərin əksəriyyəti orta məktəblərdə tədris olunan ümumtəhsil
fənləri ilə, bu fənlərdən öyrədilən bilik və bacarıqlarla bağlıdır. Təd-
ris vəsaitində göstərilir ki, “Hərbi kabinet aşağıdakı texniki vasitə-
lərlə təmin olunmalıdır: cihazlar komplekti ilə bərabər qrafoproyek-
tor, qrafoproyektorda çertyojlar çəkilməsi üçün alətlər və 80m
2
-ə
qədər xüsusi ehtiyat plyonkalar; diaproyektor, 16 mm-lik universal
kinoproyektor, 16 mm-lik (“Ukrayna” və ya “Şkolnik”) kinoproyek-
torları, səsdaşıyıcı hərəkət sürəti 4,45-18,00mm/s olan (5 km-lik
ehtiyat maqnitofon lenti ilə birlikdə) istənilən müasir markalı
maqnitofonlar” (74, s.10).
Daha sonra qeyd olunur ki, “şagirdlərin diafilmlərlə, proyeksi-
ya, səsyazıcı və digər aparatlarla müstəqil işləmələri üçün onlarda
xüsusi bacarıq olmalıdır” (74, s.11). Lakin əsərdə bu bacarıqların
harada qazanılacağından söz açılmır. Tədricən, sonrakı mərhələlər-
də muəllif məsələyə nisbətən yaxınlaşır. Hərbi kabinetin tərtibatın-
dan danışarkən göstərir: “Hazır brusoklardan stentlərin və digər lə-
vazimatların hazırlanmasını yalnız yuxarı sinif şagirdlərinə deyil,
VI-VIII sinif şagirdlərinə də tapşırmaq olar. Məktəb emalatxana-
sında məşğələlər zamanı bu ləvazimatların hazırlanması onların
əməyinin əsas obyekti ola bilər” (74, s.14).
72
Yuxarıda qeyd etdiyimiz fikirlər ibtidai hərbi hazırlığın fizika,
rəsmxət və əmək təlimi fənlərilə əlaqəsinə işarədir. Bunlar nəzərdən
geçirdiyimiz problem baxımından dəyərli fikirlərdir. Həmin ideya-
ları araşdırmaq və daha da dərinləşdirmək muəllifin əsas məqsədi
olmadığından məsələ beləcə də saxlanılmışdır.
Ümumtəhsil məktəblərində keçilən hərbi hazırlıq məşğələ-
lərinin riyazi materiallar ilə əlaqələndirilməsi məsələsi keçmiş SSRİ
Müdafiə Nazirliyi tərəfindən hazırlanmış tövsiyələrdə də (75) öz
əksini tapır. Vəsait məktəbdə ibtidai hərbi hazırlıq üzrə tədris-mate-
rial bazasının təmin edilməsi və təkmilləşdirilməsinə həsr olunmuş-
dur. Bir sıra mövzularla bağlı verilən tövsiyə və göstərişlərdə şa-
girdlərin riyazi fənlərdən mənimsədikləri biliklərdən istifadə məsə-
ləsinə toxunulur. Bu mövzulara “Yeriş hazırlığı üzrə məşğələlərin
keçilməsi üçün meydança”, “İdman şəhərçiyi”, “Avtomata dair ilk
tapşırıqların yerinə yetirilməsi” və s. aiddir. “Yeriş hazırlığı üçün
meydançaların və idman şəhərciyinin hazırlanmasına, həmçinin av-
tomata dair ilk tapşırıqların yerinə yetirilməsinə dair tövsiyələr”də
bilavasitə dördbucaqlı, düzbucaqlı, ölçü, sahə, meydançanın peri-
metri, miqdar, uzunluq, en və hündürlük, uzunluq vahidləri (metr və
s), sahənin hesablanma qaydası, onluq kəsrlər və onların vurulması
kimi riyazi anlayışlara əsaslanılır. Məsələn, “Sıra təlimi hazırlığı
üzrə məşğələlər uçün meydança” mövzusu ilə əlaqədar göstərilir ki,
meydançanın sahəsi sinifdəki şagirdlərin sayına uyğun olmalıdır.
Yəni, əgər sinifdə 10-12 şagird (oğlan) varsa, onda meydançanın
ölçüsü 8∙16m (10∙20 addım) olmalıdır. Bu zaman meydança zolaq-
lara bölünməli və meydançanın perimetri boyunca 0,7∙1,5m ölçüdə
şit quraşdırılmalıdır (75, s.39). Burada, 8m (yaxud 10 addım)
meydançanın eni, 16m (yəni, 20 addım) meydançanın uzunluğu,
(8∙16)m
2
(10∙20 addım) isə meydançanın sahəsidir.
Bu göstərişlər yalnız məktəblərdə ibtidai hərbi hazırlıq üzrə
məşğələ aparan müəllimlərə aiddir. Bunun məktəblilərə aidiyyatı
yalnız o vaxt olar ki, meydançaların hazırlanmasında şagirdlərin öz-
ləri də bilavasitə iştirak etsinlər.
73
Apardığımız tədqiqat baxımından isə onu demək olar ki, bu
kitabçada hərbi məşğələlərin təşkili zamanı riyaziyyat dərslərində
öyrədilən materiallardan və riyazi çalışmalardan istifadə məsələsi
konkret qoyulmur. Lakin bütün bunlara baxmayaraq, haqqında da-
nışılan vəsaitdə tədqiq olunan məsələ ilə əlaqədar diqqəti cəlb edən,
faydalı fikirlər vardır və onlardan da ibtidai hərbi hazırlıq üzrə təd-
ris materiallarını öyrədərkən şagirdlərin həndəsə fənnindən qazan-
dıqları bilik və bacarıqların tətbiqində, həmçinin biliklərin möhkəm-
ləndirilməsi məqsədi ilə riyazi məzmunlu hərbi çalışmaların tərtibi
və onların həlli metodikasının hazırlanmasında istifadə olunacaqdır.
Nəhayət, nəzərdən keçirdiyimiz problem baxımından metodik
ədəbiyyatın təhlilini ümumiləşdirərək belə bir nəticə çıxarmaq olar
ki, ibtidai hərbi hazırlıq məşğələlərinin şagirdlərin digər ümumtəhsil
fənnləri üzrə bilikləri ilə əlaqələndirilməsinə dair bir çox faydalı
metodik fikirlər verilmişdir. Ümumtəhsil məktəblərində ibtidai hər-
bi hazırlıq məşğələlərinin keyfiyyətcə yaxşılaşdırılmasında həmin
fikirlər əhəmiyyətli rol oynamışdır. Lakin indiyə qədər ibtidai hərbi
hazırlıq kursunun ümumtəhsil fənlərilə əlaqəli tədrisi problemləri
konkret tədqiqat obyekti kimi götürülüb kompleks şəkildə araşdırıl-
mamışdır.
Problem baxımından orta məktəbin fizika və riyaziyyat dərs-
likləri də təhlil olunmuşdur. 6-7-8-ci sinif fizika dərsliklərində elə
çalışmalar qrupuna rast gəlinir ki, bu çalışmaların həlli bilavasitə
ibtidai harbi hazırlıq fənninin tədris materiallarının möhkəmlən-
dirilməsinə xidmət edə bilər. Məsələn, “Tüfəngdən atəş açarkən tü-
fəngi çiyinə bərk sıxmaq lazımdır. Nə üçün bu zaman geritəpmə sü-
rəti azalır?” (çal. №10(2) (77, s.56). Dərslikdəki 3;8(2); 10(8);
17(3); 25(1,2); 29(2); 41(1,2)№-li çalışmalar da bu qrupa aiddir. Bu
çalışmaların məzmunu gənclərin çağırışaqədərki hazırlığı fənninin
“Əsgərin döyüşdə davranış qaydaları” və “Silahlar və atıcılıq” böl-
mələrinin məzmununa uyğun gəlir. Odur ki, həmin çalışmalardan
müvafiq hərbi biliklər mənimsədildikdən sonra istifadə etmək məs-
ləhətdir. Belə çalışmalar 8-ci sinif fizika dərsliyində də vardır.
Məsələn, “Üfüqlə a=60° bucaq təşkil etmək şərti ilə topdan Ü
0
=600
74
m/san sürətilə mərmi atılmışdır. Mərmi atıldığı yerdən nə qədər
uzağa düşəcəkdir? Hansı hündürlüyə qalxacaqdır? Uçuş neçə müd-
dət davam edəcəkdir? Havanın müqavimətini nəzərə almamalı” (77,
s.137, №1). Səh. 32, №3, səh. 33, №6, səh. 51, №7, 8, 9, səh. 54,
№3, 4, səh. 60, №9, səh.73, №2, səh.74, №6 və s. çalışmalar da
hərbi məzmunludur və ibtidai hərbi hazırlıq fənn məşğələlərində on-
lara müraciət oluna bilər. Lakin bu çalışmalar qrupu tədqiq etdiyi-
miz problemin həllinə tam cavab verə bilmir. Onlar necə gəldi tərtib
olunub, bəzilərinin məzmunu hərbi dərsliyin məzmununa uyğun
gəlmir.
Ümumiyyətlə, metodik ədəbiyyatın təhlilindən belə qənaətə
gəlmək olur ki, əvvəla gənclərin çağırışaqədərki hazırlığı (ibtidai
hərbi hazırlıq) kursunun tədrisi metodikasına dair keçmiş ittifaqda
bir sıra vəsaitlər hazırlansa da, onlar mustəqil dövlət şəraitində ya-
şadığımız Respublikamızın orta məktəblərinin tələblərinə cavab
vermir, Azərbaycanda isə, ümumiyyətlə, bir neçə məqalə və meto-
dik tövsiyə istisna olunarsa, fənnin tədrisi metodikası, ümumilikdə
götürüldükdə, işlənməmişdir. Belə bir vəsaitin hazırlanması isə
olduqca vacibdir.
İkincisi, gənclərin çağırışaqədərki hazırlığı (ibtidai hərbi ha-
zırlıq) fənni üzrə məşğələlərdə verilən hərbi biliklərin digər ümum-
təhsil fənlərindən alınan biliklərlə əlaqəsinə (fənlərarası əlaqəyə)
həsr olunmuş ədəbiyyatlara rast gəlinsə də, bu ədəbiyyatlarda bir
çox faydalı ideyalar öz ifadəsini tapsa da, lakin onlar bu günun
tələblərini, müasir Azərbaycan məktəbinin qarşısında qoyulan vəzi-
fələrin yerinə yetirilməsini tam ödəmir. Xüsusən respublikanın pe-
daqoq-alimləri bu sahəyə az müraciət etmişlər. Bəzi tədqiqatçılar
hərbi məşğələlərin məzmunu ilə digər fənlərin – tarix, riyaziyyat,
fizika, coğrafiya və s. əlaqəsinin mümkünlüyündən və əhəmiyyətin-
dən danışsalar da, bir sıra hallarda riyazi, fizika və s. məzmunlu
hərbi çalışmalara nümunələr gətirsələr də, lakin belə çalışmalardan
gənclərin çağırışaqədərki hazırlığı (ibtidai hərbi hazırlıq) dərslərin-
də istifadənin yerini, sistemini, həlli metodikasını işıqlandırmırlar.
Bütün bunlar tədqiqatı bir daha aktual edir.
75
1.5. Gənclərin çağırışaqədərki hazırlığı (ibtidai hərbi hazırlıq)
kursunun digər ümumtəhsil fənlərilə əlaqəli tədrisinin məktəb
praktikasında vəziyyəti
Dostları ilə paylaş: |