Azərbaycan Resublikası Təhsil Nazirliyi Azərbaycan Dillər Universiteti



Yüklə 2,76 Mb.
Pdf görüntüsü
səhifə26/30
tarix05.05.2017
ölçüsü2,76 Mb.
#16788
1   ...   22   23   24   25   26   27   28   29   30

Ədəbiyyat və qeydlər 

1. Dr.M.Ergin. Dede Korkut Kitabı. Giriş, mətn və faksimle. -

Ankara, 1958, s. 206 -215. Bu məqalədə biz hazırkı nəşrə istinad edirik. 

2. Bu sifarişi mənə görkəmli tarixçimiz, əməkdar elm xadimi, pro-

fessor, mənim  əziz dostum mərhum S.Əlyarlı vermişdir. Eyni zamanda 

mən görkəmli dilçimiz, əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü, 

professor, mənim əziz dostum K.Abdullanın təşəbbüsü ilə alman xalqının 

mötəbər eposu “Nibelunglar nəğməsi”ni Azərbaycan dilinə  tərcümə et-

mişəm. Hər iki dostuma bu ideyaları  mənə verdikləi üçün dərindən 

təşəkkür bildirir və ölənə  rəhmət, qalana can sağlığı diləyirəm. Bu 



Фяхряддин Вейсялли. СЕЧИЛМИШ ЯСЯРЛЯР. 3-cü cild 

360


tərcümələr üzərində işləyərkən mən hər iki xalqın möhtəşəm eposlarında 

oxşar və  fərqli cəhətlərin olduğuna rast gəldim. Bu məqalə  həmin 

məsələlərlə bağlı məndə oyanan fikirlərin yığcam şərhidir. 

3. Buna münasibət bildirən F.fon Diiets tərcüməsində  sətiraltı 

qeyddə yazır ki, Məhəmməd adının çəkilməsi o demək deyil ki, əsər İslam 

dövründə yaranıb və  qələmə alınıb. Bunu o islamçıların çox şeyi islama 

bağlamaq adətilə izah edir. Hətta dünyanın yaranışının  əvvəlində  bəzi 

hallarda, müəyyən şəxslərdə islamçılığın olmasını da iddia edirlər. Ondan 

bir səhifə sonrakı qeydində isə yazır ki, dastanda yer alan ifadə 

“Məhəmməd Allahın rəsuludur” kimi kəlamları anaxronizm kimi 

dəyərləndirir. Bax: Dədə Qorqud aşiqi. Redaktor prof. Dr.H.İsaxanlı. 

“Xəzər Unuversiteti, 2002, s. 41-42. 

4. Das Nibelungenlied. Mittelhochdeutsch/Neuhochdeutsch. Nach 

dem Text von K.Bartsch und Helmut de Boor. İns Deutsche übersetzt von 

S.Grosse. Stutgart, 999, s. 972 -975. 

5. Dr.M.Ergin. Dede Korkut Kitabı. Giriş, mətn və faksimle. Anka-

ra, 1958, s. 206 -215. 

6. H.Achmed Schmiede. Türk mədəniyyətinin bilgi aşiqi. Heinrich 

Friedrch von Dietz (1751-1817). “Kitabi-Dədə Qorqud aşiqi”, Xəzər uni-

versiteti, 2002, s. 13. 

7. F.Veysəlli. “Kitabi Dədə Qorqud”un Avropa səfəri. “Dil, 

cəmiyyət və syasət.”, Bakı, 2004, s. 177-185. 

8. K.Abdulla. Yarımçıq əlyazma. Bakı, 2004, s. 9. 

Bu məqalə Bakı Slavyan universitetinin Elmi əsərlərində Dil və 

ədəbiyyat seriyası çap olunmuşdur. Bakı, 2010, s.254-258. 

 

IV. 3. "Nibelunqlar nəğməsi"nin bəzi linqvistik 



xüsusiyyətləri haqqında 

 

Nibelunqlar nəğməsinin nə vaxt və harada yaranması, bu epik 



əsərin hansı struktur əlamətlərə malik olması, dastanın daxili 

bağlılığı, ilk olaraq hansı müəllif tərəfindən qələmə alınması  və s. 

uzun müddətdir ki, mütəxəssisləri düşündürən çox ciddi 

problemlərdir. Təkcə mətnin nəşri ilə bir sıra görkəmli germanistlər 

yaxından məşğul olmuşlar

1



IV HİSSƏ 

361 


Biz bu məqalədə "Nibelunqlar nəğməsis"ni bəşər tarixinə 

məlum olan, məs., azərbaycanlıların "Kitabi Dədə Qorqud", 

Homerin poeması, "Roland haqqında nəğmə", Dantenin "İlahi 

komediyası", rusların "İqor alayı haqqında dastan" və s.-lə 

müqayisə etmək fikrindən uzağıq. Heç onu sırf alman xalqının 

"Nibelunqlar nəğməsi"nin yaranması ilə bir vaxta təsadüf edən 

digər epik əsərlərlə  də (məs., Hartman fon Auenin "Erek" və 

"İveyn", V.fon Aşenbaxın "Parsifal", Q.Strasburqskinin yarmçıq 

qalmış "Tristan və İzolda", habelə "Nibelunqlar nəğməsi" meydana 

gəldiyi dövrdə yaradıcılığının zirvəsində olan V.fon der 

Foqelvaydenin lirikası  və s.-lə) müqayisə etmək istəmirik, çünki 

bunların hamsının "Nibelunqlar nəğməsi"ndən fərqli olaraq 

müəllifləri məlumdur. Bizim üçün son dərəcə maraq doğuran bu 

əsərin bizim monumental abidəmiz "Kitabi Dədə Qorqud"la 

müqayisəli təhlili olardı. Ancaq bu sonranın işidir

2



Dastanın struktur - kompozisiya cəhətdən bir bütöv olması 

heç bir şübhə doğurmur. Formaca iki hissəyə (birinci hissə 19, 

ikinci isə 20 əhvalatdan ibarətdir) bölünsə də, o sadəcə əhvalatların 

mexaniki toplusu deyil, yeni, həqiqətən, tamamlanmış  bədii  əsər 

təsirini bağışlayır

3



Bu bütövlük, ilk növbədə, onun arxitektonik cəhətdən bərabər 

ölçüdə qurulmasındadır. Həm misraların, həm də əhvalatların sayına 

görə  hər iki hissə  təxminən eyni ölçüdədir. Birinci hissə 19 

avantürdən ibarət olmaqla 1142 bənd, ikinci hissə isə 20 avantürdən 

ibarət olmaqla 1238 bənd təşkil edir. Birinci hissənin  əsasında 

"Brünhild haqqında nəğmə" durur, ikinci hissə isə burqundların 

süqutunu təsvir edir

4



Bu  əsərin bütöblüyünə  dəlalət edən amillərdən biri də bütün 

epos boyu hadisələrin əsas obraz kimi çıxış edən Krimhild ətrafında 

cəmləşməsidir. Məlum olduğu kimi, epos gənc Krimhildin vəsfi ilə 

başlanır və ölüm səhnəsilə başa çatır. Mütəxəssislər  əsəri təhlili 

edərkən onun süjet bütövlüyünü və arxitektonik tamlığını yalnız 

V.fon Aşenbaxın "Parsifal"ı ilə müqayisə edirlər

5



Фяхряддин Вейсялли. СЕЧИЛМИШ ЯСЯРЛЯР. 3-cü cild 

362


Əsərin arxitektonik bütövlüyünə  dəlalət edən digər  əlamət 

hadisələrin onda əvvəldən axıra qədər traqik sonluğa doğru inkişaf 

etməsidir.  İlk aventürlərdən başlayaraq  əhvalatlar baş verəcək 

hadisələrə çoxlu sayda cəngavərlərin ölümünə yönəlikli istiqamət 

alır. Elə Krimhildin yuxusunun anası Ute tərəfindən yozumu bunu 

bir daha təsdiq edir. Ancaq eposda şən əhval - ruhiyyənin təsvirinə 

də kifayət qədər yer ayrılır. Ziqfridin Krimhildlə ilk görüşü (onun 

Burqundiyaya gəlişi səhnəsini təsvir edən VIII avantür və ya 

burqundların Behleranda istirahətini təsvir edən XXVII avantür, bu 

səhnədə burqundların  ən kiçik şahzadəsinin markqraf Rüdegerin 

qızı ilə nişan səhnəsi təsvir olunur) eposdakı faciəli və tragik 

səhnələri kölgədə qoyur. 

Dastanın süjeti elə düşünülüb ki, onda qəhrəmanlıq səhnələri 

bir-birini  əvəz edir, ancaq faciə ilə qurtaran epizodlar adamı 

yormur, oxucu nigaranlığını gizlətmədən  əsəri axıra qədər oxuyub 

qurtarmaq istəyir.  İkinci hissədə tarixə hunların imperatoru kimi 

daxil olmuş Atilla (434-453-cü illərdə bunların hökmdarı olub)

6

 



bütpərəst olsa da, dastanda din zəmnində qarşıdurmadan  əsər-

əlamət yoxdur. Əksinə din burada çox zəif nəzərə çarpır, insanların 

həyat düşüncələrinə onların fərqli dini mənsubiyəti təsir göstərmir. 

Poemada qədim qəhrəmanlıq səhnələrinin təsviri kurtuzian 

davranışla üzvi bir vəhdət təşkil edir və üslubi cəhətdən kiçik 

hissələrə parçalanması təsiri yaranmır. 

"Qəhrəmanlıq nəğməsilə  qəhrəmanlıq eposu arasındakı 

fərq...dil (sintaktik) forması ilə  şeir forması arasındakı nisbətlə 

müəyyənləşir. Dörd vurğulu uzun alliterasiyalı  şeir formasından 

istifadə edən alman qəhrəmanlıq nəğməsi hər birində iki vurğusu 

olan iki yarımsətirə bölünür, bununla da şeirlə cümlənin sərhədi üst-

üstə düşür. Ancaq alman qəhrəmanlıq poemasında  şeirlə cümlənin 

sərhədlərinin üst-üstə düşməsi hallarına da tez-tez rast gəlmək olur: 

cümlə əsərdə bir şeirdən o birisinə keçir"

7



Əsərin heç bir yerində onu qələmə alanın adı çəkilmir. Bu da 



əsl müəllif haqqında saysız-hesabsız versiyaların meydana 

gəlməsinə  səbəb olmuşdur. Lakin əsərin bədii strukturunun təhlili 



IV HİSSƏ 

363 


belə bir fikir söyləməyə əsas verir ki, o heç qırıq-qırıq parçalardan 

quraşdırılmayıb, bütöv daxili struktur bağlılığı ilə seçilən bir epik 

əsərdir və onun meydana gəlməsində Passau keşişi Pilqrimin 

mirzəsi Konrada burqundlardan bəhs edən bütün əhvalatları bir yerə 

toplayıb latın dilinə çevrirməsilə bağlı tapşırıq verdiyi tarixə 

bəllidir


8

Dil baxımından bizə gəlib çatmış variantlarda mətnin regional 



çalarlığına işarə edən heç bir fonoloji, morfoloji və ya leksik əlamət 

nəzərə çarpmır

9



Deməli, dünyaətrafı ərazilər bu dastanın yarandığı məkandır. 



Orada ilkin məhəbbət şeirlərində olduğu kimi nibelunqlar dastanına 

formaca uzun sətirlərə və stroflara (bəndlərə) rast gəlmək olur. 

1523-cü ildən Burqundenland Nibelunqlar adlanır və dastanda 

indi də belə saxlanılır. Nibelunqlar nəğməsi  şeir formasında 

bəndlərlə yazılmış poeziya nümunəsidir. Poemanın arxitektonikası 

elə tərtib olunub ki, hər bənddə 4 misra var, onların da hər biri iki 

yerə, iki yarımsətirə bölünür. Onlar ölçü baxımından  şeir 

qəliblərinin təkrarıdır. Kürenberger poeziyası buna misal ola bilər. 

Sətrirlərdə hecaların sayı müxtəlifdir. Birinci sətir gah 12, gah 

13, gah da 15 hecalı olur, özü də sətrin birinci yarımsətri ya 7, ya da 

8 hecalı olur. Ancaq ikinci yarımsətir 5, 6 və hətta 8 hecalı da ola 

bilir. Hər yarımsətirdə 2 vurğulu sözün proklitik və enkilitiklə 

birliyindən yaranır. Sezur (fasilə) bu yarımsətirləri ayırır və 

sezurdan qabaq kadenslə (tonun düşməsilə) tamamlanır. Bu isə öz 

növbəsində yarımsətirin axıcı səslənməsini təmin edir. Son səslənən 

kadensin  əsas vurğusu uzun və ya qısa saitin, ya da diftonqun 

üzərinə düşür. Məs.: 

/Ir pflâgen drîe künege edel unde rîch 

Gunther unde Gêrnôt, die recken lobelîch, 

Und Gîselher der junge, ein ûz erwelter degen 

Diu frouwe was ir swester, die fürsten hetens in ir pflegen/ 

(s. 6) 


Bu parçanı hazırkı alman dilinə çevirəndə bir sıra fərqli 

cəhətlərin  şahidi oluruq. İlk öncə bu saitlərə aiddir. Orta alman 



Фяхряддин Вейсялли. СЕЧИЛМИШ ЯСЯРЛЯР. 3-cü cild 

364


dilindəki uzun saitlər yeni alman dilində diftonqa çevrildilər. 

Deməli, /rîch/, /ûz/ sözlərindəki saitlər müasir dildə müvafiq olaraq 

/eı/ və /

ɑˬɑ/ diftonqlarına çevrilmişdir. 

Beləliklə,  şerin indiki dildə  səslənməsi təxminən belə 

olacaqdır: 

/ Ir pflagen drei Könige edel und reich 

Günter und Gernot, die Recken löblich, 

Und Giselher der Junge, ein aus erwelter Degen 

Die Frau war ihre Schwester, die Fürsten hatten sie zu 

pflegen/ 

Beytin birinci sətrində /künege/ sözündə sonda qısa sait gəlir, 

sonralar isə bu sait bütün vurğusuz hecalarda reduksiyaya uğrayan 

sait kimi tələffüz olunmağa başladı.  İki  əlavə edilən təyin isə 

özündən  əvvəlki sözə intonasiya ilə bağlanır. Vurğu baxımından 

eyni vəziyyəti bəndin o biri sətirlərində də görürük. Birinci və ikinci 

yarımsətirdə iki vurğulu söz işlənir. Vurğulu sözlər arasında gələn 

sinsemantik leksemlər vurğusuz və  zəif tələffüz olunurlar. 

Yarımsətirlər vurğusuz heca ilə sona yetir. Bu da əsas tonun tam 

aşağı düşməsi, kadensiya deməkdir. Vurğusuz söz ya bir, ya da 

ikihecalı, nadir hallarda isə üçhecalı olur. Bu da tonun qalxıb-

enməsini bir növ nizamlayır,  şeirin ritmik-melodik strukturu bir 

axıcılıq  əldə edir. İki vurğulu heca dalbadal gələndə  və onların 

arasında tonun aşağı düşməsi olmayanda, ikinci vurğulu heca zəif 

deyilir. 

Qeyd edək ki, cəngavərlik romanları üçün səciyyəvi forma 4 

vurğulu cütqafiyəli şeirlər idi. Onlar aramsız axın kimi hadisələrin 

inkişafını  nəql etməyə imkan yaradır. V.Q.Admoni yazır ki, 

"Nibelunqlar dastanı"nda minnezanqdan əxz edilmiş kurenberq 

strofundan istifadə olunub. Bu da ondan ibarətdir ki, strof 4 

misradan, hər misra iki yarım hissədən ibarətdir, özü də bütün 4 

sətirdəki birinci yarımsətirlər eyni strukturludur: 4 vurğulu və ya 

yarımvurğulu hecalar, vurğusuz hecaların isə sayı müxtəlif ola bilər. 

Axırıncı misranın ikinci yarısı birinci üç sətirin ikinci 

yarımsətirindən fərqlənir. Onun da birinci yarımsətirlərdə olduğu 


IV HİSSƏ 

365 


kimi 4 vurğusu var, halbuki, birinci üç sətirdə olduğu kimi, ikinci 

yarımsətirlər vurğuya malikdir. Burada vurğu daşıyıcısı qismində 

yarımvurğulu hecalar çıxış etsə də, ikinci yarımsətirlərinə nisbətən 

daha uzun şeir vahidi təsirini bağışlayır. Bəzi hallarda isə bu 

təəssürat vurğusuz hecaların sayının 4-cü sətirin birinci 

yarımsətirindən çox olması tendensiyasına görə yaranır. Beləliklə, 

bəndin axırıncı  sətirində ikinci yarımsətir xüsusilə qabardılır, 

bununla da hər bənddə irəliyə yönəlikli intonasiya bütövlükdə 

poemanın razvyazkasına xidmət edir. Bu cür arxitektonik süjet 

bütün əsər üçün səciyyəvidir

10



Xalqların böyük köçünə xas olan cəngavərlik motivləri, 



şpilman poeziyasını  əks etdirən kobud və  bəsit təsvirlər  əsərin 

kurtuaz xislətindən xəbər verir. Dastanda bəzən saray həyatına zidd 

olan epizodlara da rast gəlmək olur. Bu cür hadisələr və yayınmalar 

dastanın bir bütöv kimi kəsərini azaltmır. Dramatizimlə dolu 

hissələr onun struktur-semantik və kompozisiponal-süjet xəttinə qəti 

xələl gətirmir. 

Bəzən semiotik formada hansısa əhvalata işarə vurulur, ancaq 

onu başa düşmək üçün bütün əsəri diqqətlə oxumaq lazımdır. 

Məsələn, Brünhild qabaqcadan Ziqfirdi tanıyırdımı. Buna birbaşa 

işarə edilmir. Ancaq qonaqları qarşılayanda Brünhild Ziqfirdə 

müraciət edir, onu adı ilə çağrır. Düzdür, ümumi anlam baxımından 

bunun elə bir əhəmiyyəti yoxdur. Ancaq bu epizod bir qədər 

dərindən düşünməyi vadar edir. 

Dastanın fonetik-fonoloji təhlili göstərir ki, onun müəllifi çox 

böyük məharətlə  bənddaxili harmoniyanı gözləməyə çalışıb. 

Misralararası qafiyə bunu aydın göstərir. Birinci aventirin 15-ci 

bəndinə nəzər salaq: 

15 /Was saget ir mir von manne, vil liebiu muoter mîn? 

âne recken minne, so wil ich immer sîn. 

Sus scoen ich wil belîeben unz an mînen tôt, 

Das ich von mannes minne sol gewinnen nimmer nôt/ 

Bu parçanın təhlili göstərir ki, onun birinci və ikinci misraları 

və üçüncü dördüncü misralar həmqafiyə yaradır. Birinci halda /min/ 


Фяхряддин Вейсялли. СЕЧИЛМИШ ЯСЯРЛЯР. 3-cü cild 

366


və /sin/, ikinci halda isə /tot/ və /not/ arasında eyni sait və samitlə 

qafiyə gözlənilib. Bununla yanaşı misradaxili qafiyə də gözlənilib: 

müqayisə et: /minne/ və /minne/. Axırıncı sözlərin hər ikisi birinci 

hecasında vurğulu, ikincidə isə vurğusuz, eyni fonem tərkibi və hər 

ikisində ikinci heca açıq və vurğusuzdur. 

Beləliklə, təhlildən məlum olur ki, birinci iki sətir bir, üçüncü 

və dördüncü sətir isə başqa cür qafiyələnmişdir. Sözsüz ki, bunlar 

hamsı  şeirin fonetik cəhətdən təşkilinə, onun arxitektonikasına bir 

rəvanlıq və şirinlik verir. 

Bu cəhət özünü bütün dastan boyu göstərir. 

Məlumdur ki, german dillərində  şeir sənətinin linqivistik 

təhlilində sonor nəzəriyyəsindən çıxış edirlər. Bu nəzəriyyə bütün 

sait fonemləri birləşdirməyə imkan verir. Sonor nəzəriyyəsindən 

danışarkən R.Yakobson yazır: "Alliterasiyalı şeir sənətini şərh edən 

bütün qədim german dillərinə xas olan kipləşmə ilə başlayan ad-

hock fərziyyəsi söz başında oxşar olmayan (heterogen) saitlərin 

alliterasiyasına haqq qazandırmaq üçün irəli sürülmüşdür"

11



Bugünkü alman dilində knaklaut adında saitlərə xas olan sərt 

başlanğıcı (fester Einsatz) bəzi dilçilər erkən german dillərinə də aid 

edirlər. 

Məsələyə belə yanaşanda aşağıdakı  bənddə bütün misraların 

başlanğıcını sait alternasiyasına aid edə bilərək: 

69 /In werten trûureclichen der künec und sîn wip. 

er tröste minneclîchen dô ir beider lîp. 

er sprach: "ir sult niht weinen durch den willen mîn; 

immer âne sorge sult ir mînes lîbes sîn."/ 

(Kral və arvadı qəmə qərq olmuşdu. 

Ziqfird hər ikisini də əzizləyib deyirdi: 

Məndən ötrü narahat olmayın, 

Mənə görə heç vaxt qorxmayın). 

Avropada ilk fonetika kitabının müəllifi E.Sivers yazırdı ki, 

bütün heca əmələ gətirən saitlər eyni sərt başlanğıca görə bir-birilə 

alliterasiya yaradır

12



IV HİSSƏ 

367 


Qeyd edək ki, saitlərin yaranmasında başlanğıcın keyfiyyəti 

həmin saitin fonoloji statusu üçün az əhəmiyyətlidir.  İsland və 

ingilis dillərində yumşaq, alman dilində isə saitlərin sərt başlanğıcı 

əlamətsiz qeyri-gərgin müşayətedici səsdir. O alman fonetik 

transkripsiyasında saitin əvvəlində bu işarə ilə (>) göstərilir. O, 

gərgin və əlamətli udlaq samiti /h/-ya qarşı qoyulur. 

Nəfəsli başlanğıcla yumşaq başlanğıc arasında fərq aydın hiss 

olunur. Ona görə də o, qafiyənin daşyıcısı kimi çıxış edir. "Hər iki 

müşayətedici, gərgin və qeyri-gərgin (axırıncının necə  əmələ 

gəlməsindən asılı olmayaraq) səslər arasındakı  fərq söz başında 

prevokal aspirasiyanın mövcudluğu ilə olmaması arasında eyni 

fonematik oppozisiya yaradır"

13



Dastanın arxitektonikasından danışarkən sezurun (fasilənin) 



rolunu xüsusi qeyd etmək lazımdır. Sətirin ortasında fasilə məcburi 

sintaqm sərhədindən başqa bir şey deyildir. Düzdür sezuru bəzən 

şeirin struktur elementi hesab etmirlər. Guya şeiri deyən daha çox 

qrammatikaya və sözlərə fikir verir. 

"Nibelunqlar nəğməsi"ndə  sətrin ortasında edilən fasilə bir 

növ körpü rolunu oynayır. Ola bilsin ki, şpilman və ya minnzenqer 

hecaların zəifləməsinə, leksik və sintaktik sərhədə, onların 

distribusiyasına, saitlərin uzunluq və  qısalığına və onların sətrin 

kadensiyasındakı roluna bir o qədər əhəmiyyət verməsinlər. Ancaq 

onlar intiutiv olaraq bunları yaxşı hiss edirlər. 10 hecalı sətirdə 4-cü 

hecadan sonra fasilə etməyəndə  cənubi slavyan quşları bunu o 

dəqiqə hiss edir, belə şeiri pisləyir və onu "təmiz şeir" sırasına aid 

etmirlər. "Müqayisəli metrik" göstərir ki, söz və söz sərhədləri 

...əvvəldə 

və sonda ümumilikdə 

şeirin fundamental 

konstituentlərindəndir

14



Buraya sait alliterasiyasını  və assonasını da əlavə etsək, 

"Nibelunqlar nəğməsi" kimi fundamental epik əsərin arxitektonikası 

haqqında tam təsəvvür əldə etmək olar. 

Ümidvarıq ki, dastanın bütövlükdə bu istiqamətdə  tədqiqi 

onun struktur-kompozisiya xüsusiyyətlərinin açılıb göstərilməsi 

üçün elmi araşdırmalara təkan verəcəkdir. 



Фяхряддин Вейсялли. СЕЧИЛМИШ ЯСЯРЛЯР. 3-cü cild 

368


 

Ədəbiyyat və qeydlər 

1. Dastanın 2001-ci il Ştutqartda Z.Qrosse tərəfindən yeni alman 

dilinə  tərcüməsində  və  şərhlərlə  nəşrində  ədəbiyyat siyahısında 

K.Laxman, F.Sarnke kimi görkəmli germanistlərin adlarına rast gəlirik. 

Bax: Das Nibelungenlied. Mittelhochdeutsch/Neuhochdeutsch. Nach dem 

Text von Karl Bartsch und Helmut de Boor ins Deutsche übersetzt und 

kommentiert von Siegfried Grosse. Reclam, 2001, s. 938-940. Həmin 

nəşrdə 6 səhifə yarım yalnız bu epik əsərin "Nibelunqlar nəğməsi"nin 

tərcümələrinin xronoloji ardıcıllığını əks etdirən ədəbiyyat siyahısı verilib. 

Bu hələ yalnız alman dilli mənbələr və qaynaqlardır. Dünyanın başqa 

dillərində  də bu dastanla bağlı  tərcümə  və yazıları bunlara əlavə etsək, 

yəqin ki, "Nibelunqlar nəğməsi" haqqında yazılanların təkcə bibloqra-

fiyası bir neçə cildə  sığmaz. Heç uzağa getməyək. Elə rusdilli nibe-

lunqşünaslıq böyük bir bibloqrafiyadan xəbər verir. Bax: Песень о нибе-

лунгах.  Издание  подготовили  В.Г.Адмони,  В.М.Жирмунский, 

Ю.Б.Корнеев, Н.А.Сигал. Л., изд-во "Наука", 1972. 

Bu dastanı AMEA-nın həqiqi üzvü prof. K.M.Abdullayevin təklifi 

və  həmmüəllifliyi ilə ilk dəfə Azərbaycan dilinə  tərcümə etməyi qərara 

aldıq. Bu əməkdaşlığa görə  mən AMEA-nın həqiqi üzvü prof. 

K.M.Abdullayevə  dərin minnətdarlığımı bildirirəm.  Əminəm ki, bu 

tərcümə bizim milli-mənəvi soykökümüzün ən monumental abidəsi olan 

"Kitabi Dədə Qorqud" dastanının bir sıra mübhəm məsələlərinin 

açılmasına, bizim dastanımızın "Nibelunqlar nəğməsi"nin meydana 

gəlməsində oynadığı müsbət rol, bu iki dastanın qarşılıqlı-müqayisəli 

təhlilində  çıxarılacaq paralellər və  fərqlər müəyyənləşəcəkdir. Müəllifin 

bu məqaləsi də "Nibelunqlar nəğməsi"nin Azərbaycan dilinə  tərcüməsi 

zamanı yaranan fikirlərin yığcam şərhindən ibarətdir. 

2. Qeyd edək ki, bizim "Kitabi Dədə Qorqud"un yunan və başqa 

xalqların mədəni-mifoloji abidələrilə müqayisəsi sahəsində xeyli 

təcrübəmiz vardır. Bax: K.Abdulayyev. Bakı Beynəlxalq 

simpoziumundakı  məruzəsi. "Xronika", Türkologiya jurnalı, 1-2, 2002, 

s.83-84. 

3.  В.Г.Адмони  "Песень  о  нибелунгах",  ее  истоки  и  ее 

художественная структура. В кн.: "Песень о нибелунгах". Л., изд-во 

"Наука", 1972, стр.329. 


IV HİSSƏ 

369 


4. А.Хойслер. Германский героический эпос и сказание о нибе-

лунгах.  Перевод  с  немецкого  Д.Е.Бертельса,  под  редакцией 

В.М.Жирмунского. М., 1960, стр.159-174. 

5. В.Г.Адмони. Göstərilən əsəri, s.330. 

6. 434-453-cü illərdə bunların hökmdarı kimi tanınan bu tarixi 

şəxsiyyət dastanda Etsel kimi təqdim olunur, birinci dəfə Helxe ilə, ikinci 

dəfə isə Vyanada böyük toy məclisi quraraq Krimhildlə evlənib. 

7. V.Q.Admoni. Göstərilən əsəri, s.323. Qeyd edək ki, V.Q.Admoni 

bu fikri A.Hoyslerdən  əxz elədiyini göstərir. Fikirimizcə, burada söhbət 

ciddi mənada cümlədən yox, sintaqmdan gedə bilər. Məsələnin sırf 

linqivistik baxımdan araşdırılması buranın yeri deyil. Sintaqm haqqında 

ətraflı məlumat almaq üçün bax: F.Yadigar (Veysəlli). German dilçiliyinə 

giriş. Bakı, "Təhsil", 2011, s.266. 

8. Das Nibelungenlied Mittelhochdeutsch/Neuhochdeutsch. Nach 

dem Text von Karl Bartsch und Helmut de Boor ins Deutsche übersetzt 

und kommentiert von Siegfried Grosse. Reclam, 2001, s.971. 

9. Yenə orada, s.975. 

10. В.Г.Адмони. Göstərilən əsəri, s.332. 

11. R.Jakobson. Zur sogenannten Vokalalliteration im 

germanischen Vers. In: R.Jakobson. Semiotik. Ausgewähalte Texte 1919-

1982. Hrsg von E.Holenstein. Suhrkamp, 1992, s.187. 

12. E.Sievers. Altgermanische Metrik. Halle, 1893, s.36. 

13. R.Jakobson. Yenə orada, s.189. 

14. Yenə orada, s.192. 

Mədəniyyətlərarası dialoq.Simpoziumun materialları. Bakı, 2009, 

30 sentyabr, 4 oktyabr. Bd.29 Hrsg von K.M.Abdullayev, H.Boeschoten, 

S.Hartmann.und U.Störmer-Caysa Wiesbaden. 2001, s.173-181. 


Фяхряддин Вейсялли. СЕЧИЛМИШ ЯСЯРЛЯР. 3-cü cild 

370


Yüklə 2,76 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin