Azərbaycan Resublikası Təhsil Nazirliyi Azərbaycan Dillər Universiteti


III. 4. Kaşğari irsinin dəyərləndirilməsi



Yüklə 2,76 Mb.
Pdf görüntüsü
səhifə22/30
tarix05.05.2017
ölçüsü2,76 Mb.
#16788
1   ...   18   19   20   21   22   23   24   25   ...   30

 

III. 4. Kaşğari irsinin dəyərləndirilməsi 

 

Azərbaycanın görkəmli dilçisi Ə.Dəmirçizadə qeyd edir ki, 



M.Kaşğari birinci iki növ sinharmonizmi işıqlandırmış, üçüncü növ 

haqqında isə danışmamışdır. Lakin o morfem qovuşuğunda 

samitlərin  əvəzlənməsindən  ətraflı danışmşdır. Məsələn, keçmiş 

zamanda 4 variantlı /-dı/  şəkilçisi sonda gələn samitin keyfiy-

yətindən asılı olaraq kar samitin cingiltililə əvəzlələnməsini həyata 

keçirir. Əgər kök morfem kar samitlə bitirsə, ona 

əlavə olunan

 

 şəkilçi kar samit olur.  



Əksinə, kökün son samiti cingiltili olarsa, onda şəkilçidə  də samit 

cingiltili olur. Məsələn,  

/tap+tı/, /tut+tu/, ancaq /gəl+di/, /jaz+dı/ və s. 

Yuxarıda deyildiyi kimi, M.Kaşğari ümumi ahəng qanunu 

haqda girişdə, saitlərlə samitlərin ahəngindən isə divanın 3-cü 

cildində məlumat verir. 

Saitlərdə M.Kaşğari qalın (tutqun) və incə (aydın) 

qarşılaşmalarını  fərqləndirir, saitlərlə samitlərdə isə arxa sıra 

samitlərilə qalın saitlərin işlənməsini göstərir. Samit ahəngində isə 

o, kipləşən-partlayışlı samitlərlə novlu, yumşaq dilarxası, kar 

samitlərin karlarla və cingiltililərin cingiltilərlə əvəzlənməsini başa 

düşürdü. 

Beləliklə, biz görürük ki, M.Kaşğari bir çox məsələlərin 

şərhində  və  həllində  əsl mahir dilçi kimi hərəkət edib. Ə.M.Də-



ЫII HİSSƏ 

299 


mirçizadə bu böyük alimin ümumlinqvistik konsepsiyasını belə şərh 

edir: 


1. Dilləri tarixi dəyişikliklərə görə qruplaşdırır; 

2. Türk dillərinin fərqli və oxşar cəhətlərini açıb göstərir;  

3. Dilləri səciyyələndirərkən ümumi əlamətlərdən çıxış edir; 

4. Onun təsvirində fonetik oxşarlıq və  fərqlər mühüm yer 

tutur; 

5. Struktur əlamətlərdən çıxış edir; 



6. Morfem birləşməsində əvəzlənmələri əsas götürür; 

7. Yazılı faktlara əsaslansa da, fonoloji dəyərləri əsas götürür; 

8.  Əksər hallarda saitlərlə samitlərin kombinasiyasına 

söykənir; 

9. Təsvirdə bir çox hallarda qohum olmayan dillərə müraciət 

edir; 


10. M.Kaşğari tarixi-müqayisəli və müqayisəli-tutuşdurma 

dilçiliyindən çox-çox əvvəl bu metodları işləyib hazırlamışdır.

3

 

Bütün bunlar bir daha göstərir ki, böyük Kaşğari dilçilik 



tarixində, xüsusilə türkoloji dilçilik sahəsində özünə böyük abidə 

ucaldaraq dünyada ilk dəfə olaraq dilçiliyin bir elm kimi əsasını 

qoymuşdur. 

 

III. 5. Azərbaycanda dilçiliyinin Nizami və Tusi dövrü 

 

Heç təsadüfi deyildir ki, M.Kaşğari ilə bir dövrdə yazıb 



yaratmış böyük Azərbaycan şairi Qətran Təbrizi (1012-1089) sözün 

qüdrətindən bəhs etmiş, onu ruhun ölçüsü, ağılı isə  tərəzi 

adlandırmışdır. O da fars dilində ilk izahlı lüğət (Ət – təvasir) tərtib 

etmiş, lakin onu çap etdirməmişdir.

4

 

Xaqani  Şirvani (1120-1199) daha çox dildən söhbət açmış, 



dili qılınca bənzətmiş, insanın başına gələn müsibətlərin dildən 

gəldiyini xüsusi vurğulamışdır. O, dil sözünün timsalında, demək 

olar ki, çoxmənalılığı  məharətlə açıb göstərə bilmişdir.  Ə.Rəcəbli 

yazır ki, Xaqani hələ o zaman üç cür üslub fərqləndirirdi: bədii – 

kargüzarlıq, dini – didaktik və elmi – tədqiqat üslubları.

 

Bu fikirlər, 



Фяхряддин Вейсялли. СЕЧИЛМИШ ЯСЯРЛЯР. 3-cü cild 

300


doğrudan da, hər cür təqdirə layiqdir. Hazırkı dilçilikdə 

üsubiyyatdan söhbət gedəndə daha kimlərin adlarını sadalamırıq. 

Halbuki gözümüzün qabağındakı faktları görməkdə acizlik çəkirik. 

Deməli, heç bir şişirtməyə  və mübaliğəyə yol vermədən biz öz 

tariximizi daha dərindən və daha mükəmməl öyrənsək görərik ki, 

dilçilikdə ilkinlərin ilkini elə bizik. 

Dillə və sözlə bağlı hikmətamiz fikirlərə biz böyük Nizaminin 

(1141-1209) də yaradıcılığında rast gəlirik.  Əslində Nizami sözlə 

onun bildirdiyi əşya, hadisə və predmet arasında mövcud əlaqələri 

məharətlə açıb göstərə bilmiş, bu əlaqələr haqqında çox dəyərli 

fikirlər söyləmişdir. Sözü düşüncənin əvvəli hesab etməklə Nizami 

bütün varlığın sözdən  əmələ  gəlməsilə bağlı müqəddəs kitablarda 

söylənilən fikirlərə qoşulmuş, dünyanın sözdən yarandığını 

cəsarətlə bildirmişdir. Bu, Nizaminin fəlsəfi anlamının  əsasında 

durur. 

Nizami ümumilikdə sözün arxitektonikası  və estetik 



dəyərindən öz şeirlərində  bəhs etmiş, habelə onun sözlə bağlı 

işlətdiyi təşbehlər bir dilçinin təhlilindən heç də geridə qalmır. 

Danışmağı təmiz su ilə müqayisə edən bu dahi az sözlə dərin məna 

ifadə etməyi tövsiyyə edir. Digər tərəfdən, çoxluğu ulduz, təkliyi 

günəş kimi götürən şair yeri günəşin qızdırdığını bir daha xatırladır. 

Müq.et: 


 

Sözün də su kimi lətafəti var,  

Hər sözü az demək daha xoş olar. 

Bir inci saflığı varsa da suda,  

Artıq içilərsə dərd verir su da. 

İnci tək sözlər seç, az danış, az din,  

Qoy öz sözlərinlə dünya bəzənsin. 

 

Və ya 



 

Az sözün inci tək mənası solmaz,  

Çox sözün kərpic tək qiyməti olmaz. 


ЫII HİSSƏ 

301 


Əsli təmiz olan saf mirvarilər,  

Suya və torpağa min bəzək vurar.   

Yüz ulduz yansa da göylərdə inan,  

Bir gülə baş əymək xoşdur onlardan. 

Göydə parlasa da nə qədər ulduz,  

Günəşdir isidən aləmi yalnız. 

 

Nizami dühasının genişliyini və  dərinliyni bildirən, onun 



dilçilyin ən çətin sahələrinə bələd olmasını sübut edən amillər üslub 

və çoxmənalılığı, dil işarələrinin ən vacib əlamətlərindən biri kimi 

onların təkrarlığını göstərməsi Nizamini semiotikanın banilərindən 

biri kimi qeyd etməyə əsas verir. Fikrimizcə, məsələyə bu baxımdan 

yanaşmaq bizim qarşımızda yeni perspektivlər aça bilər və böyük 

Tusinin işarə  nəzəriyyəsinin Nizami poeziyası  zəminində 

formalaşdığını söyləmək olar. Eyni zamanda Nizami dil işarələrinin 

çoxmənalılığını da məharətlə açıb göstərir. Aşağıda böyük şairdən 

verdiyimiz iki bənd dediyimizi bir daha sübut edir: 

/Ancaq sözü sözə bağlamaq üçün,  

Bəzən nə eybi var, təkrar da mümkün// və ya 

/Lüğətdə ikidir bil, mancanaqlar,  

Lakin biri ipək, biri daş atar// 

Şərqin böyük alimi – filosofu – astronomu – riyaziyatçısı 

N.Tusi (1201-1274) özünün “İşarələrin  əsasları” (Əsası  əl işarət-

1254)  əsərində  ətraf aləmin dərkində anlam məsələsini işləyib 

hazırlamaqla idrak nəzəriyyəsinin banilərindən birinə çevrilmişdir. 

O, anlamı insanın beynində öz həyat təcrübəsindən qazandığı 

təsəvvürlərin ləpiri, izi kimi başa düşməklə irəliyə doğru ciddi bir 

addım atmışdı. İşarənin (sözün) maddi tərəfi, buna hazırkı dilçilik F. 

de Sössürdən bəri signifiant deyir, məna tərəfi, (buna isə hazırkı 

dilçilik F. de Sössürdən bəri signifie deyir), ilə yanaşı onların 

əlaqəsini təmin edən üçüncü bir komponent də fərqləndirir ki, bunu 

da o, anlam adlandırırdı. Təəssüflər olsun ki, N.Tusinin bu mühüm 

fəlsəfi təlimi uzun illər yaddan çıxmış, yalnız alman filosofu 


Фяхряддин Вейсялли. СЕЧИЛМИШ ЯСЯРЛЯР. 3-cü cild 

302


Q.Freqe (1848-1925) anlamı elmi cəhətən  əsaslandırmış, lakin 

N.Tusinin adını belə çəkməmişdir.

5

 

N.Tusidən sonrakı  əsrdə yazıb yaratmış  şair və filosof Şeyx 



Mahmud  Şəbüstəri (1287-1320) «Gülşəni-Raz» poemasında nitqi 

insanın mühüm əlaməti hesab edir, onu insanı bütün digər bioloji 

varlıqlardan ayıran vasitə hesab edir. O, “ağıl nitqin köməyi ilə üzə 

çıxır” deməklə alman alimi Y. Herderi (1744- 1808) düz 5 əsr 

qabaqlamışdır. 

XIII  əsr Azərbaycan dili və dilçiliyinin inkişafında mühüm 

mərhələ  təşkil edir. Məhz bu əsrdə  İsfəhanli Həsənoğlu tərəfindən 

əsası qoyulan türkdilli poeziyamızda tez-tez dil və dilçiliklə bağlı 

maraqlı fikirlərə rast gəlmək olur. Onun həmin dövrdə  qələmə 

aldığı  şeirin ilk Azərbaycan dilli əsər olduğunu nəzərə alsaq, deyə 

bilərik ki, onun müasir dövr şeirlərindən fərqi bir o qədər də böyük 

deyildir. 

/Apardı könlümü bir xoş qəmər yüz, canfəza dilbər,  

Nə dilbər? Dilbəri – şahid. Nə şahid? Şahidi – sərvər. 

Mən ölsəm, sən büti-şəngül sürahi, eyləmə qül-qül,  

Nə qül-qül? Qül-qüli- badə. Nə badə ? Badeyi-əhmər 

Başımdan getmədi hərgiz səninlə içdiyim badə,  

Nə badə? Badey-məsti. Nə məsti? Məstiyi – sağər. 

Şəha, şirin sözün qılır Misirdə bir zaman kasid,  

Nə kasid? Kasidi-qiymət. Nə qiymət? Qiyməti-şəkkər. 

Tutuşmayınca dər atəş bulunmaz xisləti-ənbər,  

Nə ənbər? Ənbəri-suziş? Nə suziş? Suzişi – məcmər. 

Əzəldən canım içində yazıldı surəti- məni,  

Nə məni? Məniyi –surət. Nə surət? Surəti-dəftər. 

Həsənoğlu sənə gərçi duaçıdır, vəli sadiq. 

Nə sadiq? Sadiqi-bəndə. Nə bəndə? Bəndeyi- çakər. 

 

Bu parçada cüzi fonetik fərqi nəzərə almasaq (“yüz” sözünün 



əvvəlində /j/ samitinin gəlməsi), demək olar ki, həmin bu üslub 

müasir şeirlərdə də müşahidə olunur. 



ЫII HİSSƏ 

303 


Azərbaycan xalqının maarifpərvər oğlu d-r Cavad Heyət 

(1923-2015) XIII – cü əsri təhlil edərək yazır ki, Hinduşah 

Naxçıvaninin (1330-cu ildə  vəfat edib) “Silahül – əcəm”  əsərini 

dörd dildə (farsca, ərəbcə, türkcə  və  pəhləvicə) yazmaqla 

Azərbaycan türklərinə farscanı öyrətmək məqsədilə lüğət və 

qrammatikanın əsasını qoymuşdur.

12

 Bu da bir daha onu göstərir ki, 



lüğətlərin tərtibi artıq orta əsrlərdən Azərbaycanda bir ənənənəyə 

çevrilmişdir. Dilçiliyin bir elm sahəsi kimi formalaşmasının 

özülündə dilin mahiyyəti, funksiyası, tədrisi və bu zaman tədrisə 

köməklik (lüğətlər, dərsliklər və s.) göstərən vəsaitlərin 

hazırlanması məsələləri olmuşdur. 

Azərbaycan ədəbi dilinin formalaşmasında filosoflardan Qazi 

Bürhanəddin, fars dilində yazıb-yaradan Marağalı  Əvhədi (1274-

1338), Arif Ərdəbili ( ), habelə Nəsimi (1370-1417) və Şah İsmayıl 

Xətai (1486-1524) mühüm rol oynamışlar. 

Marağalı  Əvhədi 1333-cü ildə fars dilində 9142 misralıq 

“Cami-Cəm” adlı dialektik-əxlaqi poemasını yazır. O, sözün 

göydən gəldiyini söyləmiş, onun saflığını  və ülviyyətini tərənnüm 

etmişdir. Həmin  əsərində o, həyat, cəmiyyət və  təbiət haqqında 

dəyərli sözlərlə yanaşı dil və danışıq haqqında da hikmətamiz 

fikirlər söyləmişdir. O yazırdı: 

/Yarandı ağıl, nəfs, bir də ki, fələk,  

Danışmaq öyrəndi, çərx, həm eşitmək// 

Şair danışmaqla eşitməyi bərabər tutaraq ağıl, ruh və  fələyin 

bir anda yaranmasını əsas götürür və sözün forması ilə məzmununu 

vəhdətdə götürməklə, sözün maddi qabığını təşkil edən qrafemlərə 

xüsusi önəm verir, əsərlərində  nəhvdən (sintaksisdən) bəhs edərək 

onu hikmət, şərh və məntiq elmlərilə bərabər götürür.

Qeyd edək ki, Marağalı  Əvhədidən sonra yaşayıb yaratmış 



Arif Ərdəbili də 1369-cu ildə yazdığı “Fərhadnamə” əsərində sözün 

iki tərəfindən-forma və  məzmunundan danışır.  Şair /Sözdə  xəyal 

yoxsa, onda can olmaz// deməklə özündən sonra gələn dilçiləri xeyli 

qabaqlayaraq semiotik üçbucağa aydın işarə etmişdir: 

 


Фяхряддин Вейсялли. СЕЧИЛМИШ ЯСЯРЛЯР. 3-cü cild 

304


xəyal (anlam) 

Söz (işarə) 

can (məna). 

 

Nəticəyə görə söz ilkindir, hətta kainat da sözdən törəmişdir. 



«Ol dedi, oldu». Nitqi insanın atributu hesab edir. Danışırsansa, 

deməli canlısan. O, şeirlərində ünsiyyət vasitəsi mənasında əvvəlcə 

«lisan», «rəvan» kəlmələri işlədir. Nəsimi türk dilini (Azərbaycan) 

ərəb dilindən üstün tutur: 

 

Ərəb nitqi tutulmuşduri dilindən,  



Səni kimdir deyən, kim, türkmansan? 

 

Şah  İsmayıl Xətai (1486-1524) Azərbaycan dilini dövlət dili 



kimi saraya gətirmişdir. O, yazırdı: 

 

Söz vardır kəsdirər başı,  



Söz vardır kəsər savaşı. 

Söz vardır ağulu aşı 

Bal ilən edər bir söz. 

 

Başqa yerdə şair yazır: 



 

Gördüyünü gözün ilə 

Söyləməsən sözün ilə. 

Qiybətdən kəsər gör dilin,  

Hər qula yeksan dedilər. 

 

Şah İsmayıl Xətai dörd şeyin içində sözü də unutmur. 



 

Dörd şey lazım bir qarındaşa lazım,  

Bir elm, bir kəlam, bir nəfs, bir söz. 

 


ЫII HİSSƏ 

305 


XIV  əsrin  əvvəllərində  «İbn –Mühənna lüğəti» elmi dilçilik 

əsəri idi. Ondan sonra Hinduşah Naxçıvaninin “Silah-əl əcəm» əsəri 

meydana gəldi. 1545-ci ildə isə Lütfulla İbn Yusif Nəiminin 

«Bəhrül qəraib» (Qəribəliklər dənizi) adlı farsca-türkcə lüğəti elmi 

əsər idi. Bunlarda da cəmiyyətdə dili öyrənməyin ilk nümunələrini 

görürük. 

 

III. 6. Azərbaycan dilçiliyinin İbn Mühənna mərhələsi 

 

Seyid  Əhməd Cəmaləddin  İbn Mühənna uzun müddət 



dilçiliyimizə az tanış olan, ancaq dilçiliyimizdə  həqiqətdə misilsiz 

xidmətləri olan bir alim olmuşdur.  İlk dəfə olaraq bu böyük dilçi 

haqqında 1900-cu ildə  məlumat verən rus türkoloqu Platon 

M.Melioranski onu dünyaya ərəb filoloqu kimi təqdim etmişdir.

7

 

XIII-XIV  əsrlərdə yaşayıb-yaratmış  İbn Mühənna (ölüm 



tarixi: 1324 və ya 1325-ci il), fars, türk və monqol dillərinin 

qrammatik quruluşunu tədqiq etmiş və “Hilyətül-insan” və həlbətül-

lisan” (“İnsanın bəzəyi və dili sahəsi”) adında fars dilində kitab 

yazmışdır. 3 cildlik bu kitab fars (I hissə), türk (II hissə) və monqol 

(III hissə) dillərinə  həsr olunmuş sanballı elmi-tədqiqat  əsəridir. 

Ə.Cəfəroğlu (1899-1975) yazır ki, Platon M.Melioranski «Араб-

филолог  о  турецkом  языkе» adlı doktorluq dissertasiyasında 

naməlum müəllifin əsərini azərbaycanca yazdığını və əsas türkcəni 

də azəri ləhcəsi olmasının mümkünlüyündən söz açmışdır. 

P.M.Melioranski naməlumluq məsələsində  tələsmişdir, çünki 

on il bundan sonra İstanbulda çap olunan «Kitabi-haliyyeti – əl 

nisan və haliyyəti – əlalisan» və «İbn Mühənnanın lüğəti» adlanan 

lüğətin müəllifinin İbn Mühənna olması faktı təsdiqlənir. Digər rus 

alimi S.Y.Malov isə yazır ki, əsərdə sözü gedən əsas türkcə heç də 

azəri türkcəsi deyil, Türküstan, Qaşqar və Uyğur türkcəsi olduğu, 

azəri ləhcəsilə bağlı fikirlərin isə  əsərə sonralar əlavə edildiyi 

qənaətinə  gəlir. Göründüyü kimi, P.M.Melioranski lüğətin dilini 

azəri türkcəsi adlandırır, ancaq S.Y.Malov məsələyə başqa cür 

yanaşır.  Əvvəlcə  Ə.Cəfəroğlu, sonra T.Hacıyev S.Y.Malovun 


Фяхряддин Вейсялли. СЕЧИЛМИШ ЯСЯРЛЯР. 3-cü cild 

306


fikirlərinin yanlış olduğunu sübut edirlər. Belə ki, o dövrdə /k/-nın 

/g/ və ya /x/-ya keçməsi uyğur türkcəsinə xas deyildi. Ə.Cəfəroğlu 

XIII  əsrdə Azərbaycanda oyanış olduğu, hətta orada bir növ Türk 

Elmlər Akadimiyasının mövcudluğu haqqında F.M.Köprülüzadəyə 

istinadən fikirlər yürüdüldüyünü söyləyir. Bu çox inandırıcı 

görünür. Çünkü hülakilər hakimiyyəti dövründə Azərbaycanda bir 

intibah dövrü yaşanmışdı. Həqiqətən də, böyük N.Tusi məktəbi və 

Marağa rəsədxanası dilçiliyə təsirsiz ötüşə bilməzdi. 

Ə.Cəfəroğlu yazır ki, əldə olan məlumatlara görə  İbn 

Mühənnanın babasının babasını 

şiə tarixçilərindən biri 

adlandırmağa müəyyən imkan yaradır. Odur ki, Azəri ləhcəsinin 

müəyyənləşdirilməsi  İbn Mühənna  şəxsiyyətinin tam açılması 

olmadan həll etmək imkansız görünür. 

Azərbaycanın görkəmli türkoloqu, AMEA-nın həqiqi üzvü 

T.İ.Hacıyev (1936-2015) İbn Mühənnanın üçdilli lüğətinin 

(Hilyətül-insan və həlbətül –lisan) məhz hülakilər dövründə, özü də 

Kirmanda (Cənubi Azərbaycanda – F.V.) yazıldığını, habelə  İbn 

Mühənnanın Azərbaycan türkü olmasını faktlarla sübut edir. Bu 

zaman alim diqqəti /Cəmaləddin/ və /Seyid/ toponimlərinə çəkir və 

bu  şəxs adlarına Türküstan türklərində rast gəlinmədiyini xüsusi 

vurğulayır. 

Adamların dil öyrənməsini özləri üçün əbəs saydığını  qəbul 

etməyən  İbn Mühənna yazır: “Halbuki səyahət və  gəzintilərində 

bundan istifadə edə bilərlər, eləcə  də elmi məsələlərin tədqiqində, 

ticarətdə fayda qazanmaq və ya ziyandan qaçmaq üçün, yaxud bir 

işdə ustalığına, sənətkarlığına görə haqq almaq istəyi ilə  və ya 

müxtəlif məsələlərin həllində öz düşüncələrini gücsüzlük və 

acizlikdən qurtarmaq üçün və ya vətəndə  və yad ölkədə öz 

müasirlrinin qarşısında üstünlük əldə etmək üçün dil biliyi onların 

gərəyi olardı. Buna, dillərin öyrənilməsinə belə baxışıma türk 

səltənəti həvəslə qoşuldu. Allah onların qələbəsini möhkəmləndirsin 

və hökmranlığına rifah və dinclik versin”. 

Bu sitatdan bəlli olur ki, İbn Mühənna dilöyrənmənin insan 

həyatında nə qədər mühüm rol oynadığına xüsusi dəyər verir, onun 


ЫII HİSSƏ 

307 


həm praktik, həm də elmi fəaliyyətdə, habelə idarəetmədə xüsusi 

önəm daşıdığını vurğulayır. Kitabını metodiki cəhətdən üç dil üzrə 

– fars, türk və monqol dillərinə – ayrı-ayrı hissələrdə yerləşdirməklə 

İbn Mühənna o dövrdə bu dillərdə danışanların daim kontaktda 

olmasını  əsas götürür və türk səltənətinin onun lüğət yazmaq 

niyyətini bəyəndiyini açıq söyləyir.  İbn Mühənnanın bu əsərə 

yazdığı izahat onun pedaqoji səriştəsinin yüksək olduğunu göstərir. 

O, materialının seçimi prinsiplərini  əsl metodist kimi əsaslandırır, 

çox işlək və nitqdə  məlum olan şeyləri, hər  əsərdən  ən 

mükəmməlini və  fəsillərin ardıcıllığına görə  ən münasibini 

seçdiyini vurğulayır. “Kitabın mətləbini doğru ifadə edən, mənim 

sözlərimə  bəraət qazandıran, onu təsdiqləyən, məni danlaqlardan 

xilas edən gözəl nitqli insanları dinlədim. Hər hissənin yazılışında 

materialı elə yaxşı böldüm ki, mən bilən, mənə qədər heç kəs belə 

yazmayıb.

 

İbn Mühənna qarşısına qoyduğu məqsədə uyğun olaraq yazır 



ki, onun kitabı bilikdə üstünlük və  işlərində qazanc əldə etmək 

istəyənləri, özü demiş, alimləri və tacirləri nəzərdə tutub. 

Yuxarıda deyildiyi kimi, kitabın ikinci hissəsi türk dili 

haqqındadır. “Mən bu sətirlərdə çalışdım ki, düzgün ümumişlək 

danışığı ifadə edim və “vəhşi”, işlək olmayan sözləri atım, ümumi 

razılaşdırılmış tərkiblərin, məişətdə ümumi qəbul olunmuş sözlərin 

ardınca gedim, hər məsələni ayrıca verim, bütün əsəri anlayışlar – 

məlumatlar üçün münasib edim, əsas iki hissəyə bölərək, 

materialımı  təməl prinsiplərə, ümumi qanunlara, fəsillərə  və 

bölmələrə görə bölüşdürüm, paylayım.” 

İbn Mühənna türk dilinin əlifbası  və  səs birləşmələri (onda 

hərf birləşmələri adlanır – F.V.), ərəb dilində olmayan, yalnız türk 

dilinə xas olan səslərdən  əsl fonoloq kimi danışır, türk dillərinin 

aqqlütinativliyini xüsusi vurğulayır,  şəkilçilərdə  iştirak etməyən 

səsləri göstərir: 

O, türk dillərində danışanların nitqlərindəki tələskənliyi, 

tələffüzlərindəki etinasızlığı, bəzi səslərin “yeyilməsini”, uzun 

saitlərin təsadüfliyini, həmzəlilərin bolluğunu da qeyd etməyi 



Фяхряддин Вейсялли. СЕЧИЛМИШ ЯСЯРЛЯР. 3-cü cild 

308


unutmur. İbn Mühənna əlifin, yanın və vavın 3 cür yazlışını verir. 

Eyni zamanda o, fonem əvəzlənmələrindən (10 əvəzlənmə növünü 

göstərir – F.Veysəlli) də danışır. Bundan sonra İbn Mühənna ikinci 

hissənin 24 bölməsinin hər birinin məzmununu açıqlayır. Burada 

adlardan tutmuş feillərin və  əvəzliklərin  şəxslənməsi, inkarlıq və 

müəyyənlik – qeyri – müəyyənlik, mənsubiyyət kateqoriyası, 

tamamlıq və izafət, köməkçi hissəciklər və s. haqqında  ətraflı 

məlumat verilir. Kitabın diqqəti çəkən bir cəhəti də odur ki, İbn 

Mühənna özündən sonrakı dilçilik ənənəsini xeyli qabaqlamış, 

bütün qaydaları danışıq dilinə  əsasən vermişdir. O, Kufə  və  Bəsrə 

dilçiliyinə yaxından bələd olduğunu aydın nəzərə çarpdırır. 

Fikrimizcə,  İbn Mühənnanın bu kitabı nümunə kimi ali 

məktəblərimizdə tədris olunmalı, gənclərimiz bu böyük dilçi alimin 

linqvistik görüşlərini mükəmməl şəkildə mənimsəməlidirlər. 



 

III. 7. Azərbaycan dilçiliyinin Nəsimi və Füzuli dövrü 

 

Böyük Azərbaycan  şairi Nəsimi (1370-1417) dilçilik 



haqqında ayrıca bir kitab yazmasa da, o, şeirlərində nitqi vəsf edir 

və sanki bugünkü günümüzlə ayaqlaşaraq ünsiyyətin gerçək 

modelini cıza bilmişdir. O yazır: 

/Gəl mana bir söyləgil kimdir sənin nitqində kim. 

 

Söyləyən, söylətdirən, eşitdirən hər yanədən.// 



Nəsimiyə görə söz ilkindir, hətta kainat da sözdən törəmişdir. 

«Ol dedi, oldu». Nitqi insanın atributu hesab edir. Danışırsansa, 

deməli canlısan. O, şeirlərində ünsiyyət vasitəsi mənasında əvvəlcə 

«lisan», «rəvan» kəlmələri işlədir. Nəsimi türk dilini (Azərbaycan) 

ərəb dilindən üstün tutur: 

Ərəb nitqi tutulmuşdur dilindən,  

Səni kimdir deyən, kim, türkmansan? 

Arif  Ərdəbili üçbucaqda dil işarəsinin mahiyyətini açırsa, 

Nəsimi üçbucaqda onun sintaktik (söyləyən), praqmatik 

(söylətdirən) və perseptiv (eşitdirən) aspektlərini açıb göstərir. 

Digər bir şeirində isə Nəsimi dilin mahiyyətini belə açıb göstərir: 


ЫII HİSSƏ 

309 


/Gər dilim, yar, qeyrinə meyil eyləsə,  

Öz dilim ilə dilimini diləmən// 

Göründüyü kimi, şair öz ana dili olan Azərbaycan türkcəsinin 

sabitliyini, yenilməzliyini göstərməklə  bərabər başqa dilə meylini 

öz dililə nizamlayacağını elan edir. 

Böyük Füzuli də (1494-1556) öz sələfləri kimi sözə yetərincə 

qiymət vermiş, sözün işlənməsinə xeyli yer ayırmışdır. Füzuli 

yaradıcılığından bəzi seçmələr dediyimizi bir daha təsdiq edir. 

Təvəzökarlıq edərək, o, sözün vəsfində gücsüz olduğunu etiraf edir: 

Hər şeydən yüksəkdir sözün məqamı,  

Hər yerdə sevərlər sahib kəlamı,  

Sözün vəsfi mənim hümmətim deyil. 

Sözün qiymətinə söz yox yəqin bil,  

Çün ol sənə qılalı mehribanlıq,  

Yaxşılığa eyləmə yamanlıq. 

Məlumdur ki, dünyanın yaranışının ilahı açılışı sözlə bağlıdır 

deyənlər adətən  İncildən bu misalı  gətirirlər: «Və Allah dedi: İşıq 

olsun! Və işıq oldu. Allah gördü ki, işıq yaxşıdır. Bu zaman Allah 

işığı zülmətdən ayırdı  və  işığı gün, zülməti isə gecə adlandırdı. 

Sonra Cənab Allah yer üzündəki heyvanları  və göydəki quşları 

insana göstərib baxdı ki, görsün insan onları necə adlandıracaq; 

çünki insan onları necə adlandırsa, elə də adlanacaqlar. Və insan yer 

üzündəki heyvanlara və göydəki quşlara ad verdi”. Elə bu motivləri 

biz Füzulinin aşağıdakı şeirində də görürük: 

Gözəl yaranmışdır söz əzəl başdan,  

Düzlükdür ondakı hüsnü artıran. 

Düzlükdə artmışdır sözün qiyməti,  

Düzlükdür hər şeyin ilk məziyyəti. 

Xəlqə ağzın sirrini hərdən qılır izhar söz,  

Bu nə sirrdir kim, olur ləhzə yoxdan var söz. 

Artıran söz qədrini sidqilə qədrini artırır,  

Kim nə miqdar olsa, əhlin eylər olmaqdır söz. 

Bir sözə ehya (can vermə) ki, tutduqca səni xabi-əcəl (ölüm) 


Фяхряддин Вейсялли. СЕЧИЛМИШ ЯСЯРЛЯР. 3-cü cild 

310


Elər hər saət səni ol uyqudan bidar (oyaq) söz. 

Bir nigari – ənbərin xəttdir (ənbər –gözəl xətt) könüllə almağa 

Göstərir hərdəm niqabi – qeybdən rüxsar söz. 

Xəzini-gəncineyi – əsrardır (sirr xəzinədarı) hərdəm çəkər,  

Rişteyi-izharə min-min gövhəri-əsrar söz 

Olmayan qəvvasi-bəhri-mərifət (mərifət dənizinin üzgüçüsü) 

arif deyil 

Kim, sədəf tərkibi-təndir, şöləyi-şəhvar-söz (ən əla inci) 

Gər çox istərsən Füzuli izzətin, az et sözü,  

Kim, çox olmaqdan qılıbdır, çox əzizi xar söz. 

(M.Füzuli. Seçilmiş əsərləri, s.122). 

Yuxarıdakı misallardan görürük ki, Füzuli dilin daxili 

strukturuna o qədər yaxından bələd olmuşdur ki, şeir yazanda 

fonemlərin həmahəngliyini gözləməyə nail olmuşdur. Sözdə bir 

samit artırmaqla Füzuli onun ahəngini dəyişmişdir. Məsələn,  

/Laf ilə qılıcdan vurmağıl dəm 

Kim vardır bizim qılıncımız həm// 

Füzuli poeziyasından söz açan görkəmli Azərbaycan dilçisi 

M.Adilov yazır: “Füzuli şeirində klassik şərq poetikasına xas 

məqlub (palindrom və ya paronim – F.V.) ilə (hərflərin möcüzəsi) 

türk xalq şeirinə xas alliterasiya (səslərin möcüzəsi) bir vəhdət təşkil 

edir, birlikdə təzahür edir.” 

Füzulidə paronimlər yetərincə  işlədilir. Özü də bunlar 

ahəngdarlığı qüvvətləndirmək üçün edilir. Müq.et: 

/Cəm könlün dövr cövründən pərişan olmasın 

Hər kimin kim dövr cövründən dili-naşadı var// 

Füzulidə paronimlərdən istifadə bir üsul olaraq çox geniş 

tətbiq olunur. Bu paronimlik heca, söz və  hətta söz birləşməsi 

şəklində işlənir. 

/Yeydürür meyxanədə bir cam vermək bir gözəl// 

Və ya 

/Dünyaya gəlmişik . qəm ilə həmdəm olmuşuq,  



Qəm aşinası dəhrdə, biz hər dəm olmuşuq// 

ЫII HİSSƏ 

311 


Ən ciddi maraq doğuran odur ki, M. Füzuli sanki fonetikanı 

və fonologiyanı şərh edir, dil səslərinin möcüzəsinə şərh vermədən 

onları bilavasitə  şeirə  tətbiq edir. Sözlərin  əvvəlində, ortasında və 

sonunda fonemləri – saitləri və samitləri bir-birilə  əvəz etməklə 

Füzuli bədii vasitə yaradır, bu zaman təkcə sözlərin deyil, hətta 

bütöv söyləmlərin səslənməsində  həmahəngliyə nail olur. Burada 

həm söz başında, həm sözün içində, həm də söz sonunda (Məsələn, 

/şövq/-/zövq/, /həm/-/qəm/, /zar/-yar/, /məlamət/-/səlamət/ və s.) 

qarşılaşmalarla işlənən paronimləri misal gətirə bilərik. Dediklərmiz 

aşağıdakı parçada özünü aydın göstərir: 

/Leyli-məhi – asimani həşmət,  

Məcnun – şəhi –kişvəri-məlamət 

Leyli – səfi – əhli- hüsn əmiri 

Məcnun – səri- kuyi-qəm fəqiri... 

Leylidə kəmali-hüsnilə zövq,  

Məcnunda cəmali-Leyliyə şövq// 

Gətirdiyimiz nümunədə /m-∫-f-r-k-dž/ samitləri qafiyədaxili 

paronimlərin yaranmasını  şərtləndirən samitlərdir.  Şair başqa 

hallarda sözün əvvəlinə bir fonem artırmaqla (/Fərz oldu bir əzmə 

cəzm qılmaq...Sındırmağa  əhdi cəhd qıldı...// və ya/əslində tikan 

çəkər  əzabın, Fəslində  həkim alır gülabın// və s.) və ya sözün 

fonetik strukturundan bir fonemi atmaqla (Məsələn, /Yar 

həmsöhbətim olmazsa, Füzuli, nə əcəb. Özünə söhbətim ar bilibdir 

bilirəm...// və s.) yeni qafiyə yaradır. Söz yox ki, Füzuli ərəb 

qrafikasını  dərindən bildiyindən  şeirlərində bu qrafikanın bütün 

zənginliklərindən nəinki məharətlə istifadə etmişdir, həm də onun 

mürəkkəbliyinə münasibət bildirmişdir. Məsələn,  

/Gah bir hərf süqutilə qılır nadiri nar,  

Gah bir nüqtə qüsurilə gözü gur eylər// 

deməklə  şair  ərəb qrafikasının məqlub və ya paronim üçün 

necə əlverişli imkan yaratdığını xüsusi vurğulayır.

11

 



Biz F.Veysəllinin Ankarada Füzuli simpoziumunda etdiyi 

məruzədə böyük şairimiz Füzilinin dilimizin poeziyada işlənməsilə 

bağlı nə qədər müdrik sözlər söylədiyinin şahidi oluruq. 


Фяхряддин Вейсялли. СЕЧИЛМИШ ЯСЯРЛЯР. 3-cü cild 

312


Yüklə 2,76 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin