Azərbaycan tariXİ (Ən qəDİm zamanlardan – XXI əSRİN İlk oniLLİKLƏRİNƏDƏK) Ali məktəblər üçün dərslik Bakı 2019


§ 2. Çar Rusiyasının köçürmə siyasəti və onun nəticələri



Yüklə 3,15 Mb.
səhifə109/173
tarix26.12.2023
ölçüsü3,15 Mb.
#197592
növüDərs
1   ...   105   106   107   108   109   110   111   112   ...   173
Ar2019-47-1

§ 2. Çar Rusiyasının köçürmə siyasəti və onun nəticələri


Çar müstəmləkəçiləri ilk illərdən etibarən Qafqazda rusların köçürülüb yer-
ləşdirilməsinə ciddi fikir verirdilər. Bu yolla Qafqazda, o cümlədən Azərbaycanda məskunlaşan ruslar çarizmin dayağına çevrilməli, bu yerlərin itaətdə saxlanılmasında əsas dayaq rolunu oynamalı idilər. Zaqafqazifada rusların yerləşdirilməsi əsasən üç istiqamədə aparılmışdır. Hərbi hissələrdə inşa edilmiş kilsələrdə xidmən edən din xadimlərinin gətirilməsi, hərbi xidmətdən sonra burada daimi yaşamaq üçün qalanlara imtiyazların verilməsi, dini əqidələrinə görə sektantların Rusiyanın müxtəlif quberniyalarından Azərbaycana göçürülüb məskunlaşdırılması.
Kilsələr Rusiyanın müstəmləkə siyasətini Azərbaycanda həyata keçirən ilk carçılar idilər. Lakin Rusiyanın müstəmləkə dairələrinin ciddi cəhdlərinə baxmayaraq xristianlığın bu yolla yayılması geniş vüsət almışdı. Rus kilsələri ermənilərin çarizmin dayağına çevrilməsi prosesini sürətləndirdi və bu işə məqsədyönlü bir istiqamət verdi. Zaqafqaziyanın ruslaşdırılmasında kilsə fəaliyyətinin kifayət etmədiyini duyan çarizmin müstəmləkəçiliyin başqa üsullarına əl atdılar. 1821-ci il yanvarın 3-də venrilmiş çarın fərmanında əsgəri xidməti qurtarandan sonra Qafqazda qalmaq istəyənlər üçün imtiyazlar nəzərdə tutulmuşdu. Qafqaz arzusunda olanlara pul, hərbi ləvazimat verilir, əkinçiliklə məşğul olmaq üçün münbit torpaq sahələri ayrılırdı. Hərbi məskənlər kimi salınan bu yaşayış məntəqələrindən birincisi Şuşa şəhəri yaxınlığında, sonralar isə Qubada salındı.
Çar hökuməti Azərbaycanı əbədi olaraq əldə səxlamaq üçün köçürməyə və xüsusilə də rusların bu diyarda məskunlaşdırılmasına əsas vasitə kimi baxırdı. 1837-ci ildə çar I Nikolayın fərmanı ilə Yelizavetpolda hərbi kaloniyalar yaratmaq haqqında göstəriş verildi. Azərbaycanda rusların məskunlaşdırılmasını geniş miqyasda həyata keçirmək üçün daha təsirli işlərdən biri də rus sektantlarının buraya köçürülməsi idi. 1802-ci ildə imzalanmış çar fərmanı ilə təriqətçilərin Zaqafqaziyaya sürgününün əsası qoyuldu. Rusiyadan təriqətçilərin Zaqafqaziyaya axınının təşkil etmək üçün xüsusi Komitə yaradıldı. Azərbaycanda yerləşdirilən hər köçkün ailəsinə 5 desyatin miqdarında torpaq verilməsi nəzərdə tutulurdu.
Rusların köçürülməsi ilə bağlı olaraq 1830-cu ilin oktyabrın 20-də Dövlət Şurası daha bir qərar qəbul etdi. Bu qərarda rus Pravoslav kilsəsinə qarşı çıxan hər hansı təriqətçi kafir kimi qiymətləndirilirdi. Bu qərar staroobryadçılar, molokanlar, duxoborlar, skoplar və subbotniklərə şamil edilirdi. Qərarda qeyd edilirdi, təriqətçiləri cəza kimi ya Qafqaz hərbi korpusuna əsgəri xidməti keçirmək üçün Zaqafqaziyaya göndərməli, ya da oraya sürgün olunmalıdırlar.
Dövlət Şurasının 31 yanvar 1831-ci il tarixli qərarında rus köçgün təriqətçilərinin Azərbaycanda yerləşdirilməsi qaydaları şərh edilmişdi. Bu qərara görə: 1) rus köçgünləri üçün ayrılmış torpaq sahəsi 5 desyatindən az olmamalı idi. 2) məhkəmənin hökmü ilə köçürülən təriqətçilər, meşə yaxınlığında olan torpaq sahəsində yerləşdirildiyi təqdirdə 50 manat, meşələrdən uzaq məskunlaşmaq üçün torpaq sahəsi alanda isə 100 manat pul müavinəti almalı idi. 3) raskolniklər başqalarına təsir göstərməsinlər deyə təzə məskən saldıqları yerlərdə kompakt halda yerləşdirilmələri qadağan edilirdi, onlar pərakəndə halda yaşamalı idilər. 4) raskolniklərin şəhər əhalisinə zərərli təsirini heçə endirmək üçün onlar kənd təsərrüfatı rayonlarında məskunlaşdırılmalı idilər.
Azərbaycanda rus təriqətçilərinin köçürülüb məskunlaşdırılmasında ilk illərdə dini motivlər üstünlük təşkil etmişdir. Azərbaycanda rus köçkünlərinin yerləşdirilməsi Qafqaz canişininin nəzarəti altında həyata keçirilirdi.
Başqa yerlərdə olduğu kimi azərbaycanda da ilk vaxtlarda rus sektantlarının bir yerdən başqa yerə köçmələri qadağan edilmişdi. Bundan da əsas məqsəd onları məhdud çərçivədə saxlamaqla, təriqətçiliyin qarşısını almaq idi. Bu proses XIX əsrin 30-cu illərin ikinci yarısına kimi davam etdi. Bu vaxtdan sonra rus köckünlərindən Azərbaycanı idarə etmək məqsədiylə daha geniş planda istifadə etmək qərara alındı.1837-ci ildə qəbul edilmiş hökumət qərarında sektantlarla bağlı pasport rejimi ləğv edildi, sürgün olduqları ərazilərdə onların sərbəst hərəkət etmələri üçün icazə verildi. Bu yeni siyasət Azərbaycana yeni rus axınına səbəb olmalı idi ki, bu da öz növəsində çar müstəmləkə dairələrinin Qafqazın ruslaşdırma siyasətini sürətləndirməli idi. Ciddi pasport rejimi çərçivəsində yaşayan sektantlar yeni qərar qəbul ediləndən sonra Rusiyaya qayıtmaq meylindən əl çəkir, Azərbaycanın daha münasib yerlərini daimi yaşayış məntəqəsi kimi seçirdilçr. XIX əsrin 40-cı illərin ikinci yarsında rəsmi hökumət dairələrində rus sektantlarına artıq dini təfriqə salanlar kimi deyil, Azərbaycanda çar siyasətinin daşıyıcısı və həyata keçirilməsində istifadə olunan bir mühüm amil kimi baxmaq üstünlük təşkil etməyə başladı. 1848-ci ildə verilən qərara əsasən rus sektantlarına Azərbaycanın şəhərlərində də yaşamaq hüququ verilirdi. Bu yeni qərar Azərbaycana yeni rus axını üçün hüquqi zəmin yaratmalı və burada ruslaşdırmanı sürətləndirməli idi.
40-cı illərin ikiknci yarsından etibarən rusların Azərbaycanda yerləşdirilmə-
sində mühüm dəyişikliklər edildi. Belə ki, o vaxtacan Azərbaycan rus köçkünləri üçün sürgün məkanı rolunu oynasa da bu vaxtdan sonra hökumət dairələri rus ailələrinin könüllü gəlməsi haqqında da tədbirlər proqramı hazırlandı.
1849-cu ilin dekabrın 9-da qəbul olunmuş Zaqafqaziyaya köçən raskolniklə-
rin imtiyazları haqqında qərarda könüllü olaraq Zaqafqaziyaya köçmək və burada məskunlaşmaq istəyən ruslar üçün əsaslı imtiyazlar nəzərdə tutulurdu. Rus köçkünlərinin münbit və məhsuldar torpaq sahələrində yerləşdirilməsinə dair sərəncam verməklə yanaşı onların 8 il müddətində vergilərdən azad olmaları nəzərdə tutulmuşdu.
Zaqafqaziya regionuna rus axınını genişləndirmək məqsədilə 1849-cu ilin dekabrın 21-də çarın yeni fərmanı çıxdı. Orada könüllü olaraq Azərbaycana köçən hər rus ailəsinə 30-dan 60 desyatinə qədər torpaq sahəsi verilirdi. Bundan başqa könüllü gələnlər kreditlə təmin olunmalı, ev tikmək üçün onlara pulsuz olaraq tikinti materialları da verilməli idi. Fərmanda köçkünlərin həm də torpağın becərilməsi üçün lazım olan kənd təsərrüfatı alətləri ilə təmin olunması nəzərdə tutulmuşdu.
Bu fərmandan sonra Azərbaycana rus ailələrinin gəlişində yeni bir mərhələ başlandı. Bu dövrdən etibarən rus köçkünlərinin nəinki əvvəllər nəzərdə tutulmuş Qarabağ, Şəki Şirvan və Lənkəran mahallarında, həmçinin onların Mil və Muğan zonalarında yerləşdirilməsinə başlandı. Rus köçkünləri Muğanda pambıqçılığın inkişafına kömək etməli idilər. Azərbaycanda ilk rus yaşayış məntəqəsi 1830-cu ildə Vərəndin adlı sahədə (Qarabağ mahalında) salınmışdı.
Ümumiyyətlə, XIX əsrin 30-cu illərindən 90-cı ilərinədək rus köçkünləri vasitəsilə Bakı quberniyasında 22 kənd salındı. Rus kəndlərinin 8-i Şamaxı, 7-si Lənkəran, 3-ü Göyçay, 3-ü Cavad və 1-i Quba qəzalarında salınmışdı. XX əsrin əvvəllərində 1905-ci ilə kimi rusların Azərbaycana güclü axını nəticəsində Bakı quberniyasında 18, Yelizavetpol quberniyasında isə 10 yeni rus kəndi salındı. 1873-cü il məlumatına görə Azərbaycanın 1203396 nəfərdən ibarət əhalisinin
27120 nəfərini, yəni 2,3 faizin köçürülmüş rus kəndliləri təşkil edirdi.
Azərbaycanı itaətdə saxlamaq üçün tətbiq olunan köçürmə siyasətində ermənilər xüsusi rol oynayırdılar. Erməni-rus əməkdaşlığı ikinci Rusiya-Iran müharibəsi zamanı daha qabarıq bir formada təzahür etdi. Müharibə dövründə erməni könüllüləri rus ordusunun tərkibində İrana qarşı vuruşmalarda fəal iştirak edirdilər. Erməni-rus anti islam ittifaqının yaranmasına Eçmiədzin kilsəsi və onun başçısı rəhbərlik edirdi. Xidmətlərinə görə erməni keşişi Nerses Aleksandır Nevski ordeni ilə təltif edildi. Iranla müharibənin ən qızğın nöqtəsində vuruşan erməni könüllü batalyonlarının müharibənin rusların xeyrinə qurtarmasında müəyyən xidmətləri oldu. Çar hökumətinin hərbi-strateji və müstəmləkəçilik planlarında etibarlı dayaq və müttəfiq kimi dəyərləndirilən ermənilər İkinci Rus-İran müharibəsindən öz xeyirlərinə çox şey gözləyirdilər. Bu hər şeydən əvvəl Azərbaycanın Cənub və Şimal torpaqları hesabına erməni dövləti yaratmaqdan ibarət idi. Ermənilərin bu planlarının reallaşması yolunda əsas maniə demoqrafiq problemlərlə bağlı məsələlər idi. Azərbaycan ərazisində toplu halda yaşayan əhalinin sayı nisbətini ermənilərin xeyrinə həll etmək lazım idi. Bu yolun optimal variantı Türkmənçay müqaviləsinin mətnində öz əksini tapdı. Bu sənədin XV maddəsində İranda yaşayan ermənilərin Şimali Azərbaycana köçürülməsi nəzərdə tutulurdu. Belə bir maddənin müqavilənin mətninə daxil edilməsində rus diplomatiyasının əsas məqsədi Şimali Azərbaycanda ermənilərin sayını süni çoxaltmaqla yanaşı İrana xəyanət edən erməniləri layiqli cəzadan qorumaq idi. Ermənilərə hamiliyi öhdəsinə götürmüş çar hökuməti İranla müharibə qurtaran kimi erməni milli ərazisi düzəltmək sahəsində ilk əməli addımı atdı. Bu özünün ifadəsini İrəvan və Naxçıvan xanlığının ləğvi və onların əvəzində İrəvanda erməni vilayətinin yaradılması haqqında imzalanmış fərmanda tapdı. Bu məsələ ilə əlaqədar olaraq 1828-ci il martın 20-də çarın senata göndərdiyi fərmanda deyilirdi. İranla imzalanmış müqavilə əsasında Rusiyaya ilhaq olunun İrəvan və Naxçıvan xanlıqları bundan sonra erməni vilayəti adlandırılsın.
1828-ci ildə İranın müxtəlif şəhərlərindən Şimali Azərbaycana orta hesabla 40 min nəfər erməni köçürülmüşdü. Ermənilərin köçürülməsində əsas məqsəd Şimali Azərbaycan xanlıqlarında əhalinin milli tərkibində xiristianların xeyrinə ciddi dəyişiklik etmək idi. 1828-ci ildə yenicə yaradılmış erməni vilayətində əhalinin dördə üç hisəsini müsəlmanlar təşkil edirdi. İrəvan mahalında isə əhalinin üçdə iki hissəsi azərbaycanlı idi. Şimali Azərbaycan torpağına erməni axını təkcə İrandan deyil həmdə qonşu Türkiyədən başlandı. 1828-1829-cu illərdə rus-türk müharibəsində Rusiyanın qələbəsi ermənilərin Türkiyədən Azərbaycana köçürülməsinə şərait yaratdı. Türkiyədən köçürülən hər bir erməni ailəsinə ailə üzvlərinin sayına görə torpaq sahəsi verilməli idi. Ermənilər dövlət, kilsə və mülkədar torpaqlarında yerləşdirilməli idilər. Erməni köçkünləri 6 il müddətinə bütün vergi və mükəlləfiyyətlərdən azad edilməli idilər. Ermənilər münbit torpağı, münasib iqlimi və içməyə yararlı suyu olan yaşayış məntəqələrində yerləşdirilməli idilər. Türkiyədən Azərbaycana təqribən 90 min erməni köçürülmüşdü. Irandan və Türkiyədən köçürülən ermənilərin əksəriyyəti İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazisində yerləşdirilirdilər. İrəvan xanlığında azərbaycanlıların xüsusi çəkisi 1828-ci ildə ümumi əhalinin 73,8 faizini təşkil edirdisə, 1834-1835-ci illərdə isə bu rəqəm 46,2 faizə enmişdi.

Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin