Azərbaycan tariXİ (ən qədim zamanlardan–xxi əsrin əvvəllərinədək) I mövzu: azərbaycan qəDİm dövrdə


Şirvanşahlar dövlətinin xarici siyasəti



Yüklə 393,13 Kb.
səhifə46/153
tarix02.01.2022
ölçüsü393,13 Kb.
#39328
1   ...   42   43   44   45   46   47   48   49   ...   153
C fakepathmuhazire tarix (3)

Şirvanşahlar dövlətinin xarici siyasəti. Şeyx İbrahimin hakimiyyəti dövründə Şirvan ərazisi 2 təhlükə qarşısında qalmışdı: cənubdan Teymurun qoşunları, şimaldan isə Qızıl Ordu xanı Toxtamışın həmlələri Şirvanın xarici və daxili vəziyyətini gərginləşdirdi. Toxtamış 1387-ci ildə yenə Şirvana hücum etdi, lakin ölkədən çıxmalı oldu. Şeyx İbrahim mahir siyasətçi idi və rəqibin birindən digərinə qarşı istifadə etmək qərarına gəldi. İbrahim 1386-cı ildə Teymur Qarabağda olan vaxt onun yanına gələrək onunla Tox­ta­mışa qarşı müqavilə bağladı. Bu ittifaq Şirvanı yersiz qarət­dən xilas etdi, həm də I İbrahim Toxtamışa qarşı güclü müttəfiq qazandı. Teymur 1399-cu ildə 3-cü dəfə Azərbaycana gəldikdə, Şeyx İbrahim Cənubi Qafqazın Miranşaha qarşı üsyan etmiş feodallarının, o cüm­lədən Şəki hakimi Seydi Əhmədin Teymur ilə ittifaq bağlamasına nail oldu və bu ərazini işğaldan azad etdi. Teymurun ölümündən sonra İbrahim siyasi vəziyyət dəyişdiyindən Teymu­rilərə qarşı yeni siyasi xətt tutdu. Şirvanşah İbrahimin siyasəti Azərbaycanı birləşdirmək idi. Teymurilərə qarşı qalxan xalq hərəkatından istifadə edən İbrahim Gəncəni və Qarabağın xeyli hissəsini tutdu. Gürcü çarı, Şəki və Ərdəbil hakimləri və Qaramanlı tayfasının müttəfiq qoşunları 1405-ci ilin yayında Kür sahilində Teymuri Ömərin qoşununu məğlub etdi. Bu zaman Təbrizdəki üsyançılar şəhəri tutdular və yardım üçün İbrahimə müraciət etdilər. İbrahim 1406-cı ilin mayında Təbrizə daxil oldu. İbrahim qısa müddət olsa da, Azər­bay­canı öz hakimiyyəti altında birləşdirdi. Lakin çox keçmədən Cəlairi sultanı Əhməd və onun müttəfiqi Qaraqoyunlu Qara Yusif şəhərə yaxınlaşdığından I İbrahim Təbrizi tərk edib Şirvana çəkildi.


Yüklə 393,13 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin