Azərbaycan tariXİ (ən qədim zamanlardan–xxi əsrin əvvəllərinədək) I mövzu: azərbaycan qəDİm dövrdə



Yüklə 393,13 Kb.
səhifə48/153
tarix02.01.2022
ölçüsü393,13 Kb.
#39328
1   ...   44   45   46   47   48   49   50   51   ...   153
C fakepathmuhazire tarix (3)

Ağqoyunlu dövləti. Ağqoyunlular erkən or­ta əsrlərdə Cənubi Qafqazda, Qafqaz dağları ilə Araz çayı ara­sındakı ərazidə, həmçinin Cöyçə gölü ətrafında, Alagöz yay­laqlarında, həmçinin Azərbaycanın cənub bölgələri, Şərqi Ana­dolu, Qərbi İran, Dəclə və Fərat vadiləri də daxil olmaqla, çox geniş ərazidə yayılmışdılar. Ağqoyunluların başçısı Ba­yan­dur tayfasından olan Pəhləvan bəy idi (1370-1388). Pəhləvan bəyin Ağqoyunlu tayfalarını birləşdirmək uğrunda apardığı mü­barizə nəticəsində XIV əsrin 80-ci illərində Ağqoyunlu tayfa ittifaqı Şərqi Anadolunun cənub torpaqlarında böyük qüvvəyə çevrildi. Pəhləvan bəyin ölümündən sonra hakimiyyətə gəlmiş Əlaəddin Turəlinin (1388-1394) Ağ­qoyunlu tayfa ittifaqını möhkəmləndirmək cəhdi nəticəsiz qaldı. XIV əsrin sonu-XV əsrin əvvəllərində Ağqoyunlu Qara Yuluq Osman bəy Sivas uğrunda mübaizələrdə Qaraqoyunlulara qalib gəldi və Diyarbəkirdə möhkəmləndi. Ağqoyunlu bəyliyinin əsası qoyuldu. Ərzincan və Mardin torpaqları da asılı vəziyyətə salında. Qara Yuluq Osman bəy (1394-1434) Diyarbəkiri Ağqoyunlu tayfa ittifaqının mərkəzi seçdi, öz adına pul kəsdirdi, feodal çıxışlarını yatırtdı. 1434-cü ildə Qaraqoyunlularla döyüşdə Osman öldürüldü, Ağqoyunlu tayfa ittifaqında daxili mübarizə şiddətləndi. Ağqoyunlu tayfa ittifaqının başçısı Əli bəy (1434-1444) bu münaqişələrdə mü­əyyən uğurlar qazandı. Az sonra Əli bəy öldü. Onun oğlu Cahangir Mirzə (1444-1453) qısa vaxtda Ağqoyunlu tayfalarını birləşdirdiDiyarbəkirdə möhkəmləndi. Cahangir Mirzənin qardaşı Uzun Həsən (1453-1478) 1453-cü il yanvarın 16-da Diyarbəkirə daxil oldu, qardaşı Cahangir Mirzənin qüvvələrini dağıtdı. XV əsrin 50-ci illərində Uzun Həsən Gürcüstanın Qaraqoyunlulara tabe olan şərq hissəsini tutdu. 1467-ci il noyabrın 11-də Muş döyüşündə Qaraqoyunlular məğlub edildi və Cahanşah öldürüldü. Bağdada qədər ərazi Ağqoyunluların əlinə keçdi. 1468-ci ildə Uzun Həsən Azər­baycanın cənubunu və Qarabağı müqavimətsiz tutdu, Həsənəlini sıxışdırmağa başladı. Qaraqoyunluların xeyli hissəsi Ağqoyunlulara birləşdilər, Qaraqoyunlu dövləti dağıldı. Ağqoyunlu dövləti yarandı, paytaxtı Təbriz oldu. Cahanşahın ölümünü eşidən Teymuri hökm­darı Əbu Səid Ağqoyunlulara qarşı müharibəyə hazırlaşdı. Uzun Həsən müharibədən ehtiyat edərək anası Sara xatının başçılığı ilə zəngin hədiyyələrlə Əbu Səidin yanına nümayəndə heyəti göndərdi. Əbu Səid məqsədindən dönmədi. 1468-ci ilin payızında Əbu Səid Azərbaycanın cənub torpaqlarına daxil oldu. Uzun Həsən Şirvanşah Fərrux Yasar (1462-1501) və Səfəvi sülaləsindən olan Ərdəbil hakimi Şeyx Heydərlə ittifaqa girdi. Müttəfiqlər Əbu Səidi iqtisadi mühasirəyə aldılar. I Xəlilullahın vaxtında Şirvan Teymuri qoşu­nunu ərzaqla təmin edirdi. Fərrux Yasar isə bundan imtina etdi və aclıq çəkən qoşun dağılmağa başladı. Əbu Səid 1468-1469-cu ilin qışında sülh təklif etdi, lakin Uzun Həsən rədd etdi və Teymuriləri darmadağın etdilər. Ağqoyunlu dövləti Kürdən Cənubda olan Azərbaycan vilayətlərini, Şərqi Anadolunu, Qərbi İranı, İraqı, Şərqi Gürcüstanı və s. əraziləri əhatə edirdi. Ağqoyunlu dövlətində başlıca təsərrüfat sahələri əkin­çilik, ipəkçilik, üzümçülük, bağçılıq və maldarlıq idi. Şəhərlərdə sənətkarlıq və ticarət inkişaf etmişdi. Mərkəzi Asiya, Çin və Hin­distanı Aralıq dənizi və Qara dəniz sahillərindəki ticarət mərkəzləri ilə birləşdirən karvan yolları Ağqoyunlu dövlətinin ərazisindən keçirdi. Əhalidən toplanan vergi və xarici ölkələrlə ticarətdən alınan gəlir Ağqoyunlu dövlətinin iqtisadi qüdrətinin əsas mənbəyi idi. Dövlətin daxili siyasətində, xüsusilə iqtisadi həyatında oturaq fe­odal­lar, ali müsəlman ruhaniləri və köçəri hərbi əyanlar mühüm rol oynayırdılar. Yenə də, Ağqoyunlu dövlətində daxili vəziyyət ağır idi. Ağır vergi və mükəlləfiyyətlərdən bezmiş əhali arasındakı hə­rəkatlar dövlətin siyasi əsasını sarsıdırdı. Uzun Həsən xalqın rəğbətini qazanmaq üçün bir sıra tədbirlər, vergi işlərini nizama salmaq üçün “Qanunnamə” verdi. Bu, əhalinin vəziyyətini yaxşı­laş­dırmadı. Uzun Həsən nizami ordu yaratdı, odlu silah istehsal etməyə təşəbbüs etdi, feodalların müqavimətini qırdı. Bəzi güzəşt­lərə getməyə də məcbur oldu. Lakin o, möhkəm mərkəzləşdirilmiş dövlət yarada bilmədi.


Yüklə 393,13 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin