Azərbaycan tariXİ (ən qədim zamanlardan–xxi əsrin əvvəllərinədək) I mövzu: azərbaycan qəDİm dövrdə


Teymur 1385-ci ildə Azərbaycana daxil oldu



Yüklə 393,13 Kb.
səhifə44/153
tarix02.01.2022
ölçüsü393,13 Kb.
#39328
1   ...   40   41   42   43   44   45   46   47   ...   153
C fakepathmuhazire tarix (3)

Teymur 1385-ci ildə Azərbaycana daxil oldu, lakin Mərkəzi Asiyada baş vermiş hadisələrlə əlaqədar geri qayıtdı. Bu zaman Toxtamış 1385-ci ilin sonunda 90 minlik qoşunla Dərbənddən Şirvana daxil olduTəbrizə çatdı. Düşmən 8 gün Təbrizin ətrafında dövrə vurdu, amma şəhərə girə bilmədi. Toxtamış danışıqlara məcbur oldu. Təbriz hakimi Əmir Vəli və şəhər əyanları xərac toplayarkən, əhali sülhə inanıb silahı yerə qoydu. Toxtamış bundan istifadə edib 1385-ci ildə hiylə işlədib şəhərə daxil oldu. Əhali ciddi müqavimət göstərə bilmədi, Toxtamış sonra Marağanı tutdu, yenidən Təbrizə qayıtdı. Bir dəstəsi Mərənd və Naxçıvana tərəf yollandı, digəri isə Əhər yolu ilə irəli­lədi, sonra Qarabağa gəldilər. Azərbaycan 1386-cı ilin baharında Teymurun hücumlarına məruz qaldı. “Üçillik yürüş” kimi tanınan səfərdə Təbriz tutuldu. Teymur payızda Naxçıvana gəldi. Teymur Əlincə qalasını mühasirəyə aldı. 1387-ci ilin əvvəllərində Toxta­mışın dəstələri Dərbənddən Azərbaycana soxuldu, lakin Miranşahın Kürün şimalına göndərilmiş qoşununa qarşı dura bilməyib geri çəkildilər. Həmin ildə Teymur, Toxtamışın Buxara və Səmərqəndə hücumu ilə əlaqədar Azərbaycanı tərk etdi, Azərbaycanın idarəsini oğlu Miranşaha tapşırdı (qəddarlığına görə “Maranşah”- ilanlar şahı kimi tanınırdı). Təbriz uğrunda Sultan Əhməd və onun Əlincə qalasındakı əmirləri, Qara Yusifin başçılıq etdiyi qaraqoyunlular, Təbrizin yerli əmirləri və Teymuri əmirləri mübarizə aparırdılar. 1387-1392-ci illərdə Təbrizə 17 dəfə hücum edildi. 1392-ci ildə Teymur 2-ci dəfə Azərbaycana gəldi və Təbrizə daxil oldu. Əlincə qalası Sultan Tahirin başçılığı ilə Xacə Cövhər və sonra Əmir Altun tərəfindən müdafiə olunurdu. Qalada 300-dən artıq döyüşçü var idi. Teymur qalanı tuta bilmədi, sonra Gürcüstanı zəbt etdi, Şəki hakimini itaətə gətirdi. 1392-ci ildə Toxtamış Azərbaycana hücum etdi. Cavab olaraq, Teymur 1395-ci ildə Dərbənddən Qızıl Orduya yürüş edərək rəqibinə qalib gəldi və oradan Səmərqəndə qayıtdı. Əlincə qalası mühasirədə qalırdı. Teymur 1387, 1393, 1397-ci illərdə Əlincə qalasına yürüş etmiş və heç birində qələbə qazan­mamışdı. İlk yürüş dövründə qalada su qıtlığı baş verir və qalanı təslim etmək qərarına gəlirlər. Teymur qoşunu qalanın ətəklərinə endirir, lakin güclü yağış yağır və bol su ehtiyatı yaranır. Əlincə Teymura tabe edilmir. 1393-cü ildə Teymur qalaya hücum edir, bu zaman qala müdafiəçilərindən bir dəstə, Əmir Altunun başçılığı ilə, qaladan kənara çıxmışdı. Geri qayıdarkən qalanı mühasirə olunduğunu görüb onlara hücum etdilər. Düşmən böyük tələfat verdi, Altun isə öz dəstəsi ilə qalaya girə bildi. Əlincə qalası istisna olmaqla, bütün Azərbaycanı Teymurilər zəbt etmişdilər. Teymur 1399-cu ildə 3-cü dəfə yürüş etdi və Qarabağa gəldi. Bir sıra feodal hakimlər, Şəki hakimi Seydi Əhməd, Şirvanşah İbrahimin himayədarlığı ilə Teymurla ittifaqa girərək, 12 ildən sonra daxili çəkişmələr nəticəsində Əlincə qalası Teymura tabe oldu. Tarixçi İbn Ərəb şahın yazdığına görə, Teymur Azərbaycanda olmadığı vaxtda Əlincədə Sultan Tahir ilə Əmir Altun arasında ciddi münaqişə baş verir. Tahir ərzaq gətirmək üçün getmiş Altunu qalaya buraxmır. Əlincəlilər Tahirdən üz döndərir. Tahir öz acizliyini hiss edir və xəzinəni götürüb Bağdada qaçır. Əlincə müdafiəsiz qalır. Teymur 1400-cü ildə başsız qalmış qalaya girir. Teymur bir müddətdən sonra Səmərqəndə qayıtmış və 1405-ci ildə vəfat etmişdir. Azərbaycanın Şirvana qədər olan əraziləri Miranşahın oğlu Mirzə Ömər tərəfindən idarə olunurdu.


Yüklə 393,13 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin