Azərbaycan tariXİ (ən qədim zamanlardan–xxi əsrin əvvəllərinədək) I mövzu: azərbaycan qəDİm dövrdə


XVI-XVII əsr Səfəvi-Osmanlı müharibələri və onların nəticələri. Səfəvi-Osmanlı münasibətləri



Yüklə 393,13 Kb.
səhifə54/153
tarix02.01.2022
ölçüsü393,13 Kb.
#39328
1   ...   50   51   52   53   54   55   56   57   ...   153
C fakepathmuhazire tarix (3)

2.XVI-XVII əsr Səfəvi-Osmanlı müharibələri və onların nəticələri. Səfəvi-Osmanlı münasibətləri. Osmanlı sultanı II Bayazid (1481-1512) 1504-cü ildə Səfəvi dövlətini tanımalı oldu. 1512-ci ildə I İsmayılın qoşunu Kiçik Asiyada Qarahisar və Malatya, Diyarbəkir şəhərlə­rinə yiyələndi. I Sultan Səlim hərbi əməliyyata başla­mazdan əvvəl bir sıra tədbirlər gördü-Böyük Moskva knyazlığı, Macarıstan, Venesiya, Moldaviya və Valaxiya ilə sülh müqavi­lələri bağladı. Qərbdə hərbi əməliyyatlar müvəqqəti olaraq dayan­dırıldı. Roma papası Almaniya, Fransa, İspaniya, Portuqaliya, Skandinaviya dövlətlərinin başçılarına məktublar yazaraq, Şah İsmayılın hərbi uğurlarını “Allahın xristian dünyası üçün yarat­dığı bir fürsət” (Osmanlı imperatorluğuna qarşı) kimi qiymətlən­dirmiş və bundan dərhal istifadə etməyə çağırmışdı. Avropa dip­lomatları Səfəvi-Osmanlı münasibətlərini daim müharibə həddində saxlamaq üçün bu silahdan istifadə etməyi məsləhət görürdülər. 1507-1508-ci illərdə Roma papasıVenesiya, 1510-cu ildə isə İtaliya ilə əlaqə yaradıldı. Aralıq dənizi vasitəsilə qərbdən silah gətirtdirə­cəyinə əmin olmayan şah Portuqaliya ilə əlaqəyə girib İran kör­fəzi və Hind okeanı vasitəsilə qərbdən silah və artilleriya mütəxəssisləri gətirməyə çalışdı. Məqsədinə çatmaq üçün Portuqa­liyanın İran körfəzində möhkəmlənməsinə mane olmadı. Bundan istifadə edən Portuqaliya donanması Hörmüzü ələ keçirib Səfə­vilərin Hind okeanına çıxış yolunu bağladı (gənc şahın bu səhvini düzəltmək üçün onun varisləri 100 ildən çox vaxt sərf etməli oldular). I Sultan Səlim 1514-cü ilin yazında Ədirnədə fövqəladə divan çağırdı və məclisdə qızılbaşlarla müharibə bütün müsəl­manların müqəddəs vəzifəsi elan olundu. I Sultan Səlim 100 min nəfərlik avropasayağı təşkil olunmuş qoşunu, topxanası da var idi. Qızılbaşların isə 40 min nəfər döyüşçüsü vardı. I Sultan Səlim Çaysu çayını keçib Ərzincana daxil oldu. İsmayılın göstərişi ilə qızılbaşlar Azərbaycana geri çəkildilər. I Sultan Səlim Şah İsmayıla məktub göndərib döyüşə girmək niyyətində olduğunu bildirdi. Şah İsmayıl onu sultan və padşah kimi tanımadığını bil­dirdi. Sultan başa düşdü ki, I Şah İsmayılın geri çəkilməsi düşünül­müş taktikadır. İsmayıl qışa qədər döyüşü yubatmaq, qışda sultan qoşununun xeyli hissəsini aclıqdan ölümə düçar etmək fikrində idi. Sultan Səlim Şah İsmayılın döyüşə girmək fikrini biləndən sonra Maku yaxınlığındakı Çaldıran düzünə doğru hərəkət etdi. 1514-cü il avqustun 23-də Çaldıran düzündə qanlı döyüş oldu. Üz-üzə gələn ordu ən ifrat din düşmənçiliyi ruhunda tərbiyə edilib bir-birinə qarşı qoyulan və şəhid olmağa hazır olan silahlı fanatiklər idilər. Çaldıran döyüşü tarixin ən qanlı qardaş qırğını idi, türk dünyasının ümumi faciəsi, Qərb diplomatiyasının isə qələbəsi oldu. Səfəvilər 3 min itki verdilər, yaralanmış Şah İsmayıl ordunun salamat qalan hissəsi ilə mühasirə həlqəsini yarıb-Təbrizə döğru çəkildi. I Sultan Səlim onu təqib etdi və sentyabrın 6-da Təbrizi tutdu, lakin Şah İsmayılın hiyləsindən ehtiyat edərək geri çəkildi. Çaldıran döyüşü nəticəsində Osmanlı dövləti Ərzurum şəhəri ilə birlikdə Şərqi Anadoluya və Şimali İraqa yiyələndi. Bağdad daxil olmaqla Ərəb İraqı Səfəvilərdə qaldı. 1514-1515-ci illərin qışını Amasyada keçirən I Sultan Səlim İstanbula doğru irəlilədi. Osmanlılar Ərzincanı işğal etdilər. Diyabəkir Səlimə təslim oldu. Şah İsmayıl şəhəri geri almaq üçün Qara xanı göndərdi. Mühasirə bir ildən artıq davam etdi. 1516-cı ilin əvvəllərində Mardinin cənubunda Qoçhisarda Osmanlılar qələbə çaldı. Şimalda Xarput və Bitlisdən Rakkiyə qədər, cənubda isə Mosul Osmanlıların əlinə keçdi. Təbriz alındıqdan sonra Osmanlılar burada 6 gün qala bildilər. I Sultan Səlim Azərbaycanı zəbt etmək cəhdi baş tutmadı. Şah İsmayılın ölümündən sonra oğlu I Təhmasib (1524-1576) taxta çıxdı. Qızılbaş əmirləri mərkəzi hakimiyyətə itaətdən boyun qaçırırdılar. I Sultan Süleyman Qanuninin (1520-1266) haki­miy­yəti dövründə Azərbaycana dörd yürüş edildi. 1534-cü ilin yayında I Sultan Süleyman 100 min nəfərlik qoşunla etdiyi yürüşdə Təbriz işğal olundu. Sərt qış, ərzaq çatışmamazlığı osmanlıları ölkəni tərk etməyə vadar etdi. I Süleyman 1535-ci ilin yazında II dəfə Təbrizə yürüş etdi. Şah Təhmasib təbrizliləri ölkənin içərilərinə köçürdü, düşmən əlinə keçməmək üçün ot-ələfə od vurdular, mal-qara məhv edildi, şah özü isə Sultaniyyəyə çə­kildi. Osmanlılar Təbrizə daxil oldular. Şah 2 dəfə danışıq üçün cəhd etdi. Lakin rədd edildi. Aclıq və səfalət osmanlıları geri çəkilməyə məcbur etdi. Şirvanşah II Xəlilullahın dövründə (1524-1535) Şirvan hələ də Səfəvilərdən asılı idi. 1535-ci ildə II Xə­lilullahın ölümündən sonra Şeyxşahın oğlu Şahruxu taxta çıxardılar (1535-1538). 1537-ci ilin sonlarında Kələntərin başçılığı ilə üsyan qalxdı. Şahrux saray əyanları ilə birlikdə Buğurd qalasına qaçdı. I Təhmasib 1538-ci ilin yayında başda qardaşı Əlqas Mirzə olmaqla 20 minlik qoşun Şirvana göndərdi. 4 aylıq mühasirədən sonra Buğurd qalası tabe edildi. Şahrux Təbrizdə gizli edam edildi. I Təhmasib Şirvanı idarə etmək üçün Əlqas Mirzəni ilk bəylərbəyi təyin etdi. Şirvan ərazisi bəylərbəyiliyə çevrilərək Səfəvi dövlətinin tərkibinə qatıldı. Əlqas Mirzə özünü müstəqil hakim elan etməyi qərara aldı və 1547-ci ili əvvəlləridə Səfəvi hakimiyyətinə qarşı qiyam qaldırdı. Krım xanı Sahib Gərayın köməyinə baxmayaraq, Əlqas Mirzə məğlub olub İstanbula qaçdı. Şirvan 2-ci dəfə I Təhmasibin yürüşünə məruz qaldı. Onun oğlu İsmayıl Mirzə (II Şah İsmayıl, 1546-1577) Şirvana bəylərbəyi təyin edildi. O, 1547-1554-cü illərdə Şirvanda 3 feodal qiyamını qətiyyətlə yatırtdı. 1548-ci ildə I Sultan Süleyman 3-cü dəfə Azərbaycana yürüş etdi və Təbrizi tutdu. Sonralar I Təh­masib öz paytaxtını Qəzvin şəhərinə köçürdü. Sultan qoşunlarının hərəkətini Azərbaycanda çətinləşdirmək üçün I Təhmasibin əmri ilə Təbrizə qədər bütün yerlər xarabazarlığa çevrilmişdi. Osmanlılar böyük tələfatdan sonra Vana çəkildilər. Əlqas Mirzənin qoşunu Həmədan tərəfdə darmadağın edildi, özü isə ömürlük Qəhqəhə qalasındakı zindana salındı və 1549-cu ildə öldürüldü. Abdulla xan Ustaclı Şirvan bəylərbəyisi təyin edildi və 1549-cu ildə Əlişaban adlı yerdə baş vermiş döyüşdə qiyamçılar məğlubiyyətə uğradılar. Şah I Təhmasib 1538-ci ildə Şirvana yürüş edəndə Şəki hakimi Dərviş Məhəmməd xan qoşunla Buğurd qalasında sığınan Şahruxa köməyə gəldi. 1551-ci ildə Təhmasib Şəkinin müstəqilliyinə son qoymağı qərara aldı. Azərbaycan ərazilərinin birləşdirilməsini başa çatdırdıqdan sonra 1552-ci ilin yayında I Təhmasib Osmanlılara qarşı 4 istiqamətdə yürüşə başladı. Hilat qalası, Van ərazisi, Bitlis, Vostan, Ərçis yerlə yeksan edildi. 1554-cü ilin yazında I Sultan Süleyman 4-cü dəfə Azərbaycana hücum etdi. Ərzaq qıtlığından Sultan Naxçıvanı tərk edib Ərzuruma çəkildi. Onları təqib edən qızılbaşlar Osmanlı ərazisinə daxil oldular. Osmanlılar Şirvana yenidən hücum etdilər və məğlub oldular. Şirvan bəylərbəyi Abdulla xan Qasım Mirzənin tərəfdar­larını əzdi. Qasım Mirzə Dağıstana qaçdı. 1555-ci il mayın 29-da Amasyada Səfəvi-Osmanlı müharibələrinin 1-ci mərhələsini başa çatdıran sülh müqaviləsi imzalandı-Qərbi Gürcüstan Osmanlıların, Gürcüstanın şərq vilayətləri Səfəvilərin ixtiyarına keçdi. Lakin XVI əsrin 70-ci illərindən etibarən Osmanlı işğalının yeni dövrü başlandı.


Yüklə 393,13 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin