Azərbaycan tariXİ (ən qədim zamanlardan–xxi əsrin əvvəllərinədək) I mövzu: azərbaycan qəDİm dövrdə


Səfəvi-Osmanlı müharibələrinin nəticələri. 1607-ci ilin yan­varında Bakıda



Yüklə 393,13 Kb.
səhifə57/153
tarix02.01.2022
ölçüsü393,13 Kb.
#39328
1   ...   53   54   55   56   57   58   59   60   ...   153
C fakepathmuhazire tarix (3)

Səfəvi-Osmanlı müharibələrinin nəticələri. 1607-ci ilin yan­varında Bakıda üsyan baş verdi. Şah bu münasibətlə osman­lılardan ələ keçirdiyi qənimətləri üsyançılara verdi. 1607-ci il mar­tın əvvəllərində Dərbənd qalası əhali tərəfindən tutuldu və Şah onları bütün vergilərdən azad etdi. Beləliklə, 1603-1612-ci illərin Səfəvi-Osmanlı müharibələrinin I mərhələsi Səfəvilərin tam qələbəsi ilə başa çatdı. Bütün Azərbaycan, Şərqi Gürcüstan, qismən də Dağıstan yenidən Səfəvi dövlətinin tərkibinə qatıldı. 1612-ci il oktyabrın 17-də Sərab şəhərində Osmanlı dövləti ilə müqavilə bağlandı-1555-ci ilin sülhü bərpa edildi. Lakin osman­lılar bir sıra şərtlər irəli sürdülər-Səfəvilər rusların tikdiyi Terek (Tərki) qalasının dağıdılması barədə sultanın əmrinə mane olmamalı idilər. Bu Səfəvi və Rusiya ittifaqına mane olmaq üçün irəli sürülürdü. Osmanlı dövləti Azərbaycanın, Şərqi Gürcüs­tanın, habelə Şərqi Anadolunun Səfəvi dövlətinə mənsub olma­sını rəsmən tanıdı. Tezliklə 1612-ci il sülhü pozuldu. Şah Abbas 1613-cü ilin oktyabrında Azərbaycanın şimal vilayətlərinə və Gürcüstana yürüşə başladı. Sultan I Əhməd 1612-ci il müqaviləsini pozaraq 1616-cı ilin yazında yenidən Səfəvilərlə müharibəyə başladı. Osmanlı ordusu Təbrizə hücum etdi, İrəvanı mühasirəyə aldı, lakin sərt qış, xəstəlik və ərzaq qıtlığı onları geri çə­kil­məyə məcbur etdi. 1618-ci ilin yazında osmanlılar Di­yarbəkirdən Azərbaycana, osmanlılarla birlikdə Krım xanı Canıbəy Gəray xanın başçılığı altında Krım türklərinin 15 minlik qoşunu da hərəkət etdi. Sərab vilayətində, Sınıq körpü adlı yerdə döyüş baş verdi. Osmanlılar ağır zərbə aldılar. Onlar sülh danışığına baş­ladılar. 1618-ci ilin sentyabrında Mərənddə I Şah Abbasla Os­manlı Xəlil paşa arasında sülh müqaviləsi imzalandı. Mərənd sülhü tezliklə Səfəvilər tərəfindən pozuldu. Şah Abbas 1622-1623-cü illərdə Bağdadla birlikdə İraqı ələ keçirdi.

I Şah Abbasın nəvəsi I Şah Səfi (1629-1642) Səfəvi Rüstəm xanı Azərbaycan bəylərbəyi və Təbrizin hakimi təyin etdi. 1634-cü ilin yayında Sultan IV Murad böyük qoşunla hücum edərək İrə­vanıTəbrizi ələ keçirdi. Lakin ərzağın və yemin çatışmaması, qışın yaxınlaşması, Səfəvi qoşununun hücum təhlükəsi Osmanlıları Təbrizdən çıxmağa məcbur etdi. Şah 1635-ci ilin aprelində İrəvan qalasını azad etdi. 1637-1638-ci illərdə Səfəvi-Osmanlı müharibəsi İraqda davam etdi. 1638-ci ilin dekabrında Bağdad tutuldu. 1639-cu il mayın 17-də Qəsri-Şirində Osmanlı imperatorluğu ilə Səfəvi dövləti arasında 1555-ci il Amasiya sülhünün şərtlərini təsdiq edən sülh müqaviləsi imzalandı və XVIII əsrin I rübünə kimi qüvvədə qaldı.




Yüklə 393,13 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin