Azərbaycan tariXİ (ən qədim zamanlardan–xxi əsrin əvvəllərinədək) I mövzu: azərbaycan qəDİm dövrdə


Azərbaycan XVII əsrin II yarısı-Səfəvi dövlətinin süqutu dövründə. 1639-cu il mayın 17-də Qəsri-Şirində



Yüklə 393,13 Kb.
səhifə58/153
tarix02.01.2022
ölçüsü393,13 Kb.
#39328
1   ...   54   55   56   57   58   59   60   61   ...   153
C fakepathmuhazire tarix (3)

Azərbaycan XVII əsrin II yarısı-Səfəvi dövlətinin süqutu dövründə. 1639-cu il mayın 17-də Qəsri-Şirində Səfəvi elçisi Sarı xan Osmanlı nümayəndəsi Qara Mustafa paşa ilə sülh sazişi imzaladı. Sazişə görə Ərəb İraqı osmanlılara, Zəncir qalasından şərqdəki torpaqlar Səfəvilərə verildi. Səfəvilər Van və Qars qa­lalarına, həmçinin Ahalsıxa hücum etməyəcəklərinə dair təminat verdilər. Beləliklə, Səfəvi-Osmanlı sülhü XVIII əsrin II rübünə kimi 2 dövlət arasındakı münasibətləri nizama saldı. XVII əsrin II yarısında Azərbaycan ərazisi inzibati cəhətdən Təbriz, Çuxursəd (mərkəzi İrəvan şəh. idi, Naxçıvan vilayəti də bura daxil edilmişdi), Qarabağ və Şirvan bəylərbəyiliklərinə bölünmüşdü. Bəylərbəyilər yerlərdə ali hakimiyyət nümayəndələri idilər, mahal­ların hakimləri qolbəyi adlanırdılar. Qolbəyilərə sultanlar (kiçik inzibati bölgə başçısı), bəzən bəylərbəyinə tabe idilər. Xan rütbəsi ali həbi inzibati mövqe tutan şəxsə verilirdi, bəylər və sultanlar da ondan aşağı mövqe tuturdular. Bəylərbəyilik iri inzibati vahid kimi Səfəvi dövlətinin sərhəd zolağında fəaliyyət göstərirdi. Daxili vilayətlər şah sarayının hakimiyyətində idi. Yığılan gəlir birbaşa şah sarayına çatdırılırdı. Bəylərbəyilər və onlara tabe olan hakimlər mü­əy­yən miqdarda silahlı hərbi qulluqçular saxlayırdılar. Qoşun bəylərbəyinin gəliri hesabına saxlanırdı. Toplanan vergilər onların baş­lıca gəlir mənbəyi idi. Bəylərbəyiliklərin maliyyə işlərini vəzir­lər yerinə yetirirdilər. Maliyyə məmurları, vergi yığanlar vəzirlərin etibarlı adamları idilər. Məhkəmə orqanları şeyxülisla­mın, qazı­larınmüftilərin başçılığı altında şəriət normaları ilə fəaliyyət göstərirdilər. İri torpaq sahibləri və ailə üzvləri vəzifə ələ keçirmək meyli çox güclü idi. İdarəçilikdə irsilik prinsipi gerçək­ləş­dirilirdi. İrsi idarəçilik sistemi hakimlərin ölkənin abadlaş­dırıl­masına, təsər­rüfatın inkişaf etdirilməsinə marağını təmin edirdi. Mahal hakimi vəfat etdikdə, yaxud inzibati qaydada vəzifədən kənar edildikdə yeni hakim mərkəzi hökumətin-şahın xüsusi fərmanı ilə vəzi­fəsinin icrasına başlaya bilərdi. Yerli hakimiyyət orqanları isə irsilik qaydasına əməl olunmasına can atırdılar. Beləliklə, ölkənin vila­yətləri illərboyu bəylərbəyilərin yaxın adamları tərfindən idarə olu­nurdu. Bu Azərbaycan iqtisadi və siyasi həyatına mənfi təsir gös­tərirdi.

Səfəvi dövləti ilə Rusiya arasında olan münasibətlər siyasi marağa və qarşılıqlı iqtisadi əlaqələrə əsaslanırdı. Rusiya dövləti Azər­baycana əlverişli satış bazarı kimi yanaşırdı və digər dövlət­lərin Azərbaycanla alver etməməsinə çalışırdı. XVII əsrin ortala­rında ruslar Şimali Qafqazda bir sıra qalalar tikməyə başladılar. Bu II Şah Abbasın(1642-1666) sarayında etirazla qarşılandı. Şah imperiyanın şimalında rusların həyata keçirdikləri tədbirlərə mane olmaq məqsədilə xüsusi fərman vermişdi. Nəticədə, 1653-cü ildə Şirvan hakimi Xosrov xanın başçlığı ilə Səfəvi hərbi hissələri və ruslar arasında toqquşma baş verdi. Ruslar Şirvan bəylərbəyi Xos­rov xanın vəzifədən kənar edilməsi və edam olunması tələbini irəli sürdülər. Münaqişə 1662-ci ilədək davam etdi. Lakin Rusiya çarı A.M.Ramanov (1645-1676) münaqişənin daha da genişlənməsinə imkan vermədi. Rusiya qızılbaş ipəyini Həştərxan vasitəsilə Moskvaya və Qərbi Avropaya daşımaq hüququnu inhisara almaq üçün Səfəvi dövləti ilə 1667-ci ildə müqavilə imzaladı. Bu müqa­vilə ruslara gömrüksüz ticarət etmək hüququ, qonaq evlərində və ticarət məntəqələrində imtiyazlar verirdi. Şah Süleymanın (1667-1694) fərmanında yerli hakimlərə rus tacirlərinə xüsusi ehtiram göstərmək tapşırılmışdı.

XVII əsrin II yarısında Xəzəryanı bölgələrə soxulmuş Don kazaklarına qarşı mübarizə Azərbaycanın siyasi həyatında əhəmiy­yətli yer tuturdu. Rusiya dövləti də nəyin bahasına olursa-olsun Volq­a-Xəzər su yolunu kazakların basqınlarından qorumağa çalışırdı. Donda üsyançı kazaklara başçılıq edən Stepan Razin 1667-ci ilin mayında Volqaya çataraq, həmin il iyulun əvvəllərində Xəzər dənizinə çıxdı. 1668-ci ilin yayında S.Razin kazakların digər atamanı S.Krivoyun dəstəsi ilə birləşərək, 40 qayıqda 2 min nəfərlə Dərbənd sahilinə çıxdı, Niyazabad, Şabran qarət edildi. Bakıya irəliləyərkən yolda müqavimətə rast gəlib, Maştağaya döndü. 150 nəfər əsir götürdülər, 7 min qoyun ələ keçirdilər. Sonra Xəzərin cənub sahillərinə, Gilana, Rəştə basqınlar etdilər. Bütün bunlara baxmayaraq, XVII əsrin 2-ci yarısında Volqa-Xəzər su yolu, həm­çinin Azərbaycandan keçən quru ticarət yolu ölkələrarası əhəmiy­yətini saxlayırdı. Bu dövrdə Azərbaycanla Rusiya arasında yaranmış qonşuluq münasibətləri, Azərbaycan mallarının Rusiya və Avropa ölkələrinə daşınması, ticarət əlaqələrinin güclənməsi hər 2 tərəfə böyük iqtisadi səmərə verirdi. Moskva hökmdarları İngiltə­rənin Səfəvilər dövləti hüdudlarında nüfuz qazanmasına qısqanc­lıqla yanaşır, Osmanlı imperiyası ilə Səfəvilər dövləti arasında gərginliyin daim qalmasına can atırdılar. Rusiya çarları Xəzər dənizinə Şərq ölkələrinə müdaxilə üçün əsas vasitə kimi baxırdılar. Ruslar necə olursa-olsun Xəzər hövzəsində möhkəmlənməyə can atırdılar.

3. XVI-XVII əsrlərdə Azərbaycanın sosial-iqtisadi və mədəni həyatı. İqtisadi həyat. Kənd təsərrüfatı. Şəhərlər. Əhalinin əsas məşğuliyyəti əkinçilik idi. Oturaq maldarlıq, bağçılıq və bostançılıq da mühüm yer tuturdu. Azərbaycanda 7 növ pambıq yetişdirilirdi. 5 torpaq mülkiyyət forması və əlavə kənd icmasının (camaatın) istifadə etdiyi torpaq-camaat torpağı var idi. Torpaqlar xəzinənin və feodallların ixtiyarında idi. İcmanın başçısı ağsaqqal hesab olunurdu. Təbriz ustalarının toxuduqları gözəl xalçalar və bəzəkli parçalar indi də dünya muzeylərində saxlanılır. 1565-ci ildə I Təhmasib vilayətlərin hər birindən alınan təqribən 80 min tümənlik tamğa vergisini ləğv etdi. Bu dövrdə Təbriz, Gəncə, Ərəş, Ərdəbil, Culfa, Bərdə, Naxçıvan, Marağa, Dəpbənd şəhərləri iqtisadi və siyasi-inzibati mərkəz idilər. Təbrizdə 300 min nəfər əhali var idi. Səfəvi dövlətinin paytaxtının Təbrizdən Qəzvinə köçürülməsi şəhərin iqtisadiyyatını zəiflətdi. Şamaxı Şirvanın iqtisadi və siyasi mərkəzi idi. XVI əsrdə Cənubi Qafqazda ipək istehsalı və ticarətinin hamısı Şamaxı və Ərəşdə mərkəzləşmişdi. 25 min nəfər əhalisi var idi. Bakıdan bir sıra ölkələrə dəniz yolu ilə müxtəlif mallar və neft göndərilirdi. Ətrafında 500-ə qədər neft quyusu var. Ərdəbildə tikilmiş Şeyx Səfi məqbərəsinə ölkənin hər yerindən ibadətə gəlirdilər. I Şah Təhmasibin 1536-cı ildə toxutdurduğu “Şeyx Səfi xalçası” hazırda Londonun “Viktoriya və Albert” muzeyində saxlanılır. Ərəş Cənubi Qafqazda ipəkçiliyin iri mərkəzlərindən biri idi. XVI əsrin II və XVII əsrin I yarısında Gulfa beynəlxalq ipək ticarəti yolunun üstündə yerləşirdi. Culfa tacirləri ipəyi Şamaxıdan, Ərəşdən və Gilandan alır, Venesiyada Amsterdamda, Marseldə, Suriya, Türkiyə və Hindistanda satırdılar. 1581-ci ildə Culfada 3000 ev vardı, 1520 min nəfər əhali yaşayırdı. Odubad, Naxçıvan, Əylis kimi şəhərlərin mühüm ticarət əhəmiyyəti var idi. Gəncə Qarabağ bəylərbəyiliyinin mərkəzi idi. Don Juan adı ilə Avropada yaşayan tarixi-coğrafi əsərlər müəllifi Oruc bəy Bayat burada 50 min ailənin (225 min nəfər) yaşadığını qeyd edirdi.

Xəzər-Volqa yolu ilə XVI əsrin ortalarından etibarən Rusiya dövlətinin Avropa və Asiya ölkələri ilə münasibətdə əsas ticarət arteriyası rolunu oynamağa başladı. 1562-ci ildə Moskva şirkəti kəşfiyyatçı və tacir Antoni Cenkinsonu Səfəvi dövlətinin ərazisinə göndərdi. O, Şirvan bəylərbəyi Abdulla xan Ustaclıdan gömrüksüz və maneəsiz ticarət etmək imtiyazı ala bildi. İngilis tacirlərinin Azərbaycan bazarlarında möhkəmlənmək cəhdləri iflasa uğradı. Çünki rus tacirləri Rusiya çarından ingilislərin Volqa-Xəzər yolun­dan istifadə etmələrinə son qoyulmasını və onların ticarət imtiyazlarının ləğv edilməsini tələb edirdilər. Bu arzu həyata keçi­rildi.

Bu dövrdə Azərbaycanda 5 feodal zümrəsi var idi: şah və ha­kim sülalə üzvləri, yarımköçmə qızılbaş hərbi əyanları, ali şiə ruhaniləri, mülki bürokratiyanın yuxarı təbəqəsi, qədim oturaq əyanlar. Şah Səfəvi dövlətinin ən iri torpaq sahibi idi. O, dövləti ida­rə edirdi. Qızılbaş tayfa əyanları həm mərkəzdə, həm də ucqar­larda yüksək yer tuturdular. Siyasi və hərbi işləri onlar idarə edir­dilər. Xalq 50-yə qədər vergi verməli və mükəlləfiyyət daşımalı idilər. I Təhmasibin və feodalların zülmündən narazılığı 1572-1573-cü illərdə Təbrizdə üsyanla nəticələndi. Təbrizin yeni hakimi Yusif bəy Ustaclı şəhər kubarları ilə danışığa başladı, razılıq andla rəs-miləşdirildi, lakin yoxsul sakinlər bu sazişdən narazı qaldılar və üsyan yenidən başlandı. Qarabağın irsi hakiminin oğlu Söhrab bəy şahın əmrinə əsasən, hərbi hissə ilə Təbrizə daxil oldu. Təbriz üsyanı 1573-cü ildə yatırıldı. Şah təbrizlilərə bəzi güzəştlərə getdi, sənətkarlardan alınan vergini bağışladı. Təbrizi bütün divan vergilərindən azad etdi. Şəhər vergi toxunulmazlığı hüququ qazandı. 1615-1616-cı illərdə Dəli Məlik təxəllüslü Məlik Pirinin başçılığı ilə Şirvanda böyük üsyan oldu. Az sonra Gəncə yaxın­lığındakı Dəngi vilayətinin əhalisi də mübarizəyə qoşuldu. Dəli Məlik müvəffəqiyyətsizliyini görərək 1616-cı ildə Gürcüstanda gizləndi.




Yüklə 393,13 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin