7. Azərbaycanın Əhəmənilər imperiyasından asılı vəziyyətə
düşməsi və nəticələri
II Kir Midiyanı ələ keçirdikdən sonra Əhəməni fars dövlətinin əsasını
qoymuşdur. Əhəməni sülaləsinin banisi Əhəmən olmuşdur. Onun ilk vətəni ranın
cənub-şərqində yerləşən Fars əyaləti hesab olunur. Buradan farslar tədricən yayılmış və
Elamın Anşan vilayətinə yiyələnmişlər. Bəzi mülahizələrə görə farslar buraya e.ə. VIII
ə
srdə Parsua vilayətindən, Diyala çayının yuxarı axarından gəlmişlər. Parsua ölkə adı
onların etnik (pars, fars) adına çevrilmişdir. E.ə. VI əsrin əvvəllərində Anşan və Parsa
Midiyanın hakimiyyəti altına keçir. II Kir (e.ə. 558-530) fars tayfalarını birləşdirib
Midiyaya qarşı müharibəyə başlayır. E.ə. 550-ci ildə fars qoşunları Midiyanın paytaxtı
Ekbatana şəhərini tuturlar. II Kir özünü Midiya şahı elan edir. II Kir Midiyada öz
hakimiyyətini qanuniləşdirmək üçün Astiaqın qızı ilə evlənir. Farslar Midiya
mədəniyyətinin bir çox sahələrini, eləcə də dövlət idarə quruluşunu mənimsəyirlər.
Qədim yunanlar, misirlilər və başqa xalqlar Midiya taxt-tacının Kirin əlinə keçməsini
miras kimi başa düşür, çox hallarda isə əhəməni sülaləsinin şahlarını və farsları
“midiyalı” adlandırırdılar. Bir neçə il ərzində II Kir Midiya dövlətinin tərkibinə daxil
olan ölkələri özünə tabe etdi.
E.ə. 530-cü ildə II Kir massaget tayfalarına qarşı yürüş təçkil etdi. Herodotun
məlumatından belə nəticəyə gəlmək olur ki, II Kir Araz çayından şimalda yaşayan
massaget tayfalarına qarşı çıxış etmişdi. Məlumdur ki, hələ e.ə. VII əsrin birinci
rübündə Azərbaycan ərazisində skit və sak tayfaları məsgən salmışdılar. Massagetlər də
skit tayfa birliyinə daxil idilər. Dion Kassi Arazdan şimalda yaşayan albanları massaget
mənşəli hesab edirdi. Erkən orta əsrlərdə Şimali Azərbaycan əhalisinin bir hissəsi
massaget adlandırılırdı. Strabon qeyd etmişdi ki, skitlərin böyük bir hissəsi massaget və
sak adını daşıyırdılar. Ehtimala görə, II Kir Şimali Azərbaycanın ərazisində yaşayan və
massaget adlanan etnoslara qarşı yürüş təşkil etmişdi. Bu tayfaların hökmdarı Tomris
tərəfindən məğlubiyyətə uğradılaraq həlak olmuşdu. Beləliklə, əhəmənilərin Araz
çayından şimalda yerləşən torpaqları tutmaq cəhdi boşa çıxmışdı.
II Kirin oğlu Kambiz (e.ə. 530-522) Misir səfərində olarkən e.ə. 522-ci ildə
randa dövlət çevrilişi olur və hakimiyyətə onun qardaşı Bardi gəlir. Əhəməni nəslinin
digər qoluna mənsub olan Dara Qaumatanı yalançı Bardi kimi qələmə verərək sui-qəsd
təşkil edir və Bardi öldürülür. I Dara (e.ə. 522-486) sui-qəsd nəticəsində hakimiyyətə
gəlir. Əslində, I Dara II Kirin oğlu Bardini hakimiyyətdən salmış, Bisütun yazılarında
onu yalançı Bardi kimi qələm vermiş və onu Qaumata adlandırmışdı. Məhz buna görə
ə
həməni dövlətinin tərkibində olan bir çox ölkələr üsyan qaldırmışdılar. Üsyan qaldıran
ölkələr arasında Azərbaycanda yaşayan tayfaların və əhalinin adı çəkilməmişdir. Yəqin
ki, Cənubi Azərbaycan müstəqil daxili idarə üsulunu saxlamış və buna görə də üsyan
qaldırmamışdı. Herodotun məlumatına görə, Araz çayından şimalda yaşayan xalqlar
könüllü olaraq əhəməni dövlətini tanımış və ona xərac verməyə razılaşmışdılar.
Xarici siyasətində yad ölkələrin işğalı başlıca yer tutan I Dara e.ə. 519-cu ildə
ilk növbədə skit və sak tayfalarına qarşı yürüşlər təşkil edir. I Dara qələbədən sonra
sakların ancaq başçısını dəyişmiş və istədiyi adamı hakim qoymuşdu. Yəqin ki, sak adı
altında Azərbaycanın bir sıra etnoslarının adları cəmləşdirilmişdi, çünki bu zaman
bütövlükdə Azərbaycanı ifadə edən məfhum hələ işlədilmirdi.
I Dara işğal olunmuş ölkələri 20 satraplığa (canişinliyə) bölür və hər bir
canişinlik müəyyən vergi dairəsinə salınır. Bu və ya digər vergi dairəsinə Azərbaycanda
yaşayan etnoslardan kaspilər, saklar, utilər, müklər, matienlər və başqaları daxil
edilmişdilər.
I Daranın oğlu Kserksin (e.ə. 486-465-ci illər) ordusunda fars-yunan
müharibələri zamanı Azərbaycanda yaşayan həmin tayfaların iştirakı qeyd edilmişdir.
Azərbaycan ərazisində yaşayan bu tayfalar öz başçıları ilə birlikdə əhəməni ordusunda
vuruşurdular. Onlar Əhəməni sərkərdələrinin tabeliyində idilər. Herodotun
məlumatından belə nəticə çıxarmaq olar ki, Azərbaycan I Daranın dövründən etibarən
ə
həmənilərdən asılı vəziyyətə düşmüşdür.
8. Makedoniyalı skə ndə rin Şə rqə hə rbi yürüş lə ri.
E.ə. 336-cı ildə II Filippin ölümündən sonra hakimiyyətə oğlu skəndər (e.ə.
336-323-cü illər) gəldi. Iskəndər atasının siyasətini davam etdirərək şərq ölkələrinə
yürüşə hazırlaşdı. Bu zaman şərq ölkələri, o cümlədən qərbi Anadolu ərazisindəki
yunan şəhərləri əhəmnilərin hakimiyyəti altında idi.
E.ə. 334-cü ilin yazında skəndərin makedoniyalı və yunanlardan ibarət 35
minlik ordusu Şərqə doğru hərəkətə başladı. Əhəməni Şahı III Dara 40 minlik ordusu ilə
Qranik çayı yaxınlığında skəndərlə qarşılaşdı, lakin məğlub oldu.
E.ə. 333-cü ildə Anadolunun xeyli hissəsi skəndərin əlinə keçdi. III Dara böyük
qüvvə toplayaraq Suriyaya tərəf irəlilədi və so şəhəri yaxınlığında Makedoniya ordusu
ilə üz-üzə gəldi. Makedoniyalılar bu döyüşdə qələbə çaldılar. Əhəməni ordusunun qalığı
III Dara başda olmaqla döyüş meydanından qaçdı.
Bu qələbədən sonra skəndər Misirə yola düşdü. Misir müqavimət göstərmədi.
Iskəndər Misirdən çıxaraq kiçayarasına doğru hərəkət etdi. III Dara döyüşə
ciddi hazırlaşmış, 100 mindən artıq hərbi qüvvə toplamışdı. Əhəməni dövlətinin
tərkibinə daxil olan və onu tanıyan ölkələr kömək məqsədi ilə hərbi dəstələr
göndərmişdilər. Əhəməni ordusunun tərkibinə daxil olan midiyalılara Atropat başçılıq
edirdi.
Qavqamela (cancal) döyüşünə Azərbaycanda yaşayan tayfalarda cəlb
olunmuşdu. Kursi Rufun məlumatına görə kaspilər, mardlar, skitlər, kadusilər bu
döyüşdə iştirak edirdilər. Arrianın məlumatına görə, alanlar, sakesinlər, həmçinin
midiyalılar, saklar və b. sağ cinahda, kadusilər sol cinahda düzülmüşdülər. beləliklə,
Cancal döyüşündə Azərbaycanda yaşayan tayfalar alban, sakesin, kaspi, kadusi, mard,
sak və qafqazlı adı altında III Daranın tərəfində iştirak edirdilər.
E.ə. 331-ci il oktyabr ayının 1-də Cancal (Qavqamela) düzənliyində qanlı döyüş
başlandı. Dara döyüşün gedişində qorxuya düşərək Midiyaya qaçdı. Başsız qalmış ordu
darmadağın edildi. Cancal döyüşü skəndərin Şərqdə udduğu ən böyük döyüş idi. Bu
döyüş əhəməni dövlətinin süqutunu başa çatdırdı. Qələbədən sonra skəndər
müqavimətsiz Babil və Elamın paytaxtı Suz şəhərini zəbt etdi və şah xəzinəsini ələ
keçirdi. Daha sonra skəndər Əhəməni şahlarının vətəni Persidiya (Parsua) yola düşdü,
Persepol şəhərini tutdu və Persepolun 120 min talant (1 talant 40 kq.-a qədər) qızıl və
gümüşdən ibarət xəzinəsinə sahib oldu. Persepol yandırıldı. Güman edirlər ki, 12 min
dananın gönü üzərində yazılmış müqəddəs Avesta həmin yanğın zamanı məhv
edilmişdir.
E.ə. 330-cu ildə sgəndər Midiyanın paytaxtı Ekbatana şəhərinə gəldi. III Dara
ranın şərqinə qaçdı. Lakin Xəzər dənizinin cənubunda, Orta Asiyaya gedən yolda Dara
(e.ə. 330-cu ildə) öldürüldü, bununla da əhəməni sülaləsinin hakimiyyətinə son
qoyuldu. sgəndər özünü əhəməni şahlarının varisi elan etdi.
Iskəndərin 10 il davam edən (e.ə. 334-324-cü illər) hərbi yürüşü qərbi
Hindistanda sona yetdi. Isgəndər həmişəlik şərqdə qalmaq qərarına gəlir, döyüşçülərin
yerli əhali ilə yaxınlaşması üçün xüsusi tədbirlər keçirir, onların yerli qızlarla
evlənməsinə və şərqdə məskunlaşmasına şərait yaradırdı. O köhnə idarə üsulunu
saxlayır, makedoniyalılarla və yunanlarla yanaşı, yerli zadəgan nümayəndələrinə,
ə
sasən farslara ali vəzifələr tapşırırdı. Isgəndər yunan alimlərini, mədəniyyət sahəsinin
nümayəndələrini, bacarıqlı insanlarını şərq ölkələrinə aparır, yunan mədəniyyətinin
şə
rqə yol açmasına şərait yaradırdı. O, bu ölkələrdə ellin mədəniyyətini yaymaq
məqsədini güdürdü.
Isgəndər “Bütün dünyanı” zəbt etmək arzusunu həyata keçirə bilmədi və e.ə.
323-cü ildə 33 yaşında vəfat etdi.
9. Atropatena dövlətinin yaranması. Əhalisi, ərazisi və təsərrüfatı.
Makedoniyalı sgəndərin şərqə yürüşü nəticəsində e.ə. 330-cu ildə əhəməni
dövləti süquta uğradı. Əhəmənilərin taleyini həll edən Qavqamela döyüşündə (e.ə. 331)
antiq müəlliflərin Kiçik Mada adlandırdığı Satraplığın başçısı Atropatın rəhbərliyi
altında kadusilərin, albanların və sakasinlərin sgəndərə qarşı vuruşmaları tarixi
mənbələrdə əksini tapmışdır. Strabon yazırdı ki, Atropat öz ölkəsinin makedoniyalılara
tabe olmasına yol vermədi. Isgəndərə tabe olmadığına görə əvvəl satrap vəzifəsindən
uzaqlaşdırılan Atropat makedoniyalılarla savaş əvəzinə danışıqlar yolu tutdu. E.ə. 328-
ci ildə o, Makedoniyalı sgəndər tərəfindən Kiçik Midiyanın Satrapı vəzifəsinə təyin
edildi. Nəticədə Kiçik Midiya adlandırılan gələcək Atropatena torpaqları Makedoniya
işğalından xilas oldu. E.ə. 324-cü ildə sgəndərə qarşı Baryaqsın başçılığı ilə baş vermiş
üsyanı öz gücü ilə yatıran Atropat qızını sgəndərin ən yaxın sərkərdəsi olan Perdikkiyə
ə
rə verərək öz mövqeyini daha da möhkəmləndirdi. E.ə. 323-cü ildə Makedoniyalı
sgəndərin ölümü ilə onun imperiyası sərkərdələri arasında bölüşdürüldü. Perdikki
dövlət regenti təyin edilərək əslində sgəndərin yerini tutdu. Görünür, onun səyləri
nəticəsində sgəndərin imperiyasının birinci bölüşdürülməsində Atropatın ölkəsinin adı
çəkilməmişdir. E.ə. 321-ci ildə Perdikkinin ölümündən sonra imperiya yenidən
bölüşdürülərkən Atropatena yenə yada düşmədi. Beləliklə, e.ə. 321-ci ildə Küçük Mada,
yəni Atropatena müstəqil dövlətə çevrildi. Strabona görə yeni dövlət onun qurucusu
olan Atropatın adı ilə Atropatena adlandırılmışdır.
Atropatdan başlayaraq Atropatena hökmdarları dövlətin siyasi, hərbi və iqtisadi
qüdrətini möhkəmləndirməyə çalışırdılar. E.ə. III əsrin 20-ci illərində Atropatena
hökmdarı Artabazan Araz çayından nəinki cənubda, hətta şimala doğru çox geniş
ə
razilərə malik olmuşdur.
Selevki hökmdarı III Antioxun (e.ə. 223-187) şərq yürüşü zamanı selevkilərlə
savaşda məğlubiyyətə uğrayan Atropatena hökmdarı Artabazan sülh bağlayaraq
onlardan asılılığı qəbul etdi. E.ə. 190-cı ildə Maqneziya döyüşündə romalılara məğlub
olan selevkilərin mövqeləri zəiflədikdə Atropatena asılılıqdan çıxıb tam müstəqil oldu.
E.ə. III əsrdə yaranmış Parfiya dövləti şərqdə işğalçılıq planlarını həyata
keçirməyə çalışan Roma ilə rəqabət aparırdı. E.ə. 53-cü ildə Parfiya –Atropatena
müttəfiq qoşunlarının Romaya qarşı apardıqları Karr döyüşündə romalılar ağır
məğlubiyyətə uğradılar. E.ə. 36-cı ildə Mark Antoni Parfiya və onun müttəfiqi
Atropatena üzərinə böyük yürüşə başladı. Bu dəfə də romalılar məğlubiyyətə uğradılar.
Atropatena hökmdarı I Artabazd (e.ə. 59-20) bu qələbəni təntənə ilə qeyd etdi. Lakin
Parfiyanın Atropatenanı özünə tabe etmək cəhdi Artabazdın Roma ilə yaxınlaşmasına
səbəb oldu.
Artabazd Roma hökmdarı Oktavian Avqustun tapşırığı ilə e.ə. 20-ci ilədək eyni
zamanda Ermənistanı da idarə etmişdir. II Ariobarzanın dövründə (e.ə. 20 – b.e. 2-ci ili)
də Ermənistan ərazisi Atropatenanın tabeliyində olmuşdur. Eramızın 20-ci illərində
Atropatena ərazisi Parfiya tərəfindən ələ keçirilmişdi. Nəticədə 350 ilə qədər mövcud
olan Atropatena dövləti siyasi müstəqilliyini itirərək Parfiyanın tərkibinə qatılmışdır.
Atropatenanın əhalisi etnik baxımdan yekcins deyildi. Burada matienlər,
saqartilər, kadusilər, gellər, utilər, maqlar, kaspilər və başqaları yaşayırdılar.
Atropatena əlverişli təbii-coğrafi mövqeyə və iqlim şəraitinə əsaslanan zəngin
təsərrüfata malik olmuşdur. Əhali əkinçilik və maldarlıqla məşğul olurdu. Atropatenada
heyvandarlığın, xüsusilə atçılığın geniş yayılması haqqında qiymətli məlumatlar var.
Atropatena qədimdən yüksək inkişaf etmiş sənətkarlıq ölkəsi kimi məşhur olub,
müxtəlif sənət sahələrinin inkişafı üçün çox zəngin faydalı qazıntılara malik idi.
Dulusçuluq geniş inkişaf etmişdi. Atropatena sənətkarları yüksək keyfiyyətli metal və
gil qablar, müxtəlif silah növləri, toxuculuq məmulatı, bəzək şeyləri, təsərrüfat və
məişət əşyaları istehsal edirdilər.
10. Qafqaz Albaniyası dövlə tinin yaranması.
Tayfaları, şə hə rlə ri, tə sə rrüfatı.
E.ə. IV əsrin axırlarında Azərbaycanın Araz çayından şimalda yerləşən torpaqlarında
yaşayan albanlar öz dövlətlərini qurmuşdular. Hələ e.ə. V əsrdə Herodot Araz çayından
ş
imaldakı torpaqlarda Kaspi adlı Alban tayfasının yaşaması haqqında məlumat
vermişdir. E.ə. 331-ci il Qavqamela döyüşündə Əhəməni ordusunun tərkibində alban
döyüşçülərindən ibarət bir hərbi dəstə Makedoniyalı sgəndərə qarşı vuruşmuşdur.
Makedoniyalı sgəndərin hakimiyyəti dövründə Alban hökmdarlığının mövcud
olmasını antik Roma müəllifi Böyük Plini təsdiq edir.
E.ə. IV-III əsrlərdə Albaniyanı idarə edən hökmdarların adları tarixdə qalmamışdır.
Buna baxmayaraq e.ə. III əsrdə Makedoniyalı sgəndərin pullarına oxşar yerli gümüş
alban pullarının kəsilməsi, üzərində müxtəlif süjetlərin əks olunduğu üzük formalı
möhürlərdən istifadə olunması dövlətin mövcudluğundan xəbər verir. Qədim Alban
dövlətinin paytaxtı Qəbələ şəhəri idi.
Albaniyanın ictimai quruluşu haqqında əsas məlumatlar arxeoloji abidələr və yazılı
qaynaqların öyrənilməsi nəticəsində əldə edilmişdir. Strabon e.ə. 60-cı illərin hadisələri
ilə bağlı yazırdı ki, hazırda bütün alban qəbilələrini bir padşah idarə edir. E.ə. I əsrdə
(e.ə. 66-65-ci illər) Pompeyin yürüşləri zamanı Albaniyanı Oroys, Antoninin yürüşləri
vaxtı (e.ə. 30-cu illər) isə Zober idarə edirdi. Alban Arşakilərinə qədər, yəni I əsrin
ortalarınadək Albaniyanı onun ilk hökmdarı olmuş Aranın nəsli Aranşahlar idarə
etmişdir.
Albaniyada hakim zümrəyə əyanlar və kahinlər daxil idi. Cəmiyyət ali zümrə ilə
yanaşı kəndlilər, sənətkarlar və tacirlərdən ibarət idi.
Albaniyada təsərrüfatın müxtəlif sahələrində qul əməyindən istifadə olunmuşdur.
Burada əməkçi əhalinin böyük əksəriyyətinin azad adamlar, yəni vergi ödəyən zümrələr
(kəndlilər, sənətkarlar və s.) təşkil edirdi.
Albaniya dövlətinin şərq sərhədini Kaspi dənizi, qərb sərhədini isə beriya ( ori
çayınadək) təşkil edirdi. Şimal sərhədləri Dərbənddən yuxarıdakı Samur dağ
silsiləsindən başlayıb, Böyük Qafqaz dağlarının ətəkləri boyu ori çayının yuxarı
axarınadək uzanırdı. Araz çayı isə Alban dövlətinin cənub sərhədi hesab olunur.
Alban əhalisi vahid dildə danışmırdı. Strabona görə bu ölkədə 26 dil var idi.
Albaniyada yaşayan tayfalar içərisində kaspiləri, utiləri, qarqarları, qardımanlıları,
leqləri, gelləri və başqalarını göstərmək olar. Kaspilər, utilər və başqaları e.ə. I
minilliyin ortalarında daha böyük tayfanın adı ilə albanlar adlandırılmışdır.
Antiq dövrdə alban əhalisi taxılçılıq, tərəvəzçilik, bağçılıq, üzümçülük və
maldarlıqla məşğul olurdu.
Albaniyada sənətkarlığın müxtəlif sahələri inkişaf etmişdi. Sənətkarlıq əsasən
şə
hərlərdə qismən də kəndlərdə cəmləşmişdi. Sənətkarlıq məhsulları ölkənin daxili
tələbatını ödəməklə yanaşı, bir hissəsi qonşu ölkələrə ixrac olunurdu. Silahqayırma,
qiymətli metallardan qab istehsalı və qiymətli parça növlərinin toxunması şəhər
sənətkarlıq emalatxanalarında cəmləşmişdi. Metalişləmə sahəsində silah istehsalı, əmək
alətləri və məişət əşyaları, bəzək əşyaları daha geniş yayılmışdı.
Albaniyada dulusçuluq sənəti də geniş yayılmışdı. Toxuculuq sənəti öz yüksək
səviyyəsi ilə seçilirdi.
Antiq dövrdə Albaniyada daxili ticarət sürətlə inkişaf edir və ölkənin xarici ticarət
ə
laqələri genişlənirdi.
Ellinizm dövründə ölkə dünya ticarətinə qoşulmuşdu. II əsrdə yaşamış antiq müəllif
Klavdi Ptolomey Albaniyanın 29 şəhər və böyük yaşayış yerlərinin adını çəkmişdir ki,
bunlardan Teleba, Gelda, Albana və Qaytara Xəzər dənizi sahillərində yerləşirdi. Antiq
qaynaqlarda adı çəkilən şəhərlərdən yalnız Kabalakanın (Qəbələ) və Şamaxının
(Gemaxiya) yeri dəqiq məlumdur.
11. Qafqaz Albaniyasında Roma işğalçılarına qarşı mübarizə.
E.ə. IV-III əsrlərdə Makedoniyalı sgəndərin və Selevkilərin Kaspi dənizi və
onun ətraf bölgələrinə göndərdikləri ekspedisiyalardan sonra Albaniya ərazisinə hər
hansı bir yürüş haqqında mənbələrdə heç bir məlumat verilmir. E.ə. I əsrin 60-cı illərinə
qədər Yaxın Şərqdə baş verən hərbi-siyasi hadisələrdən kənarda qalan Alban dövləti
üçün bu dövr əmin-amanlıq dövrü olmuşdur.
E.ə. I əsrdə romalıların hərbi planlarında Albaniya və qonşu beriya önəmli yer
tutmağa başladı. Romalılar Albaniyada möhkəmlənməklə Hindistanı Qara dənizə
birləşdirən, bir hissəsi Kaspi dənizindən –Kür çayından və quru ərazidən keçən ticarət
yollarını ələ keçirmək niyyətində idilər.
Albaniyanın ələ keçirilməsi Romaya bu ərazidən Parfiyaya zərbə endirmək və
digər ölkələrə yürüş etmək imkanı verirdi. E.ə. 66-cı ildə Roma sərkərdəsi Pompey
Alban torpaqlarına yürüşə başlayaraq Kür çayı sahilində hərbi düşərgə saldı. Alban
hökmdarı Oroysun başçılıq etdiyi 40 minlik ordu romalılar üzərinə hücuma keçdi.
Həmin ilin dekabr ayında Kür çayı sahilində baş vermiş qanlı döyüşdə daha güclü və
təcrübəli olan Roma ordusu qalib gəldi.
Romalılar beriyaya yürüş edəndə albanlar onları arxadan təqib edərək Roma
qoşunu üçün təhlükəli vəziyyət yaratdıqlarından Pompey e.ə. 65-ci ildə yenidən albanlar
üzərinə yürüşə çıxdı. Albanlara gözlənilməz zərbə vurmaq üçün romalılar ori ilə
Alazan çayları arasında susuz çöllə hərəkət etməyi qərara aldılar. Pompey bir neçə
albanı əsir alaraq ordusunu daha qısa və rahat yolla aparmaq üçün onlardan bələdçi kimi
istifadə etdi. Lakin ölümündən qorxmayan albanlar düşməni daha uzun və çətin yolla
apararaq xeyli ləngitdilər. Alazan çayı sahilində döyüş baş verdi. 60 min piyada və 12
min atlıdan ibarət Alban qoşununa Oroysun qardaşı Kozis başçılıq edirdi. Süvari
qoşunda albanlar, piyada qoşunda isə romalılar daha güclü idilər. Pompeyin
düşünülmüş taktikası əsasında Roma ordusunun önündə olan atlı dəstəsi qəsdən geriyə
qaçaraq albanları öz arxasınca aparıb mühasirəyə saldı. Döyüş vaxtı Kozis Roma
sərkərdəsi Pompeyə nizə ilə zərbə endirsə də, möhkəm zireh Pompeyi ölümdən qurtardı.
Pompeyin cavab zərbəsi ilə Kozis ölümcül yaralandı. Döyüş romalıların qələbəsi ilə
başa çatdı. Romalılara qarşı kişilərlə birlikdə alban qadınlarının da qəhrəmanlıqla
vuruşması antik Roma müəlliflərinin heyrətinə səbəb olmuşdu. Döyüşdən sonra
Pompeyin tələbi əsasında onun düşərgəsinə gəlməyən alban hökmdarı Oroys məktub və
hədiyyələr göndərməklə kifayətləndi. Pompey barışığa gəlmək və tabe olmaq haqqında
Oroysun vədlərini qəbul edib, xəzər dənizi sahillərinə çıxmaq üçün ölkənin içərilərinə
doğru irəliləməyə başladı. Ciddi müqavimətlə qarşılanan Pompey bu məqsədindən əl
çəkməyə məcbur olub Albaniyanı tərk etdi.
E.ə. 36-cı ildə Antoninin Atropatenə və Albaniyaya yürüşünün nəticəsi olaraq
Alban hökmdarı Zober romalılardan asılılığı qəbul etmişdi. Roma hökmdarı Oktavian
Avqustun hakimiyyətinin sonlarında tərtib olunmuş məşhur Ankir kitabəsində Alban
hökmdarının Roma ilə dostluq etmək niyyətindən bəhs edilmişdir. Bu yazı göstərir ki,
eramızın I əsrinin əvvəllərində öz ölkəsini müstəqil idarə edən alban hökmdarları Roma
ilə dinc münasibətlər qurmağa çalışırdılar. Qobustanda bir qaya üzərində Roma
imperatoru Demisianın adı ilə bağlı olan kitabənin qalması eramızın I əsrində Roma-
Alban əlaqələrindən xəbər verir. Roma imperatoru Trayanın (96-117-ci illər) Ön
Asiyaya yürüşü zamanı Albaniyanın ərazisi toxunulmaz qaldı. Belə bir şəraitdə albanlar
öz torpaqlarının tam sahibləri idilər. II əsrdə Roma imperatoru Adrian (117-138-ci illər)
Alban dövləti ilə dostluq əlaqələri saxlanmasına xüsusi əhəmiyyət verirdi.
12. Azərbaycanda feodal münasibətlərinin yaranması. Feodal cəmiyyətinin
sinifləri, feodal mülkiyyət formaları, vergilər.
III-V əsrlərdə Azərbaycanda feodalizmə xas olan əsas iqtisadi münasibətlər
bərqərar oldu. Məhsuldar qüvvələrin və istehsal münasibətlərinin tədricən inkişafı
feodal istehsal üsülunun bərqərar olmasına şərait yaradırdı. Hökmdar və onun
ə
trafındakı istismarçı sinif nümayəndələri torpaq sahibkarlarına çevrilirdilər. Hökmdar,
yaxud dövlət torpaqları xidmət əvəzi olaraq hərbçilər və dövlət işçilərinə paylanırdı,
bəzən də hədiyyə verilirdi.
Xüsusi xidmət adamlarına paylanmış belə torpaqlar feod, yəni “mülk” adlanırdı.
Feodalizm adı da buradan əmələ gəlmişdi. Feodal torpaqlarında kəndli əməyindən
geniş istifadə olunurdu. Kəndli feodaldan asılı vəziyyətdə idi, çünki o feodalın
torpağını becərməli, məhsulun müəyyən hissəsini ona verməliydi. Kəndli eyni zamanda
müxtəlif mükəlləfiyyətləri yerinə yetirməli idi. Lakin onun əsas gəliri icarəyə götürdüyü
feodal torpağı ilə bağlı idi.
Bəzən onlar torpaqsız kəndliləri feodal torpağını becərmək üçün işə cəlb edirdilər.
Feodal torpağında müflisləşmiş kəndli əməyi tətbiq olunurdu, lakin kəndlilərin torpağa
təhkimləşməsi bərqərar olmadı, yalnız xidmətçilik genişləndi.
Feodalızm dövründə iki sinif-feodal və kəndli sinifi yarandı. Kəndlilər əsas
istehsalçı qüvvəni təşkil edirdilər. kəndli sinifinin daxilində baş vermiş mülki
bərabərsizlik onların bir qisminin varlanmasına və xırda mülkədarlara çevrilməsinə
səbəb oldu. Ölkədə baş verən siyasi hərc-mərclik, hakimiyyətin sasanilərə tabe edilməsi,
dini mübarizə yoxsulların sayını daha da artırır, feodalların isə varlanmasına şərait
yaradırdı. Kəndlilər, sənətkarlar və tacirlər dövlətə vergi verən təbəqəyə mənsub idilər.
Sasani dövlətində əhali dörd sosial təbəqəyə kahin, döyüşçü, mirzə və vergi verən
təbəqələrinə bölünmüşdü. Son təbəqə can (qezit) və torpaq (xaraq) vergisi verirdi.
Bundan başqa kəndlilər əmək mükəlləfiyyətinə cəlb olunurdular.
III-VII əsrlərdə Azərbaycanda feodal münasibətləri inkişaf edir, feodal istismarı
möhkəmlənirdi. Feodallar arasında iri və xırda feodal təbəqələri formalaşırdı. Iri
feodallar patrik ( Bizans qaynaqlarında), xırda feodallar azat ( ran qaynaqlarında)
adlanırdılar. Feodal münasibətlərı dini idarələri də bürümüşdü.
Torpaq sahələri olan məbəd və kilsələrə əhali dini ibadət xətrinə vergi verməyə və
müəyyən mükəlləfiyyətləri yerinə yetirməyə məcbur edilirdi. Əsas istehsalçılar şinakan
və ramik adlanırdılar. Onlar qismən torpağa təhkim olunmuşdular. Lakin təhkimçilik
qeyri-xristian təsərrüfatında yayılmadı, burada feodaldan asılı kəndli təbəqələri yarandı.
Feodal torpaq mülkiyyəti dastakert (irsən keçən mülk) adını daşıyırdı. Belə
torpaqlar kəndlilərə icarəyə verilirdi. Şərti mülkiyyət Xostaq adlanırdı. Bu mülk irsən
keçmirdi.
Kəndlilərin torpağa təhkimləşməsi Azərbaycanın ancaq xristian feodallarının
mülklərində meydana gəlməyə başladı. Iranda hakimiyyətə gəlmiş Sasani sülaləsi (III-
VII əsrlər) mərkəzdən asılı, lakin müəyyən daxili müstəqilliyə malik olan dövlət
quruluşlarını ləğv etdi. Işğal olunmuş torpaqlarda mərkəz nümayəndələri tərəfindən
idarə olunan əyalətlər yaratdılar. Belə əyalətlərdən biri Azərbaycan idi. Burada canişin
hakimiyyəti bərqərar edildi. Qaynaqlar canişini mərzban (sərhəd qoruyan) adlandırırdı.
Iran şahları işğal olunmuş, yaxud mərzban torpaqlarının sahibkarı kimi çıxış edirdilər.
Belə ərazilərin idarəsi hakim sülaləyə mənsub adamlara tapşırılırdı. Əslində bu
torpaqlar şah mülkiyyəti hesab olunurdu. Azərbaycanda hökmdar hakimiyyəti ləğv
edildikdən sonra feodal torpaq sahibkarlığı gücləndi.
Dostları ilə paylaş: |