18. Azərbaycan Səlcuqilər imperiyasının tərkibində
Azərbaycanın ərazisində XI əsrin ortalarında eyni vaxtda üç müstəqil dövlətin -
Ş
irvanşahlar, Şəddadilər və Rəvvadilər dövlətinin olması ölkənin iqtisadi inkişafını
ləngitməklə yanaşı, onun müdafiə qüvvəsini də zəiflədirdi. Belə bir vaxtda Orta Asiya,
ran, raq, Suriya, Misir, Kicik Asiya, Ön Qafqaz xalqları ilə birlikdə Azərbaycan da
Səlcuqların hakimiyyəti altına kecdi. XI əsrin əvvəllərində oğuzların bir hissəsi Xorasan
tərəfdən yaxın Şərq ölkələrinə, digər hissəsi Xəzərin şimalından keçərək Avropaya və
Balkan yarımadasına yayıldı. Səlcuqlar IX əsrdə Xəzər dənizi ilə Aral gölü arasındakı
ə
razıdə yaşayırdılar. Qəznəvilər dövlətinin başçısı Sultan I Mahmud (988-1030) Səlcuq
tayfalarını 1009-cu ildə Xorasan əyalətində yerləşdirdi. Səlcuqlar 1038-ci ildə Nişapuru
ə
lə kecirdi və Toğrul bəy özünü Sultan elan edərək Səlcuqlar imperiyasının (1038-1157)
ə
sasını qoydu. Sultan Toğrul bəy (1038-1063) XI əsrin 50-ci illərinin ortalarında
Azərbaycana daxil oldu. Rəvvadi hakimi Vəhsudan və Şəddadi hakimi Şavur
müqavimət göstərmədən tabe oldular. Toğrul 1055-ci ildə xilafətin paytaxtı Bağdadı
tutdu və siyasi hakimiyyəti ələ kecirdi. Sultan Alp Arslan (1063-1072) Naxçıvanı ələ
kecirdi, 1067-ci ildə Arrana səfər etdi. 1069-cu ilin yayında Gəncəyə gəldi. Şaddadi
hakimi Fəzl qala qapılarının və xəzınənin açarını ona təqdim etdi. Şirvanşah Fəriburz da
Gəncəyə gələrək ona itaət etdi. Alp Arslan 1070-ci ildə Gəncədən Şəkiyə, oradan
Gürcüstana yürüş etdi. Şirvanşahlar bu dəfə də daxili müstəqilliyi saxlaya bildi.
Səlcuqların uğurlu xarici siyasətindən vahiməyə düşən Bizans imperiyası onların qərb
istiqamətində yürüşünü dayandırmaq məqsədilə böyük hərbi hazırlıqdan sonra 1071-ci
ildə Malazgird şəhəri yaxınlığında müharibəyə başladı.
1071-ci ildə Malazgird şəhəri yaxınlığında Səlcuqlar Bizans imperiyasının
ordusunu darmadağın etdi və Kicik Asiyanın xeyli hissəsini ələ kecirdi. Alp Arslanın
Azərbaycandan uzaqda olmasından istifadə edən Şəddadi hakimi III Fəzlun Səlcuqlara
xərac vermədi. Məlikşahın dövründə (1072-1092) Səlcuqlar imperiyası daha da
qüdrətləndi. O, 1088-ci ildə Azərbaycana qoşun göndərib Gəncəni ələ kecirdi və
Şə
ddadilərin sonuncu hakimi Fəzlunu hakimiyyətdən saldı, oğlu Məhəmmədi Gəncəyə
hakim təyin etdi. Bundan sonra sultan Məlikşah Şirvanşah I Fəriburzu Gəncəyə - öz
iqamətgahına dəvət etdi. Burada onu birdəfəlik 70 min dinar bac və hər il 40 min dinar
xərac verməyə məcbur etdi. Səlcuqilər dövləti ön Qafqazda çiçəkləndiyi zaman türk
tayfalarının Azərbaycana yeni axını gücləndi. Onlar burada tezliklə oturaq həyat tərzinə
keçdilər və maskunlaşdılar. Səlcuqilər dövlətinin ilk sultanlarının (Toğrul bəy, Alp
Arslan və Məlikşah) həyata keçirdiyi sosial-iqtisadi və hərbi tədbirlər feodal
münasibətlərini daha da möhkəmləndirdi, sənətkarlığın, ticarətin inkişafına zəmin
yaratdı. Lakin səlcuq dövləti hərbi-feodal xüsusiyyətli dövlət olduğundan hərbi-siyasi
birlik iqtisadi birlikdən güclü idi. Məlikşahın hakimiyyəti imperiyanın çiçəklənməsinin
son mərhələsi oldu. Məlikşahın ölümündən sonra hakimiyyət uğrunda oğlanları arasında
mübarizə başlandı. Börgüyarığın və Məhəmmədin dövründə dövlətin ərazisi iki yerə
parçalandı. Sultan Səncərin dövründə də (1118-1157) dövlət tənəzzül etdi və bir necə
yerə bölündü. O sıradan Girman, Konya, Suriya, raq səlcuq sultanlığı və Kiçik Asiyada
bir sıra əmirliklər yarandı. Azərbaycan raq sultanlığına daxil idi. Səlcuq sultanları
formal şəkildə hökmdar sayılırdılar. Əslində dövləti onların atabəyləri idarə edirdi.
Məsələn, raq sultanlığını 1136-cı ildən Azərbaycan Atabəyləri Şəmsəddin Eldəniz və
onun varisləri idarə edirdi.
Səlcuqilər dövləti türkdilli xalqların hərbi-siyasi, sosial-iqtisadi və mədəni
inkişafında əhəmiyyətli rol oynadı. Orta əsrlərdəki digər imperiyalar kimi səlcuq
imperiyası da əbədi olmadı. Sultan Məlikşahın ölümündən sonra sülalə üzvləri arasında
hakimiyyət uğrunda mübarizənin kəskinləşməsi dövləti taqətdən saldı.
Azərbaycanda “iqta” sistemi Sasanilərin və ərəblərin hakimiyyəti dövründən
mövcud olsa da, sultan Məlikşahın dövründə daha da genişləndi. Hakim sülalənin
üzvlərinə və iri feodallara “iqta” adı ilə şəhərlər və əyalətlər bağışlanırdı. “ qta”
torpağında çalışan kəndlilər vergini “iqta”-nın sahibinə verir və onun tələb etdiyi əlavə
mükəlləfiyyətləri yerinə yetirirdilər.
19. Azə rbaycan Atabə ylə r (Eldə gizlə r) dövlə ti
XII əsrin 30-cu illərində Azərbaycan Atabəylər dövləti meydana gəldi. Bu
dövlətin yaradıcısı Şəmsəddin Eldəniz idi. O, Sultan II Toğrulun oğlu Arslan Şahin
Atabəyi idi. Toğrulun ölümündən sonra Sultan Məsud Şəmsəddin Eldənizi Möminə
xatunla evləndirib 1136-cı ildə Arranı iqta şəklində Eldənizə bağışladı. Eldəniz tədricən
bütün Azərbaycana sahib oldu.
Eldənizlər dövlətinin tarixi üç dövrə bölünür: təşəkkül (1136-1160); çiçəklənmə
(1161-1191) və tənəzzül (1191-1225) dövrləri. Eldəniz 1160-cı ildə Həmədanı ələ
kecirdi, Arslan Şahı Sultan taxtında əyləşdirdi, özü isə raq Səlcuq dövlətinin böyük
atabəyi oldu. Əslində dövləti o idarə edirdi. Oğlanları Cahan Pəhləvanı Hacib, Qızıl
Arslanı baş sərkərdə təyin etdi. Təbriz və Naxçıvan Azərbaycan Atabəyləri dövlətinin
paytaxtı oldu. Tədricən Rey, Qum, Qəzvin, Ərdəbil, Marağa, Girman Azərbaycan
Atabəylərindən asılı oldu.
Eldənizin dövründə gürcü hakimi ilə düşməncilik münasibətləri hökm
sürmüşdür. Hər iki ölkənin hakimi 60-70-ci illərdə bir-birinin ərazisinə hücumlar
etmişlər. Mənbələrdə qeyd edilir ki, gürcü çarı III Georgi 1161-ci ilin yayında 30 min
nəfərlik qoşunla Gəncəyə və Dəbil şəhərinə soxulub oranı qarət etdi. əhalidən on min
nəfər öldürdü və bir o qədər də əsir götürdü. Gürcü hakiminin bu vəhşi hərəkətinə cavab
olaraq Atabəy Eldəniz 1163-cü ilin yanvarında öz vasalları ilə birlikdə 500 min nəfərlik
qoşunla Gürcüstana hücum edərək bir aydan artıq vuruşdu. Xeyli adam öldürdü və hərbi
qənimət ələ keçirdi.
Buna baxmayaraq gürcü çarı 1164 və 1166-cı illərdə Azərbaycana yenidən
hücumlar etmiş, Gəncəyə gəlmiş, qətlə və talana başlamışdı. Eldənizlər hər dəfə
gürcülərin hücumlarını daha ağır zərbələrlə dəf etmişlər.
Edənizin ölümündən sonra Sultan III Toğrulun Atabəyi Məhəmməd Cahan
Pəhləvan oldu. O, Azərbaycanın idarə olunmasını qardaşı Qızıl Arslana tapşırdı.
Dövlətin paytaxtı Həmədana köcürüldüyünə görə Təbriz Azərbaycan hakimi Qızıl
Arslanın iqamətgahına çevrildi.
Atabəy Cahan Pəhləvanın hakimiyyəti (1175-1186) illərində Eldənizlərin ərazisi
daha da genişləndi.
Dövlət iqtisadi və siyasi cəhətdən gücləndi. Gürcü çarı onunla sülh bağladı,
Xarəzmşah dostluq münasibəti saxladı, Misirin və Suriyanın hakimi ilə mübahisələr
sülh yolu ilə həll olundu.
Cahan Pəhləvanın ölümündən sonra hakimiyyətə Qızıl Arslan kecdi.
Hakimiyyət uğrunda daxili çəkişmələr olsa da qələbə caldı. O, Şirvana hücüm etdi,
Ş
irvanşah Axistanı Şamaxıdan Bakıya köçməyə məcbur etdi. Gürcüstana yürüş edib
qənimətlə qayıtdı.
Qızıl Arslanın ölümündən sonra hakimiyyət uğrunda daxili çəkişmələr yenidən
başlandı. Atabəy Əbu Bəkrin hakimiyyəti (1191-1210) illərində ölkənin daxilində
feodal ara münasibətləri genişləndi. O, sələflərinin ənənələrini yaşada bilmədi. Cahan
Pəhləvanın qadınları və oğlanları arasında hakimiyyət uğrunda mübarizə yenidən
kəskinləşdi. Eldənizlərin yaratdığı mərkəzi hakimiyyət parçalandı. Iraq, Rey, Mosul,
sfahan onların asılılığından xilas oldu. Eldənizlərin əlində ancaq Azərbaycan torpaqları
qaldı.
Zəif iradəli Əbu Bəkr 20 illik hakimiyyəti dövründə təmsil etdiyi sülalənin
nüfuzunu zəiflətdi. Mənbələrdə deyildiyi kimi, onu dövlət işlərindən çox şəxsi istirahəti
maraqlandırırdı. Onun dövründə xəzinəyə gələn ümumi gəlir xeyli azalmış və dövlətin
iqtisadiyyatı sarsılmışdı. Əbu Bəkrin ölümündən sonra hakimiyyətə qardaşı Atabəy
Özbək keçdi. Atabəy Özbəyin dövründə (1210-1225) Azərbaycan Atabəylər dövləti
daha da zəiflədi. Ölkə gürcü və Xarəzmşahların hücumuna məruz qaldı. Xarəzmşahdan
aslılığı qəbul etdi. Atabəylərin bütün xəzinəsi xarəzmşahların əlinə keçdi. Monqolların
birinci yürüşündən sonra xarəzmşahın oğlanları Qiyasəddin və Cəlaləddin Azərbaycana
soxuldu. Atabəy Özbək müqavimət göstərə bilmədi.
1225-ci ildə Cəlaləddin Təbrizi tutanda Atabəy Özbək əvvəl Gəncəyə, oradan
Ə
lincə qalasına qaçdı və həmin il orada öldü. Bununla da Eldənizlər sülaləsinin tarixi
sona çatdı. Şirvanşahlarda olduğu kimi Azərbaycan Atabəylər dövlətində də hakimiyyət
irsi xarakter daşıyırdı. Dövləti Eldənizlər nəslindən olan hökmdarlar idarə edirdilər.
onlar atabəyləri olduqları Səlcuq sultanlarının əvəzində bütövlükdə ranın, raqın, Yaxın
Şə
rqin xeyli ərazisini əhatə edən Səlcuq dövlətini idarə edirdilər. sultanların hakimiyyəti
formal xarakter daşıyırdı. Ordunu, xəzinəni və əsas dövlət aparatını əllərinə alan
Eldənizlər sultanlarla hesablaşmır, müstəqil xarici siyasət yeridir, fərmanlar verir,
iqtalar bağışlayır, öz yaxın adamlarını mühüm dövlət vəzifələrində yerləşdirirdilər.
20.IX-XII əsrlərdə Azərbaycan mədəniyyəti
IX-XI əsrlərdə yaranan müstəqil feodal dövlətlərin, daha sonra bərpa olunan
Ş
irvanşahlar və Azərbaycan Atabəylər dövlətlərinin yaranması nəticəsində ölkənin
siyasi və iqtisadi həyatında baş verən dəyişikliklər ölkə mədəniyyətinin inkişafına da
müsbət təsir göstərmişdir. IX-XII əsrlərdə müsəlman Şərqində elm və mədəniyyət
yüksək səviyyədə idi. Həmin xalqların mədəniyyəti bir-birinə qarşılıqlı təsir etməklə
tərəqqi edirdi. 12-ci yüzillik əbəs yerə Azərbaycan mədəniyyətinin “qızıl dövrü”
adlandırılmır. Bu intibah dövrü xalqımız üçün ona görə qiymətlidir ki, dünya
poeziyasının günəşi Nizami Gəncəvi və onun müasirlərinin, ədəbiyyatımızın,
incəsənətimizin və elmimizin böyük dühalarının yaşadığı dövrdür. Şəhərlərdə məscidlər
yanında mədrəsələr və məhəlli məktəblər – molla xanalar vardı. Bu mədrəsələr və
məktəblərdə dini elmlərlə bərabər təbabət, nücum, şərq dilləri, ədəbiyyat, məntiq və
başqa fənlər tədris olunurdu. Məktəblərdə oxuyanlar feodalların, tacirlərin və
ruhanilərin övladları idi. Geniş xalq kütləsi elmdən və təhsildən məhrum edilmişdi.
Fazil Fəridəddin Şirvani astronomiya elmi ilə məşğul olmuş, bir sıra ulduz cədvəli tərtib
etmiş, görkəmli filosof Bəhmənyar, Xətib Təbrizli də bu dövrdə yaşayıb-
yaratmışdır.Təbrizli alimlərdən Əbu Zəkəriyyə Yəhya ibn Əli və Əbu Mənsur ibn
Ə
hməd də bir sıra görkəmli əsərlərin müəllifi olmuşlar.Hüquqşünaslıq sahəsində
Ş
amaxılı Əbubəkr Məhəmməd Şirvani, Bərdəi Məhəmməd ibn Abdulla məşhur
idilər.Dünyəvi elmlərlə yanaşı, nəqqaşlıq və xəttatlıq da inkişaf etmişdi. Azərbaycan
memarlığının özünəməxsus xüsusiyyəti var idi. Araz çayı üzərindəki Xudafərin
körpüsü, Şamaxıda Gülüstan qalası, Naxçıvanda Əlincə qalası, Lerikdə Oğlanqala,
Bakida Qız qalası belə möhtəşəm abidələrdəndir. Bu dövrün görkəmli sənətkarlarından
biri naxçıvanlı Əcəmi Əbubəkr idi. Onun Naxçıvanda tikdiyi Yusif ibn Küseyirin və
Atabəy Məhəmməd Cahan Pəhləvanın arvadı Möminə xatunun türbələri başdan-başa
həndəsi nəqşlər və kitabələrlə bəzədilmişdir. Naxçıvan memarlıq məktəbinin təsiri ilə
Ə
lincə çayı sahilindəki Xanəgah kəndində sərdabə, Urmiyada Üç günbəz, Marağada
Göy günbəz və başqa abidələr yaradılmışdır. Şifahi və yazılı ədəbiyyat inkişaf edirdi.
Aşıq, xalq yaradıcılığı ilə bərabər ədəbiyyatın klassik formaları inkişaf edirdi. X-XI
ə
srlərin yadigarı olan “Dədə Qorqud” dastanları şifahi xalq yaradıcılığının ana dilində
ə
n böyük abidəsidir.X-XII əsrlərdə yazılı ədəbiyyatın geniş yayılmış formalarından biri
saray ədəbiyyatı idi. XI əsr Saray şerinin ən görkəmli nümayəndəsi Qətran Təbrizidir.
Saray şairləri içərisində Əbülüla Gəncəvini, Fələki Şirvanini xüsusi qeyd etmək
olar.XII əsrdə saraydan kənarda inkişaf edən ədəbiyyatın görkəmli nümayəndəsi
Məhsəti Gəncəvidir. Onun rübailəri xalq içərisində geniş yayılmışdır.XII əsr
Azərbaycan ədəbiyyatının görkəmli simalarından biri Əfzələddin Xaqanidir. O, ərəb və
fars dillərində sərbəst danışır, dilçiliyi, fəlsəfəni, məntiqi, nücumu, riyaziyyatı,
qanunşünaslığı və şəriəti gözəl bilirdi. “Mədain xərabələri” adlı fəlsəfi şerini,
“Həbsiyyə” adlı şerlərini yazmışdır. Xaqani 1156-cı ildə Yaxın Şərqdə səyahətə çıxır.
O, 1160–cı ildə səyahətini başa çatdırıb, yenidən saray məngənəsinə düşür. O,
Ş
irvanşah Axsitanın təhqirlərinə dözməyərək, 1170-ci Beyləqana qaçarkən şahın
adamları tərəfindən tutulub, geri qaytarılır və Şabran qalasına salınır. Həbsxanada
olduğu 7 ay müddətində o, “Həbsiyyə” adlı şerlərini yazır. Xaqani 1173-cü ildə ailəsi ilə
birlikdə Təbrizə köçür və ömrünün sonuna qədər orada yaşayır. Milli mədəniyyətimizin
“qızıl əsrini” yaradanlardan ən görkəmlisi Nizami Gəncəvidir. Onun yaradıcılığı ilə orta
ə
sr Azərbaycan ədəbiyyatında və ictimai fikir tarixində yeni bir dövr başlanmışdır.
Nizami Gəncəvinin ölməz poemaları “Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və
Məcnun”, “Yeddi gözəl” və “ skəndərnamə”dir. Bu incilər şairin “Xəmsə” adlanan
divanını təşkil edir. Nizaminin irsi mənəvi mədəniyyətimizin yaradıcıları üçün gözəl
sənətkarlıq məktəbidir. Nizami Gəncəvi öz əsərlərində zalımları pisləməklə, məzlumları
haqsızlığa qarşı, mübarizəyə çağırmaqla yanaşı, gah etiraz, bəzən də nəsihət yolu ilə
hakimləri zülmdən və cəzadan əl çəkməyə, ədalətə və nəcibliyə çağırmışdı.
Nizami Gəncəvi “Yeddi Gözəl” poemasında insan ləyaqətini yüksəldən, onun
mənəvi aləmini zənginləşdirən problemlərə toxunmuşdu. Şair ömrünün son illərini şah
ə
səri olan “ sgəndərnamə”ni yazmağa sərf etmişdi. Bu əsər ona əbədi dünya şöhrəti
qazandırdı. IX-XII əsrlərdə sənət ustaları oyma, həkketmə, zərbetmə, kaşıçılıq,
xalçaçılıq, tətbiqi incəsənətin başqa sahələrində gözəl sənət nümunələri göstərirdilər.
21. Monqol feodal dövlətinin yaranması və möhkəmlənməsi. Monqolların
Azərbaycana I işğalcı yürüşü
XIII əsrin əvvəllərində Mərkəzi Asiyada Çingiz xanın (1206-1227) başçılığı ilə
güclü Monqol dövləti yarandı. 1206-cı ildə monqol noyonlarının qurultayında
Çingizxan monqol tayfalarının xaqanı elan edildi. Monqol dövlətinin paytaxtı
Qaraqorum şəhəri idi. Mərkəzləşdirilmiş idarə sisteminə malik güclü ordu
yaradan Çingiz xan işğalçılıq yürüşlərinə başladı. 1211-ci ilədək Sibir xalqları,
1211-1215-ci illərdə Şimali Çin ərazisi, 1219-da isə Orta Asiya–Azərbaycanın şərq
sərhədlərində mövcud olan Xarəzm dövləti işğala məruz qaldı. Xarəzmşah
dövlətinin süqutunda başqa amillərlə yanaşı Xarəzmşah Məhəmmədin qorxaq
siyasəti, gözləmək mövqeyi, yalnız müdafiəyə üstünlük verməsi də öz rolunu
oynamışdı. 1218-ci ildə Otrar şəhərində Çingizxana mal aparan tacirlərin qətlə
yetirilməsi monqolların Orta Asiyaya hücumu üçün bəhanə oldu. Tarixə “Otrar
faciəsi” kimi daxil olmuş bu hadisə Xarəzmşah dövlətinin süqutunun başlanğıcı
oldu. 1220-ci ilin ilk aylarında Buxara, Səmərqənd, Otrar kimi şəhərləri xarabaya
çevirən monqollar qısa müddət ərzində bütün Orta Asiyaya sahib oldular.
Xarəzmşah Məhəmməd biabırcasına ölkədən qaçdı. Sonralar Xəzər dənizindəki
adalardan birində öldü. Qaçmış Məhəmmədi izləmək və başqa ərazilərdə
kəşfiyyat üçün qoşun göndərildi. Bu qoşuna Çingiz xanın yaxın silahdaşları olan
Cəbə və Subutay noyonlar başçılıq edirdi.
Çingizxanın ordularının Azərbaycanda ilk gəlişi 1220-ci ilə aid edilir. Monqol
sərkərdələri Cəbə və Subutay 30 minlik dəstələri ilə bütün Xorasan və Fars raqının
ə
razisindən keçərək 1221-ci ilin yanvar ayında Azərbaycana soxuldular. Ölkənin
bir sıra yaşayış məskənlərini viran edib Təbrizə yaxınlaşdılar. O zaman Atabəy
Özbək Təbrizdə otururdu. Monqollar möhkəm qala divarları ilə əhatə olunmuş Təbrizi
3 dəfə mühasirəyə alsalar da hər dəfə böyük xərac almaqla kifayətlənib şəhərə
girməmişdilər. Şəhərin müdafiəsinə şəhər rəisi Şəmsəddin Tuğrayi rəhbərlik edirdi.
Atabəy Özbək və gürcü çarı Georgi monqollara qarşı saziş bağlasalar da
monqollar müttəfiqləri qabaqlaya bilmişdilər. Atabəy Özbək şəhəri tərk edərək
Naxçıvana, Əlincə qalasına çəkildi. Atabəy hökmdarının zəifliyi bir-birinin
ardınca şəhərlərin işğalına səbəb oldu. Bu dövrdə hər şəhərin öz qornizonu-
döyüşçüsü olduğu halda, onlar birləşib vahid şəkildə düşmənə cavab
vermədikləri üçün, monqollar 1221-ci ildə Marağa, Sərab, Ərdəbil, Xoy, Səlmas,
Həmədan, Naxçıvan, Ərdəbil kimi bir çox Azərbaycan şəhərlərini dağıtdılar. 1221-ci
ilin oktyabr ayında (ramazan ayında) Beyləqan şəhəri xüsusi amansızlıqla
tutuldu, dağıdıldı və qarət olundu. Beyləqandan sonra monqollar Gəncəyə
yaxınlaşırlar. Gəncənin qala divarları ilə möhkəm müdafiə olunduğunu, əhalinin
mərdliyini nəzərə alan monqollar oradan da təzminat almaqla kifayətlənib
şə
hərə girmədi. 1222-ci ildə Şirvanın paytaxtı Şamaxını mühasirəyə alındı.
Ş
amaxılılar şəhərin müdafiəsinə yaxşı hazırlaşsalar da, monqollar üç gün gərgin
döyüşlərlərdən sonra güclü hücumla şəhəri alıb çoxlu adam qırdılar.
Monqol qoşunları buradan şimal istiqamətində yönəldi və Dərbənddən
keçərək geri qayıtmağı qərara atdılar. Dərbəndin çox güclü müdafiə olunduğunu
bildikləri üçün Dərbəndə girmədən Dərbənd keçidindən şimala qalxan gizli yolla
Azərbaycandan çıxdılar. Bununla da monqolların Azərbaycana birinci yürüşü
sona çatdı. Onlar 1223-cü ilin may ayında Kalka çayı sahilində rus və qıpçaq
qoşunlarını məğlub edib, oradan Krıma və daha sonra Volqa bulqarlarına hücum
etdilər. Yaxşı möhkəmləndirilmiş bulqar şəhərlərini tuta bilməyən monqollar
Volqanın aşağı axarlarından keçərək Orta Asiyaya, oradan da Qaraqorum
şə
hərinə, Monqolustana qayıtdılar.
Bununla da monqolların Azərbaycana birinci yürüşü başa çatdı.
22. Hülakülər dövlətinin yaranması. Azərbaycan Hülakülər dövlətinin
tə rkibində
1253-cü ildə monqol xaqanı - Çingiz xanın nəvəsi, Tuluy xaqanın oğlu
Münkə xaqan Ön Asiyada istilaları davam etdirmək üçün göndərdiyi böyük
orduya onun qardaşı Şahzadə Hülakü xan başçılıq edirdi. 1253-1256-cı illərdə
Hülakü xan istiladan kənarda qalmış Ön Asiya ərazilərini də zəbt etdi. Onun
qoşunları 1256-cı ildə Azərbaycanı, 1258-ci ildə Bağdadı alırlar. Döyüşə Hülakü
xan özü və onun sərkərdəsi Baqu rəhbərlik edirdi. 508 il davam edən Abbasilər
sülaləsinin son nümayəndəsi əl-Müstəsim öldürüldü. Beləliklə, Yaxın və Orta
Şə
rqdə raq-i Ərəb, raq-i Əcəm, Gürcüstan, Azərbaycan, Fars, Kiçik Asiya,
Rum, Kirman, Xorasan, Xuzistan və digər ölkələr daxil olmaqla geniş ərazini
ə
hatə edən Hülakülər dövləti yarandı. Amu-Dəryadan Aralıq dənizinə,
Dərbənddən ran körfəzinə qədər olan ərazidə yeni-5-ci Monqol Ulusu yaradıldı.
Bu dövlət Hülakülər dövləti adlanmaqla yanaşı, hökmdarları Elxan rütbəsi
daşıdığı üçün Elxanilər dövləti də adlanırdı.
Hülakü xan (1256-1265-cı illər) Azərbaycanda möhkəmləndi. Azərbaycan
Hülakülər-Elxanilər dövlətinin mərkəzi vilayətinə çevrilir. Ölkənin paytaxtı
Marağa, Təbriz və XIV əsrdə Sultaniyyə şəhərləri idi. Azərbaycan 100 il boyu
Qızıl Orda xanları ilə Hülakülər arasında döyüş meydanına çevrilmişdi. Qızıl
Ordalılar 1263, 1265, 1288, 1290, 1318 və b. illərdə Azərbaycana basqınlar
etmişdilər.
Şirvanşahlar dövləti Elxanilərdən vassal asılı dövlət idi. Lakin Hülakü
xanın hakimiyyəti illərində Şirvan xüsusi nəzarət altında saxlanılırdı. 1260-cı
ildə isə Şirvanşah II Axsitan Hülakü xanın əmri ilə öldürüldü. Hülakü xan II
Fərruxzadı Şirvana hakim təyin etdi. Hülakü hökmdarı Abaqa xanın (1265-1282)
ölümündən sonra hakimiyyət uğrunda ayrı-ayrı şəxslər arasında mübarizə
gücləndi. Feodal ara müharibələri nəticəsində Abaqa xanın varisləri Əhməd
xanın (1282-1284), Arqun xanın (1284-1291), Keyxatu xanın (1291-1295) və
Hülakü xanın nəvəsi Baydu xanın (1295) dövründə dövlətin daxili və xarici
vəziyyəti daha da gərginləşdi. Arqun xanın oğlu Keyxatu xanın dövründə (1291-
1295) maliyyə vəziyyətini düzəltmək üçün kağız pullar (çao) buraxıldı. Lakin
bunun köməyi olmadı. Arqun xanın başqa oğlu Qazan xan (1295-1304)
hakimiyyəti dövründə vəziyyəti nizama salmaq məqsədilə bir sıra islahatlar, o
cümlədən müsəlman ruhaniləri və yerli feodallarla yaxınlaşmaq üçün dini islahat
həyata keçirdi, islam dinini qəbul etdi. Qazan xanın islahatları Hülakülər
dövlətinin müvəqqəti möhkəmlənməsinə səbəb oldu. Bu vəziyyət Qazan xanın
qardaşı Məhəmməd Xudabəndənin (Ölcaytunun) (1304-1316) hakimiyyəti
dövründə də davam etdi. O, Qazan xanın bütün qanunlarının qüvvədə qaldığı
barədə yarlıq vermişdi. Onun ölümündən sonra isə vəziyyət kəskin sürətdə
dəyişdi. 12 yaşlı Əbu-Səidin hakimiyyətə (1316-1335) gəlməsi mərkəzi
hakimiyyəti tamamilə zəiflədir. Əbu-Səidin hakimiyyətinin ilk illərində dövlətin
bütün işləri Sulduz tayfasından olan Çobanın əlində cəmləşmişdi. O, Hülakülər
dövlətinin faktiki hakiminə çevrilmişdi və Çobani əmirləri sarayda böyük nüfuz
sahibi olmuşdu. Çobani əmirlərinin yüksəlməsindən narahat olmağa başlayan
Ə
bu-Səid 1328-ci ildə Çobanı öldürtdü. Daha sonra Əbu-Səidin (1335-ci il)
özünün də öldürülməsindən sonra isə Hülakü dövləti parçalanır. Çobanilərin,
Cəlairilərin və Xorasan əmirlərinin başçılıq etdikləri feodal çəkişmələri başladı.
Ara müharibələri nəticəsində Hülakülər dövləti müxtəlif hissələrə parçalandı.
Cəlairilər-Bağdadda, Xorasan əmirləri-Xorasanda, Çobanilər isə Azərbaycanda
möhkəmləndilər (Çobanın oğulları Həsən Çoban, Məlik Əşrəf).
Dostları ilə paylaş: |