40.Azərbaycanın Rusya tərəfindən işğalının başlanması
1801-ci il sentyabrın 12də Şərqi Gürcüstanın Rusyaya birləşdirilməsi haqqında
çar manifesti elan olundu (Kartei-Kaxetiya çarlığı ləğv edildi). Şərqi Gürgüstandan
asılı olduqlarından Qazax və Şəmşəddil sultanlıqları da Rusyaya birləşdirildi (vaxtilə
Nadir şah bu torpaqları Kartei-Kaxetiya çarlığına vermişdi) Bununla da əslində
Azərbaycanın Rusya tərəfindən işğalına başlandı. 1803-1804-cü illərdə isə Gürcüstanın
Merqeli, Quriya və meretiya ərazisi də Rusiyaya qatıldı. Rusyanın ilk vaxtlar xanları
müxtəlif yollarla öz himayəsinə almaq cəhdləri baş tutmadıqda Qafqaza Rus
qoşunlarının baş komandiri general Sisyanov Azərbaycanlı işğal etmək üçün hərbi
ə
məliyyat planı işləyib hazırladı. Gürcü əsilli Pavel Dmitrieviç Sisianov (Çiçişvili)
1802-ci ilin sentyabrinda Qafqazın ali baş komandanı, Həştərxan general-qubernatoru
və Gürcüstan hakimi təyin olunmuşdu. 1803-cü ilin martında rus qoşunları
Alazan(Qanlıq) sahilində və Balakən yaxınlığında yerli Car-Balakən hərbi hissələrini
məğlubiyyətə uğradaraq Balakən talan edilir.Car camaatı isə müqavimət göstərmədən
martın 29 təslim oldular. Car-Balakən camaatı öz nümayəndələrini 1803 ilin aprelin 12
də Tiflisə göndərərərk hər il 220 pud ipək verməklə və rus qoşunlarının orada
yerləşdirilməsi ilə müqavilə bağladılar. Rusya höküməti isə Car-Balakən daxili işlərinə
qarışmamaq öhdəliyini götürdülər.Lakn çox keçmədən Car camaatı azadlıq
mübarizəsinə qalxdılar. 1803-cü ilin oktyabrında dağıstanlıların yardımı ilə Carda üsyan
qalxdı. Buna görə də 1804- cü ilin yanvar ayında rus qoşunları Zakatalaya soxularaq
onları məğlub etdi. Lakin, bu döyüşdə rus qoşunlarına başçılıq edən general Qulyakov
dərədə pusquya düşdü və öldürüldü.
Car-Balakən işğalından sonra general Sisyanov Gəncə xanlıqlarını ələ keçirtmək
üçün Cavad xana Rusya himayəsinə keçməsi üçün məktublar göndərir.
(məktublar:23/02-1803; 29/XI-1803; 9,11,26, 29/XII-1803). Cavad xan rədd cavabı
verir. Cavad xanın dövründə Qazax, Şəmkir, Şəmşəddil və ətraf ərazilər Gəncə
xanlığına daxil edilmişdi.Qarabağ xanlığı ilə münasibətlər sahmana salınsa da
Gürcüstan rusyanın himayəsinə keçərkən Şəmşəddilə görə çar Georgi ilə Cavad xan
arasında ixtilaf yaranmışdı.
1803 ilin fevral-dekabr ayları müddətində Sisyanov Cavad xana müraciətləri heç
bir nəticə vermir.1803 ilin dekabrında Sisyanov Cavad xana təslim olmaq haqqında
ultimatium verir.Sisyanovun bu cavabı da rədd edildikdən sonra ilk döyüşlər Gəncə
yaxınlığındakı Quruqobu adlı yerdə baş verdi. Sisanovun 6 batalyonluq piyada, 11 top,
3 eskadron, 2 kazak yüzlüyündən ibarət nizami ordusu Gəncəni mühasirəyə aldı. 1804-
cü il yanvarın 2-dən 3-ə keçən gecə, müsəlmanların müqəddəs Ramazan ayının başa
çatması ilə qeyd olunan bayram gecəsi ruslar iki dəstə ilə Gəncəyə hücum etdilər.
General Portnyagin Tiflis darvazaları, general Karyagin isə Qarabağ darvazaları
önundən Gəncə qalasına soxuldular. Gəncə xanı Cavad xan və oğlu Hüseynqulu ağa
döyüşdə qəhrəmancasına həlak oldular. Ciddi müqavimətə baxmayaraq Qala alındı və
dağıdıldı. Döyüşdə gəncəlilərdən 250 nəfər həlak oldu, 500 nəfər əsir alındı.Şəhər çar
qoşunları tərəfindən işğal olunur və adı dəyişdirilərək II Aleksandırın arvadının şərəfinə
Yelizavetpol adlandırılır. Çox təəssüf ki, Azərbaycanın başqa xanları gğzləmə mövqeyi
tutdular. Kömək etmədilər.
Gəncənin tutulması rus qoşunun Azərbaycanın içərilərinə doğru irəliləməsini
asanlaşdırdı. Çünki, artıq ruslar Azərbaycanın özündə dayaq yaratdılar. Gəncə
xanlığından asılı olan Samux hakimi Şirin bəy hər il 1000 çervon xərac verməklə
Rusyanın hakimiyyətini qəbul etdi.
41.Birinci Rusya- ran müharibəsininbaşa çatması
Gülüstan müqaviləsi
Qarabağ və Şəki xanlıqları Rusiya tərəfindən işğal edildikdən sonra ran qoşunları
Qarabağa, Gəncəyə, Tiflisə, Qazaxa hücum etsə də müvəffəqiyyət qazana bilmədilər.
ranla müharibə aparmaqla eyni vaxtda rus qoşunları Azərbaycanın içərilərinə soxulur,
Ş
amaxı, Bakı və Quba xanlıqlarını ələ keçirməyə çalışırdılar. 1804cü ildə və 1805-ci
ilin yazında Sisianovla Şamaxı xanı Mustafa xan arasında da danışıqlarda Sisianov
Qarabağ və Şəki xanlıqlarının qəbul etdikləri şərtləri qəbul etməsini ondan tələb edirdi.
Mustafa xan isə Şəki torpaqlarının Şirvana qatılmasını, Qarabağdan onun ərazisinə
keçənlərin geri qaytarılmayacağını, Rusiya xəzinəsinə xərac verməməsini, əksinə, ona
daimi maaş verilməsini ondan tələb edirdi. Bu tələblər çar hökumətini təmin etmədiyinə
görə 1805-ci ilin noyabrında Sisianovun qoşunları Mingəçevir yaxınlığında Kürü keçib
Ş
amaxı üzərinə irəlilədi. Mustafa xan Sisianovun şərtlərini qəbul etsə də, onun
düşərgəsinə gedərək müqavilə bağlamağa razı olmadı və müdafiə olunmaq üçün
Fitdağdakı qalaya çəkildi. Dekabr ayında rus qoşunları ilə Şirvan qoşunları arasında
döyüş baş verdi. Mustafa xan Rusiyanın hakimiyyətini qəbul edərək Fitdağ yaxınlığında
1805-ci il dekabrın 25-də müqavilə bağladı. Müqaviləyə görə Rusiya ərazisinə 8 min
çevron verməyi, Kür çayı mənsəbində rusların hərbi istehkam tikmələrinə, rus
qoşunlarının təhlükəsizliyinin təmin olunmasına və ərzaqla təmin etməyə razılıq verdi.
Sisianov Şirvan xanlığını tutduqdan sonra Bakıya doğru irəlilədi. Bakı xanı
Hüseynqulu xana Rusiyanın tabeliyinə keçməsi üçün müqavilə layihəsini göndərdi:
Sisianov Hüseynqulu xanın təklifi ilə Bakı qalası darvazalarının açarlarını təhvil almaq
üçün 1806-cı il fevralın 8-də Bakı qalası darvazalarının qarşısında Naxır bulağı adlı
yerdə Hüseynqulu xanla görüşə gəldi. Hüseynqulu xanın əmisi oğlu brahim bəy
Sisanovu güllə ilə vurdu, başını Abbas Mirzəyə apardı. Rus qoşunları Sara adasına
çəkildilər. Bakının rus qoşunları tərəfindən zəbt olunması təxirə salındı. Bundan,
istifadə edən ranın hakim dairələri hərbi yürüşləri intensivləşdirməyə başladı. Lakin
Sisianovu əvəz etmiş general Qudoviç yeni hücum planlarını həyata keçirdi. Rus ordusu
1806-cı ildə iyunun 2-də Şimali Qafqazdan irəliləyərək 1806-cı il 22 iyunda Dərbəndi
işğal etdi: 1806-cı il sentyabrın 5-də rus qoşunları yenidən Bakı istiqamətində hücum
edərək oktyabrın 3-də Bakını işğal etdilər. Bakı xanı Qubaya, oradan rana qaçdı.
Bundan bir qədər sonra 1806-cı ilin oktyabrında Quba xanlığı da döyüşsüz təslim oldu.
Quba xanı Şeyx Əli xan da rana qaçmalı oldu. Bakı və Quba xanlıqlarının işğalından
sonra rus qoşunları 1806-cı il oktyabrın 22-də Şəki xanlığındakı, sonra isə Car-Balakən
camaatının üsyanını yatırdı. Dərbənd və Quba xanlıqları müvəqqəti olaraq Tarku
Ş
amxalına verildi, bir müddət sonra isə imperiyanın əyalətlərinə çevrildi. 1806-cı ilin
sonlarında Türkiyə Rusiya ilə müharibəyə başladı. Rusiya Balkan və Qafqazda aparılan
hərbi əməliyyatlarda qələbə qazanırdı. 1812-ci il mayın 6-da Türkiyə Buxarestdə Rusiya
ilə müqavilə bağlamağa məcbur oldu və Qafqazın böyük hissəsində Rusiyanın işğalını
tanıdı. 1812-ci ilin yayında Napaleon Rusiya üzərinə hücuma keçdi. Rusiya-Fransa
müharibəsindən istifadə edən ran ordusu Qafqazda hərbi əməliyyata başladı. Lakin
Qarabağ, Gəncə, Şəki istiqamətində döyüşlərdə ran ordusu müvəffəqiyyət qazana
bilmədi. 1913-cü il yanvarın 1-də lənkəran qalası ruslar tərəfindən tutuldu. Rusların
ranın içərilərinə doğru irəliləməsindən ehtiyat edən ingilis məsləhətçiləri şahı sülh
bağlamağa təhrik etdilər. 1813-cü il oktyabrın 12-də Qarabağın Gülüstan kəndində sülh
bağlandı. Sülhün şərtlərinə görə Talış (Lənkəran), Şirvan, Quba, Bakı, Gəncə, Qarabağ,
Şə
ki xanlıqları Rusiyanın tərkibinə qatıldı. ran Şərqi Gürcüstana, Qazax və Şəmşəddil
sultanlıqlarına, Dağıstana olan iddialarından əl çəkdi. rəvan və Naxçıvan xanlıqları
ranın tərkibində qalırdı. Xəzər dənizində hərbi donanma saxlamaq hüququ yalnız
Rusiyaya məxsus oldu. Rusiya- ran ticarətində rus tacirləri daxili gömrük vergisindən
azad olurdu.
Gülüstan müqaviləsi Azərbaycanın Rusiya tərəfindən iki yerə bölünməsinin
başlanğıcı oldu.
42. kinci Rusiya- ran müharibəsi. Türkmənçay müqaviləsi.
Qafqazın Rusiyanın tabeliyinə keçməsi ilə razılaşmayan ran hökuməti Gülüstan
müqaviləsi bağlasa da fürsət gözləyərək Rusiya ilə müharibəyə hazırlaşırdı. 1814-cü
ildə ngiltərə ranla bağladığı müqaviləyə əsasən rana hərbi müşavirlər göndərir, silahla
təmin edirdi. Gülüstan sülhünün şərtlərinə yenidən baxılması haqqında ranın Rusiyaya
təklifləri və onlar arasında aparılan danışıqlar heç bir nəticə vermirdi.
Rusiyada 1825-ci il dekabrın 14-də baş vermiş dekabristlər üsyanının ölkədə
daxili çəkişmələr yaradacağını güman edən ran Rusiyaya qarşı Qafqaz (əslində
Azərbaycan) uğrunda yeni müharibəyə başladı. Vəliəhd Abbas Mirzənin komandanlığı
ilə 60 minlik ran ordusu 1826-cı il iyulun 16-da Qarabağ və Şuşa qalası istiqamətində
hücuma keçdi. Iran qoşunları Şuşanı 48 gün mühasirədə saxlasalar da tuta bilmədilər.
ran qoşunları Lənkəran, Salyanı işğal etdilər. Iran qoşunları ilə Azərbaycana qayıtmış
xanlar əhalinin köməkliyi ilə Şamaxı, Gəncə, Şəkini ələ keçirərək öz xanlıqlarını bərpa
edə bildilər.
Lakin general Yermolovu əvəz etmiş general Paskeviçin komandanlıq etdiyi
Rusiya ordusu əks-hücuma keçərək 1826-cı il sentyabrın əvvəllərində Şamxor
yaxınlığında ran qoşunlarını ağır məğlubiyyətə uğratdılar. Abbas Mirzə Şuşa qalasının
mühasirəsindən əl çəkib Gəncə istiqamətində hərəkət edtı. 1826-cı il sentyabrın 13-də
Gəncə yaxınlığında da ruslar üstünlük qazandılar. Çar Rusiyasının qarətinə qarşı Gəncə
ə
halisinin üsyanı yatırıldı. Yalnız Lənkəran xanlığı hələ ki, ran qoşunlarının
tabeçiliyində qalırdı. 1827-ci il iyulun 26-da rus qoşunları Naxçıvan xanlığını, 1827-ci
il oktyabrın 1-də isə rəvan qalasını işğal edərək Azərbaycanın cənub torpaqlarına
hücuma keçdilər. 1827-ci il oktyabrın 13-də Təbriz tutuldu. 1828-ci il yanvarın 28-də
Urmiya, fevralın 8-də isə Ərdəbil tutuldu. Rus qoşunlarının Xoy, Təbriz, Urmiya və
Ə
rdəbili tutması ilə ran hökuməti qorxuya düşərək sülh təklif etdi. 1828-ci il fevralın
10-da Təbriz yaxınlığında Türkmənçay kəndində ran və Rusiya arasında müqavilə
imzalandı. Türkmənçay müqaviləsində rus yazıçısı A.S.Qriboyedov və Azərbaycan
mütəfəkkiri rus komandanlığında tərcüməçi işləyən А.А.Bakıxanov da iştirak etmişlər.
Müqaviləyə görə rəvan və Naxçıvan xanlıqları da Rusiyanın tərkibinə qatıldı. ran
hökuməti Şimal xanlıqlarının Rusiyanın tərkibinə keçməsi ilə razılaşdı. Gülüstan
müqaviləsi ilə rus tacirlərinə verilmiş imtiyazlar, Xəzər dənizində yalnız rus
donanmasının saxlanılması hüququ təsdiq edildi. Həmçinin, ran Rusiyaya 20 mln.
manat müharibə təzminatı ödəməli idi. Təzminat ödənilənə qədər rus qoşunları
Azərbaycanın cənub torpaqlarında qalmalı idi. Müqavilədə əhalinin randan Qafqaza və
Qafqazdan rana sərbəst gəliş-gedişinə icazə verilirdi.
Azərbaycanın şimal torpaqlarının Rusiya tərəfindən işğalı ilə Azərbaycan xalqı
öz dövlət müstəqilliyini itirdi, Rusiyanın xammal bazasına və satış bazarına çevrildi,
iqtisadiyyatı müstəmləkə xarakteri aldı.
Müqavilənin bir bədnam bəndi isə Azərbaycan üçün sonralar böyük bəlalar
yaratdı. Həmin bəndə görə ran ərazisindəki xristian əhalinin Rusiya imperiyası
ə
razisinə köçürülməsinə icazə verilir, Bunun üçün kifayət qədər torpaq sahələri, pul
vəsaiti ayrılırdı. Bu xristian əhali ermənilərdən ibarət idi.
Eyni şərt Rusiya ilə Türkiyə arasındakı 1828-1829-cu illərin müharibəsinin
nəticəsini nizama salan Ədirnə müqaviləsində də əks olunmuşdur. Türkiyə ərazisindəki
erməni əhalisində Rusiya köçməsinə şərait yaradıldı. Rusiya ərazisi dedikdə əlbəttə
ə
sasən Azərbaycan torpaqları nəzərdə tutulurdu.
43. XIX ə srin 30-cu illə rində Ş imali Azə rbaycanda çarizmin
müstə mlə kə zülmünə qarş ı üsyanlar
Car-Balakə n üsyanı.1803-cü il “Andlı öhdəliyinə” əsasən Rusiyanın tərkibinə
daxil edilən Car-Balakən camaatları öz daxili müstəqilliyini saxlamışdı. Lakin 1830-cu
il martın 4-də verilmiş yeni “Qaydalar”a görə Car-Balakən camaatlarının daxili
müstəqilliyi ləğv edilir və onların idarə olunması 9 nəfərdən ibarət Müvəqqəti idarə
orqanına tapşırılırdı. Çar hökumətinin bölgəyə qoşun yeritməsi və camaatları tam
hüquqsuz bir vəziyyətə salması Car-Balakən əhalisini üsyana başlamağa vadar etdi.
Ş
eyx Şaban və Həmzət bəyin başçiliğı ilə üsyançılar Yeni Zaqatala yaxınlığında rus
ordusunu darmadağın etdilər.Rus komandanlığı bir qədər sonra əlavə quvvələr
gətirilməsi, ağır toplardan istifadə olunması və üsyan rəhbərlərinin ələ keçirilməsı
hesabına azadlıq hırəkatını yatıra bildı.Üsyançılara qarşı kütləvi cəza tədbirləri həyata
keçirildi Bir çox kəndlər yer üzündən silindi, 1000-dən çox üsyançı ailəsı Alazan
çayının sahilində boş torpaqlara sürğün edildi.1832-cı ıldə Car-Balakəndə Həmzət bəyin
başçiliğı ilə ikinci üsyan da yatırıldı.
Lə nkə ran üsyanı. 1826-cı ildə Lənkəran xanlığı ləğv ediləndən sonra əyalət
komendantı mayor lyinskinin xana məxsus əmlakların üçdə ikisini müsadirə etməsi
Mir Həsən xanı ruslardan narazı salmış və o Qaçarların idarə etdiyi Qızılbaş Dövlətinə
sığınmışdı.Rus idarəçiliyi Lənkəran əhalisinə böyük sıxıntı, əzab-əziyyət və zülm
gətirmişdi. Ali zümrənin nümayəndələri idarəçillik işlərindən uzaqlaşdırılır, din
xadimlərini əhali içərisində nüfüzdan salan addımlar atılırdı. Hökümətin talan
səviyyəsinə qaldırılmış vergi siyasəti Lənkəran əyalətində daha amansız və indiyədək
görünməmiş bir şəkil almışdı. lyinskinin əmri ilə 20 nəfəri istintaqsız və məhkəməsiz
dənizdə batırıb öldürmüşdülər. Bəd əməllərində ondan geri qalmayan yeni komendant
Korniyenko əhali üzərinə qanunsuz olaraq ikiqat vergi qoyaraq mənimsəmişdi. Əhalinin
böyük hissəsinin müstəmləkə rejiminə qarşı nifrətlə dolduğunu görən xan tərəfdarları
Azərbaycanın cənubuna məktub göndərərək Mir Həsən xanı ruslara qarşı hərəkata
başçılıq etmək üçün Lənkərana çağırdılar. 1831-ci il martın 5-də Mir Həsən xanın
Lənkərana gəlməsi ilə əyalətin mahallarının çoxunu üsyan bürüdü. Üsyanda ali
zümrənin nümayəndələri kəndlilərlə bir cəbhədə çıxış edirdi. Lənkəran şəhərini ələ
keçirə bilməyən üsyançılara qarşı Şamaxı, Şəki, Dərbənd şəhərlərində yerləşdirilən rus
qoşunlarını səfərbər edən hökümət 1831-ci il aprelin əvvəlində üsyanı yatırmağa nail
oldu. Xan yenidən Qacarlara sığınmaq məcburiyyətində qaldı. ki aya qədər davam edən
Lənkəran üsyanı məğlubiyyətə uğradı.
Quba üsyanı. 1806-cı ildə işğal edilmiş Quba xanlığı 1810-cu ildə əyalətə
çevrilmişdi. Quba əyalətinin başında çar hökümətinin ən yaramaz kadrlarından biri
sayılan komendantGimbut dururdu. Bu çar məmuru əhali üzərinə ağır vergilər qoyur,
vergiləri iltizama verir, sakinləri qanunsuz mükəlləfiyyətlərə cəlb edir və vəzifəsindən
şə
xsi tamahı xatirinə sui-istifadə edirdi.1837-ci ildə Qafqazın baş komandanının
Varşavadakı atlı müsəlman alayı üçün Quba əyalətindən 36 atlı toplanması haqqında
tələbi əhalinin səbr kasasını daşdırdı. Əhali hökümətdən atlı yığılmasının
dayandırılmasını, komendant Gimbut və onun əlaltıları olan yerli bəylərin işdən
götürülməsini və vergilərin azaldılmasını tələb edir. Hərbi dairə rəisi tələbləri yerinə
yetirməyə söz versə də konkret hər hansı bir addım atmaq fikrində deyildi. 1837-ci ilin
avqustun 21-də Qubada Rusiyanın müstəmləkə zülmünə qarşı başlanan hərəkat tezliklə
silahlı üsyana çevrildi. Quba üsyanı özünün genişliyinə, əhatə dairəsinə və iştirakçıların
sayına görə digər üsyanlardan fərqlənirdi. Üsyançıların sayı 12 min nəfərə çatırdı.
Üsyanın başlıça hərəkətverici qüvvəsi kəndlilər olsa da, Quba bəylərinin böyük hissəsi
də üsyana qoşulmuşdu. Hərəkat iştirakçıları üsyan rəhbəri Hacı Məhəmmədi Qubanı
idarə etmək üçün hətta xan seçmişdilər. Hərəkata başçılıq etmək üçün yaradılmış Hərbi
Ş
uranın hazrıladığı plana əsasən avqustun 30-da üsyançılar Quba şəhərini mühasirəyə
aldılar.Yarəlinin başçılıq etdiyi üsyançılar dəstəsi şəhərlilərin köməyi ilə Qubaya daxil
olaraq şəhər məhkəməsinin binasını ələ keçirtdilər. Üsyançılar şəhər uğrunda ağır
döyüşdə mərdliklə vuruşsalar da uğur qazana bilmədilər Sentyabrın 5-də rus qoşunu
üsyançıları şəhərdən çıxara bildi. Hökümət hərəkatın fəal iştirakçılarına divan tutdu.
Üsyanın rəhbəri Hacı Məhəmməd dörd il çəkən istintaqdan sonra 1841-ci ildə Bakı
Hərbi səhra məhkəməsinin hökmü ilə dar ağacından asıldı.
Şə
ki üsyanı. Digər müsəlman əyalətlərində olduğu kimi Şəkidə də çar
hökümətinin tətbiq etdiyi ağır maliyyə -vergi sistemi əhalinin vəziyyətini olduqca
ağırlaşdırmışdı. Şəkinin keçmiş hakimi Səlim xanın oğlu Hacı xan tərəfindən Şəkiyə
göndərilən Məşədi Məmməd 5 minlik qoşun toplayaraq 1838-ci ildə hökümətə qarşı
üsyan başladı. Rus hərbi qarnizonu ilə üsyançılar arasında Şəki yaxınlığında baş vermiş
ilk döyüşdə ruslar məğlubiyyətə uğradılar.Qalanı çıxmaqla, bütün şəhər üsyançıların
ə
linə keçdi. Qafqazın baş komandanı başqa əyalətlərdən Şəkiyə qoşun yeridərək
üsyançıları məğlubiyyətə uğratdı. Məşədi Məmməd yenidən Cənubi Azərbaycana
qayıtmağa məcbur oldu.XIX əsrin 30-cu illərində Şimali Azərbaycanda rus müstəmləkə
ə
sarətinə qarşı baş vermiş üsyanlarda hökümətə “sədaqətli” olan kiçik bir zümrəni
çıxmaqla, əhalinin bütün təbəqələri iştirak edirdi. Kəndlilər, şəhərlilər, bəylər, ağalar və
ruhanilərin bir cəbhədə çıxış etməsi həmin üsyanların əsas xüsusiyyəti sayıla bilər. 30-
cu illərdə baş vermiş üsyanlar böyük tarixi əhəmiyyətə malik idi. Bu üsyanlar məğlub
olsada, təsirsiz qalmadı. Çar höküməti Şimali Azərbaycanda öz siyasətini dəyişməyə
məcbur oldu, komendant üsul-idarəsini ləğv etməyin zəruriliyini anladı.
44. XIX ə srin 40-cı illə rində Ş imali Azə rbaycanda keçirilmiş islahatlar
XIX əsrin 30-cu illərində baş vermiş üsyanlar yatırildıqdan sonra çar hökumətı
Cənubi Qafqazda inzibati-idarə sistemini dəyişdirmək üçün islahatlar keçirdi.Çar I
Nikolay 1840-cı il aprelin 10-da komendant idarə üsulunun ləğv edilməsi və Cənubi
Qafqazda inzibati islahat haqqında qanun imzaladı.1841-ci il yanvarın 1-dən qüvvəyə
minən qanuna görə komendant idarə üsulu ləğv edilir və Cənubi Qafqazda Gürcüstan-
meretiya quberniyası və Xəzər vilayəti yaradılırdı.Hələ 1828-ci il martın 21-də tarixi
Azərbaycan torpaqları olan Naxçıvan və rəvan xanlıqlarının ərazisində “erməni
vilayəti” adlı inzibati bölgü yaradılmışdı. 10 aprel 1840-cı il qanununa görə “erməni
vilayəti” ləğv edilmiş və yerində rəvan və Naxçıvan qəzaları yaradılmışdı. Cənubi
Qafqazda ali hakimiyyət Qafqazın baş hakiminə məxsus idi. 10 aprel 1840-cı il
qanununa görə, ümumrusiya qanunları əsasında quberniya, vilayət, qəza və dairə
məhkəmələri yaradıldı.Şəriət məhkəmələri yalnız kəbin-talaq və vərəsəlik məsələlərinə
baxırdı. 1841-ci ilin aprel və may aylarında Ağalar və Bəylərin Tiyul mülkiyyəti və
kəndlilər üzərində ağalığının ləğv olunması haqqında reskript
verildi. Bir qədər sonra bu
reskript ləğv olundu. 1844-cü ildə çar hökumətı Cənubi Qafqazda öz mövqeyini
möhkəmlətmək üçün canişinlik sistemi yaratdı.1846-cı il 14 dekabr tarixli çar fərmanı
ilə Gürcüstan- meretiya quberniyası və Xəzər vilayətinin yerində Tiflis, Kutais, Şamaxı
və Dərbənd quberniyaları təşkil edildi. 1849-cu ildə isə rəvan quberniyası
yaradıldı.Yeni inzibati-ərazi bölgüsü Azərbaycanın parçalanmasını daha da
dərinləşdirdi.
1846-cı il 6 dekabr reskripti. Rusiya hökümətinin ali müsəlman zümrəsi ilə
bağlı siyasəti dəyişkən səciyyə daşıyırdı. XIX əsrin 20-30-ci illəri 40-cı illərin
ə
vvəllərində hökümətin ali müsəlman zümrəsi ilə bağlı hazırladığı layihələrdə bu
zümrəni tamamilə ləğv etmək, Şimali Azərbaycanda çarizmin əsas dayağı olacaq “təbii
rus zadəganlığı” yaratmaq ideyası qırmızı xətt kimi keçirdi. Hökümət bölgənin bütün
torpaqlarını 5 iri rus zadəganı arasında bölüb, burada iri təhkimçilik təsərrüfatları
yaratmaq və müsəlman ali zümrəsini məhv etmək planları üzərində baş sındırırdı.Lakin
hökumətin bu planı baş tutmadı. Bəylərin və kəndlilərin çar hökümətinə qarşı bir
cəbhədə birləşərək çıxışlara başlaması höküməti bərk təşvişə salmışdı.Çar hökuməti ali
müsəlman zümrəsinin simasında özünə dayaq yaratmaq yolunu tutdu. Çarın fərmanı ilə
1843-cü ildə ali müsəlman zümrəsinin yaradılmasına icazə verildi. Bu zümrənin
hüquqlarını tənzimləyəcək qanun layihəsi 6 dekabr 1846-cı ildə çar I Nikolay tərəfindən
Qafqaz canişininin adına reskript (buyruq) şəklində imzalandı. 6 dekabr 1846-cı il
reskripti 12 maddədən ibarət olub, 10-u bəylərin torpaq hüquqlarından, 2-si isə bəy-
kəndli münasibətlərindən bəhs edirdi. Reskriptə əsasən bəylərin nəsli sahibliyində olmuş
və indi də onların ixtiyarında qalan torpaqlar (mülk, tiyul və s.) üzərində onların tam
irsi, mülkiyyətçilik hüququ təsdiq olunurdu. Xan, bəy və digər torpaq sahibləri öz
mülklərini nəsildən- nəslə keçirə, sata, bağışlaya, hər hansı şəkildə alqı-satqıya qoya
bilərdilər.Yeganə şərt torpağı alan şəxsin ali müsəlman zümrəsinin nümayəndəsi olması
idi. Qazax, Şəmsəddil, Borçalı ağalarının da müsadirə edilmiş bütün torpaqları çarın
onlara qaytarıldı. Reskriptə görə bundan sonra rəiyyət, rəncbər, xalisə, nökər,əkər və
başqa müxtəlif adların yerinə kəndlilərə ümumi bir ad “mülkədar tabelisi” adı verilirdi.
6 dekabr 1846-cı il reskripti ilə rus höküməti ali müəslman zümrəsinin torpaq
hüquqlarını təsdiq etdi və ona münasibətini qəti şəkildə müəyyənləşdirdi. Hökümət ali
zümrənin simasında özünə bölgədə sosial dayaq yaratmaq siyasətində ilk ciddi addımını
atdı.
Dostları ilə paylaş: |