Azərbaycan təqribən doqquz milyon əhalisi və prezident üsuli-idarəsi olan respublikadır. Qanunvericilik səlahiyyəti Milli Məclisə həvalə edilmişdir



Yüklə 303,76 Kb.
səhifə3/5
tarix21.03.2017
ölçüsü303,76 Kb.
#12118
1   2   3   4   5

AZƏRBAYCAN 21

heç bir addım atmamışdır. Ölkə ərazisində geniş yayımlanan Lider hökumətə yaxın olan kanal hesab edilir. Müxalifyönümlü jurnalistlər hökumət rəsmilərini açıq şəkildə tənqid etsələr də, müstəqil jurnalist və redaktorların əksəriyyəti hədələr nəticəsində və potensial reklam sifarişçilərini özündən uzaqlaşdırmamaq məqsədilə özlərinə müəyyən qədər senzura tətbiq etmişlər.

Jurnalistləri qorxutmaq üçün saxta məhkəmə proseslərindən istifadə olunmuşdur. Məsələn, il ərzində mətbuata qarşı 40 mülki iş olmuşdur. Aşağıdakı mətbuat vasitələri və jurnalistlərə qarşı məhkəmə iddiaları qaldırılmışdır: Yeni Musavat qəzetinə qarşı altı, qəzetin redaktor müavini Azər Ayxana qarşı üç və qəzetin redaktoru Rauf Arifoğluna qarşı bir məhkəmə iddiası qaldırılmışdır. Azadlıq qəzeti və onun müxbiri Əlövsət Osmanlıya qarşı üç məhkəmə iddiası olmuşdur. Bizim yol qəzeti və onun müxbiri Natiq Cavadlıya qarşı iki məhkəmə prosesi olmuşdur. Gündəlik Bakı qəzetinə qarşı dörd və Hürriyyət qəzetinə qarşı bir məhkəmə prosesi olmuşdur. Həmçinin Ölkə qəzeti, onun baş redaktoru Rafael Becanov, qəzetin müxbirləri Elmidar Bayramov, Nicat Dağlar, Nəsimi Şərəfxanlı və Zülfüqar Hüseynliyə qarşı məhkəmə iddiası olmuşdur. Xural qəzetinin baş redaktoru Əvəz Zeynallı və redaktor müavini Məlahət Zeynallıya qarşı altı məhkəmə iddiası olmuşdur. Dünya Kriminalı qəzeti, Trend Informasiya Agentliyi, Millətim qəzetindən Fərəməz Novruzoğlu, P.S. Nota qəzetinin baş redaktoru Sərdar Əlibəyli və Tribuna İnformasiya Agentliyinə qarşı məhkəmə prosesləri olmuşdur.

Bu 40 mülki məhkəmə işi Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Təhsil Nazirliyinin Dərsliklərin Qiymətləndirilməsi Şurasından Məhin Orucova, 3 saylı uşaq musiqi məktəbinin direktoru, hərbi bölmələrdən birinin komandiri Elsevər Axundov, keçmiş baş prokuror İxtiyar Şirin, Gəncə şəhər Polis Şöbəsinin rəisi Rasim Musayev, parlamentin üzvü Cəlal Əliyev, parlamentin üzvü Novruzəli Aslanov, Binəqədi bələdiyyəsinin başçısı, İdeal qəzetinin həbsdə olan baş redaktoru Nazim Quliyev, Binə Satış Mərkəzinin sahibi Dilşad Əmirova, vətəndaş Nina Əhmədova və müğənni Kərim tərəfindən qaldırılmışdır. Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov AzadlıqYeni Musavat qəzetlərinə qarşı iddia qaldırmış və hər bir qəzetin 500 000 manat ($609,760) cərimə edilməsini tələb etmişdir.

İl ərzində mətbuat təşkilatlarına qarşı cəmi 37 500 manat ($45,730) cərimə tətbiq edilmişdir. Ən yüksək məbləğdə cərimə aşağı və orta səviyyəli məmurları tənqid etməkdə məşhur olan müstəqil Tribuna Agentliyinə - 20 000 manat ($24,390) və pantürkist ideyaları ilə məşhur olan həftəlik Xural qəzetinə - 10 000 manat ($12,195) tətbiq edilmişdir.

AZƏRBAYCAN 22

Qanun böhtanla ittiham edilən şəxslərdən böyük miqdarda cərimələr tutmağa və üç ilə kimi həbs cəzası verməyə icazə verir. Administrasiya rəsmiləri aprel ayında açıq şəkildə bəyan etmişlər ki, bu müddəa cinayət məcəlləsindən çıxarılacaqdır. Bunun nəticəsində məhkəmələr iki jurnalistin böhtana görə hökmünü ləğv etmişdir. Bununla belə, hökumətin bəyanatlarına baxmayaraq, böhtançılıq cinayət əməli olaraq qalmaqdadır.

Ötən illərdə mətbuat vasitələrinə hədə-qorxu gəlmək üçün hökumət rəsmiləri defamasiyaya görə məhkəmə iddiaları və böhtana görə həddindən artıq yüksək cərimələrdən istifadə etmişdir. Əvvəlki defamasiyaya görə cinayət işlərindən cərimə ödənişləri mətbuat vasitələri və jurnalistlərin maliyyə dayanıqlığını təhlükə altına qoymuşdur. Hökumətin müstəqil qəzet və jurnalların çap edilməsi və yayımlanmasını əngəlləyən tədbirlərdən istifadəsi əsasən dəyişməz qalmışdır.

Əksər qəzet və jurnallar dövlət nəşriyyat evlərində və ya hökumət rəsmiləri ilə əlaqələri olan şəxslərin özəl nəşriyyat orqanlarında çap edilmişdir. Müstəqil və müxalifət qəzetlərinin əksəriyyətinin maliyyə vəziyyəti zəif olmuşdur. Onların əmək haqqı, vergi və mütəmadi məhkəmə cərimələrininödənilməsində problemlərlə üzləşməsi davam etmişdir. Bir çoxları maliyyələşdirmə üçün siyasi partiyalara yaxud nüfuzlu sponsorlara güvənmişlər. Məşhur jurnalistlərə görə, hökumət nümayəndələri birbaşa, yaxud dolayısı ilə şirkət və müəssisələri müxalifət mətbuatında reklam yerləşdirməkdən çəkindirmişlər. Nəticədə, müxalifət mətbuatında ödənişli reklam, demək olar ki, yox dərəcəsində olmuşdur.

Hökumət bəzi dövlət kitabxanalarının müxalifət qəzetlərinə abunə yazılmasını , dövlət biznes qurumlarının müxalifət qəzetlərində reklam yerləşdirməsini qadağan etmiş və eyni cür hərəkət etmək üçün özəl biznes qurumlarına da təzyiq göstərmişdir. Siyasi şərhçilər qeyd etmişdir ki, bu təcrübə müxalifət və müstəqil media vasitələrinin öz işçilərinə verdikləri əmək haqqını azaltmış və hökumətə meylli qurumların yüksək ixtisaslı kadrları işə götürməsinə imkan yaratmışdır. Bundan əlavə, mətbuat üzrə beynəlxalq monitorinqin hesabatlarında qeyd edilmişdir ki, Vergilər Nazirliyinin rəsmiləri tərəfindən edilən hədə-qorxular mətbuatın müstəqilliyini daha da məhdudlaşdırmışdır.

Sistemlərin xarici stansiyalar tərəfindən peyk yayımlarını qəbul etməsində məhdudiyyətlər olmasa da, MTRŞ özəl teleradio stansiyalara xarici mənşəli xəbərlər proqramlarını tam olaraq yenidən yaymamaqları ilə bağlı ümumi tələb tətbiq etməyə davam etmişdir.

Oktyabrda doqquz beynəlxalq QHT xəbər vermişdir ki, regionlarda jurnalistlərlə bağlı mühit Bakıya nisbətən daha məhdudlaşdırıcıdır. Onlar Naxçıvan anklavında vəziyyətin xüsusilə təhlükəli olduğunu vurğulamışlar. 2009-cu ildə

AZƏRBAYCAN 23

Naxçıvan və Bakıda fəaliyyət göstərən jurnallistlər bildirmişlər ki, Naxçıvan rəsmiləri müxalifət qəzetlərinin yayılmasının qarşısını almağa davam etmişlər.

Internet azadlığı

Hökumət ümumən İnternetə çıxışı məhdudlaşdırmasa da, İnternet xidmət provayderlərindən lisenziya əldə etməyi və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə formal razılaşmalar əldə etməyi tələb etmişdir. Rabitə və informasiya Texnologiyaları Nazirliyi bildirmişdir ki, əhalinin 45%-i İnternetdən istifadə edir; əhalinin 12%-nin çoxzolaqlı İnternetə çıxışı vardır və hər 100 nəfərə 14 kömpüter düşür.

Hökumətin xarici biznes qurumlarının və müxalifət liderlərinin İnternet trəfikini izləməsinə dair geniş yayılmış inamı təsdiqləyəcək heç bir sübut olmamışdır. Oktyabr ayının 8-də satirik www.eqreb.com İnternet səhifəsinin istifadəçiləri səhifəyə yalnız ölkədən kənarda yerləşən proxy serverlər vasitəsilə çıxış əldə edə bilmişlər, çünki ölkə daxilində ora birbaşa çıxış bloklaşdırılmışdı. Ölkədə mətbuatla bağlı vəziyyətin monitorinqini aparan yerli QHT bu hərəkəti dövlət senzurası kimi dəyərləndirmişdir.

Yerli müşahidəçilər bildirmişlər ki, il ərzində ölkənin əksər hissəsində hökumət internet səhifələrini bloklaşdırmamışdır. Bununla belə, eyni müşahidəçilər göstərirlər ki, Naxçıvan anklavında müntəzəm olaraq veb səhifələr bloklaşdırılır.

Noyabr ayının 18-də səlahiyyətli orqanlar gənc fəal və bloqçu Adnan Hacızadənin hökmünün icrasını müvəqqəti olaraq dayandırmış və onu şərti olaraq həbsdən azad etmişdir. Noyabrın 19-da məhkəmə eyni şərtlərlə gənc fəal və bloqçu Emin Millini azad etmək göstərişini vermişdir. Polis Hacızadə və Millini 2009-cu ilin iyul ayında iki nəfərin onlara hücum etmələri ilə bağlı polisə şikayət etdikdə onları həbs etmişdi. Hacızadə və Milli 2009-cu ilin noyabr ayında müvafiq olaraq 24 və 30 aylıq həbs cəzasına məhkum edilmişdilər.

Akademik azadlıq və mədəniyyət tədbirləri

Hökumət bəzi hallarda təhsil azadlığını məhdudlaşdırmışdır.

Bəzi yerli müşahidəçilər hökumətin dövlətin maliyyələşdirdiyi xaricdə təhsil proqramlarına iştirakçıların seçilməsi siyasətindən öz narahatlıqlarını ifadə etmişlər. Hökumət iddia edirdi ki, xaricdə təhsil üçün seçim prosesi şəffafdır və siyasi mənsubluq amil deyildir.


AZƏRBAYCAN 24

Müxalifət partiyalarının üzvləri məktəb və universitetlərdə müəllimlik işi tapmaqda çətinliklər çəkdiklərini bildirmişlər. Dövlət təhsil müəssisələrndə dərs deyən əksər tanınmış müxalifət partiya üzvləri ötən illərdə işdən çıxarılmışdılar.

Yanvar ayının 19-da Dövlət Neft Akademiyası Poliqon informasiya agentliyində jurnalist kimi fəaliyyət göstərən tələbə Elmin Bədəlovu institudan xaric etmişdir. 2009-cu ilin sonunda Bədəlov akademiyada rüşvət və maliyyə fırıldaqları ilə bağlı məqalə çap etdirmişdi. Aprel ayının 5-də Bədəlov institutdan xaric edilməsi ilə bağlı məhkəməyə müraciət etmiş və may ayının 5-də Apelyasiya Məhkəməsinə şikayət vermişdi. İlin sonuna iş Ali Məhkəmədə baxılmasını gözləyirdi.

Payızda keçirilən parlament seçki kampaniyası zamanı tələbələri seçkiləri izləyən müstəqil təşkilatlarla məkdaşlıqdan çəkindirmək, habelə iqtidaryönlü namizədlərə səs vermək üçün rəhbərlik tərəfindən onlara təzyiq göstərilmişdir. 2008-ci il prezident seçkiləri kampaniyası zamanı bir neçə universitetdə təhsil alan tələbələr dekanları tərəfindən onlara təzyiq edilərək seçkiləri izləyən müstəqil QHT ilə əməkdaşlıq etməməyə məcbur edildiklərini bildirmişdilər. Bəzi tələbələr bildirirdi ki, fakültə dekanları onlara göstəriş vermişdi ki, universitetdə səs verə bilmək üçün qeydiyyat olduqları yerdən seçici qeydiyyatının yerini dəyişsinlər. Digərləri bildirirdi ki, universitetlərdə tələbələrdən prezident yönümlü yürüşlərdə iştirak etmək tələb olunmuşdu, bu məqsədlə onlar nəqliyyat vasitələri ilə təmin edilmiş və iştirak etmədikləri təqdirdə universitetdən qovulacaqları ilə onlara hədə-qorxu edilmişdi. Digər bir halda tələbələr seçki monitorinqində iştirak etdikləri təqdirdə yataqxanadan qovulacaqları ilə hədələnmişdilər.

Hökumətin mədəniyyət tədbirlərinə məhdudiyyət qoymasına dair məlumat olmamışdır.


  1. Sərbəst toplaşma və birləşmə azadlığı

Sərbəst toplaşma azadlığı

Qanunla toplaşma azadlığı təmin edilsə də, hökumət bu hüququn praktiki tətbiqni kəskin sürətdə məhdudlaşdırmışdı. Qanunda qrupların yalnız müvafiq hökumət orqanlarının ilkin razılığından sonra sərbəst toplaşmasına icazə verilsə də, hökumət bu müddəanı yerli rəsmilərdən əvvəlcədən icazə alınmasına dair tələb kimi təfsir etməyə davam etmişdir.

İl ərzində hökumət bütün yürüşlərin əvvəldən təsdiq edilməsini və şəhər mərkəzindən kənarda yerləşən məntəqələrdə keçirilməsinə dair tələbini davam etdirmişdir, bu şərti əksər siyasi partiyalar və QHT-lər qeyri-məqbul hesab etmişdi. Ölkənin hər yerində səlahiyyətli orqanlar belə tələbləri müntəzəm olaraq rədd

AZƏRBAYCAN 25

etmişdir. Hökumət müxalifətin, QHT-lərin, dini azadlıq müvəkkillərinin və digərlərinin çoxsaylı hadisələrlə bağlı yürüş keçirmək tələblərini rədd etmiş və bir neçə icazəsiz piket və nümayişləri dağıtmış, çox vaxt iştirakçıları bir neçə saatlığa saxlamışdır. Bu saxlamaları bir çoxu əsassız olmuşdur (bax bölmə 1.d.).

Məsələn, may ayının 15-də müxalifətin Azadlıq Bloku Bakıda icazəsiz yürüş keçirmişdir. Polis müxalifətin 10 iştirakçısını saxlamışdır: etiraz edənlərdən beş nəfəri yeddi və beş nəfəri beş gün saxlanmışdır.

İyunun 5-də Azadlıq Bloku Bakıda digər icazəsiz yürüş keçirmişdir. Yürüş dağıdıldıqdan sonra polis qısa müddətə 19 iştirakçını saxlamışdır.

İyun ayının 12-də Müsavat və Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Bakıda icazəsiz nümayiş keçirmişdir. Polis 32 nəfəri, o cümlədən Ramiz Xəlilov (Müsavat) və Əbülfəz Qurbanlını (AXCP) hər birini 10 gün saxlamışdır. Polis habelə Arif Hacılı və Tofiq Yaqubluya rəsmi xəbərdarlıq etmiş və Tural Abbaslı və Əhəd Məmmədlinin hər birini AZN 25 ($30) cərimə etmişdir.

İyun ayının 19-da Azadlıq Bloku Bakı şəhərində digər icazəsiz etiraz aksiyası keçirmişdir. Polis 83 iştirakçını saxlamışdır. Polis sonra 79 nəfəri azad etmiş, lakin dörd fəal bir neçə gün saxlanmışdır.

İyul ayının 3-də müxalifət partiyaları Bakı şəhərində birgə icazəsiz nümayiş keçirmişdir. Polis təqribən 70 iştirakçını saxlamışdır. Nümayişdən əvvəl polis üç müxalifət fəalını evlərində saxlamışdı: Tural Abbaslı, Yalçın Abbaslı və Əhəd Məmmədli. Məhkəmə onlara rəsmi xəbərdarlıq etmiş və onlardan hər biri AZN 25 ($30) cərimələnmişdir. Polis habelə etirazdan əvvəl Fuad Qəhrəmanlı, Razi Nurullayev, Nurəddin Məmmədli və Əbulfəz Qurbanlı daxil olmaqla digər doqquz müxalifət fəalını saxlamışdır. Polis 10 yaxud 11 etiraz yürüşü iştirakçısını 8 saylı Səbayıl rayon polis bölməsinə aparmış və həmin axşam onları azad etmişdir. Polis təqribən 60 nəfərdən ibarət qalan iştirakçını Bakıdan 40 mil məsafədə yerləşən Qobustana aparmış və onları izah edilməz şəkildə izolə edilmiş sahədə tərk etmişdir.

İyul ayının 31-də AXCP, Klassik Xalq Cəbhəsi və Müsavat partiyaları Bakı şəhərində icazəsiz mitinq keçirmişdir; polis 100-dən çox etirazçını saxlamışdır. Polis etiraz yürüşünün 10 iştirakçısını saxlamışdır; onlardan yeddi nəfəri 10, bir nəfəri səkkiz və iki nəfəri yeddi gün saxlanmışdır. Polis yeddi nəfəri AZN 20-25 ($25-30) cərimə etmişdir. Polis 20 nəfər etirazçını avtobusla Bakıdan 40 mil məsafədəki Qobustana aparmış, orada düşürmüş və orada həyatın axarına buraxıb getmişdir.



AZƏRBAYCAN 26

Avqust ayının 9-da Turan Xəbərlər Agentliyi xəbər vermişdir ki, Bakı şəhər İcra Hakimiyyəti qeydiyyata alınmamış QHT-lərin yürüşünə icazə verməkdən imtina etmişdir. QHT-lər avqust ayının 4-də Ədliyyə Nazirliyinin yaxınlığındakı meydanda yürüş üçün icazə istəmişdilər. İcra Hakimiyyəti belə bir əsas gətirərək icazə verməmişdir ki, yürüş meydanda dincələn insanlara mane olacaqdır və dövlət binalarının yaxınlığında nümayişlərin keçirilməsinə icazə verilmir.

Oktyabr ayının 10-dan əvvəl AXCP – Müsavat bloku toplaşma azadlığına dəstək vermək məqsədilə yürüşə icazə almaq üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət etmişdir. Verilən xəbərlərə görə, Mərkəzi Seçki Komissiyasının Sədri Məzahir Pənahov deyib ki, toplaşma seçki məcəlləsinə ziddir, çünki o, müəyyən edilmiş kampaniya dövründən kənar müddətdə olmuşdur. Müxalifət bloku yürüşün məqsədi ilə bağlı xarakteristika ilə razılaşmamış, amma yürüşün vaxtını oktyabrın 17-nə dəyişmişdir. Bakı şəhər İcra Hakimiyyəti yenə icazə verməmişdir. Parlament seçkilərinə hazırlıq mərhələsində AXCP – Müsavat bloku heç bir icazəsiz yürüş keçirməmişdir.

Dekabr ayının 9-da Təhsil naziri Misir Mərdanov elan etmşdir ki, qızların məktəbə hicabla gəlmələrinə icazə verilmir. Xəbərlər agentlikləri bildirmişdir ki, yüzlərlə etirazçının iştirak etdiyi 10 dekabr yürüşü zamanı Təhsil Nazirliyinin qoyduğu bu qadağaya etiraz edilmişdir. Polis 12 nəfəri saxlamışdır. Dekabrın 15-də Masallı rayonunda təqribən 100 nəfərin hicab qadağasına etiraz yürüşündə iştirak etdiyi bildirilir. Dekabr ayının 16-da Nardaran kəndində bir neçə min nəfər qadağaya etiraz etmişdir.

Yusif Əlikramoğlu, Hacıqulu Həşimov və Azər Sarcanov məktəblərdə hicab qadağasına etiraz olaraq Bakı şəhərində məktəbdə pəncərə sındırmağa görə həbs edilmişdi. Dekabr ayının 23-də onlar azad edilmişdi. Dinin Müdafiəsi Mərkəzinin məlumatına əsasən, təqsirli bilinən şəxslər uydurma ittihamla həbs edildiklərini bildirmişlər.

Birləşmə azadlığı

Qanunda birləşmə azadlığı təmin edilməsi nəzərdə tutulsa da, təcrübədə hökumət bu hüquqa qoyduğu məhdudiyyəti il ərzində sərtləşdirmişdir. Qanunun bir sıra müddəası hökumətə icazə verir ki, siyasi partiya, dini qrup, biznes və QHT-lərin fəaliyyətini tənzimləsin. Bura həmçinin bütün təşkilatların Ədliyyə Nazirliyi, yaxud Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) qeydiyyatdan keçməsinə dair tələb daxildir. Qanunda qeydiyyat ərizələrinin hökumət tərəfindən 30 gün ərzində baxılması tələb olunsa da, qeyri-müəyyən, ağır və qeyri-şəffaf qeydiyyat prosedurları uzunmüddətli ləngimələrə səbəb olmuşdur ki, bu, vətəndaşların

AZƏRBAYCAN 27

azadlığını effektiv şəkildə məhdudlaşdırmışdır.

2009-cu ilin iyununda Milli Məclis birləşmə azadlığına yeni məhdudiyyətlər qoymaq üçün QHT-lərə dair qanuna düzəlişlər etdi. Rəsmilər düzəliş edilmiş qanunun ilkin layihəsinin əksər problemli müddəalarını qanundan çıxarsa da, yeni düzəlişlərdə bəzi məhdudiyyətlər qalmışdır. Buraya QHT filiallarının rəhbər müavinlərinin Aəzrbaycan vətəndaşları olması və xarici QHT-lərdən ofis açmazdan əvvəl hökumətlə razılaşma imzalamasına dair tələb də daxildir. 2009-cu ilin dekabr ayında Prezident Əliyev QHT-lərə dair qanuna əlavə dəyişiklikləri nəzərdə tutan sərəncam imzaladı. Beynəlxalq və yerli QHT-lər onlardan əldə etdikləri bütün qrantları Ədliyyə Nazirliyində qeydiyyatdan keçirməyə dair bu sərəncamda nəzərdə tutulan yeni müddəadan narahatlıqlarını bildirmişdir.

Bəzi QHT-lərin hesablamalarına görə, təxminən 1000 belə qrup ilin sonuna qeydiyyata alınmamışdı.

Məsələn, 2008-ci ildə qeydiyyatı Nazirlik tərəfindən ləğv olunmuş Seçkilərin Monitorinq Mərkəzi (SMM) QHT-si həmən ilin dekabr ayında yeni təşkilat, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDAM) kimi qeydiyyatdan keçməyə cəhd etmişdir. Müşahidəçilər bu təşkilatın qeydiyyata alınmamasının əsassız olduğunu hesab etmişlər. 2009-cu ilin noyabrında SMM AİHM-ə apellyasiya şikayəti vermişdir. Fevral ayının 2-də SMDTM qeydiyyat müraciəti ilə bağlı Ali Məhkəməyə apelyasiya şikayəti vermişdir. Avqust ayının 13-də Ali Məhkəmə işi Apellyasiya Məhkəməsinə qaytarmışdır, ilin sonunda iş hələ də orada idi.

Human Rights Watch bildirmişdir ki, Ədliyyə Nazirliyi il ərzində üç dəfə Televiziya və Alternativ Media İnkişaf mərkəzinin qeydiyyatını rədd etmişdir.

c. Dini etiqad azadlığı

Dini azadlıqla bağlı daha ətraflı məlumat üçün bax: www. state.gov/g/drl/irf/rpt veb səhifəsi 2010-cu ildə Beynəlxalq Dini Azadlığa dair Hesabat.

d. Sərbəst hərəkət azadlığı, məcburi köçkünlər, qaçqınların müdafiəsi və vətəndaşlığı olmayan şəxslər

Qanun ölkə daxilində sərbəst hərəkət, xarici səfər, emiqrasiya və repatriasiya (vətənə dönmə) azadlığını təmin etsə də, hökumət xüsusən də, məcburi köçkünlər üçün hərəkət azadlığını məhdudlaşdırmışdı.

Hökumət məcburi köçkünlər, qayıdan qaçqınlar, sığınacaq üçün müraciət edən şəxslər, vətəndaşlığı olmayan şəxslər və aidiyyəti olan digər şəxslərin qorunması və dəstək göstərilməsi sahəsində BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisi (UNHCR) və digər humanitar təşkilatlarla əməkdaşlıq etmişdir. Qaçqın statusunun müəyyənləşdirilməsi daxil olmaqla qaçqınlarla bağlı bütün səlahiyyətlər Dövlət Miqrasiya Xidmətinə verilmişdir. Beynəlxalq QHT-lər 2007-ci ildə yaradılmış bu yeni idarənin səmərəli olmadığını və şəffaf fəaliyyət göstərmədiyini bildirməyə davam etmişdir.

2006-cı ildən bəri hökumət Xalq Cəbhəsinin sədri Əli Kərimlinin pasportunu təzələməkdən imtina etməklə və bunu ona qarşı 1994-cü ildə qaldırılmış və hələ də qüvvədə qalan mülki işlə əsaslandırmaqla xaricə səfər etməsinin qarşısını almışdır. Hökumət bir sıra hallarda Kərimlinin pasportunu bu illərdə heç bir etiraz etmədən təzələmişdi. Kərimli bu qərardan şikayət etsə də, onun şikayəti məhkəmə sisteminin bütün səviyyələrində rədd edilmişdi. Kərimli 2009-cu ilin yanvar ayında şikayətini AİHM-ə təqdim etmiş və ilin sonunda qərarı gözləyirdi.

Parlament seçkilərindən sonra hökumət keçmiş namizəd və demokratiya fəalı Bəxtiyar Hacıyevin ali təhsilini davam etmək məqsədilə Gürcüstan sərhədini keçməsinin qarşısını almış və bunu, onun məcburi hərbi xidmət öhdəliyi ilə əlaqələndirmişdir. Müşahidəçilər inanır ki, rəsmilər bunu Hacıyev tərəfindən seçki saxtakarlığı ilə bağlı sübutun You Tube-da yerləşdirməsi daxil olmaqla, onun fəaliyyəti səbəbindən etmişlər..

Qanun hərbi qulluq yaşına çatmış şəxslərin xaricə səfər etməzdən əvvəl hərbi qurumlarda qeydiyyatdan keçməsini tələb edir. Ali təhsil almaq istəyən şəxslər təhsillərini başa vurmaq üçün möhlət istəyə bilərlər. Hərbi xidmət haqqında qanun maqistrantlar yaxud aspirantlar üçün möhlət verilməsini təsbit etməsə də, hərbi komissarlıqlar ümumən növbəti kursa keçməklə bağlı illik sübut təqdim edildiyi təqdirdə belə möhlət vermişlər. Milli təhlükəsizliyə dair məlumata çıxışı olan bəzi hərbi heyət üzvlərinin xaricə səfərlərinə müəyyən məhdudiyyətlər qoyulmuşdur. Cinayət əməllərinə görə ittiham və ya məhkum edilmiş və şərti cəza almış şəxslərin xaricə səfər etməsinə icazə verilməmişdi. Rəsmilər pasport üçün müraciət edən şəxslərdən müntəzəm şəkildə rüşvət almışlar.

Rəsmi hökumətin siyasəti etnik erməni mənşəyindən olan vətəndaşlara səfər etməyə icazə versə də, əldə edilən məlumata görə aşağı vəzifəli rəsmilər çox vaxt pasport üçün müraciət edən etnik ermənilərdən rüşvət tələb etmiş və ya onları incitmişdir. Qarışıq millətdən olan bəzi ermənilər şəxsiyyət vəsiqələrini almaq üçün müraciət edəndə pasport və qeydiyyat şöbəsində rəsmilərlə problemlərinin olduğuna dair yerli QHT-lərə məlumat vermişlər. Azərbaycan soyadlarını daşıyan, müraciət etmiş ərizəçilərin rüşvət ödəməsi istisna olmaqla, onlar başqa heç bir problemlə üzləşməmişlər.

Hökumət 2003-cü ildə seçkidən sonra keçirilən mitinqlərdə iştirakına görə 2004-cü ildə mühakimə olunan Bakı Cümə Məscidinin sabiq imamı İlqar İbrahimoğlunun ölkədən kənara çıxmasının qarşısını almışdı. İlin sonunda onun statusu dəyişməz qalmışdı.



AZƏRBAYCAN 29

Qanun məcburi sürgünü qadağan edir və hökumət bundan istifadə etməmişdir

Məcburi köçkünlər

İlin sonunda UNHCR (BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı)bildirmişdir ki, ölkədə 151 085 ailəni təmsil edən qeydiyyatdan keçmiş 592 860 məcburi köçkün vardır. Onların böyük əksəriyyəti Dağlıq Qarabağ münaqişəsi nəticəsində 1988 – 1993-cü illər ərzində öz evlərini tərk etmiş şəxslərdir.

Məcburi köçkünlərdən öz yaşayış yerlərini səlahiyyətli orqanlarda qeydiyyata almaq tələb olunub və onlar yalnız təsdiqlənmiş ərazilərdə yaşaya bilirdirlər. Sovet dönəmindən qalmış bu

“propiska" sistemi, əsasən, etnik erməni separatçıları Dağlıq Qarabağ və onun ətrafında Azərbaycanın qərb hissəsindəki ərazilər üzərində nəzarəti ələ keçirdikdən sonra evlərindən qaçmağa məcbur olmuş şəxslərə tətbiq olunmuşdu. Hökumət qeydiyyatın məcburi köçkünlər haqqında məlumatın toplanması və onlara kömək göstərilməsi üçün lazım olduğunu bildirmişdir. Məcburi Köçkünlüklə bağlı Monitorinq Mərkəzinə əsasən, Bakı şəhərində yaşayan bir çox məcburi köçkünlər qeydiyyata düşmək, rəsmi məşğulluğa çıxış əldə etmək, hökumətdən yardım, səhiyyə, təhsil yaxud pensiya almaq iqtidarında olmamış və əmlak almaqda çətinliklərlə üzləşmişlər.

UNHCR bildirmişdir ki, il ərzində hökumət Ağdam, Yevlax və Goranboy rayonlarında məcburi köçkünlərin məskunlaşması üçün üç qəsəbə (bir kənd və iki şəhər) salmışdır. Ötən il ərzində 7047 məcburi köçkün (1566 ailə) bu qəsəbələrə yerləşdirilmişdir. Ilin sonuna qədər yeni qəsəbələrin ümumi sayı 67 olmuşdur, burada 90 000 nəfərdən ibarət 20 000 ailə yaşayır.

Məcburi Köçkün və Qaçqınlarla İş üzrə Dövlət Komitəsi bildirmişdir ki, fevral ayının 27-də Qəbələdə 155 məcburi köçkün ailəsi yeni inşa edilmiş iki binaya yerləşdirilmişdir. O, bildirmişdir ki, noyabrın 10-da Yevlaxda 612 məcburi köçkün yeni binada yerləşdirilmişdir. Komitə bildirmişdir ki, noyabrın 11-də Ağdam rayonunda 689 ailə üçün yeni qəsəbənin açılışı olmuşdur. Bundan əlavə, Bakı şəhərindəki 70 məcburi köçkün ailəsi Abşeron rayonunda beşmərtəbəli binaya yerləşdirilmişdir. Komitə müvəqqəti olaraq Qəbələ rayonunun Zarağan kəndində məskunlaşmış 40 məcburi köçkün ailəsini yeni mənzilə köçürmüşdür. Goranboy rayonu ərazisində 164 məcburi köçkün ailəsi üçün beşmərtəbəli binanın və 360 şagird üçün məktəb binasının inşası tamamlanmışdır.

İl ərzində 2360 məcburi köçkün daimi işlə təmin edilmiş və 4458 şəxs mövsümi işlə təmin edilmişdir; 123 nəfər işsizliklə bağlı müavinət alırdı.

AZƏRBAYCAN 30

Komitə 363 nəfəri peşə təhsilinə və 312 nəfəri ödənişli ictimai fəaliyyətə cəlb etmişdir. Məcburi köçkünlər üçün Sosial İnkişaf Fondu tərəfindən əlavə 97 müxtəlif icma mikrolayihələri tamamlanmışdır.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi 2010-cu il büdcəsinin 2009-cu ilin 307.8 milyon manatdan artırılaraq ($375.4 milyon) 340 milyon manat ($414.6 milyon) olduğu bildirmişdir. Məcburi köçkünlər aylıq qida subsidiyası və qışda qızdırıcı yanacaq subsidiyası almışlar.

Qaçqınların müdafiəsi

Ölkənin qanunu sığınacaq və ya qaçqın statusunun verilməsini təmin edir və hökumət Qaçqın Statusunun Müəyyən Edilməsi Departamenti vasitəsilə bəzi qaçqınlara müdafiə təmin edəcək sistem yaratmışdır. İdarə bir çox məsələlərdə irəliləyişə nail olsa da, bu irəliləyiş düzgün olmayan sığınacaq qərarlarından bütün şikayətləri rədd edən qaçqın statusunun müəyyənləşdirilməsinə dair bir sıra məhkəmə hökmləri ilə heçə endirilmişdir.

Təcrübədə hökumət qaçqınların irqi, dini, milli mənsubiyyəti, hər hansı xüsusi sosial qrupa üzvlüyü və ya siyasi əqidəsinə görə həyat və azadlıqlarının təhlükə altında qalacağı ölkələrə qovulması və ya qaytarılmasına qarşı bəzi müdafiə tədbirləri təmin etmişdir. Dekabr ayının 31-i tarixinə UNHCR-da 1965 nəfər qeydiyyata alınmışdır: 1891 qaçqın və 74 sığınacaq istəyənlər, 2009-cu illə müqayisədə bu, 9 faiz azdır. Dövlət Miqrasiya Xidməti bildirmişdir ki, o, il ərzində 69 nəfərə qaçqın statusu vermişdir. UNHCR-a görə, bu fərdlərdən bir çoxu İrandan olan etnik Azərbaycanlılardır. Hökumət dövlət yaxud UNHCR tərəfindən qaçqın yaxud sığınacaq tələb edən şəxslər kimi tanınmışlara heç bir nəzərəçarpacaq yardım göstərməmişdir.

Çeçenlər və əfqanlar qaçqınlar arasında çoxluq təşkil edən qruplardır. Hökumət 1951-ci il konvensiyasına əsasən qaçqınların çoxunu qaçqın kimi tanımır. Nəticədə UNHCR ölkədə aidiyyatı olan insanlara bütün müdafiə və yardım funksiyalarını yerinə yetirməyə davam etmişdir.

UNHCR çeçenləri və əfqanları qaçqın kimi tanısa da, yaşayış, qeydiyyata dair qanunlar, qaçqın və məcburi köçkün statusu onlara şamil edilməmişdi. Onlardan polis bölməsində qeydiyyatdan keçmək tələb olunmuş və Azərbaycanda yaşamaq üçün icazə almaq hüququ verilməmişdi. Rusiya ilə ikitərəfli pasport sisteminə əsasən çeçenlərə ölkəyə vizasız daxil olmaq icazəsi verilmişdir.



Yüklə 303,76 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin