Birinci təsnifat əlamətinə görə İÖS bir girişli və ya çox girişli olurlar. Girşdə siqnalın dəyişməsinə görə dəyişməz və ya dəyişən olurlar. Fəzada yerləşməsinə görə ilkin çeviriciləri bir nöqtədə yerləşən və ya fəzadə paylanmış olan İÖS-ni fərqləndirmək lazımdır. Ölçülən kəmiyyətin xarakterindən asılı olaraq İÖS-nin giriş parametri ya kəsilməz, ya da diskret olur.
Energetik əlamət dedikdə sistemin girişinə təsir edən enerji nəzərdə tutulur. Əgər giriş çeviriciləri özləri hasil etdikləri cərəyanın və ya gərginliyin dəyişməsinə əsaslanırsa, bu aktiv İÖS adlanır, elektrik dövrəsinin passiv elemetlərinin dəişməsinə əsaslanırsa, bu passiv İÖS adlanır.

Maneənin giriş parametrinə əlaqəsi İÖS-nin iş prinsipinə və mürəkkəbliyinə təsir göstərir. Maneə giriş parametri ilə əlaqəli deyilsə, İÖS sadə, əlaqəlidirsə mürəkkəb struktura malik olur.