Azərbaycan türkləRİNİN



Yüklə 1,68 Mb.
Pdf görüntüsü
səhifə33/108
tarix01.12.2023
ölçüsü1,68 Mb.
#170866
1   ...   29   30   31   32   33   34   35   36   ...   108
kitab20100401060824470

Sin “allah”
sözlərindəndir. Bəlkə də bu adın Birinci ko mponenti türk 
dillərindəki 
tuluy – “çalağan quşu
‖, 
“alıcı quşu”
(―Kitabi Dədə Qorqud‖da 
tulu – 
“qırğı
‖) sözündəndir. VI əsrdə Altayda türk xaqanı İbn Tulu (94), VII əsrdə türk
bolqarların xanı Dulu (Tulu ), VII əsrdə Altayda Şibi xaqanın oğlu Tu li (35,78), 
Çingiz xan ın oğlu Tuluy adları ilə müqayisə olunur.
A x ş e r i
(er. əv. VII əsr). İran mənşəli ad sayılmış və qədim fa rs 
dilindəki 
hşaya – “hökmranlıq” (“şah”
sözü də buradandır) sözü ilə
əlaqələndirilmişdir (102). Türkcə 
akiş
– ―bir yerə yığış‖, ―dəstə‖, ―toplantı‖ (160, I, 
I, 107) və ə r – ― kişi‖ , ― igid‖, ―döyüşçü‖ sözlərindəndir. A xşeri – ―dəstənin əri‖
yaxud ―igid dəstə başçısı‖ mənasını verir. Bəlkə də şemercə 
akeş 
- ―onun 
ucbatından‖, ―onun xatirinə‖ və 
ərə -
―qul‖ sözlə rindəndir. Teofor ad lardan 
olmaqla ―(Allahın) xatirinə qul‖ mənasındadır. 
İ r a n z u
(er. əv. 716-c ı il). Bu ad iki cür izah oluna bilər: 1) türkcə 
ər –
“kişi”, “igid”
və kas dilindəki 
yanzi 
– 
“çar”, “hakim
‖ sözlərindən; 2) türkcə 
ərən 
– “cəsur”,
“mərd”
(39, 309) sözü ( 
ərən “döyüşçü”
sözü şumer d ilində də vardı) 
və şumercə 
zu – “müdrik
‖ (103, 78) sözlərindən ibarət olmaqla ―müdrik ərən‖ 
mənasındadır. 
U l l u s u n
(İranzunun oğlu). Bu ş ə xs adında ―l‖ s əsinin qoşalaşmasının 
səbəbi aydın deyil. Əgər bu səs asur dilində qoşalaşmayıbsa, onda ―ullu‖ 
ko mponenti qədim türkcə 
ulla
- ―hörmət olunan‖, ―hörmətlə yanaşılan‖, ―sayılan‖ 
(100, 610) sözünün fonetik ş əkli o la bilər. Asurca yazılışda bu sözdə ―l‖ səsi 
qoşalaşdırılmışsa, onda bu ad türk dillərindəki 
ulu (q)
– ―məğrur‖, ―vüqarlı‖, 
―qüvvətli‖ (166, I, 593) və 
sun 
– ―keşikçi‖, ―nəzarətçi‖ (160, IV, 692) sözlərindən 
ibarətdir. XIII əsrdə türk xaqanı 
Uluq
(34), VIII əsrdə q ırğ ızla rda Əren – Uluq 
xaqan (34,243), Çingiz xanın nəvəsi Uluqbəy adları ilə müqayisə olunur.
Y.B. Yusifov ad ı türkcə u lu – ―böyük əzəmətli‖ sözü əsasında ―Böyük 
adam‖ kimi izah edərək onu hökmdar ləqəbi və ya rütbəsi hesab edir (179
b
, 146).
A z a
(e r. əv. 719 –cu il). İ. H. Əliyev bu adı hürrit mənşəli sayır (44). E. A. 
Qrantovskiyə görə, İran dillərində 
az
– ―aparmaq‖ (A zərbaycan dilində ―a zdırmaq‖ 
felində bu söz vardır) sözündəndir (88, 247). Əslində sonunda 
“y”
səsinin 
düşməsilə bu ad türkmənşəli Asay, (türkcə 
as
– ―iltifat‖, ―nəvaziş‖, ,‖ağıl‖, 
―zəka‖,‖dərrakə‖ (166, I, 191) sözündən və ay şəkilçisindən) adı ilə eynidir. V 
əsrdə Alban çarı Asay, erkən orta əsrlərdə xakasların xaqanı A jo (123, 59), uyğur 
xaqanlarından Aço (127, 195), oğuzlarda Azak (100) şəxs adları ilə müqayisə 
olunur.
L a r k u t l a
(e r. əv. 672). Şu me rcə 
la
– ―çatışmır‖ , 
ara 
– ―qul‖ və Utu 


64 
(Allah ad ı) sözlərindən ibarət olub ―Utu (allahına) qul çatış mır‖ mənasındadır.
Er. əv. 593-cü ildə Manna Midiya dövlətinə b irləşdirilir. Ona görə də 
sonrakı əsrlərdə mannalıların şəxs adları mənbələrdə Midiya ad ları kimi gedir.
Yu xarıda gətirdiyimiz faktlara əsasən biz mannaların hürritdilli, yaxud
Qafqazdilli olması fikrini rədd edirik. E. A. Qrantovski yazır ki, ―Mannanın 
mə rkə zində əsas rolu görünür,―əski yerli əhali oynayırdı‖ (88, 248). Göründüyü 
kimi, bu qədim ye rli etnos türkmənşəli idi.
M a n n a t a y f a l a r ı.
İ. M. Dyakanova görə, er.əv. 820-c i ildən Manna 
tayfa ittifaqına daxil olmuş tayfaların adları asur mənbələrində taurlay, messiy, 
dalay, sumbiy və ku murd iy kimi qeyd olunmuşdur (102, 173). Assur dilin ə uyğun 
şəkildə yazıldıqlarına görə bu etnonimlərin əsl formalarını bərpa etmək çətindir. 
Bununla belə bu tayfaların adla rın ın türk mənşəli olması şübhə doğurmur. 
Y.B.Yusifovun şifahi məlu matına görə, əhalinin maldarlıq fəaliyyəti ―taurlaya‖ – 
tayfa adını yaratmışdı. O, ―taur‖ sözünü türkcə davar (tavar) sözü ilə eyniləşdirir və 
sonra ―la‖ sözünü mənsubiyyət şəkilçisi kimi göstərir.
Bizcə, ―Taurlay‖ etnonimi ― Tavurlu‖ adının fonetik ş əklidir. Türk 
dillərində tavur (qədim forması tabur) ―arabalardan dü zəld ilmiş düşərgə
möhkəmləndirilmiş yer‖ deməkdir. Qədim türk maldar elləri üçün tabur səciyyəvi 
düşərgə forması id i. Herodot Qara dənizin şimal çöllərində yaşayan skiflərin tavr 
tayfasını qeyd edir (Herodot, IV, 90). Şimali Qafqazda xəzərlərdə bir şəhər Tavris 
adlanırdı. Qədim rus mənbələrində XIV əsrə türk Tavar tayfasının adı çəkilir. 
Gü man etmək o lar ki, Herodotun Midiya ərazisində qeyd etdiyi Doreyti tayfası 
əslində asur mənbələrindəki Taurlay tayfasının dialekt fo rmasıdır. Herodot həmin 
tayfanı İranın XI əyalətində kaspilər, pavsiklər və pantimatlarla yanaşı qeyd edir. 
Bu əyalət indiki Şima li A zərbaycanın Kürlə - Ara zın birləşdiyi yerdən Xə zərədək 
olan hissəsinin cənubunda yerləşən ərazisini də əhatə edird i. Gü man et mə k o lar ki, 
Astara rayonundakı Torad i (
tavur
və ta lış d ilində 
di 
– ―kənd‖ sözlərindən), Cənubi 
Azərbaycanda Divarqanlı (tavar və qanlı etnonimlə rindən) toponimlərində bu tayfa 
iz qoymuşdur.
Alban tarixçisi Musa Kalan katlı A lbaniyada Tverek (Tavurak etnoniminin
ermənicə yazılışı) tayfasını, IX əsr ərəb coğrafiyaçısı Bəla zuri isə Arranda Tabar 
toponimin i qeyd edir.
Mannaların Dalay tayfası indiki Təbriz şəhəri bölgəsində lokalizə edilir. 
Sonra Yuliy So lin Xə zər dənizi ya xın lığında
tal
adlı tayfa qeyd edir ( Qay So lin, 
XV, 18).Peçeneqlərin tərkibində X əsrdə qeyd olunmuş 
talmat 
tayfasının (
tal 
və 
bir sıra türk tayfala rın ın adları üçün s əciyyəvi 
“mat”
sözündən), Altayda müasir 
tolo, tele

teleut (ut
cəm şəkilç isidir) türk tayfa larının adları ilə müqayisə olunur.
Y.B. Yusifov dalaylar ölkəsinin Urmiya gölünün cənub qərbində müasir 
Qadar (türkcə Gedər) çay ı axan Uşnu- Sulduz dü zənliyində yerləşdiyini qeyd edir. 
Onun fikrincə, burada Tarmakisu və Tarul qala ları t ikilmişdi. Bu ş əhərlər 
dağıldıqdan sonra əhalisi mənbədə qeyd olunduğu kimi, ―səhraya qaçdı‖. Bununla 


65 
əlaqədar o, Dalaya (―aya‖ şəkilçid ir) adın ı ü mu mtürk dala (tala) – ―səhra, çöl‖ 
sözü əsasında ―səhra, düzən sakinləri‖ kimi izah edir.

Yüklə 1,68 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin