Azərbaycan Universiteti Tələbə: İsayev İsa Fakültə


Kredit və ssuda ənəliyyatlarının həyata keçirilməsi



Yüklə 105,62 Kb.
səhifə6/6
tarix02.01.2022
ölçüsü105,62 Kb.
#41921
1   2   3   4   5   6
İsayev İsa

4. Kredit və ssuda ənəliyyatlarının həyata keçirilməsi

Kredit və ssuda əməliyyatlarının həyata keçirilməsinin normativ hüquqi bazasına Azərbaycan Respublikasının sözügedən sahədə qüvvədə olan hazırki qanunverici normativ hüquqi aktları, eyni zamanda Milli Məclisin qanunları və qərarları, Ölkə Prezidentimizin fərman ilə sərəncamlan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təlimatları, Azərbaycan Respublikası Vergi Nazirliyinin normativ hüquqi sənədləri, Azərbaycan Respublikası Mərkəzi Bankının təlimat ilə məktubları, kredit təşkilatları olan müxtəlif banklar ilə mailiyə qurumlarının normativ hüquqi sənədləri, yəni onların əsasnamə ilə nizamnamələri aiddir. Göstərmək lazımdır ki, bazar iqtisadiyyatı əlaqələrinə keçidlə əlaqəli olaraq müəssisə ilə təşkilatların ahəngdar fəaliyyətinin təmin edilməsi, yeni texnologiyaların əldə olunması və başqa məsələlər üzrə Azərbaycan Respublikasında kredit resurslarının səfərbər edilməsi, onlardan əhəmiyyətli istifadə etmək məqsədilə ssuda və kreditlərin tənzimlənməyinə dair lazımi qədər normativ qanunverici hüquqi baza formalaşıbdır. Bu normativ hüquqi bazanın məzmununa, məqsədinə əsaslanaraq 4 qrupa ayırmaq olar:



  • ssuda ilə kreditlərin verilmə şərtlərini tənzimləmiş normativ hüquqi aktlar;

  • verilən kredit və ssudalann faizlərinin hesablanmağı ilə tətbiqini tənzimləmiş normativ hüquqi aktlar;

  • verilən kredit ilə ssudaların uçotunun təşkilini tənzimləyən normativ hüquqi aktlar;

  • verilmiş kredit ilə ssudalar üzrə vəsaitlərin qaytarılmağını tənzimləyən normativ hüquqi aktlar.

Müəssisə ilə təşkilatların əldə etdikləri kreditin (ssudanın) geri qaytarılması da, həmin sahədə önəmli əhəmiyyət kəsb etmiş əməliyyatlardan biri hesab olunur. Bəzi hallarda əldə edilmiş ssuda ilə kreditlərin geri verilməsində ziddiyyətli proseslər özünü göstərməkdədir. Hətta bir sıra hallarda həmin məsələlər məhkəmə araşdırmalarına qədər davam etməkdədir. Əldə edilmiş ssuda ilə kreditlərin geri verilməsində yaranmış ziddiyyətli vəziyyətin tərəflər arasında yerindəcə həllinin mümkünlüyü Azərbaycan Respublikasının Mərkəzi Bankının hazırladığı müəyyən qaydalarla həyata keçirilə bilər.

Kredit və ssuda əməliyyatları auditinin həyata keçirilməsinin səmərəli təşkili, nəticəvi olması üçün etibarlı, konkret və obyektiv məlumatların olmağı vacibdir. Kredit və ssuda əməliyyatları üzrə auditin informasiya mənbələri müxtəlif olsa da, onlan məzmununa əsasən iki yöndə qruplaşdırmaq mümkündür:



  1. Kredit və ssuda əməliyyatlarını nizama salan qanunverici normativ hüquqi aktlar. Həmin qanunverici normativ hüquqi aktlar əldə edilmiş ssudalann, kreditlərin rəsmiləşdirilməyini və başqa əməliyyatların qanunauyğun olması barədə məlumat yaradır.

  2. Əldə edilmiş ssuda ilə kreditlərin təyinatına əsasən və məqsədyönlü istifadə olunması, onların qaytarılmağı, alınan ssuda üzrə faizlərin, hesablanan penyaların uçot-hesabatı barədə mühasibat uçotunun məlumatları.

Göstərdiyimiz mənbələrlə yanaşı olaraq, əldə edilmiş kredit ilə ssudalar haqqmda əlavə məlumatları başqa mənbələrdən də öyrənmək mümkündür. Daha doğrusu, müəssisə ilə təşkilatlann bu və ya başqa məqsədlər üzrə aldıqlan qısa və uzunmüddətli ssudalar (kreditlər) haqqmda ilkin, etibarlı informa- siyalan kredit vermiş bankla kredit (ssuda) alan təşkilat arasında bağlanan baş kredit müqaviləsindən götürmək olar.

Ədəbiyyat siyahısı


  1. “ Audit və əminlik ” Bakı - 2013 Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə elm- tədris Mərkəzi Peşəkar Mühasiblərin Sertifikatlaşdırma Proqramı çərçivəsində hazırlanan dərslik

  2. “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının qanunu.

  3. Abbasov Ə., Məmmədov Z., Rzayev R., Həmişəyeva Ş. Bank işi və elektron bankçılıq. Bakı 2013.

  4. Abbasov İ. M. “ Audit” dərslik. Bakı, 2010. 530 səh.

Yüklə 105,62 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin