Azərbaycanda psixoloji FİKİRLƏR



Yüklə 125,95 Kb.
səhifə13/80
tarix02.01.2022
ölçüsü125,95 Kb.
#35316
1   ...   9   10   11   12   13   14   15   16   ...   80
psixologiya

ALİ HİSSLƏR

İnsanın hissləri şox və rəngarəngdir. Şadlıq, gümrahlıq, yorğunluq, zəiflik, etinasızlıq, darıxma, qüssə, kədər, təəssüf, qorxu, qəzəb, dəhşət, intizar, narahatlıq, şübhə, təəccüb, gözəllik, sevgi, nifrət, kinayə, qısqançılıq, ifftixar və s. kimi müxtəlif hisslər vardır. Hisslər hələ qəti təsnif edilməmişdir. İnsan hisslərinin çoxluğu, rəngarəngliyi onun özünün ətraf varlığa müxtəlif münasibət bəsləməsindən irəli gəlir. İnsan təbiətə, cəmiyyətə, insanlara, ictimai müəssisələrə, əmək fəaliyyətinə və onun nəticələrinə, müəyyən əxlaq normalarına, ailə münasibətlərinə, gerçəkliyə hər hansı bir münasibət bəsləyir. Həmin bu gerçəklik insan hisslərinin məzmununu təşkil edir. Buna görə hissləri iki cəhətə görə:1)hisslərin yönəlmiş olduğu obyektlərə, 2)hisslərin məzmununa görə növlərə bölmək olar. Bu cəhətdən insanın ali, mürəkkəb hissləri diqqəti xüsusi olaraq cəlb edir. Həmin hisslər əsasında insanın ictimai həyata, əxlaq normalarına ollan münasibətini təyin etmək mümkündür.

Ali hisslər cəmiyyətin üzvü kimi insanın yüksək dərəcədə inkişafının məhsulu olub, məzmunca ən zəngin hisslərdir. Burayaya əxlaqi, zehni və estetik hisslər daxildir.

Əxlaqi hisslər müəyyən cəmiyyət miqyasında mövcud olan əxlaq normalarına bəslənən subyektiv münasibətlə bağlıdır.

Əxlaq hisslərin obyekti ayrı-ayrı Adamlar, insan qrupları, insanlar arasındakı münasibətlər, ictimai həyat hadisələr və qanunları, eləcə də adamın öz hərəkət və rəftarları ola bilər. əsər həmin hadisələrə münasibət mövcud cəmiyyətin birgəyaşayış qaydalarına uyğun gəlirsə, müəyyən davranış normalarına müvafiqdirsə, o zaman insanda müsbət əxlaqi hisslər yaranır. Xeyirxahlıq, dostluq, rəğbət, yoldaşlıq, kollektivçilik, məsuliyyət hissləri belə hisslərdəndir. Bəzən də insan mövcud əxlaq normalarına uyğun hərəkət etmir, öz mənafeyini cəmiyyətin manefeyindən üstün tutur. Bu zaman onda fərdiyyəçilik, bədxahlıq düşmənçilik, paxıllıq və s. kimi mənfi hisslər kök salır. Öz mənfi hərəkəti və rəftarının ictimai əxlaqa uyğun gəlmədiyini dərk edən, bunun üçün dərin iztirab keçirən adamda isə təəssüf, peşmançılıq və s. kimi əxlaqi hisslə nəzərə çarpır.

Deməli, əxlaqi hisslər mövcud cəmiyyətin rəftar və əxlaq normalarına insanın bəslədiyi mənfi mənfi və ya müsbət münasibətin əks etdirilməsidir. Müxtəlif həyat şəraitində yaşayan insanların əxlaqi hissləri də məzmun etibarilə bir-birindən fərqlənir. Buna görə də hər bir tarixi dövrdə insan hisslərinin tərbiyə edilməsinin məqsədi və istiqaməti də dəyişmiş, yeni forma və məzmun kəsb etmişdir.

Estetik hisslər təbiətin, incəsənət əsərlərinin gözəılliyini qavramaq, dərk etməklə bağlıdır. Çünki insanlar ictimai təcrübədə dünyanın gözəlliyini də əks etdirmək qabiliyyəti əldə etmişlər. Bu zəmində insanda müxtəlif estetik hisslər təşəkkül tapmışdır. J.J.Russo göstərir ki, gözəllik və ona münasibətdən doğan müqəddəs ideya və vəzifə hissi ancaq insan qəlbində yaşayır.

İnsanın estetik hisslərinin ilk mənbəyi təbiət gözəlliyidir. Bundan sonra insana gözəllik hissini təlqin edən, həmin təbiəti obrazlarla əks etdirən bədii ədəbiyyat, incəsənət əsərlərivə musiqidir. İnsanın özünün hərəkət və rəftarı da bu və ya digər estetik hiss doğura bilər. Tarix boyu mütəfəkkirlər insan gözəlliyinə böyük qiymət vermişdir. “İnsan dünyanın əşrəfidir” deyən dahi Nizami, “insanı daima inkişaf edən təbiətin son əsəri” hesab edən Höte, “Yer üzərində ən böyük gözəllik insan gözəlliyidir” deyən Pestalotsi bu fikrə təsadüfən gəlməmişdir. Çünki insanın fikri və mənəvi gözəlliyi bir sıra estetik hisslər doğurur.

N.Q.Çernişevski göstərir ki, biz ən gözəl şeyi təmannasız olaraq sevirik, ondan zövq alırıq, onu bizə əziz olan bir adam kimi sevirik. Gözəllikdə nə isə bizim qəlbimizə yaxın, əziz olan bir şey var.

Bizim estetik hisslərimiz həmişə bu və ya digər maddi tələbatımızın ödənilməsi ilə bilavasitə əlaqədar olmur, onlar aclığımıza və ya susuzluğumuzu təmin etməyə, yaxud həyatımızı mühafizə etməyə yönəlmir. Hətta bəzən gözəl musiqi və ya bədii əsərdən alınan estetik hiss, insan aclığı, susuzluğu belə müəyyən müddət unutdura bilir. Dilimizdə işlənən “o qədər gözəldir. Adam istəyir ki, yeməyib-içməyib ona tamaşa etsin” ifadəsi də bunu aydın surətdə göstərir. Məs., meyvələr çox canlı və həddən artıq gözəl təsvir etmiş olan hər bir rəssamın əsərinə baxdıqda, adamın ondan xoşu gəlir, onu seyr edərək. Belə gözəllikdən zövq alır, həmin meyvələri yemək barədə isə düşünmür. İnsan gözəllikdən bu mənada təmannasız zövq alır.

Bəzən insanın estetik hissləri əxlaqi hissləri ilə birləşir. Məs., insan bəzən Vətənin təbii mənzərələrindən də gözəl mənzərələrə rast gələ bilər, ondan həzz alar, lakin bir az keçən kimi həmin gözəllik insanın gözündə başqalaşır, sanki Vətən həsrəti hissinin təsiri altında öz cazibədarlığını itirir, adam artıq darıxmağa başlayır, Vətənin boz çölləri belə, insanın nəzərində dəyişir, gözəlləşir, daha cazibədar olur və insanı özünə çəkir.

İnsanın estetik hisslərinə nəinki əxlaqi hissləri, həm də onun dünyagörüşü, yaşadığı ictimai şərait də təsir edir. Bu cəhətdən insanların nəzərində gözəllik meyarı başqa-başqa olur. Nəzərə almaq lazımdır ki, gözəllik və ya çirkinlik haqqında insanların təsəvvürləri nəinki ayrı-ayrı tarixi dövrlərdə, həm də eyni bir dövrdə yaşayan müxtəlif sosial qrupların nümayəndələrində bə başqa-başqa olur.

Zehni hisslər insanın idrak fəaliyyəti ilə əlaqaədar olan, onu ətraf aləmi daha dərindən və ətraflı dərk etməyə yönəldən mürəkkəb hisslərdir. Həmin hisslər təlim prosesində, elmi axtarışlar, eləcə də incəsənətin müxtəlif növləri üzrə yaradıcı fəaliyyət zamanı meydana çıxır. Zehni hisslər insanın zehni, idrak fəaliyyəti prosesində yaranır və onun vasitəsilə törədilir. İnsanın təbiətin sirrlərinə vaqif olmaq cəhdi, bilik əldə etmə meyli müxtəlif hisslər doğurur, həmin hisslər bu və ya əməli məsələnin həlli ilə əlaqədar olur.

Hər hansı bir məsələni həll etmək üçün insan düşündükdə, onda bir sıra zehni hisslər əmələ gəlir. Əgər məsələ mürəkkəbdirsə, aydın deyilsə, çətin həll edilirsə, insan öz həyatında tamamilə yeni bir obyektlə rastlaşırsa, onda həmin cisim ətraflı dərk etməyə təhrik edən təəccüb hissi özünü göstərir. Mürəkkəb fikri məsələ həll edildikdən sonra insan həmin dəqiqə vəzifəsini bitmiş hesab etmir, alınmış cavabın, həllin gedişinin doğru olub-olmaması üzərində düşünməyə başlayır, bu zaman insanda şübhə hissi əmələ gəlir. Bu şübhəni aradan qaldırmaq üçün adam öz nəticələrini yenidən yoxlayır. Əgər məsələnin düzgün həll edilməsinə inanırsa, bu zaman şübhə hissi öz yerini inam hissinə verir. Beləliklə də şübhə, təəccüb, inam, fəhm, yenilik, heyrət hissləri zehni hisslər hesab olunur. Çünki həmin hisslər insanın zehni fəaliyyəti zamanı əmələ gəlməklə onu daha geniş miqyasda axtarışlar aparmağa, obyektiv aləmin qanunauyğunluqlarını kəşf etməyə, cisim və hadisələr arasında az nəzərə çarpan əlaqələri aşkar etməyə təhrik edir.



Platon və Aristotelin fikrincə, hər cür fəlsəfənin başlanğıcı təəccübdür. Onların bu sözündə böyük məna var və buradan həmin hissin nə dərəcədə böyük idrak əhəmiyyətinə malik olduğu aydınlaşır. Çünki insan təəccübləndikdə onu heyrətə gətirən, çox ciddi axtarışa, idrak fəaliyyətinə təhrik edən, həqiqəti müəyyənləşdirməyə sövq edən mühüm zehni hiss şübhə hissidir. İ.P.Pavlov göstərirdi ki, elmi fikirlərin məhsuldar olması üçün insan gərək daima məsələlərə şübhə ilə yannaşsın və özünü yoxlasın. Belə olduqda real varlıq daha dərindən dərk edilmiş olar. Bununla da insanın xarici aləmi yaradıcı surətdə dəyişməsinə imkan yaranır. Yəni insanın idrakı getdikcə dərinləşir, cisim və hadisələrin mahiyyətini, onlar arasındakı qanunauyğun əlaqə və münasibətləri daha ətraflı əks etdirmiş olur.


Yüklə 125,95 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin