AZƏrbaycanda



Yüklə 2,01 Mb.
Pdf görüntüsü
səhifə9/23
tarix18.01.2017
ölçüsü2,01 Mb.
#5809
1   ...   5   6   7   8   9   10   11   12   ...   23

 
4. Sənət yeniliyi 
 
Bu satiranı yüksəldən cəhətlərdən biri də Sabirin sənətkarlıqda 
sərbəst və yeni yollarla getməsi, özünəməxsus orijinal üslub 
yaratmasıdır. Sabir eruz ilə yazmışdır. Qafiyələr, rədiflər kimi 
min ildən bəri məlum və dəbdə olan vasitələri işlətmişdir. Ancaq 
mövzularımın yeniliyi, əlvanlığı  şairin bədii təfəldcürünə,  ədəbi 
vasitələrinə  də çox böyük təsir bağışlamışdır.  Şair klassik şeirin 
qəlib şəkli almış köhnə normalarını 
 
                                                 
1
 
M.Ə.Sabir. Hophopnamə, Bakı, 1922, səh.152. 
 

 
149
dağıtmış, şeirə yeni, canlı danışıqdan gələn bədii ifadə vasitələri 
gətirmişdir. Sabirin qoşması, mürəbbey, müxəmməsi çox zaman 
özündən  əvvəlkilərə oxşamır. Bu janrlar şairdə yeni məzmunla 
yanaşı, yeni reng, müasir şəkil almışdır. 
Məsələn, marş şəklini alaq. Hamımıza məlumdur ki, bu, lirik 
qəhrəmanlıq janrıdır. Bu şəkildə insanın ruh yüksəkliyi, hərəkət, 
əzm, dözümlülük tərənnüm edilməlidir. Burada bir adamın yox, 
kollektivin, bütün cəmiyyətin fikir və duyğuları ifadə olunur. 
Ancaq Sabir "Qocalar marşı" adlı bir şeir yazmışdır. Burada 
nəinki yüksək duyğular tərənnüm olunmur, hətta müsəlman 
qocalarının çirkin adət və iştəhası çox məharətlə, bütün gücü ilə 
satirik güzgüdə göstərilir: 
 
Bir qocayam, çaq nər kimiyaşaram,  
Dörd arvadı bir-birinə qoşaram,  
Bir ildə üç-dördün alıb boşaram,  
Qoca kimi yalqız yatmaz...m. 
 
*   *   * 
Barmağıma əqiq üzük taxaram,  
Saqqalıma çox-çox xına yaxaram,  
Həryerdə bir arvadgörsəm baxaram,  
Qoca kimi yalqız yatmaz. ..m!
1
 
 
Bu  şeirin marş ilə  nə  qədər  əlaqəsi varsa, həmin qocanın da 
həqiqi, insani hisslərlə bir o qədər əlaqəsi vardır. 
Sabir satirasında bir sıra yeni və gözəl üsullar vardır. 
Cahil adamın özünü dindirmək üsulu. Molla, bəy, qoca, şah, 
avam qadın bu üsul ilə ifşa olunur. Bu adamlar öz cahil və avam 
fikirlərini bir həqiqət kimi qələmə vərməyə çalışırlar, ona görə də 
gülünc görünürlər. 
 
                                                 
1
M.Ə.Sabir. Hophopnamə, Bakı, 1922, səh.161. 
 

 
150
60 yaşında bir kişi küçədə çilingağac oynasa, nə qədər gülünc 
görünər? Yaxud 7 yaşında bir uşaq çiyninə Xorasan kürkü salıb, 
təsbeh çevirsə nə qədər gülünc olar? Bu təşbehi ictimai səhnələrə 
gətirəndə Sabir çox qüvvətli lövhələr yaradır. Məsələn, bir şairin 
cahil arvadı ərinin kitab ilə, yazı ilə məşğul olmasına böyük bir 
qəbahət kimi baxır. Təzək yapmağı, atasının çul-çuxasını 
bitləməyi gözəl bir məişət qaydası kimi qələmə  vərmək istəyir. 
Ona görə də gülünc görünür: 
 
Nə bilirdik nə zəhirınardı kitab?  
Biz olan evdə hacan vardı kitab?  
Büsbütün gül kimi insanlarıdıq,  
Nə müəlim və nə dərs anlarıdıq;  
Dəftərin andıra qalmış sözünü  
Eşidib, görməmiş idik üzünü.
1
 
 
Tip, öz sözləri ilə ifşa olunur. Tipin sözü şair üçün bir 
xasiyyətnamə vasitəsidir. "Ax necə kef çəkməli  əyyam idi", 
"Pul", "Əkinçi", "Fəhlə", "Satıram", "Uşaqdır", "Oxutmuram, əl 
çəkin" və s. başqa şeirlər bu üsulla yazılmışdır. 
 
5. Kinayə və istehza ilə təsvir 
 
Burada obyekt ətraflı təsvir olunur, ancaq bu təsvir müstəqim 
mənalı sözlərlə yox, məcazi ifadələrlə, kinayə, mübaliğə ilə 
verilir.  İfadənin quruluşundan, üslubundan məlum olur ki, şair 
müraciət etdiyi adamlara, hadisələrə gülür: 
 
Ol gün ki, sənə xaliq edər lütv bir övlad,  
Olsun ürəyin şad -  
  
                                                 
1
 
M.Ə.Sabir. Hophopnamə, Bakı, 1922, səh.129. 
 

 
151
misraları ilə başlayan şeirində Sabir, cahil bir müsəlman qadınına 
müraciət edir. Onun avam, məhdud və gülünc tərbiyə qaydalarını 
kinayə ilə  tərifləyir. Eyni üsul ilə  də "Yat qal dala" şeiri 
yazılmışdır. 
 
Tərpənmə, amandır, bala, qəflətdən ayılma!  
Açma gözünü, xabi-cəhalətdən ayılma!  
Laylay, bala, laylay  
Yat, qal dala, laylay!
1
 
 
Burada da istehza yolu ilə  tənbəlliyin, qəflətin necə hökm 
sürdüyü göstərilir. 
"Qaç, oğlan! Qaç, atbasdı! Millətgəlir!"  şeirində  zəmanə 
ziyalılarının, millət adından danışan, lakin iş görınəyən 
oxumuşların "fəaliyyəti" kinayə ilə mədh olunur: 
 
Neçə əsrdir indi bilehtimam,  
...Qoçaq, əlləşib, çarpışıb sübhü şam,  
...Edib aləmə bəxşi-heyrət, gəlir!  
Qaç, oğlan! Qaç, at basdı! Millət gəlir!
2
 
 
"Tömeyi-nahar"  şeirində varlılardan kömək uman ac 
kəndlilərin ağır vəziyyəti kinayə ilə  təsvir olunur. Cəmiyyəti-
xeyriyyələrin, dövlətlilərin aclara ianə toplamaq vədlərinin boş 
və  nəticəsiz söhbət olduğunu göstərən  şair kəndliləri ac toyuğa 
oxşadır. Onların  şirin xəyallarına qarşı istibdadın amansızlığını 
belə göstərir: 
 
Hinində daldalanma çox, həyətdə də dolanma çox,  
Yeyəndəki bıçağa bax, o tiği-abidarı gör
3
... 
                                                 
1
 M.Ə.Sabir. Hophopnamə, Bakı, 1922, səh.33. 
2
 Yenə orada, səh.35. 
3
 Yenə orada, səh.68. 
 

 
152
Sabir bu şeirində  kəndli ilə mülkədarın vəziyyətini müqayisə 
edir. Kəndli xəyal aləmindədir; mülkədar isə kef aləmində. 
Kəndli acdır, mülkədar plov və qayqanağ yeməklə  məşğuldur. 
Kəndli ianə gözləyir, mülkədar cibini doldurmaqla məşğuldur. 
Beləliklə,  şair oxucusunu sayıq salmaq istəyir, yalan vədlərdən 
uzaqlaşdırmağa çalışır. 
 
6. M.Ə.Sabirin taziyanələri 
 
Avropa  şeirində epiqram deyilən taziyanələr bizim şeirimizə 
ancaq Sabir tərəfindən gətirilmişdir. 
Taziyanə janrında müəyyən obyektə qarşı çox kəskin 
məzmunlu dörd misra deyilir. Məzmunu etibarilə bu şeiri rübai 
ilə müqayisə etmək olar. Lakin rübaidə  fəlsəfi məna ifadə 
edilirsə, burada acı gülüş, tənqidi bir fikir ifadə olunur. 
"Dəryada qərq olan insanların yetimlərinə  təsəlli" sərlövhəsi 
ilə yazdığı taziyanədə belə deyilir: 
 
İkiyuz qərq olan iranlıların,  
Qiymətin bildi əcəb konsulumuz.  
İstədi "Merkuri"dən yüz qırx min,  
Ay yetimlər, sevinin, var pulunuz.
1
 
 
Bu taziyanə  həm konsula, həm "Merkuri"yə vurulan satira 
şallağıdır. 
Bəzən taziyanələr qitə  şəklində, altı  və daha çox misradan 
ibarət olur. Aşağıdakı misralar buna misal ola bilər: 
 
Dindirir əsr bizi, - dinməyiriz,  
Atılan toplara diksinməyiriz;  
Əcnəbi seyrə balonlarla çıxır,  
Biz hələ aftomobil minməyiriz; 
                                                 
1
M.Ə.Sabir. Hophopnamə, Bakı, 1922, səh.291.  

 
153
Quş kimi göydə uçar yerdəkilər,  
Bizi gömdü yerə minbərdəkilər!
1
 
 
7.Balaca canlı səhnəciklər 
 
Balaca, canlı həyat səhnəcikləri yaratmaq da Sabir satirasının 
gözəl bir üsuludur. 
"Yeni və köhnənin söhbəti", "Əhvalpürsanlıq, yaxud 
qonuşma" şeirləri bu üsul ilə yazılmışdır. 
"- Nə xəbər var, məşədi? 
- Sağlığın! 
- Az-çox da yenə? 
- Qəzet almış Hacı Əhməd də... 
- Pah! Oğlan, nəmənə? Sən özün gördün alanda?
2
"  
Burada bir cahilin qəzetə və qəzet oxuyanlara qarşı nifrəti çox 
gözəl ifadə edilmişdir. Şair elə bir gözəl vəziyyət yaratmışdır ki, 
söhbət edən iki həpəndin axmaqlığı özü-özünə aşkar olur. Bunları 
təsvir üçün canlı mükalimədən başqa vasitə, rəng lazım deyildir. 
 
8.Gülüşün ciddi şeirlərdə 
ciddi ruhda vərilməsi 
 
Bizə məlumdur ki, satira hər şeydən əvvəl istehza və kinayəyə 
əsaslanır. Düşmənin  ən alçaq və  ən çirkin xasiyyəti kinayəsiz 
təsvir edilsə, satira əmələ  gəlməz, ancaq məzəmmət, nifrət hissi 
vərilə bilər. Belə əsərlərdə müəllif müstəqim sözlər və ifadələrlə 
təsvirini davam etdirir. Sabir şeirində isə elə bir qüvvət vardır ki, 
bəzən ciddi şeirin özündə qüvvətli satira  
                                                 
1
 
Yenə orada, səh.289. 
2
 M.Ə.Sabir. Hophopnamə, Bakı, 1922, səh.238. 

 
154
bir ünsür kimi iştirak edir. Məsələn,  şairin «Nə yazım?»  şerinə 
baxaq. Bu şer belə başlanır: 
 
Şairəm, çünki vəzifəm budur əşar yazım,  
Gördüyüm nikü bədi eyləyim izhar, yazım. 
 
Tamamilə ciddi planda yazılmış bu gözəl  şeirdə müasir 
cəmiyyətdə, mədəni dünyada qələm sahibinin, şairin vəziyyəti, 
vəzifəsi göstərilir. Həmin bu misraların ardınca  şair ifadəsinin 
ahəngini dəyişərək birdən-birə satiraya keçir: 
 
Niyə bəs böylə bərəldirsən, a qare, gözünü?  
Yoxsa bu ayinədə əyri görürsən özünü?!
1
 
 
Bu iki misra ilə gözümüz qarşısında şeirdən, şairdən, qəzetdən 
qorxan mürtəce, köhnəpərəst bir tip canlanır. Şair bu tipin geniş 
təsvirini vərməmişdir. Xasiyyətnaməsi də bizə  məlum deyildir. 
Nə zahiri, nə fıkri vəziyyətini bilmirik. Ancaq şair onun gözünü 
bərəltdiyini bizə söyləyir. Bu, güclü bədii satirik cizgidir. Həmin 
əlamətlə mənfi tipin portreti xəyalımızda canlanmış olur. Bu elə 
bir tipdir ki, müasir şeirin və mətbuatın tənqid hədəfi ola bilər. O, 
özünü tənqid aynasında görməkdən isə  qəzəblənir, gözü bərəlir. 
Həmin üsulu biz şairin öz vətəndaşlarına,  şirvanlılara xitabən 
yazdığı məşhur şeirində görə bilirik: 
 
Əşhədü billahi Əliyyüləzim,  
Sahibi-imanəm, a şirvanlılar!  
Yoxyeni bir dinə yəqinim mənim,  
Köhnə müsəlmanam, a şirvanlılar!
2
 
                                                 
1
M.Ə.Sabir. Hophopnamə, Bakı, 1922, səh. 225.  
2
 Yenə orada, səh.6. 
 

 
155
Şirvanın və ümumiyyətlə Azərbaycanın fanatikləri bütün 
münəvvər fıkirlilərə qarşı, o cümlədən Sabirə qarşı çox vəhşi 
rəftar edirdilər. Sabiri xalq arasında hörmətdən salmaq üçün onu 
dinsiz, müsəlmanlıqdan çıxmış adlandırırdılar. Sabir fanatiklərin 
öz mühakimələrinə  əsaslanaraq bu hücumun xasiyyətnaməsini 
verir. O, göstərir ki, mən müsəlmanam, ancaq fanatik deyiləm. 
Sabir fanatizmin Azərbaycanda törətdiyi bütün çirkin fəlakətləri 
sayır.  Şeirin ümumi məzmunundan məlum olur ki, Sabir hər 
şeydən  əvvəl bir vətəndaşdır, özü də çox böyük vətəndaşdır. 
Onun hər misrasında, ifadəsində xalqın, vətənin, millətin inkişafı 
uğrunda çırpınan böyük bir qəlb görünür. Şirvanlıların hamısı isə 
hələ bunu dərk edə bilməmişdir. Odur ki, bu şeirdə biz həm 
şikayətli, təəssüfli bir lirika, həm də güclü və əzəmətli bir satira 
ruhu görürük. 
 
9. Xalq məsəllərindən, danışıq dilinin 
 zənginliklərindən istifadə üsulu 
 
M.Ə.Sabir satirasının səciyyəvi cəhətlərindən biri də bu idi. 
Şair obyektinə hücum etmək istəyəndə xalqı, yüz minlərlə oxucu 
kütləsini dalınca aparır və ona arxalanırdı, xalq zəkasının silahı 
ilə silahlanır, hamıya aydın olan söz, ifadə və surətlərlə danışırdı: 
 
Oğul mənimdir əgər, oxutmuram, əl çəkin! 
Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!
1
 - 
 
- misraları ilə başlayan  şeirdə xalis Azərbaycan sözləri 
işlədilmiş, birinci dəfə olaraq danışıq dilinin bu əlvan ifadəsi 
şeirə gətirilmişdir. Sabir şeirindəki dil sadəliyi, ifadə təbiiliyi heç 
vaxt məzmun dayazlığından irəli gəlmir. Əksinə, ideyanın 
                                                 
1
 
M.Ə.Sabir. Hophopnamə, Bakı, 1922, səh.198. 
 

 
156
ümumxalq ideyası olmasından, fikrin yüz minlərlə camaata 
doğma olmasından irəli gəlir. Sabir bədii dil sadəliyini ayrı-ayrı 
sözlərlə vərmir. Onun ifadə xüsusiyyəti üslubu, şer dili belədir. 
 
Nə soxulmusan araya, a başı bəlalı fəhlə?  
Nə xəyal ilə olubsan belə iddialı, fəhlə?!
1
 
 
Buradakı söz, ifadə  və  tərkiblərin hamısı canlı xalq dilindən 
alınmışdır. 
Sabirə  qədər heç bir şairdə canlı xalq dilinin, bu tükənməz 
xəzinənin qüdrətini tapmaq mümkün deyil. Sabirin şeirimizdə 
böyük xidmətlərindən biri də danışıq dili ilə kitab dili arasındakı 
çərçivəni vurub yıxmaqdan ibarətdir. Sabirə qədər kağıza, yazıya 
düşmək üçün ən çox qəliz ifadələr seçilərdi. Şairin danışıq dilini 
şeirə gətirməsi ədəbiyyatda böyük bir kəşf oldu. 
Bu xüsusiyyət şairə yüz minlərlə camaata müraciət etmək, öz 
xalqının geniş kütlələri ilə danışmaq imkanı vərdi. 
 
M.Ə.Sabir və sənət 
 
Azərbaycan klassiklərinin yaradıcılıq təcrübələri zəngindirsə, 
nəzəri xəzinəsi nisbətən yoxsuldur. Yəni ən böyük şairlərin belə 
sənət və şeir nəzəriyyəsinə aid xüsusi əsərləri yoxdur və ya yox 
kimidir.  Əlbəttə, bunun səbəbi vardır. Keçmişdə  Şərq aləmində 
nəzm, qafiyəli yazı  əsas ifadə üsulu olmuşdur.
2
 Azərbaycanın 
klassik şairləri sənətin təcrübəsini nəzəriyyəsindən  ayırmamışlar.   
Mülahizə  yürütməkdənsə 
  
                                                 
1
 M.Ə.Sabir. Hophopnamə, Bakı, 1922, səh.142. 
2
 Hətta ərəb və fars məktəblərində son əsrə qədər dərs kitabları, lüğətlər 
də nəzm ilə tərtib olunmuşdu ("Tərəssül-Nisab" və s.). 
 

 
157
yürüdüləcək mülahizələrin məzmununu  şeirə, nəzmə  çəkmişlər. 
Biz şeir, ədəbiyyat məsələlərinə aid qiymətli fikir və hökmləri də 
şeiri yaradan adamların bədii əsərlərində daha çox görürük. Yeni 
ədəbiyyata qədər yaşayıb yaradan bütün böyük şairlərin (Nizami, 
Füzuli və s.) əsərlərində sənət və şeir nəzəriyyəsinə aid hökmlər 
vardır ki, bu hökmlər həmin müəlliflərin sənətinin nəzəri 
əsaslarını təşkil etməkdədir. O zaman, ədəbiyyat və sənət elminin 
lazımınca inkişaf etmədiyi bir dövrdə hər bir şeirə özü-özlüyündə 
həm də nəzəri cəhətdən yanaşılırdı. 
Sabirin zəmanəsi belə deyildi. XX əsrin  əvvəllərində 
Avropada olduğu kimi Şərqdə, o cümlədən, Azərbaycanda da 
ədəbi tənqidi nəzəriyyə  məsələləri canlanmaqda idi. Əsrimizin 
əvvəllərində Firidun bəy Köçərli, Uzeyir Hacıbəyov,  Əlibəy 
Hüseynzadə, Abbas Səhhət, Abdulla Tofiq və s. müəlliflərin 
məqalələri
1
 şeirə və ədəbiyyata olan baxışın dəyişdiyini və şeirdə 
yenilik tələb olunduğunu göstərirdi. Bu yenilik hissi bir çox 
müəlliflərdə var idi. 
M.Ə.Sabir yeni şeir ehtiyacını hamıdan gözəl duyduğu üçün 
qəzəldən əl çəkib, satiraya keçmişdir. Sabirin şeirə və sənətə olan 
tələbini hər  şeydən  əvvəl onun şeirlərindən öyrənmək olar. 
Xüsusilə "Nə yazım", "Şəkibai", "Təraneyi-şairanə", "Söz" 
şeirlərində şair, demək olar ki, bədii dil ilə öz baxışlarını, şeirə və 
şairliyə olan münasibətini ifadə etmişdir. "Şairlərimizə  nəzirə" 
qeydi ilə vərilən "Dilbər" əsərindən Sabirin köhnə şeir üslubuna 
güldüyü və bu üslubu vaxtı keçmiş hesab edib pislədiyi bizə 
məlumdur. Burada Sabirin bəyənmədiyi nədir? 
Hər  şeydən  əvvəl həyatdan, həqiqətdən uzaqlıqdır. Deməli, 
Sabir şeirdə realizmin, həqiqətpərəstliyin tərəfdarıdır. M.P.Vaqif 
də həyatiliyi üstün tutmuş, təbliğ etmişdir. Onun 
 
                                                 
1
 "Şərqi-Rus", 1903-1904, "Həyat", 1905-1906. 
 

 
158
da təsvirləri həqiqi, təbiidir. Ancaq Sabir şeiri günün siyasi 
tələbləri səviyyəsinə qaldırmağı  tələb edir. Sabir elə bir həqiqət 
təsvirini sevir ki, bu təsvirdən xalq, ictimai aləm, azadlıq üçün 
çarpışanlar xeyr görsün. Bunun üçün də Sabir şeirə  həyatın 
"güzgüsü" kimi baxır. 
Sabirin fikrincə  şair varlığı, həyatı, hadisələri düzgün, 
obyektiv və  cəsarətlə  təsvir etməlidir.  Şairin  ən böyük vəzifəsi 
gördüyü "nikü bədi izhar eləmək"dir: 
 
Şairəm, çünki vəzifəm budur əşaryazım,  
Gördüyüm nikübədi eyləyim izhar, yazım.  
Günü parlaq, günüzü ağ, gecəni tar yazım,  
Bədibəd, əyrini əyri, düzü həmvar yazım. 
 
Niyə bəs böylə bərəldirsən, a qare gözünü?  
Yoxsa bu ayinədə əyri görürsən özünü?
1
 
 
Şair hər şeydən əvvəl ictimai xadimdir. O, xalqın görən gözü, 
eşidən qulağı, danışan dilidir. Onun ayıq tənqidi hər bir tənqiddən 
güclü və təsirlidir. Bu nöqteyi-nəzərdən Sabir böyük mütəfəkkir 
M.F.Axundovun tənqid haqqındakı mülahizələrinə qoşulur. 
M.F.Axundov da bədii tənqidə çox böyük məna vərərək, onu 
başqa üsullardan üstün tutur. Ədəbiyyatı bir "ibrət güzgüsü" 
sayırdı. 
Sabirin  şeir,  ədəbiyyat aləmində  qəzəblə yad etdiyi adamlar 
"riya"  şairləri, varlıları yaltaqcasına tərif edən, beləliklə, yalnız 
özlərini deyil, şeiri və  sənəti də alçaltmağa çalışan  şairlərdir. 
Sabir "puldan ötrü yalan mədhiyyələr yazan"lara nifrət edir, 
özünün bu qism qələm sahiblərindən uzaq olduğunu iftixarla 
söyləyir: 
                                                 
1
 M.Ə.Sabir. Hophopnamə, Bakı, 1922, səh.225. 
 

 
159
Şeir bir gövhəri-ekdaneyi-ziqiymətdir,  
Salmaram vəsfi-düruğ ilə onu qiymətdən.  
Deyərəm həcv, sözüm doğru, kəlamim şirin,  
Əhli-zövqə vərərəm nəşə, bu xoş şərbətdən.
1
 
 
Sabir "Təraneyi-şairanə" adlı məsnəvisini əsasən şeirə, sairlik 
sənətinin vəsfinə  həsr etmişdir.  Şairlik, Sabirin fikrincə  ən 
yüksək vətənpərvərlikdir, xalqa xidmət, həqiqət carçısı olmaq, 
adamları  ədalətin doğru yoluna çağırmaqdır. Bu, yüksək və 
müqəddəs məslək yoludur. Bu yolda ölüm də, fəlakət də xoşdur. 
Çünki  şair "gedərsə  də  məramı yenə dünyadə yaşar". Bu yolun 
həqiqi yolçusu ən böyük xalq, millət və  bəşəriyyət xadimidir. 
Sabir şairliyə məhz belə yüksək məslək işi kimi baxmış, özü də 
bütün fəaliyyəti ilə böyük məslək adamı olmuşdur. 
"Söz" Azərbaycan  ədəbiyyatında bütün böyük şairlərin 
mövzusu olmuşdur. Onlar sözü gövhər, dürr kimi yüksək 
qiymətləndirmiş, yalnız  şeirdə deyil, hər yerdə  və  hər zaman 
sözün hörmətini vacib bilmişlər. Sabir də eyni yol ilə gedərək 
sözə "Xurşidi-səmavat" deyir. Onun fikrincə, "Kamal 
sahiblərinin gözünə  işıq vərən, gülşəni-nasutə feyzlər vərən 
həqiqət nuru" sözdür. Əlbəttə ki, Sabir burada doğru sözdən, 
xüsusilə şeirdəki sözdən - sənət sözündən danışır. 
Söz bəşəriyyətə zövq, tərbiyə, feyz vərən, insanlığı daima 
yüksəlməyə çağıran bir qüvvət və qüdrətdir. Onun yaradıcıları, 
onun sahibkarları  hər kəsdən  əvvəl  şairlər, bədii idrak 
ustadlarıdır. Odur ki, sözün yüksək məna və mövqeyini 
gözləməyən qələm sahiblərinə  nəinki  şairlik adı, hətta insanlıq 
adı belə yaraşmır. 
Sabir də Füzuli kimi oğru  şairlərdən  şikayətlənmişdir.  Şeiri, 
sənəti şöhrətə satanları, mənəviyyatın bu pak və saf səmasını  
                                                 
1
M.Ə.Sabir. Hophopnamə, Bakı, 1922, səh.3. 
  

 
160
ləkələyənləri Sabir dərin nifrətlə yad etmişdir.  Şer oğrularına 
qarşı yazdığı bir qitədə Sabir türk şairi Nəfmin məşhur kəlamını 
təkrar edir: 
 
Sirqəti şeir edənə qəti-zəban lazımdır
1

 
M.Ə.Sabir və  
tərbiyə məsələləri 
 
M.Ə.Sabir yalnız məktəbdəki fəaliyyəti ilə yox, şeirləri, 
yaradıcılığı ilə  də bir müəllim olmuşdur. Onun şeirlərində 
məktəb, təlim-tərbiyə, uşaqların taleyi, ailədə  uşaqlara olan 
qayğı, valideynin vəzifəsi mühüm mövzulardan olmuşdur. Sabir 
dönə-dönə bu mövzulara qayıtmış, onları üç üsul ilə  işləmişdir: 
satira ilə, lirika ilə, mahnı sənəti ilə. 
Sabir satirasında köhnə müsəlman ailəsinə qarşı çevrilən 
tənqid, Azərbaycanda heç bir zaman və heç bir şair tərəfindən 
yazılmamışdır.  Şair "Ol gün ki, sənə xaliq edər, lütf bir övlad, 
olsun ürəyin şad" misrası ilə başlayan şeirində köhnə müsəlman 
ailəsinin avamlığını, övlada əmlaka olan münasibət kimi 
baxıldığını çox möhkəm tənqid edir. "Oxutmuram əl çəkin!", 
"Vah bu uşaqlar necə bəzzatdılar", "Bəhri-təvil", "Hara gedir bu 
uşaqlar bu boyda - bu boyda", "Köhnə  və tazə", "Oğlum", 
"Uçitellər", "Üsuli-cədid", "Qoyma gəldi", "Dilənçi", "Nədamət 
və  şikayət", "Bu əməldən ucalarsan", "Uşaqdır" və s. bir çox 
satirik şeirlərdə köhnə ailə, məişət, övlada, gənc nəslə olan nadan 
münasibət rəngin və  zəngin boyalarla təsvir olunmuşdur. Bu 
əsərləri oxuyanda qarşımızda cahil, nadan olduğu qədər də 
amansız və mütəəssib kərbalayılar, məşədilər, "həpəndlər",  
                                                 
1
 
Şeir oğrusunun dilini kəsmək lazımdır. 
 

 
161
"xanbacılar", "sənəm xalalar", iyrənc simaları ilə canlanırlar. 
Çoxdan ölüb getmiş bu "həşərat" aləminin hətta bir həqiqət 
olduğuna belə  çətin inanmağımız gəlir. Dərin düşünəndə isə 
Sabirin və onun kimi bir çox şair və ictimai xadimin həmin bu 
həşəratın əhatəsində çalışmağa məcbur olduğunu və ona görə də 
ağlagəlməz çətinlik və  fəlakətlərə  məruz qaldığını görürük. 
Sabirin təsvir etdiyi köhnə aləmdə, köhnə ailədə  uşaq yazıqdır, 
bədbəxtdir, talesiz və məhkumdur. O, cəhalətin qurbanıdır. 
"Küçədə, bazarda öz qəsdinə iqdam edərək, hər günü bayram 
edərək, günləri axşam edərək, xoşladığın tək dolanıb, gəzməyinə 
razı olub, mən səni bir sənətə  də qoymamışam, hər gecə, hər 
yerdə qonaq qalmağını, zövqü səfa almağım, zurnaqaval 
çalmağını xoşlamışam, öz başma boşlamışam, həmd xudayə ki, 
olubsan belə qüvvətli, məhəbbətli,  şücaətli cavan, şiri-jəyan, 
bəbri-bəyan. Vəqt o zamandır dəxi bundan belə bir ad çıxarıb, iş 
bacarıb, ilxı qovub, mal aparıb, dəhrə qiyamət qoparıb, yolları 
məsdud eləyib, sən məni xoşnud eləyib, adəti quldur olasan, yol 
vurasan, əl qırasan...".
1
 
Çirkin, gülünc arzularla övlad böyüdən cahil atanın "tərbiyə" 
üsulları belədir. O, yalnız pulunu, malını, vaxtını deyil, hətta 
"imanını, insafını vicdanını" da sərf edib bəslədiyi oğlunu quldur, 
yol kəsən, qoçu, adam öldürən eləmək istəyir. Bu kişinin qadını 
da özü məsləkdədir. O da bir ana olaraq övladını "söyüş-
döyüş"də böyütmək istəyir: 
Nə ədəb vaxtıdır, qoy söysün, uşaqdır uşağım! 
Belə valideynin təsirində böyüyən uşaq əlbəttə ki, quldur, ya 
qoçu olacaqdır. Belə ailədən çıxan uşağı nə məktəb, nə təşkilat, 
nə  də ictimai həyat düzəldə bilər. Buna görə  də Sabir tərbiyə 
məsələlərini məhz ailədə, uşaq ana qucağında olarkən doğru 
istiqamətdə aparmağı vacib bilir. Şair yeni, 
 
                                                 
1
 
M.Ə.Sabir. Hophopnamə, Bakı, 1922, səh.55. 
 

 
162
sağlam, gözüaçıq, mədəni insanlar yetişdirmək işinə mane olan 
əngəlləri, ailədən tutmuş mövhumat ocaqlarına qədər bir-bir 
göstərmişdir. Bu əngəllərin törətdiyi fəlakətləri saymışdır. 
Sabir tərbiyə  işinə böyük xalq və  vətən işi kimi baxmışdır. 
Mənfur keçmişdən kədərlənən şair, işıqlı gələcəyə ümid bağlamış 
və gələcəyin idealları ilə yaşamışdır: 
 
Ümmətin rəhnüması tərbiyədir,  
Millətin pişvası tərbiyədir,  
Tərbiyətlə keçir ümuri-cahan,  
Hər işin ibtidası tərbiyədir.
1
 
 
Xalqın  ən böyük işi gələcək nəsli yeni, zəmanə ruhunda 
tərbiyə etməkdir. Bütün dövlət,  ədəbiyyat və elm xadimlərinin 
böyük idealları, vətənin gələcək inkişafı  hər kəsdən,  əvvəl 
gənclərdən asılıdır. 
Sabirin bu hökmləri  əbəs yerə deyildi. Minlərcə  fəhlə  və 
kəndli uşaqlarının savadsız, qayğısız, sahibsiz pərakəndə 
böyüdüklərini görən şair əsrin irəli sürdüyü böyük intibah, inkişaf 
vəzifələrini düşünür, bunların icrası uçün oxumuş, ziyalı  və 
himmətli gənclər ordusuna nə  qədər böyük ehtiyac olduğunu 
duyurdu. 
Qadınların çadradan xilas olması, ictimai-mədəni işlərdə  fəal 
iştirakı  məsələsinə  tərəfdar olan və qadın  əsarətinə qarşı atəşin 
şeirlər yazan şair burada da tərbiyə  məsələsini başlıca amil 
sayırdı. Sabirin fikrincə, elmli, gözüaçıq ana heç vaxt tərbiyəsiz 
övlad böyütməyəcəkdir. Qadın anadır, ana isə xalqın mürəbbisi, 
gələcək nəslin müəllimidir! 
"Elmli və elmsiz ana" şeirində  şair bu məfkurəni təbliğ edir. 
Sabir anaları elmə, maarifə, mədəniyyətə çağırır. Bütün 
 
                                                 
1
 
M.Ə.Sabir. Hophopnamə, Bakı, 1922, səh.383. 
 

 
163
zər-zivəri, qızıl-gümüşü, zahiri bəzəkləri, cəvahiratı rədd edərək, 
əsrin, zəmanənin  əsl bəzəyini tərifləyir. Bu əsrin bəzəyi isə 
ədəbli, ağıllı, kamallı, savadlı övladdır: 
 
Bəzək-bəzək ki, deyirlər, cəvahirat deyil:  
Cəvahirat bu gün zinəti-həyat deyil.  
Nədən cəvahirə fəxr eyləsin gərək insan?  
...Həqiqi validənin ən şərəfli bir bəzəyi,  
Ədəbli, süslü çocuqdur, təcəmmülat deyil!
1
 
 
Sabir bu məsələni ayrı-ayrı  fərdlərin işi saymır, Sabir 
uşaqların təlim-tərbiyəsinə ümumxalq işi, böyük siyasi-ictimai iş 
kimi baxır. 
"Çocuq" adlı  şeirində, sərkərdan gəzən, qapı-qapı  əl açıb 
dilənən Azərbaycan balasını görəndə ürəyi yanır, dərin bir 
təəssüflə uşaqlar haqqında olan qayğısızlığı, yetimlər, sahibsizlər 
məktəbinin olmamasını göstərir. Sabir arzu edirdi ki, hər şəhərdə, 
hər kənddə yetimlər, yoxsullar üçün məktəb olsun, balalar 
bəslənsin, oxusun, elm-sənət və hünər sahibi olsunlar. 
Sabir məktəblilər üçün, məktəb həyatını, maarifi, elmi təbliğ 
edən,  əməyi, zəhmət məşğələlərini tərənnüm eden bir çox şərqi 
və mahnılar, təmsillər yazmışdır. ("Məktəb  şərqisi", "Tərğibi-
ətfali-məktəb", "Elmə tərğib" "Cütçü", "Uşaq və buz", "Ağacların 
bəhsi" və s.). Bu parçalarda şair sadəliyə, cümlə  və ifadələrin 
danışıq dilinə yaxın bir üslubda qurulmasına səy etmişdir. 
Təmsillərində  şair Krılov kimi müxtəsər, tutarlı, məzmunlu 
lövhələr çəkmişdir. Xüsusilə  uşaqlara aid olan parçalar əxlaqi 
nəticə ilə bitir, iki misra ilə əsərə yekun vurulur ("Uşaq və buz"). 
Sabir Krılovu diqqətlə oxuyurdu. Hətta əsərlərinin 
                                                 
1
 M.Ə.Sabir. Hophopnamə, Bakı, 1922, səh.296. 

 
164
tərcüməsini böyük ədəbiyyat, mədəniyyət işi sayırdı. Etinasız 
tərcümələri ("İtlər və yolçular") şiddətlə tənqid edirdi. 
Uşaqlar üçün yazdığı şeirlərin üslubu şairin başqa lirik, satirik 
əsərlərindəki üslubdan fərqlənir.  Əgər o əsərlərdə  şair fıkrin, 
hissin kəskin, qatı və əlvan lövhələrlə ifadəsinə çalışırsa, burada 
hər şeydən əvvəl uşaqların marağını oxşamağa, kiçik oxucuların 
ruhən bağlı olduqları hadisə  və  səhnələri canlandırmağa çalışır. 
Təbiidir ki, burada nəsihət, didaktika, tərbiyə  şərtləri ilk sıraya 
keçir.  Şairin bu əsərlərini oxuyanda istər-istəməz ustadı olan 
Seyid  Əzimin oğluna nəsihəti və başqa  əxlaqi mənzumələri, 
Sədinin ibrətli hekayə  və qitələri yada düşür.  Şair "Məktəb 
uşaqlarına töhfə" olaraq yazdığı kiçik xitablarında ata-anaya 
məhəbbəti və xidməti tövsiyə edir. Ata-ananın övlad üçün 
çəkdiyi zəhmətləri, övladın bunun müqabilində  nə  qədər 
minnətdar olduğunu xatırladaraq,  şair uşaqları valideynə itaətə 
çağırır. Eyni tövsiyə dili ilə  şair gənc nəsildə  əməyə, zəhmətə 
olan hissi, həvəsi artırmaq istəyir. 
Səadət ancaq əməkdədir. Çalışanlar xoşbəxt olurlar. Şair bu 
fıkri elə sadə, aydın, maraqlı  və  uşaq zövqünə uyğun bir dil ilə 
təsvir edir ki, oxucu təsirlənməyə bilməz: 
 
Ey uşaqlar, uşaqlıq əyyamı, - 
Gələn əyyamın ondadır kami. 
 
*   *   * 
Kim ki, qeyrətlə zəhmətə alışar,  
Kəsbi-ürfanə ruzü şəb çalışar,  
Zəhməti mayeyi-səadət olar,  
Yaşadıqca həmişə rahət olar. 
 
Kim ki, tənbəlliyə məhəbbət edər,  
Daim əyləncələrlə ülfət edər, 
 

 
165
Keçirir vəqtini cəhalət ilə, 
Bütün ömrü keçər səfalət ilə.
1
 
 
Uşaqlar üçün yazılan bu şeirlərin ahəngi səlis, musiqisi oynaq, 
vəzni qısadır. "Uşaq və buz", "Yaz günləri" mənzumələrində 
müxtəsər, yığcam  əhvalatlarda dərin məzmun və unudulmaz bir 
hikmət ifadə edilir. 
 
Yüklə 2,01 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin