AZƏrbaycanda


Yetdin yetənə, yetməyənə bir təpik atdın



Yüklə 2,01 Mb.
Pdf görüntüsü
səhifə12/23
tarix18.01.2017
ölçüsü2,01 Mb.
#5809
1   ...   8   9   10   11   12   13   14   15   ...   23

 
Yetdin yetənə, yetməyənə bir təpik atdın, 
Vicdanını, imanını bircə pula satdın,  
Şeyxi, qazını, xanı, bəyi bir-birə qatdın,  
İcma eləyib qıldılar axır sənə nifrət
 
***** 
Tutdun yaxasından Bakının, həftədə yazdın,  
Milyonçu, zavodçu demədin, beynini qazdın,  
"Uprava ", "qlasnı" bağırıb kefləri pozdun,  
Saldın Bakıya həftədə bir şuri-qiyamət
1

 
Şairin düşmənləri də  həmin  şeyxlər, qazılar, xanlar, 
milyonçular, "uprava" və "qlasnı"lardır. Qüvvətli satira da 
bunlara qarşı çevrilmişdir. Şairin təsvirində, bəylər, xanlar və çar 
məmurlan nədirsə, guya "xalq adından" seçilən nümayəndələr də 
o sifətdədir. 
Mollanəsrəddinçilərin dildə sadəlik və  təbiilik uğrunda 
apardığı mübarizədə Qəmküsar da fəal iştirak etmişdir. Əvvəla, o 
özü çox sadə yazmışdır. Onun əsərlərində anlaşılmayan söz yox 
kimidir. Mövzuları kimi dili də canlı və həyatidir. İran inqilabına, 
İran zəhmətkeşlərinin intibahına kömək üçün yazılan  şeirlərin 
oxucusu yəqin ki, nəzərdə tutulmuşdur. 
                                                 
1
 Ə.Qəmküsar. Seçilmiş  əsərləri, səh.24. Nizami adına  Ədəbiyyat  İnstitutunun elmi 
arxivi, inv. №202. 
 

 
199
 
Qəmküsar qəzeti və jurnalı doldurmaq, öz "təşairini" büruzə 
vərmək üçün yazanlardan deyildi. Onun şeirləri çox zaman adi, 
gündəlik, həyati hadisə və vaqiələrin təsvirindən ibarət olmuşdur. 
Şair ürəyinin sözünü demək istədiyi fəhləni, kəndlini, azsavadlı 
cəmaəti nəzərdə tutmuşdur və sadə üslub seçmişdir.  Şair bu 
üslubun müdafiəsini də bacarır. Azərbaycan dilini yad şivələrlə 
korlayanlara qarşı  həcvlər yazmışdır. "Qana bilmədim" adlı 
şeirində "Şəlalə"yə qarşı belə deyir: 
 
Oxudum "Şəlalə"ni hər qədər, 
Budu müxtəsər, qana bilmədim,  
Bu çahşmağım, bu vuruşmağım,  
Bütün oldu hədər, qana bilmədim. 
*  *  * 
Necə basəvaddı mərhəba,  
Onu nəzmə, nəsrə çəkən kişi,  
Deyil anlamaq o məcəlləni,  
Dəxi hər yetən -yetənin işi,  
Ərəbidi, farsıdı, türkidi,  
Qatıb eyləyibdi həlim aşı,  
Məni qıldı mat o siqələr,  
O ibarələri, qana bilmədim
1

 
Qəmküsarın bir sıra lirik parçaları, mürəbbeləri və taziyanələri 
(şair bunları "dəyənək" adlandırmışdır) də vardır. 
Lirik əsərlərində müvəffəq olmasa da, "dəyənəkləri kəsərlidir. 
Burada yalançı vaizlər, savadsız mühərrirlər, xəsis ziyalılar və 
başqalarının əməlləri döyəclənir. A.Səhhətə 
 
 
 
     
                                                 
1
 
Ə.Qəmküsar. Seçilmiş  əsərləri, səh.31. Nizami adına  Ədəbiyyat  İnstitutunun elmi 
arxivi, inv. №202 
 

 
200
məktub halında yazılmış bir parçada şairlərin təkfır olunmasından 
şikayətlənir. 
Qəmküsarın nəsri poeziyasına nisbətən zəifdir.  Şeirində 
gördüyümüz tutarlı müqayisələr, kinayələr, təşbihlər nəsrində ya 
yoxdur, yaxud da məzəsizdir. Nəsr ilə yazılmış felyetonlarından 
"İrəvan səyahətim" adlı  əsəri seçilir. Burada cəhalətdən, din və 
qan  ədavətinin törətdiyi faciələrdən bəhs olunurdusa da, əsər 
bədii səviyyəcə aşağıdır. 
Yerli Naxçıvan ləhcəsinin təsiri də  Qəmküsarın  əsərlərində 
duyulmaqdadır.  İfadə  zəifliyi,  şeirin quruluş  cəhətdən yetkin 
olmaması halları da vardır. Bunların hamısı müəllifin müntəzəm 
təhsil görməməsindəndir. Qəmküsarın  şairlik ilhamına, bədii 
təfəkkürünə  və xüsusilə satira istedadına  şübhə yoxdur. Mirzə 
Cəlil onu "Molla Nəsrəddin" jurnalının fəal  əməkdaşlarından 
sayırdı. 
 
  

 
201
Mirzə Əli Möcüz 
 
(1873-1934) 
 
Tərcümeyi-halı 
 
Mirzə Əli Hacı Ağa oğlu Möcüz İran Azərbaycanının, Güney 
mahalının Şəbüstər qəsəbəsində bir tacir ailəsində doğulmuşdur. 
Möcüzün babası  İstanbula səfər edərmiş. Hətta onun iki böyük 
oğlu (Hüseyn və  Həsən)  İstanbulda yaşayırlarmış. Mirzə Əli ilk 
təhsilini öz vətənində molla məktəbində almışdır. On altı yaşında 
ikən atası  vəfat etmiş, yetim qalan uşağı qardaşları  İstanbula 
çağırmışdılar. Möcüz 16 il İstanbulda yaşamış, tədris ləvazimatı 
satmaqla məşğul olmuşdur.  İstanbul mühiti Möcüzə  təsirsiz 
qalmamışdır. O, vaxtını çoxunu mütaliə ilə keçirmiş,  Şərq 
ədəbiyyatını, müasir ictimai-siyasi mətbuatı  həvəslə izləmişdir. 
Vətənə qayıdandan, öz vətəninin müasir həyatdan çox geri 
qaldığını görəndən sonra öz intibalarını, təəssüratını  şeir ilə 
ifadəyə çalışmışdır. Möcüz vaxı məşhur alim və mütəfəkkir Şeyx 
Mahmud  Şəbüstərinin məqbərəsinə xidmətdə keçirmiş, 
vətəndaşlarının cəhalətdən qurtulması və mədəni həyata çıxması 
üçün çox səy göstərmişdir.  Şəbüstərdə mövhumatçı ünsürlərin 
müqavimətini qıraraq 1932-ci ildə birinci dəfə qız məktəbi açan, 
qadın azadlığını  kəskin və  təsirli sözləri ilə müdafiə  və  təbliğ 
edən Mirzə Əli Möcüz olmuşdur. 
  

 
202
Şeirlərindən göründüyü kimi, Möcüz əsrimizin  əvvəllərindən 
başlayaraq sürətlə inkişaf edən Azərbaycan inqilabi-demokratik 
ədəbiyyatını, "Molla Nəsrəddin"i və Sabir şeirini xüsusi diqqətlə 
oxuyur və sevirmiş. 
Möcüz,  Şəbüstər kimi unudulmuş bir guşədə yaşasa da, 
əsərlərinin müqabilində çox təkfir və təhqirlərə uğrasa da, iradəsi 
qırılmamış, həmişə Sabir cəsarəti və sayıqlığı ilə yazmışdır. 
Məişətin ən xırda məsələlərindən (küçənin palçığı, samavar xərci, 
çiçək və  qızılça xəstəliyindən  şikayət) tutmuş  ən böyük ictimai 
məsələlərə,  ən zəruri siyasi hadisələrə  qədər (Məhəmmədəli  şah 
irticası, varlıların mədəni tədbirlərə qarşı durması, vərgilər, 
birinci dünya müharibəsində Alman imperalizminin törətdiyi 
qırğın və  təcavüzlər) geniş mövzu dairəsi Möcüzün əsərlərində 
xüsusi bir üslub ilə  əks olunmuşdur. Möcüz Cənubi 
Azərbaycanda Sabir ədəbi üslubunu davam etdirən demokratik 
ruhlu, sadə, ana dilində yazan qüvvətli bir xalq şairi olmuşdur. 
Onun bir sıra  şeirləri çap olunmazdan əvvəl ağızdan-ağıza 
yayılmış, şöhrət tapmışdır. 
M.Ə.Möcüz 1934-cü ildə  İranın  Şahrud  şəhərində  vəfat 
etmişdir. 
Yaradıcılığı 
 
Əlimizdə olan əsərlərinə görə M.Ə.Möcüzün yaradıcılığında 
iki istiqamət görürük. Ciddi, qismən də lirikadan ibarət şeirlər və 
satirik-yumorist şeirlər. Lirik əsərlərində şair həm eşq-məhəbbət 
aləmindən danışır, həm də  sırf ictimai mövzularda günün, 
inkişafın tələblərinə müvafiq lövhələr verir. İstibdad, mütləqiyyət 
üsuluna qarşı qoyduğu "cümhuriyyət" üsuli-idarəsini tərifləyir. 
Vətən məhəbbətini, vətəndaşlıq vəzifələrini, ana dilinin tərbiyə, 
mədəniyyət və sənət üçün böyük əhəmiyyətini təbliğ və tərənnüm 
edir, Ömər Xəyyamı 
 
  

 
203
xatırladan, xilqətin, ömrün mənasından danışan,  əcəldən aman 
tapıb "beş-on peymanə içməyi" fürsət bilən rübailər yazır. Möcüz 
şeirlərində  mədəniyyəti, azadlığı  təbliğ edir və  cəhalətdən 
şikayətlənir. O, son bir əsr müddətində Azərbaycanda yetişən 
Xalxalidən, Ləlidən başlamış Sabirə qədər davam edən yumorist, 
istedadlı, güclü və  rəvan təb sahibi olan şairlərin  ən 
istedadlılarından biridir. Möcüz də ustadı Sabir kimi xalq 
hərəkatına həssas və ictimai fəlakətləri dərindən duyan bir şairdir. 
Sabir kimi kəskin siyasi satirası olmasa da, maraqlı və şirin gülgü 
üslubu vardır. "Xəlqi bidar eylərəm" sərlövhəli  şeirini qəzəl 
ədəbiyyatında  şairlərin çox müraciət etdiyi rindlərə  və  tərki-
dünya aşiqlərə məxsus bir əda ilə başlayır: 
 
Neylərsə insan olur asudəxatir hər zaman,  
Qüssəsiz, qəmsiz yaşar? - Etdim sual ustaddan.  
Olma durəndiş çox, dərvişi-əhval ol, - dedi,  
Yox cahanda bir gözəl şey, hərçi bada-baddan.
1
 
 
Bu da həmin dərddir. Bu da Sabirin "görməkdən, 
duymaqdan", yəni həssaslıq üzündən olan dərddir. Əli Nəzminin 
"gözüaçıqlığın məşəqqəti" dediyi də budur. Xalq və  vətən dərdi 
çəkən hər bir qeyrətli vətəndaşın həssaslıq üzündən olan dərdidir. 
Doğrudur, "ustad, şairi hərçi bada-bad", təvəkkül, "səbr eylə" 
fəlsəfəsinə çağırır. Ancaq Möcüz bu çağırışa gedən deyil. Sualın 
özü,  şairin nə  qədər həssas, ictimai məsələləri ürəyinə salan, 
xalqın halını özünə bir dərd edən insan olduğunu göstərir. Bir 
növ "rindanə" başladığı və özünü bir an üçün belə fikir-xəyaldan 
uzaq tutmaq istədiyi bu şeirin özündə  də ictimai dərd və 
ehtiyaclar şairi tərk etmir. Bir neçə misradan son- 
 
                                                 
1
    Mirzə Əli Möcüz. Seçilmiş əsərləri, Təbriz, 1945, səh.41. 
 
 

 
204
ra onun təbi sanki ixtiyarsız olaraq öz əsas məcrasına düşür. Şair 
istibdaddan dad çəkir, sərbazların camaata əzab verməsindən, 
yazıq iranlının "zalım, cəllad məmurlar  əlindən tərki-vətən" 
olmasından danışır:  
 
Çün vurar qamçı başından millətin sərbazlar,  
Türbeyi-Məhmud titrər naleyi-fəryaddan.  
Sat mitilyorğanı, vər sərbazə, qurtar canuvu,  
Ey Tükəzbacı, mürüvvət gözləmə cəlladdan!  
Doydu istibdaddən türkü, firəngü, rumu rus,  
Doymayır bilməm niyə iranlı istibdaddən?
1
 
 
"Ziyarət və  fəlakət" adlı kiçik bir şeirdə Sabirin "Qoca və 
cavan", "İki həpənd", "Tazə  və köhnə"  şeirlərinə  bənzər 
mükalimə ilə  vərilən ibrətli bir lövhə vardır.  Şair bir mərsiyə 
məclisində  əyləşərkən dostu onu "aşağı  əyilməyə, xalqa xarici 
kimi baxmayıb, ağlayanlarla həmrəng olmağa" çağırır. 
Yemək-içməkdən sonra, adamlar dağıldığı zaman eyni 
çağrışla  şair dostuna müraciət edir. Ancaq burada tamam başqa 
mənzərə vardır: 
 
Əbasini götürən eylədi "xudahafiz",  
Yola salırdı qonaqçı bizi nəzakətlə,  
Fənarilər yaxılıb küçə çün işıqlandı,  
Dedim rəfiqə! Bax indi o yanə diqqətlə! 
 
*    *    * 
 
Baxıb nə gördü: pərişan, binəva bir cəm!  
Ayaqyalın, bədən üryan, durublar zillətlə...  
- Rəva deyil baxasan xarici kimi ona sən  
Əbavü salmayasan başına məhəbbətlə... 
 
                                                 
1
 
Mirzə Əli Möcüz. Seçilmiş əsərləri, Təbriz, 1945, səh.38
 

 
205
  
Rəfiq yumdu gözün, tərlədi xəcalətdən,  
Başın aşağı salıb keçdi-getdi sürətlə!
1
 
 
O zaman ki ağlamaq, başa döymək lazım idi, rəfiq buna şərik 
idi, özünü camaata oxşadırdı. O zaman ki məsələ aclara, lütlərə 
kömək etmək məqamına gəlir, rəfiq xəcalətdən tərləyir. Bu 
rəfiqin adını, ünvanını  şair deməsə  də, oxucu yaxşı tanıyır. Bu 
rəfiq İran xalqını soyan, rəncbərin pulu ilə hacı, xan, ərbab olan 
ikiüzlü, biqeyrət, riyakar, köhnəpərəst kişilərin canlı timsalıdır. 
"Millət necə tarac olur-olsun, nə işim var", - deyən Bakı, Şəki, 
Gəncə, Qarabağ qolçomağı ilə bu təbrizli,  ərdəbilli, mərəndli 
"rəfiqlər" həmməslək, həmrəydir. Möcüzün belə  cəsarətli və 
kəskin, ifşaedici  şeirləri çoxdur. Onun istər məişət, istər siyasi-
ictimai mövzuda yazılan həcvləri  İran kəndli və  fəhləsinin, 
ümumən müsəlman  Şərqi zəhmətkeşlərinn  əhvali-ruhiyyəsini, 
istibdad  əleyhinə  qəzəb və nifrətini ifadə edən, həyati misallar, 
təbii müqayisə və məcazlarla dolu, həmişə yaddaqalan əsərlərdir. 
Birinci dünya müharibəsi dövründə xarici qoşunların 
tapdağına çevrilən  İranda  əzab-əziyyət çəkən,  əl-ayaq altında 
ölüb gedən zəhmətkeşlərin sayı-hesabı yox idi. Məlumdur ki, 
İran kəndli və fəhləsi bir parça çörək üçün ən uzaq qürbətə gedir, 
ən ağır əməyə dözərək ailəsinə ruzi qazanırdı. Müharibə başlayıb 
yollar bağlananda  İran kəndlisi bu son imkandan da məhrum 
oldu. 
Müharibə törədən Alman imperialistlərinə qarşı xalqın 
qəzəbini çox gözəl ifadə edən "Ey Vilhelm" xitabnaməsində 
Möcüz bir tərəfdən müharibənin törətdiyi qırğını, aclıq və 
təxribatı yanıqlı  və  təəssüflü dil ilə  təsvir edir, ikinci tərəfdən 
almanların rəhbəri olan Vilhelmə lənət və nifrət yağdırır, nə- 
 
                                                 
1
 
Mirzə Əli Möcüz. Seçilmiş əsərləri, Təbriz, 1945, səh.40-41. 
 

 
206
hayət,  nicat və  haqq yolu tutan demokratik qüvvələrə xeyr-dua 
verir. 
Bu əsərdə məişət ilə siyasət səhnələri, yumor ilə təəssüf, qəzəb 
ilə kinayə, fəryad ilə ümid təbii bir tərkib halında verilir. Şair 
yalnız öz vətəninin deyil, bütün xalqların müharibədən nələr 
çəkdiyini yaxşı bilir. Sadə bir vətəndaşın  şüurunda siyasət 
aləminin necə  əks olunduğunu və  nə  təsir bağışladığını gözəlcə 
göstərir: 
 
Möcüzi-bəxti-qaranın hər nə gəlsə başına,  
Hamısı səndəndi "lənattah, lək", ey Vilhelm! 
 
Şair alman imperializminin nə  qədər nahaq qana bais 
olduğunu qəzəblə yad edir. 
 
Bu qədər qan eylədin bəsdir, kifayətdir, balam,  
Əl vərər, şittənmə, az qəddarə çək, ey Vilhelm! 
Sülh baş tutmur, işin rast getməyir, aya nədən?  
Həq yanında bir günahın var, demək, ey Vilhelm?  
Nikolay zülm eylədi, buldu cəzasın aqibət,  
Gör necə zindanda qalmış çar-çək, ey Vilhelm!  
Təxtüvü tabut edər bir gün sənin də ruzigar,  
Kimsəyə rəhm etməz ol zalım fələk, ey Vilhelm!  
Qızların, oğlanların boğsun görüm xirnək sənin,  
Ya aparsın hamısın birdən çiçək, ey Vilhelm!
1
 
 
"Prussiya şahı" adlı məsnəvisində də eyni nifrət ruhu ilə alman 
imperialistlərinə  lənət oxuyur. Mədəniyyət adından danışan və 
insanlığı qan içində boğan alman hərbçiləri,  şairin fikrincə, 
mədəniyyətin də, bəşəriyyətin də qəddar düşmənləridirlər: 
Kim ad qoyubdu vəhşi cəmaətə mədəni?.. 
Əgər təməddun ibarətdi bu rəzalətdən, 
                                                 
1
Mirzə Əli Möcüz. Seçilmiş əsərləri, Təbriz, 1945, səh.38. 
  

 
207
Geçə yerin dibinə çıxmaya xəcalətdən.  
Bu davanı uzadan padşahi almandır,  
Buna şəhadət edər kim ki, əhli-imandır.  
Şərafət ummadı "Möcüz"nə halu ayəndə,  
Bu almanın nə özündə, nə padşahində.
1
 
 
Möcüz istər birinci imperialist müharibəsi zamanında və 
istərsə ömrünün axır illərində bütün şeirlərində  İran 
istibdadından,  İranın feodal-mütləqiyyət quruluş  və  məişətindən 
şikayət etmişdir. Onun şikayətlərində  sızıltı  və göz yaşları yox, 
mübarizə  və etiraz ruhu üstündür. Şair yalnız öz halından, öz 
vətəninin halından  şikayətlənmir. O bu zülm və  fəlakətin 
səbəblərini sayır, canilərə və zalımlara odlu nifrət yağdırır. 
Möcüzün məişət mövzusunda olan həcvləri daha qüvvətlidir. 
Kəndlilərin, o cümlədən özünün ağır, möhtac və yoxsul həyatı 
şairin qələmində əlvan, təbii və son dərəcə inandırıcı lövhələrdə 
təsvir olunmuşdur.  Şair bu təsvirlərində  nəinki bəyə, xana, 
ərbaba, şaha və dini ehkama, ruhaniliyin kökünə, allaha da üsyan 
edir. Xalqın ağır zəhməti və möhtac güzəranını göstərərək 
xilqətdə bir məntiqsizlik, mərhəmətsizlik görür. Bütün İran 
istibdad üsuli-idarəsini, bütün şəriət ehkamını,  ərbabların 
hökmranlığını qəddar və əqlə sığmaz bir sistem kimi atəşə tutan 
şair vətəndaşlarının təkfirinə məruz qalanda, onlara cavab olaraq 
Sabirin  şamaxılılara - "şirvanlılara" vərdiyi cavabı sanki təkrar 
edir. Sabir deyirdi: 
 
Yox yeni bir dinə yəqinim mənim,  
Köhnə müsəlmanam, a şirvanlılar! 
 
                                                 
1
 
Mirzə Əli Möcüz. Seçilmiş əsərləri, Təbriz, 1945, səh.49-50. 
 

 
208
Möcüz deyir: 
 
Küfrümə hökm elədiz hansı günah ilə mənim,  
Ciirmümii sabit edin bircə giivah ilə mənim...  
Ey şəbüstərli dadaşlar, sizə mən neyləmişəm?
1
 
 
İstanbuldan qayıdanda  şairə "xəbərdarlıq edən" və "açma 
dəhanın" deyən köhnəpərəstlər Möcüzün ağzını yuma 
bilməmişdilər.  Şair gördüklərini cəsarətlə yazıb-deməkdən 
çəkinməmişdir. Çünki onun qorxusu yox idi. Onun əldən gedəsi 
bir şeyi yox idi. Hər şeydən məhrum olan şairin bircə qələmi var 
idi ki, bunu hər  şeydən yüksək tutur və bununla iftixar edirdi. 
Nəbatinin "hələ lengi-ləngəm"  şeirinə  bənzər yazdığı  həcvli 
fəxriyyəsində  şair özünü varlılarla müqayisə edir və  şair 
cəsarətini hər şeydən üstün tutur: 
 
Nə rəyətəm, nə şahənşah, nə mir, xalisacat,  
Nə məlcəim, nə pənahım, nə qəmküsarım var.  
Nə qolçomağəm, aciz, nə də ki ərbabəm,  
Nə qorxaram, nə çəkinnəm, uca divarim var  
Əgər varındı sənin xeyli nüğrəvü zəhəbün,  
Mənim də kəndə tələbkari-bişümarım var. 
 
Möcüzün  şeirlərindəki tənqid təsvir olunan lövhənin 
çərçivəsindən çıxan daha ətraflı  əhatə dairəsi olan tənqiddir. 
Möcüz mütəfəkkir olmasa da, böyük və davamlı  təhsil görməsə 
də, müasir cəmiyyət quruluşunun nəzəri əsaslarını və mənşələrini 
bilməsə  də gözüaçıq  şair duyğusu ilə çox acı  həqiqəti görmüş, 
çox ziddiyyətləri duymuş və oxucuya söyləməyə çalışmışdır. 
 
                                                 
1
 
Mirzə Əli Möcüz. Seçilmiş əsərləri, Təbriz, 1945, səh.55. 
 

 
209
O, çox zaman tanrı ilə, saqi ilə, dilbər və ya həmdəm ilə olan 
dilləşmələrində ictimai ziddiyyətlərin mənasını araşdırmağa 
çalışırdı. Möcüz, özü dediyi kimi molla və müctəhidlərin 
"izahına", dünya işləri haqqında təbliğinə inanmırdı. O, 
təsəvvürünə sığdıra bilmirdi ki, "yoxsula sədəf kimi otuz iki diş 
vərən allah, yemək niyə vərmir". Bilmir ki, dənsiz dəyirman nəyə 
lazımdır? Eləcə yeri əkən, biçən, məhsul becərən zəhmətkeş niyə 
zillətdədir, əksinə, əlini ağdan-qaraya vurmayan ərbab kefdə, eyş-
işrətdədir? Möcuzü düşündürən bu həqiqi ictimai ziddiyyətlər idi. 
Buna görə də o ərbabı və bu bərabərsizliyi müdafıə edən hər cür 
ehkamın, üləmanın əleyhinə idi. 
Şairin əsas əsərlərinin dili danışıq dilinə yaxın, məcazları xalq 
müdrikliyindən gəlmə, ifadələri xalq yumoru ilə  həmahəngdir. 
Möcüz çox yaxşı bilirdi ki, onun şeirlərinin avam camaat 
arasında yayılması üçün birinci şərt xalqın ürək duyğularını  əks 
etməkdədirsə, ikinci mühüm şərt dildə sadəlik və aydınlıqdır. 
Möcüzün təbi güclü olduğundan bədii təsvir vasitələri çox 
zəngin,  əlvan olmuşdur. O, şeirdə  ən yığcam,  ən müxtəsər 
ifadələr yazmağı  və bunlar vasitəsilə geniş lövhə  təsvir etməyi 
bacarır: 
 
Deyirlər buğdanın nırxın giran pərvərdigar eylər,  
Xudavənda, sən eylərsən və ya anbardar eylər? 
 
Bu beytin birinci misrası  rəvayət üsulu ilə başlanır. Biz 
gözləyirik ki, daha nə "deyərlər". Heç gözləmədiyimiz halda şair 
birdən-birə təsvir ədasını dəyişərək, sual və xitab üsuluna keçir, 
buğdanı baha eləyən anbardardır.  Şair bunu məzəli bir sual ilə 
açır, birinci misradakı hökmün yalanlığını isbat etmiş olur. 
Yaxud, yenə allaha xitabla "Balı xəlq eyləmisən fəqiri çatdatmaq 
üçün" dedikdə, dərhal gözümüz önündə ömrünü möhtaclıqda 
keçirən, dünyanın çox ləzzətlərindən məh- 
 

 
210
rum olan, lakin bu məhrumluğun səbəbini bilməyən və buna görə 
də qəzəblənən bir sadəlövh adamın siması canlanmış olur. Şairin 
dilində Cənubi Azərbaycan ləhcəsi aşkar seçilməkdədir. 
M.Ə.Möcüz müasir ictimai hadisələrə öz münasibətini açıq və 
cəsarətlə bildirən ən maraqlı və şirin üslublu şairlərdəndir. Onun 
şeir üslubu bir tərəfdən Sabir məktəbinə bağlıdırsa, digər tərəfdən 
də Ləli, Sərraf kimi şairlərin məişətə dair həcvlərini xatırladır. 
 

 
211
 
 
 
Firidun bəy Köçərli 
 
(1863-1920) 
 
Ədəbiyyatşünaslıq sahəsində görkəmli xidmət sahibi olan 
Firidun bəy  Əhməd bəy oğlu Köçərli  əslən  Şuşalıdır
1
. Onun 
müfəssəl tərcümeyi-halını yazan Fərhad Ağazadə göstərir ki, 
Firidun bəy ilk təhsilini Mirzə Kərim Münşizadənin məktəbində 
almışdır. Üç ilə köhnə  mədrəsə  məktəbində oxuduqdan sonra 
1876-cı ildə atası, Firidun bəyi rus məktəbinə hazırlamaq fikrinə 
düşür. 1879-cu ildə  məşhur pedaqoq A.O.Çernyayevski Qafqaz 
şəhərlərini gəzərək Qori seminariyasına tələbələr toplayırdı. Şuşa 
şəhər məktəbindəki tələbələri də bu işə təbliğ etmiş, müəllimliyin 
faydalarından onlara ətraflı danışmışdır. Firidun bəy, ailənin tək 
və əziz oğlu olduğundan çətinliklə olsa da, atasını bu işə razı salır 
və Qori şəhərinə oxumağa gedir. Verdiyi imtahana görə ali 
ehtiyat sinfinə  qəbul olunursa da, məlumat bünövrəsini daha 
möhkəm qoymaq üçün öz xahişi ilə kiçik ehtiyat sinfində oturur 
və çox həvəslə oxumağa davam edir. 
Firidun bəy  ədəbi fəaliyyətə  tərcümə ilə başlamışdır. 
Puşkindən, Lermontovdan, Kolsovdan kiçik parçalar tərcümə 
etmişdir. Bu tərcümələr, vaxtına görə çox əhəmiyyətli nümunələr 
idi. Məşhur dərs kitabı olan "Vətən dili" üçün bədii material 
 
                                                 
1
 
F.Ağazadə (Şərqli). Firidun bəy Köçərlinin bioqrafiyası, 1936, Nizami adına 
Ədəbiyyat İnstitutunun elmi arxivi, inv. 566. 
 

 
212
toplayan Çernyayevski 1894-cü ildə Firidun bəyə yazdıği 
məktublarını birində belə qeyd edir: "Bənövşə", "Çiçək" və 
"dilənçi" adlı  tərcümələriniz mənim kitabımın zinəti - 
mənziləsində olacaqdır. Qafıyələri də öz yerindədir. Firidun 
bəyin "Sokrat" adlı elmi-ədəbi və "Tarixi-müqəddəs" adlı dini-
tarixi tərcümələri də vardır. 1896-cı ildə Firidun bəy Qori 
seminariyasına müəllim təyin olunur. "Şərqi-Rus" (1903) nəşrə 
başlayandan sonra, Firidun bəy ictimai-ədəbi və  mədəni-maarif 
məsələlərinə dair məqalələri ilə çıxış edib məharətli bir mühərrir 
kimi tanınır. Firidun bəy Qafqazı, Qafqaz xalqlarını  həyat və 
məişətini öyrənən cəmiyyət və  təşkilatlara da
1
 kömək edir. Bu 
haqda nəşr olunan cild-cild kitablarda el ədəbiyyatına, el adət və 
ənənələrinə dair onun qiymətli yazıları vardır. 
Əsrimizin  əvvəllərində Firidun bəy pedaqoji, mühərrirlik və 
ictimai fəaliyyəti ilə o qədər məşhur olmuş, ziyalıların hörmətini 
o qədər qazanmışdır ki, hər gün onlarla məktublar alır, ölkədə 
maarif və  mədəniyyətə dair hər məsələ haqqında ona müraciət 
olunur. Arxivində qalan məktublardan görünür ki, o nə  qədər 
əhatəli, enerjili, işə həvəsli və mədəniyyət sevən adam imiş. Onu 
univərsitetdə mühazirə oxumaq üçün Tiflisə çağırırlar. 
İstanbuldan yazıb maarif sistemi haqqında məsləhətləşmək 
istəyirlər. Tehrandan, Krımdan, Azərbaycan rayonlarından və 
Qafqazın müxtəlif  şəhərlərindən gələn məktubların hamısı bu 
maarif xadimindən kömək,  əsər və  məsləhət istəyirlər. 1903-cü 
ildə rusca yazdığı "Azərbaycan tatarlarının  ədəbiyyatı" adlı 
kitabçası ilə Azərbaycan  ədəbiyyatını rus oxucusuna tanıtmaq 
yolunda ilk mühüm təşəbbüs edir.
2
 
 
  
                                                 
1
 
"
Sbornik materialov dlya opisaniya mestnostey i plemen Kavkaza". -İzd. 
Upravleniya Kavkazskoqo Uçebnoqo Okruqa, Tiflis (1881-1914). Ç.41,II şöbə.
 
2
 
F.Köçərli. Literatura Azerbaydjanskix tatar, Tiflis, 1903. 
 

 
213
Hələ ilk müəllimlik zamanlarından başlayaraq Firidun bəy 
Azərbaycan  ədəbiyyatı tarixi ilə, Azərbaycan yazıçılarının 
əsərlərinin taleyi ilə çox maraqlanmışdır. Rus ədəbiyyatını  və 
yazıçılarını yaxşı tanıyan və ümumən müasir dünyada ədibin, 
şairin xalq üçün, mədəniyyət üçün nə  qədər böyük əhəmiyyəti 
olduğunu bilən Firidun bəy öz xalqının  ədəbiyyatını meydana 
çıxartmaq, tanıtmaq və təbliğ etmək fıkrinə düşmüşdü. O nəinki 
Nizami, Füzuli kimi dünyaca məşhur klassiklərin, hətta adı 
məşhur olmayan, hələ də əsərləri yayılmamış olan müasir ədib və 
şairlərin də yaratdığı  əsərlərə artıq dərəcədə  əhəmiyyət verir, 
onların toplanmasını, nəşr olunmasını, ədəbiyyat həyatının xırda-
böyük bütün şəxsiyyətlərinin öyrənilməsini istəyirdi. Bu həvəslə 
işə girişən Firidun bəy istər arxivlərdən, muzeylərdən, köhnə 
kitabxanalardan və istərsə ayrı-ayrı  şəxslərdən  ədəbiyyata dair 
yazıları  (şeirlər, poemalar, tərcümeyi-hallar, xatirələr və s.) 
toplamağa, sistemə salmağa çalışır. Qafqazda şəxsən tanıdığı və 
ya adını  eşitdiyi bütün yazıçılara, yazıçı ailələrinə, müəllimlərə, 
ziyalılara, mətbuat işçilərinə, hətta bacarıqlı  şagirdlərə belə, 
məktublar yazır,  ələ keçən yazılan göndərmələrini xahiş edirdi. 
Uzun illərin davamlı səyi nəticəsində Firidun bəy qədim dövrdən 
ta iyirminci əsrin əvvəllərinə qədər Azərbaycan yazıçılarına dair 
xeyli nümunələr toplamağa müvəffəq olmuşdur. O, bu əsərləri 
toplamaqla kifayətlənmirdi.  Əsərləri təhlil edir və bir 
ədəbiyyatşünas kimi ədəbi həyatın tarixi prosesini ardıcıl 
izləməyə çalışırdı. 
Firidun bəy sağlığında bu əsəri nəşr etdirə bilmədi. Dəfələrlə 
"Nəşri-maarif' və "Nicat" cəmiyyətlərinə müraciət etdisə  də 
(1912-14-cü illər), gah kağız bahalığını, gah tarixdən danışan 
əsərlərin az oxunduğunu bəhanə etmişlər. 
Firidun bəy Köçərli "Azərbaycan  ədəbiyyatı tarixi 
materialları" adlı bu əsərində tarixilik prinsipini əsas tutaraq ta 
qədimdən bu günə qədər bütün böyük-kiçik, ana dilində və ya 
 

 
214
qeyri dildə (fars, ərəb) yazan yazıçıların  əsərlərindən müvafıq 
nümunələr toplamışdır. Hər yazıçının tərcümeyi-halına dair qısa 
məlumat vərmiş və sonra yaradıcılığı haqqında öz mülahizələrini 
yazmışdır. 
Bu üçüncü hissə, Firidun bəyin kitabında  ən qiymətli və  ən 
maraqlı yerdir. Müəllifın alimliyi, ədəbiyyatşünaslıq məfkurəsi, 
ədəbi zövqü, sənətə olan münasibəti də  əsasən burada özünü 
göstərir. Kitabının müqəddiməsində Firidun bəy öz əsərini 
"Atəşgədəyi Azər" ilə müqayisə edir. Oradan qidalandığını, 
"Atəşgədə"nin "tutduğu qaidə və rəvişi intixab etdiyini" söyləyir. 
Lakin bu əsərin "Atəşgədə"dən fərqi çoxdur. Əgər Lütfəli bəy 
kitabında yazıçıların tərcümeyi-halına dair məlumat və 
əsərlərindən nümunələr vərməklə kifayətlənirsə, Firidun bəy 
"məşhur  şüəra və üdəbanın həm tərcümeyi-hallarına və  həm 
asari-qələmiyyətlərinə dair ətraflı  məlumat vərməklə" məzkur 
əsərlərin haqqında öz rəy və  təsəvvüratını yazıb tövsif və ya 
tənqidə layiq olan məqam və nöqtələri şərh və bəyan edir. 
Burada müəllif "hər bir şairin məsləkini, üslubi-kəlamını və öz 
əsr və  zəmanəsinin təqazasınca nə  əsərlər vücudə  gətirdiyini və 
onların cəmaətimizə hüsn təsirini, xeyir və ya zərərini..." açıb 
göstərir.
1
 Buna  görə  də "Azərbaycan  ədəbiyyatı tarixi 
materialları" kitabı müəllifin təvazökarlıq edərək adlandırdığı 
kimi, yalnız "materiallar" deyil, ədəbi tarixi müəyyən dərəcədə 
əks və şərh edən sistemli bir əsərdir. 
Firidun bəyin mülahizələrində diqqətəlayiq nədir? Əlbəttə ki, 
Firidun bəyin bu əsərində təzkirəçilik təsirləri vardır. Ancaq onun 
kitabı Azərbaycan  ədəbiyyatı tarixində ilk ədəbiyyatşünaslıq 
təşəbbüsü sayılmalıdır. Çünki o yalnız 
 
                                                 
1
 
Firidun bəy Köçərli. Azərbaycan ədəbiyyatı tanxi materialları. Kitaba müqəddimə 
olaraq müəllif tərəflndən verilən bir neçə söz. Bakı, 1925, səh.10.
 

 
215
hadisələri edəbi əsərləri sayınır, eyni zamanda bu əsərləri "sənət 
dilindən elm dilinə köçürməyə" (Plexanov) çalışır. O yalnız 
tənqidi tövsib ilə qalmır; eyni zamanda bunlara şərh verir, 
səbəblərini göstərir. Üçüncü tərəfdən Firidun bəy  əsəri və 
yazıçını  təklikdə, mücənədlikdə öyrənmir. Onun dövrini, 
mühitini, bunların bir amil olaraq buraxdığı  təsiri, yazıçının 
başqa yazıçılarla əlaqəsini, mənsub olduğu ədəbi məktəbi, üslubu 
və sairəni də öyrənir, yazır. Bunlar isə kitabı materiallıqdan 
çıxararaq, maraqlı tarixi-tədqiqi bir əsərə çevirir. 
Firidun bəy məhdud  ədəbiyyatçılardan deyildir. O nə 
köhnəpərəstlər kimi fars-ərəb  ədəbiyyatı  və klassik Şərq 
mədəniyyəti ilə kifayətlənirdi, nə  də  Şərqdən ümid üzərək 
tamamilə Avropa mədəniyyətinin qucağına atılmağı üstün 
tuturdu. O, Mirzə Cəlil kimi gözüaçıq, uzaqgörən ziyalılardan idi. 
O, mədəniyyəti dərindən öyrənmək, həm  Şərq, həm Qərb 
mədəniyyətinə açıq yanaşmaq tərəfdarı idi. O nicatı xalqın 
özündə, zəhmətkeşlərin inqilabi mübarizəsində görürdü. Buna 
görə də əsas diqqətini xalqı, xalqın adət və ənənələrini, tarixini, 
ədəbiyyatını  və  sənətini öyrənməyə verirdi. Onun ədəbiyyat 
tədqiqatında bu cəhət hər şeydən artıq gözə çarpır. O, ana dilinin 
inkişafına, bu dildə  ədəbi və elmi əsərlərin yayılmasına böyük 
əhəmiyyət verirdi. O, göstərirdi ki: "Bəs, hər bir millətin 
danışdığı dil onun hal və  şənini və ümuri-məaşda dərəceyi-
miknət və qüvvətini  şərh və  bəyan eləyir. Millətin dolanacağı 
genişləndikcə, zəruri ehtiyacları  təhsil olunduqca, sərvət və 
dövləti, şan və şövkəti artdıqca, onun dili dəxi haman qərar üzrə 
tərəqqi və vüsət tapır və bir məqama çatır ki, millət hər növ fıkir 
və xəyalatını, hər qism hissiyyat və təsəvvüratını, ətrafında görüb 
eşitdiyini, müşahidə  qıldığı  əlamət və  əhvalatı  və  əxlaqü-ətvara 
dair çox nazik mənaları  şərh və  bəyan etməyə qadir olur. Bu 
halda millət başlayır qism-qism nağıl və hekayələr düzməyə  və 
sinədən sözlər və mahnılar (nəğmələr) toxumağa. Nağıllarda 
həqiqəti - hal ilə 
 

 
216
xəyalat aləmi, doğru ilə yalan, mümkün ilə qeyri-mümkün elə bir 
məharət ilə bir-birinə covlaşır ki, əqli-insan heyrətdə qalır. 
Sinədən oxunan nəğmələrdə millət özünə ariz olan qəm və 
qüssəni və yainki şadlıq və  fərəhi və filcumlə onun qəlbini 
ləbaləb edən növbənöv hissləri uca avaz ilə oxuyub, öz dəruni 
halətini və batini aləmini cümləyə izhar edir və bu minval 
sinəsini ənduh və məlaldan xilas edib qəm ilə şadlığına qeyriləri 
də şərik eləyir"
1

Ədəbiyyatı xalq mənəvi aləminin, xalq ruhunun, həyat və 
məişətinin aynası sayan Firidun bəy həm də bu sənətdə xalqın 
dühasını, istedadını  və  məharətini görür. Xalq böyük və ölməz 
sənətkardır. Onun bədii məhsulları  əvəzsiz və  əbədidir. Buna 
görə  də  əsərlərin,  ədəbi məktəblərin, üslubların,  ədəbi 
cərəyanların təhlilində  və qiymətləndirilməsində, bunların nə 
dərəcə inkişafa xeyirli və  zərərli olduğunu təyin etməkdə  əsas 
məhək daşı, ilk meyar həyatdır və birinci növbədə xalqın 
həyatıdır. Bu düstura əsasən Azərbaycan  ədəbiyyatı tarixi 
hadisələrini təhlil edən Firidun bəy yazıçıların yaradıcılığına, 
ümumiyyətlə, doğru yanaşır.  Əsərləri, yazıçıları, üslubları sinfi 
cəhətdən qruplaşdırmasa da, ayrı-ayrılıqda onların simasını  və 
mövqeyini təyin edir. Onun mülahizələrində yazıçı  və  şairlərə 
böyük ehtiram və  məhəbbət duyulmaqdadır.  Şairin səhvindən, 
zəif tərəfindən danışanda da, Firidun bəy səmimi, ehtiram hissi 
ilə, yazıçının xidmətlərini kiçiltmədən danışır. 
Firidun bəyin əsəri təsviri əsərdir. Ona görə də ədəbi hadisə və 
həyatın faktik cəhəti üstünlük təşkil edir. Yazıçıların əsərlərindən 
gətirilən geniş  və  ətraflı nümunələr bəzən özləri öz mənaları 
haqqında təsəvvür yaradır. Bəlkə  də buna görə müəllif həmin 
şeirlərin geniş təhlilindən vaz keçir. 
 
                                                 
1
Firidun bəy Köçərli. Azərbaycan ədəbiyyatı tarixi materialları. I c, Bakı, 1925, 
səh.5. 
  

 
217
Firidun bəy mühakimələrində çox zaman ədəbi mirasdan 
faydalanır. Onun müqayisələri müvəffəqiyyətlidir və fikirlərinin 
daha aydın anlaşılmasına kömək edir. Məlumdur ki, müqayisə 
dərin məlumat istər. Belinski kimi dahi munəqqid 
müqayisələrdən geniş istifadə edirsə, bu ona görədir ki, Avropa 
ədəbiyyatını, yunan ədəbiyyatını, mədəniyyət tarixini gözəlcə 
bilir, bir əsəri, tarixdən aldığı bir neçə eyni tipli əsər ilə müqayisə 
edib nəticə çıxarır. Müqayisədən Firidun bəy də belə istifadə edir. 
O, müasir yazıçıları klassiklərlə,  Şərq yazıçılarını Avropa 
yazıçıları ilə Qafqaz xalqları yazıçılarını rus yazıçıları ilə, eyni 
məzmunlu əsərlər əsasında müqayisə edir. 
Bəzən Firidun bəy Azərbaycan şairlərinin öz əsərlərini bir-biri 
ilə müqayisə edərək, həqiqi, nəzəri, ümumi nəticə çıxarır. Vaqif 
də, Vidadi də, Zakir də "Durnalar" mövzusunda şeir yazmışdır. 
Bu  şeirlər həcmcə balaca olsa da, hər  şairin ruhu, sənətinin 
səciyyəsi haqqında təsəvvür doğuran məşhur  əsərlərdir. Firidun 
bəy "Durnalar"ı müqayisə yolu ilə bu şairlər arasındakı ruh, 
məzac, etiqad fərqini göstərir. Firidun bəyin "Durnalar" şeir 
silsiləsinə verdiyi təhlil indi də öz qiymət və  əhəmiyyətini 
saxlamaqda və nümunə sayılmaqdadır. Eləcə  də onun Ağa 
Məsih, Füzuli və  Nəvai arasındakı  fərq və birliyin təyini üçün 
müqayisə üsulundan istifadəsi çox maraqlıdır. 
Firidun bəy həm ictimai, həm də  ədəbi görüşləri etibarilə 
"Molla Nəsrəddin" cəbhəsində dururdu. 
Firidun bəy  ədəbi-ictimai baxışlarında demokrat cəbhə tutsa 
da, əsasən mütərəqqi fikirlər söyləsə də, səhvlərdən uzaq deyildi. 
Bu səhvlər xüsusilə onun cəmiyyət, ictimai münasibət haqqındakı 
baxışlarında açıq görünür. Cəmiyyətin inkişafı  məsələlərində o 
idealizmdən xilas olmamışdı. Misal olaraq kitabının 
müqəddiməsində "mədəni və vəhşi" qövm və tayfalar haqqındakı 
mülahizələrini göstərmək olar. Burada Firidun bəy bir millətin 
dilinin inkişaf etməsini və digərinin inkişaf etməməsini belə izah 
edir: 
 

 
218
"Vəli bununla belə bizim bu tərəqqi  əsrimizdə kürreyi-ərzin 
bəzi yerlərində  vəhşi halında dolanan bir para qövm və tayfalar 
dəxi vardır ki, dilləri çox fəqir, rəkik və vaqisdir. Bu hal ona 
dəlalət edir ki, məzkur qövm və tayfalar əvvəl binadan cövhərsiz 
və maddəsiz xəlq olunubdur. Xilqətdən onların xəmirlərində 
istedad və qabiliyyət mayası qoyulmayıbdır. Bu qism qəbilə  və 
tayfalar min illərcə bir halət üzrə yaşayırlar və bunların dillərində 
əsla bir tərəqqi əsəri müşahidə olunmur".
1
 
Bu fıkirlərin kökündən səhv olduğu aydındır. Firidun bəy bu 
mülahizələrində ehtimal ki, Hegelin xalqları "tarixi" və "qeyri-
tarixi" deyə ikiyə ayıran, birini fitrətən qabiliyyətli və digərini 
fitrətən küt sayan idealist nəzəriyyəsinə əsaslanır. 
Buna və bunun kimi bir sıra səhvlərinə baxmayaraq, Firidun 
bəyin  ədəbiyyat tədqiqatı Azərbaycan  ədəbiyyatşünaslığı üçün 
çox qiymətli və tarixi bir xidmətdir. Onun sayəsində  qədim 
dövrün bir çox şairləri və  əsərləri meydana çıxarılıb xalqa 
tanıdılmışdır. Yenə onun tədqiqatı sayəsində böyük-kiçik bütün 
Azərbaycan  şairləri haqqında, vaxtında ilk təsəvvür hasil 
edilmişdir. Onun kitabı uzun illər qədim  ədəbiyyat tarixçiləri 
üçün mənbə  və vasitə olmuşdur.  İnqilabdan sonra inkişaf edən, 
ədəbi prosesi dərindən öyrənən, ona həqiqi qiymət vərən, daha da 
inkişaf etdirən  ədəbiyyatşünaslığımız indi artıq  ədəbiyyat tarixi 
problemlərinin həlli sahəsində çox irəli getmişdir. 
     
 
 
 
 
 
 
 
                                                 
1
 
Firidun bəy Köçərli. Azərbaycan  ədəbiyyatı tarixi materialları, Bakı, 1925, 
səh.5. 
 
 

 
219
 
Yüklə 2,01 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin