AZƏrbaycanda



Yüklə 2,01 Mb.
Pdf görüntüsü
səhifə13/23
tarix18.01.2017
ölçüsü2,01 Mb.
#5809
1   ...   9   10   11   12   13   14   15   16   ...   23

Mirzə Fətəli Axundovun 
farsca yazan şagirdləri 
 
Mirzə  Fətəli Axundovun keçən  əsrdə ictimai şüurumuzun 
inkişafına gətirdiyi yeniliklər XX əsrdə öz bəhrəsini vermişdir. 
Axundovun realizmi N.Vəzirov, C.Məmmədquluzadə, 
Ə.Haqvərdiyev simasında böyük ədəbi məktəbə çevrilmişdirsə, 
ictimai intibah fikirləri də bir sıra fəal vətənpərvər ziyalılar üçün 
məramnamə olmuşdur. Onun "Kəmalüddövlə  məktubları"nda 
irəli sürdüyü inqilabi fikirlərdən dərs alaraq və ruhlanaraq 
çalışan, keçən  əsrin axırları  və XX əsrin  əvvəllərində böyük 
şöhrət qazanan yazıçılardan Hacı  Əbdürrəhim Talıbov və 
Marağalı Zeynalabdin tariximiz üçün, xüsusi ilə  ədəbiyyat 
tariximiz üçün çox maraqlı  şəxsiyyətlərdir. Bu müəlliflərin hər 
ikisi Cənubi Azərbaycandan çıxmış, farsca yazmış, əsasən Mirzə 
Fətəlinin qoyduğu və həllini tələb etdiyi ictimai məsələləri tədqiq 
və davam etdirmişdir. 
I. Hacı 
Əbdürrəhim Talıbov (1855-1910) Təbriz 
azərbaycanlılarındandır. Məşrutə elanından çox-çox əvvəl (1890-
1895) vətəndaşlarını maarifə, mədəniyyətə çağıran faydalı 
kitablar yazmış, tərcümələr etmişdir. Talıbov tərəqqi-pərəstliyi 
üzündən vətəninin hakim dairələri ilə ixtilafa girmiş və sonradan 
mühacirətə 
məcbur olmuşdur. Qafqazın Temurxanşura 
(Buynaksk) şəhərində yaşayan Talıbov ədəbiyyatdan çox elm ilə, 
həm də təcrübi elmlərin intişarı ilə 
 
  

 
220
məşğul olmuşdur. Onun İstanbulda, Misirdə, Tiflisdə, Bakıda 
dalbadal nəşr olunan elmi-ictimai kitabları, müəllifi bütün Yaxın 
Şərqdə məşhur etmişdir. "Səfmeyi-Talibi, yaxud kitabi-Əhmədi" 
(1894, I-II c.), "Nuxbəyi-Supeheri", "Məsailil-həyat" (1906), 
"Müxtəsər tarixi-nəbəvi" (1907), "Risaleyi-heyəti-cədidə" (1894), 
"Hikməti-təbiyyə" (1893) və s. kitablarını göstərmək olar. 
H.Ə.Talıbov  Şimali Qafqazda tərəqqipərvər ziyalıları başına 
toplamışdır. Azərbaycan yazıçılarından Cənnəti, Azər, Yusif 
Ziya, Muniri, Mirzə Səməndər və sairələri Talıbovdan çox maddi 
və mənəvi kömək görmüşlər. Onun evi həmişə intibah söhbətləri 
gedən, şeir oxunan, elm təbliğ olunan bir məclis kimi olmuşdur. 
Talıbov öz tərəqqipərvər fikirləri ilə vətəndaşlarının hörmətini o 
qədər qazanmışdı ki, İranda məşrutə elan olunanda təbrizlilər onu 
(vətən xaricində yaşamasına baxmayaraq) millət məclisinə 
nümayəndə seçmişdilər. 
Talıbov Rusiyada da tərəqqipərvər, vətənpərvər bir ziyalı kimi 
tanınırdı. Onun məşhur rus filoloqu, slavyan mədəniyyəti 
cəmiyyətinin sədri türk xalq şeirini tədqiq edən akademik 
F.E.Korş ilə yaxın dost olduğu məlumdur.
1
 
Talıbovun akademik Korş ilə dostluğu təsadüfi deyildir. O, 
fars və Azərbaycan dillərinin təbiəti, xüsusiyyəti haqqında 
akademikə çox məxəz verdiyi kimi, rus dili və rus mədəniyyətini 
öyrəndikdə də ondan çox istifadə etmişdir. Bunlar bir şərqşünas, 
bir həmkar kimi dost olmuşlar. Talıbov həsbi-halında 
 
 
                                                 
1
 
Akademik Korş (1843-1915) klassik rus filoloq və şərqşünaslarındandır. Moskva 
dialektoloji komisyonunun təşkilatçısı və dəyişməz sədri olmuşdur. Bir sıra dillərin, o 
cümlədən fars, türk dilinin, şeirinin tədqiqinə aid əsərləri vardır. Slavyan dillərinin türk 
dilindən aldığı sözləri araşdırıb müəyyən etmişdi. Bax: "İzvestiya Akademii Nauk", №5, 
1915, BSE, 34 c., səh. 397-398. 

 
221
göstərir ki, "Dostum Korş  məni Xarkov professorları ilə tanış 
etdi, hətta professor Ostroumov
1
 ziyafət məclisi tərtib etdi. 
H.Ə.Talıbov rus dili və dostu olan rus alimləri vasitəsi ilə 
Avropa mədəniyyətinə mükəmməl bələd olmuşdu. Fizikaya, 
tarixə aid bir sıra kitabları ruscadan farscaya tərcümə etmişdir. 
Onun tərcümələri sərbəst olmaqla, müəllifin məsələyə  fəal və 
ayıq münasibətini göstərir. İstər kitablarının müqəddiməsində və 
axırında, istərsə  də yeri gəldikcə etdiyi qeydlərdə öz vətənində 
hökm sürən şahlıq üsul-idarəsinə etiraz edir, elm və maarifə aid 
tədbirləri təbliğ edir. Talıbovun "Məsailil-həyat" kitabı  İran 
mürtəceləri arasında böyük həyəcana səbəb olmuşdu. Təbrizdə 
müctəhidlər onu təkfir etmiş, xain adlandırmışdılar. 
Bu zaman Bakı  mətbuatında ("İrşad", "Füyuzat") Talıbovu 
müdafiə edən bir sıra məqalələr çap olunur. Xüsusilə  Əli bəy 
Hüseynzadənin "Məsailil-həyat" sərlövhəli məqaləsi
2
 
mühafızəkarlara qarşı çox kəskin bir dil ilə yazılmışdı. Müəllif 
"Quru təkliflərlə uğraşan" cahilləri tənqid edərək Talıbovun cild-
cild kitablarını göstərir; "Əsərə  əsər ilə cavab verin!" - deyir. 
Talıbov  əsas  əsərlərini ictimai islahat mövzusunda yazmışdı. O 
da  ərəb  əlifbasının tənqidində M.F.Axundovun fikirlərinə 
əsaslanmışdır. 
Kainatın yaranışı  və mövcudatın mahiyyəti haqqında 
Talıbovun maraqlı mülahizələri vardır. O, eynilə M.F.Axundov 
kimi kainat haqqında köhnə fanatiklərin görüşlərinə gülərək 
maddi varlığın elmi izahını  təbliğ edir. O, ruhanilərin, bərkə 
düşəndə, "hikmətdən sual yoxdur" iddiasını cahillik sayır. 
 
                                                 
1
 
Ostroumov Aleksey Aleksandroviç (1844-1908). Keçən  əsrin məşhur tibb 
alimlərindəndir. 60-a qədər əsəri vardır. Hal-hazırda Moskvanın böyük xəstəxanalarından biri 
Ostroumovun adı ilə adlandırılmışdır. Bax: BSE, 28 c, səh.515-516. 
2
 Əli bəy Hüseynzadə. Məsailil-həyat, "Füyuzat", 1907, №13, səh.l. 
 

 
222
Onun fikrincə zehnə gələ bilən hər bir sualın cavabı vardır. Bu 
cavab məntiqə,  əqlə uyğun olmalıdır. Bu və ya başqa məsələni 
"hikmət" adlandırmaq və mühakiməni, düşünməyi qadağan 
etmək,  şüuru cilovlamaq özü böyük nadanlıqdır. Talıbov 
"Məsalikül-məhsinin" kitabında belə yazır: 
" - Hər kəs beguyəd  əz hikmət sual nist, kumrahəst. Onçe 
qabili sual nist, hikmət nə başəd. Bə  gər nə  təəbbud və  təqlidi-
kuranə insanra dəfni-tarikiyi-cəhl və zülmət,  əsəbiyyəti-gümrah 
makunəd".
1
 
M.F. Axundovun da beləcə, müctəhidə  və ya hər hansı bir 
fanatikə kor-koranə boyun əyib etiqad edənlərə necə güldüyü 
məlumdur. Axundov belə təqlidçilər haqqında çox kəskin yazır: 
"Təqlidçi kimdir? Təqlidçi müctəhidin  əmr etdiyi ehkamı, 
istər ləzzətli tikələr olsun, istərsə sarı bəlğəm olsun - çeynəmədən 
udmağa məcbur olan şəxsdir".
2
 
Heç şübhə yoxdur ki, Talıbov öz mülahizələrində Axundovun 
"Kəmalüddövlə  məktubları"nı  əsas tutmuşdur. Axundov ikinci 
məktubunda varlıqlardan və onların həyatından bəhs ilə deyir: 
"Həyatda qanun budur. Yəni  şərt budur ki, ağacın həbbəsi 
gərək torpaq altına sancılsın, ona vaxtında su verilsin, gün və 
hava ona pərvəriş etsin, balaca ağac olsun, sonra yekəlsin, illər ilə 
yaşasın, yemiş  gətirsin, axırda qocalsın, qurusun, çürüsün, 
yıxılsın, tələf olsun. 
Nəbatatda dəxi qanun budur... Kainat bir qüvvəyi-vahidə  və 
kamilədir. Və bir vicudi-vahid və kamildir... Bu vücudi-vahidi-
kamilin kəsəratda zahir edən hər cüzvi xah kurrəyi-səmaviyyə, 
xah mürrəyi-ərziyyə və hər qism mövcud vü- 
 
 
  
                                                 
1
 
H.Ə.Talıbov. Məsalikül-məhsinin, Qahirə, 1323 (hicri), səh.85. 
2
 M.F.Axundov. Əsərləri, III c, Bakı, səh.203-213. 
 

 
223
cudi-vahidə nisbət fərdən-fərdən cuzıdur, fərdən-fərdən zərrədir 
və tamam zərrat bir guldur"
1

Talıbov böyük ədib və filosofun yuxarıdakı hökmlərinə yeni 
bir  şey  əlavə etməsə  də fars dili və  ədəbiyyatında bu hökmləri 
intişar və təbliğə çalışmışdır. 
"Məsailil həyat" kitabında Talıbov bu barədə  bəhs edir: " 
Varlıqlar hər an dəyişir. Bu dəyişmə  həyatın qanunu, həm də 
zəruri qanunudur. Bunsuz inkişaf olmadığı kimi, həyat da 
yoxdur. Müəllifin həmin kitabı da əsasən Avropa mədəniyyətini 
təbliğdən ibarətdir"
2
 
"Məsailil-həyat"  əsəri yalnız məzmununa görə yox, üslubu, 
ifadə üsulu ilə  də Axundovun fəlsəfi məktublarına yaxındır. 
Burada da mühakimə bilavasitə müəllif dilindən getmir. Əsər 
mükalimə üsulu ilə yazılmışdır. Bu kitaba müəllif iki ad 
vermişdir. "Məsailil-həyat" və ya Kitabi-Əhməd". Müəllif 
Əhmədə xitabən öz fikirlərini izah edir. Mükalimənin gedişində 
də Axundovun məktublarını  təqlid aydın görünür. Söhbət bir 
mətləb üzərində deyildir. Əsər yaranışdan, mövcudatdan tutmuş, 
dövlət quruluşuna, qanunnaməyə, "yaponların sürətlə  tərəqqi 
etmələrinin səbəblərinə" qədər bir sıra məsələləri  əhatə edir. 
Ancaq bu mövzu çoxluğu, mülahizələrin pərakəndliyinə  səbəb 
olmur. Çünki, fəlsəfi məktublarda olduğu kimi, burada da mətləb 
və məqsəd birdir. Bütün mükalimələr bir mətləbə (İslam Şərqinin 
tənəzzülünə səbəb olan amillərə qayıdır. Bütün məsələlərin belə 
ümumiləşdirilməsi mühakimə və  məntiq vəhdətinə kömək etmiş 
olur. 
 
                                                 
1
 
M.F.Axundzadə. Hindistan şahzadəsi Kəmaliddövlənin öz dostu İran şahzadəsi 
Cəlalüddövləyə fars dilində yazdığı üç məktubun və Cəlalüd-dövlənin ona göndərdiyi cavabın 
türk dilində tərcüməsidir. Bakı, 1924, səh. 43-44 
2
 H.Ə.Talıbov. Məsailil-həyat, Tiflis, 1906, səh.29 

 
224
Talıbov elm və ədəbiyyatda müəyyən bir sahənin mütəxəssisi 
olmamışdır. O, elə bir ixtisas təhsili də görməmişdir. Ancaq o, 
Avropa, xüsusilə rus mədəniyyətinin həvəskarlarından olmuşdur. 
Maarif və  mədəniyyət adına hər bir tədbirin, hər bir təşəbbüsün 
tərəfdan və fəal iştirakçısı olmağa çalışmışdır. 
O, özü maddi iqtidar sahibi idi. Şimali Qafqazın varlı 
tacirlərindən idi. Dövlətini isə  hər  şeydən  əvvəl ictimai faydalı 
işlərə  sərf etməyə çalışır, dilləri öyrənir, Avropaya, Şərqə 
səyahətə gedir, tərcümələr edir, məktəblərə maddi kömək təşkil 
edirdi. Talıbovun bütün Yaxın  Şərqdə tanınan liberal 
maarifçilərlə  əlaqəsi var idi. Əhatə miqyasının belə genişliyinə 
baxmayaraq (bəlkə  də  məhz buna görə), Talıbovun görüşləri 
məhdud idi. Bu düşüncələrdə yeni bir şey tapmaq çətindir.  Ən 
yaxşı halda Talıbov M.F.Axundovun bir təqlidçisi və şagirdidir. 
H.Ə.Talıbovu yeni İran  ədəbiyyatının banisi sayırlar.
1
  
Talıbova qədər fars ədəbiyyatı  və  mədəniyyətində hökm sürən 
köhnə, feodal zehniyyəti çox qüvvətli idi. Yenilik, qərbçilik ruhu 
bu ədəbiyyata yad idi. 
Bu ruh M.F. Axundovun təsiri ilə H.Ə.Talıbov kimi 
müəlliflərin səyi ilə oyanmışdı. Fars ədəbiyyatı üçün, farsların 
intibahı üçün çox əhəmyyətli iş görmüş olan Talıbov Azərbaycan 
mədəniyyətinə yeni bir şey gətirə bilməmişdir. O, milli hisslərdən 
çox, dini hisslərlə yaşamışdır. Ona görə  də "ümumən islam 
aləmi" deyə  fəryad etmişdir. Talıbov da islam ehkamını 
müasirləşdirmək, "Quran"ı  tərcümə edib onun ayələrini "yeni 
şəraitə tətbiq etmək" istəyən, "nicati müasir din- 
 
                                                 
1
 
H.Ə.Talıbov haqqında bax: 1) Bertels. Oçerki istorii persidskoy Iiteraturı. Leninqrad, 
1928; 2) P.Çaykin. Kratkiy oçerk noveyşey persidskoy literaturı, Moskva, 1928. 
 

 
225
darlıqda" görən ziyalılardandır. Ona görə  də ictimai görüşləri 
səthi, fəaliyyət dairəsi məhdud olmuşdur. 
II.  Əsasən farsca yazan Azərbaycan müəllifləri içərisində 
Marağalı Zeynalabdin çox maraqlı simalardan biridir. 
Məşhur "Səyahətnameyi-İbrahim bəy" adlı üçcildlik romanın 
müəllifi Zeynalabdin Məşədi  Əli oğlu Hacı  Rəsulov təxminən 
1838-ci ildə Marağada bir tacir ailəsində anadan olmuşdur. 
Keçən  əsrin axırlarında atası böyük tacirlərdən sayılırmış. Hətta 
Qərb kapitalistlərindən Rotşild ilə alış-verişi var imiş. 
Zeynalabdini 8 yaşında ikən məktəbə qoyurlar. 8 il uşaq molla 
məktəbinə gedib gəlir,  əlifbadan başqa bir şey öyrənə bilmir. 
İyirmi yaşında ikən ticarət məqsədi ilə Ərdəbilə göndərilir. Lakin 
Zeynalabdin bu işdən də xeyir görmür. Öz dediyinə görə "At 
minmək, silah gəzdirmək, ova getmək" kimi eyş-işrətə daha çox 
meyl edir. Qazanc az, xərc çox olduğundan, yavaş-yavaş 
Zeynalabdinin köhnə güzəranı  əlindən gedir. İranda qala 
bilməyib iki qardaşı ilə  bərabər Qafqaza gəlir. Bir müddət 
Kutayısda yaşayır. Bu zamanda, dəmir yollar çəkildiyindən, get-
gəl asan olduğundan  İrandan çox adam Qafqaza iş axtarmağa 
gəlirdi. Kutayısda da İran təbəələrinin sayı artır. Tifiisdə oturan 
İran general konsulu Nazimüddövlə Kutayısa gedir. Zeynalabdini 
həmin  şəhərdə öz nümayəndəsi təyin edir. Bu iş  də 
Zeynalabdinin təbiətinə uyğun deyildi. O zaman konsullar kasıb-
kusubu incidib pul yığarlarmış. Zeynalabdin əksinə edir. Hər rast 
gəldiyi fəhləyə,  əlsiz-ayaqsıza kömək etməyə  məcbur olur. 
Nəticədə qazandıqları əlindən gedir, Tifiis general konsuluna da 
borclu düşür. Var-yoxunu verib borcundan qurtarır,  İran 
məmurlarının nəzərindən uzaq olmaq üçün başqa bir yerə, Krıma 
köçür. Oradan İstanbula gedib-gəlir, ticarətlə  məşğul olur, əlinə 
yenidən sərmayə keçirir. Zeynalabdin Yaltada ən etibarlı tacir 
olur. Voronsovun ailəsi ilə yaxınlıq edir. 
 
 

 
226
Zeynalabdin buradaca evlənir, üç övladı olur. Uşaqları rus 
tərbiyəsi gördüyündən Azərbaycan və fars dillərində bir kəlmə də 
bilmirlər. Zeynalabdinin isə bu vəziyyət xoşuna gəlmir. Bunu 
vətənindən, millətindən ayrılmaq hesab etdiyi üçün özünü məsul 
sayır və vicdan əzabı çəkir. 
Çox səydən və  çətinlikdən sonra 1904-cü ildə rus 
təbəəliyindən çıxır,  İstanbula köçür, ömrünün axırlarını orada 
keçirir. Zeynalabdin 1910-cu ildə vəfat etmişdir. 
Marağalı Zeynalabdin "Səyahətnameyi-İbrahim bəy"dən 
başqa elə bir məşhur  əsər yazmamışdır.  Əsərin son cildinə 
yazdığı müqəddiməsindən bilirik ki, siyasi kitabların  Şərq 
dillərinə  tərcüməsi ilə  də  məşğul olurmuş. Zeynalabdin ilk 
zamanlar istibdadın qorxusundan öz əsərlərində imza 
yazmamışdır. Kitabın ilk cildlərini ancaq İbrahim bəyin adı ilə 
vermişdi. Axırıncı cildi inqilab dövrünə təsadüf etdiyindən, 1905-
ci il inqilabı  nəticəsində  həm Rusiyada, həm  İranda azadlıq 
hərəkatı genişləndiyindən, müəllif cürətlə imzasını açıq yazıb 
elan etmişdir. 
Marağalı Zeynalabdinin romanı XX əsr Azərbaycan 
ədəbiyyatında və ümumən Yaxın  Şərq  ədəbiyyatında müstəsna 
əhəmiyyət kəsb etmiş  əsərlərdəndir. Bu əsər bütün müsəlman 
Şərqində yayılmış, şahlıq və feodal istibdadı əleyhinə qüvvətli bir 
təbliğat sənədinə çevrilmiş, qısa müddətdə bir çox dillərə tərcümə 
olunmuşdur. Azərbaycanda demokratiya hərəkatını genişləndirən 
"Molla Nəsrəddin" məcmuəsi "Səyahətnamə"nin  əhəmiyyəti 
haqqında dönə-dönə yazmışdır. 1907-ci ildə Bakı axundu Axund 
Əbutürabın "Bizə hansı elmlər lazımdır?" sərlövhəli çıxışına 
qarşı genişlənən mübahisələrdə "Molla Nəsrəddin" də  iştirak 
edirdi. "Molla Nəsrəddin" axunda cavabında dönə-dönə 
"Səyahətaamə"yə müraciət edir, ona əsaslanırdı. "Molla 
Nəsrəddin", "Səyahətnamə"ni oxumağı və sonra fikirləşməyi İran 
fəhlə və zəhmətkeşlərinə də tövsiyə edirdi. 
  

 
227
Şərqşünaslar "Səyahətnameyi-İbrahim bəy"i "farsların idarə 
üsuluna, ictimai mühitinə qarşı  şiddətli satira" sayır və onun 
1905-1906-cı illərdə  İran inqilabının güclənməsinə çox mühüm 
təsir etdiyini söyləyirlər. 
"İbrahim bəyin səyahətnaməsi"nin qiyməti nədədir? 
Akademik Y.E.Bertels bu əsəri N.N.Qoqolun "Ölü canlar" 
romanı ilə müqayisə etməkdə haqlıdır. Burada, Qoqolun əsərində 
olduğu kimi, ölkənin, ictimai quruluşun, köhnə yaşayışın, 
zehniyyətin kəskin satirik tənqidi verilir. Ancaq 
"Səyahətnamə"də hadisələr haqqında satira və  məcaz yox, daha 
çox məntiqi mühakimə, müstəqim düşüncə və təfəkkür üstündür. 
İbrahim bəy oxumuş, açıq fıkirli bir Təbriz taciridir. Misirdə 
məskən salmışdır. Misirdə yaşasa da, bütün fıkri-zikri vətəninin 
səadəti uğranda çalışmaqdır. O, bu hiss ilə  vətənini  şəhər-şəhər 
gəzir. Başqa ölkələrdə gördüyü məktəb, universitet, mədəni 
ocaqlar, dəmir yolları, fabrik-zavodlar, xəstəxanalar, uşaq evləri 
əvəzinə öz vətənində  rəzalət görür, İranın hər küçəsində feodal 
zorakılığı hökm sürür. Bacarıqsız adamlara verilən təntənəli 
ləqəblər, məmurların zülmü, öküz döyüşdürməsi, qüsul, təharət 
haqqında moizələr, oğurluq, rüşvət, haqsızlıq, kəsalət ölkəni 
ağzına almışdır. Heç kəs xalqın halına yanmır, heç kəs vətənin 
taleyi ilə maraqlanmır. Kəndlilər, fəhlələr,  əsnaflar ehtiyac və 
cəhalətdədir. Məmurlar, varlılar isə eyş və işrətdədir. Din alimləri 
bütün müqəddəs kitabları öz şəxsi mənfəətləri üçün alət etmişlər 
və hər bir məsələyə bu nöqteyi-nəzərdən izah verirlər. 
İbrahim bəyin dilindən verilən tənqid haqlı və təsirli tənqiddir. 
Az bir zamanda bu kitabın yayılmasının səbəbi də bununla 
əlaqədardır. 
"Səyahətnamə"nin qüvvətli cəhətlərindən biri müəllifin burada 
göstərdiyi dərin vətənpərvərlik hissidir. Müəllif,  İbrahim bəyin 
xasiyyətaaməsini yazanda göstərir ki: "Özü Mi- 
 
  

 
228
sirdə olsa da, fikir-xəyalı həmişə İranda, vətənində idi. O, bütün 
var-yoxunu vətən yolunda sərf etməyə hazır idi. İrandan gələn 
hər bir xəbəri hamıdan əvvəl o eşidir və təsirlənirdi". 
İbrahim bəy keçən  əsrin axırlarında Avropa mədəniyyətinin 
Şərqə  təsir bağışladığı, yayıldığı bir zamanda Şərqdə, xüsusilə 
İran Azərbaycanında yetişən islahatçı, maarifpərvər 
gənclərdəndir. Belə gəncləri biz sonralar Azərbaycan ədiblərinin 
əsərlərində (N.Vəzirov, C.Məmmədquluzadə,  Ə.Haqverdiyev, 
M.S.Ordubadi) görürük. Bunlar hamısı  vətən yolunda, vətənin 
tərəqqisi, mədəniləşməsi yolunda çalışan gənclərdir. Bunların 
bəzisi silahla, bəzisi pul ilə, bəzisi də həm qələm, həm silah, həm 
pul ilə öz məqsədini yerinə yetirməyə çalışmışdır. 
"İbrahim bəyin səyahətnaməsi"ndə ikinci ən qüvvətli cəhət 
ictimai tənqiddir. Bu, sağlam, həqiqi və  kəskin tənqiddir. Mirzə 
Fətəli Axundovdan sonra yalnız İran deyil, bütün Şərq feodalizmi 
haqqında yazılan bədii tənqidlərin  ən qüvvətlilərindən biri 
"İbrahim bəyin səyahətnaməsi"dir. Burada İranın siyasi 
həyatından başlayıb, adət-ənənələrə, məişətə  qədər elə bir sahə 
yoxdur ki, müəllifin nəzərindən qaçmış olsun. 
"Səyahətnamə"dəki tənqid kənar bir adamın, obyektiv bir 
tənqidçinin hətta yaxşı və doğru tənqidindən də fərqlidir. Bu fərq, 
müəllifin məsələyə, hadisələrə olan dərin ehtirasından ibarətdir. 
Kitabın iki adı vardır: "Səyahətnameyi-İbrahim bəy" və ya 
"Bəlayi-təəssübi". Buradakı "təəssüb" sözü təsadüfi deyil. Əsərin 
məzmununu verən çox münasib bir sözdür. Müəllif, doğrudan da, 
öz tənqidində  təəssübkeşlik etmişdir. Bu təəssüb xudpəsəndliyə 
doğru gedən dargözlülük deyil, vətənə məhəbbət ucundan doğan 
ehtiras və həssaslıq nəticəsidir. 
Bu  əsərin müəllifi azərbaycanlı olsa da, romanını farsca 
yazmışdır. Çünki İran Azərbaycanın istismar edən məmurlar öz 
zülm və haqsızlıqlarını fars dilində fars mənbələrinə istinad  

 
229
ilə icra edirdi. Kitab fars dilində olsa da, müəllif çox yerdə istər-
istəməz Azərbaycan dilinə müraciət etməli olmuşdur. Xüsusilə 
həyəcanlandığı, hisslərinin tüğyan etdiyi, sakit danışa bilməyib, 
fəryad etdiyi yerlərdə müəllif ana dilində danışır. Füzulidən 
istifadə etdiyi: 
 
Gər daşın rəngini qanilə müləvvən edəsən,  
Rəngi tağyir tapar, ləli-bədəxşan olmaz.
1
 
 
İbrahim bəy öz pərişanlığından bacısına  şikayətləndiyi vaxt 
Füzulinin dili ilə deyir: 
 
Giriban oldu risvalıq əlilə çak, damən həm.  
Mənə risvalığımda dustlar tən etdi, düşmən həm.
2
 
 
Bu qəzəli başdan-ayağa oxuyur. Başqa bir yerdə böyük 
Füzulinin bu şeirlərini oxuyur: 
 
Xülafi-rəyim ilə eyfələk, mədar etdin.
3
 
Məni gül istər ikən mübtəlayi-xar etdin. 
 
Yaxud 
 
Nalədəndir ney kimi avazeyi-eşqim bülənd, 
Nalə tərkin qılmazam, neytək kəsilsəm bənd-bənd.
4
 
 
Bundan başqa İbrahim bəy azərbaycanlı olması ilə fəxr edir və 
rəsmi yerlərdə öz adını deməklə kifayətlənmir, azərbaycanlı 
olduğunu söyləyir. 
"Səyahətnamə" müəllifinin bu güclü tənqidinin və  cəsarətli 
islahat təkliflərinin nəzəri-ədəbi mənbəyi haradadır? 
                                                 
1
 Marağalı Zeynalabdin. İbrahim bəyin səyahətnaməsi. Birinci misra düz 
köçürülməmişdir. Əsli belədir: Gər qara daşı qızıl qan ilə rəngin edəsən  
2
 Yenə orada, səh.27. 
3
 Yenə orada, səh.131. 
4
 Yenə orada,səh.137
 

 
230
Bir çox tarixçi və  ədəbiyyatçılar "Səyahətnamə" müəllifinin 
görüşlərini Avropa mədəniyyəti və xüsusilə rus ədəbiyyatının 
bəzi görkəmli simaları ilə bağlayırlar. Burada bir həqiqət vardır. 
Ancaq Marağalı Zeynalabdinin siyasi-ədəbi görüşlərinin 
inkişafında və müəyyənləşməsində Mirzə  Fətəli Axundov və 
onun yaratdığı realizm məktəbi mühüm iş görmüşdür.  İndiyə 
qədər  ədəbiyyat tariximizdə  təhlil və  tədqiq olunmayan bu 
məsələ dərindən öyrənilməlidir. 
Aydındır ki, Zeynalabdin Avropa və rus mədəniyyətinə  ən 
əvvəl Tiflis mühiti ilə, Mirzə Fətəli, Mirzə Şəfi və başqa böyük 
yazıçı və mütəfəkkirlərin əsərləri vasitəsilə bağlanmışdır. 
Məlumdur ki, keçən  əsrin 70-80-ci illərində (bu zaman 
Zeynalabdin Qafqazda yaşayırdı, müsəlman ziyalıları ilə  sıx 
əlaqədə idi) M.F.Axundovun fəlsəfi məktubları  əlyazması 
şəklində  tərəqqipərvər ziyalılar arasında geniş yayılmışdı. 
Xüsusilə Tiflisdə  İran konsulxanasında,  şeyxülislam idarəsində 
bu  əsər haqqında mübahisə  və müzakirələr olurdu. 
M.F.Axundovun öz yazılarını  bəzən inandığı konsulxana 
məmurlarına oxuduğu da, ədibin qeydlərindən məlumdur. 
M.F.Axundovun ictimai fikirləri, başqa mütərəqqi  Şərq 
ziyalıları kimi Zeynalabdinə  də böyük təsir buraxmışdı. 
"Səyahətnamə"də  əlifba məsələsi məktəb, maarif, mədəniyyət 
məsələsi demək olar ki, həmişə  və  hər yerdə M.F.Axundov 
cəbhəsindən və bu nöqteyi-nəzərlə qoyulur və izah olunur. 
Yeni Azərbaycan  ədəbiyyatının banisi Mirzə  Fətəli Axundov 
Şərqdə, islam dünyasında böyük tərəqqipərvər bir rol oynamış 
"Səyahətnamə" müəllifinin də müəllimi olmuşdur, həqiqi tənqidi 
ona da öyrətmişdir. Marağalı Zeynalabdin də M.F.Axundov kimi 
əsərini gizlin imza ilə çap etmişdir. Axundov məktub  şəklindən 
istifadə etdiyi kimi, o da səyahətnamə, yol qeydləri  şəklindən 
istifadə edib, siyasi, tənqidi fikirlərini yazmışdır. 
 
  

 
231
Yüklə 2,01 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin