Azərbaycanın dövlət quruluşu. Ölkənin hüquq sistemi. Siyasi partiyaları Azərbaycanın dövlət quruluşu


Preambula Birinci bölmə. Ümumi müddəalar



Yüklə 53,07 Kb.
səhifə8/12
tarix16.05.2023
ölçüsü53,07 Kb.
#114197
1   ...   4   5   6   7   8   9   10   11   12
Azərbaycanın dövlət quruluşu. Ölkənin hüquq sistemi. Siyasi partiyaları-

Preambula


Birinci bölmə. Ümumi müddəalar
I fəsil. Xalq hakimiyyəti
II fəsil. Dövlətin əsasları
İkinci bölmə. Əsas hüquqlar, azadlıqlar və vəzifələr
III fəsil. Əsas insan və vətəndaş hüquqları və azdlıqları
IV fəsil. Vətəndaşların əsas vəzifələri
Üçüncü bölmə. Dövlət hakimiyyəti
V fəsil. Qanunvericilik hakimiyyəti
VI fəsil. İcra hakimiyyəti
VII fəsil. Məhkəmə hakimiyyəti
VIII fəsil. Naxçıvan Muxtar Respublikası
Dördüncü bölmə. Yerli özünüidarəetmə
IX fəsil. Bələdiyyələr
Beşinci bölmə. Hüquq və qanun
X fəsil. Qanunvericilik sistemi
XI fəsil. Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər
XII fəsil. Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr
Azərbaycan Respublikasının ərazi quruluşu

Konstitusiyaya uyğun olaraq Azərbaycan Respublikası tərkibinə muxtariyyətin- Naxçıvan Muxtar Respublikasının daxil olduğu unitar dövlətdir. Azərbaycan Respublikasının ərazi quruluşu dövlət hakimiyyətinin həyata keçirilməsində dövlət ərazisinin vahidliyi və bölünməzliyi, mərkəzləşdirilmiş və qeyri-mərkəzçi prinsiplərinə əsaslanır.


Dövlət ərazisinin vahidliyi prinsipi dövlətin tərkib hissələrinin vahid statusunun, Azərbaycan Respublikasında vahid hakimiyyət orqanları sisteminin və vahid hüquq sisteminin mövcudluğu anlamındadır.
Dövlət ərazisinin bütövlüyü prinsipi Azərbaycan Respublikasının hər hansı hissəsinin ayrılmazlığını, onların başqa dövlətlərin hərbi işğalına və ekspansiyasına çevrilməsinin yolverilməz olması anlamındadır.

Maddə 11Ərazi


I. Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir.
II. Azərbaycan Respublikasının daxili suları, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi, Azərbaycan Respublikasının üzərindəki hava məkanı Azərbaycan Respublikası ərazisinin tərkib hissəsidir.
III. Azərbaycan Respublikasının ərazisi özgəninkiləşdirilə bilməz. Azərbaycan Respublikası öz ərazisinin heç bir hissəsini heç bir şəkildə kimsəyə vermir; yalnız Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycanın bütün əhalisi arasında referendum keçirmək yolu ilə Azərbaycan xalqının iradəsi əsasında dövlət sərhədləri dəyişdirilə bilər.
Azərbaycan Respublikasında seçki hüququ: anlayış və prinsiplər
Obyektiv anlamda seçki hüququ- dövlət hakimiyyəti və yerli özünüidarənin səlahiyyətli orqanlarının formalaşdırılamsı ilə bağlı münasibətləri tənzimləyən Azərbaycan Respublikasının konstitusion institutudur.

Maddə 56. Seçki hüququ


I. Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ vardır.
II. Məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyətsizliyi təsdiq olunmuş şəxslərin seçkilərdə, habelə referendumda iştirak etmək hüququ yoxdur.
III. Hərbi qulluqçuların, hakimlərin, dövlət məmurlarının, din xadimlərinin, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrum edilmiş şəxslərin, bu Konstitusiyada və qanunda nəzərdə tutulan digər şəxslərin seçilmək hüququ qanunla məhdudlaşdırıla bilər.



Yüklə 53,07 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin