Azərbaycanın dövlət quruluşu. Ölkənin hüquq sistemi. Siyasi partiyaları Azərbaycanın dövlət quruluşu


- Azərbaycan Respublikası dövlət büdcəsinin icrasını təmin edir



Yüklə 53,07 Kb.
səhifə4/12
tarix16.05.2023
ölçüsü53,07 Kb.
#114197
1   2   3   4   5   6   7   8   9   ...   12
Azərbaycanın dövlət quruluşu. Ölkənin hüquq sistemi. Siyasi partiyaları-

- Azərbaycan Respublikası dövlət büdcəsinin icrasını təmin edir;
- maliyyə-kredit və pul siyasətinin həyata keçirilməsini təmin edir;
- dövlət iqtisadi proqramlarının həyata keçirilməsini təmin edir;
- dövlət sosial təminat proqramlarının həyata keçirilməsini təmin edir;
- nazirliklərə və digər mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlik edir, onların aktlarını ləğv edir;
- Azərbaycan Respublikası Prezidentinin onun səlahiyyətlərinə aid etdiyi digər məsələləri həll edir.

Maddə 120. Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları


I. Ümumi qaydalar müəyyən etdikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərarlar, başqa məsələlər üzrə sərəncamlar qəbul edir.
II. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarında başqa qayda nəzərdə tutulmayıbsa, onlar dərc edildiyi gündən qüvvəyə minir.

Maddə 121. Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzvlüyünə namizədlərə dair tələblər


Azərbaycan Respublikasının Baş naziri, Baş nazirin müavini, nazir, digər mərkəzi icra hakimiyyəti orqanı rəhbəri vəzifəsinə seçkilərdə iştirak etmək hüququna malik olan, ali təhsilli, başqa dövlətlər qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikası vətəndaşı təyin edilir.

 

Maddə 122. Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzvlərinə aid tələblər


Azərbaycan Respublikasının Baş naziri, onun müavinləri, nazirlər, digər mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri heç bir başqa seçkili və ya təyinatlı vəzifə tuta bilməzlər, elmi, pedaqoji və yaradıcılıq fəaliyyətindən başqa heç bir sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul ola bilməzlər, vəzifə maaşından, habelə elmi, pedaqoji və yaradıcılıq fəaliyyətinə görə aldığı vəsaitdən başqa məvacib ala bilməzlər.
Azərbaycan Respublikasında məhkəmə hakimiyyəti


Azərbaycan respublikasınınn məhkəmə hakimiyyəti- dövlət hakimiyyətinin növlərindən və tamhüquqlu qollarından biridir. Xüsusən də, məhkəmə qərarları Azərbaycan Respublikasının adından çıxarılır və elan edilir və Azərbaycan Respublikasının bütün ərazisində icra üçün məcburidir.
Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər. Ədalət mühakiməsi-məzmunu mülki, cinayət və digər işlərin baxılmasından və həll edilməsindən ibarət olan dövlət fəaliyyətinin xüsusi növüdür. İcra hakimiyyəti orqanlarının fəaliyyətindən fərqli olaraq, ədalət mühakiməsi qanunla ciddi müəyyən edilmiş prosessual formada, daha dəqiqi – Konstitusiya, mülkü və cinayət məhkəmə icraatı vasitəsilə və qanunla nəzərdə tutulmuş digər vasitələrlə həyata keçirilir.
VII fəsil

Yüklə 53,07 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin