Azərbaycan Respublikasının əsas hüquq sahələrinin xarakteristikası Azərbaycan Respublikasının əsas hüquq sahələrinə aşağıdakılar aiddir:
1.Konstitusiya hüququ. Bu sahənin hüquqi tənzimləmə predmeti bunlardır: ictimai quruluşun təsbit olunması; insan və vətəndaşın hüquqi statusu; qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının formalaşdırılması, struktur və fəaliyyəti. Kontitusiya hüququnın hüquq sahəsinin əsas mənbəyi – Azərbaycan Respublikasının Konstitusiyasıdır; 2. inzibati hüquq. Onun hüquqi tənzimləmə prdmeti –idarəçilik sferasında ictimai münasibətlərdir. Bundan başqa, Azərbaycan Respublikası hüquq sisteminin bu sahəsi inzibati qayda pozuntularına görə məsuliyyət müəyyən edir. Bu sahənin xüsusiyyəti – kodifikasiya edilmiş “başlıca” aktın yoxluğu və hədsiz sayda qanun qüvvəli aktın olmasındadır;
3. mülkü hüquq. Hüquqi tənzimləmə predmeti-fiziki və hüquqi şəxslər arasında baş verən şəxsi qeyri-əmlak və əmlak münasibətləridir. Bu sahənin əsas normativ-hüquqi aktı-Milli Məclisdir; 4. ailə hüququ. Hüquqi tənzimləmə predmeti- ər, arvad münasibətləri, valideynlərlə uşaqlar və digər ailə üzvləri arasında olan münasibətlərdir. Hüququn bu sahəsində əsas normativ –hüquq akt- Ailə Məcəlləsidir.
5. maliyyə hüququ. Bu sahənin hüquqi tənzimləmə predmeti-maliyyə münasibətləri, yəni dövlət büdcəsinin və yerli büdcənin formalaşdırılması və icrasıdır, pul dövriyyəsi və vergilərdir. Hüququn inzibati hüquqla sıx kəsişən bu sahəsi üçün hüquq mənbələrinin çoxluğu səciyyəvidir;
6. cinayət hüququ. Hüququn bu sahəsi əməlin cinayət sayılmasını və cəzaları, cinayət məsuliyyətinə cəlb etməyin əsaslarını və şərtlərini müəyyənləşdirir. Bu sahənin xüsusiyyəti-yeganə hüquq mənbəyinin olmasıdır ki, bu da Cinayət Məcəlləsindən ibarətdir;
7.mülkü-prosessual hüquq. Hüquqi tənzimləmə predmeti- mülkü, həmçinin bəzi digər kateqoriyalı işlər üzrə mübahisələrin həlli prosesində baş verən münasibətlərdir. Əsas normativ hüquqi akt- Mülki-prosessual Məcəllədir; 8. cinayət-prosessual hüquq. Bu sahənin hüquqi tənzimləmə predmeti –cinayət işlərinin açılması, istintaqı və baxılması üzrə məhkəməyə qədərki və məhkəmə istintaqı gedişatında baş verən münasibətlərdir. Əsas normativ-hüquqi akt- Cinayət-prosessual Məcəllədir; 9. torpaq hüququ. Bu sahənin hüquqi tənzimləmə predmeti- torpaqdan istifadə və ya yer quruluşu sferalarında baş verən münasibətlərdir. Əsas normativ hüquqi akt- Torpaq Məcəlləsidir. Hüquqi tənzimləmənin metodları imperativ olduğu kimi, həm də dispozitivdir.
10. ekoloji (təbiəti mühafizə). Hüquqi tənzimləmə predmeti –təbiət resurslarından istifadə və mühafizə sahəsində baş verən münasibətlərdir. Hüququn bu sahəsində vahid kodifikasiya aktı mövcud deyil. Əsas mənbələri- Meşə və Su məcəllələri, Yerin təki haqqında qanun və çoxsaylı digər qanunlardır. Hüquqi tənzimləmə metodları- torpaq hüququ sahəsinin metodları ilə eynidir;
11. əmək hüququ. Bu sahənin hüquqi tənzimləmə predmeti -əmək fəaliyyəti prosesində (mülkiyyətçi ilə işçi və ya işçi kollektivi arasında, işçilər arasında) baş verən münasibətlərdir. Əmək hüququnun yarımsahəsi-sosial təminat və əhalinin sosial müdafiəsi hüququdur. Əsas normativ hüquq aktları- Azərbaycan Respublikasının Əmək Məcəlləsi, “Məşğulluq haqqında” və digər qanunlardır. Bu sahənin tənzimləmə metodları müxtəlifdir: imperativ, dispozitiv və həvəslənduirmə.
Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikası hüquq sistemində ən əhəmiyyətli rol Konstitusiya (dövlət) hüququna məxsusdur. Hüququn bu sahəsi ictimai quruluşun siyasi və sosial-iqtisadi əsaslarının yaradılması ilə bağlı münasibətlərin tənzimlənməsində, şəxsiyyətin dövlətdə yerinin və rolunun müəyyən edilməsində, dövlət quruculuğunun formalarının, hakimiyyətin icra mexanizminin və yerli özünüidarə sisteminin möhkəmləndirilməsində istənilən dövlət üçün açar rolunu oynayan normalar məcmuəsini özündə əks etdirir. Konstitusiya hüququnun hüquq sistemində aparıcı rolu onunla müəyyəy olunur ki, bu sahəyə daxil olan bütün qanunların əsas mənbəyi – Azərbaycan Respublikasının Konstitusiyasıdır.
“Konstitusiya” termininin özü müəyyənetmə, təsisetmə, tərtibetmə mənalarını verən “constitucio” latın sözündəndir və ilk dəfə Roma imperatorlarının hüquqi aktlarının qeyd edilməsi üçün işlədilmişdir. Orta əsrlər Avropasında bu sözlə müxtəlif növ normativ hüquqi aktları adlandırırdılar. Konstitusiya, bu, sözün müasir mənasında ilk dəfə ABŞ-da (1787-ci ildə), Polşada və Fransada (1791-ci ildə) qəbul edilmişdir. Konstitusiya-dövlətin əsas hüquqi təsis aktıdır.
Azərbaycan Respublikasının Konstitusiyası cəmiyyət həyatının əsas dayaqlarını, şəxsiyyətin konstitusion statusunu, dövlətin hüquqi əsasını, dövlət quruluşunun başlıca xarakteristikasını təsbit edir.
18 oktyabr 1991-ci il tarixində “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında”, Konstitusiya Aktı qəbul edilmiş və bu tarix müasir Azərbaycan dövlətinin müstəqilliyinin bərpası günü sayılır. Azərbaycan Respublikasının Konstitusiyası ümumxalq referendumu (ümumxalq səsverməsi) yolu ilə 12 noyabr 1995-ci ildə qəbul edilmişdir. 1995-ci il noyabrın 27-də qüvvəyə minmişdir. Hazırkı vaxtda Azərbaycan Respublikasının Konstitusiyası ona 24 avqust 2002-ci il tarixdə, 18 mart 2009-cu il tarixdə və 26 sentyabr 2016-cı il tarixdə ümumxalq referendumu yolu ilə edilmiş əlavə və dəyişikliklərlə fəaliyyət göstərir. Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya aktında əks olunan prinsipləri əsas götürərək, bütün cəmiyyətin və hər kəsin firavanlığının təmin edilməsini arzulayaraq, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsini istəyərək, keçmiş, indiki və gələcək nəsillər qarşısında öz məsuliyyətini anlayaraq, suveren hüququndan istifadə edərək, təntənəli surətdə aşağıdakı niyyətlərini bəyan edir:
- Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq;
- Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək;
- vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq;
- xalqın iradəsinin ifadəsi kimi, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq;
- ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq, hamının layiqli həyat səviyyəsini təmin etmək;
- ümumbəşəri dəyərlərə sadiq olaraq, bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək.
Yuxarıda sadalanan ülvi niyyətlərlə ümumxalq sәsvermәsi - referendum yolu ilə bu Konstitusiya qəbul edilir.
Azərbaycan Respublikasının Konstitusiyası preambuladan, 5 bölmədən, 12 fəsildən, 158 maddədən ibarətdir. Azərbaycan Respublikasının Konstitusiyasının strukturu: