Azərbaycanın təbii şəraiti və ehtiyatları


Yuxarı Qarabağ iqtisadi rayonu



Yüklə 390,5 Kb.
səhifə6/6
tarix09.02.2017
ölçüsü390,5 Kb.
#7862
1   2   3   4   5   6

7. Yuxarı Qarabağ iqtisadi rayonu. Əraziyə 7 inzibati rayon (Ağdam, Tərtər, Xocavənd, Xocalı, Şuşa, Cəbrayıl, Füzuli) və Xankəndi şəhəri daxildir. Burada relyefin mürəkkəbliyi ilə əlaqədar iqlimlərin müxtəlifliyi mövcuddur: Quru qış ilə mülayim-isti iqlimdən soyuq iqlim növlərinə qədər. Şərq və aran rayonlara aid olan hissədə yay mülayim istidir: iyul ayının orta temperaturu 22-25o-dir. Fəal temperaturların cəmi burada 3500-4500o arasında tərəddüd edir. Qış fəsili mülayim keçir. Yanvar ayının orta temperaturu 0.2-1.8o, mütləq minimumların orta kəmiyyəti 9-13o şaxta təşkil edir. Qar örtüyü ilə günlərin sayı 30-dan artıqdır. Yüksək ərazilərdə yay sərin, qış isə şaxtalı və qurudur. Fəal temperaturların cəmi 2500-3000o arasındadır. Iyulun orta aylıq temperaturu 18-19o, yanvarın isə -2-4o-dir. Qar örtüyünün davamiyyəti 60-70, şaxtasız günlərin sayı 215-240 gün təşkil edir. Ərazinin nəmlənmə şəraiti qeyri-nəm və mülayim-nəm kimi qiymətləndirilir. Illik yağıntının miqdarı 460-650 mm-dir.

Hal-hazırda bu iqtisadi rayonun 4 inzibati rayonlarının bütün ərazisi, Xankəndi səhəri, habelə Ağdam və Fizuli rayonlarının ərazisinin bir hissəsi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir.

Yuxarı Qarabağ iqtisadi rayonunda iqtisadiyyatın əsasını kənd təsərrüfatı təşkil edir. Kənd təsərrüfatının başlıca sahələri üzümçülük, taxılçılıq, meyvəçilik və tütünçülükdür. Üzümün məhsuldarlığına görə iqtisadi rayon xüsusilə seçilir.

İqtisadi rayonda heyvandarlıq əsasən ətlik-südlük, yüksək dağlıq sahələrdə isə ətlik-yunluq istiqamətlərində inkişaf etmişdir. Eyni zamanda, iqtisadi rayonda baramaçılıq və arıçılıq inkişaf etdirilir.

İqtisadi rayonun sənayesi yerli kənd təsərrüfatı xammalının emalına əsaslanır.



8. Kəlbəcər-Laçın iqtisadi rayonu. Əraziyə 4 inzibati rayon (Kəlbəcər, Laçın, Zəngilan, Qubadlı) daxildir. Ərazi dağlıq relyefə malikdir və orada soyuq kontinental iqlim mövcuddur. Fəal temperaturların cəmi 2000-3500o-dir. Ərazinin çox hissəsində yay qısa və sərin keçir. Iyul ayının orta temperaturu 17-21o, mütləq maksimumları isə 33-36o, şaxtasız günlərin sayı 180-230 gün təşkil edir. Qış soyuq keçir. Yanvar ayının orta temperaturu 1-4o şaxta, mütləq mini-mumların orta kəmiyyəti isə 15-17o şaxta arasında dəyişir. Yağıntı cənubdan şimala və şərqdən qərbə tərəf 450 mm-dən 600 mm-dək artır. Burada davamlı qar örtüyü formalaşır və 50-60 gün ərzində qalır.

Hal-hazırda bu iqtisadi rayonun bütün ərazisi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir.

Azərbaycan ərazisinin 7,5 faizi, əhalisinin isə 2 faizdən bir qədər çoxu bu iqtisadi rayonun payına düşür.

Rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı, xüsusilə heyvandarlıq təşkil etmişdir. Qoyunçuluq, maldarlıq, arıçılıq heyvandarlığın inkişaf etmiş sahələrindən olmuşdur.

İqtisadi rayon ərazisində qızıl, civə, mərmər, üzlük tikinti daşları, kopal, perlit və s . faydalı qazıntı ehtiyatları vardır.



9.Dağlıq Şirvan iqtisadi rayonu. Əraziyə Qobustan, Şamaxı, İsmayıllı və Ağsu inzibati rayonlar daxildir. Relyefi əsasən dağlar, dağətəyi və aranlar təşkil edir. Burada quru yay və mülayim isti yarımsəhra və çöl iqlimləri mövcuddur. Yalnız orta yüksəkliklərdə iqlim mülayim – isti rejimi və yağıntıların bərabər paylanması ilə səciyyələnir. Fəal temperaturların cəmi 3000-4000o- dir. Şaxtasız müddət 210-230 gün davam edir.Yanvarın orta ayliq temperaturu 1o-yə yaxın, mütləq minimumların orta kəmiyyəti isə 10-11o-dir. Qış fəsilində qar örtüyünün davamiyyəti 40-günə yaxındır. Ən isti ayın (iyulun) orta temperaturu 22-24o təşkil edir. Ərazidə rütubət çatışmazlığı mövcuddur. Nəmlənmə şəraiti quru və qeyri-kifayət təminatlı kimi qiymətləndirilir.Yağıntıların orta illik miqdarı 300-550 mm təşkil edir.

Dağlıq Şirvan iqtisadi rayonu Azərbaycanın mərkəz hissəsində-Şirvan düzündə yerləşir. İqtisadi rayonun ümumi sahəsi 6,06 min kv.km olmaqla ölkə ərazisinin 7 faizini təşkil edir.

İqtisadi rayonun relyefi dağlıq və düzənlik əraziyə bölünür. Regionun iqlimi çox müxtəlifdir, yüksək dağlıq hissələr rütubətli olmaqla mülayim soyuq iqlim şəraitinə malikdir.

Düzənlik hissənin iqlimi isti və quraqdır.

Digər rayonlarla müqayisədə Dağlıq Şirvan iqtisadi rayonunda əhali nisbətən zəif məskunlaşmışdır. Rayonun əhalisinin ümumi sayı 270,2 min nəfər olmaqla ölkə əhalisinin 3,2 faizini təşkil edir. İqtisadi rayonda əhalinin orta sıxlığı hər kv.km 45 nəfərdir.

Şirvan iqtisadi rayonu faydalı qazıntılarla zəngin deyildir. Regionda əsasən daş, çınqıl, qum, əhəng və digər tikinti materialları mövcuddur. Şamaxı, Ağsu, İsmayıllı rayonlarının gil yataqları mühüm tikinti əhəmiyyətinə malikdir. İqtisadi rayonun dağlıq zonası müalicə və kurort əhəmiyyətli mineral sularla zəngindir. Tərkibi əsasən kükürdlə, hidro-karbonatlarla zəngin olan bulaqların suyundan müalicə və içmək məqsədi ilə istifadə edilir.

İqtisadi rayon başlıca olaraq əkinçilik, üzümçülük, şərabçılıq və heyvandarlıq üzrə ixtisaslaşmışdır. Əkinçilikdə aparıcı yeri taxılçılıq tutur. Digər əkinçilik sahələri yerli istehlak xarakteri daşıyır. Heyvandarlığın başlıca sahəsi maldarlıq və qoyunçuluqdur.

Şirvan iqtisadi rayonu qədim məskunlaşmış ərazi olsa da, sənaye cəhətdən nisbətən zəif inkişaf etmişdir. İqtisadi rayonun sənayesinin əsasını yerli kənd təsərrüfatı məhsullarını emal edən yeyinti və yüngül sənaye sahələri təşkil edir. İqtisadi rayonun yüngül sənayesi əsasən şərabçılıq, meyvəçilik, tikiş və xalçaçılıq sahələri ilə təmsil olunmuşdur. Yeyinti sənayesində əsas yeri yerli üzüm məhsulunu emal edən şərabçılıq tutur. Bundan əlavə, rayonun iqtisadiyyatında meşə və ağac emalı, tikinti materialları istehsalı (İsmayıllı rayonunda ağac emalı müəssisəsi, Şamaxı və Qobustan rayonlarında daş karxanaları, kərpic zavodu), kənd təsərrüfatı texnikasının təmiri müəssisələri mövcuddur.

Şirvan torpağı tarixən sənətkarlıq və toxuculuq mərkəzi olmuşdur. Lahıc qəsəbəsi özünün misgərlik məmulatları, Basqal kəndi isə xalq içində öz kəlağayısı ilə məşhurdur. Şamaxı şəhərində də ipək kəlağayı emalatxanaları fəaliyyət göstərir. Əksər kəndlər üçün xalçaçılıq ənənəvi sənətkarlıq növüdür.

Şirvan iqtisadi rayonu geniş nəqliyyat şəbəkəsinə malikdir. Burada nəqliyyatın bütün növlərindən istifadə edilir. Bakı-Tbilisi dəmir yolu magistralı MDB ölkələri ilə iqtisadi əlaqələr yaratmağa imkan verir. Dəmir yolunu magistral və yerli əhəmiyyətli avtomobil yolları tamamlayır. Ölkə paytaxtını qərb rayonları ilə birləşdirən Bakı-Qazax şose yolu rayon ərazisindən keçir. Şərabçılığın inkişafına əlverişli şərait yaratmaq məqsədilə Padar stansiyası ilə Çöl Göylər kəndi arasında yerli əhəmiyyətli dəmir yol xətti çəkilmışdir.

Rayonun sosial infrastrukturuna orta ixtisas məktəbləri, ali məktəblərin filialları (Dövlət Pedaqoji və “Odlar Yurdu” universitetlərinin Şamaxı filialları), mədəni maarif və səhiyyə ocaqları, teatr və muzeylər daxildir.

10. Naxçıvan iqtisadi rayonu. Ərazi 7 inzibati rayon (Babək, Culfa, Ordubad, Sədərək, Şahbuz, Şərur, Kəngərli) və Naxçıvan şəhərindən ibarətdir. Ərazi kəskin kontinental iqlimi və quraqlıq şəraiti ilə səciyyələnir. Arazyanı alçaq hissəsində çox isti və quru yay mövcuddur. Burada fəal temperaturların cəmi 3500-4500o, iyul ayının orta temperaturu 24-28o arasındadır. Havanın mütləq maksimum temperaturu 40-44o -yə çatır. Şaxtasız günlərin sayı 210-230 gün təşkil edir. Qış soyuqdur. Yanvar ayının orta temperaturu 3-5o şaxta, mütləq minimumların orta kəmiyyəti 12-16o şaxta təşkil edir. Yağıntılar, əsasən, yaz və payız fəsillərində müşahidə edilir və yağıntının illik miqdarı 210-270 mm arasında olur. Dağlıq şərq hissəsində isə fəal temperaturların cəmi 2000-3000o -dək azalır. Burada davamlı qar örtüyü formalaşır və 40-50 gün ərzində qalır. Yağıntının illik miqdarı 440 mm-dək artır.

Azərbaycan Respublikasının Naxçıvan iqtisadi rayonu, Naxçıvan Muxtar Respublikasının ərazisini əhatə etməklə, Azərbaycanın əsas hissələrindən kənarda, Türkiyə, İran və Ermənistanın əhatəsində anklav ərazidə yerləşir. Ermənistanın işğalçılıq siyasəti nəticəsində Naxçıvan iqtisadi rayonu blokada vəziyyətinə düşərək, hal-hazırda çox əlverişsiz iqtisadi-coğrafi mövqeylə üzləşmişdir. İqtisadi rayonun ümumi sahəsi 5,5 min kv.km olmaqla ölkə ərazisinin 6,3 faizini əhatə edir. Relyef xüsusiyyətlərinə görə rayonun ərazisi Zəngəzur və Dərələyaz silsilələrindən və Araz boyu uzanan maili düzənliklərdən ibarətdir. İqtisadi rayonun ərazisinin 0,5 faizi meşələrlə örtülmüşdir.

İqtisadi rayonun əhalisinin ümumi sayı 376,4 min nəfər olmaqla, ölkə əhalisinin 4,5 faizini təşkil edir. İqtisadi rayonda əhalinin orta sıxlığı hər kv.km-də 68 nəfər təşkil edir. Naxçıvan iqtisadi rayonunda zəngin təbii ehtiyatlar: molibden, polimetal filizlər, daşduz dolomit, mərmər, tikinti materialları yataqları mövcuddur. Eyni zamanda, iqtisadi rayon Badamlı, Sirab, Vayxir, və s. kimi 200-dən çox qiymətli mineral su bulaqlarına malikdir. Azərbaycan Respublikasının molibden və dolomit ehtiyatlarının hamısı, mineral su ehtiyatlarının 60 faizi Naxçıvan iqtisadi rayonunun payına düşür.

Naxçıvan iqtisadi rayonu inkişaf etməkdə olan sənaye və çoxsahəli kənd təsərrüfatına malikdir. Ölkənin sənaye məhsulunun 2,6 faizi, kənd təsərrüfatı məhsulunun 3,6 faizi bu rayonun payına düşür. İqtisadi rayonun sənaye məhsulunun yarıdan çoxu, sənaye-istehsal işçi heyətinin 35 faizə qədəri Naxçıvan sənaye qovşağında cəmlənmişdir. Elektroenergetika (Araz SES), elektrotexnika (Naxçıvan), alüminium qablar, mebel (Naxçıvan), avtomobil təmiri (Şahbuz) müəssisələri sənayenin aparıcı sahələrini təmsil edir. Tikinti materialları istehsalı üzrə dəmir-beton konstruksiyaları (Naxçıvan, Şərur), üzlük materialları zavodları, qum-çınqıl karxanası fəaliyyət göstərir. Toxuculuq və yeyinti sənaye sahələri rayonun iqtisadiyyatında mühüm yer tutur. Naxçıvan şəhərində sənaye məhsulunun 7 faizdən çoxu yeyinti sənayesinin, 10 faizi isə yüngül sənayenin payına düşür.

İqtisadi rayonun aqroiqlim şəraitinin müxtəlifliyi kənd təsərrüfatının müxtəlif istiqamətlər üzrə ixtisaslaşmasına səbəb olmuşdur. Əkinçilik süni suvarma şəraitində inkişaf etdirilir. Əkinçiliyin əsas sahələri üzümçülük, tütünçülük, meyvəçilik və taxılçılıqdır. Naxçıvan iqtisadi rayonu ölkənin ikinci tütünçülük rayonudur. İqtisadi rayonda həmçinin şəkər çuğunduru, xına, tərəvəz, gül becərilir. Ətlik-südlük maldarlıq, ətlik-yunluq və südlük qoyunçuluq, arıçılıq heyvandarlığın əsas sahələridir.

Hazırda Naxçıvan iqtisadi rayonunun Azərbaycan Respublikasının digər rayonları ilə dəmir yol əlaqəsi yoxdur. Yeganə əlaqə vasitəsi hava yolu və İran ərazisi vasitəsilə avtomobil yoludur. Naxçıvan Muxtar Respublikasının enerji təchizatı da İran və Türkiyə vasitəsilə həyata keçirilir.

Naxçıvan Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olmaqla, geniş sosial – mədəni infrastruktura malikdir. Muxtar respublikanın Milli Elmlər Akademiyasının elmi idarələri, ümumtəhsil, peşə, musiqi məktəbləri, mədəni maarif, səhiyyə ocaqları və muzeylərlə yanaşı, çoxlu sayda tarixi abidələri mövcuddur.

2007-ci ilin əvvəlinə ölkənin inzibati ərazi bölgüsü aşağıdakı kimi xarakterizə edilir:



 

sayı, ədəd

Muxtar respublika

1

Rayonlar

66

Şəhərlər

70

Qəsəbələr

239

Kənd ərazi vahidləri

1691

Kənd yayayış məntəqələri

4272







© Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi


Yüklə 390,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin