Qarşılıq-birgəlik növ göstəriciləri və onlardan istifadə qaydaları mü-
qayisə edilən dillərdə bəzi üslubi məqamları nəzərə almaqla eynidir:-ş, -ış, -
uş, -aş: görüşmək, baxışmaq, vuruşmaq, bilişmək, tutaşmaq, qucaqlaşmaq
və s. Digər türk dillərində şəkilçinin -s, -ıs
4
,-sus
4
variantları da vardır. Dilin
qədim çağlarında təkcə fellərdən deyil, digər nitq hissələrindən də qarşılıq-
birgəlik növ yaratmışdır: Olar iki ayrışdı. Olar iki kız kolışdı
1
. M.Kaşğaridə
qarşılıq-birgəlik növün -ruş, -rüş formalarına da rast gəlinir: Olar məni birlə
suvda çumruşdu. Olar ikki ton kedhrüşdü – Onlar ikisi bir-birinin paltarını
geyindilər
2
.
Türk dillərində qarşılıq-birgəlik növün 10-a qədər məna çaları fərqlən-
dirilir. Bunlardan biri də hörmət və ya nəzakət mənasıdır. Bu hal özbək,
qırğız, qazax dillərində geniş yayılmışdır: Domulla gelişdilər – Müəllim
gəldilər
3
. Özbəkcənin təsiri ilə türkmən dilində də qarşılıq-birglik növün
hörmət, kömək mənası yaranmışdır: Biz instituta teze mebel getirişdik
4
. Bu
dildə çox vaxt qarşılıq-birgəlik göstəricisi şəxs və ya kəmiyyət göstəricisi
funksiyasında işlənə bilir: Bu koynu asış – Bu qoyunu asaq.
Qarşılıq-birgəlik göstəricisi -ş, -ış-ın mənşəyi barədə yekdil fikir yox-
dur, iki mülahizə geniş yayılmışdır: 1) eş köməkçi felindən yaranıb; 2)tək-
rarlıq və ya topluluq bildirən ş elementindən formalaşıb
5
. Bizim fikrimizcə,
qarşılıq-müştərək növ şəkilçisinin nüvəsində «iş» ismi durur. Fellər növ ka-
teqoriyası üzrə fərdiləşənə qədər «iş» sözü əsas felə köməkçi funksiyada
qoşulan bir hissə olub, feli isim yaratmış, sonralar müştərəklik və
qarşılıqlıq çaları qazanaraq növ şəkilçisi kimi formalaşmışdır.
İcbar növ türkoloji dilçilikdə ən çox tədqiq olunan, həm də daha çox
mübahisəyə səbəb olan fel növüdür. Digər növlərlə müqayisədə felin bu
növü sonralar meydana gəlmişdir. Dilçilikdə belə bir fikir formalaşmışdır
ki, icbar növ fellər yalnız təsirli fellərdən yarana bilər. Biz də həmin mövqe
ilə razılaşmayan M.Mirzəliyevanın bu fikirlərinə şərikik ki, növ şəkilçiləri
felin sadə, mürəkkəb, təsirli və ya təsirsiz olmasından asılı olmayaraq
istənilən fel kökünə və ya əsasına artırıla bilər
6
.
Oğuz qrupu türk dillərində icbar növ öz şəkilçi rəngarəngliyi və üslubi
imkanlarının genişliyinə görə də diqqəti cəlb edir. Azərbaycan dilçiliyində
1
Kaşğari Mahmud. Divanü-lüğat-it türk. I c. s.270; II c. s.109.
2
Yenə orada, II c. s.216, 228.
3
Фазылов Э.И. Категория залога в узбекском языке. Ташкент, 1963, с.86.
4
Mirzalieva M. Göstərilən əsəri, s.22.
5
Cəlilov F. Göstərilən əsəri, s.241.
6
M.Mirzəliyeva. Göstərilən əsəri, s.25-26.
37
bir qrup dilçilər icbar növ şəkilçisi kimi yalnız -dır
4
, -t şəkilçilərini qəbul
edir, digər dilçilər isə bu sıraya -dar
2
, -tar, -ar, -ız, -ıt, -r, -t şəkilçilərini də
əlavə edirlər.
Türkoloji dilçilikdə icbar növ göstəricisi kimi tanınan bir çox şəkilçilər
Azərbaycan dilçiliyində, əsasən, təsirsiz feldən təsirli fel yaradan şəkilçi
kimi verilir: uçmaq – uçurmaq, baxmaq – baxdırmaq, qorxmaq – qorxut-
maq. Oğuz qrupu türk dilləri üçün xarakterik olan icbar növ göstəricilərini
aşağıdakı kimi ümumiləşdirmək olar: -dır
4
//-tır
4
(yaptır, koytur, gəzdir); -
duz
4
(alduz, udduz); -tar//-dar (kaytar, göstər, qondar, döndər); -ıt
4
, -t
(qorxut, bərkit, gizlət); -ır
4
(geçir, doyur, aşır); -ar
2
(çıxar, qopar); -kız
4
//-
qız
4
(qirkiz, ayılkız, durquz); -kaz//-qaz (görkəz, yutkaz); -ız
4
(əmiz, çimiz,
kalkız, korkuz); -sat
2
(suvsat, görsət); -şır//çır (tapçır, dövşür) və s.
İcbar növ şəkilçilərinin yaranmasında iştirak edən köməkçi felləri və
onlardan törəyən növ şəkilçilərini bu cür müəyyənləşdirmək olar:
1) Er//İr = -ər
2
, -əz, -ir
4
, -ız
4
– qopar, çıxar, görkəz, qaçır, qalxız
2) Et = -ət
2
, -it, -t – karalt, axıt, hürküt, boşat
3) Dur = -dır
4
, -dar, -tar – qaldır, durdur, biçdir,göstər, döndər və s.
Fəslin 4-cü bölməsi «Feli bağlama şəkilçiləri, inkişaf və formalaşma
tarixi» adlanır.Türk dilləri modallıq imkanlarına görə dünyanın ən zəngin
dillərindəndir. Modallığın ifadə vasitələri içərisində müxtəlif şəkilçilərlə re-
allaşan feli bağlamaların xüsusi yeri vardır.Əksəriyyəti oğuz mənşəli olan
və bu qrup türk dillərində işlənən feli bağlama şəkilçiləri aşağıdakılardır:
1. -ıb
4
(-yıb
4
), -ıp
4
, -p – digər oğuz qrupu dillərindən fərqli olaraq Azər-
baycan dilində (o cümlədən özbək, qaraçay-balkar) şəkilçinin cingiltili
samitli variantından istifadə edilir. Türk dili dialektlərində -ıv
4
, -ıf
4
, -ıfda
4
, -
ıfdan
4
, -ıpjık, -ıpdajık variantları da mövcuddur. Yazılı abidələrin, M.Kaş-
ğari «Divan»ının, o cümlədən «Kitabi-Dədə Qorqud» dastanlarının və
klassik şairlərin dilində -ıban
4
, -ubanı
4
variantlarına sıx-sıx rast gəlinir:
Qalqubanı yerindən uru turdun (KDQ); Durna uçuban havaya düşdü, laçın
aluban obaya düşdü (Xətai).
2. A.N.Kononov -ıpan//-ıban formasını -ıb
4
-ın arxetipi hesab edərək
şəkilçinin mənşəyini «bol» felinə bağlayır
1
. Z.Korkmaz -ıpan
4
morfemində
ıp+an hissələrini fərqləndirərək an hissəsinin bir qüvvətləndirmə şəkilçisi
görəvində sonradan birinci hissəyə qoşulduğunu ehtimal edir
2
. M.Şirəliyev
1
Korkmaz Zeynep. Türkçede -n zarf-fiil eki ilə -pan//-pen eki ve türemeleri. Türk
araştırmaları yıllığı. Belleten 1984, Ankara, 1987, s.155-165.
2
Кононов А.Н. Грамматика современного турецкого литературного языка.
М-Л, Изд-во АН СССР, 1956, с.110-111.
38
isə bu fikirdədir ki, -ıban
4
feli bağlama göstəricisi birləşdirmə bağlayıcısı «-
ıb»-la çıxışlıq hal şəkilçisi –nan (-dan)-ın qovuşması nəticəsində meydana
gəlmişdir
1
.
3. -cak//-cek, -caq//-cək, -jak//-jek müvafiq olaraq türk, qaqauz, Azər-
baycan və türkmən dillərində işlədilən zaman məzmunlu feli bağlama
şəkilçiləridir. Klassik oğuz türk şairlərinin dilində, Azərbaycan dilinin Ba-
kı, Muğan şivələrində -cağın//-cegin//-cəyin, -icək kimi formaları da möv-
cuddur. -caq//cək şəkilçisinin metatezik variantı olan -qac//-gəc forması
daha qədim hesab edilsə də, «Kitabi Dədə Qorqud» dastanının dilində hər
iki forma paralel işlənmişdir. -caq//-cək morfeminin mənşəyini zaman
məzmunlu çağ sözü ilə bağlamaq elmi həqiqətə uyğundur. Oğuz qrupu türk
dillərində qismən fərqli fonetik tərkibdə işlənən -dıqda//-dikdə, -dıqca//-
dikcə, -ınca//-incə (-ınja//-inje), -ıncax//-incək, -ıynan//-iynən və s. mor-
femləri -caq//cək-dən törəmə hesab etmək olar. Bu şəkilçilərdən -dıqda//-
dikdə müqayisə edilən dillərdə bir neçə fonetik variantda rast gəlinir: -
dıkta//-dikte (türk); -dıda//-dıde,-dıqın//-digin(türkmən); -dıxdan//-dix`dən
(Azərb. dial.)və s.
4.-arkan//-ərkən,-ırkan//-irkən, -mışkan//-mişkən hərəkəti zamana görə
tamamlayan feli bağlama şəkilçiləridir.Zaman şəkilçiləri ilə zaman məz-
munlu kan (çan) isminin birləşməsindən yaranıb.İkinci hissənin (-kan/ /-
ken) qaqauz dilində kene (seslerkene) forması da var. Türkmən dilində -ar-
kan//-ərkən əvəzinə daha çox -yarkak//-yərkək şəklindən istifadə edilir:
baryarkak, qelyərkək.
5. -alı//-eli//-əli çox qədim zamanlardan işlənir, «…əski türkcədə -ğalı,
-geli şəklində idi. Batı türkcəsinə -alı, -eli şəklində keçmişdir»
2
. Azərbay-
can dilində -anı//-əni forması da vardır: sən gedəni, əsgərlikdən qayıdanı.
Türk dillərində -qani (özbək), -qeni (qırğız), qenli (kumuk) və s. formaların
olduğunu qeyd edən B.Serebrennikov -alı
2
morfeminin mənşəyini birgəlik
halın -lı (-la) göstəricisinə bağlayır
3
.
6. -dan //-dən, -dın//-tın, -din, -den, -yin hərəkəti, əsasən, tərzə görə
tamamlayan feli bağlamalar yaradır. Ümumtürk mənşəli olub, oğuz qrupu
dillər üçün -dan//-din variantı daha xarakterikdir. Adətən, inkar şəkilçisi ilə
birgə -madan// -medin şəklində təhlilə cəlb edilir: oxumadan, bilmedin. Dil-
də -araqdan//-ərəkdən (bilərəkdən, qanaraqdan), -mışdan// -mişdən
1
Şirəliyev M. Azərbaycan dialektologiyasının əsasları. Bakı, Maarif, 1968, s.98-
99.
2
Muharrem Ergin. Türk Dil Bilgisi. Sofya, 1967, s.323.
3
Serebrennikov B.A., Qadjieva N. Göstərilən əsəri, s.236-237.
39
(baxmamışdan, bilməmişdən), -dığından//-diyindən (çaşdığından, sevindi-
yindən) və s. formaların mövcudluğu bu cür yanaşmanın doğru olmadığına
əsas verir. Türkmən dilində ma+dan forması daha çox man şəkillidir: Ol
menden gözini ayırman durup otırdı.
7. -anda//-əndə//-ende – M.Kaşğari lüğətində qeydə alınmasa da,KDQ-
da aktiv səciyyəlidir: Dizin basıb oturanda halal görklü. M.Ergin
şəkilçinin sırf azəri sahəsinə aid olduğunu söyləsə də
1
, türkmən ədəbi dili
və dialektlərində geniş istifadəsi onun fikrinin doğruluğunu şübhə altına
alır: qeçirilende, çalışırılanda
2
. Digər türk dillərində şəkilçinin -qanda// -
qende variantları da mövcudur.
-Anda//-əndə şəkilçisinin etimologiyası bu düstura uyğun gəlir: an
(vaxt, zaman sözünün sinonimii) + da (yerlik hal göstəricisi).
8. -ı
4
, -yı
4
, -a
2
, -ya
2
– oğuz qrupu türk dillərində çox qədimdən işlədilən
bu şəkilçilər Orxon-Yenisey yazılarının dilində, KDQ-nin, M.Kaşğarinin
lüğətində də aktiv olub.Müasir dilimizdəki -ıb, -araq şəkilçiləri ilə mənaca
eynidir: yığlayı (ağlayaraq), başlayu (başlayıb), saklayı (saxlayıb). Könqül
berü yaymadıŋ– Könül verib meyl etmədin. Tünkün turup yığlayu – Gecə-
gündüz durub ağlayaraq
3
. Müasir oğuz qrupu türk dillərində, əsasən, deyə,
diye formasında rast gəlinir. Şəkilçinin -a
2
variantı da vaxtilə çox işlək
olmuşdur: çıxa gəldi, qayıda dön (KDQ). İndii yalnız dialektlərdə və qoşa
sözlərin tərkibində öz varlığını qoruyub saxlaya bilmişdir: Qaynananın
önünə diz çökə oturu. Undan sona kalka ginə əlləri öpə
4
. Kaz qelier düşə-
kalka, boynunda altın xalka.
9. -araq(k)//-erek//-ərək – oğuz qrupu türk dillərinin hamısı üçün xarak-
terik olub, yeni yaranan şəkilçilərdən hesab olunur. Türkmən dilində daha
çox -ıb
4
feli bağlama şəkilçisi ilə bir tərkibdə işlənir: alıbrak, quruprak,
qelibrek və s
5
.
10. -mış, -miş, -muş, -müş – tək və ya inkar şəkilçisi ilə birgə zaman və
tərz məzmunlu feli bağlamalar yaradır: Səhər açılmamış hücum başlandı.
Bədəvi atı oğlanın oxlanmış yatır (KDQ). Azərbaycan dilinin Bakı, Şirvan
və Qərb qrupu şivələrində -mışdan
4
, -mışkan
4
formaları da mövcuddur:
baxmamışdan, gəlməmişdən, yatmışkan və s.
1
Muharrem Ergin. Göstərilən əsəri, s.328.
2
Türkmen sözleyiş medeniyyeti boyunça oçerkler. Aşqabat, Ilım, 1980, s.104.
3
Kaşğari Mahmud, Göstərilən əsəri, III c, s.231, 240.
4
Векилов А.П. Турецкая диалектология. Ч.I. Изд-во ЛУ, 1973, с.42.
5
Поцелуевский А.П. Избранные труды. Ашгабад, Ылым, 1975, с.157.
40
Yuxarıda sadalanan ümumoğuz mənşəli şəkilçilərdən başqa elə forma-
lar da vardır ki, bunlar yalnız bir və ya iki dil üçün xarakterikdir:
1) -ışın
4
– türkcənin bir sıra dialektlərində -ınca
4
funksiyasında istifadə
edilir: başlayışın, gelişin
1
.
2) -ar
2
//-maz
2
- Azərbaycan türkcəsi üçün daha xarakterikdir: alar-
almaz.
3) -aqada(n)//-eqede(n) – türkmən dilində -araq
2
şəkilçisinin sinonimi
kimi işlənir: Nayçalardan qatlaqada baq edin
2
.
4) -ıb+malı
2
– Azərbaycan dili üçün xarakterikdir: Şəhərə gəlib-
Dostları ilə paylaş: |