Emal müəssisələrin tikintisinə qoyulan sanitar-gigiyenik tələblər



Yüklə 196,75 Kb.
səhifə34/82
tarix11.06.2023
ölçüsü196,75 Kb.
#128410
1   ...   30   31   32   33   34   35   36   37   ...   82
Baytarlıq sanitariyası CAVAB

Su mənbələrinin mühafizəsi



Su hövzələrinin sanitariya mühafizəsi – içməli su mənbələrinin çirklənmədən qoruyan qanunverici, təşkilatı və sanitar-texniki tədbirlər sistemi. Su hövzələrinin sanitariya mühafizəsi barədə ilk dövlət qanunu 19-cu əsrin 70-ci illərində B.Britaniyada, 90-cı illərdə isə Fransada həyata keçirilmişdir. SHSM-də ciddi rejimli və məhdudlaşdırılmış sanitariya mühafizəsi zonası müəyyənləşdirilmişdir. Birinci zonaya su götürülən yer və su kəmərinin baş qurğuları aiddir; bura hasara alınır, sahəsi yaşıllaşdırılır, qorunur və tikinti işləri qadağan edilir. İkinci zonaya su təchizatı mənbəyinə təsir göstərə bilən sahə aiddir. Çayın sahili 150-200 m enində yaşıllaşdırılır və sanitariya rejimi gözlənilir. Su hövzələrinin sanitariya mühafizəsində sanitariya-epidemioloji stansiyalar nəzarət edir.
Parçalanan ölü maddələrlə çirklənməsi. Su hövzəsinin özü-özünə çirklənməsi yosunların kütləvi parçalanması (əsasən göy-yaşıl yosunların) nəticəsində baş verir. Su mühiti bu zaman nəinki ölü üzvi maddələrlə zənginləşir, həm də mürəkkəb molekulyar strukturlu zəhərli maddələrin ayrılması nəticəsində zəhərlənir, heyvan və insanlar üçün təhlükəli olur. Zəhərli yosunlarla zəhərlənmiş balıqları insan qəbul etdikdə zəhərlənə bilər.
Su hövzəsinin üzvi və qismən qeyri üzvi maddələri zərərsiz birləşmələrə çevirməsi qabiliyyəti. Su hövzələrinin özü-özünü təmizlənməsi fiziki (suspenziya hissəcikərinin çökməsi, buxarlanma); kimyəvi (maddələrin oksigen və hidrogen peroksidlə oksidləşməsi, suda həll olması, hidrantlara çevrilməsi: kolqulyasiya və çökmə; toksikantların hidrolizi); bioloji (çirklənmiş maddələrin mübadilə prosesinə girməsi, onların parçalanması və ya zəhərsiz formalara keçməsi). Su hövzələrinin özü-özünü təmizlənməsidə bütün hidrobiontlar iştirak edir, əsas rolu isə bakteriyalar, göbələklər, ibtidailər və çoxhüceyrəli heyvanlar-süzdü- rücülər oynayır.



  1. Qida məhsullarına qoyulan baytar sanitar- gigiyenik tələblər

Qida məhsullarını seçərkən mal qonşuluğu prinsipinə əməl edilməsinə diqqət yetirin. Mal qonşuluğunun başlıca şərti məhsulların fərdi xüsusiyyətlərini və uyğunluqlarını mümkün qədər nəzərə almaq və onları ən münasib şəraitlərdə saxlamaqdır. Qida məhsullarını kimyəvi tərkibli, kəskin qoxulu qeyri-qida məhsulları ilə eyni paketə yerləşdirməyin. Aldığınız məhsulları paketə qoyarkən donmuş və soyuq qidaları ən alt hissədən yerləşdirin. Əzilməyə, sınmağa həssas (yumurta, göyərti və s.) olan qida məhsullarını paketin ən üst hissəsinə qoyun. Alış-veriş etdiyiniz mağazada məhsullarınızı torbaya yığmağa kömək edən işçinin də eyni qaydaya riayət etməsinə nəzarət edin. Qablaşdırılmamış, açıq şəraitdə və çəki ilə satılan məhsulun çirklənməyə məruz qalması ehtimalı böyükdür. Belə məhsulları alarkən üzərində xüsusi örtücü vasitələrin olmasına diqqət yetirin.


Uşaqlar əhalinin həssas yaş qrupuna aid olduğundan uşaq qidaları alarkən, xüsusilə, diqqətli olun. Bu qidaları seçərkən məhsulun yararlılıq müddətini, hansı yaş qrupuna aid olmasına dair təlimatı, mənşəyi və tərkibi haqqında olan məlumatları oxuyun.
Qablaşdırmanın üzərindəki göstərilən son istifadə tarixini diqqətlə yoxlayın. Sizdə həmin tarixin süni müdaxilə vasitəsilə yazılması, dəyişdirilməsi barədə şübhə yaranarsa, o məhsulu almayın və bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin 1003 “Çağrı Mərkəzi”nə məlumat verin.
Qida məhsulunun istifadə tarixi onun uyğun şəraitdə saxlanacağı nəzərə alınaraq təyin edilir. Vaxtı bitmiş, saxlanması müvafiq texniki şərtlərə cavab verməyən məhsulları almayın. Məhsul alarkən onun saxlanıldığı soyuducunun temperatur göstəricilərinə diqqət edin. Hər məhsulun aid olduğu kateqoriyaya uyğun olaraq öz saxlanma temperaturu var. Piştaxtaların ön cərgəsində yerləşən, endirimdə olan qida məhsullarının yoxlanılmasına xüsusi diqqət yetirin.
Qida məhsulunu seçərkən diqqət yetirilməsi lazım olan əsas məsələlərdən biri də onun enerji dəyəridir. Bildiyimiz kimi orqanizmin ehtiyacı olduğundan artıq kalori qəbul edilməsi kökəlməyə səbəb olur. Bu da sağlamlığımızla bağlı digər problemlərə yol açır. Buna görə də hər kəs fərdi olaraq gündəlik kalori normasını bilməli, qida məhsullarını alarkən bunu nəzərə almalıdır.




  1. Yüklə 196,75 Kb.

    Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin