6. Amerikalardakı imperiyalar
XVI əsrdə İspaniya və Portuqaliya Amerikalarda iri müstəmləkə imperiyaları
yaratdılar. Portuqaliya Braziliyadakı imperiyasından fayda götürməkdə davam edirdi.
İspanlar həmçinin nəhəng Cənubi Amerika imperiyasını saxlayırdılar, lakin XVIII əsrdə
ispanların əhəmiyyəti kommersial dövlət kimi gümüş mədənlərində istehsalın aşağı
düşməsi və İspaniya monarxiyasının yoxsullaşması ilə sürətlə tənəzzülə uğradı. XVIII
əsrin başlanğıcından Portuqaliya və İspaniyanın hər ikisi hollandlar, ingilislər və
fransızlar tərəfindən öz Amerika imperiyalarına yeni bir meydan oxumanın şahidi
oldular, onlar da Yeni Dünyada artan dərəcədə öz müstəmləkə imperiyalarını
yaratmağa çalışırdılar. Fransız və ingilis müstəmləkə imperiyaları Yeni Dünyada Qərbi
İndiyaların böyük hissəsini əhatə edirdi. İngilislər Barbadosa, Yamaykaya, Bermudaya
sahib idilər, fransızlara isə Santo-Dominqo, Martinika və Qvadelupa məxsus idi. Bu
tropik adalarda onlar Afrika qullarının işlədikləri plantasiya iqtisadiyyatını inkişaf
etdirirdilər. Plantasiyalar tütün, pambıq, kofe, şəkər, Avropada yüksək tələbata malik
olan digər bütün məhsulları istehsal edirdilər.
Kariblərdəki şəkər plantasiyaları «şəkər fabrikləri» adlanmaqla, xüsusilə mühüm
rol oynayırdı. XVI əsrin son iki onilliyindən Yamaykadakı Britaniya müstəmləkəsi ildə
50 min ton şəkər istehsal edirdi, orada 200 min qara adamın qul əməyindən istifadə
olunurdu. Santo-Dominqodakı (sonralar Haiti) fransız müstəmləkəsində eyni vaxtda 3
min plantasiyada 500 min qul işləyirdi. Müstəmləkə ildə 100 min ton şəkər istehsal
edirdi. Lakin burada qullarla zorakı rəftardan ölüm dərəcəsi faizi yüksək olmaqla
istehsal baha başa gəlirdi. Bu da təəccüblü deyildi ki, Santo-Dominqo ilk yer idi ki,
orada 1793-cü ildə qul üsyanı qalxmışdı.
İspaniyanın okeanın o tərəfindəki Amerika imperiyasının bir hissəsi kimi bütün
Şimali Amerikaya iddia etməsinə baxmayaraq, digər millətlər bu iddiaya elə bir məhəl
qoymurdular. Britaniya müharibə edirdi ki, «sahib olmadan nəyisə öz adına yazmaq
heç nəyə kömək etmir». Hollandlar Amerika qitəsində ilk məskən quran xalqların
arasında idi. Onların fəallığı Hollandiya tərəfindən himayəyə götürülmüş ingilis
tədqiqatçısı Henri Hadson öz adını daşıyacaq çayı 1609-cu ildə kəşf etdikdən sonra
başladı. Bir neçə il ərzində hollandlar Nyu-Niderland qitə koloniyasını qurdular, bu
koloniya Hadson çayının mənsəbindən şimalda uzaq Olbaniyə, Nyu-Yorka qədər
uzanırdı. Bu gün Steytn adası və Harlem adlananlar hollandların əvvəlcədən Hadson
çayı vadisində məskunlaşdıqları vaxtdan qalmışdı.
419
XVII əsrin ikinci yarısında ingilislərlə fransızların başladıqları rəqabət və bu
rəqiblərin illərlə gedən müharibələri holland kommersiya imperiyasının tənəzzülünə
aparıb çıxardı. 1664-cü ildə ingilislər Nyu-Niderland koloniyasını tutdular və onun
adını dəyişib Nyu-York etdilər. Bundan sonra tezliklə Holland Qərbi İndiya
Kompaniyası bankrot oldu.
Həmin vaxtdan ingilislər Şimali Amerikada özlərinin koloniyalarını qurmağa
başladılar. Amerikada ilk ingilis daimi məskunlaşma yeri 1607-ci ildə indiki Virciniyada
yaradılan Ceymstaun idi. Bu məskən güclə salamat qalmaqla, amerikan torpaqlarının
koloniyalaşdırılmasının sübutu olmaqla, heç də vacib olan tez mənfəət gətirməyə qadir
olmadı. Dinlə iqtisadi mənafelərin birliyi təcrübəsinə olan istəyi məhz uğurlu
məskunlaşma olan Massaçusets Körfəzi Kompaniyası nümayiş etdirdi. Massaçusets
koloniyası ilk illərdə (100 nəfərlik qrup bura 1620-ci ildə gəlib çıxmışdı) 4 min sakindən
ibarət idi 1660-cı ildən isə sakinlərin sayı 40 min nəfərə çatdı. XVII əsrin sonundan
ingilislər indiki Birləşmiş Ştatların şərqindəki dəniz ətrafının əksər hissəsinə nəzarət
edirdilər.
Britaniya Şimali Amerikası artıq on üç koloniyadan ibarət oldu. Onlar sıx əhaliyə
malik idilər. 1750-ci ildə burada artıq 1,5 milyon əhali var idi və həm də koloniyalar
iqtisadi cəhətdən inkişaf edirdi. Bu on üç koloniya qanunvericiliyə malik olmaqla,
müstəqil qaydada hərəkət etməyə meyl edirdi. Liman şəhərləri olan Bostondakı,
Filadelfiyadakı, Nyu-Yorkdakı və Çarlstondakı tacirlər Britaniya hökuməti tərəfindən
olan nizamlanmalara narazılıqlarını bildirir və müqavimət göstərirdilər.
Britaniya koloniyaları həm Şimali Amerikada, həm də Vest İndiyada merkantilist
nəzəriyyəni qoruyub saxlamaq rolunu oynayırdılar. Onlar ana ölkəni xammalla təmin
edir, bu vaxt axırıncının manufaktura mallarını alırdılar. Naviqasiya hərəkətləri
nizamlanmaqla mallar koloniyalardan götürülüb, onlara da satıla bilərdi. Nəzəri
cəhətdən ticarətdəki tarazlıq ana ölkənin mənafeyini təmin etməli idi.
Fransızlar da Şimali Amerikada müstəmləkə imperiyasını qurdular. 1534-cü ildə
fransız tədqiqatçısı Jan Kartyer Müqəddəs Lavrenti çayını kəşf etmişdi və Kanadanın
Fransa torpağı olması kimi iddia irəli sürmüşdü. 1608-ci ildə Semyuel de Şamplen
Kvebekdə məskən qurdu və fransızlar Kanadaya müstəmləkə kimi daha çox maraq
göstərməyə başladılar. 1663-cü ildə Kanada Fransa taxt-tacının mülkiyyətinə çevrildi və
ora fransız əyaləti kimi fransız qubernatoru tərəfindən idarə olunurdu. XVII əsrin
ortalarından orada 15 min kanadalı fransız var idi. Lakin 1713-cü ildən Utrext
müqaviləsinə görə Fransa özünün Amerika torpaqlarını, rəqibi olan Britaniyaya
verməyə başladı. Yeddiillik müharibənin nəticəsi kimi isə 1763-cü ildə öz Kanada
torpaqlarının qalanını da İngiltərəyə təslim etdi.
Britaniya və Fransa rəqabəti həmçinin Latın Amerikasında İspaniya və
Portuqaliya müstəmləkə imperiyaları arasında da müşahidə olunurdu. İspaniyanın və
Portuqaliyanın tənəzzülü hər iki dövləti öz müstəmləkələrindən gələn resurslardan
daha çox asılı etmişdi. Bu imperiyaların bir xüsusiyyəti də ondan ibarət idi ki, Mərkəzi
və Cənubi Amerikada indi Latın Amerikası adlanan yeni sivilizasiya meydana
gəlmişdi.
Qərb yarımkürəsinə gələn ispanlar və portuqaliyalılar sayca yerli hindulardan az
idi. Yeni gələnlərin çoxu kişi cinsindən olduğundan onlar yerli qadınlarla təkcə intim
420
yaxınlıqdan həzz almırdılar, həm də eyni dərəcədə onlarla evlənirdilər. Artıq 1501-ci
ildə ispan hökmdarları avropalılarla yerli amerikan hindularının evlənmələrinə icazə
vermişdilər, həmin nikahdan da metislər əmələ gəlmişdi.
Latın Amerikasına gətirilən adamların digər qrupu afrikalılar idi. Üç əsr ərzində
ispanlar və portuqaliyalılar plantasiyalarda işləmək üçün 8 milyon qul gətirmişdilər.
Afrikalılar həmçinin Amerikanın multikultural xarakterinə köməklik göstərmişdilər.
Afrikalıların və ağların törəmələri olan mulatlar metislərlə, ağların, afrikalıların və yerli
hinduların övladları ilə birləşirdilər ki, Latın Amerikasının unikal cəmiyyətini əmələ
gətirsinlər. Avropaya və Britaniya Şimali Amerikasına bənzəməyərək, çünki axırıncının
əhalisi əsasən Avropadan ağ mənşəyi götürürdülər, Latın Amerikası, burada irq barədə
elə bir kəskin münasibət olmadığından, multikultural cəmiyyətə çevrilirdi.
İşğal edilmiş zonaların ekologiyası da avropalılara öz təsirini göstərirdi.
Avropalılar Amerikalara atları və mal-qaranı gətirmişdilər, bu, hinduların həyatını
inqilabiləşdirmişdi. Mal-qara yetişdirənlər qarğıdalı becərilməsi kimi kənd təsərrüfatı
təcrübəsinə yiyələnirdilər, bu da mal-qara yetişdirən iri malikanələrin inkişafına səbəb
olurdu. Cənubi Amerika sonralar iri ət məhsulu ixracçısına çevrildi. Avropalılar
həmçinin buğda kimi yeni taxıl növünü və şəkər qamışını gətirdilər, onları iri
plantasiyalarda yerli və idxal edilmiş qul əməyi becərirdi. Dünyanın digər hissələrinə
səfər vaxtı avropalılar həmçinin özləri ilə Yeni Dünyanın bitkilərini oralara gətirirdilər.
Beləliklə, avropalılar XVII əsrdə Afrikada şirin kartofun və qarğıdalının (hindu taxılı)
becərilməsini tətbiq etdilər.
Dostları ilə paylaş: |