Ətir (buket). Ətir və buket anlayıĢları arasındakı fərq Ģərtidir.
Ətir dedikdə yetiĢmiĢ üzüm giləsində həmin sorta məxsus iyli
maddələr anlayıĢı baĢa düĢülür.
Bəzi Ģərabların hansı tipə məxsusluğu çox vaxt yalnız ətirlə
müəyyən olunur. Məsələn, Ağ muskat, Çəhrayı muskat və s. Buket
– qıcqırma və Ģərabın yetiĢdirilməsi prosesində əmələ gələn
müxtəlif ətirli maddələrin cəmi anlayıĢıdır. Dequstatorlar «buket»
termininə adətən daha geniĢ anlayıĢ kimi baxıb, onda nəinki ilkin
ətir maddələrini, eləcə də Ģərabın yetiĢdirilməsi zamanı yaranan
ikinci buket maddələrini birləĢdirirlər. Dequstasiya prosesində
həmçinin kənar iylər aĢkar edilir. Ətir və buketə çox həssas və
olduqca çoxcəhətli olan iybilmə duyğuları qiymət verir.
Ġyin yayılması kiçik hissəciklərin ayrılması və buxarlanması
nəticəsində olur. Ətir maddələrinin Ģərabdan çıxmasına, yüksək
temperatur,
Ģərabın qədəhdə çalxalanması, Ģərabdan qaz
qabarcıqlarının çıxması, Ģərabın səthində köpük yaranması və s.
təsir edib, onu sürətləndirir. Bu zaman Ģərabın buketinin zərif
çalarları daha aydın qəbul olunur.
ġərabın buketinin qavranılması Ģərab ağızda olarkən nəfəs
alınıb-verilməsi və Ģərabın udulması ilə daha da yaxĢılaĢır. Çünki
~ 293 ~
qırtlaq özünü buxarlanma səthi kimi göstərir.
ġərabın dequstasiyasında iybilmə üzvlərinin kütləsini də nəzərə
almaq lazımdır. Ġyin qavranılma müddəti 1,7-7 arasında dəyiĢmək-
lə, orta hesabla 3 dəqiqə təĢkil edir. Əgər Ģərab göstərilən müddət-
dən çox iylənərsə, iyin hiss olunması zəifləyir və zəif iylər
tamamilə hiss olunmur.
ġərabın buket və ətri qiymətləndirildikdə ətirli maddələrin bu-
xarlanıb çıxması üçün Ģərab qədəhdə fırlatmaqla hərəkət etdirilir.
Dad. Dequstasiya yolu ilə Ģərabın keyfiyyətinin qiymətləndi-
rilməsində dad baĢlıca göstəricidir. ġərabların tərkibinə daxil olan
və çox müxtəlif dad verən maddələr, dad orqanı vasitəsilə qiymət-
ləndirilir. Bu,yuxarıda qeyd etdiyimiz kimi, sonu dilin səthində
yerləĢən və müxtəlif formaya malik məməciklərlə həyata keçirilir.
Bu məməciklərlər bu və ya digər dadın qəbul edilməsi üçün ixti-
saslaĢmıĢlar. Ona görə də dequstasiya zamanı dilin bütün səthini
yumaq üçün Ģərab nümunəsi dilin uc hissəsindən sonuna qədər
gətirilir. Ġnsanın dad hissiyyatı olduqca böyükdür. Dad qavrama
tədricən olmayıb, 2,0 saniyə vaxt tələb edir. Alınan dadın normal
hiss olunması 7-8 saniyə çəkir.
Dostları ilə paylaş: |