~ 290 ~
13.3.
Şərabların balla qiymətləndirilməsi
13.3.1. 10 bal sistemi
ilə
qiymətləndirmə
Hazırda Ģərabların balla qiymətləndirilməsinin bir neçə sistemi
mövcud olub, onların da hər birinin özünəməxsus üstünlük və ça-
tıĢmazlıqları mövcuddur. Roma universitetinin alimləri kompüter
sisteminin köməyilə Ģərabların keyfiyyətinin bəzi mühüm göstəri-
cilərini müəyyən etmək üçün ―elektron burun‖ adlandırılan metod
təklif etmiĢlər. OxĢar modeldən bir sıra digər qida məhsullarının
keyfiyyətinə nəzarət etmək üçün də istifadə olunur. Lakin onun
Ģərabçılıqda tətbiqi cihaz və analiz metodlarının texniki imkan-
larının qeyri mükəmməl olmasına görə ləngiyir. Yeni cihazda
xüsusi dadbilicilərlə əvvəllər yalnız orqanoleptiki metodların kö-
məyi ilə yerinə yetirilə bilən 3 tipdə analiz həyata keçirlir.
«Elektron burun» yüksək dərəcədə dəqiqliklə müxtəlif adlı
qırmızı Ģərabların tipini fərqləndirir, məhsulun ilindən asılı olaraq
eyni addan olan Ģərabları bir-birindən ayırır, eyni addan və
məhsuldan olan lakin müxtəlif regionlarda becərilən üzümdən
alınan Ģərabları fərqləndirir. Əlbəttə ki, «elektron burun» insan
duyğuları ilə rəqabət apara bilməz. Lakin onun bir sıra fərqli
parametrləri ekspress analizi üçün istifadə oluna bilər.
Ayrı-ayrı ölkələrdə Ģərabların keyfiyyətinin qiymətləndirilməsi
üçün müxtəlif qiymətləndirmə sistemləri tətbiq olunur. Rusiyada
10 bal, aparıcı Ģərabçılıq ölkələrində isə 20, 30 və 35 bal sistemləri
ilə qiymətləndirmədən istifadə olunur. Ġspaniya, Almaniya,
Avstriya və digər ölkələrdə 20 bal sistemi; Ġtaliyada 30; Fransada
35 bal sistemi tətbiq olunur.
Dostları ilə paylaş: