16.2. Istifadə olunan üzüm sortları
Bu məqsədlə çoxlu Ģəkər toplayan üzüm sortları əlveriĢli hesab
olunur. Çünki Ģəkər nə qədər yüksək olursa, Ģərab bir o qədər çox
spirt qıcqırması məhsulları ilə təmin olunub, yüksək keyfiyyətli
alınır. ġirənin yüksək Ģəkərliyi qanunauyğun olaraq, yüksək
ekstrakt və azotlu maddələrin olması ilə xarakterizə olunur.
Üzümün yetiĢmə dərəcəsi xüsusilə desert Ģərablar üçün böyük
əhəmiyyət kəsb edir. Ona görə də bu Ģərablar istehsalında üzüm
tam, yaxud yetiĢib ötmə mərhələsində yığılmalıdır. Son halda
üzüm soluxdurulmuĢ və kiĢmiĢləĢdirilmiĢ vəziyyətdə yığılır.
Qlyukoasimetrik (Q.G.) göstərici nə qədər yüksək olarsa, sort-
dan bir o qədər yüksək keyfiyyətli tünd və ya desert Ģərab almaq
mümkün olur. Məsələn, Rislinq sortunda Ģəkər (Ģ) 18,7, titrləĢən
turĢuluq (T.T.) 7,8 q/dm
3
olduqda, qlyukoasimetrik göstərici 2,4,
Sersial Ģ 21,2%, t.t. 6,1 q/l olduqda Q.G. – 3,49; Kaberne
Ģ.22,1%, t.t. 6,5 q/l Q.G. – 3,4 olur və s.
Daha yüksək Ģəkərliyi desert Ģirin Ģərablar üçün becərilən çox
az üzüm sortlarından almaq olur. Belə sortlara ġirvanĢahı,
Muskatlar, Malvaziya, Pedro Krımski, Alikant, Boz Pino, Furmint,
Qars Levelyu və b. aiddir. Bu sortlarda yüksək Ģəkər toplamaq
üçün, onları cənub rayonlarında becərmək lazımdır.
Portveyn üçün ən yaxĢı üzüm sortları, ağlarda – Albilyo,
Oporto, Malvaziya, Pedro Krımski, Rkasiteli, Semilyon, Quveyo
və b.; qırmızılarda – Kaberne Sovinyon, Turiqa Bastardo,
Murvedr, Mədrəsə, Donzelino, Xındoqnı, Saperavi, Tavkveridir.
~ 356 ~
Madera üçün Sersial, Albilyo, Verdelyo, Rkasiteli, ġabaĢ,
Kokur, TerbaĢ, Aliqote, Xərci, BayanĢirə ən yaxĢı üzüm sortlarıdır.
Xeres üçün bəzi sortlar (əsasən Aliqote, Rkasiteli, Semilyon)
MDB-nin bütün Ģərabçılıq rayonlarında, baĢqaları isə yalnız ayrı-
ayrı rayonlarda (Narma – Dağıstanda, TerbaĢ – Türkmənistanda,
Fetyaska – Moldovada, Puxlyakovski – Donda və s.) yaxĢı nəticə
verir.
Dostları ilə paylaş: |