~ 357 ~
Gilə göbələklə yoluxduqda onun qabığı zərifləyir, özü isə kələ-
kötürləĢir, bənövĢəyi-qonur rəng alır. Sonrakı inkiĢaf dövründə gilə
kiĢmiĢlənir, onun səthində, xüsusilə yağıĢlı havada boz rəngli xal
yaranır. Göbələyin inkiĢafı nəticəsində gilə tədricən quruyur və
soluxur.
Botritis sineriya göbələyinin mitsellərində – hüceyrə divarları-
nın pektinini, sellüloza və b. hidroliz edən – laktaza, qlyukoza-
oksidaza, pektaza və pektinaza fermentləri olur. Ferment kom-
pleksi qabığa və hüceyrələrarasına fəal təsir göstərir. Üzüm
giləsinin quruluĢu pozulmaqla, onun bitki ilə əlaqəsi kəsilir. Quru
havada gilə sürətlə su itirərək, həcmcə kiçilir. Bu Ģəkərliyin bəzən
50%-ə qədər yüksəlməsinə səbəb olmaqla, məhsul itkisinə gətirib
çıxarır. YağıĢlı havada isə əksinə, nəmlik udularaq gilənin Ģəkərliyi
sürətlə azalır. Ona görə də üzüm yığımı yalnız yaxĢı havada
aparılmalıdır.
Göbələyin həyat fəaliyyəti nəticəsində gilənin kimyəvi tərkibi
dəyiĢir. Soluxma nəticəsində onun tərkib hissələrinin qatılığı xeyli
artmaqla, bəzilərinin mütləq miqdarı azalmıĢ olur. Bu zaman
çoxatomlu spirtlər – qliserin, arabit, mannit və disaxarid-treqalo-
zanın miqdarı artmaqla, ammonyak azotunun və B
1
vitamininin
miqdarı azalır.
Göbələyin əsas xassəsi ondan ibarətdir ki, o, üzümün sorta
məxsus ətrini dağıdaraq, özünəməxsus baĢqa ətir əmələ gətirir.
Ona görə də göbələklə yoluxmuĢ Ģərabda, artıq gələcək Ģəraba
məxsus xarakter müəyyənləĢmiĢ olur.
Dostları ilə paylaş: