MDB-də madera istehsalı. Madera almaq üçün ilk təcrübəni
Maqaraçdakı Nikitin bağının kimyaçı-Ģərabçısı M.A.Xovrenko
(1899-1900-cu illərdə) qoymuĢdur. Y.A.Vadarski isə Madera ada-
sında olmuĢ və qayıtdıqdan sonra 1901-1902-ci illərdə böyük
həcmdə madera almaq üçün Massandrada təcrübə qoymuĢdur. Bu
məqsədlə Massandrada qızdırıcı kameralar (maderniklər) düzəl-
dilmiĢdi.
Massandrada madera hazırlamaq üçün Sersial, Veldelyo, Kokur,
ġabaĢ, TaĢlı və b. sortlardan istifadə olunur. Üzüm əzilərək daraq
ayrılır, əzinti çənlərə doldurulub, mədəni maya əlavə olunmaqla
qıcqırdılır. ġəkər 7-8%-ə endikdə sıxılır, alınan material çəlləklərə
doldurulur və 18,5 h.%-ə çatdırılmaq hesabı ilə spirt vurulub sakit
buraxılır. Durulduqdan sonra çöküntüdən ayrılır. ġərab materialları
birinci il kupaj olunur və sonra çəlləklərdə günəĢ kameralarında
yetiĢdirilir. Ġstidə yetiĢdirildikdən sonra Ģərab süzülür, zirzəmiyə
keçirilib but, yaxud çəlləklərdə 14-16
0
C temperaturda yetiĢdirilir.
YetiĢdirmə müddətində adi qulluq iĢləri aparılır. Madera üçün bu
müddət 3 ildən az olur.
MDB-nin müxtəlif rayonlarında hazırlanan madera Ģərablarının
kondisiyaları təqribən eynidir. Belə ki, spirt 19-20 h.%, Ģəkər 4-6%
~ 368 ~
olur. Bu məqsədlə istifadə olunan üzüm sortları isə müxtəlif
respublikalarda fərqlidir. Məsələn, Gürcüstanda madera Ģərabı
«Anaqa» №16 adı ilə Rkasiteli sortundan; Özbəkistanda BiĢti, Ağ
kiĢmiĢ, Sultani, Yumalak, Kata-Kurqan və b. sortlardan;
Azərbaycanda «Üç təpə» adı ilə BayanĢirə və Rkasiteli sortlarından
hazırlanır.
Dostları ilə paylaş: |