Madera alınmasında tətbiq olunan üsullar. Madera
alınmasının mövcud üsullarını aĢağıdakı kimi qruplaĢdırmaq olar:
I. GünəĢ altında və ya xüsusi binalarda-çəlləklərdə madera-
laĢdırma.
II. Ġri rezervuarlarda fasiləli və fasiləsiz üsullarla maderalaĢ-
dırma.
1. GünəĢ meydançalarında və yaxud xüsusi binalarda madera-
laĢdırma. Bu üsul Sovet alimləri tərəfindən hərtərəfli öyrənilmiĢdir.
Bu halda Ģərab palıd qablarda uzunmüddətli (3 il) günəĢ
meydançalarında və yaxud xüsusi binalarda yetiĢdirilirdi. Lakin bu
üsulun bir sıra çatıĢmazlıqları vardır. Belə ki, prosesin gediĢi
(xüsusilə-günəĢ meydançalarında) xarici mühitin temperaturundan
asılı olub, gündüz və gecə temperatur kəskin dəyiĢdiyindən sabit
temperatur almaq qeyri-mümkün olur. Bundan əlavə bu üsulun
aĢağıda qeyd olunan bir sıra çatıĢmazlıqları vardır:
1. Proses uzun müddət davam edir;
2. Ġtki çox olur;
3. Prosesi tənzim etmək çətin olur;
4. Ağır əl əməyi tələb olunur və s.
Bu zaman gedən kimyəvi proseslər M.A.Gerasimov, Z.N.KiĢ-
kovski, N.S. Oxramenko, T.K.Politova-Sovzenko, A.M.Frolov-
Baqreev, V.Q.Kulneviç və b. tərəfindən dərindən araĢdırılmıĢdır.
Üsulun çatıĢmazlıqlarını nəzərə alan alimlər, madera alınma-
sının metodlarını iĢləyib hazırladılar. Nəticədə madera iri həcmli
rezervuarlarda fasiləli və fasiləsiz üsullarla alındı.
Bir qrup tədqiqatçılar belə hesab edirlər ki, maderanın forma-
laĢmasında palıd taxtasının aĢı maddələri əsas rol oynayır. Bununla
əlaqədar olaraq onlar metal rezervuarlara palıd taxtasının düzül-
məsi ilə madera alınması üçün qurğu iĢləyib hazırlamıĢlar (Ģəkil
~ 369 ~
16.1). Digər qrup alimlər A.A.Preobrajenski, T.K.Politova-
Sovzenko və b. isə bu prosedə üzüm salxımının aĢı maddələrinin
rola malik olduğunu göstərirlər. Yəni baĢlanğıc Ģərab materialı
kifayət miqdarda aĢı maddələrinə malik olarsa, palıd taxtasından
istifadə etməyə ehtiyac yoxdur. Bu baxımdan, iri rezervuarlarda
fasiləli yolla madera hazırlamaq üçün iki üsul təklif olunmuĢ və
geniĢ yayılmıĢdır.
Şəkil 16.1. Maderalaşdırma üçün qurğu
1-oksigen vurmaq üçün boru; 2-palıd taxtası; 3-soyuducu;
4-termometr üçün gilz; 5-buğ üçün ilanvari boru
A.A.Preobrajenskinin təklif etdiyi üsul palıd taxtasının iĢtirakı
olmadan, kifayət miqdarda ekstrakt maddələrinə malik, Ģərab
materialının maderizələĢməsinə əsaslanır. Qurğu, paslanmayan
poladdan hazırlanmıĢ, yaxud emal olunmuĢ 15-25 ton tutuma
malik rezervuarlardan, onu xaricdən örtən temperatur izoləedici
örtükdən, daxilində yerləĢdirilmiĢ ilanvari borudan və s. ibarətdir.
Qurğunun iĢ prinsipi aĢağıdakı kimidir:
MaderalaĢma üçün hazırlanmıĢ Ģərab materialı lazımi səviyyəyə
qədər (üstündə hava boĢluğu saxlanmaqla) rezervuara doldurulur.
Sonra ilanvari boru ilə isti su, yaxud buxar buraxılmaqla, Ģərab
qızdırılır və temperaturu lazımi həddə çatdırılır. ġərabın səthindəki
boĢluğa oksigen balonundan oksigen vurulur. ġərabda gedən
oksidləĢmə-reduksiya prosesləri patensiometrlə ölçülür və tənzim
edilir. Ġsti iĢləmə qurtardıqdan sonra buxar və oksigenin rezervuara
verilməsi dayandırılmaqla, gərginlik mənbədən ayrılır.
~ 370 ~
Hermetik Ģəraitdə maderalaĢma zamanı Ģərabın temperaturu
tədricən qaldırılır. Belə ki, birinci gün 40-45
0
C, ikinci gün 50-55
0
C
və nəhayət üçüncü gün 55-65
0
C-yə çatdırılır.MaderalaĢmanın baĢa
çatdırılması kimyəvi və orqanoleptiki təhlillə müəyyən olunur.
Müasir dövrdə, fasiləsiz üsulla madera alınmasının aĢağıdakı üç
üsulu təcrübi əhəmiyyət kəsb edir.
Dostları ilə paylaş: |