səhifə 38/102 tarix 25.03.2017 ölçüsü 12,74 Mb. #12336
- qeri qalma ! : uyuma ! yubanma ! .
- ən geridə olan: quyruq.
- geri dönmə : geriz. qorizfars . giriz. kəriz. qaçma.
- geridən bağlı , müttəsil : arxası sıra. ardı sıra. dal ba dal. mütəaqibən.
- imdən geri : bundan sonra.
- ayaqları geri geri gedmək: könülsüz gedmək.
qeriban geriban fars < qırpan . kirvən. qünçüqa. qoncuq. qonuc. qonça. yaxa.
qeric geric . dalı. gec. tə'xir. - gericsiz: tə'xirsiz. gecsiz. yubanmadan. yubatsız.
qerixtə gerixtə . gərixtə . qorixtəfars. qırmış. qoğqun. qaçmış. qaçqın.
qerilmək gerilmək . qalmaq. yubanmaq. açıb açığına bacaqlar ilə yerimək. gərgin olmaq. qurulub çəkilmək. dartınmaq. - o yarı yolda qaldı .
qerisin gerisin . qıçın. gerisin geri. dala. arxaya doğru. - qayıq qıçın qıçın yanaşdı. - ətək öpüb (arxasını çevirməyib) qıçın qıçın çıxıb geddi. - qıçın qıçın gəlmək: sümsük sümsük, yavaş yavaş birinin yanına soxulmaq, yanaşmaq.
- qerisin geri : arxaya doğru. götin. seyri qəhqərayi. - götün götün döndi.
qeriz geriz . qorizfars . kəriz. giriz. geri dönmə. qaçma.
qes kes. kisə. balış. sandıq.
qeşeş keşeş fars < çəkiş . > keşiş . axınc. axış. çəkişlik. cəzzabiyyət.
qeşiş keşiş . çəkiş. > > keşeşfars . axınc. axış. çəkişlik. cəzzabiyyət.
qeşli keşli . yaylı. əsnək.
qeşti keşti fars . (< köçmək ). köçmə aracı. gəmi.
qetmə varış. varma. yetişmə. visul. - bu qədər çabuk varış .
qetmək - araya getmək : ortaya alınmaq. nəzəri diqqətə almaq. qarşılamaq. təvəccüh edmək.
qeyçi - böyük qeyçi : sindi.
- nərsənin ucun, başın kəsməyə böyük qayçı : qırqı.
qeyd boqağı. buqağı. köstək. bənd. zəncir. bəd.
qeydirmək geydirmək . tonatmaq. donatmaq.
qeydsiz ilişiksiz. başı soyuq. - çox ilişiksizin biridir.
qeyik - geyik dişisi : burçın.
- geyik dərisi : gödəri. gövdəri. kudəri.
- geyikin iri, bənəkli çeşiti : sığın.
qeyilmək gedrülmək.
qeyim geyim . gecim . 1 . keçə. otaq döşəməsi üzərinə yayılan yun toxuntu. 2 . geçim. coşun. taxım. qoşum. bütün örtək.
- tüklü geyim: yanbulı gəbə. 3 . paltar. qurşaq. quşaq. qın. don. örtük. qabıq. atqı. bir nəyin üzərinə yapışılan nərsə. geyim. türük. türgə. türək. bürək. bürgə.
- gənə bol geyim: yelmək. yalmaq.
- günüzlük geyim: günüzə özəl.
- orta quşaq: aralıq geyim. əl geyim. bayağı qapsam, geyim. (# qopsam: rəsmi). - quşaq atmaq: soyunmaq. dincəlmək. - quşaq çözmək: əl suya yetirmək.
- geyim yumaqda işlənən yassı toxmaq : taqtaq.
- qolsuz, önü açıq, yellənə bilən geyim : yelək. yələk. - iç yeləyi .
- bir işə özəl geyim . iş paltarı. kəsbət. kisvət (< kəsmək ). - çöpçü, süpürgəçi kisvəti . - çərik kisvəti .
- rəsmi geyim : qapanıça. qapança.
qeyimçi geyimçi . paltarçı. gürşaqçı. qurşaqçı.quşaqçı.
qeyin geyin . yanın. yandan. qıçın. dönəged. quşqulu. şəggili. mütərəddidyanə. - yanın gedirdi. - nə yanın yanın düşünürsən. - yanın yanın baxışlar.
qeyinmək geyinmək. taxmaq. quşanmaq. üstünə almaq. - taraq taxınmalı. - qılınc taxmaq . - üzük taxmaq .
- geyinib quşanmaq: yığınmaq. hazırlanmaq.
qeyinti - geyinti qoşantı: qoşu qoşantı. takı takım. bir əl geyimə gərəkli nərsələr. təkmil geyinti.
qeyirmək geyirmək . qayırmaq . 1 . örtmək. gizlətmək. 2 . aldatmaq.
qeymək geymək . qomaq. qoymaq. taxınmaq. - başlıq qoymuş . - bu paltarı daha qomayın .
qeyrət muqavimət. tayaq. dayaq. güc. quvat. barqas. bağır. barıq. - yava eyi qoşulsa, uğur qeyrət tökülər. - dayaq göstərmək. - qeyrət qılmaq : ürək tapıb işləmək. tavranmaq. davranmaq. tovranmaq. qızıqmaq. qılınmaq. işləmək. qımıldamaq. işə keçmək. əksüləməl göstərmək. - bu işləriə qarşı davranmalıyıq . - ona davranın . - davranırsa, vurulduğun görürdü, anlırdi. - tavranmağa canım daha yox. - iyiliklə tavranmaq, kötülükləri qaqarın. tetik davranmaq. gəvşək davranmaq. ağır davranmaq.
qeysi geysi . kəsi (< kəsmək ). biçi. bezdən biçilmiş. paltar. - kəsi biçmək : biçi kəsmək: paltar biçmək. - kəsi daşı : bulaq çay yanında palatarı döğərək yumağa özəl yassı daş.
qeyzim - geyzim sırıq : gecim sırıq . paltar sırıqı: paltar, geyim yumaqda işlənən sırıq.
qezgən gezgən . elgəzə. elgəzər.
qə qə ka qab (məfulüiləyh) ilgəci.
qəb - qəb qərə boyanı bildirir: kömür kimi: şəvə. - kömür saç . - kömür göz.
qəba' < qapa ( qapıyan).
qəba yamaq. camaq. yamaq. yalmaq. yelmək.
qəbbasdı gəbbasdı qatlı, laylı, iki qat nərsə. - gəbbasdı çəkmə. - gəbbasdı geyim.
qəbeh < qaybaq . qaymış, caymış iş, davranış. sapaq. sapıq. basıq. çirkin. pis. - bu qaypaq işlərizdən əl götürün.
qəbə gəbə . 1 . qaba. gobut. qalın. şişik. yoğan. yoğun. 2 . yundan, başqasından olan qalın geyim, gecim. - yanbulı gəbə: tüklü geyim. 3 . yüklü. hamilə. 4 . avqan. ovğan. ovan. yüklü (inək ).
- gəbə qalmaq : avunmaq. yüklənmək.
qəbək kəbək . kəpək . kəvək . (< kəv . kav . kov ). 1 . heyvanlara yem olub, aşlıqın (hibubatın) öğüdülmüş qabığı. - ata toyuqa kəpək tök. 2 . dərinin qabıq qabıq oluşu. - baş kəpəyi: başda olan qonaq.
qəbərmək gəbərmək. qıvrıla qalmaq :
qəbəş gəbəş . qabaş . 1 . ərbaşı. igit. pəhləvan. - gəbəş oğlu. 2 . qopuz. gopuz. dəmir toxmaq. 3 . qalın qafalı. 4 . qoç. ərkək qoyn.
qəbil <> qabıl . qapqıl . qapqal . (< qab ). 1 . soy. nov'. dürlü. sinif. sınıb. məqulə. dürlü. türlü. - bu qəbil işləri burax. 2 . bir soydan törənib, olub, bir başçı ilə dolanan toplum. oymaq.
qəbin kəbin . ağırlıq . cehiz.
qəbir 1 . tuplu. tubluka. məzar. sınğ. sinğ. dəlik. çuxur. gömük. quylaq. məzar. 2 . kəbir . (< kimi bir ). bə'zi. - kəbir kişilər. - kəbir yerdə.
- qəbir qazan: gömici. gömən. quylayan.
qəbkəbəli kəbkəbəli . alaylı. dəbdəbəli.
qəbl qabal. qabax. öndə. iləri. iləridə. əvvəl. - öğlədən qabal , qabax .
qəbristan gömüklük. gorıstan.
qəbs qəps ( bs\ ps <> sb\ sp . z <> a ) qəsb . qəpz . (< qab ). qəsb olunmaq : qəpz olunmaq. qablanmaq. qaplanmaq. qəpz olunmaq. zəbt olunmaq.
qəbud kəbud < gövüd . göy boya. göyümsü.
qəbullanmaq < qapallanmaq . qapsanmaq. qəsb edmək. alınmaq. qablanmaq. qaplanmaq. vaz keçmək. tönqülmək. səvritmək. ərtürmək. bağışlamaq. keçirmək.
qəbutər kəbutər fars . (< kavud müin < koyut < göyüt: göy: mavi). göyərçin.
qəbzə < qapaz (< qab ). tutacaq yer. qulp. tutam. balçaq. sap. dəsdə. qapsa. qısım. sıxım. avuc. tutam.- bir qısım buğda. - qılıc balcası: qılıc sapı.
- qəbzə edmək : qapsamaq. əldə bulundurmaq. tutmaq.- bu ipi tut .
qəbzə gəbzə . omuz kürəyi. kürək gəmiyi. çiğni örtən sümük.
qəbzəçi gəbzəçi . kəsilmiş qoyunların omuz kürəklərinə baxaraq, gözü bağlılıq edən.
qəc kəc . bükük. - kəci: bükmə.
qəcavə kəcavə . < köçəvə . köçəbə < köç oba . hüdci.üqürmək. təkirmək. dəvə üzərinə iki tərəflı yüklətilərək içərisinə binilən səbət.
qəç kəç . kəç . kəş . çək . yoğurt pəniri. yağsız pənir.
qəd kət . kənd . kərənt . kərət . (< kər ). böyük aralıq.
qədd < qət . biçim. ölçü. qamət. boy. - qəd o qamət : boy bos.
qəddar qıyıcı. qıyıcı. qıyan. əsirgəməyən. zalim.
qədə fars gədə fars ək < kərtə . ara. aralıq. meydan. məhəvvətə.
qədəlic gədəlic . böyük ox quburi, qabı. böyük sadaq.
qədəri < qətiri . gətirilənə, gəlişə, gələnə inanan. (# cəbri ).
qədər (qəd < met > dəq ). 1 . <> dək <> çək . dəğər . 2 . miqdar. kəmiyyət. 2 . kədər . kətər . kətir . kitər (< kitmək : qapamaq). 3 . qapalı. tutuq. bulanıq. 4 . tasa. qussə. qayğı. - nə qədər : nəməkə. nicə. necə. neçəka. kaç. 5 . yazqi. yazı. muQddƏrat. alın yazısı.6 . təxmin. - onlar igirmi dək olurdular: igirmi qədər. - çatıya (dama) igirmi dək ağac gərəkdir : igirmiyə qədər. 7 . son. nəhayət. - ikiyə dək : ikiyə qədər . - nə dək : nə qədər. - bu dək varki: bu qədər varki: bu dəğişləki : bu fərqlə ki. - o dək : o çək : o qədər . - bu dək : bu çək : bu qədər . - şi dək : şu çək : şu qədər . 8 . e'tibar. heysiyyət. - öz dəğərin qoru dur. 9 . dərəcə. rütbə. paya. - uca dəğərli : ali rütbəli. 10 . miqdar. kəmmiyyət. - olduğu dəğər . - böyüklüyü dəğəri : böyüklüyü qədəri.
qədərlənmək kədərlənmək . kətərlənmək . kətirlənmək . kitərlənmək ( < kitlənmək : qapanmaq). kədər etmək. tasalanmaq. qussələnmək. qayğılanmaq.
qədərlənmək öksimək. kövrəlmək. köksünmək. tasalanmaq. kəndini öksüz görüb qəribsinmək.
qədik gədik . 1 . çəntik. dişlik. fərcə. fürcə. rəxnə. 2 . yıxıq yer. xaraba. 3 . fürsət. 4 . başaç (görəv, vəzifə). imtiyaz. təkəl. 5 . məqam. 6 . nişan. 7 . ön dişilərindən düşüyü olan. - gədik həsən. gədik paşa. 8 . bir mülkün vəqfə bağlı görəvi. 9 . əksik. nüqsan. qusur. - əksik , gədik tamamlamaq. 10 . cavaz. patenta. pərvanə. 11 . ruxsət. gərdik. gərdənə. 12 . qoğuq. kovuq. oyuq. küf. kof. içi boş. - qoğuq diş. - qoğuq ağac. - diş qoğyğu : çürük dişin kof yeri. 12 . geçid. yarıq. boğaz. dərbəd. nərsənin geçiləcək yeri.- dağ geçidi .
- gədik gədik, diş diş edmək : qədmək. kərtmək. kətmək. (< gədik . kərdik < kər ). oymaq. çəntmək. çəntmək.
qədiklənmək gədiklənmək . gədilmək. (< gədik . kərdik < kər ). oyulmaq. çəntilmək.
qədikli gədikli . 1 . baş görəvli. nişanlı. - gədikli ağalar. 1 . vəqfə bağlı yöni olan yer. - gədikli tükan.
qədilmək (< gədik . kərdik < kər ). 1 . gədiklənmək. oyulmaq. çəntilmək. 2 . didinmək. gicişmək. qaşınmaq.
qədirmək heyvan dərisi üzmək. bir heyvanı qaqaç (bastırma) yapmaq.
qədirsiz kəməlsiz. dəyərsiz. qiymətsiz. bahasiz.
qədişmək (< gədik . kərdik ). gicişmək. qaşınmaq. - ovucum gədişir . - yaram gədişir .
qədman gədman . gətman. kətman. külünğlü qazma.
qədmək qədmək. kərtmək. kətmək. (< gədik . kərdik < kər ). oymaq. çəntmək. gədik gədik, diş diş edmək.
qədri ərəb < qıtrı. qırtı. qırıq. az.
qədrim kədrim ka . kəmrit. gəmrilmiş. arınmış. - kədrim ət ka : dəridən üzülmüş ət.
qədrişmək kədrişmək . ət soyup qurutmaqda yardım edmək.
qədrüşmək gədrüşmək . birbirinə geydirmək.
qəf kəf . 1 . aya. düz yer. 2 . köp. çopan. kopab. hubab. qopan. su üzərində oluşan havalı şişlər.
qəfə kəfə . kəffə. kəppə. qappa. qapqa.- tarazı kəfəsi.
qəfəl kəfəl (< k əpəl . qapal ). başı böyük bir balıq.
qəfən kəfən . < kəfin . kəpin (< qab ). kəpən. örtük. ölüyə sarıldıq bez.
qəfəng kəpənğ . kəfnə . qapanğ . qapqan . kəpəç . biz ilə, təbənə ilə işləyənlər əllərinə taxan dəmirli qayış.
qəfənləmək kəfənləmək . < kəfinləmək . kəpinləmək (< qablamaq : örtmək). 1 . ölüyü bezə sarqıdıb çulqamaq. 2 . toyuq kimi heyvanları bütün olaraq yufqaya çulqayıb pişirmək.
qəfəs < qəpəs . 1 . iskilet. 2 . bölmə. 3 . nərdə. qorxuluq. 4 . tərh. pılan. taslaq. iskilet. çərçivə. kökə. kök. qalıb. işin başlanqıcda, bəzəksiz düzəksiz qururlan kök nəxşəsi, tasası. - taslağın araya qoymaq . - üqəla taslağı : yekəxana. özün alimlə sırasına qoyub dərinlərdən danışan. - qaba taslaq : yalnız biçimin, üzün göstərən yalın, qaba tası, nəqşə. - gəlin cehizi qəfəsi : toqurçın. 4 . gövdə. qablut > kalbod.
- iki qəfəsli otaq.
- böyük quş qəfəsi: quşxana. quşluq. quşlıq.
- qəfəsdə hələ çox qadın var(qadınları kişilərdən ayıran bölmə).
- qəfəs ardından: gizlidən.
- qəfəsdən baxmaq: əl çatmayıb, duvar deşiyindən baxmaq.
- tanrı vuran qəfəsi: çox kötü durumda olan ev.
- qara qəfəs: qara bir kök.
- qəfəs börk: (> fes: börk çeşti). üzəri qəfəs kimi səkrək, aralı, gəvşək toxunmuş börk.
- qəfəs kimi: çox səkrək, aralı, gəvşək olan (parça).
qəfəsçi doğramaçı.
qəffarə kəffarə ərəb (< qappara. qaplamaq, tutmaq) arın. arna. arınma. yarın. yarna. yarınma. - bunun arını kimə düşür: bunun kəffarə kimə düşür
qəffə kəffə . kəppə. qappa. qapqa. kəfə. - tarazı kəfəsi .
qəfgək kəfgək . kəvgək. kəkik. pəltək.
qəfgir kəfgir . çəmçə8 . çömçə. kömçə.
qəfil 1 . qafil . avlaq. axmaq. avanaq. gözü bağlı. 2 . kəfil . qapıl. qab qapaqlıqa, saxurta siqortalığa, zaminliyə işlənən.
qəfillik korluq.
qəfin kəfin . kəfən . kəpin (< qab ). ölüyə sarıldıq bez.
qəfinləmək kəfinləmək . kəfənləmək: kəpinləmək. qablamaq örtmək.
qəfnə kəfnə . kəfəng. kəpənğ. qapanğ. qapqan. kəpəç. biz ilə, təbənə ilə işləyənlər əllərinə taxan dəmirli qayış. - başmaqçı kəfnəsi .
qəgirmək gəgirmək . qarında oluşan qazı dışarı vermək.
qəhbə arsız. kəpək. namussuz.
qəhərləmək qırmaq. batırmaq. qələb çalmaq. məğlub edmək. - tanrı qırsın . - tanrı batırsın .
qəhf ərab (< kav ). kasa (< kavsa ). kava.
qəhrəman qızan. dəli qanlı. sökmən. batur.
qəhrəmanlıq qaramanlıq. usturə. ustura. utsara. kişilik.
qəht < qıqıt . qıt. (# bolluq )
qəhti < qıtlıq . qıqıtlıq. qırqıtıtlıq.
qəhvaltı tutquc. quşluq.
qəkiz kənğiz . kəniz . 1 . yumşaq. uysal. 2 . dözümsüz. muqavimətsiz. 3 . təmbəl. 4 . köyköhnə. gəbə əsgisi. paçavra. 5 . dəyərsiz. qiymətsiz.
qəqə gəgə . gəgəc. gəgələmə. kəvələmə. böcək, hörümcəklərin tikanlı soxmaları.
qəqəc gəgəc . gəgə. gəgələmə. kəvələmə. böcək hörümcəklərin tikanlı soxmaları.
- gəgəc oti : bir bitgi. heraçiyun.
- gəgəc quşi : səksək. atmacanın bir çeşiti.
- gəgəc arı : ağılı arı.
qəqə kəkə . 1 . kəkəmə . sözləri dalbadal təkərləyib qolay diyəmməyən. lüknət. - kəkələmə cocuq. 2 . çəkə. yemiş ağacının yuxar dalların əğməyə, nərsəni önə çəkmək üçün başı qancalı dəğənək. gəlbəri. əğri uclı ağac. 3 . çovqan. solıcan.
qəqələmə gəgələmə . gəgəc. gəgə. kəvələmə. böcək, hörümcəklərin tikanlı soxmaları.
qəqələmək gəgələmək . 1 . qaqalamaq. dimdikləmək. - xoruzlar gəgələmiş : qaqalamış. 2 . (böcək. heyvan) vurmaq. çalmaq. sancmaq. soxmaq. ısırmaq.
qəqəlik kəkəlik . kəkəməsi olan. lüknəti olan.
qəqəmək kəkəmək . şaşıb nə söyləyəcəyin bilməmək. nəm nüm edmək. - kəkəməyə başladı.
qəqəmə kəkəmə . kəkə . kəkələyən. dil döğməsi. dil düğünü.
qəqik kəkik . 1 . kəhlik oti. yaxıcı, qoxulu bir ot. bu bitginin yağı çəkilir. 2 . kəvgək. kəfgək. pəltək.
- qaya kəkigi : yabansi kəkik.
qəqirə kəkirə ətacı. qaçurqan. qaçıran. ısız. kötü. bədəxlaq. - kəkrə kolu : acı ətacı kişi.
qəqlik kəklik . dadlı ötən toyuq kimi gözəl quş. bu quşun dişisi qəfəsdə bəslənir. qəfəsin önündə ağ qurmaq yolu ilə, bu quşun ötməsinə aldanan ərkək kəkliklər avlanılır.
qəqrə kəkrə . 1 . əqit. əkit. əqti. əgti. gəs. acımtıraq. dil burar. acımtıraq əkşi. - əkti yemiş. 2 . kəkirə. gəs. ətacı. qaçurqan. qaçıran. ısız. kötü. bədəxlaq. - kəkrə kolu : acı ətacı kişi.
qəqrək gəgrək . qaburğanın altı. boş böğrək.
- gəgrək altı: böğrək üsti.
- gəgrək batma : gəgrəkdə duyulan sancı.
qəqrəlik kəkrəlik . dil burma. acılıq. sərtlik. əkşilik.
qəqrəmək kəkrəmək . acımaq. dil burarcak əkşimək. əkşiyib qabarmaq. təxmir olmaq.
qəqrətmək kəkrətmək . kəsitmək. gəsitmək. burmaq. - turş heyva dilimi burur.
qəl kəl . - saçı saqqalı düşürən kəl çeşiti xəstəlik: bart.
qəl kəl < kər . 1 . keçəl. kəçəl < kərçəl. saç qırqınlığna uğramış kimsə. - kəl qız . - kər oğlan . 2 . lüt. boş. çıplaq. - kəl dağ . - kəl ağac : budanmış ağac. - kəl oğlan : öksüz, yoxsul cocuq. - kəlxan bəyi : pislik xəstəliyinə düşən. bir çibanlı xəstəlikdir ki saçları kökdən qırar. - kəli qızmaq : keçəlliyi tutmaq. qızmaq. hirslənmək.
- ged gəl : başlama. mübaşirət.
- gələ gələ : ged gedə: bala bala. tədricən. miruri zamanla.
- kəl , camış ətindən döğmə qaba basdırma: qaqac.
- kəl , uyuzun qafası : irik.
qəlbəri gəlbəri . ölçər. ülçər. uzun qollu maşa. şiş. ərsin. odu qarıştırma aracı.
qəlcək gəlcək . ilgəri. iləri. müstəqbəl.
qəldüqi ka gəldüqi ka qəli.
qələ kərə: kəsik. - kələ kərtik : yara izlərindən yamrı yumrı nərsə.
- hər gələ danışmaq : ağız dolusu qonuşmaq.
qələbə - qələbə çalmaq: qəmə basmaq. üstələmək. yenmək.
- qələbə çalmaq : qol burmaq.
- qələbə çalmaq : alta almaq. altamaq. üstələmək. yenmək. yıxmaq. tutmaq. üstün gəlmək.- od basdı . kərdini ot basdı.
qələbək kələbək . kəpənək . (< kəpənğ < qapamaq ). 1 . gözəl qanatlarınan örtülmüş böcək. - kələbək kimi: çox gözəl geyinmiş kiçik qız. 2 . qoyunların ciyərinə düşən xəstəlik, ki kələbək biçimində olur. - qoyunlar kələbək olmuş .
- kələbək otu : dağ yoncası.
- kələbək sarmaşığı : bir bitgi.
qələcək gələcək . 1 . önəki. öndəki. ilərki. ilərdəki. - gələcək yaz. 2 . gözlənən. - gələcək gəlin nə çıxar, gəlmədən bilinməz. 3 . ati. müstəqbəl. gələcəyi bilən kimdir. 4 . qəza. qədər. yazılı olan nərsə. - gələcək pozumaz. - gələcəkdən qaçılmaz. - gələcəyin indi yapan, dününə ökünməz. - gələcəyə qəmə işləməz. - gələcəkdə var, çıxacaqda. - gələcəyin onun güdən, indinin birindən qalar. 5 . gəlmə. - gələcəyi var isə. - gələcəyi olmadı. - gələcəyi tutarsa: gəlməyə qalxışarsa.
Qələk kələk . kəvlək . (< kav . kov ). 1 . mənqəl. 2 . duzaq. aldaq. 1 . türə. 1 . börk. kisə.
qələkçi kələkçi . qallaş. kəllaş. bataqçı. allaq. aldaq. aldaqçı. tobraçı. beziqçi. oyunçu. dolabçı. mətsiz.qəhbə oğul. fırıldaqçı. bağıcı. baxıçı. göz bağcı. qataquli. qazıqçı. aldaq. dubbaraçı. hiləçi. oyunbaz. hiləkar.
- kəp kələkçi: qaparuz. kəpçə quyruğ.
qələkə kələkə. gülgi. alday. məsqərə.
qələk kələk . kəvlək . (< kav . kov ). 1 . kəl yaraları kimi çıblaq, boş, keçəl yerləri nərsə. çotur. çopur. - kələk məkə. kələk dəri. 2 . qılsız. çıplaq. - kələk tulum. 3 . yam yamalaq. yamrı yumrı. kal. yetməmiş. kal. - kələk yemiş. 4 . kalah. qavın kimi yemişlərin gənəl adı. 5 . qursa. tələ. totiə. desisə. 6 . oyun. aldaq. dolab. - oyun edmək. oyun yapmaq. oyun vermək : kələk gəlmək. - oyun çıxarmaq : bir yeni bir nərsə ortaya qoymaq. 7 . doləngfars < dolanğ. dolangi. dolaq. hilə. qumpas. aldaq. dilab. dolab. qurqu. hilə. dəsisə. nəxşə. tuzaq. duzaq ( tutsaq < tutmaq ). 8 . açıq olmayıb, gizli, qapalı olan iş. qaplama. duzaq. desisə. aldaq. qazıq. dubbara. hilə. - qazıqlamaq: kələk gəlmək. - qazığa düşmək. 9 . mənqəl. 10 . duzaq. aldaq.
- qaplama işlər. - qaplama kağız. - qaplama oyun.
- o bir d uzaqdır . - bu duzaq kişidən uzaq ol.
- öz dolbın çevirməkdən başqa iş bilmir. - buna bir dolab düşünməli. - dolabın açmaq : kələyin dağıtmaq. - fələyin dolbı . - dolab qurmaq : kələk gəlmək.
Dostları ilə paylaş: