Qamusi TÜRKİ ŞƏMSƏDDİn sami etimolojiK İŞ aparan həSƏNBƏy hadi 2008 TƏBRİZ



Yüklə 12,74 Mb.
səhifə41/102
tarix25.03.2017
ölçüsü12,74 Mb.
#12336
1   ...   37   38   39   40   41   42   43   44   ...   102

qəsginlik kəsginlik. qılıçlama durum. - taxdaları kəsginliginə qoymaq.

qəsi kəsi. kəsik. qıt. qır. eyb.

qəsici kəsici. kəsən. biçici. biçən. oraqçı. zalim.
- yan kəsici: oğru. cibvuran. oğru.

qəsik kəsik. 1. ( < met > ək) əksik. (< əksiz). güdük. 2. aralı. qırıq. münqəte'. boğunaq. boğuq. aralıqlı. (# sağınaq). 3. kərə. kələ. - kələ kərtik: yara izlərindən yamrı yumrı nərsə. 4. kəsilmiş. qırpıq. qıpıq. qırpılmış.- qıpıq saçlı. qıpıq saqqal. 5. kor. kar. küt. qapalı. içi tutuq, qapalı yer. sağır. məsdud. 6. qopuq. qupmuş. qırıq. sınıq. 7. san. bölük. parça. qətə. - san san: parça parça. yırıq yırıq. cırıq cırıq. - san san olmuş ürəyimdən xəbərin yoxdu sənin. 8. kəsilmiş. biçilmiş. məqtu'. - kəsik parça, ağac, kağız. - kəsik süt: pozuq süt. 9. yorqun. yorqunluqdan qırılmış, tökülmüş, düşmüş kimi olan. - dizlərim, biləklərim kəsikdir. - əl ayağdan kəsikdim: düşdüm. 10. gərəkli. vacib. zəruri. - kəsik olsa gedəcəyəm. - kəsik deyil. 11. gərəkli. vacib. zəruri. - kəsik olsa gedəcəyəm. - kəsik deyil.
- kəsik tökük: qırpındı. qırqındı.qırıntı. qırıq döğük.- saç qırpıntısı. 12. kəsi. qıt. qır. eyb.
- kəsik kəsik dura dura, söyləmək: turaqlamaq. duraqlamaq.

qəsiklik kəsiklik. 1. kəsilmiş biçilmiş olan. qət' olmuş. - kəsiklik parça, ağac, kağız. - kəsiklik süt: pozulacaq süt. 2. yorqunluq. yorqunluqdan qırılmalı, tökülməli, düşmməli kimi olan. - işin ağırlığından dizlərim, biləklərim kəsikdir. - əl ayağdan kəsikdim: düşdüm. 3. saqatlıq. çolaqlıq. - əl kəsikliyi. 4. pozuqluq. qırıqlıq. - süt kəsikliyi. 3. yorqunluq. qırıqlıq. - dizlərimin kəsikliyi.

qəsikmək kəsikmək. yorulmaq. yorğunmaq. qırılmaq. tökülmmək. düşmək. - əl ayağdan kəsikdim: düşdüm

qəsiq - qulağı kəsik: qulaqsız.

qəsi kəsi (< kəsmək). 1. geysi. biçi. bezdən biçilmiş. paltar. - kəsi biçmək: biçi kəsmək: paltar biçmək. - kəsi daşı: bulaq çay yanında palatarı döğərək yumağa özəl yassı daş. 2. kəski. hər nəyin olduğu ölçüsündən, biçimindən bir parçası. - bir kəsim barut: bir atımlıq barut. - beş kəski barut: beş atımlıq barut. 3. pors. pars. - iki kəski yemək: iki porsyon yemək. 4. ölçü. miqdar. - bu kəsidə çörəyi nə edirsən. 5. kəsə. kisə. cib. 6. kəsmə. hükm. 7. qısıt. pay. nəsib.

qəsil kəsil. (< kəsilmək). 1. kəsəl. sökəlkə. iğlik. iğçilkə. iqləş. xəsdə. aruq. sağ olmayan. - aruq ər. - aruq dindi: xəsdə yarıqdı: dincəldi. 2. gəvşək. sus. tənbəl.

qəsilmə kəsilmə. 1. üzüklükğa. 1. toğram. doğrum. kəsim. paralanma.

qəsilmək kəsilmək. 1. (əkin. yemiş). toplanılmaq. düşürülmək. qoparılmaq. - indi yemiş qoparılmaz. 2. turmaq. durmaq. oynamamaq. qımıldanmamaq. sakin olmaq. oturmaq. gedməmək (işləməmək).- bizə gəlincə durdu. - işlər durdu. - yağmur durdu. 2. yarılmaq. ayrılmaq. açılmaq.
- daş kəsilmək: {1. şaşa qalmaq. 2. sərtləşmək}.
- qazıq kəsilmək: qazıq kimi, dirək, mıx kimi dim dik olan, donmuş nərsə. qazıq.

qəsilmiş kəsilmiş. kəsik. qırpıq. qıpıq. qırpılmış. biçilmiş. məqtu'. - kəsik parça, ağac, kağız.- qıpıq saçlı. qıpıq saqqal. 3. kəsit. balat. balıt. qalat. tikiş. tikilmiş. qayim. 4. biçmə. kəsmə. biçilmiş.- sərən biçməsi: sərəni biçib, uzun döşəməli ağac.

qəsim kəsim. 1. kəsmə. kəsiş. qət'. 2. buraxma. tərk. tə'til. aralıq vermə. - dərslərin kəsimi. 3. yol. biçik. qırım. tərz. şəkil. islub. 4. muqatiə. nərsiyə götüri olaraq qiymət biçmə. - tarlayı kəsimə vermək. 5. pərhiz. - ət kəsimi: ət yeməkdən uzaq gəzmək. - duz kəsimi. 6. biçin. zülm. 7. qism. ılıq. uruq. vuruq. ırıq. ilik. boy. bölük. şö'bə. - ət kəsimi: ət qırımı: pak bayramı. 8. təsdə. dəsdə. boyunka. tutamaq. sap. orum. hörüm. örum. hörüm. urum.- bir örüm ot: bi örum ot. bir oraqta biçilən ot. 9. toğram. doğrum. paralanma. kəsilmə. - su kəsimi: gəminin, tam yükləmiş durumunda, suya batan bölümü.
- su kəsimi: gəmilərin qaplamasının aşağısında yazılan sayılar, ki gəminin ağırlığına görə suya batma ölçüsün göstərir. - bu gəminin su kəsimi nədir.
- su kəsimi: gəmilərin qaplamasının aşağısında yazılan sayılar, ki gəminin ağırlığına görə suya batma ölçüsün göstərir. - bu gəminin su kəsimi nədir.

qəsimşi kəsimşi. iltizamçı. mültəzəmçi.

qəsin kəsin. kəsdirmə. qəti'. - kəsdir cəvab.

qəsinmək kəsinmək. 1. kəndinə paltar yapdırmaq. 2. əğlənmək. şakalanmaq. şuxluğ edmək. 3. ələ salmaq. istehza edmək. məsxərə edmək.

qəsinti kəsinti. 1. alay. ələ salma. məsxərəlığ. istehza. 2. yansı. yansılama. təqlid. 3. qırqındı. qırpıntı. tikə. - dırnaq kəsintisi.
- dırnaq kəsintisi: dırnaqları kəsməkdən çıxan qırıntılar.

qəsir kəsir. (dəngli nərsədə olan) kəsr. nüqsan. - budcə açığı.

qəsiş kəsiş. 1. doğram. boreş. kəsmə. qət'. - bu pıçağın kəsişi iyi deyil. 2. gəsis. əqtilik. əkitlik. kəkrəs. acıqlıq.

qəsit kəsit. kəsilmiş. balat. balıt. qalat. tikiş. tikilmiş. qayim.

qəsitmək kəsitmək. kəkrətmək. gəsitmək. burmaq. - turş heyva dilimi burur.

qəski kəski. kəsi (< kəsmək). hər nəyin olduğu ölçüsündən, biçimindən bir parçası. - bir kəsim barut: bir atımlıq barut. - beş kəski barut: beş atımlıq barut.

qəskük kəskük. həlqə. bağ. təsmə.

qəslən kəslən. təmbəl.

qəsmək kəsmək. qırpmaq. qırmaq. biçmək. qısatmaq. nərsənin əl qolun yığıb, qırıb kiçitmək. oyan bu yanın kəsmək. almaq. qırtmaq. qısmaq. qırmaq ayrılmaq. bölmək. ayırmaq. aralamaq. sıymaq. qırmaq. əzmək. pozmaq. basıb yox edmək. tıraşlamaq. igəşmək. əğələmək. yontmaq. yonmaq. çaldırmaq. yemürmək. tomurmaq. durdurmaq. dindirmək. toxdatmaq. keçirtmək. biçmək. qaldırmaq. boğazlamaq. qırmaq. yonmaq. rəf' edmək. qapamaq. qapsamaq. tutmaq. bətdəmək. yumutmaq. sədləmək. səddəmək.- dəliyi qapat. - diş diş kəsmək: tırtıl kəsmək. - tarlanı bölmək. - başının saçını bölmək. - boyundan alda, əninə qoy. - sözün kəsdi. - yolu kəsdi. # yetişmək. çatmaq. - söz kəsmək: çatışmaq. barqışmaq. - xərclərizi qırpa qırpa azaldın. - bu kağazın ursalanmış qıraqlarını qıpdım. - yazın sıcaqlığında qoyunları qırpın. - yeməyin çoxluğuna baxmayaraq, qırpa qırpa heç bir nə qalmadı. - daşdan heykəl çaldırdım. - göz kəsmək: yapa biləcəğıni anlayıb güvənmək.
- at kəsmək: enəmək. iğdişləmək.
- qərarlaşmaq. tə'yin edmək. hükm çıxarmaq. - söz kəsmək. kəbin kəsmək.
- aqça kəsmək: para vurmaq.
- ayax kəsmək: artı, daha getməmək.
- əlini kəsmək: önünü kəsmək: mən' etmək.
- ümidi kəsmək: üzülmək.
- baş kəsmək: alçatmaq. başın salmaq.
- boyun kəsmək: tabe' edmək.
- çək kəsmək: hədd qoymaq.
- qısa kəsmək: çox uzatmamaq. ixtisar edmək.
- kəsib atmaq: dibdən qırıb qət' edmək.

qəsməksizin kəsməksizin. davamlı. verə. arasız. bir düzüyə. müttəsil

qəsmə kəsmə: . 1. kəsi. hükm.2. kəsilmiş. məqtu'. 3. rahətilqum. 4. götüri. qəti. - kəsmə hesab. 5. daş çanqıl. - buranın toprağı bütün kəsmədi. 6. kəsilmiş, açılmış olub bəyənilmək şərti ilə olan iş. kəsməcə. - kəsmə qavun satıram. - kəsməcə aldım. 7. tənikə, dəmir kəsməyə özəl böyük pıçaq. 8. aralıq. qırma. inqita. biçmə. biçilmiş. kəsilmiş. - sərən biçməsi: sərəni biçib, uzun döşəməli ağac. - kəsmədə: aralıqda: bir işin ortasında. 9. bölmə. fəsl. - ilin dörd bölümü var. 10. götüri. bitirmə. məqtu'. kəsmə. kəsiş. qət'. - bu pıçağın kəsişi iyi deyil. 11. qırım. 12. qıt. biçək. biçin. - qıt dövrü: biçin çağı.
- kəsmə sırça: tökmə sırça: bilur.

qəsməz kəsməz. küt. qunt. künt. kor. kəsginliyi olmayan.

qəsmik kəsmik <> kəmsik. 1. süzmə yoğurt. 2. bir çeşit pənir. 3. incə qırıq saman. başaq samanı. 4. xərməndə toprağa qarışub təzədən döğülmüş başaq parçası.
- süt kəsmiyi: kəsilmiş sütün qurusu.

qəsmük kəsmük. xəsis. pinti. ağın. axın. qıtmır. qısmır.

qəsr kəsr. (dəngli nərsədə olan) kəsir. nüqsan. - budcə açığı.

qəsrük kəsürgəkə. kəsrük. dağarcıq. qab. sandıq. cə'bə.

qəstana - kəstana qarası: açıq qara boya.

qəsürgəkə kəsürgəkə. kəsrük. dağarcıq. qab. sandıq. cə'bə.

qəş kəş. 1. çəkici. cazib. calib. çəkən. sürən. - dilkəş: içi çəkən. ürək aparan. can sürən. - azarkeş: dərdin alan. havadar. - sürməkəş: sürmə sürən. 2.kəş. kəç. çək. yoğurt pəniri. yağsız pənir.

qəşakeş kəşakeşfars. < çəkəçək. 1. çəkişmə. dartışma. - aramızsa çəkəçək yoxdur. 2. dartış. iztirab. tərəddüd. - bir ağır çəkəçəkə düşdük.

qəşidə kəşidəfarrs. 1. çəkilək. çəkilə. çəkilmiş. dizilmiş. kəçirilmiş. - çəkiləmək: çəkmək. - bir telqıraf çəkilədim. - sizə ondan telqıraf çəkilənmiş. 2. çəkə. - "əlləmək" də dörd dana çəkə var.

qəşiş kəşiş. çəkiş. cəhət. canib.

qəşişləmə kəşişləmə. çəkişləmə. cəhətləmə. canib tutma.

qəşit gəşit. > gəşt. gəzit.

qəşməkəş kəşməkəş. çəkəçək.

qəşt gəşt. gəşit. gəzit. - gəzit keçit: gəşt o qozar. seyr o səfər.

qət 1. (> qədd). biçim. ölçü. 2. kət. nişasta. 3. qat. tabaq. yapraq. - iki tabaq kağız

qətə kətə. kətək. 1. qataq. qatmarlı çörək. düğü unundan bir çeşit çörək. 2. baqa. bağa. boq'əərəb. (< boq. baq). boqa. tikə. san. bölük. kəsik. parça.- san san: parça parça. yırıq yırıq. cırıq cırıq. - san san olmuş ürəyimdən xəbərin yoxdu sənin.

qətəq kətək. kətə. qataq. qatmarlı çörək. düğü unundan bir çeşit çörək.

qətəli kətəli. nişastalı bez.

qətər kətər. kədər. kətir. kitər. kitir. (< kitmək: qapamaq). 1. qapalı. tutuq. bulanıq. 2. tasa. qussə. qayğı.

qətərlənmək kətərlənmək. kədərlənmək. kətirlənmək. kitərlənmək ( < kitlənmək: qapanmaq). kədər etmək. tasalanmaq. qussələnmək. qayğılanmaq.

qətil < qıtrıl. qırılmış. məqtul.

qətil qıtıl. qırım.

qətir {gətir (gət < met > təg) təkir. təqir.} {(kətir. kədər. kətər. kitər (< kitmək: qapamaq).} 1. təkərlənən, tikrarlanan nərsə. alşaq. alşıq. adət. 2. zikr. zikir. 3. qədər. gələn. baş yazısı. 4. hökm. 5. qapalı. tutuq. bulanıq. 6. tasa. qussə. qayğı.

qətiri qədəri. (# cəbri). gətirilənə, gəlişə, gələnə inanan.

qətirilməli gətirilməli. gətümlük. hazırlamalı. amadə edməli. ehzar edməli.

qətirilmiş gətirilmiş. ərsə. iris. (< ərdirmək). (> irsərəb). sovğa. çatdırılmış. bağlanmış.

qətirlənmək kətirlənmək. kədərlənmək. kətərlənmək. kitərlənmək ( < kitlənmək: qapanmaq). kədər etmək. tasalanmaq. qussələnmək. qayğılanmaq.

qətirmək 1. soxmaq. qomaq. qoymaq. - yoluna gətirmək. - meydana gətirmək. 2. hazırlamaq. amadə edmək. 3. zikr edmək. nəqıl edmək. irad edmək. - hər işə bir örnək gətirdi. - hər işə bir güvək gətirməli. 4. uydurmaq. tətbiq edmək. - dərzi köynəyin yaxasın iyi gətirməmiş. - ipləri baş başa gətir. - onu bir uca gətirdi. - astar üzün dalına gətirilməlidir. 5. döndərmək. çevirmək. - dinə gətirmək. - inama gətirmək: inandırmaq. düzəltmək. islah edmək. yoluna qoymaq. - quraqlıq əkini bu günə gətirmiş. 6. icab edmək. mocib olmaq. - bu yel qar gətirir. - bu darı (> daru) yuxu gətirir. - kal yemiş sancı gətirir. - bu bulut yağış gətirir.
- dörd ayağını bir yerə gətirmək: əlindən gələni darıxmamaq, diriğ edməmək, qısqanmamaq, əsirgəməmək. var gücünü vermək. 7. çəkmək. cəlb edmək.
- birini dilə gətirmək: qarşı durmağına, qarşı söylənməsinə nədən vermək.
- bir yerə gətirmək: tutuşmaq. birlikdə tutmaq. təmas etdirmək.
- əl tutuşmaq. - yerinə gətirmək: əda' edmək ödəmək.

qətl qan. - qan olmaq: qətl üz vermək.

qətlik kətlik. kəndlik. tostluq. dostluq: adaşlıq. arxadaşlıq. arxadaşlıq. düzlük. sədaqət.

qətman gətman. kətman. külünğlü qazma.

qətümlük gətümlük. gətirilməli. hazırlamalı. amadə edməli. ehzar edməli.

qətürmək gətürmək. uzaqdan yaxına çıkitmək. {# götürmək: yaxında uzağa aparmaq}. - siz nə gətirdizgötürəsiz.

qəvamlı turlu. durlu. qərarlı. sabit. qayım. qoyuq. qalın. quyuq. sulu olmayan. - qalın yoğurt. - qalın pəkməz: qəliz doşab. - durlu kişi. - durlu söz.

qəvək gəvək. gəvrək. bisqivit. quru çörək.

qəvək kəvək. kəpək. kəbək. (< kəv. kav. kov). 1. heyvanlara yem olub, aşlıqın (hibubatın) öğüdülmüş qabığı. - ata toyuqa kəpək tök. 2. dərinin qabıq qabıq oluşu. - baş kəpəyi: başda olan qonaq.

qəvələmə kəvələmə. gəgəc. gəgə. gəgələmə. böcək hörümcəklərin tikanlı soxmaları.

qəvən - gəvən otı: qoğan. bir çeşit tikənli ot. qoğanlıq.

qəvərmək gəvərmək givrəmək. 1. gəvrək olmaq. çox qurumaq. qavrılıb qıqırmaq. xaslanmaq. - bu əmək gəvərmiş. 2. ayazda, soyuqda üşümək. - dışarda gəvərdik. 3. otda, günəşdə yanmaq.
- gəvrəyə qalmaq: gəbərmək. tələf olmaq.

qəvəzə gəvəzə. yanğşaq. ağzı yayvan. ağzı boş. laqırtı. ağzı yayvan. ağzı açıq. sarsaq. boşboğaz. ağzı gəvşək.

qəvəzəlik edmək satulamaq. faydasız söz söyləmək.

qəvgək kəvgək. kəfgək. kəkik. pəltək.

qəvi bərk. möhkəm. sağlam. güclü.- sağ qazıq: güclü mıx.

qəvilmiş kəvilmiş. gəvir. oyuq. iv. iz. (suyun yerdə axmağından açılan) arx.

qəvir gəvir. kəvilmiş. oyuq. iv. iz. (suyun yerdə axmağından açılan) arx.

qəviş - gəviş gətirmək: gəvmək. nərsəni təkrar çeynəmək.

qəviş gəviş. yaşlıların çənəsinin özözünə titrəməsi.
- ağız gəvşəyi: ağız sözü, virdi.

qəvişlik gəvişlik. üşən. üşün. üşənmə. təmbəllik. - üşən gətirən sözlər.

qəvləq kəvlək. kələk. (< kav. kov). 1. mənqəl. 2. duzaq. aldaq.

qəvmə kəvmə. qazma. həfr. - üzdən qazma.

qəvmək gəvmək 1. nərsəni kavlayıb, oyub, oğub çürütmək, çeynəmək. gəvmək. 2. ısırıb qoparmağa çalışmaq. - at gəmini gəvirir. 3. nərsəni təkrar çeynəmək. - gəviş gətirmək.

qəvrəkçi gəvrəkçi. gəvəkçi. bisqivitçi. quru çörək satan.

qəvrək gəvrək. 1. quru olub qırıldıqda, ısırıldıqda qıtır qıtır edən. çabuq qırılan. 2. quru nərsənin qırıldıqda çıxaran səsini andıran səs. xırtldaq səs çıxarmaq. - gərvrək gülüşü vardır. - quzu gəvrək gəvrək yapraq yeyirdi. - gəvrək gəvrək gülürdi.

qəvrək gəvrək. gəvək. kövrək. qolay gəvrilib, kövrəlib, qırılar durum. bisqivit. quru çörək.

qəvrətmək gəvrətmək. qurudub kövrək, qırılır duruma gətirmək.

qəvsərə kəvsərə. 1. (heyvan, kişi). iskilet. 2. daldan qamışdan yapılan səbət. - bir kəvsərə yemiş.

qəvşək gəvşək. gücük. küşək. gücsüz. zayıf. kəsil (< kəsilmək). sust. tənbəl. ölşük. ölşək. solpük. salqıq. əngil. engül. sarqıq. salpa. solpuq. az. duyğusu gəvşək. qabran. üşənc. təmbəl. turğun. durğun. ağır. bataq. batıq. - o çox durqun kişiymiş. - gəvşək olmayan: tetik. canlı. iti. fə'al.gəvşək olmayan. - tetik kişi. - tetik ol!. - tetikliyin ölməsin. - ağzı gəvşək: ağzı yayvan. ağzı açıq. sarsaq. boşboğaz. gəvəzə. - solpük ətlər.
- gəvşək gəvşək yanaşmaq: sırıtıb gülüşmək. yılışmaq.

qəvşəklik gəvşəklik. gücsüzlük. zə'f. quvvətsizlik. turğunluq. durğunluq. ağırlıq. bataqlıq. batıqlıq. bətalət. yavanlıq. yayvanlıq. laqeydlik.
- o durqunluqla, iş görülməz.

qəvşəmək gəvşəmək. kavşamaq. qağşamaq. (< qaq: sərt səs). xərab olmaq. əprimək. yıpramaq. çox əsgimək.
- gəşəyib sarqımaq: salqımaq.

qəvşər kəvşər. qağşar. çökmüş. yoxar. yoxluğa, məhvə doğru gedən.

qəvşətmək gəvşətmək. üşəndirmək. kəsəllətmək. təmbəlləşdirmək. - gərgin nəyi gəvşətmək: yatsamaq. yasmaq. - oxu atıb yayı yasmaq: oxu atıb yayı asmaq

qəvşic gəvşic. üşənc. üşünc. təmbəl.

qəvşinmək gəvşinmək. üşənmək. yığışıb bir yerdə oturmaq, qalmaq.

qəyirmə gəyirmə. açıl. aruğ.

qəyliq - gəyliq kişika: gay kişi. şaşqın. yabansı kimi iki tərəfonə baxaraq yürüyən adam.

qəytərmək qəyy etdirmək. qusdurmaq. qusyurmaq. quysartmaq. qısyartmaq. qusyan etdirmək. qaytatmaq.

qəyy etdirmək qəytərmək. qusdurmaq. qusyurmaq. quysartmaq. qısyartmaq. qusyan etdirmək. qaytatmaq.

qəz gəz. 1. oxun dibində, kirşə keçən haçalı. 1. gəz, arşın, ox düzəltməyə yarar ağac. 1. doğru dal. sürgü.

qəza birdən gələn ağır qəza. saqnaq. birdən gələn ağır qəza. sancaq. quyu. tuman: tümən. (< tuqman. tuqan < tuq). urçin.- sağnağa uğradıq.

qəzdirmək gəzdirmək. 1. dolaşdırmaq. - atı gəzdirmək. 2. əyləndirmək. dolandırmaq. - uşaqları bir az gəzdir. 3. hər göstərib baxdırmaq. - qonaqları şəhəri gəzdirmək. 4. keçirmək. imrar edmək. - göz gəzdirmək. - yazıya bir əl gəzdirmək. 5. sərpmək. damıtmaq. dağıtmaq. əkmək. - piloova yağ gəzdirmək. - dadlıya şəkər gəzdirmək.
- yeməyi gəzdirmək. qaval gəzdirmək: özü ilə dolandırıb hər yana varnmaq. 6. tolaşdırmaq. dolaşdırmaq. döndərmək. dövr etdirmək. çevrətmək.- tamam çüçələri dolşdırdıq.
- su üzündə durdurmaq, gəzdirmək: yüzdürmək.

qəzəl > xəzəl. ağac üstə quruyan yapraq.

qəzən gəzin. gəzən. gəzgən. ayaqlı. tolaş. dolaş. səyyar. - dolaş ulduz koması. - ayaqlı kitab edi: çox bilgin. - boş gəzən: aylaq. avanaq. işsiz. avara. havayı.

qəzər gəzər. yatmayan. ayaqda olan. qalxub dolanan. - gəzər xəstə: yataqda olmayan.

qəzgən gəzgən. gəzin. gəzən. ayaqlı. səyyar. - ayaqlı kitab edi: çox bilgin.

qəzi gəzi. 1. silk. məslək. məşy. 2. dövr. mərhələ. 3. əni bir qarış, ipəklə iplikdən qarışıq bir bez.

qəzil bükiş. tiftil. tiftih.büküm.

qəzilmək gəzilmək. dolaşılmaq. yürünmək. məşy o hərəkət edmək. - çimndə gəzilməz. - gecə çağ gəzintisi.

qəzin gəzin. gəzən. gəzgən. ayaqlı. səyyar. - ayaqlı kitab edi: çox bilgin.

qəzindi gəzindi. otaların önündə gəzəcək qədər dar yer. dəhliz. koridor.

qəzinib gəzinib. - gəzinib aramaq: dönüşdürmək. qurdalayıb tapınmaq.

qəzinmək gəzinmək. 1. özü üçün dolanmaq. vax keçirmək. 2. əl suya yetirmək. həyətə çıxmaq. su tökməyə gedmək.

qəzişmək gəzişmək. çəpə çevrə gəzmək. tolaşmaq. dolaşmaq. dönmək. dövr, cəvəlan edmək. - dan ertədən ( sabah tezdən) çüçələri dolaşırıq. - qırlarda (çöllərdə) dolşıb durduq.

qəzit gəzit. gəşt < gəşit.

qəzləmək gəzləmək. 1. ölçmək. 2. ölçüb biçmək. təsviyə edmək. 3. yay qurmaq. oxu yayın kirişnə taxıb qurmaq.

qəzlənmək gəzlənmək. qazmaqlanmaq. dib tutmaq.

qəzlətmək gəzlətmək. qazmaqlandırmaq. dib tutdurmaq.

qəzlik gəzlik. 1. əğri qılıncı ağzı. 2. qələm tiraş.

qəzmə gəzmə. qəmzə. 1. girişmə. qırışma. qır vermə (< qırılmaq. burulmaq). buruqma. naz. işvə. qaş göz ilə oynanma. 2. qol. gözətçi. ağalığın (devlətin) yardımçı gücləri. polis.

qəzmək gəzmək. 1. tolaşmaq. dolaşmaq. dolanmaq. səyahət edmək. eşmək. aşmaq. sürmək. 2. ayaq olmaq. bulunmaq. olmaq. tapılmaq. mövcud olmaq. - bizdə öylə nələr nə gəzir. - bu çöllükdə kitabevi nə gəzir. - görəsin harda gəzir indi sevgilim.
- bulutlarda gəzmək: taslamaq. şişinmək. yekəxanalanmaq. havalanmaq.
- igitlik taslıyan.
- çəpə çevrə gəzmək: gəzişmək. tolaşmaq. dolaşmaq. dönmək. dövr, cəvəlan edmək. - dan ertədən ( sabah tezdən) çüçələri dolaşırıq. - qırlarda (çöllərdə) dolşıb durduq.
- gəzib yoxlamaq: tolaşmaq. dolaşmaq. - bütün otaqları dolaşdıq.
- boş boşuna gəzib durmaq: tolaşmaq. dolaşmaq. - burda nə dolaşırsan. - dolaşa dolaşa yaşın sürüb geddi.

Yüklə 12,74 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin