The activities of Henry Heine who was the well-known, revolutionary Ger-
man poet, played important part at the change of the world. The author explores
diffusion and the learning of Henry Heine’s activities in Russia at this articles. At
that time, Azerbaijan entered into tsar Russia and that is why this process also
included us.
Rəyçi: C.Nağıyev
filologiya elmləri doktoru, professor
Filologiya məsələləri – №7, 2013
330
SƏLTƏNƏT ƏLİYEVA
AMEA Nizami adına Ədəbiyyat İnstitutu
selteneta@gmail.com
ANADİLLİ ƏDƏBİYYATIN ÖYRƏNİLMƏSİNDƏ VƏ TƏBLIĞİNDƏ
ƏLYAR SƏFƏRLİNİN ROLU
Açar sözlər: anadilli ədəbiyyat, mətnşünaslıq, klassik ədəbiyyat, tərtib, tədqiqat.
Ключевые слова: тюркоязычная литература, текстология, классическая
литература, составление и издание книг, исследования.
Keywords: literature in Turkic, textual criticism, classical literature, compilation
and publication of books, researches.
Dağlarımın zirvəsi, bağlarımın qönçəsi,
Döyüşdə şaqqıldayan Misri qılıncın səsi
Səslərin ən incəsi ---
Azərbaycan Türkcəsi!
(X.Rza)
Hər bir xalqın fəxr edə, öyünə biləcəyi bir xəzinə də onun klassik ədəbiyyatı-
dır. Çünki klassik ədəbiyyat özündə həm də xalqın tarixi keçmişini, mədəniyyətini
əks etdirir. Və bu xəzinə nə qədər zəngin olarsa və nə qədər çox tədqiq olunub,
araşdırılıb üzə çıxarılarsa, dəyəri bir o qədər artar. Azərbaycan xalqıı da bu sahədə
sözün əsl mənasında böyük və zəngin bir xəzinə sahibidir. Məlumdur ki, əsrlərlə
yurdumuz ərəb və fars işğallarına məruz qalmış, bu isə öz növbəsində ədəbiyyata
təsirsiz ötüşməmişdir. Belə ki hələ ilkin dövrlərdən başlayaraq ədəbiyyatımızın bir
hissəsi ana dilimizlə yanaşı ərəb, fars dilində də yazıya alınmışdı. Üç dildə yaranan
bu ədəbiyyat içərisində anadilli ədəbiyyat xüsusi mövqeyə malikdir. Çünki bir xal-
qın varlığı ilk əvvəl onun dili və dilinin inkişafı ilə ölçülür. Bəxtiyar Vahabzadənin
sözləri ilə desək : -
- Ana dilim, səndədir xalqın əqli, hikməti,
Ərəb oğlu Məcnunun dərdi səndə dil açmış,
Ürəklərə yol açan Füzulinin sənəti
Ey dilim, qüdrətinlə dünyalara yol açmış.
Səndə mənim xalqımın qəhrəmanlıqla dolu
Tarixi varaqlanır,
Səndə neçə min illik mənim mədəniyyətim
Şan-şöhrətim saxlanır.
Mənim adım, sanımsan,
Namusum, vicdanımsan. (1,8)
Beləliklə də, ana dilində yazılmış əsərlərdə mədəniyyət, tarix və ədəbiyyatın
inkişafı ilə bağlı məlumatlarla yanaşı, dilimizin inkişafı, zənginlikləri, hansı təsirlə-
rə məruz qalması ilə bağlı məlumat da əldə edə bilirik ki, bu da mühüm əhəmiyyətə
malikdir.
Bu baxımdan da ilk növbədə anadilli ədəbiyyatın aşkara çıxarılıb öyrənilməsi,
tədqiq olunması və xalqa çatdırılması ədəbiyyat tarixçilərinin əsas vəzifələrindəndir.
Filologiya məsələləri – №7, 2013
331
Ədəbiyyat tarixçilərimizdən Firidun bəy Köçərli, Salman Mümtaz, Həmid
Araslı, Mirzağa Quluzadə və digərləri ümumiyyətlə ədəbiyyatımızın öyrənilməsi,
tədqiqi sahəsində böyük işlər görmüşlər. Lakin bu sırada Ə. Səfərlinin rolu əvəzsiz-
dir. Çünki Ə. Səfərli Azərbaycan ədəbiyyatı tarixində anadilli ədəbiyyatın öyrənil-
məsində xüsusi xidmətləri ilə iz qoyan mühüm simalardan biridir.
Alimin bu sahədəki uğurlarından bir qədər aşağıda bəhs olunacaqdır. Bu
uğurlara nəzər yetirməmişdən əvvəl isə Əlyar müəllimin keçib gəldiyi elm yoluna
ümumi olaraq diqqət yetirək və zəhmətkeş tədqiqatçının ədəbiyyat tariximizə hansı
töhfələri verdiyini ötəri də olsa gözdən keçirək.
Klassik ədəbiyyatımızla bağlı yüzlərlə məqalənin müəllifi olan tədqiqatçının
yaradıcılıq yolu uzun və rəngarəngdir. Tədqiqatçı yaradıcılığı boyu həm klassik
ədəbiyyatımızla bağlı bir sıra elmi-nəzəri fikirlərlə çıxış etmiş, ayrı-ayrı klassikləri-
mizin əsərlərinin sadə və anlaşıqlı bir dillə təhlilini vermiş, həm də ədəbiyyatımı-
zın açılmamış qatlarını açmağa səy etmiş, yeni-yeni yazılı abidələrin üzə çıxarılma-
sında öz xidmətlərini əsirgəməmişdir. Belə ki, o həm də bir sıra monaqrafiyaların :
“XVII-XVIII əsrlər Azərbaycan epik şeiri”, “Qədim və orta əsrlər Azərbaycan
ədəbiyyatı”, “Məsihi”, “Azərbaycan ədəbiyyatı tarixi”, Ankarada çap edilən “Azər-
baycan türk ədəbiyyatı”, Tehranda nəşr olunan “Azərbaycan ədəbiyyatı tarixi” və s.
müəllifi kimi də tanınır. Füzuli, Nəsimi, Məsihi, Xətayi kimi söz ustalarının sənət
dünyası Əlyar müəllimin mükəmməl tədqiqat və şərhlərində daha aydın dərk olu-
nur. Bir çox klassiklərimizi, xüsusilə də, anadilli ədəbiyyatımızın zirvəsi sayılan
Füzulini, Nəsimini oxuyub dərk etdikdən sonra bu dahi söz ustaları haqqında söz
demək, əlbəttə ki, çətin bir işdir. Çünki deyəcəyin söz Füzuli ruhuna xələl gətirmə-
məli, həm də onun dühasını ortaya qoymalıdır. Füzuli sözünün yanında sözünün
qiyməti itməməlidir.
Ə.Səfərli isə, deyə bilərik ki, bu işi uğurla yerinə yetirmişdir. Klassik ədəbiy-
yatımızın bilicilərindən sayılan X.Yusifli alimin bu sahədəki fəaliyyətini mütəxəssis
gözü ilə bu cür qiymətləndirmişdir. “Ə.Səfərlinin klasssik şairlərimizin çətin, ilk
baxışdan anlaşılmaz şeirlərinin şərhi və açılması sahəsindəki fəaliyyəti də ayrıca
qeyd edilməlidir. Bu baxımdan Füzulinin və Nəsiminin əsərlərinin nəşrini xatırla-
maq olar. Bu əsərlərin şərh və izahlarla nəşri, ayrı-ayrı misra və beytlərin məna-
məzmunca araşdırılması, ədəbiyyatşünaslığımızda rəğbətlə qarşılanmışdır.”(2,3)
Təkcə Füzuli və Nəsimiyə deyil, eləcə də, Bürhanəddin, Xətayi, Məsihi və
neçə-neçə klassik söz ustadlarına layiq olduğu qiyməti verən alim, bununla da
ardınca onlarla filoloqun gəlməsinə nail olmuşdur. Bu günün filoloqları məhz Əlyar
Səfərlinin “Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı” (X.Yusifli ilə birgə) və
“Azərbaycan ədəbiyyatı tarixi” dərsliyindən qidalanmışlar.
Anadilli ədəbiyyata isə daha həssaslıqla yanaşan Ə. Səfərli elə bu sahədə də
zəngin bir irsə malikdir. Ümumiyyətlə, ömrünü klassik ədəbiyyatın tədqiqinə sərf
edən alimin yaradıcılıq yolunda anadilli ədəbiyyat, anadilli ədəbiyyatın öyrənilməsi,
tədqiqi, nəşri, təbliği xüsusi bir çəkiyə malikdir və ya ayrıca bir mərhələni təşkil
edir, desək, yanılmarıq.
Alimin anadilli ədəbiyyata bağlılığı haqqında onunla elmin yollarında gənc
yaşlarından bu günə qədər yol yoldaşlığı edən Xəlil Yusifli yazır: “Ə. Səfərli Bakı
Döövlət Universitetinin fars dili ixtisasını bitirsə də, bütün elmi araşdırmaları zama-
nı türk dilində yazılmış əsərlər və sənətkarlar üzərində tədqiqat aparmışdır.” (3,35)
Filologiya məsələləri – №7, 2013
332
Həqiqətən də, Ə Səfərlinin yaradıcılıq yoluna ötəri nəzər salmaq kifayətdir ki, bu
sözlərin nə qədər həqiqətə uyğunluğunun şahidi olasan. İlk dəfə məhz anadilli
ədəbiyyat nümunəsi olan Məsihinin “Vərqa və Gülşa” əsəri ilə tədqiqata başlayan
Ə. Səfərli təkcə tədqiqatla kifayətlənmədi.
Hərtərəfli öyrənmək, işini səliqəli görmək vərdişi və hər şeydən də əvvəl milli
ruhlu vətənpərvər tədqiqatçının anadilli ədəbiyyata bağlılığı onu tədqiqat yolların-
dan mətnşünaslığa doğru apardı. Bununla da tədqiqatın mətnşünaslıqdan ayrı olma-
dığını da sübuta yetirdi.
İlk dəfə 1976-cı ildə Qazi Bürhanəddin Əhmədin bir neçə qəzəlindən ibarət
“Gülşənə gəl, nigara, bülbülü gör” adı altında şeir toplusunu çap etdirən tədqiqatçı
daha sonra elə ilkin olaraq tədqiqinə başladığı “Vərqa və Gülşa”nın Londonda sax-
lanılan əlyazmasını çətinliklə də olsa əldə edərək, 1977-ci ildə respublikamızda
nəşrinə nail oldu və bununla da mətnşünaslıq sahəsində ilk imzasını və həm də
uğurlu imzasını atdı. Beləliklə də, “öz elmi fəaliiyyətini quru və mücərrəd fərziyyə-
lərin deyil, sanballı, təkzibedilməz faktların üzərində qurmağı yaradıcılıq üslubu
seçmiş Əlyar müəllim, elə ilk fundamental əsərində bu üslubu bütün ciddiliyi ilə nü-
mayiş etdirrməyə nail olmuşdur.”(4,10) Bununla da ədəbiyyat tariximizə gözəl,
faktlara söykənən bir tədqiqat əsəri daxil oldu.
Lakin alim bununla kifayətlənmədi. Tədqiqatlar, araşdırmalarla yanaşı
mətnşünaslıq sahəsində də araşdırmalarını davam etdirərək yeni-yeni əlyazmaların
əldə edilib xalqın ixtiyarına verilməsində mühüm rol oynadı.
Belə k, onun bir-birinin ardınca tərtib etdiyi Məhəmməd Əmaninin “Əsərləri”,
“Şəhriyar” dastanı, “Dastani Əhməd Hərami” poeması, Məhəmməd Füzulinin
“Seçilmiş əsərləri”, Məhəmməd Füzulinin “”Həqüqətis-süəda” əsəri (ortaq müəl-
liflə), Şah İsmayıl Xətayinin “Əsərləri” (ortaq müəlliflə), Məhəmməd Füzulinin
“Şikayətnamə”, yenə də Məhəmməd Füzulinin “Qoy məni dərdimlə”, İmadəddin
Nəsiminin “Seçilmiş əsərləri”, Məhcur Şirvaninin “Qisseyi-Şirzad”, Hamidin “Sey-
fəlmülk” və s. nəşrləri də məhz bu baxımdan qiymətlidir.
Burada onu da qeyd edək ki, işinin mütəxəssisi olan alim bu əsərləri yalnız
tərtib etməklə kifayətlənməmiş, hər bir əsəri tərtib edərkən onlara geniş şərh vermə-
yi də unutmamışdır.
Anadilli ədəbiyyatın mühüm simalarından olan XIV əsr Azərbaycan şairi Qa-
zi Bürhanəddin Əhməd “Divan”ını nəşrə hazırlayıb xalqın ixtiyarına verməsi də ali-
min bu qəbildən olan xidmətlərindəndir.
Qazi Bürhanəddin “Divan”ının 1988-ci ildə bütövlükdə nəşr edilməsi Azər-
baycan xalqına sözün əsl mənasında bir töhfə oldu. “Əvvəlcə qazi rütbəsinə qədər
yüksəlmiş Qazi Bürhanəddin 1381-ci ildən ömrünün sonunadək öz adı ilə adlanan
dövlətin əsasını qoymuş, dövrünün qüdrətli hökmdarı kimi tanınmışdır. Lakin, şüb-
həsiz ki, onun böyüklüyü və ölməzliyi daha çox ana dilində şeir qoşması, öz sənət
inciləri ilə dilimizi yüksək və yenilməz bir zirvəyə qaldırmasıdır.” (5,4) Çünki ana
dilində dövrümüzə qədər gəlib çatan ilk “Divan” Qazi Bürhanəddinə məxsusdur ki,
bu “Divan”ın aşkar edilməsi isə artıq XIV əsrdə Azərbaycanda ana dilində “Divan”
yaradıldığını əyani şəkildə sübut edirdi. Ə.Səfərli özü isə XIV əsrdə ana dilində ilk
“Divan”ın mövcudluğunu və Qazi Bürhanəddin sənətini düzgün qiymətləndirərək
yazırdı. “Böyük bir tarixi vəzifəni şərəflə yerinə yeitrən Qazi Bürhanəddin Azər-
baycan divan ədəbiyyatının özülünü qoymuş, klassik poeziyanın ilkin gözəl
Filologiya məsələləri – №7, 2013
333
nümunələrini yaratmışdır. Onun yaradıcılığı Həsənoğludan sonra, İmadəddin Nəsi-
midən qabaq mədəniyyət tariximizdə yeni bir əlamətdar hadisə sayıla bilər. ”(6,3)
Həmin dövrdə bu “Divan”ın nəşri elmi ictimaiyyət tərəfindən də böyük rəğbətlə
qarşılanmışdır. M. Nağısoylu, X. Yusifli “Divan”la bağlı öz fikir və mülahizələrini
mətbuat səhifələrində oxucularla bölüşmüşlər. Və bu hadisəni elmimiz üçün uğurlu
bir hadisə saymışlar.
Burada onu da qeyd etmək istərdik ki, Əliyar müəllimin xaricdə çalışması da
ona bu amalını həyata keçirməkdə böyük kömək oldu. Belə ki, müxtəlif illərdə xari-
ci ölkələrdə Vətənini tərcüməçi, diplomat kimi təmsil edən Əlyar müəllimə işlərinin
ağırlığıı, çoxluğu yaradıcılıq axtarışlarında bir an da olsun mane olmadı. Əksinə,
bunu ədəbiyyatımızın öyrənilməsi, araşdırılması, hələ açılmamış, elmə məlum ol-
mayan qatlarının aşkarlanması üçün bir fürsət bilən Əlyar müəllim bu fürsəti yük-
sək dəyərləndirdi və yeni-yeni əlyazmaların üzə çıxarılıb Vətənə gətirilməsində bö-
yük xidmətlər göstərdi. Təkcə son illərdə ədəbiyyatımıza Əlyar Səfərlinin səyləri
nəticəsində “Vərq və Gülşa” əsərinin müəllifi kimi daxil olan Məsihinin “Divan”ını
aşkar etməsi və həm də güneyli soydaşlarımız üçün İran İslam Respublikasında çap
etdirməsi bu axtarışların ən gözəl nəticələrindən biridir. Belə ki, Məsihinin “Di-
van”ı yeganə əlyazma nüsxəsindən 1998-ci ildə Tehranda nəşr olunmuşdur. Yeri
gəlmişkən qeyd edək ki, “Məsihinin “Divan”ı Ə.Nəvai ilə M. Füzuli şeirinin əks-sə-
dasıdır”,- (7,42) deyən alim əsəri 2012-ci ildə geniş şərhlərlə ölkəmizdə də nəşr
etdirmişdir.
Bütün ömrünü elmə sərf edən, elmin yollarında saç ağardan, amma bir an da
olsun yorulmaq nədir, bilməyən və ömrünün 75-ci baharında belə özündə 20 yaşlı
gəncin gümrahlığını hiss edən qocaman alim bu gün də yorulmaq bilmir, daima
çalışır, elmə yeni-yeni tohfələr bəxş edir.
Yuxarıda qeyd etdik ki, Əlyar müəllim elmə həssaslıqla yanaşır. Burada bir
məsələni də xüsusilə vurğulamaq və diqqətə çatdırmaq istərdik ki, bu gün artıq el-
min zirvəsini fəth edən, qayğıkeş alim tək elmə, ədəbiyyata həssaslıqla yanaşmır, o
həmçinin elmin yollarında yenicə addım atan gənclərə də xüsusi qayğı göstərir, el-
min yollarında irəliləmək və xalqa xidmət etmək istəyən hər bir insanın əlindən tu-
tub məmuniyyətlə irəliyə aparır, onlara düzgün yol göstərməyi özünə borc bilir.
Biz də ömrünün 75-ci baharını qeyd edən AMEA-nın müxbir üzvü, professor,
filologiya elmləri doktoru, ən əsası isə, qayğıkeş insan, gözəl müəllim, zəhmətkeş
alim Əlyar Səfərlini təbrik edir, - ömrün uzun, qələmin iti olsun - , deyirik.
Ədəbiyyat
1.
Bəxtiyar Vahabzadə Seçilmiş əsərləri, İki cilddə. I cild (Şeirlər), Bakı, “Öndər
nəşriyyatı” 2004, 328 s.
2.
X. Yusifli “Divan”ın ilk nışri, Ədəbiyyat və incəsənət qəzeti, Bakı, 1989, 6
yanvar
3.
Xəlil Yusifli “Kim nə miqdar olsa”, Azərbaycanın elm və mədəniyyət
xadimkləri: Əlyar Səfərli Biblioqrafiya, Bak, “Elm”,2008, 128 s.
4.
T.Kərimli “Klassik ədəbiyyatımızın görkəmli tədqiqatçısı”, Azərbaycanın elm
və mədəniyyət xadimkləri: Əlyar Səfərli Biblioqrafiya, Bak, “Elm”,2008, 128 s.
Filologiya məsələləri – №7, 2013
334
5.
M. Nağıyev “Qazi Bürhanəddin “Divan”ının ilk nəşri”, “Azərbaycan müəllimi
qəzeti” Bakı, 1989, 20 yanvar
6.
Əlyar Səfərli “Ön söz”, Qazi Bürhanəddin “Divan”, Bakı, “Öndər nəşriyyatı”,
2005, 720 s.
7.
Ə.Səfərli “Məsihi”, Məsihi “Divan” , Bakı,”Elm”, 2012, 480 s.
Селтенет Алиева
Роль Алияра Сафарли в изучении и пропаганде отечественной
литературы на родном языке
Резюме
В представленной статье проводится общий анализ творческого пути ис-
следователя, текстолога ученого Алияра Сафарли. Далее автор статьи касается
деятельности и работ ученого в связи с отечественной литературой на родном
языке и говорит о произведениях, изданных им.
Ученый не ограничился лишь составлением книг, он дал к ним содержа-
тельные комментарии. Творческий путь А.Сафарли был высоко оценен и со
стороны специалистов. Все эти вопросы подробно рассмотрены в статье.
Seltenet Aliyeva
Role of Aliyar Safarli in the study and promotion of our literature
in the native language
Summary
In the article author provides the general overview of creative way of the
researcher, textual scholar Aliyar Safarli. Further author affects activities and works
of the scientist related to our literature in the native language, speaks about the
works published by them. The scientist is not limited only to drawing up the books,
he gave meaningful comments to this works. Creative way of A.Safarli was highly
appreciated also by professionals. All these issues are discussed in detail in the
article.
Rəyçi: Ataəmi Mirzəyev
filologiya elmləri doktoru, dosent
Filologiya məsələləri – №7, 2013
335
AQŞİN DADAŞZADƏ
AMEA Nizami adına Ədəbiyyat İnstitutu
agshin1960@rambler.ru
AZƏRBAYCAN DRAMATURGİYASININ JANR
SPESİFİKASININ TƏDQİQİNİN BƏZİ PROBLEMLƏRİ
Açar sözlər: dramaturgiya, komediya, faciə, dram, janr
Ключевые слова: драматургия, комедия, трагедия, драма, жанр
Key words: dramatic works, comedy, tragedy, drama, genre
Bədii əsərin estetik mahiyyəti, onun insanların emosiyalarına və ilk növbədə
şüuruna təsiri, tətbiq edilən ifadə vasitələrinin kəskinliyi bir çox hallarda yazıçının
öz fikirlərini bölüşmək üçün seçdiyi ədəbi növün xüsusiyyətləri ilə bilavasitə
bağlıdır. Bu cəhətdən ədəbiyyatın dram növü xüsusi spesifikaya malik olduğundan
daha böyük maraq kəsb edir. Ona görə ki, kökləri qədim mərasim ayinləri ilə bağlı
olan dramaturgiya bir sıra özəl cəhətlərinə görə daha cazibəli, bəlkə də daha sehrli
mahiyyətə malikdir. Əgər hər hansı roman, povest, şeir əsasən oxunmaq üçün nə-
zərdə tutulmuşsa, dram əsərinin qayəsini anlamaqdan ötrü onu həm mütaliə etmək,
həm də teatr səhnəsində izləmək olar və bu, daha məqsədəuyğundur. Bəzən müəy-
yən bir faciə, yaxud komediyanın müxtəlif teatrların quruluşundakı səhnə təfsiri ilə
tanış olarkən eyni bir əsərin daşıdığı məna yükünü ayrı-ayrı rejissorların təxəyyülü,
konsepsiyası və yozumu nöqteyi-nəzərindən müzakirə etmək, dəyərləndirmək üçün
münbit zəmin yaranır ki, bu da mütəxəssis və tamaşaçı rəylərinin daha əhatəli şəkil-
də formalaşması üçün faydalıdır.
Dram əsərlərinin fərdi çalarları, onların emosionallıq dərəcəsi və bədii keyfiy-
yətləri, nəhayət, ən başlıcası, insanlarda müəyyən ovqat yarada bilmək qabiliyyəti
hələ antik dövrdən başlayaraq zaman-zaman nəzəriyyəçilərin diqqətini özünə cəlb
etmiş, bu sahənin görkəmli nümayəndələrini ədəbiyyat aləminin hələ indinin
özünədək qaranlıq qalan və mübahisələrə səbəb olan cəhətlərinə aydınlıq gətirməyə
vadar etmişdir. Əlbəttə, burada poetika ilə bağlı nəzəri suallara cavab tapmaqdan
ötrü klassik dram nəzəriyyəsinin ümumi qanunlarına, onun bölgü prinsiplərinə
istinad etmək və beləliklə, səhnə üçün yazılmış əsərlərin dolğun qiymətini vermək
mümkündür. Söhbət ondan gedir ki, pyesin süjet xəttinin inkişafı, baş verən
hadisələrin qəhrəmanların taleyinə təsiri, onların müxtəlif səhənələrdə düşdüyü
vəziyyətlərin xüsusiyyətləri, nəhayət, əsərin hansı finalla bitməsi janr bölgüsünün
müəyyənləşdirilməsində az rol oynamır. Amma bir məsələ də vardır ki, gerçək əla-
mətlər toplusu nə qədər yekrəng tərkibli olsa da, onların daxili mexanizminə, çalar-
larına və incəliklərinə kifayət qədər fərqli baxışlar mövcuddur. Ona görə də səhnə
üçün yazılmış hər hansı bir əsərin janrının təyin olunması zamanı müxtəlif fikirlər
ortaya qoyulur və həmin fikirlər bəzən bir-birini inkar edir. Nəticədə konkret bir
pyesin poetika baxımından növ mənsubiyyəti ilə əlaqədar xeyli dərəcədə müstəqil
və eyni zamanda mübahisəli fikirlər səslənir. Nəzərə alınmalıdır ki, “sadəlik—baş-
lanğıc deyil, nəticədir. Məhz bu amilə görə onun, öz mənbəyini nəzərə çarpmayan
məqamlardan və sanki yaxında, “əl altında” olan cisimlərin “sadəliyindən” alan bö-
yüklüyü üzə çıxır”(5, 35). Əlbəttə, bu fikri mövzumuzla əlaqələndirib israr edə bilə-
Filologiya məsələləri – №7, 2013
336
rik ki, sadə ifadə vasitələri istənilən əsərin qayəsinin daha dərindən anlaşılması üçün
pozitiv mahiyyəti olan bir amildir. Belə olduqda, hələ Qədim Yunanıstanda yaşayan
və yaradan görkəmli söz, sənət ustalarının zəngin bədii irsinin poetik incəliklərinə
qiymət vermək o qədər də asan məsələ kimi görünmür. Söhbət ilk növbədə bizimlə
onlar arasında olan və minilliklərlə ölçülən zaman məsafəsindən gedir. Bundan
əlavə, ən mükəmməl tərcümə belə, hər hansı konkret zaman kəsiyində mövcud
ictimai-siyasi şərait, o şəraitin, əsərin konfliktinə qida verdiyi məna haqqında tam
təəssürat yaratmır və beləliklə, müəllif fikrinin dərk edilməsi müəyyən qədər çətin-
ləşir ki, bu da öz növbəsində bədii nümunənin ilk növbədə ideoloji mahiyyətinin
təyin edilməsində az və ya çox dərəcədə subyektivizmə yol açır. Ona görə də
indinin özündə belə Sofoklun, Esxilin, Evripidin əsərlərinin janr mənsubiyyəti haq-
qında mülahizələr müxtəlif istinad nöqtələrinə söykəndiyindən, həmin məsələ ilə
əlaqədar konkret və hamı üçün ümumi olan bir fikir formalaşdırmaq müşkül bir
məsələyə çevrilir. Problemin heç də sadə olmadığını vurğulamaq üçün, məsələn,
Evripidin “Medeya” əsərinə müraciət edək. Burada konfliktin müxtəlif vasitələrlə
qızışdırılması nəticəsində əsərin müəyyən bir yerində elə bir vəziyyət yaranır ki,
Medeya bəlkə də düşünmədən, ağına-bozuna baxmadan silsilə şəklində qətllər
törədir. Əlbəttə, bu qadının hərəkətləri həddindən artıq qəddar səciyyə daşısa da,
əslində onun bir insan, ələlxüsus təhqir edilmiş bir həyat yoldaşı kimi keçirdiyi iz-
tirablar başa düşüləndir. Təbii ki, bugünün nöqteyi-nəzərindən yanaşılarsa, hətta
doğma uşaqlarını belə qətlə yetirməkdən çəkinməyən Medeyanın hərəkətlərinin psi-
xoloji səbəbləri, yəqin ki, tibbi ekspertiza vasitəsilə araşdırılmalıdır. Lakin nə bizim,
nə də ki, vaxtilə Evripidin qarşısında belə bir məqsəd dayanmadığından, diqqətimizi
“Medeya”nın sırf janr mənsubiyyəti məsələsinə yönəldək. Əgər əsərdə cərəyan edən
hadisələrə bir qədər soyuqqanlı yanaşaraq emosiyalarımızı kənara qoysaq, təhlil im-
kanlarımızı cəmləşdirsək, aşkar edə bilərik ki, burada müəyyən bir janr müəmması
vardır. Lakin həmin müəmma çox sadə bir şəkildə öz həllini tapır. Məsələ isə ondan
ibarətdir ki, zahirən olduqca qanlı, faciəvi görünən hadisələrin üst qatı altında xeyli
dərəcədə geniş yayılmış bir məişət probleminin təzahürləri vardır. Bu məqamda
əsər haqqında ifadə edilən belə bir nöqteyi-nəzər kifayət qədər inandırıcı görünür:
“Medeya”—Evripidin ailə münasibətləri çərçivəsində mənəvi müvazinətin qorunub
saxlanılmasının zəruriliyi haqqında fikirlərini əks etdirən bir ailə-məişət dramıdır”
(4, 265).
Dram əsərinin yaratdığı əhvali-ruhiyyənin, onun mənəvi-psixoloji təsir im-
kanlarının təyin olunmasında bir sıra çox da gözəçarpmayan məqamlar vardır. Əgər
toxunduğumuz mövzunu dərinləşdirmək yolu ilə gediriksə, qeyd etməliyik ki, bu
baxımdan, məsələn, faciəvilik kateqoriyası üzərində dayanmaq lazımdır. Heç bir
şübhə yoxdur ki, həqiqi faciədə ideya və məzmun dairəsi çərçivəsində böyük fəlsəfi
problemlərlə uzlaşan mətləblər üzə çıxmalıdır. Eyni zamanda gərgin ictimai-siyasi
mübarizələr fonunda güclü xarakterlərə malik qəhrəmanların toqquşması baş ver-
məlidir. Həm də səhnəni əhatə edən ehtiraslar burulğanında ümumi vəziyyət, qüv-
vələr nisbəti heç də əsas pozitiv ideyanın daşıyıcısı olan qəhrəmanın tərəfində olma-
malıdır. Bütün sadalanan amillərlə yanaşı, əgər müəllif əsərin finalında öz qəhrəma-
nına fiziki cəhətdən ölüm hökmü “imzalasa” belə, insanlar həmin personajın
apardığı mübarizənin ali məqsədinə inanmalı və bu mübarizənin, heç olmazsa, pers-
pektiv gələcəkdə qələbə ilə nəticələnəcəyinə olan ümidlərini üzməməlidir. Məsələn,
Filologiya məsələləri – №7, 2013
337
ən qədim faciələrimizdən olan “Müsibəti-Fəxrəddin”də (N.Vəzirov, 1896) mənalı
bir mövzu, olduqca cazibədar bir dramaturji dispozisiya, müəllif fikrinin inkişaf
etdirilməsindən ötrü uğurla seçilmiş tipik və qeyri-tipik qəhrəmanlar vardır. Əgər
şahmat terminologiyasını işə salsaq, tərəddüd etmədən söyləyə bilərik ki, dramaturq
artıq oyunun debütündə üstün bir mövqeyə malikdir. Şübhəsiz ki, əsərin əvvəlində
bədii manevr baxımından belə bir perspektivli vəziyyət heç də öz-özünə yaranma-
mış, göydən yerə asanlıqla enməmişdir. Bu fakt N.Vəzirovun uzun sürən düşüncələ-
rinin və dramaturji istedadının bəhrəsidir. Beləliklə, müəllif xaricdə oxuyub ali
məqsədlərlə doğma yurda qayıdan Fəxrəddini tələsmədən dram intriqasının ümumi
planına daxil edir və onun ideoloji hədəflərini açmağa başlayır. Lakin əsərin ilk sə-
hifələrindən (səhnələrindən) etibarən təsvir edilən mühitdə sanki dəf edilməsi
mümkün olmayan ağır bir ovqat hiss olunmaqdadır. Bu ovqat onillər, bəlkə də
yüzillər boyu formalaşıb bərkimiş, sümükləşmişdir. Doğma mühit geri qayıtmış
Fəxrəddini cismani şəkildə qəbul etsə də, onun düşüncə tərzini, yad ölkədə yeni
çalarlar əldə etmiş psixoloji-mənəvi durumunu və maarifpərvər ideyalarını qəbul
etmir. Ona görə ki, Fəxrəddinin vaxtilə tərk edib getdiyi məkan öz qayda-qanunları
ilə yaşamağa vərdiş etmişdir. Hər hansı yenilik onun oturuşmuş patriarxal ab-ha-
vasına ziddir. Deməli, burada faciə janrının tələblərinə cavab verə biləcək bir əsərin
yaranması üçün kifayət qədər zəmin vardır. Bu əminlik, qəhrəmanı əhatə edən mü-
hitin təmsilçilərinin gücü ilə onun şəxsi müqavimət qüvvəsi arasında olan qeyri-bə-
rabərlik təəssüratı nəticəsində daha da möhkəmlənir. Bunun ardınca müəllif faciə
janrının əsas normativlərinə uyğun olaraq pyesin əsas personajını müxtəlif
çətinliklərlə üzləşdirməyə başlayır. Lakin amansız reallıqla artıq ilk toqquşma qəh-
rəmanın qəlbinə sağalmaz mənəvi yaralar vurur. Bir-birini fantasmaqorik tərzdə
əvəz edən qanlı hadisələr əsərin süjet xəttini qarşısıalınmaz bir tərzdə ağır bir
razvyazkaya doğru sürükləyir və Fəxrəddin, təəssüf ki, bu mehvərindən çıxmış pro-
seslərin qarşısını almaq iqtidarında deyil. Əsərin finalı bir-birinə düşmən olan iki
nəslin nümayəndələrinin qarşılıqlı qətlləri—ağır fiziki itkiləri ilə yadda qalır. Bura-
da hadisələr o qədər sürət və şiddətlə cərəyan edir ki, sanki söhbət qan ədavətindən
deyil, döyüş meydanında baş verən hadisələrdən gedir. Qeyd edilməlidir ki,
N.Vəzirov öz pyesində sözün həqiqi mənasında güclü dramaturji dinamika və eks-
pressiyaya nail olmuşdur. Doğrudan da, “Müsibəti-Fəxrəddin” əsəri, faciə janrının
parlaq nümunəsi haqqında fikir yürütməyə, elə bil ki, əsaslı surətdə imkan verir. La-
kin finalda, sanki janrın tələblərinə aid daha bir komponent çatışmır. Söhbət xeyir
qüvvə və niyyətlərin müvəqqəti məğlubiyyətinə baxmayaraq, onların haçansa qalib
gələcəyi ilə bağlı hissin oyanmamasından gedir. Biz təsvir olunan mühitin gələcək
perspektivlərinin işıqlı çalarlar əldə edəcəyinə bir o qədər də inanmırıq, çünki
“Müsibəti-Fəxrəddin”in ümumi ruhu və məzmunu nikbin ovqat yaratmaqdan çox
uzaqdır. Burada pyes boyu bir neçə dəfə təkrarlanan “bir güllə bahar olmaz” kəlamı
da heç cür yaddan çıxmır. Beləliklə, pyesin spesifik çalarlarının ətraflı təhlili nətic-
əsində elə təəssürat oyanır ki, onun janrının dəqiqləşdirilməsi ilə əlaqədar müəyyən
polemikaya ehtiyac vardır.
Janr etibarilə mübahisələr doğuran pyeslərdən biri də “İnsan” mənzum dramı-
dır (S.Vurğun, 1945). Burada qaldırılan problem, onun ümumbəşəri fəlsəfi vəzni,
ifadə vasitələrinin incəliyi həmin bədii nümunəni Azərbaycan ədəbiyyatında şeirlə
yazılmış ən uğurlu əsərlər sırasında görməyə imkan verir. İctimai-siyasi dünya-
Filologiya məsələləri – №7, 2013
338
görüşlərinin toqquşması, bir-birinə tamamilə zidd ideoloji platformaların mübarizəsi
əsərdə özünü açıq şəkildə göstərsə də, müəllif tam mənada monumental səciyyəyə
malik güclü qəhrəmanların surətini yarada bilməmiş, yaxud belə bir vəzifəni
qarşısına qoymamışdır. Baş qəhrəman Şahbaz nə qədər humanist bir filosof olsa da,
onun fəlsəfi sistemi ümumbəşəri mahiyyət daşısa da, əsir düşdüyü düşmənlərin onu
fiziki cəhətdən susdurmaq üçün hər cür imkanı vardır. Belə bir ağır şəraitdə Şahba-
zın əks cəbhənin nümayəndələri qarşısında inamlı duruşuna baxmayaraq, o, kobud
güc vasitəsilə əzilir, qətlə yetirilir. Lakin cismani ölüm filosofun mənəvi-ideoloji
inanclarının üstündən xətt çəkə bilmir. Bu zaman elə bir illüziya yaranır ki, müəllif
janr axtarışları çərçivəsində özü də hiss etmədən uğurlu addım atmış, tam mənada
mənzum bir faciə yarada bilmişdir (halbuki S.Vurğun heç vaxt “İnsan”ı faciə adlan-
dırmamışdır – A.D.). Lakin “İnsan”, mövzusu baxımından deyil, onun bədii-drama-
turji vasitələrlə işlənməsi cəhətdən faciə janrının bir nümunəsi kimi o qədər də inan-
dırıcı görünmür. Şahbazın, kamalın ümumbəşər kontekstində nə vaxtsa qalib gələ
biləcəyi haqqında təkrarlanan düşüncələri, onun fəlsəfi ritorikası real gerçəkliklə tə-
zad təşkil edərək bu personajı mahiyyət etibarilə daha çox orta əsrlər ədəbiyyatının
utopik, hətta bir qədər qeyri-müəyyən məramlı qəhrəmanlarına yaxınlaşdırır ki, bu
da XX əsrin ortalarında dünya çapında mövcud olan reallıqla uyuşmur. Eyni zaman-
da onun, kommunizmin az qala otuz ildən sonra bütün yer üzündə qalib gələrək bə-
şəriyyəti xoşbəxtliyə qovuşduracağına olan dolayısı inamı da ciddi təsir bağışlamır.
Bütün bu məqamlar əsərin nikbin finalla yekunlaşmasına dair bəzi şübhələr oyadır.
“İnsan” qələmə alındıqdan cəmi bir neçə onillik ötdükdən sonra kommunizm haq-
qında proqram xarakterli fikirlərin, sosialist ideyalarının əsas daşıyıcısı olan SSRİ
kimi dövlətin tarix səhnəsindən qeyb olması və son illərdə Yer kürəsini bürüyən,
onminlərlə insanın amansızcasına məhv edilməsi ilə müşayiət olunan dəhşətli hadi-
sələr isə bu illüzor nikbinliyin üzərindən birdəfəlik olaraq çarpaz xətt çəkmiş olur.
Görünür ki, incə yaradıcı duyuma və dərin təhlil imkanlarına sahib olan S.Vurğun,
əsərinin janr mənsubiyyətini göstərəkən onun bütün spesifik çalarlarını göz önünə
gətirmiş və zənnimizcə, burada “mənzum dram” təyinatına üstünlük verməklə bə-
dii-nəzəri obyektivlik prinsipinə sadiq qalmışdır. Halbuki vaxtilə qiyabi olaraq belə
fikirlər səslənirdi ki, müəllif mövcud tarixi-siyasi konyunkturanın tələblərinə əsa-
sən, istəsə belə, bu əsərini faciə kimi xarakterizə edə bilməzdi.
Sənətdə ciddilik, düzgün seçilmiş, yerində işlənən bədii vasitələrlə auditoriya-
ya əbədi dəyərə malik fikir və ideyalar aşılamaq hər zaman yaradıcı insanlar qar-
şısında duran mühüm vəzifə olmuşdur. Bu baxımdan ciddi komediya anlayışı özü-
nün tərbiyəedici pafosu etibarilə xüsusi əhəmiyyətə malikdir. Nəzərə alınmalıdır ki,
“komediyaya məxsus gülüş ümumi, kortəbii və amansız inkar, nəyi isə dağıtmaq
demək deyildir. Ağıllı fikirlərin əsasını bəşəri nihilizm deyil, yüksək estetik ideallar
təşkil edir. Məhz onların təsdiqindən ötrü tənqiddən istifadə edirlər. Ona görə də gü-
lüş eyni dərəcədə həm inkaredici, həm də təsdiqedici mahiyyəti olan tənqidi bir
qüvvədir” (3, 90). XIX əsrdə (M.F.Axundov) və XX əsrin əvvəllərində (əsasən
N.Vəzirov) yazılan Azərbaycan komediyaları öz quruluşu, süjet xətti və mövzuları-
nın işlənmə keyfiyyəti baxımından səviyyəcə yüksək, tərbiyəedici dram əsərləri sta-
tusuna əsasən cavab verirdilər. Bu əsərlərdə müəlliflər ümummilli kontekstdə bö-
yük əhəmiyyəti olan problemlərə toxunur və onları tənqidi priyomlar vasitəsilə
bədiiləşdirərək həm mənalı gülüş yaradır, həm də bu gülüşün təsiri ilə o zamankı
Filologiya məsələləri – №7, 2013
339
cəmiyyətin müxtəlif təbəqələrinə təsir etmək vəzifəsini həll edirdilər. Azərbaycanda
klassik mənada dramaturgiya Avropa ölkələri ilə müqayisədə daha gec meydana
gəlsə də, göstərilən müəlliflərin əsərlərinin həm ümumilikdə dram növünün, həm də
konkret olaraq komediya janrının əzəli normativlərinə bir çox cəhətdən uyğun gəl-
diyini də qeyd etmək lazımdır. Lakin tarixi inkişafın istiqaməti, ictimai-siyasi for-
masiyanın gözlənilmədən dəyişməsi, şübhəsiz ki, komedioqrafların yalnız dünyagö-
rüşü və mövzularına deyil, həm də yaradıcılıq metodu və əsərlərin estetik parametr-
lərinə də təsir göstərməyə başladı. Nəticədə janrın ehtiva etdiyi vəziyyətlər, xarak-
terlər, lirik, yaxud satirik komediyalar əvəzinə məzmun və ideya baxımından dola-
şıq, müəyyən hallarda isə müəllifin əsil qayəsi haqqında dumanlı fikirlər oyadan
nümunələr çoxalmağa başladı. Komediya sahəsində uzun müddət mövcud olan “qu-
raqlıq”dan sonra “Toy” əsərinin (S.Rəhman, 1937) meydana gəlməsi Azərbaycan
ədəbiyyatında bu janrın üslub və forma baxımından inkişafının müvafiq yolu tapıla-
cağı ümidini yaratsa da, gerçəklikdə həmin bədii-estetik proses bir qədər başqa
çalarlar əldə etmişdir. İctimai qüsur və tendensiyaların tənqidində liberalizm möv-
qeyinin seçilməsi, cəmiyyətin mənəvi-əxlaqi dayaqlarını sarsıdan təhlükəli ünsürlə-
rin ifşa olunması əvəzinə, bəzən müəllif qələmi ilə sanki tərbiyə edilməsi, yaxud,
bunun tam əksi olaraq, bədii cəhətdən şübhəli priyomlarla alçaldılması, nəyin baha-
sına olursa-olsun gülüş effekti yaradıb tamaşaçını əyləndirmək istəyi komediyaları-
mızın janr şəffaflığına, onların təbii, sağlam komikliyinə ciddi zərbə endirmişdir.
Odur ki, faktiki olaraq komediya kimi təqdim edilən bəzi əsərlərdə vodevil, fars,
buffonada elementləri üzə çıxmışdır ki, bunun nəticəsi olaraq forma və məzmun
vəhdəti pozulmuş, müəllif fikrinin təsbit olunması üçün heç də mühüm əhəmiyyət
daşımayan ikinci dərəcəli təfərrüatlar üstünlük təşkil etmişdir. Bəzən dramaturqlar
auditoriyanın hisslərini ələ almaqdan ötrü dramatik xəttin qəsdən zəiflədilməsi yolu
ilə müəyyən mənada novatorluğa meyl göstərmiş, komediyaları, onların qaldırmalı
olduğu ciddi problemlərin təsvirindən və qiymətləndirilməsindən uzaqlaşdırmış,
əslində lirik-sentimental çalarlara üstünlük vermişlər. Bu halda əgər ifadə
vasitələrinin tətbiqi baxımından ölçü hissi gözlənilmişsə, əsərlərin bədii-tərbiyəedici
mahiyyəti əsasən mühafizə olunmuşdur. Lakin bəzən həmin bədii-estetik müvazinə-
ti qoruyub saxlamaq mümkün olmadığından, məzmunca amorf, ideyaca müəmmalı,
qeyri-müəyyən janr yönümlü nümunələr yaranmışdır. Çünki komediyanın əsas
məqsədi əyləndirmək, bir növ operetta effekti yaratmaq deyil, insanları müvafiq ya-
radıcılıq üsulları ilə cəmiyyətin problemlərinə qarşı diqqətli olmağa yönəltməkdir.
Bu halda müəlliflərin əsil komik gülüşlə mənfi qəhrəmanı birləşdirən telləri bədii
cəhətdən təbii işləməsi, eyni zamanda zəruri əhəmiyyətə malik islahedici xüsusiy-
yətləri qabartması bacarığı heç bir vəchlə nəzərdən qaçırıla bilməz. Əks təqdirdə,
yəni “bu vəhdət parçalananda ciddi ictimai gülüş məhv olur. Şübhəsiz, şən, lirik
komediyalar ola bilər. Lakin yalnız lirikadan ibarət olan komediyalar ola bilməz.
Ciddi komik xarakteri, qüvvətli ictimai konflikti komediyada lirika əvəz edə bil-
məz” (2, 98).
Maraqlıdır ki, Sabit Rəhman və Mirzə İbrahimov kimi qüdrətli komedioqraf-
larımız öz yaradıcılıq vəzifə və imkanlarına nə qədər ciddi yanaşsa da, dövrün mü-
hüm, aktual məsələlərini teatr sənətinin zəngin arsenalı vasitəsilə gündəmə gətirmə-
yə çalışsa da, janrın poetikası və təbiətindən irəli gələn əbədi qanunları gözləməyə
səy göstərsə də, heç də həmişə bu işin öhdəsindən axıradək gəlməyə müvəffəq ol-
Filologiya məsələləri – №7, 2013
340
mamışlar. Təbii ki, dramaturgiya sahəsinin bu ustadlarının yaradıcılığındakı bəzi
qüsurlar digər müəlliflərin yazdığı komediyalarda daha qabarıq şəkildə üzə çıxmış-
dır. Bu halda hətta üslub, forma və bədii priyomların müxtəlifliyinə yönələn zahiri
səylər də, əlbəttə, tam mənada səmərə verməmiş, əsil komiklik vasitəsilə gülməli
vəziyyətlər yaratmağa hesablanan tapıntılarla səthi, vəzncə yüngül səhnə effektləri,
balaqan tipli yersiz əlavələr bir-birinə qarışaraq, əsərləri müsbət səciyyəli ideallar-
dan uzaqlaşdırmış və bunun məntiqi davamı olaraq həm janr oriyentirləri pozulmuş,
həm də sənət meyarları enmişdir.
Azərbaycan ədəbiyyatında dramın bir janr kimi inkişafı, zaman ötdükcə əv-
vəllər bəlli olmayan çalarlarla zənginləşməsi də diqqətəlayiq bir proses hesab edilə
bilər. Milli dramaturgiyada bu qəbildən olan əsərlərin yazılması əsasən ötən əsrin
20-ci illərindən başlayaraq vüsət almışdır. Belə olan təqdirdə qələmini uzun müddət
bu sahədə sınayan müəlliflərdən biri—İ.Əfəndiyevin yaradıcılığına diqqət yetirmək
məqsədəuyğun görünür. Səciyyəvidir ki, dramaturqun hələ ilk pyesləri—“İntizar”
(M.Hüseynlə birgə, 1944), “İşıqlı yollar” (1946), “Bahar suları” (1948) həyatda
cərəyan edən proseslərə bir növ seyrçi mövqedən yanaşma, xəfif romantika və lirik
emosiyalar üzərində köklənən bir ovqatla aşılanmışdır. Artıq bu əsərlərdə müəllifin
ənənəvi dramaturgiyanın cəbbəxanasında olan priyomlardan kənara çıxmaq, süjet
xəttini lirik ünsürlərlə bəzəmək, qəhrəmanları bir qədər mücərrəd aləmə qərq etmək,
bir sözlə, janr etibarilə yeni tipli dramlar qələmə almaq istəyi hiss edilməkdədir. Bu
baxımdan dramaturqun sırf mənəviyyat və ictimai əxlaq məslələrinə həsr olunmuş
“Atayevlər ailəsi” pyesi (1954) konfliktinin kəskinliyinə görə bir qədər fərqli təsir
bağışlayır. Ümumiyyətlə, göstərilən əsəri həm problematikasına, həm də onun
dramaturji cəhətdən həlli yollarına görə ictimai-məişət dramı adlandırmaq olar ki,
bu da vaxtilə janrın imkanlarının genişləndirilməsi baxımından müəyyən perspek-
tivlər vəd edirdi. Lakin İ.Əfəndiyev bütün yaradıcılığı boyu sənətdə şərti olaraq li-
rik-psixoloji üslub adlanan bədii istiqamətə meylli olmuşdur ki, bu amil də Azər-
baycan ədəbiyyatında dram janrının daha da şaxələnməsinə, mövzu və estetik məz-
mun etibarilə zənginləşərək özünəməxsus inkişaf yolu ilə irəliləməsinə təkan ver-
mişdir. Zənnimizcə, yazıçının yaradıcılığına 1930-50-ci illərdə bütün sovet məka-
nında, demək olar ki, sənət növlərinin hamısını təzyiq altında saxlayan “konfliktsiz-
lik nəzəriyyəsi” təsirsiz ötüşməmişdir. Hər hansı bir konfliktin təsvirini vaxtı ötmüş
bir hal sayan, həyatda və cəmiyyətdə mövcud olan problemlərə bəzək verərək, ger-
çəkliyin yalnız işıqlı tərəflərini göstərməyi tələb edən, əsər qəhrəmanlarının yolun-
dakı maneələri müəllifin iradəsi ilə yumşaldan, hətta tamamilə yox edən bu nəzəriy-
yə sənət aləmində ideya-bədii mükəmməllik baxımından xeyli fəsad yaratsa da,
onun, bəlkə qeyri-ixtiyari olaraq, pozitiv tərəfləri də olmuşdur. Belə ki, məsələn,
ədəbiyyatda, o cümlədən dramaturgiyada kəskin toqquşmaların, xarakter və əqidələr
mübarizəsinin işlənməsinə əslində tabu qoyulan bir şəraitdə İ.Əfəndiyev kimi qələm
sahibləri zamanın nəbzini “tutmağa” məcbur olmuş, yeni mündəricə və ifadə vasitə-
ləri axtarışına çıxmış və beləliklə, bu axtarışlar, üslubuna görə əvvəllər bəlli olma-
yan yaradıcılıq təzahürləri ilə nəticələnmişdir. Odur ki, konkret halda şərti olaraq
“İ.Əfəndiyev teatrı” adlanan hadisə heç də təsadüfi səciyyə daşımır. Bu prosesin tə-
bii davamı olaraq dram janrında yazılan əsərlərdə insan qəlbinin dəruni, müəyyən
qədər intim hissləri ön plana çəkilmiş, hər bir fərdin şəxsi həyatı və psixoloji
Filologiya məsələləri – №7, 2013
341
sarsıntıları dramaturgiyanın imkan verdiyi vasitələrlə, sanki bir projektorun şüaları
ilə işıqlandırılmışdır. Bəzən bu dramlarda sosial və fəlsəfi mahiyyət arxa plana keç-
sə də, məişət təfərrüatlarının və hisslərin təsvirinə daha çox yer ayrılsa da, müəlli-
fin, dram janrının ifadə imkanlarını genişləndirmək, səhnə üçün yazılan əsərlərin
məzmun və formasını müsbət mənada təftiş etmək baxımından fəaliyyətinin məqsə-
dəuyğunluğu şübhə predmeti ola bilməz.
Hələ ötən əsrin ortalarında akademik Məmməd Arif ədəbiyyatda həmişəyaşar
yaradıcılıq vəzifələrinin labüdlüyünü nəzərdə tutaraq yazırdı: “Böyük ehtiraslarda,
bəşəri ehtiraslarda böyük fikirlər, mənalar saxlanmışdır; insanlar dəyişir, lakin in-
sanın qəlbi və fikri üçün əbədi qanun olan mənalar az-çox dəyişsələr də, yenə bir
məna olaraq yaşayırlar” (1, 192). Deməli, dramaturgiyanın poetika aydınlığı ba-
xımından səhnə əsərlərinin janr bölgüsü və kateqoriya mənsubiyyəti haqqında pole-
mikalar nə qədər faydalı olsa da, hər bir zaman əsas meyar olaraq yaradıcılığın ide-
ya məzmunu və bədii siqlətinə xüsusi önəm verilmişdir. Belə olan təqdirdə məsuliy-
yətsiz şəkildə qələm işlədib oxucu və tamaşaçıların diqqətinə “təcavüz etmək”,
zövqləri korlamaq yolverilməzdir.
Ədəbiyyat
1.Məmməd Arif. Seçilmiş əsərləri. Üç cilddə. I c. Bakı: Elm, 1967
2.Yaşar Qarayev. Səhnəmiz və müasirlərimiz. Bakı: Azərnəşr, 1972
3. Борев Ю. Эстетика. Москва: Издательство политической литературы,1981
4. Поспелов Г. Теория литературы. Москва: Высшая школа, 1978
5. Хайдеггер М. Исток художественного творения. Москва: “Академический
проект”, 2008
Dostları ilə paylaş: |